Qərib Məmmədov



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   26   27   28   29   30   31   32   33   ...   52
§ 70. Boz torpaqlar 

 
208
 
Azərbaycan Respublikası  ərazisində boz torpaqların Kür-Araz, Xəzərsahili ovalıqlarda, Arazsahili və 
Naxçıvan düzənliklərində yayılması haqqında xeyli miqdarda torpaq tədqiqatları  və torpaq-xəritə materialları 
vardır (S.A.Zaxarov, 1926; L.L.Nojin,1929; S.İ.Tyuremnov,1927; V.R.Volobuyev, 1948, 1965; 
A.S.Preobrajenskiy, 1946; N.A.Dimo, 1936; H.Ə.Əliyev, 1948; M.E.Salayev, A.Q.Zeynalov, E.F.Şərifov, 1955; 
Ş.G.Həsənov, 1978, Q.Ş.Məmmədov, 1998, 2002, 2006, M.P. Babayev, 2002, və b). Lakin Kür-Araz ovalığının 
yarımsəhra zonasında boz torpaqların ayrılması, onların genezisi və sistematikası nisbətən zəif öyrənilmiş və bir 
sıra elmi mübahisələrin mövzusuna çevrilmişdir. A.N.Rozanov (1955) öz tədqiqatlarında bu torpaqların Kür-
Araz ovalığı üçün səciyyəvi olmadığını göstərir. M.E.Salayev (1991) tədqiqatlarında bu torpaqların arealının 
ayrılmasında  əsaslı    dəlillər irəli sürmüşdür. O, boz torpaqların yayılma arealını Abşeron yarımadasının arid 
yarımsəhra hissəsi və  Cənub-Şərqi  Şirvan ilə boz torpaqların inkişafı üçün tam avtomorf şəraitin və yuyucu 
rejimin olduğu ərazilərlə məhdudlaşdırır. 
Boz torpaqların yayıldığı  ərazilər orta illik temperaturunun 13,5-14,6
0
 olduğu arid yarımsəhra və quru 
bozqır iqliminə malikdir. İsti ayların temperaturu xeyli yüksəkdir (23,0-25,5
0
). Nisbətən isti qış mövsümündə 
temperatur 2,6-3,6
0
-dən aşağı düşmür. Fəal temperaturların cəmi 4200-4500
0
 (4800
0
) arasında dəyişir. 
Yağıntıların əsas hissəsi ilkin yaz və payız aylarında düşür, illik miqdarı isə 110-232 mm arasında dəyişir. İllik 
buxarlanma (947-1210 mm) illik yağıntının miqdarından bir neçə  dəfə yüksəkdir. Rütubətlənmə  əmsalı 0,25-
0,09-a bərabərdir. Azərbaycanın boz torpaqlar zonasının (yarımsəhra landşaftlarının) iqlimi Orta Asiyada boz 
torpaqların yayıldığı yarımsəhra landşaftlı ərazilərin iqliminə nisbətən az kontinentaldır. 
Boz torpaqların yayıldığı  ərazilər üçün xostək, xostək-yovşan və yovşan–efemer bitki qruplaşmaları 
səciyyəvidir. Kök sistemi çox dərinə işləyən bitkilərdən fərqli olaraq əksər efemer bitkilər öz inkişafını quraq 
dövr başlayana qədər başa vurur. Bitki örtüyü seyrək olub çim təbəqəsi yaratmır, ümumi fitokütlə az (5-6 t/ha) 
olub humusun əmələ  gəlməsi üçün kifayət qədər üzvi maddə vermir. Bu səbəbdən də torpaqda humusun 
toplanması çox zəif gedir. 
Boz torpaqlar allüvial, prolüvial və  qədim Xəzər duzlu çöküntüləri (dördüncü dövr gilləri,  əhəngdaşlı 
qumlucalar, brekçiyalar və s.) kimi əsas torpaqəmələgətirici süxurlar üzərində formalaşır. Yüngül süxurlar 
üzərində adətən  şorlaşmamış yüngül torpaqlar, duzlu ağır gilli süxurlar üzərində boz torpaqların  şoranvari və 
şorakətvari növləri əmələ gəlir. Aşınma prosesləri intensiv şəkildə gedir. 
Respublikamızın boz torpaqlar zonasının bioiqlim şəraitinin yuxarıda göstərilən səciyyəvi xüsusiyyətləri bu 
şəraitin çox sərt olduğunu göstərir. Bu torpaqların morfoloji quruluşu, tərkib və xassələrində öz əksini tapır. 
Belə ki, boz torpaqlar üçün profilin zəif differensasiyası və monoton quruluşlu, humusun və udma tutumunun 
aşağı olması, mineral hissəciklərin dərindən parçalanması, yüksək karbonatlılıq və s. səciyyəvidir. 
Boz torpaqların morfoloji quruluşu ilə tanış olmaq üçün aşağıdakı  kəsimin təsvirini nəzərdən keçirək 
(Salayev, 1991). 
A
1
 – açıq boz yaxud küli sarımtıl, lövhəvari-yarpaqvari, bəzi hallarda tozvari strukturlu, yumşaq, orta 
gillicəli, tozvari, duz və karbonat ayrılmaları (birləşmələri) nəzərə çarpır, ölü kök qırıntıları, quru, şiddətli 
qaynayır, keçidi tədrici. Qalınlığı 18,5±5,0 sm. 
B
1
  – zəif qonur çalarlı boz, möhkəm olmayan topavari-tozvari, yüngül gillicəli, yumşaqvari, ölü kök 
qalıqları, karbonat dənəcikləri, duzlar gözə çarpmır, quru, şiddətli qaynayır, keçidi tədrici. Qalınlığı 23±6,0 sm. 
B
2
 – qonurumtul-boz, topavari, kəltənvari ağır gillicəli, bərkvari, duz və gips dənəcikləri, çoxlu karbonatlı 
damarcıq və konkresiyaları, tək-tək həşərat kavernaları, sınmış balıqqulağı qırıntıları, keçidi hiss olunur, şiddətli 
qaynayır. Qalımlığı 25±6,0 sm. 
C – açıq küləşi, gillicəli-qumluca, çoxlu karbonat və duzlar, şiddətli qaynayır, bərkvari, bəzi yerlərdə 
çatvari, quru. 
Morfoloji təsvirdən aydın göründüyü kimi, boz torpaqların profilində ayrı-ayrı genetik horizontlar rəng 
fonu etibarilə bir-birindən zəif fərqlənirlər. Bu torpaqların profili üçün monotonluq səciyyəvidir. Torpaqların  
strukturu üst qatlarda çox vaxt lövhəvari-yarpaqvari (tozvari) olub alt qatlarda topavari-tozvari, bəzi hallarda 
çatvari-sütunvari struktur üstünlük təşkil edir. Narın torpaq qatının qalınlığı çox da yüksək olmayıb orta hesabla 
70-115 sm təşkil edir. Profilin orta hissəsində bir qədər bərkimiş illüvial-karbonatlı horizont seçilir. Bu 
horizontda damarcıqlar, konkresiyalar şəklində karbonatların yüksək miqdarda olması gilləşmə prosesinin 
inkişafına mane olur. Karbonatlı-silisiumlu birləşmələr illüvial-karbonatlı horizontun bərk quruluşa malik 
olmasına səbəb olur. 
Azərbaycanın boz torpaqları humusla zəif təmin olunmuşdur. Torpaqların  üst qatında onun miqdarı 
1,4±0,1% təşkil edir (cədvəl 68). Bir sıra növlərində humusun miqdarı 1,5-2,0% arasında tərəddüd edir və bəzi 
hallarda onun mütləq miqdarı 2%-dən yüksək olur. 
 
