§ 88. Rusiya, Mərkəzi Asiya və Cənubi Qafqaz ərazilərinin torpaq-coğrafi rayonlaşdırılmasının qısa
xülasəsi
Torpaq-coğrafi rayonlaşma – zonal -əyalət xüsusiyyətlərinə, strukturuna və kənd təsərrüfatında istifadəsinə
görə oxşar olan ərazilərin ayrılması yolu ilə torpaq örtüyünün analiz edilməsinin və əsas xüsusiyyətlərinin üzə
çıxardılmasının metodudur. Rusiya, Mərkəzi Asiya və Cənubi Qafqaz, həmçinin qismən Baltikyanı ölkələr,
Ukrayna, Belarus, Moldova daxil olmaqla Avrasiya materikinin şimal və şimal-şərq ərazilərinin timsalında,
torpaq-coğrafi rayonlaşmanı nəzərdən keçirək.
Torpaq-coğrafi rayonlaşdırılmaya dair ilk işlər kiçik ərazilər üçün aparılmışdır (R.V.Rispolojinskiy,
S.S.Neustriyev və başqaları). Keçmiş Sovetlər İttifaqının Avropa hissəsinin torpaq vilayətlərinə ayrılması ilk
dəfə L.İ.Prasolov tərəfindən edilmişdir (1922).
Sonralar bütün ölkə ərazisini, o cümlədən Cənubi Qafqaz və Azərbaycanı da əhatə etməklə torpaq-coğrafi
rayonlaşma V.V.Dokuçayev adına Torpaqşünaslıq İnstitutunda başqa müttəfiq respublikaların (o cümlədən
Azərbaycanın) uyğun elmi müəssisələrinin və mütəxəssislərinin iştirakı ilə həyata keçirilmişdir. Bu layihədə
aşağıdakı taksonomik vahidlər qəbul edilmişdir:
1. Torpaq-iqlim qurşağı
2. Torpaq-bioiqlim vilayəti
Düzən ərazilər üçün Dağlıq ərazilər üçün
3. Torpaq zonası 3. Dağlıq torpaq əyaləti (torpaq
zonalarının şaquli strukturu)
4. Torpaq əyaləti 4. Şaquli torpaq zonası
5. Torpaq dairəsi 5. Dağlıq torpaq dairəsi
6. Torpaq rayonu 6. Dağlıq torpaq rayonu
Rayonlaşmanın ilk dörd pilləsinin əsasında torpaq örtüyünün torpaq-bioiqlim xüsusiyyətləri qoyulmuşdur.
Beşinci və altıncı pillələr - torpaq dairələri və rayonları – torpaq-geomorfoloji xüsusiyyətlərə və torpaq
örtüyünün strukturuna görə ayrılmışdır. Düzən ərazilərdə torpaq-coğrafi rayonlaşdırmanın istinad vahidi torpaq
zonaları, dağlıq ərazilərdə bir neçə şaquli torpaq zonasını əhatə edən dağ torpaq əyalətləridir.
Hidrotermik şəraitinə görə yaxın bir neçə torpaq zonası onlara tabe dağ torpaq əyalətləri ilə birgə torpaq-
bioiqlim vilayətlərini təşkil edir. Vilayətlər isə öz növbəsində termoenergetik əlamətlərinə görə torpaq-iqlim
qurşaqlarında birləşdirilmişlər.
XX əsrin 80-ci llərində Q.V.Dobrovolskiy, N.N.Rozov və İ.S.Urisevskinin iştirakı ilə SSRİ-nin torpaq-
coğrafi rayonlaşdırılması xəritəsi tərtib edilmişdir. Bu xəritə öz elmi-nəzəri və strukturuna görə öz əhəmiyyətini
itirməmişdir. Xəritədə ayrılmış torpaq-iqlim qurşaqlarının, vilayətlərinin, zona və əyalətlərinin adları aşağıda
verilmişdir:
Qütb qurşağı. I. Avrasiya qütb vilayəti. A. Arktikanın Arktika torpaqları zonası. Əyalətlər: 1 – Taymır. B.
Subarktikanın tundra qleyli və tundra illüvial – humuslu torpaqlar zonası. Əyalətlər: 2 – Kola; 3 – Kanin –
Peçora; 4 – Şimali-Sibir; 5 – Çukot – Anadır. Dağ əyalətləri: a
1
- Ural- Novaya Zemlya; a
2
– Taymır; a
3
– Çukot
Boreal (mülayim soyuq) qurşaq. II. Avropa – Qərbi Sibir tayqa – meşə vilayəti. C. Şimal tayqasının
qleyli-podzol və podzol illüvial – humuslu torpaqlar yarımzonası. Əyalətlər: 6- Kola – Karelya; 7 - Oneqa –
Peçora; 8 – Aşağı Ob. Ç. Orta tayqanın podzol torpaqlar yarımzonası. Əyalətlər: 9 – Karelya; 10 – Oneqa –
Vıçeqod; 11 – Aşağı İrtış. D. Cənubi tayqanın çimli-podzol torpaqlar yarımzonası. Əyalətlər: 12 – Belarus;
13 - Baltikyanı; 14 – Orta –Rus; 15 – Vyatka – Kama; 16 – Orta Ob; 17 – Anqarayanı. Dağ əyalətləri: b
1
–
Xibin; b
2
– Ural. III. Şərqi - Sibir donuşlu –tayqa vilayəti. E. Şimali tayqanın qleyli-donuşlu tayqa torpaqları
yarımzonası. Əyalətlər: 18 – Şimali Lena; 19 – İndigir- Kalıma; 20 – Orta Sibir. Ə. Orta tayqanın donuşlu –
tayqa torpaqları yarımzonası. Əyalətlər: 21 – Mərkəzi Yakutiya. Dağ əyalətləri: c
1
– Putor; c
2
– Kolıma; c
3
–
Verxoyanskiy; c
4
– Yeniseysahili; c
5
– Şimali- Baltikyanı; c
6
– Aldansahili; c
7
– Şərqi-Sayan; c
8
– Zabaykalya.
IV. Uzaq Şərq tayqa-meşə vilayəti. F. Küli - vulkanik meşə zonası torpaqları. Əyalətlər: 22 – Kamçatka.G.
Podzol və qonur-tayqa meşə torpaqları. Əyalətlər: 23 – Yuxarı Zeya; 24 – Amur – Şimali Saxalin. Dağ
265
əyalətləri: ç
1
– Kamçatka; ç
2
– Oxot; ç
3
– Sixote –Alin Saxalin; ç
4
– Yuxarı Amur – Bureya.
Subboreal qurşaq. V. Qərbi qonur –meşə vilayəti. H. Enliyarpaq meşələrin qonur – meşə torpaqları zonası .
Əyalətlər: 25 – Zakarpatiya. Dağ əyalətləri: d
1
– Karpat; d
2
– Krım; d
3
– Şimali Qafqaz; d
4
– Şərqi Qafqaz. VI.
