§ 96. Donuşlu –tayqa torpaqları
Genezisi. Donuşlu-tayqa torpaqları Yenisey çayından
şərqdə Şərqi Sibir donuşlu-tayqa vilayətində şimali və orta
tayqanın açıq iynəyarpaq meşələri altında formalaşmışdır.
Donuşlu-tayqa torpaqların ümumi sahəsi 200 mln.ha-dır.
Burada torpaqəmələgəlmə prosesi çoxillik donuşluq
şəraitində baş verir. Torpaq ilin 7-8 ayrı mənfi temperatura
malik olur. Yayda torpağın ərimiş qatı çoxillik donuşluğa
kimi donur. Çoxillik donuşluq və temperatur rejiminin
xüsusiyyətləri donuşlu-tayqa torpaqların inkişafına böyük
təsir göstərir.
285
Vegetasiya dövründə torpaq profilinin mənfi temperaturu bitkilər tərəfindən qida maddələrinin udulmasını
çətinləşdirir, onların inkişafını zəiflədir və bitki qalıqlarının parçalanmasını ləngidir. Bütün bunlar maddələrin
bioloji dövranını zəiflədir.
Çoxillik donuşluq su və istilik rejiminə, mikrorelyefin formalaşmasına, kimyəvi və fiziki-kimyəvi
proseslərin gedişatına təsir göstərir. Torpağın üst horizontlarının ilin soyuq dövründə güclü donması və ya ilin
isti dövründə quruması kapilyar-asılmış, zəifrabitəli və buxarabənzər suyun və torpaq məhlulunun torpağın
səthinə doğru hərəkətini törədir. Lakin profilin aşağısında çoxillik donuşluğun soyuq ekranı nəmliyin bu
formalarının aşağıya, donuşluğa doğru hərəkətini yaradır. Bununla əlaqədar torpağın profilində maddələrin
akkumulyasiyasının iki mərkəzi yaranır: üst horizont və aşağı donuşluqüstü horizont.
Kriogen hadisələrin donuşlu-tayqa torpaqların genezisində və onların xassələrinin və istehsalat
xüsusiyyətlərinin formalaşmasında oynadığı rolu nəzərə alaraq bəzi tədqiqatçılar (Y.M.Naumov, 1972) onları
kriozem adlandırmağı təklif etmişlər.
Təsnifatı. Donuşlu-tayqa torpaqlar kifayət qədər öyrənilməmişdir və ona görə də onların sistematikası
işlənməmişdir. Yalnız iki qrup ayrılır – donuşlu-tayqa qleyli və donuşlu-tayqa qleysiz (kriozem). Bu torpaqlar
içərisində donuşlu-tayqa qleyli torpaqlar daha geniş yayılmışdır.
Donuşlu-tayqa qleyli torpaqların səthində yuxa meşə döşənəyi vardır, ondan aşağıda boz-yaşılımtıl
qleyləşmiş horizont yerləşmişdir ki, o da rəngini demək olar ki, dəyişmədən donuşlu horizonta keçir. Bu
torpaqlar yarımhidromorfdurlar, podzollaşmamış və ya zəif podzollaşmışlar. Turş reaksiyaya malikdirlər. Yayda
50-100 sm dərinliyə kimi donuşluqdan açılırlar.
Donuşlu-tayqa gillicəli və gilli torpaqların ən əhəmiyyətli xüsusiyyəti – torpaq kütləsinin kriogen (donuşlu)
hadisələrin təsiri altında qarışmasıdır. Torpaq kütləsinin şaquli və üfüqi istiqamətdə qarışması zamanı
horizontların qarışması baş verir. Nəticədə torpaq profili tədricən və fasiləsiz olaraq “cavanlaşır”. Bu cür
torpaqlarda suyun aşağı-yuxarıya doğru hərəkəti yoxdur, eyni zamanda illüvial və elüvial proseslər də müşahidə
edilmir. Yalnız bütün torpaq kütləsinin hərəkəti baş verir.
Formalaşdığı mühit şəraitindən asılı olaraq donuşlu-tayqa qleyli torpaqlar təbəqələşməmiş və təbəqələşmiş
(o cümlədən podzollaşmış) torpaqlara bölünürlər.
