§ 103. Şoranlar
Duzların torpaqda yaranması və toplanması şəraiti. Şorlaşmış torpaqların formalaşması duzların qrunt
sularında və süxurda toplanması və onların torpaqda akkumulyasiyasına təsir göstərən şərait ilə əlaqədardır.
Süxurların aşınması zamanı xeyli miqdarda suda həll olan duzlar yaranır. Qurudan axınlar vasitəsilə okeana
aparılan duzların illik miqdarı 2735 mln.ton təşkil edir. Təqribən 1 mlrd.ton duz hər il materiklərin axarsız daxili
zonalarına daxil olur. Duzlu dəniz çöküntülərinin səthə çıxması ilə quru səthi külli-miqdarda asan həll olan
duzlar əldə edir. Onların akkumulyasiyasının tipik vilayətləri Xəzərsahili ovalıq, Turan və Qərbi-Sibir
düzənliyidir.
Asan həll olan duzlar vulkan püskürmələri nəticəsində də yarana bilir. Suda asan həll olan duzların
torpaqda akkumulyasiyasında bitkilərin böyük rolu vardır. Quru iqlim şəraitində bitki qalıqlarının aerob şəraitdə
parçalanması nəticəsində torpaqda böyük miqdarda asan həll olan duzlar toplanır. Lakin torpaqda duzların əsas
mənbələrindən biri səthə yaxın yerləşmiş minerallaşmış qrunt sularıdır.
Duzlu göllərin və şoranların yayıldığı rayonlarda duzların aparılmasında və çökdürülməsində eol prosesləri
əsas rol oynayır. Təqribi hesablamalara görə küləyin təsiri altında 1 km
2
torpaq səthinə il ərzində 2-20 ton duz
çökdürülə bilər.
Duzların paylanma intensivliyi və onların torpaqda toplanması iqlim amillərindən – yağıntıların
miqdarından və buxarlanmadan, həmçinin torpağın hopdurma qabiliyyətindən, torpaqəmələgətirən süxurdan və
duzların həll olma dərəcəsindən asılıdır.
Rütubətli iqlim şəraitində yuma su rejimində duzlar torpaq profilindən yuyulduğuna görə akkumulyasiya
olunmurlar. Quru iqlimin hakim olduğu rayonlarda, xüsusən də səhra və yarımsəhra vilayətlərində
buxarlanmanın düşən yağıntılardan bir neçə dəfə yüksək olması qrunt sularında və torpaqəmələgətirən
süxurlarda duzların toplanması üçün əlverişli şərait yaradır. Məhz bu rayonlarda şoranlaşmış torpaqların böyük
hissəsi yayılmışdır.
Yerin quru səthində duzların paylanmasında zonallıq qanunu özünü göstərir. Qrunt sularında və torpaqda
duzların ən böyük konsentrasiyası səhra zonasında, ən az konsentrasiyası isə meşə-bozqır və bozqır
zonalarındadır (cədvəl 105).
Cədvəl 105
Müxtəlif təbii zonalarda duzların suda və şoranlaşmış torpaqlarda toplanması
Zonalar
Ən yüksək minerallaşmış
sular, q/l
Şoranların üst hori-
zontlarında asan
Şoran-
larda
322
Çaylar
Qrunt
suları
Duzlu
göllər
həll olan duzların
maksimal
miqdarı,%
səciyyəvi
duzlar
Səhra 20-90
200-220
350-450
15-25
NaCl,
NaNO
3
MgCl
2
MgSO
4
Quru
bozqır
10-30 100-150 300-350
5-8
NaCl
Na
2
SO
4
CaSO
4
MgSO
4
Bozqır 3-7 50-100
100-250
2-3
Na
2
SO
4
NaCl
Na
2
CO
3
Meşə-
bozqır
0,5-1 1-3 10-100
0,5-1
Na
2
CO
3
Na
2
SO
4
Na
2
SiO
3
Keyfiyyət tərkibinə görə də duzların ayrı-ayrı zonalar üzrə geokimyəvi və biokimyəvi prosesləri
şərtləndirən iqlimlə bağlı müəyyən qanunauyğunluğu müəyyən edilmişdir. Meşə-
bozqır və bozqır rayonlarında torpaqların şorlaşma və qrunt suyunun minerallaşma
dərəcəsi aşağı olsa da, duzların tərkibində karbonatlar və natrium bikarbonatları
üstünlük təşkil edir. Burada torpaqların sodalı və sodalı-sulfatlı şorlaşma tipini
müəyyən edən sulfatlara da rast gəlmək mümkündür.
