§ 98. Bataqlıq torpaqlar
Genezisi. Bataqlıq torpaqların formalaşması və inkişafı səth və qrunt sularının törətdiyi izafi nəmliyin təsiri
altında baş verir. Bu torpaqlar iki paralel prosesin – torfəmələgəlmə və qleyləşmənin təsiri altında formalaşır.
Onları çox vaxt bir termin – “bataqlıq prosesi” adı altında birləşdirirlər.
Torfəmələgəlmə - torpaq səthində izafi nəmlik şəraitində bitki qalıqlarının humuslaşmasının və
minerallaşmasının yavaşıması nəticəsində əmələ gəlmiş yarıparçalanmış qalıqlarının toplanmasıdır.
Bataqlaşmanın ilkin mərhələsində nəmliksevən avtotrof ot bitkiləri əmələ gəlir. Sonrakı mərhələlərdə onları
yaşıl mamır, quş mamırı və nəhayət ağ mamır-sfaqnumom əvəz edir. İzafi nəmlik bitkilərin təkcə tərkibinə
deyil, onların qalıqlarının parçalanma tempinə və xarakterinə də təsir göstərir. Anaerob şəraitdə oksidləşmə
proseslərinin intensivliyi zəifləyir və üzvi qalıqlar axıra kimi minerallaşmır. Bitki qalıqlarının anaerobiozis
şəraitdə parçalanması aşağı molekulyar üzvi turşular şəklində aralıq məhsulların (süd turşusu, sirkə turşusu və
s.) yaranmasına gətirib çıxarır ki, bu maddələr də torpaqda üzvi qalıqların çevrilməsində əsas rol oynayan
mikroorqanizmlərin həyat fəaliyyətini dayandırır.
290
Anaerob şəraitdə üzvi qalıqların parçalanması zamanı torpaq səthində torf şəklində yarıparçalanmış üzvi
maddələr toplanır. Torf qatının qalınlığı 10 m və daha çox olur.
Torfun yaranmasında başlıca rol müxtəlif torpaq mikroorqanizmlərinə məxsusdur.
Təbii halda torf qatında suyun miqdarı 95%-ə çatır. Ona görə də onda reduksiya prosesləri hakimdir.
Aerasiya məsamələri müvəqqəti olaraq yalnız 5-10 sm-lik qatda yaranır. Məhz burada üzvi maddələrin torfa
çevrilməsinin fəal biokimyəvi prosesləri baş verir.
Bataqlıq torpaqlarda üzvi qalıqların parçalanmasında torpaq mikroorqanizmlərinin bir çox qrupları iştirak
edir. Prosesin əvvəlində ölü bitki qalıqları üzərində sporsuz bakteriya və göbələklər inkişaf edir. Üzvi qalıqlar
parçalandıqca sporlu bakteriyaların inkişafı müşahidə edilir. Sonra onları sellüloza parçalayan
mokroorqanizmlər və başqaları əvəz edir.
Göründüyü kimi, torfəmələgəlmə - üzvi maddələrin parçalanması və sintezi və sonda torfun əmələ gəlməsi
kimi mürəkkəb funksiyanı yerinə yetirən çoxsaylı mikroorqanizmlərin iştirak etdiyi biokimyəvi prosesdir.
Anaerobiozis üzvi qalıqların parçalanmasını kəskin şəkildə ləngidir və bununla da küli maddələrin və
azotun bioloji dövranın yeni tsiklinə cəlb olunmasına mane olur. Ona görə də bu torpaqlarda bitki üçün küli
maddələrin və azotun nisbi çatışmamazlığı yaranır. Aerasiya şəraitinin və qida rejiminin dəyişməsi – müəyyən
qrup bataqlıq bitkilərinin inkişafının və təkamülünün əsas səbəbidir.
Ərazinin bataqlaşmasının müxtəlif şəraitlərində bataqlıq bitkilərinin inkişafının və dəyişməsinin öz
xüsusiyyətləri müşahidə edilir. Belə ki, torpaq-qrunt suları vasitəsilə böyük miqdarda qida elementlərinin daxil
olduğu çökəkliklərin bataqlıq sahələrində qida rejiminə daha tələbkar olan
torfəmələgətirən ot bitkiləri inkişaf edir. Lakin tayqa-meşə zonasının suayrıcı
sahələrində podzol torpaqların bataqlaşması burada yaşıl mamırların məskən salması
ilə başlayır və tez bir zamanda sfaqon bataqlıq mərhələsinə keçir.
Torfəmələgətirən ot bitkilərindən ən geniş yayılmışları aşağıdakılardır: qum otu
(Carex L.), tüklücə (Eryophorum L.), qamış (Scripus L.), qamış (Phragmites
communis Trin), yumşaq süpürgə (Calamagrotis Adans.) və s. Yarımkol və ağac
bitkilərindən torfəmələgəlmədə ladan kolu (Ledum palustre L.), ağ əsmə (Oxycoccus
palustris Pers.), söyüd (Salix L.), tozağacı (Betula L.), adi küknar (Pinus silvestris L.),
şam (Picea excelsa L.) və s. iştirak edir. Torfəmələgəlmədə mamırların rolu daha
böyükdür.
Qleyləşmə. “Qley” və “qleyəmələgəlmə” terminləri elmi terminologiyaya
Q.N.Vısotski tərəfindən daxil edilmişdir. O, ilk dəfə qleyəmələgəlmənin biokimyəvi
təbiətini izah etməyə çalışmışdır.
Q.N.Vısotski qleyləşməyə dəmir oksidinin iki valentli dəmir oksidinə çevrilməsi
və sonradan torpağın aşağı qatlarına və torpaqdan kənara yuyulması prosesi kimi
baxırdı. Onun fikrincə, dəmir oksidinin iki valentli dəmir oksidinə çevrilməsi
oksigenin daxil olmadığı şəraitdə anaerob mikroorqanizmlərin iştirakı ilə parçalanmış
üzvi maddələrin təsiri altında baş verirdi. Sonrakı tədqiqatlar Q.N.Vısotskinin bu
müddəasını təsdiq etdi və qleyləşmənin torpaqda izafi nəmlik və anaerob şəraitində
üzvi maddələrin və anaerob mikroorqanizmlərin iştirakı ilə baş verən mürəkkəb
biokimyəvi reduksiya prosesi olduğunu göstərdi.
Qleyəmələgəlmə zamanı torpaqda ilkin və törəmə mineralların parçalanması baş
verir. Bundan başqa dəyişkən valentli elementlərin (Fe, Mn, S və N) birləşmələri də
çevrilməyə məruz qalır.
Qleyəmələgəlmənin səciyyəvi xüsusiyyəti – dəmir oksidinin iki valentli oksidə
reduksiya olunmasıdır. Bu proses həm mikroorqanizmlərin fermentativ fəaliyyəti, həm
də anaerob mikroorqanizmlərin həyat fəaliyyəti məhsullarının təsiri altında baş verir.
Uzun və daimi izafi nəmlənmə şəraitində qleyləşmə prosesinin sabit inkişafı
zamanı iki valentli dəmir oksidinin ionları silisiumla reaksiyaya girərək tərkibində iki
valentli dəmir oksidləri olan törəmə alümoferrisilikatlar əmələ gətirir. Bu cür
minerallar tərkibində dəmir oksidi olan minerallardan fərqli olaraq yaşılımtıl, maviyə
çalar rəngə malikdirlər. Bu mineralların toplandığı torpaq horizontu qleyli adlanır.
Əgər izafi nəmlənmə uzun müddətli deyilsə, başdan-başa qleyli horizont əmələ gəlmir.
Onun yerinə torpaq profilində ayrı-ayrı yaşılımtıl və yaşıl-mavi ləkələr yaranır. Bu cür
horizontlar qleyvari adlanır.
Qleyləşmə prosesində oksidləşməyə daha davamlı törəmə minerallardan başqa az
davamlı minerallar da əmələ gəlir. Bu minerallara vivianit və siderit aid edilir.
Qleyləşmə zamanı torpaq silisium turşuları ilə zənginləşir və onda dəmir və alüminiu-
mun miqdarı azalır.
291
Qleyləşmə zamanı manqan reduksiya edir və onun mütəhərrik birləşmələri əmələ
gəlir. Bu prosesdə azot və fosfor birləşmələri də xeyli çevrilməyə məruz qalırlar.
Azotun çevrilməsi denitrifikasiyanın inkişafı ilə əlaqədardır. Denitrifikasiya nəticəsində
azotun nitrit formaları tez bir zamanda itir. Fosfor rejiminin dəyişməsi qleyli
horizontlarda iki valentli dəmir oksidi fosfotlarının yaranmasını, reduksiya proses-
lərinin vaxtaşırı oksidləşmə ilə əvəz olunması isə çətin həll olunan dəmir oksidi
fosfatlarının toplanmasını şərtləndirir.
Qleyləşmənin qrunt suyunun səthə yaxın olduğu şəraitlərdə yuxarı horizontlarda
qleyləşmə prosesinin mütəhərrik məhsularının, xüsusən də dəmir birləşmələrinin
hidrogen akkumulyasiyası müşahidə edilir.
Qleyləşmənin inkişafı torpaqların aqronomik xassələrini əhəmiyyətli dərəcədə
pisləşdirir və onların yaxşılaşdırılmasından ötrü qurutma meliorasiyası vasitəsilə
onların su-hava rejiminin yaxşılaşdırılması tələb olunur.
Təsnifatı. Tayqa-meşə zonasının bataqlıqları qalın torf qatına malik yuxarı bataqlıq
və aşağı bataqlıq olmaqla iki qrupa bölünür. Onlar da öz növbəsində daha kiçik
taksonomik vahidlərə bölünürlər.
Yuxarı bataqlıq torpaqlar tayqa-meşə zonasının şimali və orta tayqada, həmçinin
Qərbi Sibirin şimalında, Kamçatka və Saxalində geniş yayılmışdır. Onlar ən çox
suayrıcı sahələrin hərəkətsiz şirin suların təsiri altında olan ərazilərində formalaşmışdır.
Torpaqəmələgəlmə prosesinin inkişaf dərəcəsindən asılı olaraq iki yarımtipə
bölünür – bataqlıq torflu –qleyli və yuxarı bataqlıq-torflu.
Bataqlıq torflu-qleyli torpaqlar (torflu horizontların qalınlığı 50 sm-dən azdır)
suayrıcının daha aşağı hissəsində və ya yuxarı bataqlıqların kənarlarında qumlu
terraslar və zandr düzənlikləri üzərində formalaşır.
Yuxarı bataqlıq torflu torpaqlar suayrıcı düzənliklərdə və tayqa-meşə zonasının
qumlu terraslarında (torflu horizontların qalınlığı 50 sm-dən çox) yuxarı torflu
bataqlıqların mərkəzi hissəsini tutur. Onun yayıldığı ərazidə xüsusi oliqotrof bitkilər
yayılmışdır.
Bu torpaqların profili horizontlara zəif differsiasiya olunmuşdur və torflu-qleyli
torpaqlardan fərqli olaraq orqanogen horizontlarla təmsil olunmuşdur.
Yuxarı bataqlıq torpaqların tərkibində aşağıdakı cinslər ayrılır:
1. Adi. Orqanogen horizont ( və ya bütün horizont) sfaqon torfdan ibarətdir.
2. Keçid qalıq-aşağı sfaqonlu. Qrunt suyunun minerallaşması səbəbindən aşağı
bataqlıq torpaqlardan yaranır. Ona görə də sfaqon torf altında ot qalıqlarından yaranmış
torf təbəqəsi vardır.
3. Humuslu-dəmirli. Qumluqlar üzərində inkişaf etmiş torflu-qleyli torpaqlar üçün
səciyyəvidir.
Yuxarı bataqlıq torpaqlar aşağıdakı əlamətlər əsasında növlərə bölünür.
1. Torf yatağı üzərində orqanogen horizontun qalınlığına görə: torflu-qleyli yuxa –
torfun qalınlığı 20-30 sm; torflu-qleyli – qalınlıq 30-50 sm; torflu xırda torf üzərində -
torf yatağının qalınlığı 50-100 sm; torflu orta torf üzərində - torf yatağının qalınlığı
100-200 sm; torflu dərin torf üzərində - torf yatağının qalınlığı 200 sm-dən çox.
2. Torfun parçalanma dərəcəsinə görə (yuxarı 30-50 sm-lik qatda): torflu – torfun
parçalanma dərəcəsi 25 %-dən az; çürüntülü –torflu – parçalanma dərəcəsi 25-45%.
Aşağı bataqlıq torflu torpaqlar relyefin dərin depressiyalarında, qədim subasar
terraslarda və çay vadilərinin aşağı hissələrində formalaşır. Bu torpaqların yaranması avtotrof və mezotrof
bitkilərin və sərt qrunt sularının izafi nəmliyinin təsiri altında baş verir.
Torpaqəmələgəlmə prosesinin inkişaf dərəcəsinə görə aşağı bataqlıq torpaqların 4 yarımtipini ayırırlar:
aşağı zəifləmiş torflu-qleyli; aşağı zəifləmiş torflu; aşağı (tipik) torflu-qleyli; aşağı (tipik) torflu.
Birinci iki yarımtip zəif minerallaşmış qrunt sularının, qalanları isə sərt qrunt sularının təsiri altında
formalaşır. Birinci iki yarımtip əsasən şimali və orta tayqada, sonuncular isə cənubi tayqa və meşə-bozqırda
yayılmışdır.
Aşağı bataqlıq torpaqların torflu horizontları xassələrinə görə yuxarı bataqlıq torpaqların torflu
horizontlarından fərqlənir.
Aşağı bataqlıq torflu torpaqların cinslərə ayrılması karbonatların, suda həll olan duzların, dəmirli
birləşmələrin və s. miqdarına görədir.
Bu torpaqların növlərə ayrılması yuxarı bataqlıq torflu torpaqlarda olduğu kimidir.
Tərkib və xassələri. Bataqlıq torpaqlarda aşağıdakı horizontlar ayrılır: meşə döşənəyi (A
o
); torflu horizont
(T), bu horizont torfu yaradan bitkilərin botaniki tərkibindən və parçalanma dərəcəsindən asılı olaraq T
1
, T
2
və s.
292
yarımhorizontlara bölünür. Torflu horizont zəif parçalanmış (torflu) – T, orta parçalanmış (çürüntülü-torflu) –
T
çt
və ya güclü parçalanmış (çürüntülü) – T
ç
olur. Torflu horizontdan aşağıda qleyli horizont, ondan aşağıda isə
ana süxur yerləşmişdir.
Bataqlıq torflu torpaqların xassə və tərkib xüsusiyyətləri ilk növbədə torflu horizontların xassə və tərkib
xüsusiyyətləri ilə müəyyən olunur.
Qleyli horizontların tərkibi ana süxurun tərkibindən asılıdır. Onlar adətən sıx olub əlverişsiz xassələrə
malikdirlər. Tərkibində dəmirin iki valentli oksidləri vardır.
Yuxarı və aşağı bataqlıq torpaqların torpaqəmələgəlmə şəraitindəki fərqlər onların torflu horizontlarının
tərkib və xassələrindəki fərqləri müəyyən edir (cədvəl 89).
Cədvəl 89
Torfun kimyəvi tərkibi və fiziki xassələri
Göstəricilər
Bataqlığın tipi və növü
aşağı
Keçid Yuxarı
Subasar
Qızılağac
cilliyi
Ot
Parçalanma
dərəcəsi
30-60 40-60 25-40 20-45 5-50
Küllülük 8-20 13-25 7-20 5-10
2-5
Ümumi azot
2,8-3,8
3,0-3,7
2,0-4,0
1,7-4,2
1,0-2,0
P
2
O
3
0,2-0,7 0,15-0,4 0,15-0,45 0,15-0,35 0,1-0,25
K
2
O
0,1-0,3 0,1-0,2 0,02-0,3 0,05-0,2 0,04-0,08
CaO 3,5-4,0
4,0-4,5
2,0-3,9
0,6-2,3
0,30-0,48
pH su çəkimi - 5,9-6,2
5,5-6,0 3,5-5,3 3,2-4,2
Sıxlıq, q/sm
3
0,17-0,27 0,14-0,23 0,11-0,17 0,11-0,16 0,04-0,08
Sututumu 360-420 460-550 640-870 550-950 600-1200
Torfun genetik və aqronomik qiymətləndirilməsi onun parçalanma dərəcəsinə, botaniki tərkibinə, üzvi
maddələrin tərkibinə, azotun miqdarına, küllülüyünə, reaksiya və fiziki xassələrinə görə aparılır.