Mərkəzi meşə- bozqır və bozqır vilayəti. X. Boz meşə, meşə-bozqırların podzollaşmış, yuyulmuş və tipik
qaratorpaqlar zonası . Əyalətlər: 26 – Şimali – Ukrayna; 27 – Oka-Don; 28 – Aşağı Don; 29 – Barıbin; 30 –
Biya-Yenisey; 31 – Krasnoyarsk –İrkutsk . İ. Bozqırların adi və cənub qaratorpaqlar zonası . Əyalətlər: 32 –
Dunaysahili; 33 – Cənubi Ukrayna; 34 – Ön Qafqaz; 35 – Cənubi Rus; 36 – Zavoljye; 37 – Şimali Qazaxıstan;
38 – Ön Altay; 39 – Munisinsk; 40- Zabaykalye . K. Quru bozqırların tünd şabalıdı və şabalıdı torpaqlar zonası .
Əyalətlər: 41 – Şərqi-Ön Qafqaz; 42 – Don; 43 – Sırt – Zavoljye; 44 – Mərkəzi Qazaxıstan; 45 - Tuva- Cənubi-
Zabaykalye . Dağ əyalətləri: e
1
– Cənubi Ural; e
2
– Altay-Sayan . VII. Şərqi qonur-meşə vilayəti. Q. İynəyarpaq-
enliyarpaq meşələrin qonur və podzollu-qonur meşə torpaqları zonası . Əyalətlər: 46 – Zeya-Bureya; 47 –
Ussuriya – Xankay . Dağ əyalətləri: ə
1
– Cənubi Sixot – Alin . VIII. Yarımsəhra və səhra vilayəti . L.
Yarımsəhraların açıq-şabalıdı və qonur torpaqlar zonası . Əyalətlər: 48– Xəzəryanı; 49 – Cənubi Qazaxıstan. M.
Subboreal səhraların boz-qonur torpaqlar zonası . Əyalətlər: 50 – Aral-Xəzər; 51 – Aral-Balxaş. N. Dağətəyi
yarımsəhraların az karbonatlı boz torpaqlar zonası . Əyalətlər: 52 – Şimali Prityan –Şan . Dağ əyalətləri: f
1
–
Daxili Dağıstan; f
2
– Saur – Tyan-Şan; f
3
– Cənubi Tyan-Şan – Pamir.
Subtropik qurşaq. IX. Rütubətli subtropik vilayət. O. Rütubətli meşələrin qırmızı və sarı torpaqlar zonası .
Əyalətlər: 53- Kolxida . Dağ əyalətləri: g
1
– Qərbi-Cənubi Qafqaz; g
2
– Lənkəran. X. Subtropik kserofit-meşələr
vilayəti. Ö. Qəhvəyi və boz-qəhvəyi torpaqlar zonası . Əyalətlər: 54 - Cənubi Qafqaz. Dağ əyalətləri: h
1
–
Şərqi Cənubi Qafqaz; h
2
– Cənubi Qafqaz . XI. Subtropik yarımsəhra və səhra vilayəti. P. Subtropik səhraların
boz-qonur torpaqlar zonası . Əyalətlər: 55 – Şimali-Turan; 56 - Cənubi – Turan. R. Dağətəyi yarımsəhraların
boz torpaqlar zonası . Əyalətlər: 57 – Qərbi- Prityan-Şan; 58 – Kür-Araz; 59 – Qissarətəyi; 60 – Kopetdağətəyi .
Dağ əyalətləri: x
1
– Qərbi Tyan-Şan; x
2
– Bədəhşan – Qissar; x
3
– Kopetdağ.
İndi də qurşaq və vilayətləri ətraflı nəzərdən keçirək (cədvəl 78).
Qütb qurşağı Rusiya ərazisinin Uzaq Şimal hissəsini əhatə edir və Arktika və tundra torpaqlarından ibarət
bir Avrasiya qütb vilayətindən ibarətdir. Bu vilayət iki zonaya bölünmüşdür: Arktikanın arktik torpaqlar zonası
və Subarktikanın tundra qleyli və illüvial humuslu torpaqlar zonası. Avrasiyanın şimalında ən iri torpaq-iqlim
qurşağı boreal qurşaqdır və o, üç torpaq-bioiqlim vilayətinə bölünür: Podzol torpaqların Avropa –Qərbi Sibir
tayqa-meşə kontinental vilayəti; donuşlu-tayqa və açıq sarı donuşlu-tayqa torpaqların Şərqi Sibir donuşlu-tayqa
ekstrakontinental vilayəti; meşə küli-vulkanik, podzol və qonur-tayqa torpaqların Uzaq Şərq tayqa-meşə
kontinental-okean vilayəti.
Bu vilayətlərin geniş əraziləri əhatə etməsi və oxşar bitki örtüyü onları bir zonada – təbii tayqa-meşə
zonasında birləşdirməyə imkan verir. Bu ad altında zona torpaqlarının sonrakı fəsildə geniş təsviri verilmişdir.
Podzol torpaqların üç yarımzonasından (qleyli podzollu və podzollu illüvial-humuslu torpaqlardan ibarət
şimali tayqa; tipik podzol torpaqlardan ibarət orta tayqa; çimli-podzollu torpaqlardan ibarət cənubi tayqa) ibarət
olan Avropa-Qərbi Sibir tayqa-meşə vilayəti də kifayət qədər geniş əraziləri əhatə edir.
Yenisey çayından şərqdə Şərqi Sibir donuşlu-tayqa vilayəti hüdudlarında qara şam meşələri hakimdir. Bu
ərazinin düzən hissəsi iki yarımzonaya bölünür – şümali tayqanın qleyli donuşlu tayqa torpaqları yarımzonası və
orta tayqanın donuşlu-tayqa turş və açıq sarı torpaqlar yarımzonası.
Uzaq Şərq tayqa-meşə vilayətində qara – və açıqşam, iynəyarpaq – enliyarpaq və enliyarpaq meşələr geniş
yayılmışdır. Bu vilayət hüdudlarında küli-vulkanik torpaqlar zonası və podzol və qonur-tayqa torpaqları zonası
ayrılır.
Subboreal qurşağın əsas torpaq-iqlim vilayətləri – enlik torpaq zonalarının vahid zonal spektrini əmələ
gətirən mərkəzi meşə-bozqır və bozqır, həmçinin səhra-bozqır və səhra vilayətləridir. Bu vilayətlərin relyefi
düzənlikdir, dağ əyalətləri (Cənubi Ural, Altay-Sayan və s.) böyük əraziləri əhatə etmir. Torpaq zona və
yarımzonaları əsasən enlik istiqamətində uzanmışdır və yalnız Karpat, Qafqaz və Altayın dağətəyi ərazilərində
onlar meridian istiqamət almışdır.
Mərkəzi meşə-bozqır və bozqır vilayətində 3 zona ayrılmışdır: 1) boz meşə torpaqların və podzollaşmış,
yuyulmuş və tipik qara torpaqların meşə-bozqır zonası; 2) adi və cənub qaratorpaqların bozqır zonası; 3) tünd
şabalıdı və şabalıdı torpaqların quru bozqır zonası.