Humusun  əsas hissəsi üst horizontlarda (A və AB) toplanır və  dərinliyə doğru azalaraq 1m-lik 
dərinlikdə 0,3-0,6% təşkil edir. Lakin elə həmin dərinlikdə bəzi hallarda humusun miqdarı 1%-dən artıq olur. 
Profilboyu ümumi azotun miqdarı humusa uyğun  şəkildə 0,11-0,03%, C/N nisbəti isə bitki qalıqlarının 
minerallaşma dərəcəsindən asılı olaraq 6-10 arasında dəyişir. Humus öz tərkibi etibarilə fulvat və humat-fulvat 

 
209
tiplidir (Ch/Cf -0,5-0,6). Humusun xeyli hissəsi kalsiumlu birləşmələr əmələ gətirirlər. 
Cədvəl 68 
 
Boz torpaqların əsas və fiziki-kimyəvi xassələri 
(Salayev, 1991) 
 
Dərinlik, 
sm 
Humus,

Azot, 

CO
2


Udma 
tutumu, 
m-ekv 
<0,001 <0,01 pH 
0-19 1,4 
0,11 
6,2 
17,9 
11,2 
41,4 
8,1 
19-44 1,1 
0,09 
6,5 
19,6 
17,8 
44,5 
8,1 
44-67 0,8 - 
7,0 
20,0 
16,8 
38,8 
8,0 
67- 90 
0,7 