Təbəqələşməmiş torpaqlar əsasən donuşlu vilayətin az yağıntılı (150-250 mm) kontinental əyalətində (RƏ
yayda 0,2-0,5) əmələ gəlmişlər.
Bu cür torpaqların profili üst orqanogen horizontdan (torflu, humuslu – və ya torflu-çürüntülü) və aşağıda
onu əvəz edən qonur, qəhvəyi-qonur və ya yaşılımtıl rəngli təbəqələşməmiş mineral qatdan ibarətdir. Donuşlu
çatlar yuxarı hissədə orqanogen horizontların torf kütləsi ilə dolmuşdur. Qleyləşmə prosesi ya donuşluqüstü
başdan-başa və ya lokal gleyləşmə şəklində ifadə olunmuşdur. Bu torpaqların bəzi fiziki-kimyəvi, fiziki və
kimyəvi xassələri cədvəl 88-də verilmişdir.
Cədvəl 88
Donuşlu-tayqa qleyli torpaqların səciyyəsi
Genetik
horizontlar
pH duz
çəkimi
Humu
s, %
Cht/Cft
Ca
2+
+Mg
2
+
H
+
Hidroloji
turşuluq
m-ekv/100 qr torpaqda
Təbəqələşməmiş
A
o
A
1
4,1 46,1 0,5 24,2 9,1
-
(A)B 5,4
1,6 0,5 15,4
0,2 -
B
1
5,6
1,8
0,9
16,9
0,1 -
B
2
5,9 2,8 - 18,4 0,1 -
C 6,0
2,2
- 17,9
- -
Təbəqələşmiş
A
o
A
1
4,3 2,3 0,5 15,3 - 7,0
AB 3,7
2,5
0,4 12,8 - -
B
1
3,9
1,5
0,6
12,7
- 6,6
B
2
4,2 1,9 - 15,3 -
-
BC 4,4
2,5 - 13,5 - 4,8
C 4,8
1,3
0,6
20,4
- 3,2
Genetik
horizontlar
Fraksiyaların
qranulometrik
tərkibi, %
Torpağın ümumi tərkibi, %
< 0,01
<
SiO
2
Fe
2
O
3
Al
2
O3
286
0,001
Təbəqələşməmiş
A
o
A
1
39
23
65,7 5,8 17,7
(A)B
46
19
69,9 5,5 16,6
B
1
47
19
69,3 5,6 16,9
B
2
47
19
69,2 5,6 16,9
C
46
19
69,0 5,7 17,5
Təbəqələşmiş
A
o
A
1
39 17 71,9
4,9
16,2
AB 45 18 71,3
5,5
16,6
B
1
45
17 71,9
5,4
16,3
B
2
50 22 69,8
5,8
17,6
BC 53 24 68,4
5,8
18,5
C 50
21 69,0
5,8
17,5
Təbəqələşmiş donuşlu-tayqa qleyli torpaqlar əsasən donuşlu-tayqa vilayətinin humid (nadir hallarda
yarımhumid) əyalətlərində yayılmışdır. Ərazilərdə düşən yağıntıların illik miqdarı 400-500 mm və rütubətlənmə
əmsalı (RƏ) isə yay mövsümündə 1-dən böyükdür. Bu torpaqlar lil hissəciklərinin, SiO
2
və R
2
O
3
mineral qatda
elüvial-illüvial paylanmasının aşkar ifadəsinə görə seçilir. Onlar daha turş olub, krioturbasiya (horizontların
qarışması) proseslərinə az məruz qalmışlar.
Donuşlu tayqa qleyli torpaqlar zəif bioloji fəallığı və aşağı münbitliyi ilə fərqlənir. Onlardan kənd
təsərrüfatında istifadə etməkdən ötrü yüksək dozada gübrələrin və əhəngləşdirmənin tətbiqi tələb olunur.
Sarımtıl torpaqlar. Şimal və orta tayqada kəskin kontinental yarımquraq şəraitdə Şərqi Sibirin donuşlu-
tayqa vilayətində avtomorf sarımtıl torpaqlar qrupu inkişaf etmişdir. Sarımtıl torpaqların aşağıdakı tipləri vardır:
sarımtıl, sarımtıl-karbonatlı, sarımtıl-podzol, sarımtıl-boz.