Yarımsəhra və səhra vilayəti üç zonaya bölünmüşdür: 1) açıq-şabalıdı və qonur yarımsəhra torpaqları; 2)
subboreal səhranın boz-qonur torpaqları; 3) dağətəyi yarımsəhranın az karbonatlı boz torpaqları.
Sonuncu Tyan-Şanın şimal dağətəyi ərazilərində yerləşmişdir və növbəti mülayim isti qurşağa (subtropik) keçid
rolunu oynayır.
Subboreal qurşağın qərb və şərq kənarlarında, rütubətli okean iqlim şəraitinin hakim olduğu ərazilərdə,
Qərb və Şərq qonur meşə vilayətləri ayrılmışdır.
Qərb qonur-meşə vilayəti qonur meşə torpaqlarının üstün olması ilə səciyyələnir və Qərbi və Orta
Avropanan böyük hissəsini əhatə edir. Bura Zakarpatye və Karpat, Krım, Şimali Qafqaz və Şərqi Qafqaz
əyalətləri daxildir.
266
Şərqi qonur-meşə vilayəti Zeya-Bureya və Ussuriya- Xankay düzənliklərini və Cənubi-Sixote-Alin dağ
əyalətini əhatə edir. Burada düzənliklərdə qonur meşə torpaqları və “amur prerilərinin” çəmən-qaratorpaqları
inkişaf etmişdir.
Subtropik torpaq-iqlim qurşağı Mərkəzi Asiya və Cənubi Qafqaz ərazilərini əhatə edir. Bu qurşaq daxilində
3 torpaq-bioiqlim vilayəti ayrılmışdır: yarımsəhra və səhra, kserofit-meşə və rütubətli-meşə.
Bu vilayətlər içərisində subtropik yarımsəhra və səhra vilayəti daha böyük əraziləri əhatə edir. Burada
subtropik səhraların boz-qonur torpaqları zonası və dağətəyi yarımsəhraların boz torpaqları zonası hakimdir. Bu
vilayət Turan düzənliyinin cənubunu, həmçinin Kür-Araz ovalığını, Qərbi Tyan-Şanı, Bədəhşan-Qissar və
Kopetdağ dağ əyalətlərini əhatə edir.
Bu vilayətdən qərbdə subtropik kserofit-meşə və kolluqlu-bozqır vilayəti yerləşmişdir. Bu vilayətdə
qəhvəyi və boz-qəhvəyi torpaqlar üstünlük təşkil edir. Bura Kür-Araz ovalığının mərkəzi və qərb hissəsi, Böyük
Qafqaz və Kiçik Qafqazın cənub yamacı daxildir.
Sonuncu vilayət, rütubətli subtropik meşələrin qırmızı və sarı torpaqları Cənubi Qafqazın iki kiçik
ərazisində yayılmışdır – Gürcüstanın Kolxida ovalığı və əhatə edən dağətəyi sahələrdə (qırmızı torpaqlar) və
Azərbaycanın Lənkəran zonasında (sarı torpaqlar). Burada bir çox subtropik bitkilər, ilk növbədə çay və sitrus
bitkiləri yetişdirilir.
Torpaq-coğrafi rayonlaşdırılmanın böyük praktiki əhəmiyyəti vardır. Onun əsasında ərazilərin xüsusi
rayonlaşdırılması – təbii-kənd təsərrüfatı, torpaq-aqrokimyəvi, torpaq-meliorativ, torpaq-eroziya və s. həyata
keçirilir.
Cədvəl 78
Rusiya, Mərkəzi Asiya və Cənubi Qafqaz əraziləri torpaqlarının təsnifatı
Bio-fiziki-kimyəvi
qrup
Zonal ekoloji qrup
Nəmlənmə rejiminə görə torpaqların genetik sırası
avtomorf yarımhidromorf hidromorf
1 2
3 4
Tayqa –meşə - şimalı- və ortatayqa – çox soyuq, soyuq – TC 400-1200
0
C,
MT 2- 8, RƏ 0,77-1,33 və cənubi tayqa – mülayim soyuq, mülayim və mülayim
isti – TC 1200-2700
0
C, MT 2-8, RƏ 1,00-1,33*
Fulvatlı turş Podzollu
Bataqlı-podzollu -
Fulvatlı turş donuşlu Donuşlu-
tayqa
Bataqlaşmış
donuşlu-tayqa
-
Fulvatlı humatlı
donuşlu
Donuşlu-
tayqa samanı
- -
Humatlı-fulvatlı Çimli-
podzollu
- -
Fulvatlı-humatlı qalıq
karbonatlı
Çimli -
karbonatlı
Çimli-qleyli
-
Fulvatlı orqanogenli
-
-
Üst bataqlıq
Fulvatlı- humatlı or-
qanogenli
- -
Ovalıq bataqlıq
Qonur-meşə - mülayim soyuq, mülayim, mülayim isti və isti – TC 1600 -
3400
0
C, MT 1-5, RƏ 1,00-1,33
Fulvatlı turş
Qonur–meşə
Qonur-meşə
(qleyli)
Nəmli - tünd
çəmən
Fulvatlı-humatlı doy-
mamış humuslaşmış
-
Çəmən-tünd
qarator-pağabənzər
-
Fulvatlı turş podzol-
laşmış
Podzollu-
qonur-meşə
Podzollu-qonur-
meşə qleyli
-
Fulvatlı-humatlı
orqanogenli
- -
Ovalıq bataqlıq
Meşə-bozqır – soyuq, mülayim soyuq, mülayim, mülayim isti və isti – TC 800 –
4400
0
C, MT 1- 8, RƏ 0,77 – 1,00 və bozqır – mülayim isti, isit və çox isti – TC
1600 -4400
0
C, MT 1- 8, RƏ 0,44 -0,77
Fulvatlı-humatlı səth-
Boz-meşə Boz-meşə qleyli
Çəmən-
267
1 2
3 4
dən doymamış
humuslaşmış
bataqlıq
Humatlı neytral yük-
sək humuslaşmış
Qara Çəmən-qara Çəmən
Humatlı-fulvatlı şora-
kətli
Şorakətli
qaratorpaq-
lar
Şorakətli cəmən-
qaratorpaqlar
Şorakətli qara-
çəmən
torpaqlar
Humatlı-fulvatlı
solodlu
-
Çəmən solodlu
Solodlu
çəmən-bataqlı
Humatlı- fulvatlı
şoranlaşmış
-
- Hidromorf
şoranlar
Quru bozqırlar – mülayim, mülayim isti, isti və çox isti – TC 1600-4400
0
C, MT
1- 8, RƏ 0,22 - 0,44
Humatlı neytral və zəif
qələvi humus-laşmış
Şabalıdı
Çəmən-şabalıdı
Çəmən
Humatlı-fulvatlı şora-
kətli
Şorakətli
şabalıdı
Şorakətli cəmən-
şabalıdı
Şorakətli
şabalıdı-çəmən
torpaqlar
Humatlı-fulvatlı
solodlu
- Çəmən solodlu
Solodlu
çəmən-bataqlıq
Humatlı- fulvatlı
şoranlaşmış
- -
Hidromorf
şoranlar
Yarımsəhra – mülayim isti və isti – TC 2100 – 3400
0
C, MT 1 – 8, RƏ 0,12-
0,22
Fulvatlı-humatlı kar-
bonatlı
Qonur
yarımsəhra
Çəmən-qonur Çəmən
Humatlı-fulvatlı
şorakətli
Şorakət
yarımsəhra
Şorakət çəmən-
yarım-səhra
-
Humatlı-fulvatlı
şor-
laşmış
Avtomorf
şoranlar
-
Hidromorf
(səhra)
şo-
ranlar
Yarımsəhra – çox isti, subtropik və subtropik çox isti – TC 3400-7200
0
C, MT 0 –
2, RƏ 0,12 – 0,22
Humatlı-fulvatlı
karbonatlı gipsli
Boz-qonur Çəmən-səhra Çəmən-səhra
Humatlı-fulvatlı ta-kırlı
Takırabən-
zər səhra
Takırlar
-
Humatlı-fulvatlı şor-
laşmış
Avtomorf
şoranlar
-
Hidromorf
(səhra) şoranlar
Subtropik yarımsəhra – subtropik isti, subtropik və subtropik çox isti – TC
3400-7200
0
C, MT 0 – - 2, RƏ 0,12 – 0,22
Fulvatlı-humatlı kar-
bonatlı
Boz Çəmən-boz Çəmən
Fulvatlı şorlaşmış
Avtomorf
şoranlar
-
Hidromorf
şoranlar
Kolluqlu-bozqır – subtropik və subtropik çox isti – TC 4400- 7200
0
C, MT – 0,
RƏ 0,22-0,44
Fulvatlı-humatlı hu-
muslaşmış
Boz-qəhvəyi
Çəmən-boz-
qəhvəyi
Çəmən
Kserofit-meşə - subtropik – TC 4400- 5600
0
C, MT – 0, RƏ – 1,00-1,33
Humatlı neytral yük-
sək humuslaşmış
Qəhvəyi
Çəmən-boz-
qəhvəyi
Çəmən
Rütubətli-meşə - subtropik – TC 4400 – 5600
0
C, MT -0,, RƏ 1,00-1,33
Fulvatlı turş ferralitli
Qırmızı -
-
Fulvatlı turş ferrsialitli
Sarı Sarı qleyli
-
Fulvatlı turş sialitli
Podzollu-
sarı
Podzollu-sarı-qleyli -
268
1 2
3 4
Fulvatlı humatlı
orqanogenli
- -
Ovalıq bataqlı
Qeyd: TC – torpağın 20 sm dərinliyində 10
0
C-dən yuxarı temperaturların cəmi; MT – torpağın 20 sm
dərinliyində mənfi temperaturun davametmə müddəti (aylarla); RƏ – rütubətlənmə əmsalı.
XXVII FƏSİL. ARKTİKA VƏ
TUNDRA ZONALARININ TORPAQLARI
Rusiyanın geniş şimal əraziləri qütb torpaq-bioiqlim vilayətinin tərkbinə daxil olub, iki zonaya bölünür:
arktika və tundra.
Arktika torpaqları zonasına Şimal Buzlu Okeanının ən şimal adaları (Frans-İosif torpağı, Şimal Torpağı,
De-Lonq adaları, Novosibirsk adalarının şimalı) və Taymır yarımadasının şimal qurtaracağı daxildir.
Tundra torpaqları zonası arktika zonasından cənubda yerləşmişdir. O, Kola yarımadasının şimal-qərb
qurtaracağından Berinq körfəzinə kimi uzanır və cənubda tayqa-meşə zonası ilə həmsərhəddir. Təbii şəraitinin
xüsusiyyətlərinə görə tundra zonası arktik, tipik və cənub tundrasına (meşə-tundra daxil olmaqla) bölünür.
Arktika və tundra zonasının ümumi sahəsi 180 mln. ha-dır. Dağlıq ərazilərdə dağ-tundra torpaqları da ayrılır ki,
onların da ümumi sahəsi 160 mln.ha-dır.
§ 89. Arktika zonasında torpaqəmələgəlmə şəraiti və torpaqlar
İqlim. Arktika zonası soyuq və az rütubətli iqlim şəraitinə malikdir. Yağıntıların illik miqdarı 130-200 mm
təşkil edir və əsas hissəsi qar şəklində düşür. İsti dövr təqribən iki ay çəkir. Nisbi nəmliyi (90%) yüksək
göstərici ilə səciyyələnir. İsti dövrün istilik rejimi kəskindir, iyulun orta aylıq temperaturu 1-2
0
C olub şaxtasız
dövr burada, demək olar ki, müşahidə olunmur. Torpaq-qrunt ilin çox hissəsi donmuş vəziyyətdə olur, yalnız 2-
2,5 ay ərzində 30-50 sm hissəsi donuşluqdan açılır.
Relyef. Zonada donuşluqla əlaqədar relyef formaları geniş yayılmışdır: yumşaq süxurlarda çatlaq
poliqonlar, daşlı süxurlarda daş çökəklər, halqalar, zolaqlar və s.
Bikti örtüyü. Bitki örtüyü seyrək, çox vaxt isə oçaq səciyyəsi daşıyır. Ayrı-ayrı bitkilər bir-birindən uzaq
məsafədə yerləşirlər. Bu mamır, arktika-alp kolluqları (driada, daşdələn), bəzi taxıllı bitkilər (çəmənlicə, qırtıc), şib-
yələrdir.
Torpaqlar. Bu zonada yumşaq süxurlar üzərində bitkilər altında süxurun tərkibindən və drenaj şəraitindən
asılı olaraq müxtəlif kimyəvi əlamətləri olan (zəif turş torpaqlardan tutmuş karbonatlı və şorlaşmış torpaqlara ki-
mi) çimli arktika (humuslu) torpaqları formalaşmışdır. Yalnız yosunlarla örtülmüş meydançalarda qalınlığı 1-2
sm olan torpağı xatırladan yumşaq təbəqə yaranmışdır. Relyefin izafi nəmlik toplanan çökək sahələrində,
torfəmələgəlmə əlamətləri olmayan və çox vaxtı tərkibində karbonat və asan həll olan duzların toplandığı
neoqleyləşmiş torpaqlar geniş yayılmışdır.