6,2 
19,3 
11,5 
33,3 
8,2 
90-119 0,4  - 
7,0 
16,4 8,3 
32,8 
8,3 
 
Bu torpaqlar bütövlükdə yüksək karbonatlı torpaqlar sırasına daxildir. CO
2
-nin miqdarı torpaqların üst 
qatında 6,2±1,3% təşkil edir. Profilboyu aşağıya doğru karbonatların miqdarı artaraq illüvial-karbonatlı 
horizontda daha yüksək qiymətə çatır. Karbonatlı  aşınma qabığı üzərində formalaşan torpaqlarda CO
2
-nin 
miqdarı xeyli yüksək olur. 
Relyefin nisbətən yüksək elementlərində torpaqların üst qatlarında asan həll olunan duzların miqdarı cüzi 
miqdarda olur. Ancaq aşağı qatlara doğru onun miqdarının artması müşahidə olunur. Buna görə  də  dərindən 
şorlaşmış boz torpaqlara daha çox rast gəlinir. Boz torpaqların mühüm diaqnostik göstəricilərindən biri profildə 
gipsli B horizontunun aydın seçilməsidir. Həmin horizontda gipsin miqdarı 7,5-8,1%-ə çatır. 
Boz torpaqların udma tutumu orta göstəricilərlə səciyyələnir. Udulmuş kationların miqdarı 100 q torpaqda 
18-20 (25) m-ekv-dən artıq olmur. Udulmuş  əsasların 85-80%-ni kalsium və maqnezium təşkil edir. 
Şorakətvarilik hallarına geniş  təsadüf edilməsi boz torpaqlar üçün səciyyəvi  əlamətlərdən biridir. Udulmuş 
natrium udma tutumunun 8-15%-ni təşkil edir. Torpaqlar adətən qələvi reaksiyaya malik olur. 
Qranulometrik tərkibcə bu torpaqlar arasında orta və  ağır gillicəli növmüxtəliflikləri üstünlük təşkil edir. 
Qranulometrik tərkibinə görə profilin aydın ifadə olunan differensiasiyasına və gilləşmə horizontuna rast gəlinmir. 
Lil hissəcikləri və fiziki gil profil boyu az və ya çox dərəcədə  bərabər paylanmışdır. Bu torpaqların gilli 
minerallarının tərkibində hetit və hibbsit qarışıqlı hidroslyuda və montmorillonit qrupu mineralları üstünlük təşkil 
edir. 
Bu torpaqların ümumi kimyəvi tərkibini nəzərdən keçirərkən ayrı-ayrı genetik horizontların bir-birindən  əsaslı 
şəkildə fərqlənməsi müşahidə edilmir. Torpaq və lil hissəciklərinin kimyəvi analizi parçalanma məhsullarının profil 
boyu hiss olunacaq yerdəyişməsinin olmadığını göstərir. Silisium-oksidin biryarım oksidlərə dar nisbəti və ümumi 
kaliumun yüksəkliyi gil minerallarının hidroslyuda–montmorillonit tipli olduğunu göstərir. 
Boz torpaqlar tipinin tərkibində açıq-boz, adi-boz, qədimdən suvarılan boz və ibtidai boz torpaqlar 
yarımtipləri fərqləndirilir. 
Açıq-boz torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar relyefin nisbətən cavan elementlərində 
yayılmışdır. Açıq-boz torpaqlar əsasən yovşan-efemer bitkiləri altında formalaşırlar. Yerli iqlim şəraiti ilə 
əlaqədar olaraq torpaqəmələgəlmə prosesi yuyucu olmayan su rejimi şəraitində gedir. Rəng fonu etibarilə açıq-
boz torpaqların genetik horizontlarının aydın ifadə olunan fərqlənməsi (differensiasiyası) müşahidə olunmur və 
profil üçün monotonluq səciyyəvidir. Boz torpaqlar  tipi üçün səciyyəvi olan yüksək karbonatlılıq bu yarımtip 
üçün də  səciyyəvidir. Turşunun təsiri ilə torpaqlar  səthdən etibarən qaynamağa başlayırlar. Karbonatlar 
nisbətən bərabər paylanmışdır, illüvial-karbonatlı horizont zəif ifadə olunmuşdur. Profildə aydın seçilən 
karbonat ayrılmaları  nəzərə çarpmır. Açıq-boz torpaqlar üçün səciyyəvi  əlamətlərdən biri profilin aşağı 
hissələrində (60-80 sm) asan həll olunan duz və gips minerallarının müşahidə edilməsidir. Təsvir edilən 
torpaqların  şoranvari və  şorakətvari növləri üstünlük təşkil edir. Açıq-boz torpaqlar humusla zəif təmin 
olunmuşlar. Onun miqdarı 1,2-1,5%-dən yüksək olmur. Profilboyu aşağı qatlara doğru humusun miqdarının 
kəskin azalması müşahidə olunur. Bu torpaqlar udulmuş əsaslarla doymamışdır. Udma tutumu çox alçaq olub 
100 q torpaqda 10-12 m-ekv təşkil edir. Bu torpaqları struktursuz torpaqlar sırasına daxil etmək mümkündür. 