Yarımsəhra və səhra vilayətlərində şərait natrium sulfat və natrium xloridlərin,
gips və nitratların yaranması üçün əlverişlidir. Burada sodanın və torpaqların
şorlaşmasının soda tipinin yaranması da mümkündür.
V.Kovda torpaqlarda duzların müasir toplanmasının 4 iri əyalətini ayırmışdır:
sulfatlı-sodalı (Dnepryanı, Oka-Don kanalının cənub hissəsi, Qərbi-Sibirin cənub
hissəsi, Amur və Lena Vilyuy ovalığı, Sırt-Volqa boyu); xloridli-sulfatlı (Sırt-Volqa
boyunun cənub hissəsi, Qazax qırığıqlığı və Turan düzənliyi, Fərqanə, Amudəryanın
deltası); sulfatlı-xloridli (Turan və Qara dəniz sahili ovalığı); xloridli (Xəzərsahili
ovalıq).
Bu və digər zonada və ya əyalətdə torpaqda duzun toplanmasına ərazinin relyefi
və drenliyi böyük təsir göstərir. Şiddətli şorlaşmış torpaqlar relyefin depressiya
sahələrində, qrunt sularının səthə yaxın olduğu yerlərdə yayılmışdır. Bu cür iri
depressiyalara Qərbi Sibir, Turan, Xəzəryanı, Dnepr və Lena-Vilyuy ovalıqları aid
edilir.
Şorlaşmış torpaqlar iri çayların (Volqa, Don, Dnepr, İrtış, Amudərya) alüvial
düzənliklərində, göl qırağı çökəkliklərdə, dənizsahili alüvial ovalıqlarda və qədim
terraslarda da geniş yayılmışdır.
Genezisi. Səthində və profilində böyük miqdarda suda həll olan duzların
toplandığı torpaqlar şoranlar adlanır. Şorlaşmanın kimyəvi xassəsindən asılı olaraq
soranların üst horizontunda duzların miqdarı 0,6-0,7 və 2-3% və daha çox olur.
Duzların torpaqlarda toplanması şoranlaşma prosesinin mahiyyətini təşkil edir.
Şoranlar minerallaşmış qrunt sularının səthə yaxın olduğu ərazilərdə yaranır; suyun
buxarlanması ilə torpaqların üst horizontu duzlarla zənginləşir. Şoran torpaqlar
duzlu torpaqəmələgətirən süxurlar üzərində də yaranır.
Suda həll olan duzların minerallaşmış qrunt sularının buxarlanması hesabına
mövsümi toplanması 500-1000 t/ha təşkil edir (Kovda, 1946).
Şoranlar çox vaxt düzgün aparılmayan suvarma nəticəsində də yaranır.
Şoranların yaranmasında bitkilərin də rolu böyükdür. Bitki qalıqlarının
minerallaşması nəticəsində yaranmış duzlar torpağın üst horizontlarında toplanır.
Onların akkumulyasiyasının miqyası bitkilərin bioloji xüsusiyyətlərindən asılıdır.
Şoranların bitki örtüyü müxtəlifdir və onların tərkibi şorlaşmanın xarakterindən
və duzların tərkibindən asılıdır. Yüksək şorlaşmaya məruz qalmış şoranlarda bitki
örtüyü seyrək olub, şorangənin bir neçə növü ilə təmsil olunmuşdur. Bunlar
içərisində duzlaq çoğanı (Salicornia herbacea), qara şoran (Halocnemum
strobilaceum), çərən (Suaeda sp.), həmçinin qara saksaul (Haloxylon aphyllum) və
s. daha geniş yayılmışdır.
323
Duzların konsentrasiyasının az olduğu şoranlarda pazotu ((Puccinellia sp.), kərmək (Limonium gmelini),
bağayarpağı (Plantago salsa), astra (Aster tripolium) və s. bitkilər bitir.
