§ 101. Qaratorpaqlar
Genezisi. Qaratorpaqlar bozqır və otmüxtəliflikli –bozqır ot bitlkiləri altında inkişaf etmişdir. Bu
torpaqların bütün siması onların üzvi maddələrlə zəngin olduğunu göstərir. Qaratorpaqların profilində
tərkibində böyük miqdarda humus (250-700 t/ha) olan qalın (35-150 sm) tünd rəngli humuslu, və ya humuslu-
akkumulyativ təbəqə ayrılır.
Humus təbəqəsi iki sərbəst horizontdan ibarətdir: A horizontu və B
1
keçid horizontu. B
1
horizontuna keçid
tədricidir və ümumi rəng fonunda qəhvəyi çalarların əmələ gəlməsi ilə səciyyələnir. Humus təbəqəsindən
aşağıda çox vaxt karbonatların maksimal miqdarda toplandığı B
k
horizontu yerləşmişdir. Bu qat da tədricən C
ana süxur horizontuna keçir.
Təbii bozqır bitkiləri altında xam torpaqların profilində ot bitki qalıqlarından ibarət A
o
bozqır keçəsi
horizontu ayrılır. Əkin altında istifadə edilən torpaqların A horizontunda sərbəst A
ə
qatı ayrılır.
Qara torpaqların səciyyəvi cəhəti – humuslu təbəqənin dənəvər və topavari struktura malik olmasıdır. Bu A
horizontunun əkinaltı qatında özünü daha yaxşı göstərir. Qalın humuslu təbəqəsi və suyadavamlı dənəvər-
topavari strukturu sayəsində qara torpaqlar qida maddələrinin yüksək ehtiyatına, əlverişli su-hava və fiziki-
kimyəvi xassələrinə malik yüksək münbitli torpaqlar kimi səciyyələnir.
Qara torpaqların yaranması haqqında müxtəlif nöqteyi-nəzərlər olmuşdur. Onları üç qrupda birləşdirmək
mümkündür: qaratorpaqların dəniz mənşəli olması haqqında hipotez; qaratorpaqların bataqlıqdan yaranması
nəzəriyyəsi; qara torpaqların bitki-yerüstü nəzəriyyəsi.
Qara torpaqların dəniz mənşəyi haqqında nəzəriyyələr bu torpaqların ilk tədqiqatçıları (Pallas, 1799;
Petsold, 1851) tərəfindən irəli sürülmüşdür. Bu tədqiqatçıların nəzərincə, qara torpaqlar Xəzər və Qara
dənizlərin transqressiyası (geri çəkilməsi) nəticəsində və ya buzlaq sularının Yura dövrünün qara şistli gillərinin
yuma məhsullarından yaranmışdır.
Qaratorpaqların bataqlıqlardan yaranması nəzəriyyəsinin tərəfdarları hesab edirdilər ki, bu torpaqlar yaxın
304
keçmişdə güclü bataqlaşmış tundra sahələrindən ibarət olmuşdur. Lakin sonralar ərazinin isti iqlim şəraitində
drenləşməsi nəticəsində bataqlıq və tundra bitkilərinin və bataqlıq lilinin fəal parçalanması (E.İ.Eyxvald, 1850)
baş vermiş, ərazidə yerüstü bitkilər məskunlaşmış (N.D.Borisyak, 1852), bu da qara torpaqların yaranmasına
gətirib çıxarmışdır.
Qara torpaqların bitki-yerüstü mənşəyi nəzəriyyəsinə görə onların yaranmasını ərazidə çəmən-bozqır və bozqır
bitkilərinin məskunlaşması, inkişafı və
çürüntünün toplanması və parçalanması ilə əlaqələndirmişlər (F. Ruperxt, 1866).
Lakin bu nəzəriyyə yalnız V.V.Dokuçayevin “Rus qara torpaqları” əsərində özünün tam inkişafını tapmışdır.
V.V.Dokuçayev qara torpaqların yaranmasında F.Ruperxt və başqalarının baxışlarından fərqli olaraq, çəmən-bozqır və
bozqır bitkiləri ilə yanaşı, ərazinin iqliminin, yaşının, relyef və torpaqəmələgətirən süxurların əhəmiyyətini də ön plana
çəkmişdir. O, iqlimin təkcə bitki örtüyünün xarakterinə (bozqır və çəmən-bozqır) deyil, onun inkişaf tempinə,
parçalanmanın sürət və istiqamətinə təsir göstərmişdir.
P.A.Kostıçyev ot bitkilərinin kök sisteminin qaratorpaqlarda çürüntünün toplanmasında əhəmiyyətini
göstərmişdir.
V.R.Vilyams torpaqların mənşəyinə qaratorpaq zonasında çəmən-bozqır bitkiləri altında çim proseslərinin
inkişafı kimi baxırdı. Lakin müasir dövrdə bozqır və meşə-bozqır bitkiliyi altındakı qaratorpaqlarda maddələrin
bioloji dövranın hər tərəfli tədqiqi bu torpaqların formalaşması haqqında aydın təsəvvür əldə etməyə imkan
vermişdir.
Qaratorpaqların formalaşmasında aparıcı torpaqəmələgəlmə prosesi humusakkumulyativ proses olub,
qalın humus akkumulyativ horizontun yaranmasını, bitkinin qida elementlərinin toplanmasını və profilin
strukturlaşmasını şərtləndirir.
Qaratorpaq zonası hər il torpağa külli miqdarda üzvi qalıqların (100-200 sent/ha və ya bütün biokütlənin
40-60%-i) daxil olması ilə səciyyələnir. Bu zaman qalıqların 40-60%-i kök qalıqları təşkil edir.
Qalıqların küllülüyü (yerüstü və köklər nəzərə alınmaqla) çəmən-bozqırlarda 7-8%, müqayisə üçün
iynəyarpaq meşələrdə 0,7-1,7%, enliyarpaq meşələrdə isə 1,6-7,5% təşkil edir. Çəmən-bozqır bitkiliyində
azotun miqdarı da yüksəkdir (1,0-1,4%). Bitki qalıqlarında küli maddələrin və azotun çoxluğu torpağa bu
elementlərin maksimal miqdarda daxil olmasını təmin edir. Əgər iynəyarpaq meşələrdə bitki qalıqları ilə torpağa
ildə 40-300 kq/ha azot və küli maddələr daxil olursa, quru bozqırlarda (şabalıdı torpaqlar) bu 200-250 kq/ha,
qaratorpaqlarda isə 600-1400 kq/ha təşkil edir.
Beləliklə, qaratorpaqəmələgəlmə zamanı maddələrin bioloji dövranının əhəmiyyətli xüsusiyyəti – torpağa
hər il bitki qalıqları ilə birgə böyük miqdarda azot və küli maddələrin daxil olmasıdır.
Bitki qalıqları parçalanan zaman humusun formalaşması üçün qaratorpaq zonasında əlverişli şərait
mövcuddur: torpaq mühitinin qələvi reaksiyası, oksigenin çoxluğu, intensiv yuyulmanın olmadığı optimal
nəmlik şəraiti və s.
Qaratorpaq zonada humuslaşma üçün ən əlverişli şərait yazda və erkən yayda yaranır. Bu dövrdə torpaqda
əlverişli temperatur və kifayət qədər su ehtiyatı olur. Yay quraqlığı dövründə mikrobioloji proseslər nəzərə
çarpacaq dərəcədə zəifləyir ki, bu da formalaşmaqda olan humus maddəsini sürətli minerallaşmadan qoruyur.
Yayda eyni zamanda temperaturun qalxması və torpağın bir qədər quruması humus maddəsinin
mürəkkəbləşməsi prosesini gücləndirir.
Payızda su rejiminin bir qədər yaxşılaşması mikrobioloji prosesləri gücləndirir. Lakin bu dövr
temperaturların aşağı düşməsi nəticəsində çox qısa olur. Qışda torpağın donması ilə humus maddələrinin
denaturasiyası prosesi baş verir. Qaratorpaq zonada bitki qalıqlarının kalsiumla zənginliyi torpaqda fasiləsiz
olaraq biogen kalsiumun yaranmasına və onun Ca(HCO
3
)
2
birləşməsi şəklində miqrasiyasına səbəb olur.