 
210
 
 
Şəkil 20.   Yarımsəhra landşaftın boz torpaqları  
(Şirvan Milli parkı) 
Adi boz torpaqlar yarımtipi. Bu torpaqlar açıq-boz torpaqlardakına yaxın bioiqlim şəraitində 
formalaşırlar. Adi-boz torpaqlar açıq-boz torpaqlarla müqayisədə profilin daha yaxşı ifadə olunması ilə 
fərqlənir. Üst çürüntülü horizont digər horizontlardan rənginin bir qədər tünd (humusla bir qədər rənglənmiş) 
olması ilə seçilir. Təsvir edilən torpaqların üst horizontları bioloji cəhətdən  yaxşı  işlənmişdir. Karbonatlar 
yüksək miqdarda olmaqla profildə qeyri-bərabər  şəkildə paylanmışdır. Profilin orta hissəsində (B
1
) onun 
maksimum toplanması müşahidə olunur. Həmin  horizont özünün bərkiməsi ilə də seçilir. Karbonatlar profildə 
özünü müxtəlif konkresiyalar, xüsusilə  ağ gözcüklər  şəklində biruzə verir. Açıq-boz torpaqlarda olduğu kimi 
asan həll olunan duzlar və gips kristalları profilin orta və qismən aşağı hissələrində (B, BC) nəzərə çarpır. Adi-
boz torpaqlarda humusun miqdarı açıq-boz torpaqlarda olduğundan bir qədər yüksək olub 1,5-2,0% təşkil edir. 
Udulmuş əsasların miqdarı hər 100 q torpaqda 18-20 mq-ekv təşkil edir. 
Qədimdən suvarılan (oazis) boz torpaqlar. Bu torpaqlar ilk dəfə Ş.G.Həsənov, M.P.Babayev tərəfindən 
təsvir edilmişdir. Qədimdən suvarılan boz torpaqların formalaşmasında suvarma sularının (xüsusilə bulanlıq) 
gətirdiyi asılı gətirmələr çox böyük rol oynayır. Asılı materiallar üzün müddət torpağın üst qatında toplanır və 
daha yaxşı torpaqlarda səthdə aqroirriqasiya qatı (Ai) ayrılır. Bəzi hallarda bu qatın qalınlığı 1,0-0,5 m-ə çatır.  
Təsvir edilən torpaqların üst qatı üçün bozumtul-qonur (qonur-qəhvəyimtil) rəng, topavari, topavari-

 
211
kəltənvari struktur səciyyəvidir. Profilin monoton boz rəngdə olması bu torpaqların  əsas diaqnostik 
göstəricilərindəndir. 
Mədəni bitkilərin kifayət qədər qalıqları  və nisbətən  əlverişli rütubətlənmə  şəraiti humusəmələgəlmə 
prosesinə müsbət təsir göstərir. Bununla əlaqədar olaraq qədimdən  suvarılan boz torpaqlarda humusun miqdarı 
digər yarımtiplərlə müqayisədə yüksək (21-2,4%), humus horizontu isə bir qədər aşağıya çəkilmiş olur. 
Suvarmanın təsiri altında bu torpaqların üst qatlarında olan karbonatlı birləşmələrin və asan həll olunan 
duzların profilin aşağı qatlarına yuyulub aparılması müşahidə edilir. Bununla əlaqədar aşağı qatlarda 
karbonatların miqdarı daha yüksək olur və torpaqlarda dərindən şorlaşma əlamətləri üzə çıxır (əsasən 120-140 
sm dərinlikdə). 
Bir sıra tədqiqatçıların fikrincə suvarmanın təsiri ilə bu torpaqların üst qatında aşınma prosesi güclənir
kolloid hissəciklərin miqdarının və udma
 
tutumunun artması baş verir. Təsvir edilən torpaqlarda udma tutumu 
100 q torpaqda 18-10 m-ekv təşkil edir. Aşınma və gətirmə materiallarının hesabına A və AB horizontlarında lil 
hissəciklərinin artması (bir çox hallarda 60-70%-dək)  müşahidə olunur. Qeyd edilən torpaqlar mövsümi yuyucu 
su rejimi şəraitində inkişaf edib formalaşırlar. 
İbtidai (takırşəkilli) boz torpaqlar yarımtipi.  İbtidai boz torpaqlar relyefin daha az parçalanmış 
sahələrində, bəzi hallarda isə çökəkliklərdə formalaşırlar. Bu torpaqlara Sumqayıt-Siyəzən massivində daha 
geniş sahələrdə rast gəlmək mümkündür. 
Təsvir edilən torpaqların yayıldığı ərazilərdə bitki örtüyü zəif inkişaf etməklə bütöv örtük əmələ gətirmir. 
Bitki örtüyü isə yovşan bitkisinin də inkişaf etdiyi taxılkimilərdən ibarət efemerlərdən, duzlu sahələrdə şoranotu 
qruplarından ibarətdir.  İsti yay mövsümündə bitki örtüyü quruyaraq məhv olur. Aydındır ki, belə bir şəraitdə 
torpaqda humus çox az toplanır, onların yalnız az bir hissəsi cüzi dərinliyə  hərəkət edə bilir. Digər tərəfdən 
humus maddəsinin böyük hissəsi yazda və payızın əvvələrində mikrobioloji proseslərin fəallaşması ilə əlaqədar 
olaraq rütubətlənərkən intensiv şəkildə parçalanır. Buna görə  də ümumi profil çox vaxt monoton açıq-boz və 
hətta ağımtıl boz rəngə malik olur. Genetik horizontlar bir-birindən və torpaqəmələgətirici süxurlardan çətin 
fərqlənir. İllüvial karbonatlı horizont morfoloji cəhətdən aydın ifadə olunmamışdır. Profildə karbonatlar qeyri-
bərabər şəkildə paylanmışdır. Torpaqlar humusla zəif dərəcədə təmin olunmuşdur. Üst qatda humusun miqdarı 
0,8-1,1%-dən yüksək olmur. 
İbtidai boz torpaqlar yüksək dərəcədə şorlaşmışdır. Bir sıra hallarda səthdə gilli duzlu qabığa rast gəlinir. 
Quru qalığın miqdarı 2,5-2,9% -ə çatır. Təsvir edilən torpaqlar üçün şoranvarilik və  şorakətvarilik səciyyəvi 
haldır. 
Azərbaycanın boz torpaqlarının  şoran,  şorakətvari, suvarılan və inkişaf etməmiş cinsləri ayrılır. 
Respublikamızın boz torpaqlarının humus və qida maddələri ehtiyatı yüksək deyildir. 0-20 sm-lik qatda humus 
ehtiyatı 30- 65 t/ha-dan yüksək olmur. Bu torpaqların böyük hissəsi suvarma əkinçiliyində (pambıq və taxıl 
əkinləri altında), bir hissəsi isə qış otları altında istifadə olunur. 
 