Şoranlarda ot durumunun məhsuldarlığı geniş ölçülərdə dəyişir. Ən böyük biokütlə - 200 s/ha çəmən
xloridli-sulfatlı şoranda, ən az biokütlə isə sodalı şoranlarda formalaşır. Şoran bitkiləri yüksək küllülüyü ilə
seçilir. Küllülük səhra zonasının şorangəsində 40-55% , yarımsəhra şorangəsində 20-30%, kserofik yovşanlıqda
isə 10-20% təşkil edir. Halbuki şoranlaşmamış torpaqların bitki örtüyündə (taxıllı və paxlalı) bu göstərici 10%-
dən çox deyildir. Şorangənin küllülüyünün tərkibində xlor, kükürd və natrium üstünlük təşkil edir.
Şoranların tərkibində çox miqdarda duzun olması profilinin quruluşunun xüsusiyyətlərini və xassələrini
müəyyən edir.
Şoranların profili genetik horizontlara zəif təbəqələşmişdir. Orada yalnız üç horizont ayrılır: A – humus
horizontu, B- keçid horizontu və C-torpaqəmələgətirən süxur. Şoranlarda bütün profilboyu duzları gözlə görmək
mümkündür. Bəzən profilin aşağı hissəsində və ya bütün profilboyu qleyləşmə əlamətləri görünür.
Təsnifatı və diaqnostikası. Şoranlar iki tipə bölünür: hidromorf və avtomorf.
Hidromorf şoranlar aşağıdakı yarımtiplərə bölünürlər: tipik hidromorf, çəmən, bataqlıq, sorlu (şorlu),
dənizsahili, donuşlu, törəmə, takırlaşmış səhra. Onlar qrunt suyunun səthə yaxın olduğu şəraitlərdə
formalaşırlar.
Avtomorf
şoranlar litogen, qalıq və eol-təpəli olmaqla üç qrupa bölünür.
Onlar şorlaşmış ana süxurlar üzərində qrunt sularının dərində yerləşdiyi ərazilərdə
formalaşır. Bu torpaqlarda ana süxur kimi üçüncü, təbaşir və digər qədim
çöküntülərin elüviy və delüviləri, həmçinin dördüncü dövrün şorlaşmış dəniz
süxurları, məsələn, Xəzəryani “şokoladlı” gillər çıxış edir.
Tipik hidromorf şoranlar şiddətli minerallaşmış qrunt sularının səthə yaxın
yerləşdiyi ərazilərdə formalaşmışdır. Onların profili genetik horizontlara zəif
təbəqələşmişdir. Suda həll olan duzların miqdarı bütün profilboyu yüksəkdir. Lakin
onların maksimal konsentrasiyası profilin üst hissəsindədir.
Çəmən şoranlar da qrunt sularının səthə yaxın yerləşdiyi ərazilərdə
formalaşmışdır. Lakin bu suların minerallaşma səviyyəsi bir qədər aşağıdır. Bu
torpaqların profilləri genetik qatlara bölünmüşdür. Çəmən şoran torpaqlar arasında
karbonatlı-kalsiumlu torpaqlar ayrılır ki, onlarda başqa şoran torpaqlardan fərqli
olaraq suda həll olan duzların miqdarı az, karbonatların və humusun miqdarı isə
əksinə çoxdur. Bu cür şoranlarda çəmən bitkiləri yaxşı bitir.
Sorlu (şorlu) şoranlar duzlu göllərdə və qədim çay yataqlarında suyun
buxarlanması nəticəsində yaranır. Burada bəzən duzun torpaq səthində qalınlılğı
bir-neçə santimetrə çatır. Bu cür şoranlar bitki örtüyündən məhrumdur.
Palçıqlı-vulkanik şoranlar vulkanların püskürməsi zamanı səthə axmış duzlu
süxurlar üzərində formalaşır.
Dənizsahili şoranların profili xlorid duzlarla şorlaşmış ən cavan törəmədir. 1-
2 m dərinlikdə acı-duzlu su təbəqəsi yerləşmişdir.
Törəmə şoranlar düzgün aparılmayan suvarma səbəbindən minerallaşmış qrunt
suyunun səthə qalxması və üst horizontlarda asan həll olan duzların toplanması
nəticəsində yaranır. Törəmə şoranlar qrunt suyunun 1,5-2 m dərinlikdə yerləşdiyi
hallarda intensiv inkişaf edir; 3-4 m dərinlikdə şorlaşma şəraitindən asılı olaraq baş verir;
qrunt suyunun 6 m dərinlikdə yerləşdiyi hallarda şorlaşma baş vermir.