Bu torpaqlar içində Yakutiyada orta tayqada yumşaq karbonatlı süxurlar üzərində formalaşmış sarımtıl-
karbonatlı torpaqlar daha yaxşı öyrənilmişdir. Bu torpaqlar aşağıdakı morfoloji əlamətlər və xassələr ilə
səciyyələnir.
Qalınlığı 2-3 sm-dən çox olmayan meşə döşənəyi (A
o
) altında bozumtul-qəhvəyi rəngə çalar və qalınlığı
15-20 sm arasında tərəddüd edən humus horizontu (A
1
) yerləşmişdir. Humus horizontu tədricən B horizontuna
keçir. B horizontun daxilində bir çox hallarda B
1
(qalınlığı 10-30 sm) və B
2
(qalınlığı 30-40 sm) sərbəst qatlar
kimi ayrılır. B
2
horizontunda CaCO
3
toplanması müşahidə edilir. C horizontu lösabənzər gillicə və təmiz buz
layları ilə təmsil olunmuşdur.
Bu torpaqların reaksiyası neytral və zəif qələvidir. A
1
horizontunda humus 3%, ondan aşağıdakı horizontda
1,5%-ə qədərdir. Udma kompleksi əsaslarla tam doymuşdur və udma tutumu 35 mq-ekv-dir. Mübadilə olunan
əsasların 55-70%-i kalsium, 15-35%-i maqnezium və 3-10%-i natriumun payına düşür. Ümumi analiz torpaq
profilinin SiO
2
, Al
2
O
3
və Fe
2
O
3
miqdarına görə yekcins olduğunu göstərir.
Sarımtıl torpaqların yayıldığı ərazilərdə əkinçilik nisbətən yaxşı inkişaf etsə də, lokal xarakter daşıyır.
Burada tərəvəz və taxıl bitkiləri (əsasən arpa) yetişdirilir.
Podbur torpaqlar. Şimali və orta tayqa yarımzonasının soyuq humid vilayətlərində yüngül və çınqıllı
süxurlar üzərində podzollaşma əlamətləri olmayan və yuxarı mineral horizontu qonur rəngə çalan torpaqlara
təsadüf etmək mümkündür. Bu torpaqlar əvvəllər müxtəlif adlarla adlandırılmışdır: podzolöncəsi, gizlipodzol,
donuşlu-tayqa dəmirli, turş neopodzol və s. Hazırda bu torpaqlar sərbəst genetik tip kimi ayrılmış və podbur
(Azərbaycan variantında da bu ad saxlanmışdır) adlandırılmışdır.
Podbur torpaqların profilinin aşağıdakı əlamətləri vardır: A
o
– torflaşmış döşənək; A
o
A
1
– torflu-çürüntülü
və ya çürüntülü tünd-qəhvəyi horizont, əsasən üzvi qalıqların kobud skeletli mineral kütlə ilə qarışığından
ibarətdir; B – tünd-qəhvəyi və ya qəhvəyi-qonur rəngli humuslu-dəmirli-ilüvial horizont. Qleyləşmə əlamətləri
nəzərə çarpmır.
Orqanogen horizontdan daxil olan mütəhərrik turş aqressiv fulvatlı humus mineral horizontlarda iki
prosesin inkişafına səbəb olur: ilkin mineralların torpaqdaxili aşınmasına və profildən qələvilərin, qələvi-torpaq
elementlərin, silisiumun kənarlaşmasına və törəmə gilli mineralların və dəmir və alüminium hidroksidlərinin
toplanmasına; dəmir və alüminiumun orqanogen birləşmələrinin profilin üst hissəsində elüvial –ilüvial
paylanmasına.
Bir sıra səbəblərdən (iqlimin kəskin soyuqluğu, süxurun Al və Fe-la zənginliyi, torpağın cavan olması)
podbur torpaqlarda aşınma zamanı biryarım oksidlərin toplanması prosesinin intensivliyi onların yuyulma
intensivliyini üstələyir. Ona görə də podbur torpaqların profilində Fe və Al hidroksidlərinin toplanması onların
paylanmasını üstələyir və elüvial horizontlar bu birləşmələrdən kasıblaşmır və rəngini dəyişmir (açıqlaşmır).
Kamçatkada zəngin ot örtüyü olan tozağacı meşələri altında küli-vulkanik torpaqlar geniş yayılmışdır.
Onlar qumsal və gillicəli qranulometrik tərkibli vulkan küli üzərində formalaşmışdır. Bu torpaqlar lay-lay
287
quruluşa malikdir. Vaxtaşarı vulkanik fəaliyyət nəticəsində torpaq səthinə külün düşməsi səbəbindən
podzollaşma prosesinin inkişafının ləngiməsini müşahidə etmək mümkündür. Kamçatkada küli-vulkanik
torpaqlar kobud və çox mütəhərrik humus tərkibinə malikdirlər. Onun miqdarı üst horizontda 7-15 %-ə çatır.
Torpaqlar əsaslarla doymamışdır. Onlar turş reaksiyaya malikdirlər.
Uzaq Şərqin tayqa meşələrində qonurtayqa torpaqları yayılmışdır. Onların torpaq profili aşağıdakı
quruluşu ilə səciyyələnir: A
o
– A
1
– B
1
BC – C. Bu torpaqlarda humusun miqdarı üst horizontda yüksək (20-
24%) olub, B
1
horizontunda kəskin şəkildə aşağı (5-6%) düşür. Bu torpaqlar da turş reaksiyaya malik olub,
əsaslarla doymamışdır. Lakin onlarda podzollaşma əlaməti ya zəif ifadə olunmuş, ya da tamamilə yoxdur.
Mövsümi səthi izafi nəmlənmə və elüvial-qleyləşmə prosesi şəraitində açıq rəngli A
2
horizontuna (tayqa
ağartması) malik qonurtayqa qleyli torpaqlar formalaşmışdır.
§ 97. Tayqa-meşə zonasının torpaq örtüyünün strukturu
və kənd təsərrüfatında istifadəsi
Torpaq örtüyünün strukturu. Zonanın torpaq örtüyü xırda konturluluğu, avtomorf və müxtəlif dərəcədə
hidromorfluluğa malik torpaqların, həmçinin eroziyaya uğramış torpaqların geniş kombinasiyalar yaratması
ilə səciyyələnir.
Mikrorelyefin inkişafı ilə əlaqədar burada xal-xal və kompleks formalar geniş yayılmışdır. Xal-xal forma
müxtəlif dərəcədə podzollaşmış torpaqlardan, komplekslər isə avtomorf və yarımhidromorf torpaqların
mikrokombinasiyalarından ibarətdir.
Birləşmələrdə çox vaxt xal-xal və komplekslərin konturları iştirak edir ki, bu da tarlanın ayrı-ayrı
sahələrində və münbitliyin səviyyələrində xeyli yekcinslik yaradır. Ona görə də tayqa-meşə zonasında
torpaqlardan düzgün istifadənin vacib şərti kimi torpaq örtüyünün strukturunu nəzərə almaqla ayrı-ayrı sahələrin
torpaqlarının münbitliyindəki fərqlərin aqrotexniki vasitələrlə hamarlanmasıdır.
Təpəli-morenli relyefə malik ərazilərdə (Valday yüksəkliyi, Klin-Dmitrov silsiləsində və s.) torpaq
örtüyünün strukturunda müxtəlif podzollaşma və eroziya dərəcəsinə malik torpaqların çökəkliklərin bataqlaşmış
torpaqları ilə kontrastlı birləşmələr yaratması səciyyəvidir.
Örtük gillicələrdən təşkil olunmuş yüksək sahələrin torpaq örtüyünün strukturunda müxtəlif dərəcədə
podzollaşmış çimli-podzol torpaqların çimli-podzol səthdən qleyli torpaqlarla yaratdığı kontrastsız sadə xırda
konturlu birləşmələr daha geniş yayılmışdır. Bu cür birləşmələr çox vaxt dayaz dərə-yarğan şəbəkəsinin çimli-
qleyli və çimli-podzol qleyli torpaqlarının konturları vasitəsilə mürəkkəbləşmişdir. Düzən sahələrdə isə çimli-
qleyli, bataqlıq-podzol və bataqlıq torpaqların kontrastlı birləşmələri hakimdir.