§ 71. Bataqlıq torpaqları 
 
Azonal (zonadaxili) törəmə kimi bataqlıq torpaqları genetik cəhətdən zonal torpaqlarla bağlıdır və müxtəlif 
torpaq-iqlim zonalarında rast gəlinir. Bu torpaqlar lokal şəkildə respublikamızın istər dağlıq, istərsə də düzənlik 
ərazilərində təmsil olunmuşlar. Bataqlıq torpaqlar respublikamızda çəmən-bataqlıq torpaqlarla birlikdə düzənlik 
rayonlarda 137 min hektar sahəni əhatə edir. Bu torpaqlar əsasən Lənkəran və Kür-Araz ovalıqlarında, Naxçıvan 
düzənliyində, Alazan-Əyriçay vadisinin quru çöllərində, Dəvəçi rayonunun Ağzıbirçala gölü hövzəsində və s. 
səth və qrunt suları ilə izafi rütubətlənmənin yüksək olduğu ərazilərdə nisbətən geniş yayılmışdır. Təsvir edilən 
torpaqlar relyefin çökək elementlərində  ətrafdan axan
 
səth sularının və ya qrunt sularının uzunmüddətli təsiri 
nəticəsində  təşəkkül tapır. Bu cür şəraitdə bataqlıq bitkilərinin inkişafı üçün şərait yaranır və onlar sürətlə 
inkişaf edir. Bataqlıq torpaqların  inkişaf etdikləri  ərazilər üçün halofitlər (qamış, ciyən, cil, sirkən, duzlaq 
çoqanı  və s.) iştirak etdiyi su-bataqlıq bitki qruplaşmaları  səciyyəvidir. Qeyd olunan bitkilər hər il torpağa 
böyük miqdarda (orta hesabla 200-250 s/ha) fitokütlə verir. 
Torpaqəmələgətirici süxurların tərkib və xassələri də bataqlıq prosesinin inkişafına böyük təsir göstərir. 
Karbonatlı, duzlu gillər yaxud qeyri-qənaətbəxş su-fiziki xassələrə malik gillicələr  əsas torpaqəmələgətirici 
süxurlar rolunu oynayır. Düzən sahələrdə qurunun bataqlaşma prosesi ağır qranulometrik tərkibli süxurlar 
üzərində gedir. Qrunt sularının səviyyəsi çox vaxt səthdən 10-15 sm dərinlikdə yerləşir, quraqlıq mövsümündə 
isə 50-80 sm-dək dərinliyə düşür. 
Bataqlıq torpaqlar torpaqəmələgəlmə  və qleyləşmə prosesinin qarşılıqlı  təsiri nəticəsində  əmələ  gəlirlər. 
Torpaqəmələgəlmə prosesi yüksək izafi rütubətlənmə şəraitində üzvi qalıqların çox zəif və ləng humifikasiyası 
nəticəsində baş verir. Respublikamızda torflaşma prosesi zəif gedir. Torpaq səthində torf təbəqəsinin qalınlığı 
çox vaxt 1-2 sm-dən artıq olmur. Həmin qatın da daxil olduğu üst orqanogen (üzvi) horizont (T
2
-T
3
) kobud 
yarıçürümüş bitki qalıqlarından ibarət olmaqla göyümtül-qara rəngə malik olur və profildə aydın seçilir. 
Ümumiyyətlə, bataqlıq torpaqlarının profili yaxşı differensiasiya edir. Bataqlıq torpaqların üst orqanogen (T
2


 
212
horizontu göyümtül-qara rəngə malik olur. Bu horizontda qleyləşmə, yaxud solodlaşma  əlamətləri, qamış, cil 
kökümsovlarına, aşağı  sərhədində humus axınlarına rast gəlinir. Torf qatının minerallaşma dərəcəsi bataqlıq 
torpağın  əsas göstəricisi hesab edilir. Mütəhərrik qida maddələrinin miqdarı minerallaşmadan aşağıda qleyli 
horizont (Bg) yerləşir. Qleyləşmə prosesi bataqlıq torpaqlar üçün əsas  əlamətdir.  Əsasən göyümtül-yaşılımtıl 
rəngə malik olan bu horizont çox rütubətli və suvaşqan, quru vəziyyətdə isə  bərk olur. Burada yarıçürümüş 
kömürləşmiş bitki qalıqlarına təsadüf olunur. İzafi rütubətlənmə daimi yox, mövsümi səciyyə daşıdıqda tam 
qleyli qatı yaranır, ancaq profildə göyümtül-yaşıl (göyümtül-pas) ləkələrə rast gəlinir. Torpaqəmələgətirici 
süxurlar əsasən mergəlləşmiş gillər, göl-dəniz mənşəli gillicəli-qumlucalı çöküntülərlə təmsil olunmuşlar. 
Bataqlıq torpaqlarda humusun miqdarı yüksək olub, 5,5%-dən 17,8%-dək dəyişir. O, humus horizontunda 
bərabər paylansa da, dərinliyə doğru kəskin  şəkildə azalır. Üzvi maddələrin zəif humifikasiyası  və humusun 
tərkibində azotun az olması ilə  əlaqədar C/N nisbəti çox genişdir (9,8-13,5). Humusun tərkibi fulvat tiplidir 
(Salayev, 1991). 
Təsvir edilən torpaqlar yüksək udma tutumu ilə  səciyyələnir (35,0-48,3 m-ekv). Bu hər  şeydən  əvvəl 
göstərilən torpaqlarda lil hissəciklərinin və üzvi maddələrin yüksək olması, qismən torpaqəmələgətirici 
süxurların xarakteri ilə əlaqədardır. 
Bataqlıq torpaqların yuyulmuş növmüxtəlifliklərində profildə karbonatlara təsadüf olunmur, yaxud BC və C 
horizontlarında nəzərə çarpır. Lakin respublikamızda karbonatlı profilə malik torpaqlar daha geniş  təmsil 
olunmuşlar. Bu torpaqların yalnız üst zəif torflaşmış horizontu karbonatsızdır, alt
 
horizontlarda isə onun miqdarı 
3,8-21,5% arasında dəyişir. Lənkəran vilayətində yayılmış torpaqlar zəif turş, digər  ərazilərdəkilər isə  zəif 
qələvi və qələvi reaksiyaya malik olurlar. Bu torpaqların profili çox hallarda asan həll olan duzlardan yuyulmuş 
olur. Bununla bərabər onların dərindən şorlaşmış növmüxtəlifliklərinə də təsadüf olunur. 
Bataqlıq torpaqlar tipinin hidroloji rejimindən, sualtı torpaqəmələgəlmənin davamiyyət müddətindən və 
torflaşmanın xarakterindən asılı olaraq 2 yarımtipi ayrılır: çürüntülü-bataqlıq və lilli-bartaqlıq. 
 
Çürüntülü bataqlıq torpaqları yarımtipi. Göstərilən yarımtipə daxil olan bataqlı torpaqları daha 
uzunmüddətli sualtı torpaqəmələgəlmənin məhsuludur. Bu torpaqlarda bitki qalıqlarının çürüməsi prosesi çox 
yavaş gedir, torf qatının qalınlığı isə nisbətən az olur. Profilin orta hissəsinin yüksək dərəcədə qleyləşməsi 
çürüntülü-bataqlıq torpaqlar üçün səciyyəvi əlamətdir. 
Lilli-bataqlıq torpaqları yarımtipi. Bu yarımtipə daxil olan bataqlıq torpaqları üçün bütün profilin 
qleyləşməsi, səthində lil hissəciklərinin xeyli toplanması  səciyyəvidir. Çürüntülü-bataqlıq torpaqlarla 
müqayisədə lilli bataqlıq torpaqlarda humusun miqdarı nisbətən az olur. 
Bataqlıq torpaqların yuyulmuş, karbonatlı və şoranvari cinsləri fərqləndirilir. 
İzafi rütubətlənmə  və su-fiziki xassələrinin  əlverişli olması ilə  əlaqədar olaraq bataqlıq torpaqları  kənd 
təsərrüfatı bitkiləri altında çox məhdud  şəkildə istifadə olunur. Bu torpaqların  əsas hissəsi biçənək və örüşlər 
altındadır. 
 
§72. Çəmən-bataqlıq torpaqları 
 
Çəmən-bataqlıq torpaqlar respublika ərazisində nisbətən məhdud sahədə yayılmışdır. Bu torpaqlar adətən 
relyefin alçaq və çökək elemetlərində formalaşır. Çəmən-bataqlıq torpaqları Mil-Qarabağ, Lənkəran, Quba-
Xaçmaz, Salyan və Naxçıvan düzənliklərində kiçik massivlərlə təmsil olunmuşlar. Bu torpaqların əmələ gəlməsi 
və inkişafı izafi rütubətlənmə ilə sıx əlaqədardır. Torpaqəmələgəlmə prosesində çəmən bitkilərindən çiyən, çil, 
kərmək (dəvəayağı), çığ, duzlaq çoğanı, sirkən və s. əhəmiyyətli rol oynayır. İzafi rütubətlənmə şəraiti daşqın və 
tullantı suları, nəzarətsiz buraxılan suvarma sularının, eləcə  də qrunt sularının təsiri altında  əmələ  gəlir. Bu 
prosesdə qrunt sularının təsiri daha böyükdür. Çəmən-bataqlıq torpaqlarının yayıldığı rayonlarda qrunt suları 
müxtəlif dərinliklərdə yerləşir - 40 sm-dən 85 sm-dək. Naxçıvan MR-də relyefin ən alçaq elementlərində 
yayılmış bu torpaqların  əhatə etdiyi ərazilərdə qrunt suları adətən 20-25 sm dərinlikdə yerləşir. Ilin rütubətli 
mövsümündə qrunt sularının səviyyəsi bir çox hallarda torpaq səthinə qədər qalxır, quraq mövsümdə isə 1,5 m-
dək dərinliyə düşür. Beləliklə, təsvir edilən torpaqlar sabit olmayan su rejimi şəraitində formalaşırlar. 
Torpaqəmələgəlmədə bataqlıq və  çəmən prosesləri bir-birini əvəz edir. Yüksək rütubətlənmə torpaqlara üst 
horizontlarda çəmən, alt horizontlarda isə bataqlıq xarakteri verir. 
Çəmən-bataqlıq torpaqlarının yayıldığı ərazilərin əsas hissələrində qrunt suları zəif dərəcədə minerallaşmışdır. 
Bəzi sahələrdə isə nisbətən cod tərkibli qrunt suları yayılır və onlar torpaqların xassələrinə əhəmiyyətli dərəcədə 
təsir göstərir. Allüvial, bəzi yerlərdə karbonatlı allüvial-prolüvial, duzlu gillicəli, yaxud gillicəli-çınqıllı 
çöküntülər, əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır. 
Təsvir edilən torpaqlar bir sıra xarakterik morfoloji əlamətlərə malikdir. Belə ki, çəmən-bataqlıq 
torpaqlarının inkişaf etdiyi xam sahələrdə torpaq səthində qalınlığı 5-8 sm-ə çatan çim qatı formalaşır. Profilin 
üst hissəsini  əhatə edən humus horizontu yaxşı  rənglənir, çox vaxt qara və qonur-qara rəngə malik olur. Bu 
horizont adətən rütubətli, suvaşqa və pis ifadə olunmuş strukturu ilə seçilir. Quruduqda bozarır, çox bərkiyir və 

 
213
çatlayır. Humus horizontunun altında bozumtul-qonur, oxra və pas ləkəli, bir qədər qleyləşmiş keçid qatı 
yerləşir. Çəmən bataqlıq torpaqlarının xarakterik morfoloji xüsusiyyətlərindən biri çox vaxt B və BC 
horizontlarını bütövlükdə  əhatə edən qleyli qatın olmasıdır. Bu qat çox vaxt rəngbərəng olur, dəmir-oksidi 
birləşmələri profilə göyümtül çalar verir. Quru vəziyyətdə torpaqların profili dərin, uzununa çatlarla ayrı-ayrı 
bloklara, yaxud iri kəltənlərə parçalanır. Bu qatlarda çox vaxt kobud humus və kömürləşmiş bitki qalıqları 
toplanır. 
Çəmən-bataqlıq torpaqları humusla yaxşı təmin olunmuşdur. Üst horizontda onun miqdarı 3,8±0,5% təşkil 
edir. A və B horizontlarında humusun miqdarı tədricən  aşağıya doğru kəskin şəkildə azalır. Naxçıvan MR-də 
karbonatlı çimli-bataqlıq torpaqlarında humusun miqdarı 4,15-5,77% arasında dəyişir və 85 sm dərinliyə kimi 
onun miqdarı cüzi şəkildə azalır.  Anaerob şəraitdə bitki qalıqları tədricən parçalanır və parçalanmanın sonuncu 
məhsullarına kimi minerallaşmır. 
 