Arktika zonasında torpaqəmələgəlmə üçün aşağıdakılar səciyyəvidir: donuşluq hadisələrinin - dondurulma
və çatəmələgəlmənin geniş inkişaf etməsi; az miqdarda (6 sen./ha və daha az) üzvi qalıqların torpağa daxil
olması; A
o
horizontunun olmadığı yuxa (10 sm-dən az) humuslu horizontlara malik arktika çimli torpaqlarının
formalaşması; humus horizontunun qalınlığına və humusun miqdarına (2- 7%) görə bir bərabərdə olmamasının
aşkar görünməsi, onun torpağın çatlı olması və bitkilərin tam örtük əmələ gətirməməsi ilə əlaqədar məkan
daxilində qırıqlığı; skeletli və çatlı artika torpaqlarının yaxşı aerasiyası şəraitinə malik olması və nəmliklə az
təminatı səbəbindən torpaq profilində qleyləşmənin olmaması və ya özünü zəif göstərməsi; üst horizontlarda
dəmirin kriogen toplanması və yuyulmanın özünü zəif göstərməsi; torpaqların neytrala yaxın reaksiyası,
əsaslarla doyması və lil fraksiyasının az miqdarı; torpaq örtüyünün suayrıcı ərazilərdə tam örtük yaratmaması.
§ 90. Tundra zonasında torpaqəmələgəlmə şəraiti və torpaqlar
İqlim. Tundranın iqlimi istiliyin azlığı, izafi nəmlik şəraiti, soyuq qışın sürəkliyi və soyuqvarı yayın
qısalığı ilə səciyyələnir. Orta illik temperatur – 0,2
0
C-dən (Kola əyalətində) -9
0
C və hətta Rusiyanın Asiya
hissəsində - 16
0
C kimi tərəddüd edir. 10
0
C-dən yuxarı temperaturların cəmi 0
0
-dən (arktika tundrası) 400-600
0
C
(cənubi tundra və meşə-tundra) kimi dəyişir. 5
0
C-dən yuxarı temperaturların davametmə müddəti zonanın
şimalında 40 gün, cənubunda 100 gün təşkil edir. Tundra zonasına il ərzində təqribən 300 mm, Kola və Çukot
yarımadalarına 450 mm-ə kimi, Şərqi Sibirə 150 mm yağıntı düşür. Aşağı temperatur zəif buxarlanma və
havanın yüksək nəmlik (75-90%) şəraitini müəyyən edir. Şimali-Sibir əyaləti daha kontinental hesab olunur.
Zonanın səciyyəvi torpaq-iqlim xüsusiyyəti – Arktika zonasında olduği kimi, çoxillik donuşluğun
269
olmasıdır. Qısa yay dövründə donuşluq qatının yalnız nazik üst hissəsi əriyir. Burada da torpaqəmələgəlmə
prosesi baş verir. Ayrı-ayrı yarımzona və əyalətlərin iqlim şəraitindən, həmçinin torpaqların qranulometrik
tərkibindən, bitki örtüyünün xarakterindən və relyefdən asılı olaraq donuşluğun ərimə dərinliyi 30-80 sm-dən 1-
2 m-ə kimi tərəddüd edir. Donuşluğun ən çox əriməsi çay vadilərində, ən az ərimə isə bataqlı torpaqlarda
müşahidə edilir.
Relyef. Tundra ərazisinin çox hissəsində düzən relyef hakimdir. Lakin ara-sıra xırda təpələr, çala-çuxur
sahələr, göl və bataqlıqların əmələgəldiyi termokarst çökəkliklərə rast gəlmək mümkündür. Ayrı-ayrı
əyalətlərdə relyef tipik dağlardan ibarətdir (Xibin, Qütb Uralı, Bırranqa dağları, Çukot dağ massivi və s.).
Topraqəmələgətirən süxurlar – müxtəlif qranulometrik tərkibə malik, əksərən şiddətli daşlı buzlaq, dəniz və
allüvial çöküntülərdən ibarətdir. Dağlarda torpaqəmələgətirən süxurlar əsasən kobud skeletli ana süxurların
elüvial və delüvial çöküntülərindən ibarətdir.
Bitki örtüyü. Tundranın səciyyəvi xüsusiyyəti – meşənin olmamasıdır. “Tundra” sözü şimal xalqlarının
dilində “meşəsiz ərazi” deməkdir.
Arktika tundrasında taxıllı-cilli – mamır senozları, çökək sahələrdə - bataqlıq bitkiləri üstünlük təşkil edir.
Bu yarımzonada, xüsusən də Asiya hissəsində bitki örtüyü başdan-başa örtük əmələ gətirmir. Ona görə də
burada tundra “ləkəli tundra” adlanır.
Tipik tundra üçün mamırlı-şibyəli bitkiliyin hakim olması səciyyəvidir. Mamır qruplaşmaları gillicəli, şibyələr
kobud skeletli, daşlı torpaqlarda yayılmışdır.
Burada həmçinin kolluqlu tundra da geniş yayılmışdır. Bitki tərkibi qaragilə, cır mərsin, mərcangilə və
başqa bitkilərdən ibarətdir. İsti cənub yamaclarında drenlənmiş yüngül qranulometrik tərkibə malik süxurlar
üzərində, çay vadiləri boyunca və dəniz sahillərində ot örtüyü olan sahələrə rast gəlmək mümkündür (tundra-
çəmən). Meşə-tundra tundranın ən cənub hissəsidir. Burada mamırlı-şibyəli bitki örtüyü arasında çox seyrək
şəkildə ağac bitkiləri – tozağacı, küknarın bir neçə növü, sidr yayılmışdır. Çay vadilərində subasar meşələr də
geniş əraziləri tutur.
Torpaqların genezisi. Qütb (tundra) torpaqları sərbəst tip kimi V.V.Dokuçayev (1899) tərəfindən
ayrılmışdır. N.M.Sibirtsevin təsnifatında tundra torpaqları zonal torpaq kimi göstərilmişdir. Tundra
torpaqlarının sonrakı tədqiqatı D.A.Dranisin (1914), A.A.Qriqoryev (1925), M.İ.Sumgin (1927), B.N.Qorodkov
(1932, 1936, 1952), Y.A.Liverovski (1934, 1939), Y.N.İvanov (1936, 1962), N.A.Karavayevin (1969) və
başqalarının adı ilə bağlıdır.
Tundrada torpaqəmələgəlmə torpağın izafi nəmliyi və istilik çatışmaması şəratində baş verir. Bu proses
mövsümi əriyən “fəal” qatda baş verir.
Mikrobioloji proseslər əsasən torpağın 10-20 sm-lik üst qatında toplanmışdır. Torpaqəmələgəlmənin
ümumi xüsusiyyətləri aşağıdakılardır: həm maddələrin bioloji dövranını, həm də ana süxurun mineral kütləsini
dəyişdirən torpaqəmələgəlmə proseslərinin zəif tempi; donuşluq dövründə torpaq kütləsinin və məhlulun
qarışmasına yardım edən donuşlu proseslərinin böyük fəallığı; mütəhərrik birləşmələrin kriogen miqrasiya və
torpaq profilinin aşağı hissəsində donmuş su qatının olması səbəblərindən torpaqdan zəif sürətlə kənarlaşması;
gleyləşmə və s.