Polesiyada yüksəklik (“quru”) sahələrin torpaq örtüyünün strukturu müxtəlif dərəcədə podzollaşmaya
məruz qalmış çimli-podzol torpaqların çimli-podzol səthdən qleyli torpaqlarla kontrastsız və həmçnin çimli-
podzol torpaqların çimli-podzol qleyvarı və qleyli ilüvial-dəmirli-humuslu torpaqlar kontrastlı birləşmələrindən
ibarətdir. Sonuncu çökək sahələrdə yayılmışdır.
Kənd təsərrüfatında istifadəsi. Tayqa-meşə zonası əkinçilik və heyvandarlığın inkişafı üçün böyük
imkanlara malikdir. O, bir çox kənd təsərrüfatı bitkilərini yetişdirməyə imkan verən əlverişli iqlim şəraitinə
malikdir. Burada taxıl (payızlıq və yazlıq), dənli-paxlalı, lifli, kökümeyvəli (kartof və s.), tərəvəz, birillik və
çoxillik otlar, həmçinin müxtəlif giləmeyvə və meyvə bitlkiləri yetişdirilir.
Kənd təsərrüfatı baxımından zonanın cənub və qərb rayonları daha çox, şimal rayonları isə az
mənimsənilmişdir. Şərqi Sibir və Uzaq Şərqdə əkin sahələri ərazinin cəmi 0,6 %-ni təşkil edir.
Zonanın qədimdən becərilən torpaqları və kənd təsərrüfatı istifadəsi üçün yararlı hesab olunan torpaqların
böyük hissəsi aşağı münbitliyə malikdir və mədəniləşdirilməyə ehtiyac duyur. Bu torpaqlar zəif strukturlu, turş
olub, tərkibində humus və qida maddələrinin miqdarı azdır. Bir çox rayonlarda sahələr üçün iri valun daşların
yayılması, izafi nəmlənmə və xırda konturluluq səciyyəvidir. Kənd təsərrüfatı istifadəsi üçün zonanın cənub
rayonları (Baltikyanı ərazilər, Belarus, Orta Rus, Vyatka-Kama) daha əlverişlidir. Burada becərilən sahələr 30-
40% təşkil edir.
Torpaqları mədəniləşdirməkdən, münbitliyinin səviyyəsini yüksəltməkdən və kənd təsərrüfatı bitkilərindən
sabit və yüksək məhsul almaqdan ötrü kompleks aqrotexniki, meliorativ və başqa tədbirlərin həyata keçirilməsi
tələb olunur. Onlardan ən vacibləri aşağıdakılardır: torpağın düzgün becərilməsi, üzvi və mineral gübrələrin
tətbiqi, torpaqların əhəngləşdirilməsi, çoxillik otların səpilməsi, qalın mədəniləşmiş əkin qatının yaradılması,
torpaqda izafi nəmliklə mübarizə, torpaqların daşlardan təmizlənməsi, əkin sahələrinin iriləşdirilməsi. Bu
tədbirlərdən maksimum effekt düzgün əkin dövriyyəsi fonunda əldə edilir.
Torpağın düzgün becərilməsi torpaqların mədəniləşdirilməsində, kənd təsərrüfatı bitkilərindən yüksək
məhsul alınmasında, torpağın su, hava və istilik rejiminin yaxşılaşdırlmasında, mikrobioloji proseslərin güclən-
dirilməsində mühüm rol oynayır.
Üzvi və mineral gübrələrin tətbiqi. Tayqa-meşə zonasının torpaqları qida maddələri ilə pis təmin olunsa da,
kifayət qədər nəmlidir. Ona görə də gübrələmə burada yüksək səmərəyə malikdir. Gübrələnmiş torpaqlarda taxıl, tə-
288
rəvəz, meyvə və başqa bitkilərin məhsuldarlığı gübrələnməmiş torpaqlarla müqayisədə 2-3 dəfə yüksək olur. Bundan
başqa, gübrələnmiş torpaqlarda becərilən bitkilər qışlama şəraitinə, xəstəlik və zərərvericilərə qarşı davamlı olur.
Əlverişsiz xassə və rejimlərə malik torpaqlarda (turş, izafi nəmli, eroziyaya uğramış, daşlı və s.) gübrələmə
yalnız mədəniləşdirmənin digər tədbirləri (əhəngləşdirmə, izafi nəmliyin götürülməsi, əkin qatının
qalınlaşdırılması, eroziya ilə mübarizə və s.) ilə kompleksdə ən yaxşı səmərəyə malikdir.
Podzol və çimli-podzol torpaqlarda bitkilərin ən çox azot və fosfor gübrələrinə, sonra kalium gübrələrinə
ehtiyacı vardır. Azot gübrələrinin tətbiqi zamanı torpağın humusluluğunun və qranulometrik tərkibinin nəzərə
alınması vacibdir. Çimli-podzol və subasar torpaqlar daha yaxşı nitrifikasiya xassəsinə malikdir. Humusun
miqdarı nə qədər az, turşuluğu və podzollaşması nə qədər çox olarsa, nitrifikasiya qabiliyyəti bir o qədər aşağı
olacaqdır. Çimli-podzol qumsal və qumlu torpaqlar aşağı nitrifikasiya qabiliyyəti ilə səciyyələnir. Nitrat azot
gübrələri su rejiminin yuma tipində torpaqdan asanlıqla yuyula bilir, ona gərə də onların səpin qabağı və
vegetasiya müddətində torpağa verilməsi tövsiyə olunur. İzafi nəmlik rejiminə malik torpaqlarda azot itkisi
denitrifikasiya prosesləri hesabına baş verir. Bu cür torpaqlarda su-hava rejiminin tənzimlənməsi və azot
gübrələrinin ammonyak formalarının tətbiqi tələb olunur.
Çimli-podzol və podzol torpaqlar fosforla pis təmin olunmuşlar. Çüclü turş və fəsli səthi izafi nəmlənmə
rejiminə malik torpaqlar daha çox əlverişsiz fosfat rejimə malikdirlər. Bu cür torpaqlarda dəmir və alüminiumun
mütəhərrik formalarının yüksək miqdarı fosfor turşularını çətin həll olunan birləşməyə çevrilir. Bu halda fosfor
gübrələrinin lokal şəkildə verilməsi daha çox məqsədəuyğundur.
Bir qədər əlverişli aqrokimyəvi xassələri
(turşuluğun və mütəhərrik alüminiumun azlığı, udulmuş əsaslarını cəminin çoxluğu) olan torpaqlarda bitkilər
fosfor gübrələrinin tətbiqinə müsbət reaksiya göstərir.
Mütəhərrik kaliumun miqdarı torpağın qranulometrik tərkibi ilə sıx əlaqədardır. Yüngül torpaqlar üçün
kaliumun az və çox az miqdarda olması səciyyəvidir.
Tayqa-meşə zonasında münbitliyin yüksəldilməsində üzvi gübrələrin (peyin, müxtəlif növ kompostlar və s.)
tətbiqinin böyük əhəmiyyəti vardır. Onlar təkcə qida elelmentlərinin, xüsusən də azot və fosforun mənbəyi
deyillər, onlar torpaqda humusun artırılmasının, torpağın aqrofiziki xassələrinin, mikrobioloji rejiminin
yaxşılaşdırılmasının, turşuluğunun aşağı salınmasının ən əhəmiyyətli vasitəsidir.
Yüngül torpaqlarda münbitliyin yüksəldilməsində dəyərli vasitə yaşıl gübrələrdir. Üzvi və mineral
gübrələrin, həmçinin yaşıl gübrələrin uzun müddət tətbiqi çimli-podzol torpaqlarda humusluluğun
yaxşılaşmasına səbəb olur.
Torpağın əhəngləşdirilməsi. Çimli-podzol torpaqlarda yüksək turşuluq kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığını aşağı salır. Əhəngləşdirmə bitknin inkişafını ləngidən və məhsuldarlığını azaldan izafi
turşuluğun səviyyəsini aşağı salır, torpağın fiziki xassələrini yaxşılaşdırır, gübrələrin səmərəliliyini və
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır.
Çoxillik otların əkilməsi. Çoxillik otların əkilməsi torpaqda üzvi maddələrin, humus, azot və küli
maddələrin bitkinin mənimsəyə bildiyi formalarının toplanmasına, torpağın strukturunun və su-fiziki
xassələrinin yaxşılaşmasına səbəb olur. Çoxillik otlar mikroorqanizmlərin inkişafını və biokimyəvi
proseslərin fəallığını stimullaşdırır.
Qalın mədəni əkin qatının yaradılması. Çimli-podzol torpaqlarda mədəni bitkilərin köklərinin 85-
95% -i qalınlığı adətən 20-22 sm-dən çox olmayan əkin qatında cəmlənmişdir. Əkin qatıının həcmi və
dərinliyi artdıqca, bitkinin üst və alt hissələrinin yaxşı inkişafı üçün əlverişli şərait yaranmış olur.
Yaxşı mədəniləşmiş, qalınlığı 25-30 sm-ə çatdırılmış əkin qatında qida maddələrinin və məhsuldar
nəmliyin böyük ehtiyatı təmin olunur. Qalın əkin qatı çimli-podzol torpaqlarda əkinaltı horizontun
yumşaldılması hesabına əldə edilir.
İzafi nəmliklə mübarizə. İzafi nəmlik torpaqların aqronomik xassələrinə və əkinçiliyin xarakterinə
əhəmiyyətli dərəcədə təsir göstərir. Bu cür torpaqlarda yaz tarla işləri ləngiyir, payızlıq buğda qismən
və tamamilə məhv olur, yay və payızda yığım işləri çətinləşir, torpaqlarda azot və fosfor rejimi pozulur
və s. İzafi nəmliyin səviyyəsini aşağı salmaqdan ötrü aqrotexniki tədbirlərlə yanaşı, o qədər də
mürəkkəb olmayan aqromeliorativ tədbirlərin də həyata keçirilməsi tələb olunur.
Torpaqların daşlardan təmizlənməsi. Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) yaxşılaşdırılması
onların daşlardan (valunlardan) təmizlənməsini tələb edir. Daşlı torpaqlarda kənd təsərrüfatı
texnikasının və mexanizmlərinin tətbiqi zamanı bir sıra çətinliklər ortaya çıxır: maşınların hərəkəti
aşağı düşür, mexanizmlər və alətlər tez-tez sınır, iri valun daşlar ətrafında alaq otları toplanır və s.
Rusiyanan qeyri-qaratorpaq zonasında daşlı torpaqların ümumi sahəsi 14 mln.ha təşkil edir.
Əkin sahələrinin iriləşdirilməsi. Tayqa-meşə zonasında kənd təsərrüfatı yerləri (əkin, biçənək)
kiçik sahələrdən ibarətdir. Bu da müasir maşın və mexanizmlərin tətbiqini xeyli çətinləşdirir. Ona görə
də mümkün olan yerlərdə əkin sahələrinin iriləşdirilməsi iqtisadi nöqteyi-nəzərdən səmərəli vasitə
hesab olunur.
289
XXIX FƏSİL. BATAQLIQ TORPAQLAR
Bataqlıq torpaqların əsas hissəsi tayqa-meşə və tundra zonalarında (Belarus Respublikası, Rusiyanın
Kareliya və Komi Respublikalarında, Murmansk, Arxangelsk, Leninqrad, Voloqda quberniyalarında, Qərbi
Sibir ovalığında və Uzaq Şərqdə) yerləşmişdir. Bu ərazilərdə bataqlıq torpaqların ümumi sahəsi 100 mln.ha
təşkil edir. Bunun 23 mln.ha-ı əsas etibarilə Qərbi Sibirin payına düşür.
Bataqlaşmanın və bataqlıqəmələgəlmənin iki əsas tipini fərqləndirirlər: qurunun bataqlaşması və su
hövzələrinin torflaşması.
Qurunun bataqlaşması. Bataqlıq torpaqlarının əsas massivi qurunun bataqlaşması nəticəsində əmələ
gəlmişdir. Bu onu törədən suyun mənşəyindən və kimyəvi tərkibindən asılı olaraq özünü müxtəlif formalarda
göstərir.
Atmosfer suları vasitəsilə səthi bataqlaşma ağır süxurlardan təşkil olunmuş hamarlanmış sahələrdə baş
verir. Bu bataqlıqlar çökək sahələrdə səth sularının toplanması nəticəsində yaranır. Bu tip suların tərkibində həll
olmuş qida maddələrinin miqdarı az olur. Səthi bataqlaşmanın başlanğıc mərhələsində çürüntülü-podzol
səthdən qleyləşmiş torpaqlar formalaşır. Bu torpaqlar üçün üst horizontda üzvi maddələrin böyük miqdarı (15-
20%-ə kimi) və A
1
, A
2
və A
2
B horizontlarında qleyləşmə əlamətlərinin olması səciyyəvidir. Bundan sonra
humus horizontu tədricən torflaşmaya məruz qalır və sonra torpağın səthində sərbəst torf horizontu əmələ gəlir.
Nəticədə torflu və ya torflu-podzol-qleyli torpaqlar əmələ gəlir. Torf qatı qalınlaşdıqca bu torpaqlar da üst
bataqlıq torflu torpaqlara çevrilir.
Şirin (yumşaq) qrunt suları vasitəsilə bataqlaşma suyadavamlı ağır morenli və ya göl çöküntülərini örtən
karbonatsız, əsasən yüngül süxurlar üzərində formalaşmışdır. Bu cür şəraitdə atmosfer yağıntılarının torpaqdan
sızması torpaq profilinin izafi nəmlənməsinə gətirib çıxaran torpaq-qrunt suyunun yüksək durumuna səbəb olur.
Bataqlaşma aşağı horizontlarda (B
2
, BC, C) qleyləşmənin inkişafı və torflu döşənəyin, sonra isə torflu
horizontun formalaşması ilə başlayır. Şirin qrunt suları vasitəsilə bataqlaşmanın sabit inkişafı üst bataqlıqların
bataqlı-podzol, sonra isə torflu-qleyli və torflu torpaqlarının yaranmasına səbəb olur.
Sərt qrunt suları vasitəsilə bataqlaşma. Sərt qrunt sularının tərkibində çoxlu miqdarda müxtəlif mineral
birləşmələr, ilk növbədə Ca(HCO
3
)
2
vardır. Bu cür şəraitdə atmosfer sularından fərqli olaraq bitki üçün daha
əlverişli qida rejimi yaranır. Rütubətsevən ot bitkiləri yaxşı inkişaf edir. Kalsium bikarbonatın daim olması
neytrala yaxın və zəif qələvi reaksiya yaradır. Belə reaksiya şəraitində humuslaşma prosesi sürətlə gedir və
əmələ gəlmiş humus maddəsi isə neytrallaşaraq, kalsium ionu tərəfindən torpağa bərkidilir. Bu cür şəraitdə
çimli-qleyli torpaqlar formalaşır. Sərt qrunt suyunun yaratdığı sabit və uzunmüddətli izafi nəmlənmə torpağın
səthində torflu horizontun yaranmasına gətirib çıxarır və çimli-qleyli torpaqlar tədricən aşağı bataqlı torflu
torpaqlara çevrilir. Bataqlıq torpaqlar zaman ərzində dəyişərək bir mərhələdən digərinə keçir.
Su hövzələrinin torflaşması. Torflu bataqlıq torpaqların yaranması su hövzələrinin (göl, qurumuş çay
yatağı və s.) torflaşması nəticəsində də baş verir. Ölmüş plankton (yosun, malyusk və s.) kütləsi dibdə mineral
lillə qarışaraq, sapropel ( çürüntülü lil) yaradır. Bu kütlə tədricən daha bərk üzvi-mineral kütləyə - sapropelitə
çevrilir. Su hövzəsi sapropelitlə dolduqca, sahildən başlayaraq üzərində suda-quruda yaşayan bitkilər – qamış və
s. məskən salır. Bu bitkilər də öldükcə onların qalıqları dayazlıqları doldurur. Bundan başqa torfun
yaranmasında suda üzən bitkilər də iştirak edir. Bu bitkilərin qalıqları suyun səthində kifayət qədər qalın sıx
təbəqə əmələ gətirir. Bu üzən kütlənin aşağı hissəsi zaman-zaman qoparaq dibə çökür. Beləliklə, tədricən su
hövzəsinin üstdən başlayaraq dibə kimi torflaşması prosesi gedir. Suyun səthinə çıxmış torf kütləsinin üzərində
müxtəlif bataqlıq bitkiləri məskən salır. Torflaşmış su hövzələrində torf qatının qalınlığı bəzən 15 m və daha
çox olur.
Dostları ilə paylaş: |