Donuşlu şoranlar bir qədər dərinlikdə suyadavamlı donuşlu qata malikdir. Bu
şoranlarda ya bütün profil, ya da onun üst hissəsi şiddətli şorlaşmışdır.
Duzların tərkibi olduqca müxtəlifdir. Xloridli-sulfatlı və ya sulfatlı-xloridli
şorlaşma tipi daha geniş yayılmışdır.
Bataqlıq şoranlar qrunt suyunun səthə çox yaxın yerləşməsi nəticəsində
yaranır. Bu torpaqlar üçün profilboyu şiddətli qleyləşmə və şorlaşma, bəzən isə
torflaşma səciyyəvidir.
Takırlaşmış (səhra) şoranlar xüsusi çatlı səthi ilə səciyyələnir. Bu çatlar isə
səhra zonasının özünəməxsus hidrotermik rejimi ilə əlaqədar yaranmışdır.
Qalıq və ya relikt şoranlar vaxtilə hidromorf inkişaf mərhələsini yaşamış
duzlu süxurlar üzərində formalaşır.
Eol-təpəli şoranlar duzların külək vasitəsilə gətirilməsi nəticəsində yaranır.
Şoranlar tərkibindəki duzlara, su çəkimindəki anionların kationlara nisbəti
əsasında cinslərə bölünür (cədvəl 106).
Cədvəl 106
324
Duzların keyfiyyət tərkibi
Anionlara görə, mq-ekv
Kationlara görə, mq-ekv
Şorlaşmanın
növü
Cl
SO
2-
4
HCO
-
3
Cl
-
+SO
2-
4
Şorlaşmanın
növü
Na
+
+K
+
Ca
2+
+Mg
2+
Mg
2+
Ca
2+
Xloridli
> 2
-
Natriumlu
> 2
-
Sulfatlı-xloridli 2-1 -
Maqneziumlu-
natriumlu
2-1 >1
Xloridli-sulfatlı 1-0,2 -
Kalsiumlu-
natriumlu
1-2 <
1
Sulfatlı
< 0,2
-
Kalsiumlu-
maqneziumlu
< 1
> 1
Karbonatlı-
sulfatlı
< 0,2
> 1
Sulfatlı-sodalı - >
2
Bəzən şorlaşma növü başqa, məsələn, xloridli-nitratlı olan şoranlara təsadüf olunur. Lakin xloridli-sulfatlı,
natriumlu şoranlar daha geniş yayılmışdır. Onlar əsasən quru iqlim zonaları üçün səciyyəvidir. Sodalı şoranlar
bozqır və meşə-bozqır, xloridli-nitratlı şoranlar isə səhra zonalarında yayılmışdır.
Duzların keyfiyyət tərkibi şoranların xarici əlamətlərində də əks olunur. Onlar arasında aşağıdakılar ayrılır:
qaysaqlı, dolu, yaş və qara.
Tərkibində natrium xlorid duzu olan şoranların səthində qaysaq əmələ gəlir. Tərkibində yüksək
hiqroskopikliyi ilə seçilən kalsium və maqnezium xloridləri olan şoranlar yaş şoranlar adlanır. Əgər duzların
tərkibində natrium sulfat üstünlük təşkil edirsə, dolu şoranlar formalaşır. Torpağın tərkibndə sodanın artması
üzvi maddələrin həllolmasını artırır və profil qara (tünd) rəng alır.
Duzların paylanmasının xarakterinə görə şoranlar aşağıdakı növlərə bölünür: səthi (duzlar 0-30 sm
dərinlikdə) və dərin profilli (duzlar bütün profilboyu qrunt suyuna kimi).
Təbiətdə şoranlarla yanaşı, bu və digər dərəcədə şorlaşmış (şoranvari) torpaqlara da rast gəlmək
mümkündür. Şorlaşma dərəcəsi su çəkimində duzların növ tərkibi nəzərə alınmaqla ümumi miqdarı əsasında
müəyyən edilir (cədvəl 107).
Cədvəl 107
Şorlaşma dərəcəsinə görə torpaqların təsnifatı
Torpaqların
şorlaşması
Şorlaşmanın tipi, quru qalıq, %
Xloridli-sodalı
Sulfatlı-
sodalı
Sodalı-
xloridli
Sodalı-sulfatlı
1 2
3
4
5
Şorlaşmamış
< 0,15
< 0,15
< 0,15
< 0,15
Zəif şorlaşmış 0,15-0,25
0,15-0,3
0,15-0,25
0,15-0,25
Orta şorlaşmış 0,25-0,4
0,3-05
0,25-0,4 0,3-05
Şiddətli şorlaşmış 0,4-0,6 0,5-0,7 0,4-0,6 0,5-0,7
Şoranlar
> 0,6
> 0,7
> 0,6
> 0,7
Torpaqların
şorlaşması
Şorlaşmanın tipi, quru qalıq, %
Sulfatlı-
xloridli
Xloridli-
sulfatlı
Xloridli Sulfatlı
Şorlaşmamış
< 0,2
< 0,25
< 0,15
< 0,3
Zəif şorlaşmış 0,2-0,3 0,25-0,4
0,15-0,3
0,3-0,6
Orta şorlaşmış 0,3-0,6 0,4-0,7 0,3-0,5 0,6-1,0
Şiddətli şorlaşmış 0,6-1,0
0,7-1,2
0,5-0,8 1,0-2,0
Şoranlar
>1
>1,2
>0,8
>2,0
Duzların toplandığı dərinliyin nəzərə alınmasının da böyük əhəmiyyəti vardır. Əgər suda həll olan duzlar 0-
30 sm dərinlikdə toplanmışsa, torpaqlar yüksəkşoranlı və ya şoranvari topraqlara; 30-80 sm – şoranvari; 80-150
sm-dərində şoranvari; 150 sm-dən aşağıda – şorlaşmamışa aid edilir.
Tərkibi və xassələri. Lil hissəciklərinin, silisium və biryarım oksidlərin bərabər paylanması – tipik
şoranların səciyyəvi xüsusiyyətlərindən biridir. Bu torpaqların profilinin zəif təbəqələşməsinin səbəbi elektrolit
325
rolunda çıxış edən suda həll olan duzların olmasıdır. Onların torpaqdan kənarlaşdırılmasına kimi üzvi və
mineral hissəciklərin dispersləşməsi dayanır, kolloidlərin peptitləşməsi və onların profilboyu üzü aşağıya doğru
hərəkəti baş vermir.
Şoranların üst horizontunda humusun miqdarı 0,5-5-8% arasında tərəddüd edir. Meşə-bozqır zonasındakı
şoranların tərkibində başqa zonalarla müqayisədə daha çox humus vardır (cədvəl 108).
Cədvəl 108
Şoranların bəzi göstəriciləri
Horizontlar Humus,
% CO
2
, %
pH, su
çəkimi
Quru
qalıq, %
1 2
3
4
5
Çəmən xloridli-sodalı (meşə-bozqır)
A 8,09
-
9,1
1,23
AB
1
4,79
6,0
9,5
1,03
B
1
3,03
1,6
9,4
1,00
B
2
1,75
1,5
9,2
0,75
B
3
1,00
7,2
9,4
0,55
C 0,45
3,6
9,2
0,37
Çəmən xloridli-sulfatlı (bozqır)
A 3,14
0,9
7,4
1,85
B
1
1,11
4,0
7,3
1,79
B
2
0,50
4,0
7,4
1,36
C -
3,1
7,3
1,57
Şoranlarda humusun miqdarı bu və ya digər zonada şorlaşmanın dərəcəsindən və növündən asılıdır. Əksər
hallarda şoranlar az humuslu torpaqlar hesab olunurlar. Humusun tərkibində fulvoturşular üstünlük təşkil edir.
Şoranlarda azot və küli maddələrin miqdarı azdır.
Şoranların udma tutumu çox aşağıdır -10-20 mq-ekv. Lakin meşə-bozqır zonasının bəzi yüksək humuslu
çəmən şoranlarında 50-60 mq-ekv çatır. Udulmuş əsasların tərkibində kalsium, maqnezium üstünlük təşkil edir.
Tərkibində natrium da vardır. Sodalı şoranlarda maqnezium və natrium kalsiumu üstələyir.