Tundranın bitki örtüyü olduqca az məhsuldarlığı (0,5 – 1,0 t/ha) ilə fərqlənir. Bitki qalıqlarının tərkibində
küli birləşmələrin və əsasların, xüsusən də kalsiumun az olması, əlverişsiz temperatur rejimi, zəif aerasiya və
bakterial floranın zəif inkişafı bitki qalıqlarının parçalanmasının və humus maddələrinin sintezininin zəif
tempini müəyyən edir.
Ona görə də tundrada torpaqəmələgəlmə prosesi üçün yarıparçalanmış bitki qalıqlaırının torpaqda və onun
səthində toplanması səciyyəvidir. Belə ki, N.İ.Bazilyeviçin məlumatına görə kolluqlu tundrada torpaq səthində
40-50 sent.-ə qədər üzvi qalıqlar toplanır, torpağın özündə isə bu göstərici 780-800 sen./ha çatır. Kobud
humuslu və torflaşmış horizontların formalaşması ilə yanaşı, bitki qalıqlarının çevrilməsinin əhəmiyyətli
xüsusiyyəti böyük miqdarda suda həll olan üzvi maddələrin yaranmasıdır. Humus maddələri zəif kondensasiya
olunmuşdur; onun tərkibində fulvoturşular üstünlük təşkil edir (C
h
:C
f
).
Torpaqların izafi nəmlənməsi, onlarda yarımparçalanmış üzvi qalıqların toplanması, həllolmuş maddələrin
yüksək miqdarı tundra torpaqlarında qleyləşmə proseslərinin geniş inkişafı üçün əlverişli şərait yaradır.
Əmələ gəlmiş üzvi maddələrin turş xarakteri, onların torpaq məhlulunda daim olması, qleyləşmə prosesinin
intensiv inkişafı torpaqəmələgəlmənin mütəhərrik məhsullarının toplanmasına kömək edir. Lakin lil və biryarım
oksidlərin miqdarının tundra torpaqlarının profilində paylanması müşahidə edilmir. Çünki suyadavamlı
donuşluq qatının səthə yaxın yerləşməsi, kriogen kütlə və nəmlik mübadiləsi, torpaq qatının zəif sukeçiriciliyi
differensiasiya proseslərini ləngidir. Bəzən daimi donuşluq üzərindəki horizontlarda humus və dəmirin
donuşluqüstü akkumulyasiyası müşahidə edilir.
Yüngül qranulometrik tərkibli və çınqılllı torpaqlarda qleyləşmə prosesi yaxşı ifadə olunmur, bu
torpaqlarda sukeçiricilik qabiliyyəti yüksək olub, fulvat tərkibli üzvi birləşmələrin R
2
O
3
kompleksdə (Al-Fe –
humus prosesi) profilboyu aşağıya doğru hərəkəti baş verir. Tundra zonasının şimalına doğru iqlimin
kontinentallığı artıqca qleyləşmə dərəcəsi azalamaqla üzvi maddələrin parçalanma
dərəcəsi artır.
270
Humustoplanma prosesi (çimləşmə) əmələ gəlir, torflu-çürüntülü horizont əvəzinə humus horizontu formalaşır.
Cənubi tundrada və meşə-tundrada podzollaşma prosesinin yaranmasından ötrü şərait yaranır. Gillicəli süxurlar
üzərində gilli torpaqlar da podzollaşmaya məruz qalmışdır.
Əlverişli su-hava və istilik rejimlərinin yarandığı ərazilərdə, əsasən də yaxşı drenlənmiş cənub
yamaclarında tundra çimli torpaqlar geniş yayılmışdır.
Tundra torpaqlarının təsnifatı və xassələri. Tundra zonasında zonal torpaq tipi tundra qleyli torpaqlardır
(105 mln.ha). Tundrada, xüsusən də onun cənub hissəsində bataqlıq (18mln.ha), allüvial-tudra-çimli (3,6
mln.ha) və podzollu torpaqlar, dəniz sahillərində şorlaşmış (marş) torpaqlar yayılmışdır.
Tundra qleyli torpaqlar tipi müxtəlif qalınlıqlı (5-30 sm) və müxtəlif dərəcədə parçalanmış üzvi tərkibli
(torfdan tutmuş humusa kimi) orqanogen horizontdan və müxtəlif dərəcədə qleyləşməyə məruz qalmış mineral
horizontdan ibarətdir. Tundra qleyləşmiş torpaqların yarımtiplərini müəyyən etməkdən ötrü aşağıdakı meyarlar
təklif edilir: profilin qleyləşmə dərəcəsi; podzollaşma əlamətlərinin olması; orqanogen horizontların düzümü.
Bu meyarlar tundra qleyli torpaqların dörd yarımtipini ayırmağa imkan vermişdir: tundra zəif qleyli humuslu,
tundra qleyli çürüntülü, tundra qleyli torflu, tundra qleyli podzollaşmış.
Tundra zəif qleyli humuslu torpaqlar yarımtipi əsasən Şimali Sibir əyalətində yaxşı drenləşmiş gillicəli
suayrıcılarında yayılmışdır. Profili A
o
- yuxa (2-3 sm) torflu döşəmədən, A
1
- humus horizontundan (3-5 sm) və
onun altında üzərində ayrı-ayrı göyümtül və pas ləkələrdən ibarət qonur mineral qatdan (B
g
) ibarətdir. Dərinlik
artdıqca qleyləşmə dərəcəsi də artır və daimi donuşluq üzərində çox vaxt tünd göyümtül rəngdə qleyli horizont
(G) formalaşır. Lakin bəzi hallarda bu qat olmaya da bilər. Profilin ümumi qalınlığı 40-60 sm-dir. A
1
horizontunda humusun miqdarı 5 – 10%, B horizontunda isə 1,5- 3,5% təşkil edir. Çox vaxt daimi donuşluq
üzərində mütəhərrik humusun və amorf R
2
O
3
akkumulyasiyası müşahidə edilir. Əsaslarla yüksək doyması və
pH-ın turşdan neytrala doğru dəyişməsi səciyyəvidir.
Tundra qleyli çürüntülü torpaqlar yarımtipi Arktika tundrasının Avropa yarımzonasında və Şimali-Sibir
əyalətinin daha izafi nəmli sahələrində daha geniş yayılmışdır. Profili A
o
- yuxa (2-3 sm) torflu döşəmədən,
A
o
A
1
- çürüntülü horizontdan (3-5 sm) və onun altında formalaşmış mavi-göyümtül və ya göyümtül G qatından
ibarətdir. Qleyləşmə dərəcəsi donuşluq qatına kimi ya dəyişmir, ya da dərinlikdən asılı olaraq azalır. Torpağın
ümumi qalınlığı 60-80 sm-dir. Humusun miqdarı A
o
A
1
– horizontunda 30-60%, azot 1,5 %, G horizontunda isə
uyğun olaraq 0,5-2,0 % və 0,05 – 0,1% təşkil edir. Reaksiya turş və zəif turş, əsaslarla doyma 20-50 %-dir.
Tundra qleyli torflu torpaqlar yarımtipi əsasən Avropa və Çukot-Anadır əyalətlərinin cənub tipik və
kolluqlu tundra (və meşə-tundra) zonasında yayılmışdır. Bu torpaqların profilində aşağıdakı horizontlar vardır:
A
o
– torflu döşənək, qalınlığı 5-7 sm; A
1
0
– torf qatı, qəhvəyi müxtəlif qalınlıqlı, 3- 15 sm-dən 15-20 sm-ə kimi
(nadir hallarda 30 sm); G – palçığaçalar – gümüşü, boz və ya yaşılımtıl rəngli, ayrı-ayrı pas ləkəli, tədricən ana
süxura keçir. Profilin ümumi qalınlığı 60- 100 sm-dir. Azotun miqdarı 1,5%-dir. Qleyli horizontda humus 1,5-
6,0%, azot 0,1-0,2 % təşkil edir. Torpaq turş və çox turşdur, əsaslarla doyma dərəcəsi olduqca aşağıdır.
Tundra qleyli podzollaşmış torpaqlar yarımtipi əsasən Avropa və Çukot-Anadır əyalətlərinin cənubi tundra
və meşə-tundra sahələrində yayılmışdır. Bu torpaqların profilinin üst hissəsində rəng fonunda bir qədər
açıqlaşma (podzollaşma) əlamətləri vardır. Profil aşağıdakı qatlardan ibarətdir: A
o
– yuxa (3 – 5 sm) torflu
döşənək; A
o
A
1
və ya A
1
– qonurvari-qəhvəyi rəngli çürüntü və ya humus qatı, qalınlığı 5 -10 sm; A
2
və ya G –
yaşılımtıl- açıq-qonur, bəzən sarımtıl və ya mavi çalarlı podzollaşmış qat, qalınlığı 20-40 sm; B və G –
qonurvari-yaşılımtıl və ya yaşılımtıl, tədricən və ya kəskin şəkildə ana süxura keçən illüvial qat. Profilin ümumi
qalınlığı adətən 1 m-dən çox deyildir. Bu torpaqların podzollaşması lil hissəciklərinin, R
2
O
3
ümumi və amorf
formalarının, udulmuş əsasların profildə paylanmasından da aydın görünür.
Qranulometrik tərkibdən asılı olaraq tundra qleyli torpaqlar iki cinsə bölünür: tundra qleyli gillicəli –gilli
süxurlar üzərində və tundra qleyli illüvial – humuslu qumsal-qumlu süxurlar üzərində. Bu cinslərdə qleyləşmə
ya onların lay-lay olması, ya da daimi donuşluğun səthə yaxın yerləşməsi ilə əlaqədar yaranır. Yuxarıda təsvir
edilən yarımtiplər tundra qleyli torpaqlara aid edilir. Tundra qleyli illüvial-humuslu torpaqlar öz növbəsində
neopodzollaşmış və podzollaşmış olmaqla iki qrupa bölünür.
Tundra illüvial-humuslu podzollaşmış torpaqlarda döşənək altında A
2
podzol horizontu aşkar görünür.
Podzollu horizontdan aşağıda tünd-qonur və ya qəhvəyi-qonur rəngli B- illüvial –humuslu horizont və ya oxralı-
qonur rəngli humuslu-dəmirli illüvial horizont yerləşmişdir.
İzafi nəmlənmə və qleyləşmə əlamətlərinin itməsi ilə tundra qleyli illüvial-humuslu torpaqlar başqa sərbəst
torpaq tipinə - “podbur” a keçir və ya podzollaşma prosesinin güclənməsi ilə yeni bir tiplə - podzol illivial-
dəmirli-humuslu torpaqlarla əvəz olunurlar. Bu torpaq tipi cənubi tundrada, xüsusən də Avropa və Çukot-
Anadır əyalətlərinin meşə-tundra rayonlarında geniş yayılmışdır; Şimali Sibir əyalətində bu torpaq tipi yoxdur.
Gillicəli və gilli torpaqəmələgətirən süxurlar üzərində inkişaf etmiş tundra qleyli torpaqların profili çox vaxt
güclü şəkildə deformasiyaya uğramış olur; torf horizontu olmur, torpaq səthi çılpaqlaşır, mineral horizontlar
əyilmiş və parçalanmış, orqanogen horizontlar isə mineral horizontların daxilinə müxtəlif dərinliklərdə
basdırılmış olur və s. Bu hadisə tundra zonasında köpmə və soliflyukasiya prosesləri ilə əlaqədardır.
Tundra zonasının əksər torpaqları turş və çox turş torpaqlara aid edilir. Onlar, xüsusən də üst horizontlar
271
hidrolitik turşuluğa malikdirlər. Əsaslarla doyma dərəcəsi 20-70% arasında tərəddüd edir. Tundra torpaqlarının
cənub yarımzonasından şimal yarımzonasına keçərkən turşuluq nəzərə çarpacaq dərəcədə aşağı düşür, torpaqların
əsaslarla doyma dərəcəsi isə yüksəlir. Tipik və arktik tundrada karbonatlı və şorlaşmış süxurlar üzərində inkişaf et-
miş tundra qleyli torpaqlar qələvi reaksiyaya malik olub, əsaslarla doymuşdur.
Əksər tundra torpaqları üçün səciyyəvi cəhət – qleyləşmə prosesinin intensiv inkişafı ilə əlaqədar
mütəhərrik dəmirin çoxluğu və dəmirin torpaq profilindən yuyulmamasıdır.
Gillicəli torpaqların qranulometrik tərkibi üçün iri toz fraksiyalarının çoxluğu səciyyəvidir ki, bu da
intensiv fiziki aşınma və toz fraksiyalarının sonradan kimyəvi dəyişməsinin zəif getməsi ilə əlaqədardır (cədvəl
79).
