Qərib Məmmədov



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
§ 93. Çimli torpaqlar 
 
Genezisi. Tayqa-meşə zonasının çimli torpaqları çəmən ot bitkiləri altında istənilən süxur üzərində əmələ 
gəlir.  
Çimli torpaqlar Baltikyanı respublikalarda, Rusiyanın Arxangelsk, Voloqda, Kalinin, Moskva və başqa 

 
279
vilayətlərinin ərazisində yayılmışdır. Şərqi Sibirdə donuşlu-tayqa çimli, çimli-meşə, Yakutiyada isə çimli-meşə-
sarımtıl torpaqlar yayılmışdır. Çimli torpaqlara Uzaq Şərq, Kamçatka və Kuril adalarında da təsadüf olunur. 
Çimli torpaqların adı  çəkilən  ərazilərdə ümumi sahəsi 9 mln.ha-dır ki, bundan 5 mln. ha Kamçatka və  Şərqi 
Sibirdədir. 
 “Çimli torpaqlar” termini elmi ədəbiyyata ilk dəfə V.V.Dokuçayev tərəfindən daxil edilmişdir. Lakin çimli 
torpaqəmələgəlmə prosesi nəzəriyyəsi V.R.Vilyams, İ.V.Tyurin və başqa alimlər tərəfindən işlənilmişdir. 
Ot bitkilərinin təsiri altında baş verən və yaxşı inkişaf etmiş humus horizontu olan torpaqların  əmələ 
gəlməsi ilə  nəticələnən torpaqəmələgəlmə prosesi çimli torpaqəmələgəlmə prosesi adlanır. Bu prosesin 
əhəmiyyətli xüsusiyyəti  - torpağın üst horizontunda humus və qida maddələrinin toplanması  və suyadavamlı 
strukturun yaranmasıdır. Çim prosesi çəmən və çəmən-bozqır bitkiləri altında daha əlverişli şəraitdə formalaşır. 
Bir sıra torpaqların – qara, şabalıdı, çimli alüvial, boz meşə və s. yaranması da çim prosesi ilə əlaqədardır. 
V.A.Kovda (1973) ot bitkilərinin torpaqəmələgəlmə proseslərinin inkişafına təsirini müəyyən edən 
aşağıdakı xüsusiyyətlərini qeyd edir: 
1. Ot bitkilərinin qısa həyat  tsikli ilə (1-3) şərtlənən maddələrin intensiv bioloji dövranı və çimin əlverişli 
kimyəvi tərkibi. Sonuncu yüksək küliliyi (3-13%) və azotun yüksək miqdarı ilə seçilir. 
2. Köklərin (rizokütlənin) fitokütlədə yüksək payı. O, 20-25%-dən 85-97% arasında və çox vaxt isə yerüstü 
kütləyə  bərabər və ya ondan çox olur. Ona görə  də ot bitkilərinin kök sistemi humusun əmələ  gəlməsində 
əhəmiyyətli mənbə hesab olunur. 
3. Kök sisteminin  və xüsusən də kök saçaqlarının yüksək dərəcədə  şəbəkələnməsi yayılma zonasında 
biokimyəvi və mikrobioloji proseslərin fəal inkişafını şərtləndirir. 
4. Üzvi qalıqların bilavasitə torpağa daxil olması və onların mineral birləşmələrlə sıx əlaqədə parçalanması 
humuslaşma prosesi və əmələ gəlmiş humus maddəsinin torpaqda bərkiməsi üçün əlverişli şərait yaradır. 
Ot bitkilərinin qeyd edilən xüsusiyyətləri səbəbindən torpağın üst horizontlarında humusun 
akkumulyasiyası ilə yanaşı qida maddələrinin miqdarının çoxalması, torpağın fiziki-kimyəvi və fiziki 
xassələrinin yaxşılaşması, mikrobioloji proseslərin güclənməsi baş verir ki,  son nəticədə bu torpaq münbitliyini 
formalaşdırır.  Çim prosesinin intensivliyi ot bitkilərinin bioloji məhsuldarlığı, yəni sintez olunan üzvi 
maddələrin kəmiyyəti və keyfiyyəti, torpağa daxil olan bitki qalıqlarının (yeraltı  və yerüstü) miqdarı  və 
humusun əmələ gəlməsinə və toplanmasına təsir göstərən kompleks şərait ilə müəyyən olunur. 
Çimli torpaqlar aşağıdakı ümumi xassə  və  əlamətlərə malikdirlər: yaxşı görünən topavari-dənəvər 
struktura malik humus qatı, podzollaşmanın
 