Beləliklə, ot bitkiləri altında qara torpaqlarda maddələrin bioloji dövranının xüsusiyyəti ondan ibarətdir
ki, zonanın hidrotermik şəraiti azot və küli maddələrlə zəngin bitki qalıqlarının humuslaşma tipi üzrə
parçalanması üçün əlverişli şərait yaradır, humin turşuları kimi mürəkkəb yüksək kondensasiya olunmuş
birləşmələri yaradır, onların torpaqda bərkiməsi mühitdə fasiləsiz biogen kalsiumun yaranmasına və karbonatlı
illüvial horizontun formalaşmasına yardım edir.
Qeyd etmək lazımdır ki, qaratorpaqlarda üzvi maddənin bir sıra xüsusiyyətləri vardır: humusun humin
xarakterdə olması, humin turşularının mürəkkəbliyi, onların yüksək dərəcədə oksidləşməsi, onların kalsium
humatları formasında torpaqda bərkiməsi, torpaqda sərbəst fulvoturşuların olmaması və s.
Qara torpaqəmələgəlmədə humus turşuları tez bir zamanda bitki qalıqlarından ayrılan əsaslar və torpaq
məhlulunun kalsiumu tərəfindən neytrallaşdırıldığından, torpaq minerallarının humus maddələrinin təsiri altında
az da olsa parçalanması müşahidə edilmir. Bu proses podzollaşmış və yuyulmuş torpaqlarda zəif şəkildə təzahür
edir. Qara torpaqəmələgəlmə zamanı üzvi maddələrlə torpağın mineral hissəsinin qarşılıqlı təsirinin əsas
səciyyəvi cəhəti, bu təsir nəticəsində sabit üzvi-mineral birləşmələrdən ibarət üzvi-mineral komplekslərin
yaranmasıdır.
Qara torpaqəmələgəlmə zamanı humusun toplanması ilə yanaşı bitki üçün əhəmiyyətli qida elementlərinin
(N, P, S, Ca və s.) mürəkkəb üzvi-mineral birləşmələr formasında bərkiməsi gedir.
Çəmən-bozqır və bozqır bitkilərində qalın kök sisteminin inkişafı və kalsium humatlarının yaranması
305
torpaq profilinin strukturlaşmasına müsbət təsir göstərir. Qara torpaqların genezisinin səciyyəvi cəhəti həmçinin
onların profilində karbonatların mövsümi dinamikasıdır.
Qara torpaqəmələgəlmənin ən əlverişli şəraiti meşə-bozqır zonasının cənub hissəsindədir (tipik qara
torpaqlar). Burada maksimal miqdarda bitki kütləsi yaranır və torpaqda hidrotermik rejim ən yaxşı formadadır.
Cənuba doğru nəmlik defisiti artır, torpağa daxil olan bitki qalıqlarının miqdarı azalaraq, onların küli-azot
tərkibi pisləşir, həmçinin bitki köklərinin daxil olma dərinliyi azalır. Bütün bu amillər qaratorpaq zonasında
cənuba doğru humustoplanmanın zəif intensivliyini müəyyən edir.
Tipik qaratorpaqlardan şimala (podzollaşmış və yuyulmuş qaratorpaqlar, tünd boz-meşə yarımzonası)
iqlimin bir qədər rütubətli şəraiti döşənəkdən əsasların yuyulmasına səbəb olur.
Bu da öz növbəsində bitki qalıqlarının parçalanmasının daha turş üzvi məhsullarının yaranmasına gətirib
çıxarır. Bu məhsulların neytrallaşdırılması qismən ilkin mineralların parçalanması hesabına həyata keçirilir. Bu
cür şəraitdə torpaqlarda bəzi podzollaşma əlamətlərinin yaranması mümkündür.
Qaratorpaqların, onların xassə və əlamətlərinin (humus təbəqəsinin qalınlığı, humusun miqdarı,
karbonatların forması, islanma dərinliyi, su və istilik rejimləri) formalaşmasına torpaqəmələgəlmənin fatsial
xüsusiyyətləri də təsir göstərir.
Cənubi Avropa fatsiyalarının (Dunayyanı və Ön Qafqaz əyalətləri) qara torpaqları mülayim və rütubətli
iqlim şəraitində formalaşır. Onlar demək olar ki, donmur, tez bir zamanda dondan azad olur, dərin qatlara kimi
yuyulur. Maddələrin bioloji dövranı bu torpaqlarda intensiv gedir, torpaqəmələgəlmə prosesi torpağın daha
dərin qatlarını əhatə edir ki, bu da tərkibində humusun nisbətən az (3-6%), lakin humuslu qatın qalın olduğu
qara torpaqların yaranmasına səbəb olur.
Şərqə doğru iqlimin kontinentallığı artır, istiliyin ümumi miqdarı azalır, vegetasiya müddəti qısalır və
torpağın donma müddəti və dərinliyi artır. Mərkəzi əyalətlərin (Ukrayna, Orta Rus, Volqaboyu) qaratorpaqları
mülayim kontinental iqlim şəraitində inkişaf edir və orta- və yüksək humuslu (6-12%) torpaqlara aid edilir.
Qərbi Sibir və Şərqi Sibir fatsiyalarının qaratorpaqları dərindən donur və tədricən buzdan açılır. Şərq
əyalətlərində torpağın islanma və köklərin yayılma dərinliyi azalır, üzvi maddələrin fəal parçalanma dövrü
qısalır. Qərbi Sibir və Orta Sibir fatsiyalarında qaratorpaqlar humus horizontunun az qalın olması və humusun
yüksək miqdarı (5,4 - 14%) ilə fərqlənir. Şərqi Sibir fatsiyasının qaratorpaqları daha az qalınlığa (35 - 45 sm)
malikdir. Onlarda humusun miqdarı 4-9 % arasında tərəddüd edir və dərinlikdən asılı olaraq kəskin şəkildə
azalır.
Şərqə doğru hərəkət etdikcə, iqlimin qeyd edilən xüsusiyyətlərinə uyğun olaraq qaratorpaqlarda şorlaşmış
horizontların dərinliyi azalır. Qazaxıstan əyalətində şorlaşmış horizontlar torpağın səthinə daha çox yaxın (1,2-
1,5 m) yerləşmişdir.
Bir qədər də şərqdə bu qanunauyğunluq pozulur. Buna səbəb qaratorpaqların dağətəyi sahələrdə,
dağlararası çökəkliklərdə, əksər hallarda isə yüngül süxurlar üzərində formalaşması (Munisin, Altayyanı,
Zabaykalye əyalətləri), yerli iqlim xüsusiyyətləri, ilk növbədə yağıntıların çox hissəsinin yay-payız
mövsümündə düşməsi və asan həll olan duzların böyük dərinliyə yuyulmasıdır.
Qaratorpaqlarda torpaqəmələgəlmə prosesi onların kənd təsərrüfatı istifadəsinə cəlb olunması, ilk növbədə
sistematik mexaniki becərilməsi, bitki örtüyünün dəyişməsi və gübrələrin tətbiqi ilə əsaslı şəkildə dəyişir.
Kənd təsərrüfatı bitkilərinin becərilməsi həm maddələrin bioloji dövranının xarakterini, həm də su və
termik rejimlərin formalaşma şəraitini dəyişir. Kənd təsərrüfatı bitkilərindən alınan məhsulla birgə torpaqdan
hər il külli miqdarda qida elementləri də kənarlaşdırılır. Şum əməliyyatı torpağın strukturunu pisləşdirməklə
yanaşı, humus və azotun azalmasına da səbəb olur.
Humus və azotun kəskin azalması kənd təsərrüfatı bitkilərinin becərilməsinin birinci ili müşahidə edilir.
Sonrakı illər bu azalma müəyyən həddə sabitləşir. Üzvi və mineral gübrələrin torpağa sistematik olaraq
verilməsi bu azalmanın qarşısını almaq və hətta humus və azotun əvvəlki səviyyəsini bərpa etmək
iqtidarındadır.
Təsnifatı. Qaratorpaqların ilk təsnifatı V.V.Dokuçayev tərəfindən verilmişdir. O, qaratorpaqları sərbəst tip
kimi ayıraraq, topoqrafik vəziyyətinə görə üç qrupa ayırmışdır: suayrıcıların dağ qaratorpaqları, yamacların
qaratorpağı, çay terraslarının vadi qaratorpaqları. Bundan başqa V.V.Dokuçayev qaratorpaqları humusun
miqdarına görə dörd qrupa (4-7; 7-10;10-13; və 13-16%) bölmüşdür.