Parçalanma dərəcəsi- torfun əhəmiyyətli xassəsi olub, hüceyrə quruluşunu itirmiş toxumaların parçalanma
məhsullarının nisbi miqdarına görə müəyyən olunur (cədvəl 90). Parçalanma dərəcəsi torfun xüsusi analizi
əsasında, mikroskop altında bitki qalıqlarının öyrənməklə müəyyən edilir. Çöl şəraitində onu gözəyarı da təyin
etmək mümkündür. Yuxarı bataqlıq torpaqlarının torfu zəif və orta parçalanma dərəcəsinə, aşağı bataqlıq
torpaqlarının torfu isə yüksək parçalanma dərəcəsinə malikdir.
Cədvəl 90
Torfun müxtəlif dərəcədə parçalanma əlamətləri
Parçalanma dərəcəsi
% Dərəcənin adı
< 15
Parçalanmamış
15-20 Çox
zəif parçalanmış
20-25 Zəif parçalanmış
25-35 Orta
parçalanmış
35-45 Yaxşı parçalanmış
45-55 Güclü
parçalanmış
>55 Çox
güclü
parçalanmış
Torfun üzvi maddəsi onun əsas hissəsini təşkil edir. Yuxarı bataqlıq torpaqlarda o, əsasən sellüloz,
hemisellüloz, liqninlə təmsil olunmuşdur. Bu torpaqların torfu zəif humuslaşmışdır və humusun miqdarı 10-
15% təşkil edir. Humusun tərkibində fulvoturşular daha yüksək göstəriciyə malikdir.
Aşağı bataqlıq torpaqlarının torfu yaxşı humuslaşmış və onun tərkibində humusun miqdarı 40-50%-ə çatır.
Humusun tərkibində humin turşuları üstünlük təşkil edir.
Azotun miqdarı. Bataqlıq torpaqların torfu azotla zəngindir (yuxarı bataqlıqlarda 0,5-2,0%-dən aşağı
bataqlıqlarda 3-4%-ə kimi). Lakin burada azot çətin mənimsənilən (əsasən yarıparçalanmış və parçalanmamış
bitki qalıqlarının və humusun tərkibindədir) formadadır.
293
Reaksiyası. Yuxarı bataqlıq torpaqların torfu turş və zəif turş reaksiyaya, aşağı bataqlıq torpaqların
reaksiyası isə zəif turş-zəif qələvi reaksiyaya malikdir. Yalnız sulfatlı aşağı bataqlıq torflu torpaqların reaksiyası
çox turşdur (pH 1,1-3,0). Bütün növdən olan torflar yüksək udma tutumu (80-90-dan 130-200 mq-ekv/100 qr
torpaqda) ilə səciyyələnir, lakin onlar hidroloji turşuluğuna və əsaslarla doymasına görə bir-birindən fərqlənir.
Yuxarı torpaqlarda əsaslarla doyma dərəcəsi 10-30%, aşağı torpaqlarda 70-100% təşkil edir.
Yuxarı bataqlıq torpaqları zəif küllülüyə (2-5%) malikdir. Aşağı torpaqlarda o yüksələrək 5-10% təşkil edir.
Keçid torpaqlar isə yüksək küllü (30-50%) hesab olunurlar.
Yuxarı bataqlıq torpaqlarda küli elementlərin tərkibi və miqdarı əsas bitkilərin küllülüyü ilə müəyyən
olunur. Aşağı bataqlıq torpaqlarda o, maddələrin hidrogen akkumulyasiyasından və torfun lilləşmə dərəcəsindən
asılıdır.
Külün vacib komponenti fosfor, kalium və kalsiumdur. Fosfor torfun tərkibində üzvi formada və az
miqdardadır (0,1-0,4%). Bütün torflar kalsiumla pis təmin olunmuşlar. Kalsiumun yuxarı torfda miqdarı cüzi,
aşağı torpaqlarda 2-4%, onun karbonatlı cinslərində isə 30% və daha çoxdur.
Bataqlıq torpaqların torflu horizontları spesifik fiziki xassələrə malikdirlər: sıxlığın zəif göstəricisi, yüksək
su tutumu, zəif su keçiricilik və istilikeçiricilik. Aşağı torfun su tutumu 400-900 %, yuxarı isə 1000-1200%
arasında tərəddüd edir.
Torflu horizontların zəif istilikkeçiriciliyi soyuq dövrdə bataqlıq torpaqların dərindən donmamasını və
dondan çox zəif templə açılmasını müəyyən edir. Quru torf qazları, o cümlədən ammonyakı yaxşı udur.
Kənd təsərrüfatında istifadə. Genizisinə, tərkib və xassələrinə görə müxtəlif olan bataqlıq torpaqları kənd
təsərrüfatı üçün müxtəlif dəyərə malikdir. Kənd təsərrüfatı baxımından aşağı bataqlıq torpaqlar daha
əhəmiyyətli hesab olunur. Bu torpaqların torfu yüksək küllülüyə, azotun yüksək miqdarına, həmçinin əlverişli
reaksiyaya malikdir.
Bataqlıq torpaqlardan kənd təsərrüfatında istifadə iki istiqamətdə aparılır: 1) üzvi gübrə mənbəyi kimi; 2)
mədəniləşdirildikdən sonra kənd təsərrüfatı yeri (uqodiyası) kimi.
Gübrə kimi aşağı bataqlıqların yaxşı parçalanmış torfundan istifadə edilir. Bu torf çıxarıldıqdan sonra izafi
nəmliyi götürməkdən, mikrobioloji prosesləri gücləndirməkdən və iki valentli dəmir oksidlərini
oksidləşdirməkdən ötrü havaya verirlər.
Əkinçilikdə torfdan iki cür - mal-qara saxlanılan yerdə döşəmə kimi və kompostların hazırlanmasından
ötrü istifadə edilir. Döşəmə kimi az parçalanmış mamır torfu daha çox yararlı hesab edilir. O, peyin şirəsini və
qazları özünə hopdurmaqla gübrənin ən əhəmiyyətli komponenti olan azot itkisinin qarşısını alır. Əldə edilmiş
torflu peyin daha yüksək gübrə xassəsinə malikdir.
Torfun kompostlaşdırılması – yüksək keyfiyyətli üzvi gübrə əldə edilməsinin əhəmiyyətli vasitələrindən
biridir. Kompostlaşdırma zamanı torfa əhəng, fosfor unu, mineral gübrələr və ya bioloji aktiv maddələr (fekal,
peyin və s.) də əlavə edilir.
Bataqlıq torpaqları kənd təsərrüfatının inkişafı üçün dəyərli torpaq fondu hesab edilir: qurudulduqdan və
aqrotexniki tədbirlərin tətbiqindən sonra onları yüksək məhsuldar kənd təsərrüfatı sahələrinə (əkin, biçənək,
örüş) çevirmək mümkündür.
Əksər bataqlıq torpaqları fosfor və kaliumla pis təmin olunmuşdur. Ona görə də kənd təsərrüfatı bitkiləri
əkilən zaman mənimsənilmiş bataqlıq torpaqlara sistematik olaraq fosfor və kalium gübrələri verilməlidir. Azot
gübrələrinin verilməsi bataqlıq torpaqlarının əkildiyi birinci il daha çox zəruridir.
Meliorasiya və mənimsənilmə nəticəsində bataqlıq torflu torpaqların morfologiyasında, xassə və
rejimlərində kəskin dəyişikliklər baş verir. Bu da onları sərbəst tip – mənimsənilmiş torflu torpaqlar adı altında
ayırmağa imkan verir. Torflu torpaqların qurudulması və kənd təsərrüfatında istifadəsi bir sıra neqativ
proseslərin inkişafına da səbəb olmuşdur. Bunlar aşağıdakılardır: a) torpaqların hədsiz qurumasına və külək
eroziyasının inkişafına; b) qonşu ərazilərin su rejiminin pisləşməsinə; c) su hövzələrinin çirklənməsi səbəbindən
kimyəvi maddələrin (o cümlədən nitratların) və gübrə komponentlərinin drenaj sularının tərkibində
konsentrasiyasının artmasına. Ona görə də təbii mühitin qorunması məqsədilə bataqlıq torpaqlarından istifadə
elmi əsaslarla aparılmalı, təbii komplekslərə vurulacaq ziyan minimuma endirilməlidir. Bataqlıq sahələrinin bir
hissəsi unikal ekosistem kimi toxunulmadan saxlanmalıdır.
XXX FƏSİL. ENLİYARPAQ MEŞƏLƏRİN
QONUR MEŞƏ TORPAQLARI
Enliyarpaq meşələrin qonur meşə torpaqları subboreal qurşağın mülayim isti və okeanyanı vilayətlərində
(Qərbi və Mərkəzi Avropada, Uzaq Şərqdə) yayılmışdır. Qonur meşə torpaqların və bu zona daxilində yayılmış
(Amur prerilərinin) çəmən-qaratorpağabənzər torpaqların ümumi sahəsi təqribən 20 mln.ha-dır. Dağ qonur meşə
torpaqları Qafqaz, Krım, Karpat və Sixote-Alin dağlarında yayılmışdır.
İqlim. Qonur meşə torpaqlarının yayıldığı qərb rayonlarının iqlimi xeyli miqdarda yağıntıların düşməsi və
mülayim qışı ilə səciyyələnir. Burada yağıntıların orta illik miqdarı 600 – 1000 mm, buxarlanma isə 350-550
294
mm təşkil edir ki, bu da torpaqların yuyulma rejimini təmin edir. Fəal temperaturların cəmi 2000-3000
0
C-dir.
Uzaq Şərq rayonunda qonur meşə torpaqları musson iqlimi və isti mövsümün sonunda maksimum
yağıntıların düşməsi, az qarlı sərt qışı ilə səciyyələnir. Torpaq 2-3 m dərinliyə kimi donur və dondan tədricən
açılır. Yağıntıların ümumi miqdarı 450-600 mm, buxarlanma 430-550 mm-dir. Fəal temperaturların cəmi 1900-
2600
0
C-dir.
Torpaqəmələgətirən süxurlar əksər hallarda elüvial-delüvial və allüvial çöküntülərlə təmsil olunmuşdur.
Litva və Belorus ərazisində buzlaq mənşəli örtük gillicəliləri, Zakarpatyedə qırmızımtıl aşınma qabığı
torpaqəmələgətirən süxur rolunda çıxış edir.
Bitki örtüyü qərb rayonlarında enliyarpaq (vələs, fıstıq, palıd, göyrüş) və
iynəyarpaq-enliyarpaq meşələrlə (palıd və şam), Uzaq Şərqdə isə bir qədər fərqli tərkibə
(palıd, cökə, ağcaqayın, ağ şam, sidr və sayan şamı) malik iynəyarpaq-enliyarpaq
meşələrlə təmsil olunmuşdur. Uzaq Şərqin bir qədər quraq rayonlarında, yağıntıların
buxarlanmaya bərabər olduğu Zeya və Bureya çaylarının terraslarında iynəyarpaq-
enliyarpaq meşələri çəmən-bozqır, taxıllı-paxlalı-otmüxtəlifliyi əvəz edir. Burada Amur
prerilərinin çəmən-qaratorpağabənzər torpaqları inkişaf etmişdir. Burada həmçinin
çəmən-bataqlıq və bataqlıq bitkiləri də yayılmışdır.
§ 99. Qonur meşə torpaqları
Genezisi. Qonur meşə torpaqların ən səciyyəvi əlamətləri torpaq horizontlarına zəif
differensiasiya olunması, bütün profilin humus horizontundan və podzollaşma
səbəbindən (bu proses qonur meşə torpaqlarda özünü aydın göstərmir) açıq rəng almış
horizontlardan başqa qonur və ya sarı-qonur rəngə çalması, turş və zəif turş reaksiyaya
malik olması, illüvial-karbonatlı horizontun olmamasıdır. Meşə döşənəyi (A
o
) altında
qalınlığı 5-20 sm (çəmən-qara-torpağabənzər torpaqlarda 30-50 sm) çürüntülü-
akkumulyativ horizont (A
1
) yerləşmişdir. Sonra
qonur rəngli, topavari-qozvari
strukturlu, qalınlığı 15-40 sm olan keçid horizontu B
t
gəlir ki, o da tədricən ana süxura
keçir.
Mülayim və rübubətli iqlim şəraitində inkişaf edən qonur meşə torpağının sərbəst
tip kimi ayrılmısı təklifi ilk dəfə 1905-ci ildə alman torpaqşünası Y.Raman tərəfindən
irəli sürülmüşdür. O, bu torpağı “qonur torpaq” (braunerde) adlandırmışdır. Lakin
torpaqşünasların II Beynəlxalq konqresində (1930) “qonur torpaq” termininin “qonur
meşə torpağı” ilə əvəz edilməzi qərarı qəbul edilmişdir.
Qonur meşə torpağının tədqiqi bir sıra alimlərin adı ilə bağlıdır. Onlardan
K.D.Qlinka, V.R.Vilyams, L.İ.Prasolov, İ.N.Antipov-Karatayev, İ.P.Gerasimov,
S.V.Zonn, H.Ə.Əliyev, M.E.Salayev, B.İ.Həsənov və başqalarının tədqiqatları diqqəti
daha çox cəlb edir. Qonur meşə torpaqlarının sərbəst tip kimi ayrılmasında
L.İ.Gerasimovun tədqiqatlarının xüsusi rolu olmuşdur.
Qonur torpaqların formalaşması prosesi qonurtorpaqəmələgəlmə adlanır. O,
əsasən humus-akkumulyativ prosesdən, gilləşmə və lessivajdan ibarətdir.
Gilləşmə - törəmə gilli mineralların yaranması prosesidir. Törəmə gilli minerallar
iki yolla - biokimyəvi və kimyəvi agentlərin təsiri altında ilkin mineralların yerində
törəmə minerallara çevrilməsi vasitəsilə, həmçinin üzvi qalıqların minerallaşma
məhsullarının təkrar sintezi prosesləri vasitəsilə əmələ gəlir. Gilləşmə prosesinə uzun
müddət müsbət temperatur şəraitində torpaq profilinin kifayət qədər nəmlənməsi, həm-
çinin maddələrin bioloji dövranının intensiv getməsi də təsir göstərir. Gilləşmə onun baş
verməsindən ötrü sabit və əlverişli nəmlik və temperatur şəraitinin yarandığı torpaq
profilinin orta hissəsində təzahür edir. Daşlı-çınqıllı süxurlarda gilləşmə səthdə müşahi-
də edilir. Gilləşmə zamanı torpaq profilində lil hissəcikləri, dəmir, alüminium, manqan,
fosfor, maqnezium, kalsium və başqa elementlər toplanır.
Qonur meşə torpaqlarda yuyulma su rejimi şəraitində üzvi, üzvi-mineral və mineral
birləşmələrin bir hissəsi torpaqdan kənarlaşdırılır.
Kalsium karbonatın olmamasına baxmayaraq, qonur meşə tipik torpaqların
profilində podzoləmələgəlmə ifadə olunmayıbdır. Bu, enliyarpaq meşə şəraitində maddələrin bioloji dövranı ilə
əlaqədardır. Bu cür meşələrdə yarpaq tökümü ilə birgə torpağa böyük miqdarda küli maddələr, o cümlədən
kalsium duzları qaytarılır. Bununla əlaqədar üzvi qalıqların parçalanması əsaslarla zəngin mühitdə cərəyan edir.
Bu zaman əsaslar humin və fulvoturşuları fəal şəkildə neytrallaşdırır.
Zəif turş reaksiya ilə əlaqədar hidratlar az mütəhərrikdirlər və profilin üst hissəsində törəmə alümino -və
ferrisilikatlarla birgə toplanırlar.
295
Ot örtüyü olan meşələrdə üst horizontların humusluluğu çimləşmə prosesi ilə əlaqədardır. Qonur meşə tor-
paqların genezisində lessivaj prosesləri də əhəmiyyətli rol oynayır. Bunu B
t
horizontunun əlamətlərindən də
görmək mümkündür.
Tipik qonur meşələrlə yanaşı meşə döşənəyinin parçalanma tempinin zəiflədiyi və iqlimin
kontinentallığının artdığı şəraitdə qonur meşə podzollaşmış torpaqlara da rast gəlmək mümkündür. Bu cür
torpaqlarda podzollaşmış A
2
B və ya A
2
horizontları ayrılır.
Təsnifatı. Qonur meşə torpaqları təsnifat baxımından aşağıdakı yarımtiplərə bölünür: qonur meşə tipik,
qonur meşə podzollaşmış. Qonur meşə qleyli və qonur meşə podzollaşmış qleyli torpaqlar xüsusi qrup təşkil
edir ki, onları da yarımtip kimi qəbul edirlər.
Cinslərə ayrılma torpaqəmələgətirən süxurların xarakteri (qalıq-karbonatlı, qırmızırəngli, daşlı-çınqıllı) və
ya əlavə torpaqəmələgəlmə proseslərinin (törəmə-çimlənmə, səthdən qleylənmə və dərindən qleylənmə)
xüsusiyyətləri əsasında aparılır.
Növlərə ayrılma humusun miqdarından və humus qatının qalınlığından asılı olaraq aparılır: çox humuslu –
8 % - dən çox, orta humuslu – 3-8%, az humuslu – 3%-dən az; qalın – A
1
horizontu > 30 sm, orta qalın – A
1
horizontu – 20-30 sm, yuxa – A
1
horizontu < 20 sm.
Tərkibi və xassələri. Qranulometrik və mineraloji tərkibi. Qonur meşə torpaqlarında torpaq profilinin orta
hissəsi (B
t
) lil hissəcikləri ilə daha zəngindir. Bu qonurtorpaqəmələgəlmə üçün səciyyəvi olan gilləşmə və les-
sivaj prosesləri ilə əlaqədardır. Podzollaşmış torpaqlarda lil hissəciklərinin bu cür paylanması əlavə olaraq
podzoləmələgəlmə ilə əlaqədardır.
İri fraksiyaların mineraloji tərkibi müxtəlifdir və ana süxurun tərkibindən asılıdır. Yüksək dispersli
fraksiyanın (< 0,001 mm) tərkibinə kaolinit və montmorillonit qrupundan olan minerallar, həmçinin
hidroslyudalar, amorf maddələr və biryarımlıq oksidlər qrupundan olan minerallar daxildir. Qeyd edilən
mineralların nisbəti ana süxurun tərkibindən, aşınma və torpaqəmələgəlmə şəraitindən asılıdır.
Qonur meşə torpaqların ümumi tərkibi R
2
O
3
– ün profilboyu üzü aşağıya doğru artması və üst horizontların SiO
2
-lə
zəngin
olması ilə səciyyələnir. Bu qanunauyğunluq podzollaşmış və səthdən qleyləşmiş torpaqlarda daha yaxşı görünür.
Qonur meşə torpaqları humusun tərkibində fulvoturşuların humin turşularından çox olması ilə fərqlənir (
Cht:Cft < 0,5).
Fiziki-kimyəvi xassələr. Torpaqəmələgəlmənin istiqamətindən və süxurun tərkibindən asılı olaraq qonur
meşə torpaqlarda fiziki-kimyəvi xassələr əhəmiyyətli dərəcədə tərəddüd edir. Əksər hallarda torpaq profilinin
reaksiyası zəif turş və ya turşdur (podzollu və səthdən qleyləşmiş torpaqlarda) (cədvəl 91). Qonur meşə
podzollaşmış və qonur meşə qleyli torpaqlar yüksək turşuluq və əsaslarla doymamaqla səciyyələnir. Bu
torpaqlar üçün mütəhərrik alüminiumun yüksək miqdarı da xasdır.
Cədvəl 91
Qonur meşə torpaqların fiziki-kimyəvi xassələri
Torpaq
Horizont-
lar
Humus pH
Udulmuş əsasıar
Ca
2+
Mg
2+
Cəmi
m-ekv/100qr
1 2
3
4
5
6
7
Qonur meşə
podzollaşmış
A
o
A
1
A
1
A
2
A
2
B
B
1
B
2
BC
5,6 4,3 4,9 2,4 7,3
1,9 3,8 2,0 1,9 3,9
0,9 3,7 2,4 1,0 3,4
0,4 3,3 4,9 2,4 7,3
0,3 3,3 6,9 1,9 8,8
0,2 3,4 8,3 1,0 9,3
Qonur meşə
tipik
A
1
A
1
B
B
BC
BC
14,5 5,3 29,8 5,8 35,6
3,7 4,1
10,2 4,8 15,0
3,2 3,6 5,8 3,2 9,0
2,2 3,6 3,2 1,6 4,8
1,1 3,6 1,6 2,7 4,3
Torpaq
Hori-
zontlar
Mübadiləli turşuluq
Mütəhər-
rik dəmir,
%
<0,001
mm
Ümumi Al
3+
H
+
m-ekv /100 qr.torpaqda
Qonur meşə
A
o
A
1
1,7 1,2
0,5 0,25 14,2
296
podzollaşmış
A
1
A
2
A
2
B
B
1
B
2
BC
2,9 2,7
0,2 0,19 15,9
3,4 3,1
0,3 0,29 16,7
0,45 0,92
0,03 0,31 21,1
0,65 0,61
0,04 0,13 27,8
0,43 0,40
0,04 0,13 25,4
Qonur meşə
tipik
A
1
A
1
B
B
BC
BC
- -
- 0,79 35
- -
- 0,62 43
- -
- 0,54 45
- -
- 0,63 35
- -
- 0,13 32
Uzaq Şərqin qonur meşə tipik torpaqları relyefin təpəli formalarında, elüvial-delüvial ana süxurlar üzərində
yayılmışdır və ona görə də çınqıllı və yuxa olmaları ilə səciyyələnirlər. Bu regionun podzollaşmış və qleyləşmiş
qonur meşə torpaqları isə düzən sahələrdə çimli-podzol, çəmən və çəmən-bataqlıq torpaqlar birləşmələri əmələ
gətirir.
Kənd təsərrüfatında istifadə. Qonur meşə torpaqları əkin, biçənək, örüş və meşə altında istifadə olunur.
Rusiyanın Avropa hissəsində, Ukraynanın Karpat ərazilərində qonur meşə torpaqlarda taxıl və texniki bitkilər
yetişdirilir. Bu ərazilər meyvəçilik və tərəvəzçilik baxımından da inkişaf etmiş ərazilərdən hesab olunur. Uzaq
Şərq əyalətinin qonur meşə torpaqları da müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən örtü istifadə
edilir.
Bu ərazilərdə münbitliyin artırılmasının əsas tədbiri kimi – qalın mədəniləşdirilmiş əkin qatının
yaradılması, üzvi və mineral gübrələrin geniş tətbiqi ön plana çəkilir. Qonur meşə torpaqların münbitlik
parametrlərini yaxşılaşdırmaqdan ötrü ot səpinində geniş istifadə olunur.
Bu torpaqların vaxtaşırı səthi izafi nəmlənməyə məruz qalmasını nəzərə alaraq, onların hava–su rejiminin
yaxşılaşdırılmasından ötrü tədbirlərin (qurutma meliorasiyası, izafi suyun sahədən kənarlaşdırılmsı, əkin qatının
yaxşılaşdırlması, qalınlığının artırılması və s.) görülməsinə böyük ehtiyac vardır.
Səthi meyilli sahələrdə eroziya əleyhinə tədbirlərin görülməsinə daha böyük ehtiyac vardır.
XXXI FƏSİL. MEŞƏ-BOZQIR ZONASININ
BOZ MEŞƏ TORPAQLARI
Boz meşə torpaqları meşə-bozqır zonasının əsasən şimalında yayılmışdır. Bu torpaqlar boz meşə qleyli
torpaqlarla birgə 50 mln. ha sahəni əhatə edir. Bu zona daxilində boz meşə torpaqları ilə yanaşı çimli-podzol,
podzollamış və yuyulmuş qaratorpaq, həmçinin interzonal və azonal torpaqlar – boz meşə qleyli, çəmən-
qaratorpağa, çimli-karbonatlı, bataqlıq, allüvial, şorakət, solodlara və şoranlara rast gəlinir.
İqlim. Zonanın iqlimi təbii ağac və ot bitkilərinin, həmçinin bir sıra kənd təsərrüfatı bitkilərinin böyüməsi
və inkişafı üçün əlverişlidir.
Zona iqliminin səciyyəvi cəhəti – əraziyə düşən yağıntılar və buxarlanmanın təqribən bərabər olmasıdır
(cədvəl 92).
Nəmliklə təminatına görə qərb əyalətlərləri rütubətli, mərkəzi və şərq əyalətləri isə yarımrütubətli hesab
olunur. Şərqə doğru kontinentallığın tədricən artması istiliklə ümumi təmin olunmanın azalmasına, qışın
soyuqlaşmasına, vegetasiya müddətinin isə qısalmasına səbəb olur.
Cədvəl 92
Zonanın iqlim göstəriciləri
Əyalətlər
Temperatur,
0
C Vegetasiya
dövrünün
uzunluğu, gün
yanvar iyul
Ukrayna
- 4... - 8
19,5 - 20
155 - 159
Orta Rus
- 8... - 13
18,5 - 19
144 - 150
Qərbi Sibir
- 16... -19
18,0 - 18,5
116 - 120
Altayətəyi
- 18... -25
17,5 -18,5
95 - 104
Əyalətlər
10
0
C-dən yuxarı
temperaturların
cəmi
Yağıntılar buxarlanma
RƏ
mm
Ukrayna 2450-2600 550-700 500-550
1,0-1,2
Orta Rus
2200-2400
500-550
500-550
1,0
Qərbi Sibir
1750-1850
380-420
380-420
1,0
297
Altayətəyi 1400-1600 360-450 450-470
0,77-1,0
Relyef və torpaqəmələgətirən süxurlar. Zonanın Avropa hissəsində relyef təpəli olub, eroziya prosesləri
nəticəsində güclü və dərin parçalanmışdır. Burada lös və lösabənzər gillicələr, Orta Rusiya əyalətində isə örtük
gillicələri və morenlər ana süxuru kimi çıxış edir.
Qərbi Sibir əyaləti düzən relyef şəraiti ilə səciyyələnir. Yalnız çayqırağı sahələr parçalanmış relyefə və
təbii drenliyə malikdirlər. Bu ərazilərdə torpaqəmələgətirən süxurlar lösabənzər gillicə və gillərdən ibarətdir.
Zonanın şərq hissəsi (Altayətəyi sahələr, Qərbi və Şərqi Sayan əyalətləri) daha çox parçalanmışdır. Burada
da torpaqəmələgətirən süxurlar əsasən dördüncü dövrün lösabənzər gillicələrindən və gillərindən ibarətdir.
Bitki örtüyü. Meşə-bozqır zonasının təbii bitki örtüyü ot örtüyü olan meşələr, meşəsiz çəmən-bozqırlarla
təmsil olunmuşdur. Zonanın qərbində (Ukrayna) çəmən-bozqırlar başdan-başa şumlanmışdır. Burada ağac
tərkibi fıstıq, fıstıq-vələs və palıd-vələs qarışığından ibarətdir.Orta Rus əyalətində cökə, ağcaqayın, göyrüş
qarışıq palıd meşələri hakimdir. Şərqə doğru meşələrdə tozağacları, əksər hallarda iynəyarpaq ağaclarla
qarışıqlar üstünlük təşkil edir.
Dostları ilə paylaş: |