olmaması və ya zəif ifadə olunması, humusun yüksək miqdarı (3-
4%-dən 12-15%-ə kimi), yüksək udma tutumu, zəif turş, neytral və ya zəif qələvi reaksiya, ümumi azot və küli 
maddələrin böyük ehtiyatı
Təsnifatı. Çimli torpaqlara üç müstəqil tip aid edilir: çimli-karbonatlı (rendzinlər), çimli-litogen və çimli-
qleyli (cədvəl 83). Birinci iki tip avtomorf, üçüncü tip isə yarımhidromorf şəraitdə inkişaf edir. 
Cədvəl 83 
Çimli torpaqların təsnifatı 
 
Tip Yarımtip Cins 
Çimli - karbonatlı 
Çimli-karbonatlı tipik 
Əhəngli  
Çimli-karbonatlı 
yuyulmuş 
Silikatlı-əhəngli 
Cimli-karbonatlı 
podzollaşmış 
İnkişaf etməmiş 
Çimli-litogen 
Çimli doymuş 
Şunqit üzərində 
Çimli turş 
Qələvi püskürmə süxurları 
üzərində 
Çimli podzollaşmış 
Şistlər üzərində  
Rəngli gillər üzərində 
Dəmirlə  zəngin süxurlar 
üzərində 
Çimli-qleyli 
Çimli-səthdən -qleyli 
karbonatlı 
Çimli-qrunt-qleyli doymamış 
Çürüntülü - səthdən 
qleyli 
podzollaşmış 
Çürüntülü – qrunt -qleyli   
 
Çimli avtomorf torpaqlar səthdə qalınlığı 2-7 sm olan çim qatına malikdirlər.  Bu qatın altında boz və ya 
tünd boz rəngə malik, topavari dənəvər strukturlu humus horizontu (A
1
) yerləşmişdir. Bəzən bu horizontun aşağı 