 
Şəkil 21.   Bataqlıq torpağı formalaşan ərazi 
(Ağ-Göl Milli parkı) 
Humus maddəsinin toplanması bu torpaqlarda o qədər də intensiv getmir. Yüksək rütubətlənmə  şəraiti 
bioloji prosesləri ləngidir. Humusun tərkibinə görə humat-fulvat və fulvat tiplidir. Humin turşusunun 
fulfvoturşulara nisbəti 0,5-0,6-dan yüksək deyildir. Profilin üst horizontlarında azotun miqdarı 0,17-0,27% 
arasında tərəddüd edir. Üzvi maddələrin xeyli hissəsi parçalanma üçün əlverişli  şəraitdə olmadığı üçün və 

 
214
torpaqlarda azotun miqdarı nisbətən az olduğu üçün C/N nisbəti xeyli genişdir (10-11  və artıq). 
Təsvir edilən torpaqların üst horizontlarında udulmuş  əsasların miqdarı kifayət qədər yüksək olub 100 q 
torpaqda 31,0±4,2 mq-ekv təşkil edir (Salayev, 1991). Profilin aşağı hissələrində onun miqdarı iki dəfəyədək 
azalır. Udulmuş  əsasların içərisində kalsium kationu üstünlük təşkil edir. Şorakətvari və  şoranvari 
növmüxtəlifliklərində maqnezium və natriumun miqdarı yüksək olur. 
Duzlu ana süxurlar üzərində  əmələ  gəlmiş  və minerallaşmış qrunt sularının təsiri altında formalaşmış 
çəmən-bataqlıq torpaqlarında şorlaşma əlamətləri üzə çıxır. Göstərilən torpaqların şorlaşmış variantlarına Kür-
Araz ovalığının və Naxçıvan düzənliyinin quru rayonlarında və qismən Qanıx-Əyriçay vadisində rast gəlmək 
mümkündür. Torpaqlar zəif və orta dərəcədə  şorlaşmışdır. Kimyəvi tərkibinə görə torpaqların xloridli-sulfatlı 
növləri üstünlük təşkil edir. Qrunt suları  səviyyəsindən yuxarıda yerləşmiş horizontlar nisbətən zəif  şorlaşır. 
Quru qalığın miqdarı 0,3-1,5% arasında dəyişir. 
Çəmən-bataqlıq torpaqları qranulometrik tərkibi etibarilə  əsasən gillidir. Profilin üst horizontu daha ağır 
gilli tərkibə malik olur. Aşağı horizontlara doğru qranulometrik tərkibin yüngülləşməsi (yüngül, yaxud gillicəli-
qumlucalı növmüxtəlifliklərinə kimi) müşahidə olunur. Fiziki gilin orta riyazi qiyməti A
1
 horizontunda 63,8-
69,1% olub BC və C horizontlarında 35,1-32,3%-dək azalır. Çürüntülü horizontu lil hissəciklərinin miqdarının 
yüksək olması ilə seçilir. 
Çəmən-bataqlıq torpaqları tipinin iki yarımtipi fərqləndirilir: çürüntülü çəmən-bataqlıq və lilli çəmən-
bataqlıq torpaqları: 
Çürüntülü çəmən-bataqlıq torpaqları yarımtipi. Bu torpaqlar müxtəlifotlu çəmən bitkiləri altında 
formalaşır. Torpaqəmələgəlmə prosesinə nisbətən qısa dövrü əhatə edən yüksək izafi rütubətlənmə (sualtı rejim) 
şəraiti həlledici təsir göstərir. Çürüntülü çəmən-bataqlıq torpaqların profili üçün yaxşı inkişaf etmiş çəmən çimli 
və humuslu profilin qalın olmağı  səciyyəvidir. Bu torpaqlar qida maddələri ilə yaxşı  təmin olunmuşlar və 
münbitlik səviyyəsi kifayət qədər yüksəkdir. 
Lilli çəmən-bataqlıq torpaqları yarımtipi. Bu torpaqlar çəmən-bataqlıq bitkiləri altında inkişaf edir.  Lilli 
çəmən-bataqlıq torpaqları uzun müddət səth, yaxud daşqın  sularının təsiri altında formalaşırlar. Suyun  
tərkibində olan asılı lil hissəcikləri torpaq səthində çökür. Torpaqəmələgəlmə şəraiti humufikasiya prosesi üçün 
əlverişli deyildir. Bu səbəbdən də profildə humus horizontu zəif ifadə olunmuşdur. Uzun müddət davam edən 
üzafi rütubətlənmənin təsiri altında demək olar ki, bütün profilin qleyləşməsi müşahidə olunur. 
Çəmən-bataqlıq torpaqlarının yuyulmuş, karbonatlı, qleyli, mergelləşmiş, laylı cinsləri fərqləndirilir. 
Yüksək potensial münbitliyə malik olan çəmən-bataqlıq torpaqlardan təsərrüfatda məhdud şəkildə istifadə 
olunur. Bu torpaqlardan səmərəli istifadə olunması üçün bir sıra meliorativ tədbirlər, birinci növbədə izafi 
rütubətlənməyə və torpaqların şorlaşmasına qarşı mübarizə tədbirləri həyata keçirilməlidir. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin