§ 86.Torpaqların iqtisadi qiymətləndirilməsi
Dövlət torpaq kadastrının ən əhəmiyyətli tərkib hissəsi torpaqların (torpaq yerinin) iqtisadi
qiymətləndirilməsidir. Torpaqların iqtisadi qiymətləndirilməsi kənd təsərrüfatında əsas istehsal vasitəsi olan
torpaq yerinin münbitliyinin iqtisadi göstəricilər əsasında səciyyələndirilməsidir.
Torpaqların bonitirovkası və torpaqların iqtisadi qiymətləndirilməsi arasında çox sıx əlaqə mövcuddur; hər
iki tədbir torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına, torpaqların kəmiyyət və keyfiyyətcə uçotuna,
torpaq tədqiqat materiallarına və torpaqların istehsal göstəricilərinə dair statistik məlumatlara istinad edir.
Torpaqların bonitirovkası və torpaqların iqtisadi qiymətləndirilməsi torpaq yerinin istehsal qabiliyyətinin
müəyyən edilməsinin vahid prosesi kimi çıxış edir. Belə ki, torpağın təbii və qazanılmış xassələri, torpaq yerinin
məkanı və texnoloji xüsusiyyətləri, həmçinin istehsalın intensivliyi əkinçi əməyinin məhsuldarlığına həm eyni
vaxtda və həm də qarşılıqlı surətdə təsir göstərir.
Torpaqların iqtisadi qiymətləndirilməsinin torpaqların bonitirovkasından əsas fərqi odur ki, torpaqların
bonitirovkası torpağı təbiət cismi kimi, kənd təsərrüfatı istehsalının iqtisadi şəraitini nəzərə almadan öyrənir.
Torpaqların iqtisadi qiymətləndirilməsi zamanı isə torpaq yeri kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi
götürülür. Ona görə də torpaqların iqtisadi qiymətləndirilməsi torpaq yerlərinin keyfiyyətindəki fərqləri, iqtisadi
münbitlik nöqteyi-nəzərindən əkinçilikdə əldə edilmiş intensivliyin səviyyəsinə uyğun olaraq kifayət qədər
255
dəqiqliklə əks etdirilməlidir. Bu cür qiymətləndirmə yerli təbii və istehsal şəraiti, sahənin yeri, kənd təsərrüfatı
məhsullarını əldə etməkdən ötrü sərf edilmiş əmək və vəsaitlər nəzərə alınmaqla aparılır. Lakin bununla
torpaqların iqtisadi qiymətləndirilməsinin vəzifəsi bitmir. Torpaqların iqtisadi qiymətləndirilməsi təkcə kənd
təsərrüfatı təyinatlı torpaqların deyil, bütün vahid torpaq fondundan səmərəli istifadənin vacibliyini nəzərə
almalıdır.
Torpaqların bonitirovkasında torpağın bonitet balı torpağın sırf təbii və qazanılmış xassə və tərkibləri
əsasında tapılırsa, torpağın iqtisadi qiymət göstəricilərinin formalaşmasına onun istehlak bazarına, sənaye
mərkəzlərinə və nəqliyyat qovşaqlarına yaxınlığı və digər amillər də təsir göstərir. Torpaqların iqtisadi
qiymətləndirilməsinin obyekti, dövlət torpaq kadastrında olduğu kimi, müxtəlif kateqoriyalardan olan torpaqlar
və kənd təsərrüfatı yerləri (uqodiyalarla) ilə təmsil olunmuş, vahid torpaq fondudur. Torpağın iqtisadi
qiymətləndirilməsinin predmeti isə torpağın iqtisadi münbitliyidir. Münbitlik nöqteyi-nəzərindən torpaq yeri və
torpaq anlayışları eynidir. Fərq yalnız, qeyd edildiyi kimi, torpaqla müqayisədə torpaq yerinin daha geniş
anlayış olmasıdır.
Torpaq kadastrında torpağa vahid məfhum – torpaq münbitliyinin daşıyıcısı və qiymətləndirmənin predmeti
kimi baxılır. Çünki torpaqların bonitirovkası mərhələsində təbii münbitliyin qiymətləndirilməsi həyata keçirilir,
sonra torpaqların iqtisadi qiymətləndirilməsi mərhələsində obyektiv iqtisadi amillər (təsərrüfatın səviyyəsi və
ixtisaslaşması, kənd təsərrüfatı yerlərinin strukturu və s.) nəzərə alınmaqla iqtisadi münbitliyin səviyyəsi
müəyyən edilir. Bununla da torpaq-qiymətləndirmə məlumatlarının ardıcıllığı təmin edilir.
Torpaq-qiymətləndirmə işləri zamanı torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinin eyni
taksonomik vahidlər üzrə aparılması vacibdir. Respublikamızda torpaqların bonitirovkası (yekun bonitet şkalası
qurularkən) torpaq növmüxtəliflikləri, torpaqların iqtisadi qiymətləndirilməsi isə torpaqların aqroistehsalat
keyfiyyət qrupları üzrə aparılır. Lazımi məlumatların kifayət qədər olduğu hallarda torpaqların iqtisadi
qiymətləndirilməsində taksonomik vahid kimi torpaq növmüxtəliflikləri götürülə bilər.
Torpaqların iqtisadi qiymətləndirilməsində qiymət göstəricilərinin düzgün seçilməsinin böyük əhəmiyyəti
vardır. Onlar obyektiv olmalı və müəyyən praktiki əhəmiyyət kəsb etməlidir. Yalnız bu halda torpaqların
iqtisadi qiymətləndirilməsi istehsalatda özünün geniş tətbiqini tapa bilər. Qiymət göstəricilərinin hesablanması
suvarılan və suvarılmayan torpaqlar üçün ayrı-ayrılıqda hesablanır.
Torpaqların iqtisadi qiymətləndirilməsi fərdi və ümumi olur. Torpaqların fərdi iqtisadi qiymətləndirilməsi
müxtəlif torpaqlarda konkret kənd təsərrüfatı bitkilərinin becərilməsinin səmərəliliyini təyin edir. Ona görə də
torpaqların fərdi iqtisadi qiymətləndirilməsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına, məsarif ödənişinə və
differensial gəlirə görə aparılır.
Torpaqların ümumi iqtisadi qiymətləndirilməsi münbitliyin obyektiv göstəricilərini və torpaqdan istifadənin
effektivliyini xarakterizə edən göstəriciləri təyin edir. Torpaqların ümumi iqtisadi qiymətləndirilməsi ümumi
məhsulun dəyərinə, məsarif ödənişinə və differensial gəlirə görə aparılır.
İqtisadi nöqteyi-nəzərdən torpaq yerinin keyfiyyəti torpağın münbitliyinə görə müəyyən edilir. Torpaqların
münbitliyindəki fərqlər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında fərqlərin yaranmasına səbəb olur. Bununla
da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı torpaqların iqtisadi qiymətləndirilməsində əsas göstərici kimi çıxış
edir. Bu göstərici əsasında torpaq yerlərinin keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək mümkündür.
Torpaqların iqtisadi qiymətləndirilməsi üçün seçilmiş kənd təsərrüfatı bitkilərinin tərkibi torpaq-kadastr rayonu
üçün səciyyəvi olmalıdır.
Torpağın qiymət göstəricisi kimi məhsuldarlığın kənd təsərrüfatı istehsalının bir sıra məsələlərinin həllində
böyük əhəmiyyəti vardır. Lakin o yalnız müxtəlif keyfiyyətli torpaqlara eyni miqdarda xərc qoyulduğu şəraitdə
torpaqların keyfiyyətini əks etdirir.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı əsasında torpaq yerlərinin iqtisadi qiymətləndirilməsinin çətinliyi
ayrı-ayrı bitkilərin və bitki qruplarının məhsuldarlığının torpağın keyfiyyəti haqqında məlumat verə bilməməsi
ilə əlaqədardır. Bəzən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yem vahidləri (örüş yerlərini çıxmaqla) ilə
əvəz etmək cəhdləri də müəyyən çətinliklər yaradır. Məhsuldarlığın obyektiv göstəriciləri olan ümumi məhsulun
dəyəri və differensial gəlir artıq praktikada öz üstünlüklərini göstərmişdir.
Ümumi məhsulun dəyəri əkinlərin sahəsi, məhsuldarlığı və qiyməti nəzərə alınmaqla bütün bitkilər üzrə
müəyyən edilir. Torpaq yerlərinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsulun dəyəri
vasitəsilə ifadə edilmiş göstəricisi eyni miqdar məsariflər şəraitində torpağın iqtisadi münbitliyinin mütləq
səviyyəsini xarakterizə edir.
Torpaqların iqtisadi qiymətləndirilməsi zamanı müxtəlif keyfiyyətli torpaq yerlərindən əldə edilmiş
məhsuldarlığın və ümumi məhsulun dəyərinin istehsal məsariflərinin öyrənilməsi zəruridir. Nəzərə almaq
lazımdır ki, yalnız eyni miqdar istehsal məsarifləri şəraitində formalaşmış məhsuldarlıq və ümumi məhsulun
dəyər göstəriciləri torpağın keyfiyyətini düzgün əks etdirə bilər.
Ümumi məhsulun dəyəri aşağıdakı düstur əsasında tapılır:
D = (M
1
A
1
P
1
+ ...M
2
A
2
P
2
+... M
n
A
n
P
n
): P
1
+P
2
+...P
3
256
Burada: D – ümumi məhsulun dəyəri; M
1
, M
2
, ....M
n
– kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; A
1
, A
2,
....A
n
– məhsulun dövlət satınalma qiyməti (keçmiş metodikalarda kadastr qiyməti); P
1
, P
2
,...P
n
– kənd təsərrüfatı
bitkilərinin sahəsi
Məsarif ödənişi torpaqların iqtisadi qiymətləndirilməsi zamanı təsərrüfatçılığın bərabər iqtisadi şəraitində,
torpaq yerinin münbitliyinin çox əhəmiyyətli göstəricisidir. O, eyni keyfiyyətli torpaq yerlərində əkinçiliyin
intensivliyindən asılı olaraq iqtisadi münbitliyin səviyyəsini səciyyələndirmək üçün olduqca əlverişlidir. Məsarif
ödənişi aşağıdakı düstur vasitəsilə təyin edilir:
MÖ = D / M
f
Burada: MÖ – məsarif ödənişi; D – ümumi məhsulun dəyəri; M
f
– ümumi xərclər.
Yaxşı və pis torpaqlarda kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyi özünü təmiz gəlir formasında
göstərir. Torpaq yerlərinin təmiz gəliri həmin sahələrdən alınan ümumi məhsulun dəyərindən onun
alınmasından ötrü sərf olunmuş istehsal xərclərini çıxmaqla tapılır. Differensial gəlir təmiz gəlirin əlavə
hissəsidir. Əslində differensial gəlir pis torpaq yerləri ilə müqayisədə yaxşı keyfiyyətli torpaq yerlərində daha
məhsuldar əmək hesabına yaradılmış təmiz gəlirdir. O, nisbi münbitliyin kəmiyyət səciyyəsi olub,
qiymətləndirilən torpaqlarda az məhsuldar torpaqlarla müqayisədə məsariflərə qənaətin həcmini ifadə edir.
Torpaq yerlərinin iqtisadi qiymətləndirilməsində meyar kimi götürülən differensial gəlir aşağıdakı düstur
vasitəsilə tapılır:
DG = (AQ – FQ) x U
Burada: DG – differensial gəlir, man/ha; AQ – məhsulun alış qiyməti, man/ha; FQ – məhsulun fərdi
qiyməti, man /ha; U – bazis məhsuldarlıq, sen/ha.
Differensial gəlirin tapılması üçün çox əhəmiyyətli göstərici olan məhsulun fərdi qiyməti (FQ) aşağıdakı
düstur əsasında tapılır:
FQ = M x (Rn + 100):100
Burada, FQ – məhsulun fərdi qiyməti, man/sent; M – məhsulun maya dəyəri; Rn – rentabelliyin normativ
səviyyəsi.
Məhsulun fərdi qiyməti hesablanarkən istifadə edilən rentabelliyin normativ səviyyəsi 45% -dən az
olmamaq şərtilə bütün kənd təsərrüfatı bitkiləri üçün eyni qəbul edilir. Bu göstəriciyə görə əldə edilmiş
differensial gəlir ən təmiz gəlir hesab olunur.
Beləliklə, torpaq yerlərinin iqtisadi qiymətləndirilməsində ilkin məlumat kimi 1 hektar sahədən alınan
məhsulun miqdarı və bu məhsulun istehsalına sərf olunmuş məsariflər götürülür. Bu göstəricilər əsasında
istehsalın səmərəliyini xarakterizə edən göstəricilər – ümumi məhsulun dəyəri, məsarif ödənişi, təmiz və
differensial gəlir hesablanır.
Əldə edilmiş göstəricilər əsasında torpaq kadastr (qiymət) rayonlarının torpaq yerlərinin iqtisadi qiymət
şkalaları tərtib edilir. Şkala torpağın keyfiyyətini səciyyələndirən müxtəlif göstəricilər üzrə qurulur. Şkalada
əkinçilikdə intensivliyin səviyyəsi istehsal məsariflərinin ölçüsünə görə, istehsalın səmərəliliyi – məsarif
ödənişi, gəlirli olması – differensial gəlirin həcminə görə müəyyən edilir.
Hesablamalar torpaq (keyfiyyət) qrupları üzrə əkin üçün ümumi, kənd təsərrüfatı bitkiləri (taxıl, üzüm,
kartof və s.) üçün fərdi qiymətləndirmə şkalaları qurulmaqla aparılır.
Torpaqların normativ (pulla) qiymətinin müəyyən edilməsi həm torpaq istifadəçilərini, həm də dövləti
maraqlandıran məsələdir. Respublikamızda torpaq islahatından sonra təşəkkül tapmaqda olan yeni torpaq-
mülkiyyət münasibətləri bu məsələni daha vacib etmişdir. Belə ki, torpaqların alqı-satqısı, girov qoyulması,
bağışlanması, vərəsəlik yolu ilə verilməsi və digər hallarda onun normativ qiymətləndirilməsinə ehtiyac
yaratmışdır.
Torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsindən fərqli olaraq respublikamız da daxil olmaqla
keçmiş Sovetlər İttifaqında torpaqların normativ qiymətləndirilməsi sahəsində kifayət qədər təcrübə olmamışdır.
Keçən əsrin 20-30-cu illərində torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinə qoyulmuş qadağalar
50-60-cı illərdə onların geniş öyrənilməsi və tətbiqi ilə əvəz edilsə də, torpaqların normativ (pulla)
qiymətləndirilməsi problemi yalnız keçən əsrin 70-80-ci illərində mütəxəssisləri narahat etməyə başladı və bu
sahədə konkret addımlar atmağa təhrik etdi. Bununla belə o dövrdə bu istiqamətdə aparılan araşdırmalar dövrün
siyasi-iqtisadi və ictimai mühitindən doğan məhdudiyyətlər çərçivəsində aparılır, bəzi mütəxəssislər tərəfindən
sosializm cəmiyyətində torpağın ümumxalq mülkiyyətində olması səbəbindən dəyərsizliyi və onun alqı-satqı
obyekti olmaması fikri irəli sürülür. Bununla belə, 70-90-cı illərdə bəzi tədqiqatçılar öz araşdırmalarında dəyərli
nəticələr əldə edə bilirdilər.
257
Rus tədqiqatçısı V.İ.Andropovun (1989) nəzərincə, torpaq kadastr tədbiri kimi torpaq istifadəçilərinin
qeydiyyatı, torpaqların kəmiyyət uçotu, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinin ardınca onun
pulla qiymətləndirilməsi tədbiri həyata keçirilməlidir.
Torpaqların pulla qiymətləndirilməsi məsələsi ilk dəfə S.D.Çeryomuşkin (1967) tərəfindən tədqiq
edilmişdir. O, bir hektar əkinəyararlı torpağın qiymətini müəyyən etməkdən ötrü iki mərhələli qiymətləndirmə
qaydası təklif etmişdir: birinci mərhələdə, müəllif 1 hektar kənd təsərrüfatı yerinin (uqodiyanın) qiymətini (P)
tapmağı və bundan ötrü aşağıdakı düsturdan istifadə etməyi təklif edir:
P = TG x Ə
Burada, P – 1 hektar kənd təsərrüfatı yerinin (uqodiyanın) qiyməti, rubl; TG – 1 hektar kənd təsərrüfatı
yerindən əldə edilmiş təmiz gəlir, rubl/ha; Ə – təmiz gəlirin “kapitallaşma” əmsalı (əsas istehsal vasitələrinin
kənd təsərrüfatında işlədilmə müddəti orta hesabla 20 ilə bərabər götürüldüyü üçün Ə = 20).
Bu mərhələdə həmçinin təmiz gəlirin balla ifadə edilmiş nisbi qiyməti (B) və respublika üzrə kənd
təsərrüfatı yerinin (uqodiyanın) təmiz gəlirə görə ümumi qiymət balı (B
or
) tapıldıqdan sonra II mərhələdə
müəllif bilavasitə 1 hektar torpaq sahəsinin qiymətini tapmaqdan ötrü aşağıdakı düsturdan istifadə etməyi təklif
edir:
T = (P x B): B
or
Burada: T – 1 hektar torpağın qiyməti, rubl/ha; P – 1 hektar kənd təsərrüfatı yerinin (uqodiyanın) qiyməti,
rubl/ha; B – təmiz gəlirin balla ifadə edilmiş nisbi qiyməti; B
or
– təmiz gəlirə görə ümumi qiymət balı.
Torpağın pulla ifadə edilmiş qiymətini tapmaqdan ötrü tədqiqatçılar tərəfindən müxtəlif göstəricilər təklif
edilmişdir: torpaqların aqroistehsalat (keyfiyyət) qruplarından əldə edilən təmiz gəlir (rubl/ha) və kapitallaşma
(%) norması (A.Y.Boruk,1972), differensial gəlir (E.S.Kornouxova, 1977), differensial gəlir və bank kredit
norması (V.M.Qabov, 1966), orta gəlir norması (M.Q.Rotqauz, 1967).
Lakin keşən əsrin 90-cı illərinin əvvələrində torpağın pulla ifadə edilmiş qiyməti tapılarkən torpağın
keyfiyyətinin nəzərə alınması fikri daha tez-tez səslənirdi. Bu sahədə İ.İ.Karmanov (1990) və
Q.Ş.Məmmədovun (1990) tədqiqatları diqqəti daha çox cəlb edir. İ.İ.Karmanovun nəzərincə, torpağın pulla
ifadə edilmiş qiyməti iki göstərici əsasında formalaşmalıdır: 1) ərazinin konkret ekoloji şəraiti nəzərə alınmaqla
torpağın potensial münbitliyinin göstəricisi olan bonitet balı (TEi) və 2) bitkiçilikdən əldə edilən orta illik təmiz
gəlir əsasında alınmış torpağın tarif kateqoriyası.
Bu metodla torpağın qiyməti aşağıdakı düsturdan istifadə edilməklə tapılırdı:
T
q
= TEi x K
t
Burada, T
q
– 1 hektar torpağın pulla qiyməti; Tei – torpaq-ekoloji indeks (balla); K
t
– 1 hektar torpağın tarif
kateqoriyası.
İ.İ.Karmanovun hazırladığı torpaq-ekoloji indeksi (Tei) təkcə torpağın potensial göstəricilərini deyil,
ərazinin digər ekoloji amillərini də özündə əks etdirir:
TEİ = 12,5 · (2-p) ·n·∑ T > 10
0
(RƏ – 0,02) : (RƏ + 100)
Burada, TEİ – torpaq-ekoloji indeksi; p – torpağın bir metrlik qatdakı sıxlığı, qr/sm
2
; “2” - torpağın
maksimal saxlığı; n – bir metrlik qatdakı torpağın “faydalı həcmi”; RƏ – rütubətlənmə əmsalı; KƏ –
kontinentallıq əmsalı; ∑ T > 10
0
- 10
0
C –dən yuxarı temperaturların cəmi;
Torpaqların pulla qiymətləndirilməsinə dair İ.İ.Karmanov metoduna yaxın qiymətləndirmə qaydaları
V.N.Li (1990) tərəfindən irəli sürülmüşdür. O, suvarılan pambıqaltı torpaqları qiymətləndirməkdən ötrü
aşağıdakı düsturu təklif etmişdir:
P = B x (40:100) x K x D x A
Burada, P – 1 hektar pambıqaltı torpağın qiyməti; B – torpağın bonitet balı; 40 – etalon torpaqdan (100 bal)
alınan orta maksimal məhsuldarlıq (sen/ha); K - əla keyfiyyətli 1 ton pambığın alış qiyməti; D – pambıq-yonca
əkin dövriyyəsinin müddəti (il); A – icarə müddəti.
Qeyd etmək lazımdır ki, istər İ.İ.Karmanov, istərsə də digər mütəxəssislərin tədqiqatlarında torpaq alğı-
satqı obyekti kimi götürülmür və ona konkret bazar qiyməti olan istehsal vasitəsi kimi baxılmırdı. Bununla belə,
bu müəlliflərin torpaqların normativ (pulla) qiymətləndirilməsi üçün təklif etdikləri metodlar bütövlükdə müsbət
dəyərləndirilməlidir. Bu mövqedən çıxış edərək Q.Ş.Məmmədov (1990) Azərbaycan torpaqlarının qiymət
şkalasını tərtib etmişdir.
Lakin keçən əsrin 90-cı illərinin ikinci yarısından etibarən respublikamızda torpaq islahatlarının həyata
keçirilməsi nəticəsində torpaq-mülkiyyət münasibətlərinin dəyişməsi torpaqların normativ qiymətləndirilməsini
aktuallaşdırmışdır. Hazırda respublikamızda torpaqların normativ qiymətinin müəyyən edilməsinin vahid
sistemi işlənmişdir. Bu sistemə uyğun olaraq 1hektar torpağın normativ qiyməti torpaqların (əkin, dincə
258
qoyulmuş və çoxillik əkmələr üçün) aqroistehsalat (keyfiyyət) qrupları üzrə tapılmış differensial gəlirləri
(man/ha) bir insan nəslinin orta ömür müddətinə (100 il) vurulmaqla tapılır:
N = Dr x 100
Burada, N – torpağın normativ qiyməti; Dr – aqroistehsalat (keyfiyyət) qrupundan alınan differensial gəlir;
100 – bir insan nəslinin orta ömrü.
Əkin, dincə qoyulmuş və çoxillik əkmələraltı torpaqlardan fərqli olaraq biçənəklərin, kəndətrafı örüşlərin,
yay və qış otlaqlarının normativ qiyməti həmin torpaqlarda aparılmış geobotaniki tədqiqatların nəticələri
əsasında bitki formasiyaları üzrə müəyyən edilmiş məhsuldarlığa görə hesablanır.
Respublikamızda torpaqların normativ qiymətinin müəyyən edilməsinin bu qaydası Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qərarda
torpaqların normativ qiymətinin ərazi-əhatə vahidləri – 25 kadastr qiymət rayonu və 3 kadastr qiymət
yarımrayonu da göstərilmişdir.
Azərbaycanın torpaq-kadastr (qiymət) rayonlarının fərqli relyef-iqlim, torpaq və təsərrüfat şəraiti ilə
əlaqədar torpaqların normativ qiymətində konkret ərazilər üçün düzəlişlərin edilməsi tələb olunur. Bundan ötrü
kadastr (qiymət) rayonları və yarımrayonlarına daxil olan inzibati rayonların torpaqlarının normativ qiymətini
hesablamaq üçün təshih əmsalları hazırlanmışdır.
§ 87. Respublika ərazisinin təbii-kənd təsərrüfatı və torpaq-kadastr rayonlaşdırılması
Torpaqların obyektiv qiymətləndirilməsinin vacib şərti təbii və iqtisadi amillərin dəqiq uçotunun
aparılmasıdır. Respublikamızın hüdudlarında, xüsusən də dağlıq ərazilərdə torpaq-iqlim, relyef və digər
amillərin dəyişkənliyi kənd təsərrüfatı istehsalına, o cümlədən təsərrüfat yerlərinin məhsuldarlığına və torpaq
örtüyünün münbitlik göstəricilərinə güclü təsir göstərir.
Böyük ərazilərdə (respublika miqyasında, təbii-coğrafi vilayətlərdə) kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığına və istehsalın səmərəliliyinə təsir göstərən ən böyük təbii amil iqlimdir. İqlim torpaq örtüyünün
zonallığına, onun münbitlik göstəricilərinin ərazi daxilində dəyişkənliyinə təsir göstərir. Bununla belə, torpağın
münbitlik göstəriciləri aqrotexniki, meliorativ və digər tədbirlər vasitəsilə dəyişdirildiyi, yaxşılaşdırıldığı halda,
iqlim göstəriciləri idarəolunmazdır.
İqlim şəraitinin uçota alınmasının ən mükəmməl forması ərazinin təbii-iqlim rayonlaşdırılmasıdır. Ərazinin
təbii iqlim rayonlaşdırılmasında aşağıdakı iqlim göstəriciləri ucota alınır: ərazinin istiliklə təmin olunması (5
0
,
10
0
, 15
0
-dən yuxarı temperaturların cəmi), yağıntılar (orta illik, vegetasiya dövründə), iqlimin kontinentallıq
dərəcəsi (KƏ), bitkinin qışlama şəraiti, təbii bitki örtüyünün xüsusiyyətləri, ərazinin relyefi, əlverişsiz iqlim
təzahürlərinin (leysan yağışları, dolu və s.) təkrarlığı və s.
Tədqiq edilən ərazi kiçildikcə və rayonlaşdırılan ərazidə müxtəliflik azaldıqca, torpaq örtüyünün uçotu daha
çox əhəmiyyət kəsb edir. Respublikamızın ərazisinin sahəcə kiçikliyinə baxmayaraq, qeyd edildiyi kimi, zəngin
torpaq-iqlim şəraiti və mürəkkəb relyef quruluşu burada həm iri, həm də kiçik ərazi vahidləri daxilində
rayonlaşdırma aparmağa imkan verir.
Kənd təsərrüfatı bitkilərinin tələbi baxımından təbii amillərin uçota alınmasının ən çox sınaqdan çıxmış
forması ərazinin təbii-kənd təsərrüfatı rayonlaşdırılmasıdır. Respublika ərazisinin təbii-kənd təsərrüfatı və
torpaq-kadasr rayonlaşdırılması sahəsində tədqiqatlara keçən əsrin 80-ci illərində başlanmışdır. Bu sahədə ilk
tədqiqat işi H.Ə.Əliyev və B.T.Nəzərovaya (1980) məxsus olmuşdur. Müəlliflər Azərbaycan Respublikası
daxilində təbii-kənd təsərrüfatı rayonlaşdırılmasının aşağıdakı taksonomik vahidlərini ayırmışlar:
-
təbii - kənd təsərrüfatı qurşağı;
-
təbii – kənd təsərrüfatı zonası;
-
təbii – kənd təsərrüfatı əyaləti;
-
təbii – kənd təsərrüfatı dairəsi;
-
təbii – kənd təsərrüfatı rayonu;
Təbii-kənd təsərrüfatı qurşağı təbii-kənd təsərrrüfatı rayonlaşdırılmasının ən yüksək vahidi olub, kənd
təsərrüfatı istehsalına münasibətdə kompleks təbii şəraiti səciyyələndirir. Təbii-kənd təsərrüfatı qurşağında
başlıca göstərici torpaq və bitki örtüyünün zonal tiplərinə uyğun olaraq ərazinin istilik və nəmliklə təminatıdır.
Qurşaq kənd təsərrüfatı istehsalının tipini müəyyən edən kompleks şəraitlərə görə yarımqurşaqlara da bölünə
bilər.
Təbii-kənd təsərrüfatı zonası - təbii-kənd təsərrüfatı rayonlaşdırılmasının əsas vahididir. O, bitkilərin
vegetasiya dövründə istilik və nəmliyin müəyyən balansı ilə səciyyələnir. Burada torpaqəmələgəlmənin və
bitkilərin mineral qidalanmasının xüsusiyyətləri, həmçinin aqrotexniki və meliorativ tədbirlərin müəyyən
strukturu da nəzərə alınır. Zonanın kompleks təbii şəraiti kənd təsərrüfatının zonal tipini müəyyən edir.
259
Təbii-kənd təsərrüfatı əyaləti – təbii-kənd təsərrüfatı daxilində ayrılır. Bu taksonomik vahid əsasən
aqroiqlim və torpaq-bioloji göstəriciləri ilə səciyyələnir.
Təbii-kənd təsərrüfatı dairəsi - ərazinin geomorfoloji xüsusiyyətlərinə, müxtəlif qranulometrik, şorlaşma,
şorakətləşmə tərkibli torpaqların nisbətinə, makro- və mikroiqlim xüsusiyyətlərinə görə ayrılır. Təbii-kənd təsər-
rüfatı dairəsinin kənd təsərrüfatı üçün müəyyən tərkibli kənd təsərrüfatı bitkilərinin becərilməsi, aqrotexnikanın
tipi, kənd təsərrüfatı yerlərinin nisbəti və mənimsənilməsi, həmçinin meliorasiyanın müəyyən növü və s.
səciyyəvidir.
Təbii-kənd təsərrüfatı rayonu – dairənin bir hissəsi olub, kənd təsərrüfatı istehsalının yerləşdirilməsini təyin
edən müəyyən kompleks təbii və iqtisadi şəraitlərlə səciyyələnir. Rayonun xüsusiyyətləri becərilən bitkilərin
növ tərkibini, ixtisaslaşmanın dar çərçivəsini müəyyən edir.
Yuxarıda deyilənləri nəzərə alaraq, müəlliflər Azərbaycan Respublikası daxilində iki təbii-kənd təsərrüfatı
qurşağını ayırmışlar: isti-subtropik və isti.
İsti-subtropik qurşaq 3 zonanı, 3 əyaləti, 5 dairəni və 13 təbii-kənd təsərrüfatı rayonunu əhatə etməklə
Azərbaycan Respublikası ərazisinin 54,5%-ni və ya 4705,6 min hektar sahəni tutur.
İsti-subtropik qurşaq 3 zonaya – Subtropik dağətəyi-yarımsəhra, Kolluqlu-bozqır-quru meşə və Rütubətli
subtropik meşə zonasına ayrılmışdır. Bu zonaların hər biri Azərbaycan şəraitində müəyyən təbii-kənd təsərrüfatı
əyalətlərinin sərhədləri ilə üst –üstə düşür:
Subtropik dağətəyi-yarımsəhra zonası → Kür-Araz əyaləti
Kolluqlu-bozqır-quru meşə zonası → Şərqi Zaqafqaziya əyaləti
Rütubətli subtropik meşə zonası → Cənubi Azərbaycan əyaləti
Əyalətlər öz növbəsində 5 dairəyə bölünmüşdür: Şirak-Muğan, Yevlax-Bakı, İori-Alazan, Şirak və
Lənkəran.
Cədvəl 77
Azərbaycanın təbii-kənd təsərrüfatı rayonlaşdırılması
(H.Əliyev, B.Nəzirova, 1980)
Zona
Əyalət Dairə Rayon
1 2 3 4
İsti subtropik qurşaq
Subtropik
dağətəyi-
yarımsəhra
Kür-Araz
Şirak -Muğan
Şirvan
Mil-Qarabağ
Muğan -Salyan
Yevlax-Bakı Abşeron-Qobustan
Mingəçevir-Ağsu
Yevlax-Ağdam
Təzəkənd-Cəlilabad
Zəngilan-Füzuli
Kolluqlu-bozqır-
quru meşə
Şərqi
Zaqafqaziya
İori-Alazan Alazan-Həftəran
Acınohur
Şirak Ceyrançöl
Qazax-Naftalan
Rütubətli
subtropik meşə
Cənubi
Azərbaycan
Lənkəran Lənkəran-Astara
İsti qurşaq
Talış dağlıq və
dağətəyi
Talış dağ-
rütubətli meşə
Talış-Diabar Zuvand-Diabar
Lerik -Yardımlı
Qafqaz-Krım
dağlıq və
dağətəyi
Böyük Qafqaz
dağ-çəmən-meşə
Yüksək dağlıq Babadağ-
Tipovrovskiy
Babadağ-Şahdağ
Dağ quru-meşə
cənub
Balakən –Lahıc
Dağ quru-meşə
şimal-şərq
Qusar-Xaltan
Xaçmaz-Dəvəçi
Şamaxı-Altıağac
Kiçik Qafqaz
dağ-çəmən-meşə-
bozqır
Yüksək dağlıq Gamış-Şahdağ
Dəlidağ-Böyük Kirs
Zəngəzur-Qapıcıq
260
1 2 3 4
Quru-meşə
şimal-şərq
Daşkəsən-Gədəbəy
Qarabağ
Bozqır cənub-
qərb
Laçın-Qubadlı
Naxçıvan dağ-
vadi
Şahbuz-Paraqaçay
Şərur-Ordubad
Şirak-Muğan dairəsi daxilində 3 rayon: Şirvan, Mil-Qarabağ, Muğan-Salyan; Yevlax-Bakı dairəsi daxilində
5 rayon: Abşeron-Qobustan, Mingəçevir-Ağsu, Yevlax-Ağdam, Zəngilan-Füzuli, Təzəkənd-Cəlilabad; İori-
Alazan dairəsi daxilində 2 rayon: Alazan-Həftəran, Acınohur; Şirak dairəsi daxilində 2 rayon: Ceyrançöl,
Qazax-Naftalan; Lənkəran dairəsi daxilində 1 rayon: Lənkəran-Astara
İsti qurşaq 2 zonanı, 3 əyaləti, 8 dairəni və 16 təbii-kənd təsərrüfatı rayonunu əhatə etməklə Azərbaycan
Respublikası ərazisinin 45,4 %-ni və ya 3928,6 min hektar sahəsini tutur. Müəlliflər isti qurşaq daxilində Talış
və Qafqaz-Krım dağ vilayətlərini, 3 əyaləti – Talış dağ-rütubətli meşə, Böyük Qafqaz dağ-çəmən-meşə, Kiçik
Qafqaz dağ-çəmən-meşə-bozqır ayırmışlar. Talış əyaləti daxilində yalnız bir dairə - Talış-Diabar dairəsi
müəyyən edilmişdir.
Böyük Qafqaz əyaləti daxilində 3 dairə - yüksək dağlıq, dağ-quru-meşə cənub, dağ quru-meşə şimal-şərq
dairəsi ayrılmışdır. Eynilə Kiçik Qafqaz əyaləti daxilində yüksək dağlıq, quru meşə şimal-şərq, bozqır cənub-
qərb və Naxçıvan dağ-vadi dairələri müəyyən edilmişdir.
Dairələr daxilində rayonlar ayrılmışdır. Talış-Diabar dairəsində 2 rayon ayrılmışdır – Zuvand-Diabar və
Lerik-Yardımlı.
Böyük Qafqazın yüksək dağlığında iki rayon ayrılmışdır: Babadağ-Tipovrossovskiy və Babadağ-Şahdağ.
Digər dairələrdə də bölgü aşağıdakı kimi getmişdir: dağ-quru meşə cənub dairəsində Balakən-Lahıc; dağ
quru meşə şimal-şərq dairəsində 3 rayon - Qusar-Xaltan, Xaçmaz – Dəvəçi, Şamaxı – Altıağac; Kiçik Qafqaz
əyalətinin yüksək dağlıq dairəsində 3 rayon – Qamış-Şahdağ, Dəlidağ-Böyük Kirs, Zəngəzur-Qapıcıq; quru
meşə şimal-şərq dairəsində iki rayon – Daşkəsən, Qarabağ; bozqır cənub-qərb dairəsində Laçın-Qubadlı;
Naxçıvan dairəsində iki rayon – Şahbuz- Paraqaçay və Şərur-Ordubad rayonları ayrılmışdır.
Müəlliflər respublika ərazisinin təbii-kənd təsərrüfatı rayonlaşdırılması əsasında torpaq-kadastr rayonlarını
ayırmış, həmin ərazilərin torpaq, iqlim, relyef səciyyəsini vermişlər. Sonrakı dövrlərdə bu sahədə tədqiqatlar
torpaq-kadastr rayonlarının sərhədlərinin dəqiqləşdirilməsi, bonitirovkası və iqtisadi qiymətləndirilməsi
istiqamətində olmuşdur.
Son zamanlar aqrar və torpaq islahatları ilə bağlı torpaq-mülkiyyət münasibətlərində baş vermiş
dəyişikliklər, kolxoz və sovxoz torpaqlarının xırda torpaq mülkiyyətçiləri arasında bölünməsi torpaq-kadastr
işlərinin və onunla bağlı rayonlaşdırmanın rolunu nəiki azaltmamış, əksinə qarşısına daha böyük vəzifələr
qoymuşdur. Qeyd etmək lazımdır ki, əgər torpaq islahatının ilk mərhələlərində ön planda torpaq xəritələrinin və
bonitirovka kartoqramlarının dəqiqliyinə yüksək tələbkarlıq qoyulurdusa, islahatlar dərinləşdikcə, torpaq
sahələri alqı-satqı predmetinə çevrildikcə, onlar girov qoyulduqca və icarəyə verildikcə, torpaq vergiləri
müəyyən edildikcə, təbii kənd təsərrüfatı rayonları əsasında kartoqrafik materiallardan istifadə ilə torpaq-kadastr
rayonlaşdırılması xüsusi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda təbii-kənd təsərrüfatı rayonlaşdırılması əsasında torpaq-kadastr rayonlaşdırılması sahəsində
kifayət qədər təcrübə toplanmışdır (H.Ə.Əliyev, B.T.Nəzirova, 1982 və b.). Keçmiş sovet dövründə bu tədbirlər
SSRİ-nin təbii-kənd təsərrüfatı rayonlaşdırılması çərçivəsində keçirildiyi və ictimai mülkiyyətə söykənən kənd
təsərrüfatının regional ixtisaslaşmasına və yerləşdirilməsinə xidmət etdiyi üçün təbiidir ki, bu zaman
Azərbaycana məxsus bir sıra özəlliklər nəzərdən qaçırılmışdı. Ən böyük çatışmazlıq isə torpaq-kadastr
rayonlaşdırılması zamanı əsas istehsal vasitəsi olan torpağın nəzərə alınmaması idi. Bu çatışmazlıqlar təbii-kənd
təsərrüfatı rayonlaşdırılmasına həsr olunmuş elmi hesabatlarda (1991-1994) da özünü göstərmişdir.
80-90-cı illərdə Azərbaycanda xəritəçəkmə üzrə müntəzəm işlərin aparılması və ölkə ərazisinin böyük
hissəsində aqroekoloji və torpaq-bonitirovka işlərinin həyata keçirilməsi əvvəlki illərdə aparılmış kənd
təsərrüfatı rayonlaşdırılmasına bir sıra dəqiqləşdirmələrin əlavə edilməsi üçün şərait yaratdı. Digər tərəfdən,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunda kadastr rayonlarındakı torpaq
yerlərinin iqtisadi qiymətləndirilməsi üzrə həyata keçirilən işlər kadastr rayonlarının və yarımrayonlarının
sərhədlərini dəqiqləşdirməyə və əsaslandırmağa imkan yaratdı.
Ötən illərin tədqiqat materiallarının müqayisəli analizi və yeni torpaq-bonitirovka tədqiqatları nəzərə
alınmaqla onların müqayisəli səciyyəsi
261
Şəkil 39. Torpaq-kadastr rayonları
262
263
Azərbaycanın torpaq-kadastr rayonlaşdırılmasına müfəssəl dəqiqləşdirmələr etməkdə yardımçı olmuşdur.
Yuxarıda deyilənlərin hamısını nəzərə almaqla, respublikanın sərhədləri daxilindəki 5 təbii-kənd təsərrüfatı
vilayəti hüdudlarında 28 kadastr vahidi (25 torpaq-kadastr rayonu və 3 torpaq-kadastr yarımrayonu) ayrılmışdır.
Bu kadastr vahidlərindən 22-si əkinçilik rayonu və yarımrayonu, 6-sı isə yay və qış otlaqları rayonlarından
ibarətdir. Torpaq-kadastr rayonlarının sərhədləri çəkilərkən ərazinin relyefi, iqlimi, geomorfoloji, torpaq-
landşaft şəraiti əsas götürülməklə yanaşı, onların kənd təsərrüfatı ixtisaslaşması və iqtisadi göstəriciləri də
nəzərə alınmışdır. Bu prinsiplər əsasında Qusar-Qonaqkənd, Cəlilabad, Dağlıq Şirvan kadastr rayonları və
Xaldan-Xınalıq, Təzəkənd -Üçtəpə, Mərəzə -Hilmilli kadastr yarımrayonları ayrılmışdır.
Beləliklə, aparılmış dəqiqləşdirilmələrin nəticəsində Azərbaycan ərazisi aşağıdakı rayonlara və
yarımrayonlara bölünmüşdür (şəkil 26):
1. Abşeron-Qobustan; 2. Dəvəçi-Xaçmaz; 3.Qanıx-Türyançay; 4.Acınohur; 5. Şəki-Zaqatala; Qusar-
Qonaqkənd (daxilində Xınalıq-Xaldan yarımrayonu); 7.Dağlıq Şirvan (daxilində Mərəzə-Hilmilli yarımrayonu);
8.Babadağ-Qutan; 9. Gəncə-Qazax; 10.Mil-Qarabağ; 11. Arazboyu; 12. Ceyrançöl; 13. Daşkəsən-
Gədəbəy; 14. Laçın-Qubadlı; 15. Dağlıq Qarabağ; 16. Dəlidağ-Şahdağ; 17. Muğan-Salyan; 18. Aran Şirvan; 19.
Lənkəran-Astara; 20. Cəliliabad (daxilində Üçtəpə-Təzəkənd yarımrayonu); 21. Lerik-Yardımlı; 22. Peştəsər-
Burovar; 23. Şərur-Ordubad; 24. Şahbuz-Parağaçay; 25. Biçənək-Qapıçıq.
Hazırda Azərbaycanın kənd təsərrüfatında baş verən dəyişikliklər, bazis göstəricilərinin dinamikası, yeni
ixtisaslaşmaların (şəkər çuğunduru istehsalı, çəltikçilik və s.) meydana gəlməsi, torpaq islahatları və onunla
bağlı başqa dəyişikliklər, şübhəsiz ki, təbii-kənd təsərrüfatı rayonları əsasında torpaq-kadastr
rayonlaşdırılmasının yeni təkmilləşdirilməsi zərurətini doğurmuşdır.
264
YEDDİNCİ HİSSƏ
DÜNYA TORPAQLARININ COĞRAFİYASI
XXVI FƏSİL. RUSİYA, MƏRKƏZİ ASİYA VƏ CƏNUBİ QAFQAZ ƏRAZİSİNİN TORPAQ-
COĞRAFİ VƏ TƏBİİ-KƏND TƏSƏRRÜFATI RAYONLAŞDIRILMASI
Dostları ilə paylaş: |