 
280
sərhədinə yaxın sahələrdə podzollaşma əlamətlərinə rast gəlmək mümkündür. Horizontun bu hissəsini sərbəst 
A
1
A
2
 yarımhorizont kimi də ayırırlar. Humus horizontunun altında C-torpaqəmələgətirən horizonta keçid olan B 
horizontu yerləşmişdir.  
Çimli torpaqlar humusun miqdarına və humus horizontunun qalınlığına görə növlərə ayrılırlar: çürüntülü -  
12%-dən çox,  çox humuslu – 5 - 12%, orta humuslu – 3 -5 %, az humuslu - -35- dən az;  yuxa – 15 sm-dən az
orta qalınlıqlı 15 sm-dən çox. 
Çimli-karbonatlı torpaqlar tipi karbonatlı süxurlar üzərində formalaşmışdır. 
Çimli-karbonatlı tipik torpaqlar yarımtipi  əsasən yuxa əhəngli süxurların elüvisi üzərinda formalaşır.  
Onların profili qalın deyildir (30 sm və az). Səthdən və ya A
1
 horizontundan başlayaraq qaynayır. Humusun 
yüksək miqdarı (5-22 %), humus qatının neytrala yaxın reaksiyası və qida elementləri ilə yaxşı təmin olunması 
ilə səciyyələnir. Bu torpaqlar yuxa və çınqıllı olduğundan qeyri-sabit su rejiminə malikdirlər.  
Çimli-karbonatlı tipik torpaqlar əsasən otlaq və meşə sahələri altında istifadə olunur. 
Çimli – karbonatlı yuyulmuş torpaqlar yarımtipi bir qədər qalın elüvial-delüvial karbonatlı süxurlar 
üzərində inkişaf edirlər. Bu torpaqların profilinin qalınlığı 60-100 sm-dir. Humus qatının reaksiyası zəif turşdur 
(pH 5,5-6,0), humusun miqdarı isə bir qədər azdır (3-5%-dən 5-10%- ə kimi). 
Çimli-karbonatlı podzollaşmış torpaqlar yarımtipi podzollaşma  əlamətləri ilə  səciyyələnir. Humus 
horizontunun reaksiyası zəif turşdur. Qaynama yalnız B horizontunun aşağı sərhədində müşahidə edilir. 
Çimli-karbonatlı yuyulmuş  və podzollaşmış torpaqlar yüksək münbitlik xassələrinə malikdirlər və tayqa-
meşə zonasının ən yaxşı aftomorf torpaqları hesab olunurlar. 
Çimli litogen torpaqlar tipi  tərkibində çoxlu miqdarda kalsium və maqneziumun silikat formalarını 
saxlayan süxurlar və dəmirlə zəngin elüvial çöküntülər üzərində formalaşmışdır. Bu 
torpaqlar Orta Sibir ərazisində daha geniş yayılmışdır. Bu torpaqlarda humusun 
miqdarı böyük parametrlər (2-9%) daxilində  dəyişir. Dərinlik artdıqca humusun 
miqdarı kəskin şəkildə azalır, reaksiyası neytrala yaxındır. 
Bu torpaq içərisində çimli doymuş torpaqlar daha əlverişli hesab olunur. Onlar 
münbitliyinə görə çimli-karbonatlı torpaqlara daha yaxındır.  
Çimli-qleyli torpaqlar tipi güclü minerallaşmış, kalsiumla zəngin qrunt 
sularının iştirakı ilə formalaşır. Bu torpaqlar çimləşmə  əlamətini saxlasa da, onlar 
aşkar təzahür edən qleyləşmə prosesi və torflu döşənəyin və çürüntülü qatın 
yaranması ilə də səciyyələnir. Çimli-qleyli torpaqlar yüksək humusluluğu (10-15%), 
yüksək udma tutumu (30-40 mq-ekv), əsaslarla doyması, neytral və  zəif turş 
reaksiyası, bir sıra elementlərin biogen və hidrogen akkumultyasiyası ilə  fərqlənir. 
Qrunt suyunun səthə yaxın yerləşməsi ilə  əlaqədar  əlverişsiz su-hava rejiminə 
malikdir. Yüksək münbitlik xassəsinə malikdir. Bununla belə su-hava rejiminin 
tənzimlənməsi tələb olunur. 
§ 94. Çimli-podzol torpaqlar 
 
Genezisi.  Çimli-podzol torpaqlar tayqa-meşə zonasının Avropa və Asiya 
hissəsinin  əsasən  cənub rayonlarında yayılmaqla yarımzona  əmələ  gətirir. Çimli-
podzol torpaqların ümumi sahəsi 185 mln.ha təşkil edir. 
Təbii bitkilik altında formalaşmış çimli-podzol torpaqların səthində qalınlığı 3-5 
sm  olan    ya  çim  qatı (A
d
) ya da meşə döşənəyi (A
o
) formalaşır. Bu qatın altında 
qalınlığı 5 sm-dən çox, bəzən 15-20 sm-ə çatan humuslu-elüvial horizont A
1
 yerləş-
mişdir. Bu horizont açıq-boz və nadir hallarda tünd-boz rəngə çalır. Çim qatından 
aşağıda podzol horizontu A
2
 gəlir. Podzol horizontunu aşağıda keçid horizontu A
2

və ilüvial horizont B əvəz edir.  Sonuncu tədricən ana süxura (C) keçir. Əkin altında 
istifadə olunan çimli-podzol torpaqların  əkinaltı qatında (A
ə
) podzol qatı  A
2
  və ya 
A
2
B və ya bilavasitə illüvial B qatı yerləşmişdir. 
Çimli-podzol torpaqlar iki prosesin – podzol və çim proseslərinin birgə fəaliyyəti 
nəticəsində yaranmışdır. Bu, meşələr qırılarkən və  nəticədə  ağac
 
bitkilərini çəmən 
bitkiləri əvəz edərkən də baş verir.  Bu halda podzollaşma prosesini çimləşmə əvəz 
edir və podzol torpaqların yerində çimli-podzol torpaqlar formalaşır. 
Beləliklə, çimli-podzol torpaqlar podzollaşma və çimləşmə proseslərinin həm 
bir-birinin ardınca, həm də birgə fəaliyyəti nəticəsində yaranır. Bəzi mütəxəssislərin 
fikrincə çimli-podzol torpaqlarda podzollaşma və çimləşmə prosesləri sinxron xarak-
ter daşıyır və bu torpaqların yaranmasından ötrü hər iki prosesin olması tələb olunur.  
Təsnifatı. Bu torpaqlar əksər  ədəbiyyat mənbələrində podzol torpaqlar tipinin 
daxilində yarımtip kimi ayrılmışdır. Lakin bu torpaqların sərbəst tip kimi ayrılması 
daha çox məqsədəuyğun olardı. Bu onların özünəməxsus genezisi, xüsusən də çim-

 
281
ləşmə prosesinin bu torpaqların əmələ gəlməsində aparıcı proses kimi mühim rol oynaması ilə bağlıdır. Bundan 
başqa bu torpaqlar podzol torpaqlardan daha əlverişli istilik rejimi, az mövsümi nəmlənməsi və yüksək münbit-
liyi ilə seçilir. Çimli-podzol torpaqların bir neçə yarımtipi ayrılmışdır. Bunlar aşağıdakılardır. 
Çimli-sarımtıl-podzol torpaqlar  yarımtipi  bu zonanın qərbində, bir qədər mülayim və isti iqlim şəraitinə 
malik rayonlarda (Belarus, Baltikyanı, Kalininqrad vilayətində) yayılmışdır. Bu torpaqlar yaxşı drenlənmiş əra-
zilərdə, yuyulma rejimi şəraitində formalaşmışdır. Onlar adətən yaxşı inkişaf etmiş qalın profilə malikdirlər 
(200-250 sm). Bu torpaqların özünəməxsus rənginin mənşəyi hələ  məlum deyildir. Onu müxtəlif proseslərlə 
izah edirlər; dəmir məhlulunun kapilyarlarla yuxarı horizontlara hərəkəti, dəmirin biogen akkumulyasiyası, 
torpaqdaxili aşınma prosesləri və s. 
Çimli-podzol mülayim donuşlu torpaqlar yarımtipi  cənubi tayqanın Avropa hissəsində geniş yayılmışdır. 
Bu torpaqların profili qalın olub, 150-200 sm arasında tərəddüd edir. Bütün profilboyu turş  və çox turş 
reaksiyaya malikdir. İstilik balansına görə çimli-sarımtıl-podzol torpaqlardan bir qədər geri qalır. Bu torpaq 
üçün yuyulma rejimi fonunda quru yayın olması səciyyəvidir. 
Çimli-podzol mülayim soyuq uzun müddət donan torpaqlar  yarımtipi  əsasən Sibirin tayqa zonasının 
cənubunda yayılmışdır. Bu torpaqlarda profilin qalınlığı 100-150 sm-ə qədərdir. Onların içərisində ikinci humus 
qatı (A
o
A
1
 – A
2
 – A
h
 –
 
A
2
B – B – C) olan çimli-podzol torpaqlara rast gəlmək mümkündür. Torpaq profilində 
ikinci humus qatının olmasını bir çox tədqiqatçılar relikt hadisəsi kimi qəbul edirlər. Bu qat, onların nəzərincə, 
təsvir edilən torpağın vaxtilə  çəmən, çəmən-bozqır və ya qaratorpağabənzər torpaqlara mənsub olduğunu 
göstərir. Lakin sonralar iqlim dəyişmələrinin baş verməsi, ot örtüyünün meşə bitkiləri ilə əvəz olunması humus 
horizontunun üst hissəsinin podzollaşmasına səbəb olmuşdur. 
Çimli-podzol torpaqların yarımtiplərindəki cinslər podzol torpaqlarda olduğu kimidir. İkinci humus qatı 
olan torpaqlarda əlavə cins ayrılır (törəmə-podzollaşmış). Növlər podzollaşma və çimləşmə proseslərinin 
təzahür dərəcəsinə görə ayrılır.  
Tərkib və xassələri A
1
 horizontunda humusun miqdarına görə torpaqların bölgüsü belədir:  zəif humuslu – 
xam torpaqlarda 3  %-ə kimi, əkinaltı torpaqlarda  - 2%-ə kimi; orta humuslu – xam torpaqlarda 3- 5 %-ə kimi, 
əkinaltı torpaqlarda  -2-4%-ə kimi; yüksək humuslu  -xam torpaqlarda 5%-ə kimi, əkinaltı torpaqlarda 4%-ə 
kimi. 
Çimli-podzol torpaqların tərkib və xassələri podzollaşma və çimləşmə proseslərinin inkişafından, həmçinin 
onların mədəniləşdirilməsi tədbirlərindən və qranulometrik tərkibindən asılıdır. Podzol torpaqlarda olduğu kimi 
çimli-podzol torpaqlarda da lil fraksiyalarının, silisiumun və oksidlərin profildə paylanmasında ona məxsus 
xüsusiyyətlər vardır (cədvəl 84, 85). 
Cədvəl 84 
 