Qaratorpaqların təsnifatına N.M. Sibirtsev də böyük diqqət yetirmişdir. Onun təsnifatında qaratorpaqlar
aşağıdakı yarımtiplərə bölünmüşdür: şimal, çoxhumuslu, adi və cənub.
Sonralar şimal qaratorpaqları yarımtipi S.İ.Korjinsinin təklifi ilə deqradasiya olunmuş qaratorpaqlar
adlandırılmış, daha sonralar isə o, iki sərbəst yarımtipə - podzollaşmış və yuyulmuş qara torpaqlara
bölünmüşdür.
Geniş tədqiqat materiallarının ümumiləşdirilməsi qara torpaqların aşağıdakı yarımtip və cinslərini ayırmağa
imkan vermişdir (cədvəl 96)
Cədvəl 96
306
Qaratorpaqların təsnifatı
Yarımtiplər Cinslər Yarımtiplər Cinslər
Podzollaşmış
Adi, zəif
təbəqələşmiş
Adi
Solodlaşmış,
dərində-
qleyləşmiş
Yuyulmuş
Dərində
qaynayan,
karbonatsız
Cənub
Bərkimiş, inkişaf
et-məmiş
Tipik
Karbonatlı,
şorakət-vari
Aşağıda qaratorpaqların əsas cinslərinin təsviri verilmişdir: Adi – bütün yarımtiplər daxilində ayrılır; əlamət
və xassələri yarımtipin əsas xassə və əlamətlərinə uyğundur; Zəif təbəqələşmiş – qumlu və qumsal süxurlar
üzərində inkişaf etmişdir. Qaratorpaqların tipik əlamətləri (rəngi, strukturu və s.) özünü zəif göstərir; Dərində
qaynayan – yuma rejimi ilə əlaqədar “adi qaratorpaqlarla” müqayisədə daha dərində qaynayır. Tipik, adi və
cənub qara torpaqları daxilində ayrılır; Karbonatsız – karbonatsız süxurlar üzərində formalaşmışdır. Əsasən
tipik, yuyulmuş və podzollaşmış qaratorpaq yarımtiplərində rast gəlinir; Karbonatlı – bütün profilboyi sərbərst
karbonatların olması ilə səciyyələnir. Yuyulmuş və podzollaşmış torpaqlarda müşahidə edilmir; Şorakətvari –
humus təbəqəsi hüdudlarında sıxlaşmış şorakət qatına malikdir. Burada mübadilə olunan Na miqdarı 5%-dən
çoxdur. Adi və cənub qaratorpaqlarında müşahidə edilir; Solodlu – humus qatında ağımtıl ləkələrin, aşağı
horizontlarda mübadilə olunan natriumun olması ilə səciyyəllənir. Tipik, adi və cənub qaratorpaqları arasında
yayılmışdır; Dərindən-qleyvari – laylı süxurlar üzərində, həmçinin qış donuşluğunun uzun müddət qaldığı
şəraitlərdə (Orta və Şərqi Sibir) yayılmışdır; Bərkimiş – isti fatsiyalarda lilli-gilli süxurlar üzərində
formalaşmışdır. B horizontunun yüksək bərkliyi (sıxlığı) ilə səciyyələnir. Meşə-bozqır qara torpaqları arasında
yayılmışdır; Tam inkişaf etməmiş – cavanlığı ilə əlaqədar və ya şiddətli skeletli və çınqıllı süxurlar üzərində
inkişaf etməsi ilə əlaqədar zəif inkişaf etmiş profilə malikdir.
Bütün qara torpaqlar aşağıdakı əlamətlərinə görə növlərə bölünürlər:
humus təbəqəsinin qalınlığına görə - çox qalın (> 120 sm), qalın (120-80 sm), orta qalın (80-40 sm), yuxa
(40-25 sm) və çox yuxa (< 25 sm).
humusun miqdarına görə - çox humuslu ( > 9%), orta humuslu (9 – 6%), az humuslu (6 – 4%) və zəif
humuslaşmış ( < 4%).
Bundan başqa, qaratorpaqlar müşayiət edən proseslərin ifadə etmə dərəcəsinə görə (zəif -, orta – və şiddətli
yuyulmuş, zəif -, orta – və şiddətli şorakətləşmiş ) növlərə bölünür.
Qara torpaqların yarımtiplərinin coğrafi paylanmasında da dəqiq zonal qanunauyğunluq mövcuddur. Ona
görə də qaratorpaqlar zonası şimaldan cənuba aşağıdakı yarımzonalara bölünür: podzollaşmış və yuyulmuş
qaratorpaqlar, tipik qaratorpaqlar, adi qara torpaqlar və cənub qaratorpaqları. Bu qanunauyğunluq Avropa
həssəsində daha yaxşı görünür.
Meşə-bozqır zonasının qaratorpaqları. Meşə-bozqır zonasının torpaqları podzollaşmış, yuyulmuş və tipik
qara torpaqlarla təmsil olunmuşdur. Onların ümumi sahəsi 60,3 mln.ha təşkil edir.
Podzollaşmış qaratorpaqlar. Humus qatında bu yarımtipin əsas fərqli morfoloji əlaməti-ağımtıl ləkələr
şəklində podzollaşma prosesinin qalıq əlamətləri vardır. Podzollaşmış qara torpaqların A horizontunda humuslu
profili boz , nadir hallarda tünd-boz, B
1
horizontunda daha açıq rəngdədir.
Karbonatlar humuslu qatdan xeyli aşağıda (adətən 1,3-1,5 m dərinlikdə) yerləşmişdir. Ona görə də
podzollaşmış torpaqlarda humus qatı altında qonurvari və ya qırmızımtıl-qonur rəngli karbonatlardan yuyulmuş
illüvial horizont yerləşmişdir. Horizont tədricən tərkibində müəyyən qədər karbonatlar olan süxura keçir.
Podzollaşmış qaratorpaqlar aşağıdakı cinslərə bölünür – adi, zəif təbəqələşmiş, bərkimiş, karbonatsız.
Yuyulmuş qaratorpaqlar. Podzollaşmış qaratorpaqlardan fərqli olaraq yuyulmuş qara torpaqların humus
təbəqəsində silisiumlu ləkələr vardır.
A horizontu tünd-boz rəngli olub, dənəvər və ya dənəvər-topavari struktura, yumşaq quruluşa malikdir.
Onun qalınlığı 30-35 və bəzən 40-50 sm arasında tərəddüd edir. B
1
horizontunun aşağı sərhədi orta göstərici ilə
70-80 sm dərinlikdə yerləşmişdir. Bəzən bu sərhəd daha dərindən keçir (90-100 sm). Yuyulmuş qaratorpaqların
səciyyəvi xüsusiyyəti – B
1
horizontunun altında karbonatlardan yuyulmuş B
2
qatının olmasıdır. Növbəti BC və
ya C horizontlarına keçid aydındır və sərhəd karbonatların toplanma sahəsi ilə müəyyən edilir.
Əsas cinsləri – adi, zəif təbəqələşmiş, karbonatsız, dərindən-qleyli, bərkimiş.
Tipik qaratorpaqlar. Bu torpaqlar adətən dərin (90-120 sm) humuslu profilə malikdirlər və karbonatlar
humus qatında mitsela və ya əhəng damarcıqları formasındadır. Karbonatlar adətən 60-70 sm dərinlikdə
görünməyə başlayırlar. Humus təbəqəsinin daha dəqiq morfoloji təsvirindən ötrü A horizontu altında adətən
AB
1
və B
1
qatlarını ayırırlar.
B
2
(BC) və süxur karbonatlılığı ilə seçilir. Aşağıdakı cinslərə bölünür: adi, karbonatsız, dərində qaynayan,
307
karbonatlı, solodlaşmış
Bozqır zonasının qaratorpaqları. Bozqır zonasının qaratorpaqları adi və cənub qaratorpaqlarla təmsil
olunmuşdur və onların ümumi sahəsi 99 mln.ha təşkil edir.
Adi qaratorpaqlar. A horizontu tünd-boz və ya qara rəngdə, aydın dənəvər və ya topavari-dənəvər
strukturlu, qalınlığı 30-40 sm-dir. Tədricən tünd-boz rəngli, üstündə qonurvari çalarlar olan B
1
qatına keçir. Bu
horizontun strukturu topavari
və ya topavari-prizmatikdir. Adi qaratorpaqlarda humuslu qatın qalınlığı 65-80 sm
arasında dəyişir.
B
1
horizontundan aşağıda humuslu B
2
horizontu yerləşmişdir. Bu horizont çox vaxt illüvial horizontla üst-
üstə düşür və ya sürətlə ona (B
k
) keçir. Karbonatlar burada ağ gözcüklər formasındadır. Bu əlamət adi qara
torpaqları əvvəlki yarımtiplərdən fərqləndirir.
Adi qaratorpaqlar yarımtipi aşağıdakı cinslərə bölünür: adi, karbonatlı, şorakətvari, dərində qaynayan, zəif
təbəqələşmiş və solodlaşmış.
Cənub qaratorpaqları. Bozqır zonasının cənub hissəsində, bilavasitə tünd şabalıdı torpaqlarla sərhəddə
yayılmışdır. A horizontunun qalınlığı 25-40 sm olub, tünd-boz və ya tünd-qonur rəngə çalır, topavari struktura
malikdir. B
1
horizontu aydın seçilən qəhvəyi-qonur rəngdədir, topavari-prizmatik strukturludur. Ümumiyyətlə
cənub qaratorpaqlarında humus təbəqəsinin (A+B
1
) qalınlığı 45-60 sm arasında tərəddüd edir.
Karbonatlı illüvial horizontda karbonatlar ağ gözcüklər formasında nəzərə çarpır. Qayma xətti B
1
horizontunun aşağı hissəsində yerləşmişdir.
Aşağı horizontlarda 1,5-2,0 m dərinlikdə və daha dərində cənub qaratorpaqlarında xırda kristallar şəklində
gips yayılmışdır. Bəzən bu dərinlikdə asan həllolan duzların yığınına da rast gəlmək mümkündür. Cənub qara
torpaqları aşağıdakı cinslərə bölünür: adi, şorakətvari, karbonatlı, dərindən qaynayan, zəif təbəqələşmiş və
solodlaşmış.
Hər yarımzona daxilində qaratorpaqlar arasında onların yarımhidromorf analoqu – çəmən-qara torpaqlar
inkişaf tapmışdır. Bu torpaqlar səth (çəmənləşmiş qaratorpaqlar) və ya qrunt sularının (çəmən –qara torpaqlar)
yaratdığı izafi nəmliyin təsiri altında formalaşmışlar. Sahəsi təqribən 27,5 mln.ha təşkil edir.
Çəmən-qara torpaqların profili morfoloji baxımdan əsas cəhətlərinə görə qaratorpaqların profilinə oxşardır.
Lakin məxsusi hidroloji şərait onda bir sıra spesifik əlamətlər yaratmışdır: profilin üst hissəsinin tünd rəngdə
(adətən qara) olması, humus qatının bir qədər uzunsovluğu və aşağı horizontların qleyvariliyi. Çəmən-
qaratorpaqların profili aşağıdakı horizontlara ayrılır: A
1
(A
ə
), B
1
, B
2
, C.
Çəmən-qaratorpaq tipi iki yarımtipə bölünür: çəmənvari-qara və çəmən-qara.
Bu yarımtiplərin hər biri cinslərə bölünür: adi, podzollu, yuyulmuş, şorakətvari, şoranvari, solodlu,
karbonatlı.
308
Tərkib və xassələri. Qranulometrik və mineraloji tərkibi. Qaratorpaqlar qranulometrik tərkibinə görə
olduqca müxtəlifdir. Bu da torpaqəmələgətirən süxurların tərkibi ilə əlaqədardır.
Qara torpaq tipinə aid torpaqların ümumi xüsusiyyəti – torpaqəmələgəlmə prosesində qranulometrik
tərkibdə az da olsa dəyişikliklərin baş verməmisdir. Yalnız podzollaşmış və qismən yuyulmuş qara torpaqlarda
lil hissəciklərinin profilboyu üzü aşağı artması müşahidə edilir (cədvəl 97).
Cədvəl 97
Qaratorpaqların qranulometrik tərkibi
Horizont
Qranulometrik elementlərin ölçüləri (mm) və onların miqdarı,
%
1-0,25
0,25-
0,05
0,05-
0,01
0,01-
0,005
0,005-
0,001
< 0,001
309
1 2
3
4
5
6 7
Podzollaşmış qara torpaq orta gillicəli
A 0,2
5,3
51,4
8,4
10,9
23,9
B
1
0,3 2,9 53,4 8,2 8,4 26,8
B
2
- 1,9
51,4
9,9 9,9 26,8
C
- 0,3
23,0
6,8 9,2 41,7
Tipik qara torpaq gilli
A 0,1
13,2
16,0
19,0
25,7
26,0
B
1
0,8 14,0 14,0 21,3 21,1 28,9
B
2
0,5 16,2 12,5 22,8 20,0 28,0
B/C
0,2 17,3 9,2 24,2 20,7 28,4
Cənub qara torpaq gilli
A 11,3
6,6
19,4
10,3
8,2
44,2
B
1
8,2 2,5 18,8 9,9 7,0 42,6
C 8,4
4,0
24,7
10,3
13,3
42,3
Qaratorpaqların mineraloji tərkibində ilkin minerallar üstünlük təşkil edir. Törəmə minerallardan (yüksək
dispersli) əksər qaratorpaqlarda montmorillnit və hidroslyuda qrupundan olan minerallara təsadüf etmək olur.
Kaolonit qrupundan olan mineralların üstünlük təşkil etdiyi qaratorpaqlar da vardır.
Qaratorpaqların lil hissəciklərində həmçinin kristallaşmış biryarım oksidlər (hetit, hibbsit), amorf maddələr
və az miqdarda yüksək dispersli kvars vardır.
Yüksək dispersli minerallar profilboyu bərabər paylanmışdır. Qaratorpaqların mineraloji tərkibindəki
müxtəliflik süxurların xüsusiyyəti və ilkin mineralların aşınma şəraiti ilə əlaqədardır.
Kimyəvi tərkibi. Onun ən əhəmiyyətli xüsusiyyəti – qaratorpaqların humusla zəngin olması, humuslu
profildə bitkilərin qida elementlərinin (N,P,S, mikroelementlər) biogen akkumulyasiyası, profilboyu mineral
hissənin ümumi tərkibinin nisbi yekcins olması, karbonatların paylanmasının illüvial xarakteri və torpağın asan
həllolan duzlardan yuyulması.
Humusun paylanmasında onun dərinlikdən asılı olaraq tədricən azalması müşahidə edilir. Bu da
humusəmələgəlmənin ot bitkilərinin kök sisteminin yayılması ilə sıx əlaqədar olduğunu göstərir. Qara
torpaqların humus tərkibində humin turşularının üstün olması (C
ht
: C
ft
> 1,5) səciyyəvidir.
Humusun miqdarı torpaqaəmələgəlmə şəraitindən və ana süxurun qranulometrik tərkibindən asılıdır.
Humusun maksimal ehtiyatı gilli və ağır gillicəli qranulometrik tərkibli tipik, adi və yuyulmuş
qaratorpaqlardadır.
Humusun miqdarına uyğun olaraq azotun miqdarı (0,2 - 0,5 %) da dəyişir. Silisium turşularının və
biryarımlıq oksudlərin miqdarı profilboyu bərabər paylanmışdır. Bu da torpaqda mineralların parçalanma
prosesinin getmədiyini göstərir (cədvəl 98). Yalnız podzollaşmış qaratorpaqlarda, bir qədər az yuyulmuş qara
torpaqlarda, həmçinin şorakətvari və solodlaşmış adi və cənub qara torpaqlarda üst horizontda R
2
O
3
azalması və
silisium turşularının artması müşahidə edilir. Bu da onların genezisi (podzollaşma, şorakətləşmə və ya
solodlaşma proseslərinin təzahüri ) ilə əlaqədardır.
Cədvəl 98
Qaratorpaqların ümumi kimyəvi tərkibi və fiziki-kimyəvi xassələri
Dərinliklər Humus,% N,% SiO
2
Fe
2
O
3
Al
2
O
3
CaO
1
2 3 4 5 6 7
Podzollaşmış qara torpaq ağırgillicəli
0-10
6,7 0,35 76,4 2,47 11,01 3,73
40-50
3,5 0,20 76,0 3,32 13,28 4,54
80-90
0,7 0,06 75,9 3,66 13,60 4,72
140-150 0,1 -
68,9
1,67
11,70
10,43
Tipik qara torpaq gilli
0-10 9,6
0,48
69,42
4,53
16,18
2,61
40-50 7,5
0,38
68,84
4,44
15,87
2,74
60-70 5,7
0,28
68,38
4,33
15,11
3,92
80-90 4,2
0,21
68,12
4,29
15,26
8,49
310
1
2 3 4 5 6 7
100-110 2,3 0,12
68,10
4,17
14,69
10,83
120-130 1,0 - - - - -
Adi qaratopraq gilli
0-10
8,5 0,36 71,8 5,36 13,93 2,95
40-50
4,7 0,23 71,4 5,81 13,67 2,95
80-90
1,5 0,08 65,7 4,81 12,85 12,08
120-200 - -
68,4
5,02
13,54
8,30
P
2
O
3
SO
3
Mübadilə olunan
əsaslar
Hidroloji
turşuluq
Əsaslarla
doyma
dərəcəsi, %
pH su
çəkimi
%
Ca
2+
Mg
2+
m-ekv/100qr
torpaqda
Podzollaşmış qaratorpaq ağırgillicəli
0,11 0,28 32,8 7,0
7,0
85
6,0
0,11 0,16 25,6 5,1
5,3
85
6,1
0,10 0,20 21,4 5,6
2,3
92
6,2
0,11 0,13 -
-
-
-
-
Tipik qaratorpaq gilli
0,32 0,36 49,5 5,4
4,5
92
6,8
0,28 0,31 49,0 5,1
1,5
94
7,0
0,26 0,38 44,8 5,7
0,7
99
7,4
0,24 0,37 35,2 6,1
-
-
8,3
0,23 0,36 -
-
-
-
8,3
- -
16,2
13,1 -
- 8,5
Adi qaratopraq gilli
0,28 0,35 41,2 6,4
2,9
94
6,9
0,17 0,34 33,3 5,2
1,7
97
7,2
0,15 0,40 26,3 6,0
-
-
7,6
0,09 0,38 -
-
-
-
-
Kalsium karbonatların paylanmasının illüvial xarakteri qaratorpaqların su və termik xüsusiyyətləri, torpaq
havasında və məhlulunda CO
2
dinamikası ilə şərtlənir. Yazda suyun aşağıya hərəkəti zamanı karbonatlardan yu-
yulma baş verir. Lakin o asan həllolan duzlarla olduğu kimi yuyulmanın maksimal dərinliyinə çatmır və
karbonatların zəif həll olması və karbon qazının torpaq havasında və məhlulunda zəif konsentrasiyası
səbəbindən ləngiyir. Çünki bu dövrdə torpaqda hələ fəal bioloji proseslər getmir. Sonradan temperaturun
qalxması köklərin tənəffüsünü gücləndirir və mikroorqanizmlərin fəaliyyətini artırır ki, bu da torpaq məhlulunda
CO
2
konsentrasiyasının artmasına və nəticədə kalsium bikarbonatlarının yaranmasına səbəb olur. Bu birləşmə
suyun yuxarıya hərəkəti vasitəsilə profilboyu yuxarı qalxır. Temperaturun yüksəlməsi və karbon qazının
kənarlaşması nəticəsində bikarbonatlar karbonatlara çevrilərək çöküntü formasında çökür.
Beləliklə, qaratorpaqlar üçün səciyyəvi olan karbonatların yuxarı sərhədinin mövsümi dinamikası aşağıdakı
sxem üzrə təşəkkül tapır: yaz və payızda aşağı düşür və yayda yenidən yuxarı qalxır.
Fiziki-kimyəvi xassələri. Qaratorpaqların humusla zəngin olması, biogen kalsiumun intensiv miqrasiyası
onların əlverişli fiziki-kimyəvi xassələrini müəyyən edir. Qaratorpaqlar yüksək udma tutumu (30-70 mq-ekv),
udma kompleksinin əsaslarla doyması, yuxarı horizontların neytrala yaxın reaksiyaya malik olması və yüksək
buferliliyi ilə səciyyələnir. Mübadilə olunan kationlar içərisində əsas rol kalsiuma məxsusdur. Maqnezium
udulmuş əsaslar cəminin 15-20%-i təşkil edir. Podzollaşmış və yuyulmuş qara torpaqların uducu kompleksində
hidrogen vardır (V=80-90%) və hidroloji turşuluq böyük göstəriciyə (5-7 m-ekv) malikdir. Adi və cənub qara
torpaqların udulmuş kationlarının tərkibində az miqdarda Na
+
kationu vardır və bu torpaqlarda Mg
2+
kationunun
miqdarı əvvəlki qaratorpaqlarla müqayisədə bir qədər artıqdır. Tərkibində sərbəst karbonatların olduğu
horizontların reaksiyası zəif qələvidir (pH 7,5-8,5).
Fiziki və su-fiziki xassələri. Qara torpaqların fiziki və su-fiziki xassələri humusun yüksək miqdarı, humus
horizontlarının qalınlığı və yaxşı strukturluluğu ilə müəyyən olunur. Ona görə də qara torpaqlar əlverişli fiziki
və su-fiziki xassələri - humus qatının yumşaq quruluşu, yüksək sututumu və yaxşı sukeçiriciliyi ilə səciyyələnir.
Gilli və ağırgillicəli yuyulmuş, tipik və adi qara torpaqlar daha yaxşı struktur tərkibə malikdir. Podzollaşmış
və cənub qara torpaqlar suyadavamlı aqreqatların az olması ilə səciyyənirlər. Qara torpaqlardan uzun müddət
kənd təsərrüfatında istifadə edəndə əkin qatında suyadavamlı aqreqatların miqdarı azalır. Lakin tipik və cənub
311
qara torpaqlarda uzun istifadəyə baxmayaraq, suyadavamlı aqreqatların miqdarı kifayət qədər yüksəkdir (cədvəl
99).
Yaxşı strukturluğu sayəsində qaratorpaqların humus horizontunun sıxlığı böyük deyildir və 1,0-1,22 q/sm
3
arasında tərəddüd edir. Yalnız humus horizontualtı qatlarda sıxlıq 1,4-1,5 q/sm
3
-ə yüksəlir (cədvəl 100). Sıxlıq
podzollaşmış və yuyulmuş qaratorpaqların yuyulmuş ilüvial horizontlarında və adi və cənub qaratorpaqların
karbonatlı ilüval horizontlarında yüksəkdir. Şorakətvari qaratorpaqlar B
1
horizontunda yüksək sıxlığa malikdir.
Cədvəl 99
Əkinaltı qaratorpaqların aqreqat tərkibi
Torpaqlar
Dərinlik,
sm
Aqreqatlar (%), mm
> 10
10-3
3-1
1-0,25
>0,25
Tipik qara torpaq gilli
0-20
38,5
25,4
15,8
16,2
95,7
25-45 5,9 53,3
30,9 9,5 98,7
Adi qara torpaq
ağırgillicəli
0-20 40,0
31,9
14,6
10,4 96,9
25-45 26,7 48,4
14,7 7,7 97,6
Cənub qara torpağı
gilli
0-20 37,1
20,8
8,8 14,1 90,8
25-45 13,2 41,0
25,5 13,3 92,6
Torpaqlar
Dərinlik,
sm
Suyadavamlı aqreqatlar (%), mm
10-3 3-1
1-0,25 >0,25
Tipik qara torpaq gilli
0-20
2,6
18,0
36,8
57,4
25-45 4,6 40,9 29,1
74,6
Adi qara torpaq
ağırgillicəli
0-20 5,0
12,0 33,7 50,7
25-45 5,9 20,5 41,4
67,8
Cənub qara torpağı
gilli
0-20 0,5 1,8 20,5 22,8
25-45 0,5 11,8 50,0
62,3
Qaratorpaqlarda üst horizontlarda bərk fazanın sıxlığı böyük deyildir (2,4-2,5 q/sm
3
). Bu da həmin
horizontların humusla zənginliyi ilə bağlıdır. Humus horizontları altındakı qatlarda və süxurda bərk
fazanın sıxlığı yüksəlir (2,55-2,65 q/sm
3
).
Qara torpaqların yaxşı strukturluğu humus horizontunda onların yüksək məsaməliyini (50-60%)
müəyyən edir. Lakin aşağı qatlarda məsaməlik azalır. Qara torpaqlar üçün kapilyar və qeyri-kapilyar
məsaməliyin əlverişli nisbəti səciyyəvidir.
Qeyri-kapilyar məsaməlik ümumi məsaməliyin 1/3 hissəsini təşkil edir ki, bu da qara torpaqların
yaxşı hava və sukeçiriciliyini təmin edir.
Qara torpaqlarda ən yaxşı sukeçiricilik A əkinaltı qatda və B
1
horizontunun üst hissəsində
müşahidə edilir. Buna səbəb həmin qatların topavari və dənəvər struktura malik olmasıdır. A
horizontunun əkin hissəsi əkinaltı qatdan 1,5-2,5 dəfə az suyu özündən buraxır. Bu da onun
strukturunun pozulması və horizontun sıxlaşması ilə əlaqədardır. Qaratorpaqların dərində şumlanması
və səthinin yumşaq halda saxlanması onun su-fiziki xassələrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.
312
Cədvəl 100
Qaratorpaqların fiziki və su-fiziki xassələri
Hori-
zontlar
Sıxlıq,
q/sm
3
Bərk
fazanın
sıxlığı,
q/sm
3
Ümumi
məsa-
məlik, %
Maksimal
hiqroskopi
klik
Soluxma
nəmliyi
Tarla
sutu-
tumu
Torpaq kütləsindən %-lə
1 2 3 4
5 6
7
Tipik qaratorpaq gilli
A
ə
1,21 2,58 53,1 11,6 17,4 38,4
A
ə
1,30 2,57 49,4 11,6 17,4
38,9
A 1,16 2,62 55,7 12,1 18,1
33,4
B
1
1,14 2,63 56,7 11,9 17,9 30,8
B
1
1,21 2,69 55,0 10,8 16,3 29,1
BC
k
1,23 2,71 54,6 10,0 15,0 28,3
C
k
1,52 2,72 44,1
9,4
14,1 24,3
C
k
1,45 2,72 46,7
9,6
14,9 24,1
Adi qaratorpaq gilli
A 0,94 2,55 63,1 11,3 17,0
43,1
A 1,12 2,60 52,9 12,7 19,1
38,2
B
1
1,28 2,66 51,9 12,0 18,0
34,4
B
k
1,33 2,71 50,9 10,8 16,1
29,4
BC
k
1,57 2,72 42,3 10,1 15,2 25,3
C
k
1,62 2,73 40,7 10,1 15,2
23,4
İstilik rejimi. Qaratorpaqlar qara rəngi sayəsində günəşin şüa enerjisini yaxşı udur və istiliyi uzun müddət
özündə saxlayır. Bununla belə, ayrı-ayrı yarımzonalarda və fatsiyalarda qaratorpaqlar istilik rejimlərinə görə
fərqlənirlər. Belə ki, qərb və cənub-qərb əyalətlərində (Ön Dunay, Ukrayna, Ön Azov-Ön Qafqaz) torpaqlar
praktiki olaraq donmur. Cənub-qərb fatsiyasındakı qaratorpaqlarda çox qısa müddətə, ən üst qatda (20-30 sm)
0-2
0
C temperatur müşahidə edilir. İstiliklə təmin olunmasına görə bu fatsiyanın qaratorpaqları qısa müddətə çox
isti və ya vaxtaşırı donan kimi səciyyələnir və orta gec və gec yetişən bitkilər qurşağına aid edilir.
Mülayim isti donan mərkəzi fatsiyaların qaratorpaqlarında qış aylarında çox aşağı temperaturlar müşahidə
edilməsə də, 0 – 2
0
C temperaturda torpağın 80-90 sm dərinliyə kimi uzun müddət (dekabr-mart) donması
mümkündür. Apreldən başlayaraq torpaqlarda bütün profilboyu müsbət temperaturlar hakim olur.
Sibir fatsiyalarının mülayim donan və uzun müddət donan qaratorpaqlarının temperatur rejimi kəskin
şəkildə fərqlənir. Burada bütün qışı 70-110 sm dərinliyə kimi -5-15
0
C temperatur müşahidə edilir. Zabaykalyedə
yayılmış qaratorpaqlar daha dərinə kimi donur. Onlar buzdan tədricən açılır. Əkin qatında müsbət temperaturlar
yalnız mayın, ən dərin qatlarda isə yalnız sentyabrın sonlarında yaranır.
Su rejimi. Qara torpaq zonasında kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı ilk növbədə torpaqda bitkinin
mənimsəyə bildiyi nəmliyin miqdarı ilə müəyyən olunur. Lakin qara torpaq zonası nəmliyin kifayət etmədiyi
zona hesab edilir. Hətta meşə-bozqır zonasında quraq və yarımquraq illərin ehtimalı 40% təşkil edir.
Ona görə də qara torpaqların tədqiqinin bütün tarixi boyu su rejiminin öyrənilməsinə xüsusi diqqət
verilmişdir.
Su rejimini öyrənərkən Q.N.Vısotski qaratorpaqlarda nəmliyin dinamikasında 2 dövrün olduduğunu qeyd
etmişdir: 1) torpaq-qruntun quruduğu dövr – nəmlik bitkilər tərəfindən intensiv şəkildə sərf edilir və buxarlanır
(yay və payızın əvvəllərini əhatə edir); 2) islanma dövrü – payızın ikinci yarısından etibarən başlayaraq,
şaxtaların başlaması ilə kəsilir və yazda ərinti suları və yağışların hesabına davam edir.
Su rejimindəki bu dövrlər və onun xüsusiyyətləri bütün qaratorpaqlar üçün səciyyəvidir. Lakin quruma və
islanmanın müddəti və vaxtı hər yarımtip üçün özünəməxsus şəkildədir. Belə ki, podzollaşmış və yuyulmuş qara
torpaqlardan cənub qaratorpaqlarına doğru islanma dərinliyinin azalması və quruluq dövrünün artması ümumi
qanunauyğunluq kimi çıxış edir.
Yarımzonalarda qaratorpaqların nəmliyi relyef və torpağın qranulometrik tərkibindən asılıdır.
Yüngülgillicəli və qumsal torpaqlar daha dərin qatlara kimi islanır. Relyefin qabarıq elementlərində və
yamaclarda səth axınları və buxarlanma hesabına suyun sərfi artır; çökəkliklərdə, xüsusən də relyefin batıq və
qapalı elmentlərində səth sularının toplanması və buxarlanmanın zəifləməsi hesabına torpaq profili böyük
dərinliyə kimi islanır və hətta qrunt suyuna kimi gedib çatır.
Meşə-bozqır zonası qaratorpaqlarının su rejimi bozqır zonası qaratorpaqlarının su rejimindən fərqlənir.
313
Podzollaşmış, yuyulmuş və tipik qara torpaqlar üçün vaxtaşırı yuyulma rejimi səciyyəvidir.
Meşə-bozqır zonasının torpaq-qrunt təbəqəsinin aşağı horizontlarında həmişə müyyən miqdarda bitkinin
mənimsəyə bildiyi formada nəmlik olur ki, bu da quraq illərdə nəmlik ehtiyatı rolunda çıxış edir.
Bozqır zonası (adi və cənub qaratorpaqları), xüsusən də onun şərq əyalətləri (Volqaboyu, Qazaxıstan, Ön
Altay) su rejiminə görə yarımquraq və quraq ərazilərə aid edilir. Bozqır zonasının qaratorpaqları yuyulmayan
su rejiminə malkdirlər;
Qida rejimi. Qeyd edildiyi kimi, qaratorpaqlarda qida maddələrinin ümumi miqdarı çox yüksəkdir. Bu da
humusun ümumi ehtiyatı və onun profildə paylanması ilə sıx əlaqədardır. Bu torpaqlarda azotun miqdarı
xüsusilə çoxdur. Ağırgillicəli və gilli qranulometrik tərkibli tipik qaratorpaqlarda azotun ehtiyatı 10-15 t/ha-a
çatır. Dərinlikdən asılı olaraq azotun miqdarı azalır.
Azotun əsas hissəsi humusun tərkibində olub, bitki üçün əlçatmazdır. Bu azot onun ammonyaklı və nitrat
formalarından ötrü rezerv rolunda çıxış edir. Qara torpaqlarda fosforun böyük ehtiyatı (0,15-0,35 %) vardır.
Qida maddələrinin mütəhərrik formalarının miqdarı və onların dinamikası iqlim amillərindən, bitkinin
növündən və tətbiq edilən aqrotexniki qaydalardan asılıdır. Yarımtip mənsubiyyətindən asılı olmayaraq,
mədəniləşdirilmiş qaratorpaqlarda qida maddələrinin mütəhərrik formaları daha çoxdur. Onların əsas kütləsi
əkin qatında cəmləşmişdir.
Torpaq örtüyünün strukturu. Bütövlükdə zona nisbətən iri konturluluğu, az mürəkkəbliyi və az kontrastlı
torpaq örtütyü ilə başqa zonalardan fərqlənir.
Zonanın meşə-bozqır hissəsinin düzən ərazilərində torpaq örtüyünün strukturunda müxtəlif qalınlıqlı hakim
yarımtip qaratorpağın çəmən-qaratorpaqların iştirakı ilə yaratdığı variasiyalar üstünlük təşkil edir. Şimal
rayonlarında bu variasiyalar boz meşə torpaqlarının iştirakı ilə formalaşmışdır. Tipik qaratorpaqların yayıldığı
ərazilərdə karbonatlı və solodlaşmış cinslərin iştirakı ilə birləşmələr yaranmışdır.
Mikrokombinasiyalar içərisində ləkəlik üstünlük təşkil edir. Burada hakim torpağın fonunda başqa
kontrastsız torpaqların – çəmən-qara, müxtəlif dərəcədə yuyulmuş qara torpaqların və s. ləkələrinə təsadüf
etmək mümkündür. Zonanın bozqır hissəsində düzən ərazilərdə müxtəlif qalınlıqlı, karbonatlı qaratorpaqların
variasiyaları inkişaf etmişdir. Burada həmçinin kontrastlı qaratorpaq cinslərinin (adi, karbonatlı, şorakətvari)
çəmən-qaratorpaqlar və solodlarla yaratdığı birləşmələr də geniş yayılmışdır. Qaratorpaqların şorakətlərlə
yaratdığı komplekslərə də təsadüf etmək mümkündür. Relyefin parçalandığı ərazilərdə torpaq örtüyünün
strukturu müxtəlif dərəcədə eroziyaya uğramış qaratorpaqların konturlarının yaratdığı müxtəlif birləşmələr,
kombinasiyalar hesabına mürəkkəbləşmişdir.
Kənd təsərrüfatında istifadə. Qaratorpaqlar zonası – bir sıra ölkələrin əhəmiyyətli əkinçilik rayonları
hesab olunur. Rusiya, Ukrayna və Qazaxıstanın əkinaltı torpaqlarının yarıdan çoxu qaratorpaqlar zonasında
yerləşmişdir. Burada yazlıq və payızlıq buğda, qarğıdalı, şəkər çuğunduru, günəbaxan, kətan və bir çox başqa
kənd təsərrüfatı bitkiləri yetişdirilir. Bu rayonlarda heyvandarlıq və meyvəçilik də yaxşı inkişaf etmişdir.
Qaratorpaqlarda kənd təsərrüfatı istehsalının vacib məsələsi – onların yüksək münbitlik potensialından
düzgün istifadə etmək, humus qatını dağılmaqdan qorumaqdır. Bu məsələnin həllində əsas yollar – becərilmənin
səmərəli qaydalarından istifadə etmək, nəmliyi toplamaq və ondan düzgün istifadə etmək, gübrələrin verilməsi,
əkin sahələrinin strukturunun yaxşılaşdırılması, yüksək məhsuldar sortları tətbiq etmək, eroziya ilə mübarizədir.
Atmosfer yağıntılarının müxtəlifliyi və əkinçilikdə istifadə xüsusiyyətləri ilə əlaqədar qaratorpaqlar iki
böyük qrupa bölünür – meşə-bozqır zonasının qara torpaqları və bozqır zonasının qaratorpaqları.
Meşə-bozqır zonasının qaratorpaqları su ilə daha yaxşı təmin olunmuşdur. Ona görə də onların
məhsuldarlığı bozqır qaratorpaqlarından yüksəkdir. Qaratorpaq zonasında qərbdən (Moldova, Ukrayna) şərqə
(Volqaboyu, Qərbi Sibir) hərəkət etdikdə həm meşə-bozqır, həm də bozqır zonasının qaratorpaqlarının bonitet
balı aşağı düşür. İ.İ.Karmanovun məlumatına görə, Moldovada yuyulmuş qaratorpaqların bonitet balı 87-88
baldan Ukraynada 81-83 bala Volqaboyunda 57-58 bala və Qərbi Sibirdə 45-47 bala kimi aşağı düşmüşdür. Adi
qaratorpaqlarda da bu göstərici uyğun olaraq Moldovada 76-78 bal, Ukraynada 73-75 bal, Volqaboyunda 46-51
bal və Qərbi Sibirdə 39-41 bal təşkil etmişdir.
Müxtəlif fatsiyalarda qaratorpaqların münbitlik səviyyələrinin dəyişməsinin əsas səbəbi istilik – və nəmlik
təminatı şəraitinin pisləşməsi, bioloji fəallığın aşağı düşməsi, yağıntıların az əlverişli paylanması və quraqlığın
tez-tez təkrarlanmasıdır.
Qaratorpaqların qida və su rejiminin formalaşmasına onların qranulometrik tərkibi də təsir göstərir. Çünki
toropaqların humusluluğu və strukturluluğu qranulometrik tərkibi ilə bilavastə bağlıdır. Humusun yüksək
səviyyəsi və əlverişli strukturluluq gilli və gillicəli torpaqlarda, bu göstəricilərin ən pis parametrləri isə qumsal
növmüxtəlifliklərində müşahidə edilir.
Səth eroziyası torpaqların üst münbit qatını yuyaraq, qaratorpaqların münbitliyini kəskin şəkildə aşağı salır,
onların su, qida və mikrobioloji rejimlərini, fiziki-kimyəvi və fiziki-mexaniki xassələrini pisləşdirir.
Bərkimiş qaratorpaqlar əlverişsiz aqrofiziki xassələri ilə səciyyələnir. Karbonatlı qaratorpaqlar eroziyaya
daha həssasdırlar. Bu torpaqlara verilmiş fosfor gübrələri qısa vaxt ərzində bitki üçün əlverişsiz formaya
çevrilir.
314
Şorakətvari qaratorpaqlar əlverişsiz su-fiziki və fiziki-mexaniki xassələrə malikdir. Ona görə də
şorakətliyin dərəcəsi artdıqca bu torpaqların aqronomik dəyəri və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı
aşağı düşür.
Qaratorpaqların effektiv münbitliyini yüksəltməkdən ötrü nəmliyin toplanması və ondan səmərəli istifadə
(xüsusən də cənub və adi qaratorpaqların yayıldığı yarımzonalarda) çox vacibdir. Ona görə də qısa vaxt
ərzində yaz tarla işlərinin başa çatdırılmasını və ən yaxşı su rejiminin yaradılmasını təmin edən aqrotexniki
tədbirlər birinci yerdə qoyulmalıdır.
Qara torpaqların kənd təsərrüfatında istifadəsinin ən əhəmiyyətli problemlərindən biri onların
suvarılmasıdır. Suvarma orta və yüngül, bərkiməyə meylli olmayan və yaxşı dren şəraiti olan torpaqlarda daha
səmərəlidir.
Norma gözlənilmədən aparılan suvarma, həmçinin minerallaşmış sudan istifadə, pis drenaj şəraitində ağır
torpaqların suvarılması mənfi halların - bataqlaşmanın, təkrar şorlaşma və şorakətləşmənin, bərkləşmənin
yaranmasına səbəb olur.
Yüksək təbii münbitliyinə baxmayaraq, qaratorpaqlar, xüsusən də meşə-bozqır zonasının qaratorpaqları, bu
zonada nəmlik təminatının yaxşı olması səbəbindən gübrələrin tətbiqinə müsbət cavab verir. Adi və cənub qara
torpaqlarında gübrələrin tətbiqindən böyük səmərə almaqdan ötrü əlavə nəmləndirici tədbirlərin görülməsi tələb
olunur.
Azot gübrələrinin müsbət təsiri gilli və ağırgillicəli torpaqlardan yüngülgillicəli və qumsal torpaqlara doğru
artır. Bu ağır qranulometrik tərkibə malik olan qaratorpaqların humusla zənginliyi və yaxşı strukturluğu
səbəbindən güclü nitrifikasiya qabiliyyəti ilə izah edilir.
Azotun defisiti yazda Qərbi Sibirin meşə-bozqır zonasının podzollaşmış və yuyulmuş qaratorpaqlarında
müşahidə edilir. Buna səbəb həmin torpaqların gec qızması və aşağı nitrifikasiya qabiliyyətidir. Ona görə azot
gübrələri bu zonada bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır.
Qara torpaqlarda fosfatların az mütəhərrik formaları (üzvi birləşmələr, kalsium və biryarımlıq oksidlərlə
birləşmələr) üstünlük təşkil edir. Ona görə də bu torpaqlar fosfor gübrələrinə müsbət cavab verir. Yüksək
hidroloji turşuluğu olan
podzollaşmış və yuyulmuş qaratorpaqlarda fosfor unu daha çox səmərəyə malikdir.
Peyin bütün qaratorpaqlara, xüsusən də yüngül qranulometrik tərkibi olan torpaqlara müsbət təsir göstərir.
Onu ilk növbədə dənli (buğda, qarğıdalı), şəkər çuğunduru və kartof bitkilərinə verirlər.
Peyinin səmərəliyi meşə-bozqır zonasının torpaqlarından cənubi qaratorpaqlara doğru azalır. Bu həmin
torpaqların nəmlənmə şəraitinin pisləşməsi ilə izah olunur.
Fizioloji turş gübrələrin (ammonium şorası və s.) torpağa sistematik verilməsi, kənd təsərrüfatı bitkilərinin
məhsulu ilə birgə sahədən kalsiumun kənarlaşdırılması kalsiumun defisitinin yaranmasına və torpaqların turşu-
laşmasına gətirib çıxarır. Ona görə də meşə-bozqır zonasında podzollaşmış və yuyulmuş qaratorpaqların
əhəngləşdirilməsinə daim ehtiyac vardır.
Qara torpaq zonasında meşə zolaqlarının salınmasının mikroiqlimin, su rejiminin yaxşılaşdırılmasında, bəzi
rayonlarda (Qazaxıstan, Kuban və s.) külək eroziyasına qarşı mübarizədə böyük rolu vardır.
XXXIII FƏSİL. QURU BOZQIR ZONASININ
ŞABALIDI TORPAQLARI
Quru bozqırların zonal torpaq tipi – şabalıdı torpaqlardır. Onların ümumi sahəsi (çəmən-şabalıdı torpaqlar
daxil olmaqla) yuxarıda adı çəkilən ölkələr daxilində 107 mln.ha-dır. Bunlardan 30%-i şabalıdı şorakətvari
torpaqların və şabalıdı torpaqların şorakətlərlə yaratdığı komplekslərin payına düşür. Zona daxilində həmçinin
şoranlar və solodlar geniş yayılmışdır.
Şabalıdı torpaqlar Moldovanın cənubunda və Ukraynada, Qara və Azov dənizləri sahillərində, Orta və
Aşağı Volqada, Qazaxıstanda, Sibirin cənub hissəsuində (Kulunda), Azərbaycanda geniş yayılmışdır. Ayrı-ayrı
massivlər şəklində ona Orta Sibir və Zabaykalyedə də rast gəlmək mümkündür.
İqlimi. Şabalıdı torpaqlar isti quru uzun yayı və az miqdarda qar örtüyü olan soyuq qışı ilə seçilən quru
kontinental iqlim şəraitində formalaşır. Qar örtüyünün qalınlığı zonanın müxtəlif yerlərində 15-40 sm arasında
tərəddüd edir. Havanın orta illik temperaturu Rusiyanın Avropa hissəsində 9
0
C və Asiya hissəsində 2-3
0
C təşkil
edir. Uyğun olaraq yanvarın orta temperaturu -5 – 25
0
C, iyulun orta temperaturu 20-25
0
C arasında dəyişir.
5
0
C-dən yuxarı temperaturların davam etmə müddəti zonanın qərbində 215-225 gün, şərqində 150-160 gün,
şaxtasız günlərin sayı isə uyğun olaraq 180-190 və 110-120 gün təşkil edir. Fəal temperaturların cəmi zonanın
qərbində 3300-3500
0
C və şərqində 1600-2100
0
C-dir. Yağıntılar az miqdarda düşür: zonanın şimalında 350-400
mm, mərkəzində 320-350 mm və cənubunda 250-300 mm təşkil edir. Yağıntıların böyük hissəsi yayda düşür.
Çox vaxt onlar leysan xarakterində olur.
Rütubətlənmə əmsalı zonanın cənubunda 0,25-0,30, mərkəzində 0,30-0,35, şimalında 0,35-0,45-dir. Yayda
quru küləklər bitkilərə öldürücü təsir göstərir.
315
Relyef və torpaqəmələgətirən süxurlar. Zona ərazisinin xeyli hissəsi düzənlik və ya düzən-dalğavari
relyefə malikdir. Burada müxtəlif ölçülü, konfiqurasiyalı, dərinlikli depressiyalar (çökəkliklər, dərələr və s.)
yayılmışdır.
Şabalıdı torpaqlar əsasən lösabənzər karbonatlı gillicələr, nadir hallarda lös üzərində formalaşmışdır. Qara
dəniz sahili düzənlikdə və Stavropol yaylasında şabalıdı torpaqlar əsasən ağır lösabənzər gillicələr üzərində
yayılmışdır. Xəzərsahili ovalıqda şabalıdı torpaqların torpaqəmələgətirən süxurları kimi sarı-qonur karbonatlı,
bəzən də şorlaşmış gillicələr çıxış edir.
Tuqay yüksəkliyi hüdudlarında üçüncü dövrün çöküntülərinə qarışmış karbonatlı ağır gillicələr və gillər
yayılmışdır. Qərbi Sibir düzənliyinin cənub hissəsində torpaqəmələgətiən süxur kimi qədim alüvial çöküntülər
çıxış edir.
Cənubi Zabaykalyedə şabalıdı torpaqlar dağlararası çökəkliklərdə yüngül prolüvial-delüvial çöküntülər
üzərində formalaşmışdır.
Bitki örtüyü. Quru bozqırlar zonasının bitki örtüyü yekcins deyildir. Onun üçün alçaq boyluluq,
komplekslilik və seyrəklilik səciyyəvidir. Bitkilərin layihə örtüyü 50-70 %-dən çox deyildir. Cənuba doğru bitki
örütyünün rəngarəngliyi artır.
Tünd şabalıdı torpaqlar yarımzonasında bitki örtüyü şiyav-dovşantopalı bozqırları ilə təmsil olunmuşdur.
Bura şiyav, dovşantopalı, nazikbaldır və otmüxtəliflikləri daxildir; şabalıdı torpaqlar yarımzonasında yovşan-
şiyav və yovşan-şiyav-dovşantopalı bozqırları; açıq-şabalıdı torpaqlar yarımzonasında dovşantopalı-yovşan və
yovşan-dovşantopalı və xeyli efir və efemerid qrıışıqları yayılmışdır. Burada kol bitkilərinin də xüsusi yeri
vardır. Kol bitkilərindən qaraqan və tavolqa daha geniş yayılmışdır.
Ağac bitkilərindən çay vadilərində və yarğanların qıraqlarında palıd, titrək qovaq, tatar ağcaqayını, bozqır
albalısı geniş yayılmışdır. Qazaxıstan xırdatəpəliyində qranit süxurların səthə çıxdığı yerlərdə şam ağacları
bitmişdir.
Dostları ilə paylaş: |