Cədvəl 79
Tundra torpaqlarının kimyəvi və qranulometrik tərkibi
Genetik
hori-
zont və
dərinlik,
sm
pH
su
çə-
kimi
H umus
Udulmuş kationlar,
m-ekv/100 qr
Tamma
çəkimi
m-
ekv/100qr
Fraksiyalar,
%
Ca
M
g
H
Cə
mi
Al
2
O
3
Fe
2
O
3
<0,01
<0,00
1
1
2 3 4 5 6 7 8 9 10 11
Tundra zəif qleyli humuslu torpaq
A
1
(3-7) 5,1
5,4
12,
4
4,8
3,
8
21,
0
440 1280 39 17
B (7-15)
4,7
1,9 4,5 3,1
0,
9
8,5 280 880 29 11
G (25-35)
5,0
1,4 7,4 3,7
0,
4
11,
5
320 780 34 14
Donuşluq 4,9 1,5
6,2
2,9
0,
9
10,
0
360 830 32 14
Tundra qleyli torflu torpaq
A
o
(5-19) 4,2
57,
6
11,
2
8,2
88,
4
107
,8
2160 5920 -
-
BC (19-28)
4,4
1,7 5,0 4,6
7,
8
17,
4
64 1320 33 19
G (50-60)
5,0
3,0 7,1 3,0
12,
3
22,
4
990 2170 36 20
Donuşluq 5,8 0,6
7,4
3,6 0,
8
11,
8
400 680 37 20
Tundra qleyli podzollaşmış
A
o
A
1
(4-10) 4,4
22,
8
7,4 4,3
11,
0
22,7
970 1100
-
-
A
1
A
2
(10-15)
4,8 3,5
2,6 1,0 4,0
7,6 850 690 36 12
A
2
(20-30)
5,6 1,6 5,,2 1,4 0,9
7,5 510 450 31 7
BG (80-90)
6,6
4,4
12,
7
1,8 0,2 14,7
790 590 40
18
Tundra torpaqlarının kənd təsərrüfatında istifadəsi. Tundra zonası şimal maralçılığının yem bazası
kimi böyük əhəmiyyətə malikdir. Əsas otarma sahələri mamırlı-şibyəli və kolluqlu tundra qurşağında, həmçinin
dəniz sahili qalofit çəmənliklərdə toplanmışdır. Şibyəli tundradan qış, mamırlı və dəniz sahili qalofit
çəmənliklərdən yay otlaq sahələri kimi isitfadə edilir. Arktika tundrası maralçılıq üçün az əlverişlidir.
İstehsal qüvvələrinin inkişafı və əhalinin artımı ilə əlaqədar tundra zonasında əkinçiliyin inkişafı və ərzaq
bazasının (tərəvəz və ət-süd məhsulları) yaradılması böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Tundra
zonasında tərəvəz bitkilərinin təkcə istixana və parniklərdə deyil, açıq qruntda da becərilməsi mümkündür.
Tundra və meşə-tundra zonasında açıq qruntda becərilən kənd təsərrüfatı bitkiləri aşağıdakılardır: kartof, kələm,
soğan, kök, turp, yem üçün nəzərdə tutulmuş kökmeyvəlilər, arpa (yaşıl kütlə üçün).
Tundra torpaqları zəif biokimyəvi aktivliyi, qida elementləri ilə zəif təmin olunması, əlverişsiz su-hava və
istilik rejimləri ilə fərqlənir. Ona görə də onların xassələrini yaxşılaşdırmaqdan ötrü biokimyəvi proseslərin
272
aktivliyinin sürətləndirilməsi, aerasiya və istilik rejimlərinin yaxşılaşdırılması və torpağa gübrə verilməsi tələb
olunur. Kənd təsərrüfatında istifadə üçün allüvial-tundra-çimli və yüngül qranulometrik tərkibə malik torpaqlar
əlverişli hesab olunur. Bu torpaqlar yaxşı qızır, tez və böyük dərinlikdə əriyir, daha yaxşı təbii drenliyə malik
olmaqla, bu torpaqlarda anaerob-qleyli proseslər zəif inkişaf etmişdir. Onlar tez bir zamanda mədəniləşirlər.
Tundra torpaqlarının mikrobioloji və qida rejimlərini tez bir zamanda yaxşılaşdırmaqdan ötrü ən səmərəli
vasitə torpağa böyük dozada (80- 120 t/ha və hətta 200 t/ha) üzvi gübrələrin verilməsidir. Bu zaman müxtəlif
tərkibli kompostlardan istifadə də böyük səmərə verir. Üzvi gübrələrlə yanaşı, eyni zamanda torpağa mineral
gübrələrin (60-90 kq/ha) verilməsi münbitliyin artırılmasına xidmət edir. Yerli gübrələrdən kül və balıq sənayesi
tullantılarının torpağa verilməsi yaxşı səmərə verir.
Tundra torpaqlarının mədəniləşdirilməsindən ötrü onlarda əlverişli istilik rejiminin və aerasiya şəraitinin
yaradılması olduqca vacibdir. Bundan ötrü təbii drenliyi olan və yaxşı qızan sahələr seçilməlidir. Bu cür
tələblərə yüksək sahələrin cənub və cənub-qərb yamaclarında yerləşmiş, soyuq şimal küləklərindən qorunan
qumsal və yüngül gillicəli çınqıllı torpaqlar yarayır.
Tundra və meşə tundranın torpaqları və landşaftları onların kənd təsərrüfatında istifadəsi istiqamətinə
uyğun olaraq aşağıdakı kimi qruplaşdırılır:
1) tundra qleyli, torflu – və çürüntülü-qleyli, dağ-tundra, tundra bataqlı torpaqlardan maralçılıqda otlaq
sahəsi kimi istifadə olunması tövsiyə olunur;
2) tundra qleyləşmiş və podzollaşmış, tundra illüvial-humuslu və yüngül qranulometrik tərkibli torpaqlar
mədəni biçənəklərin və otlaq sahələrinin yaradılmasından və qismən tərəvəz bitkilərinin yetişdirilməsindən ötrü
istifadə edilə bilər;
3) subasar çimli torpaqlar daha münbit torpaqlar kimi həm mədəni biçənək və otlaq sahələrinin
salınmasından ötrü, həm də bir sıra tərəvəz və bitkilərinin yetişdirilməsindən ötrü istifadə oluna bilər. Onlardan
istifadə kompleks aqrotexniki, meliorativ tədbirlərin həyata keçirilməsini və gübrələrin tətbiqini tələb edir.
Tundranın landşaft və torpaq örtüyü müxtəlif xarakterli antropogen təzyiqlərə qarşı olduqca həssasdır.
Pozulmuş landşaft və torpaq örtüyü çox gec bərpa olunur. Buna bəzən onilliklərlə vaxt tələb olunur. Ona görə
də tundra əraziləri mənimsənilərkən onun antropogen təzyiqlərə qarşı həssaslığı mütləq nəzərə alınmalıdır.
XXVIII FƏSİL. TAYQA-MEŞƏ ZONASI TORPAQLARI
Tayqa-meşə zonası Rusiya ərazisində boreal qurşağın (mülayim soyuq) çox böyük hissəsini əhatə edir.
Tayqa-meşə zonası aşağıdakı torpaq-bioiqlim vilayətlərində yerləşmişdir: Avropa–Qərbi Sibir kontinental
tayqa-meşə (Rusiyanın Avropa hissəsi və Qərbi Sibir), Şərqi Sibir kontinental donuşlu-tayqa və Uzaq Şərq
tayqa-meşə.
Şimalda tayqa-meşə zonası tundra zonası, cənubda meşə-bozqır zonası ilə həmsərhəddir. Tayqa-meşə
zonasının ümumi sahəsi 1150 mln.ha-a bərabərdir. Onun 64%-i düzənlik, 36%-i dağlıq ərazilərdən ibarətdir.
Təbii-təsərrüfat xüsusiyyətlərinə görə tayqa-meşə zonası meşə-bozqır zonasının şimal rayonları ilə birləşir ki,
bu cür birləşmə elmi ədəbiyyatlarda “Qeyri-qaratorpaq” adı ilə tanınır.
Dostları ilə paylaş: |