Çimli-podzol torpaqların (əkin) kimyəvi tərkibi 
 
Genetik 
hori-
zontlar 
SiO

Fe
2
O

Al
2
O

P
2
O

SO

CaO MgO 
K
2
O

Na
2

MnO
Közərdilmiş torpağın kütləsindən %-lə 
A
ə 
84,6

3,26 7,70 0,18 0,11 0,57 0,22 3,00 0,12 
A

85,4

3,18 7,83 0,08 0,08 0,92 0,31 2,69 0,05 

79,6

5,80 
11,8

0,06 0,08 0,50 0,21 2,21 0,03 

84,0

4,20 8,44 0,13 0,,12 0,64 0,30 2,21 0,09 
 
Cədvəl 85 
 
Çimli-podzol torpaqların fiziki-kimyəvi xassələri və 
qranulometrik tərkibi 
Genetik 
hori-
zontlar 
Humus


pH, 
duz 
çəkim

Mübadiləli 
əsaslar 
Hidro-
loji 
turşu-
luq 
Əsasla
r-la 
doyma 
dərəcə
si 
Fiziki gil və lil 
fraksiyalarının 
miqdarı, %-lə 
Ca
2

Mg
2+ 
m-ekv/100 
qr 
<0,01 <0,001 

 
282
A
ə 
2,65 5,0 7,0 0,8  3,9  66,7 28,1 12,2 
A

0,52 4,9 5,4 0,8  2,8  68,9 19,7 8,0 
B 0,28 4,8 
10,

2,7 4,2 75,6 38,3 
25,4 
C 0,12 5,4 
11,

2,8 0,9 94,0 23,3 
15,2 
 
Çimli-podzol torpaqlarda humusun əsas kütləsi humuslu-elüvial horizontda toplanmışdır. Podzol və ondan 
aşağıdakı horizontlarda onun kəskin azalması müşahidə edilir. 
Əkinaltı çimli-podzol torpaqlarda humuslu-elüvial horizont təkcə  təbii çim proseslərinin deyil, bu 
torpaqların kənd təsərrüfatında istifadəsi və onların mədəniləşdirilməsi prosesinin təsiri altında formalaşır. Bu 
təkcə çim horizontunun qalınlığına və ondakı humusun tərkibinə deyil, başqa xüsusiyyətlərinə, o cümlədən 
P
2
O
3
, SiO
3
 miqdarına və mübadiləli əsasların tərkibinə də təsir göstərir. 
Çimli-podzol torpaqlarda humin turşularının fulvoturşulara nisbəti bütün profilboyu 1-dən azdır. Yalnız 
karbonatlı süxurlar üzərində yaranmış çimli-podzol qalıq-karbonatlı torpaqların humus horizontu A
1
-də humin 
turşuları fulvoturşulardan çox toplanır və bununla bağlı bu nisbət 1-dən çoxdur (cədvəl 86). 
 