Neytral duzlarla şorlaşmış şoranların reaksiyası zəif qələvidir (pH su tutumu 7,3-7,5); sodalı şoranlar
yüksək qələviliyi (pH 9-11) ilə seçilir.
Tərkibində çoxlu miqdarda duzların olması şoranların ən səciyyəvi cəhətidir. Duzların yüksək
konsentrasiyası bu torpaqların su və qida rejimlərinə mənfi təsir göstərir. Duzların yüksək hiqroskopikliyi
səbəbindən bitkinin mənimsəyə bildiyi suyun miqdarı kəskin şəkildə aşağı düşür.
Şoranlar aşağı təbii münbitliyə malikdir. Suda həll olan duzların torpaq məhlulunda yüksək konsentrasiyası
bitkinin su təminatını kəskin şəkildə pozur və onların məhv olmasına səbəb olur. Şorlaşmış torpaqlarda bitən
mədəni bitkilərin mineral qidalanması və maddələr mübadiləsi pozulur, inkişafı ləngiyir, fotosintez zəifləyir və
nəticədə məhsuldarlıq və onun keyfiyyəti aşağı düşür.
Beləliklə, torpaqdakı zərərli asan həll olan duzlar xloridlər (NaCl,CaCl
2
, MgCl
2
), sulfatlar (Na
2
SO
4
·10H
2
O,
Na
2
SO4·7H
2
O) və karbonatlar (NaHCO
3
, Na
2
CO
3
) olmaqla iki qrupa bölünür. Bu duzlar zərərlilik dərəcəsinə
görə əksər kənd təsərrüfatı bitkiləri üçün aşağıdakı azalan sıraya malikdir:
Na
2
CO
3
→ NaHCO
3
→ NaCl→ NaNO
3
→ CaCl
2
→ Na
2
SO
4
→ MgCl
2
→Mg SO
4
Təbiətdə bitki və torpaq qarşılıqlı əlaqədə olan vahid sistem yaradırlar. Belə ki, hər bitki qruplaşmasının
altında müəyyən torpaq tipləri yayılmışdır. Şorlaşmış torpaqlarda da bitkinin inkişafı torpaq məhlulunun
kimyəvi tərkibindən və duzların konsentrasiyasından asılıdır. Duzların bitkiyə təsiri suyun osmotik bağlanması
və ionların protoplazmaya spesifik təsiri ilə əlaqədardır. Məhlulda duzların konsentrasiyası artdıqca bitki
tərəfindən suyun mənimsənilməsi çətinləşir. Bu zaman fizioloji quraqlıq adlanan hadisə baş verir, yəni torpaqda
kifayət qədər suyun olmasına baxmayaraq, onun bitkiyə daxil olması baş vermir. Digər tərəfdən duzlar bitki
hüceyrəsinə daxil olaraq, protoplazmaya zəhərli təsir göstərir. Bitkinin duzadavamlılığı əslində protoplazmanın
xassəsidir. Müxtəlif bitkilərin protoplazması məhluldakı duzların müxtəlif konsentrasiyasından asılı olaraq
məhv olur. Bitkinin duzadavamlılığına mühitin şəraiti də təsir göstərir. Məsələn, torpaqda nəmlik artdıqca,
bitkinin duzadavamlılıq dərəcəsi də artır. Soyuq iqlim şəraitində
suya olan tələbin azalması bitkiyə duzun daha
yüksək konsentrasiyasına dözmək imkanı verir.
326
Bitkinin duzadavamlılığına torpağın qranulometrik tərkibi də təsir göstərir. Ağır torpaqlarda bitkilər
şorlaşmadan daha az əziyyət çəkir.
Şorlaşmış torpaqların ekoloji qiymətləndirilməsi zamanı “bioloji duzadavamlılıq” və “aqronomik
duzadavamlılıq” anlayışlarından istifadə edirlər. Bioloji duzadavamlılıq – məhsulvermə qabiliyyətini
saxlamaqla bitkinin şorlaşmış torpaqlarda tam fərdi inkişaf tsiklini həyata keçirmək qabiliyyətidir. Bu zaman
üzvi maddənin bitkidə toplanması aşağı intensivliklə baş verir. Aqronomik duzadavamlılıq – kənd təsərrüfatının
tələblərinə uyğun olaraq yüksək məhsulvermə qabiliyyətini saxlamaqla bitkinin şorlaşmış torpaqlarda tam fərdi
inkişaf tsiklini həyata keşirmək qabiliyyətidir.
Kənd təsərrüfatı və yem bitkiləri duzadavamlılığına görə fərqlənirlər. Aparılmış tədqiqatlar (V.A.Kovda,
1967) nəticəsində kənd təsərrüfatı bitkiləri duzadavamlılığına görə üç qrupa bölünmüşdür (cədvəl 109).
Cədvəl 109
Bitkilərin nisbi duzadavamlılığı
Davamsız Ortadavamlı Davamlı
1
2
3
Tarla bitkiləri
lobya çovdar arpa
buğda
şəkər çuğunduru
kalış pambıq
soya
qarğıdalı
düyü
kətan
günəbaxan
Tərəvəz bitkiləri
turp pomidor
çuğundur
kərəviz kələm gülançar
kartof
ispanaq
batat
istiot
kök
soğan
noxud
balqabaq
xiyar
Meyvə bitkiləri
armud nar
xurma
palması
alma
əncir
portağal zeytun
qreyfrut üzüm
gavalı
badam
ərik
şaftalı
limon
avokado
Bir sıra xarici ölkələrdə torpağın şorlaşmasını təyin etməkdən ötrü torpağın elektrikkeçirmə
göstəricisindən (MMO) istifadə edirlər. Torpaqda duzların miqdarı artdıqca onun elektrikkeçirmə
qabiliyyəti də artır. Xarici mütəxəssislər tərəfindən ayrı-ayrı bitkilərin duzadavamlılığı məhz torpağın
elektrikkeçirməsi əsasında müəyyən edilmişdir (MMO/sm): buğda – 4,5-10, darı – 10, düyü - 4,9,
qarğıdalı və sorqo – 8, pambıq – 13,2 – 14, şəkər çuğunduru – 14, ərik – 7, portağal – 6, əncir, alma,
nar, şaftalı, üzüm – 5, tərəvəz bitkiləri -10-11.
ABŞ –da kənd təsərrüfatı bitkiləri torpağın elektrikkeçirmə göstəricisi əsasında duzadavamlılığına
görə üç qrupa bölünür: davamlı, orta davamlı, davamsız; davamlı (MMO > 10): çuğundur, mərəçüyüd,
ispanaq; orta davamlı (MMO 4-10): pomidor, kələm, qarğıdalı, kartof, batat, istiot, kök, soğan, xiyar,
balqabaq, noxud; davamsız (MMO < 4): turp, kərəviz.
327
Torpaqda duzların konsentrasiyası artdıqca bitkinin həm torpaqaltı, həm də torpaqüstü orqanlarının
inkişafı zəifləyir, assimilyasiya səthi və fotosintezin məhsuldarlığı azalır və nəticədə, kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığı aşağı düşür. Torpağın elektrikkeçirməsindən asılı olaraq məhsuldarlığın
azalması (Curter və b. 1975) aşağıdakı cədvəldə verilmişdir (cədvəl 110).
Kənd təsərrüfatında istifadə. Əksər kənd təsərrüfatı bitkiləri torpaqda həll olan duzların miqdarı
artanda inkişaf edə bilmir və ya məhsuldarlığı çox aşağı olur. Ona görə şoranların və şorlaşmış
torpaqların mənimsənilməsi mürəkkəb meliorativ tədbirlərdən sonra mümkündür. Torpaqdan duzların
kənarlaşdırılmasının və torpaqların şirinləşdirilməsinin ən səmərəli və radikal yolu – toprağın
yuyulmasıdır. Şorlaşmış torpaqların yuyulmasından ötrü sərf olunan su norması şorlaşmanın
dərəcəsindən, torpağın nəmliyindən, qranulometrik tərkibindən və qrunt sularının dərinliyindən asılıdır
(cədvəl 111).
328
Cədvəl 110
Şorlaşmış torpaqların elektrikkeçirməsi (MMO/sm) və kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığının azalması
Bitkilər
Məhsuldarlığın aşağı düşməsi
10% 25% 50%
1 2
3
4
Tarla bitkiləri
Arpa 11,9
15,8
17,5
Şəkər çuğunduru 10,0
13,0
16,0
Pambıq 9,9
11,9
16,0
Günəbaxan 7,0
11,o
14,0
Buğda 7,1
10,0
14,0
Kalış 5,9
9,0
11,9
Soya
3,8
5,7
9,0
Düyü 5,1
5,9
8,0
Qarğıdalı 5,1
5,9
7,0
At paxlası
3,1
4,2
6,2
Kətan 2,9
4,2
6,2
Paxla
1,1
2,1
3,0
Tərəvəz bitkiləri
Çuğundur
8,0
9,7
11,7
Ispanaq
5,7
6,9
8,0
Pomidor 4,0
6,6
8,0
Kələm
4,0
5,9
8,0
Balqabaq 2,5
4,0
7,0
Kartof
2,5
4,0
6,0
Qarğıdalı
2,5
4,0
6,0
Batat
2,5
3,7
6,0
Kahı
2,0
3,0
4,8
Istiot
2,0
3,0
4,8
Soğan
2,0
3,4
4,0
Kök
1,3
2,5
4,2
Paxla
1,3
2,0
3,2
Yem bitkiləri
Çayır
13,0
15,9
18,1
Ayrıq
10,9
15,1
18,1
Darı
6,8
10,4
14,7
Arpa (saman üçün)
7,2
11,0
13,5
Qarayonca
3,0
4,9
8,2
Yonca
2,1
2,5
4,2
Cədvəl 111
Şorlaşmış torpaqların yuma norması (min.m
3
)
Şorlaşma
dərəcəsi
Torpaqların qranulometrik tərkibi
Yüngülgillicəli Orta
gillicəli Ağırgillicəli
Yuma ərəfəsində qrunt suyunun yatma dərinliyi, m
1,5 2,5 3,5 1,5 2,5 3,5 1,5 2,5 3,5
Zəif
şorlaşmış
3,8 3,0 2,3 5,8 4,3 3,2 8,0 5,8 3,9
Orta
şorlaşmış
5,7 4,6 3,7 8,5 6,8 5,4
11,7 9,0 6,9
329
Şiddətli
şorlaşmış
8,3 6,8 5,4
12,3
10,1
7,9
17,6
13,8 11,0
Şorlaşmış torpaqların yuyulması zamanı yuma suyunun minerallaşması 1q/l-dən çox olmamalı və qrunt
suyunun səviyyəsini qaldırmamalıdır. Yumadan qabaq dərin şumun aparılması vacibdir. Bu zaman duzlar tez
yuyulur, su az sərf olunur.
Torpaqların yuyulması qrunt suyunun daha dərində yerləşdiyi və buxarlanmanın minimal olduğu payız-qış
aylarında aparılır. Qrunt sularının qalxmasının qarşısını almaqdan ötrü yumadan sonra istifadə edilmiş su
sahədən kənarlaşdırılır. Ehtiyac olduqda qrunt sularının səviyyəsini aşağı salmaqdan ötrü drenaj sistemi qurulur.
Duzlardan yuyulmuş şoran torpaqların münbitliyini yüksəltməkdən ötrü sahəyə yüksək dozada üzvi və mineral
gübrələr verilir, strukturunu yaxşılaşdırmaqdan və bioloji fəallığını artırmaqdan ötrü tədbirlər görülür.
Şoran torpaqlar mənimsənilərkən əsas diqqət təkrar şorlaşmanın qarşısının alınmasına yönəldilməlidir. Bu
suvarma normasını, sayını və müddətini gözləmək, işlənmiş suyun vaxtında sahədən kənarlaşdırılması vasitəsilə
əldə edilir. Suyun kapilyarlarla qalxmasının qarşısını almaqdan ötrü torpağın üst horizontları yumşaq
vəziyyətdə saxlanmalıdır. Qrunt sularının qalxmasının qarşısını alan tədbir kimi suvarma kanalları boyunca ağac
bitkilərinin əkilməsinin əhəmiyyəti böyükdür. Ağac bitkiləri transpirasiyaya böyük miqdarda su sərf edərək
qrunt suyunun səviyyəsini aşağı salır və suyun torpaq vasitəsilə buxarlanmasını azaldır və bununla da
torpaqların şorlaşmasının qarşısını alır.
Dəmyə əkinçilik zonalarında şoranlar mənimsənilmir, onlardan yalnız qış otlaq sahələri kimi istifadə edilir.
Dostları ilə paylaş: |