 
283
Cədvəl 86 
Çimli-podzol torpaqlarda humusun tərkibi 
 
Torpaq 
Genetik 
horizontla

Üzvi mad-
dənin 
tərkibində 
karbon 
(C) 
N, 

C:

Humus 
göstəriciləri 
HT FT Cht/Cft 
 
1 2 






Çimli-orta 
podzol, əkin 
A
ə 
1,16 0,14 
8,3 
22,4 28,

0,78 
B 0,52 


15,4 28,

0,54 
Çimli-podzol 
qalıq -karbonatlı, 
meşə 
A

7,23 0,46 
15,

32,2 27,

1,18 
A

0,43 0,03 
14,

16,3 25,

0,63 
B 0,29 
0,02 
14,

3,4 20,

0,17 
 
Çimli-podzol torpaqlar turş reaksiyaya malikdir. Əsaslarla doyma dərəcəsi onlarda podzol torpaqlardan 
yüksəkdir. Mübadiləli  əsaslar  əsasən kalsium, az miqdarda maqneziumla təmsil olunmuşdur. Kalsiumun əkin 
qatında miqdarı başqa qatlarla müqayisədə çoxdur. Bu da onun maqneziumla müqayisədə daha fəal bioloji 
akkumulyasiyası ilə əlaqədardır. 
Çimli-podzol torpaqlarda humusun miqdarı  və keyfiyyət tərkibi, turşuluq və fiziki-kimyəvi xassələr 
torpaqəmələgətirən süxurların qranulometrik, kimyəvi və mineraloji tərkibindən, həmçinin podzollaşma və 
çimləşmə proseslərinin ifadə olunma dərəcəsindən və torpaqların mədəniləşməsindən asılı olaraq böyük 
ölçülərdə dəyişir. 
Çimli-podzol torpaqların mineraloji tərkibi müxtəlif olub, torpaqəmələgətirən süxurların qranulometrik 
tərkibindən və xassələrindən asılıdır.  Çimli –podzol torpaqlar azot və fosforun ümumi ehtiyatı  və mütəhərrik 
formaları ilə  zəif təmin olunmuşdur.  Azot  əsasən üzvi qalıqların tərkibindədir. Onun minerallaşması zamanı 
bitkinin mənimsəyə bildiyi nitrat və ammonyak formaları əmələ gəlir. Azotun ümumi miqdarı 0,2 %-ə kimidir. 
Fosfor əsasən mineral birləşmələrin tərkibindədir. Qumlu və qumsal torpaqlarda onun miqdarı 0,05-0,07%, 
gillicəli torpaqlarda 0,10-0,16 % təşkil edir. Fosforun mütəhərrik formaları adətən 100 q. torpaqda 5-10 mq 
(Kirsanov) və yalnız mədəni torpaqlarda 15-20 mq və daha çoxdur. Kaliumun əkin qatında ümumi miqdarı 1-
2,5% arasında dəyişir. Onun mütəhərrik (mübadiləli) formaları 10 q torpaqda 7-15 mq-dır. 
Çimli-podzol torpaqların fiziki xassələri də böyük maraq kəsb edir. Bərk fazanın sıxlığı torpağın profili 
boyunca az dəyişikliyə  uğrayır, sıxlıq  əksinə, yuxarı horizontlardan aşağı horizontlara doğru  əhəmiyyətli 
dərəcədə artır. Ümumi məsaməlik əkin qatında kifayət qədər yüksəkdir (54-56 %), lakin aşağı qatlarda tədricən 
azlır, ilüvial qatda və ana süxurda 40-43 %-ə bərabərdir (cədvəl 87). 
Cədvəl 87 
Çimli- podzol torpaqların fiziki xassələri 
 
Genetik 
hori-
zontlar 
Dərin-
lik, sm 
Bərk 
fazanı

sıxlığı 
Sıxlı

Ümum
i məsa-
məlik 
Maksi- 
mal hiq-
rosko-
pik-lik 
(MH) 
Solux-
ma 
nəmli
yi 
Ən az 
nəmlik 
tutumu 
(ƏT) 
q/sm

torpağın həcmindən %-lə 
A
ə
 0-5 2,64 
1,16 
56  4,8 6,6 32 
 10-20 
2,62 
1,21 
54  5,0 7,3 30 
A
2
B 40-50 2,72 1,43 47  10,7  16,5  31 
 60-70 
2,68 
1,54 
43 12,4 16,2 33 
 90-100 
2,70 
1,58 42  13,1 20,1 35 
C 150-160 
2,73 1,60 42  14,8  21,2  37 
 190-200 
2,69 
1,66 40  15,1 21,3  37 
 
 

 
284
Maksimal hiqroskopiklik (MH) və soluxma nəmliyi (SN) əkin qatında aşağıdır, lakin illüvial qatda və ana 
süxurda əhəmiyyətli dərəcədə artır ki, bu da həmin horizontlarda lil fraksiyalarının çoxluğu ilə əlaqədardır. Ən 
az nəmlik tutumu (ƏT) torpaq profilində 30-37 % arasında tərəddüd edir. 
 
§ 95. Bataqlıq-podzol torpaqlar 
 
Genezisi. Bataqlıq-podzol tip torpaqlar iki paralel prosesin – podzollaşma və bataqlaşma proseslərinin birgə 
fəaliyyəti, həmçinin səth və yumşaq qrunt sularının müvəqqəti yaratdığı izafi nəmliyin təsiri nəticəsində yaranır. 
Bu torpaqlar əsasən qleyli-podzol və podzol torpaqlar yarımzonasında yayılmışdır. Çimli-podzol torpaqlar 
yarımzonasında bu torpaqlar relyefin çökək sahələrində müşahidə edilir. Onların ümumi sahəsi 88 mln. ha təşkil 
edir. 
Bataqlıq-podzol torpaqlar yarımhidromorf torpaqlara aid edilir. Onlar turş reaksiyaya malikdir. Onların 
podzol horizontu silisiumla zəngindir,  biryarımlıq oksidlər azlıq təşkil edir, qleyli horizontlarda isə  dəmirin 
mütəhərrik formaları toplanmışdır. Əkinçilikdə istifadə zamanı bu torpaqların su rejiminin tənzimlənməsi tələb 
olunur. 
Bataqlıq-podzol torpaqlar podzol torpaqların  əlamətlərini saxlasa da, mineral hissənin qleyləşməsi ilə  sə-
ciyyələnir və səthində qalınlığı 10-30 sm arasında dəyişən orqanogen horizonta malikdir. 
Bu torpaqların profili aşağıdakı quruluşa malikdir: səth meşə döşənəyi – A
o
; aşağıda 
torflu horizont - A
T
o
  gəlir ki, bu horizont da zəif parçalanmış 
(torflu) - A
T
o
; orta parçalanmış (çürüntülü-torflu) – A
ÇT
o
; güclü 
parçalanmış (çürüntülü) – A
Ç
o
 olur. Torflu horizontun altında 
humus horizontları  A
1
 və ya A
g
, onların altında isə podzol A
2
 
və ya A
2g
 horizontu, illüvial B və ana süxur C və ya C
g
 
horizontu yerləşmişdir. 
Süxurların qleyləşməsi qrunt suyunun təsir etdiyi yer-
lərdə özünü göstərir. Fatsial və yarımzonal xüsusiy-
yətlərindən asılı olaraq profilin qalınlığı 50-200 sm təşkil 
edir. 
Təsnifatı. Bataqlıq-podzol torpaqlarda aşağıdakı yarımtiplər 
ayrılır: 
1. Torflu-podzol səthdən qleyli (A
o
 10-30 sm, qleyləşmə 
bütün profilboyu güclü). 
2. Torflu-podzol qrunt-qleyli (A
o
 10-30 sm, qleyləşmə 
güclü, profilin aşağı hissəsi izafi nəmlənməyə  məruz 
qalıbdır). 
3. Çürüntülü –podzol səthdən qleyli. Çürüntü qatının 
(A
o
) qalınlığı 10-20 sm olub, tərkibində 20-30% humus 
vardır. Profilin üst hissəsində torpağın reaksiyası turş (pH 
təqribən 4), aşağı hissəsində - neytrala (pH 6-7) yaxındır. 
Çimli-podzol yarımzonanın isti fatsiyasında inkişaf etmişdir. 
4. Çimli (çürüntülü) - podzol qrunt-qleyli. Qumsal və 
qumlu torpaq üzərində yayılmışdır. 
Yarımtiplər daxilində  aşağıdakı cinslər ayrılır: adi, 
illüvial-humuslu, illüvial-dəmirli və s. növlər pod-
zollaşmanın dərəcəsinə  və  dərinliyinə, torfun qalınlığına 
görə ayrılır. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin