Qərib Məmmədov


§ 100. Boz meşə torpaqları



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   37   38   39   40   41   42   43   44   ...   52
§ 100. Boz meşə torpaqları 
 
Genezisi.  Boz meşə torpaqları morfoloji əlamət və xassələrinin məcmusuna görə  cənubi tayqa 
yarımzonasının çimli-podzol torpaqlarından meşə-bozqır zonasının qaratorpaqlarına keçid təşkil edir. Çimli-
podzol torpaqlardan fərqli olaraq onlar daha çox humusluluq göstəricisinə  və az 
podzollaşma əlamətinə malikdir.  
Boz meşə torpaqları profilin aşağıdakı göstəriciləri ilə səciyyələnir. Xam torpaqlar 
səthdə meşə döşənəyinə (A
o
) və ya çim (A
ç
) horizontuna malikdir. Çim və ya meşə 
döşənəyinin altında humuslu təbəqə yerləşmişdir. Boz meşə torpaqlarının əsas morfoloji 
əlaməti – humuslu təbəqənin 2 horizonta bölünməsidir. Birinci yuxarı horizont – tünd 
rəngli humus horizontu A
1
  və ondan aşağıda yerləşmiş ikinci keçid horizontu və ya 
humuslu-podzollu (humuslu-elüvial) horizont A
1
A
2
. Sonra keçid horizontu A
2
B gəlir ki, 
ondan da  aşağıda ilüvial horizont B yerləşmişdir. B horizontu tədricən 
torpaqəmələgətirən süxur C horizontuna keçir. Torpaq profilinin aşağı qatlarında (120-
200 sm) adətən karbonat ləkələrinə rast gəlmək mümkündür. Ukrayna və Orta Rus 
əyalətlərində suayrıcı sahələrdə yerləşmiş boz meşə torpaqlarıının profilində 
karbonatlara təsadüf olunmur, onlar dərin qatlarda yuyulmuşdur. 
Boz meşə torpaqlarının genezisinin öyrənilməsi V.V.Dokuçayev, S.İ.Korjinskiy, 
İ.V.Tyurin, V.R.Vilyams, V.İ.Taliyev və başqalarının adları ilə bağlıdır. 
V.V.Dokuçayev boz meşə torpaqların meşə-bozqır zonası  şəraitində ot örtüyü olan 
enliyarpaq meşələr altında formalaşmış  sərbəst zonal torpaq kimi baxırdı. 
V.V.Dokuçayevin fiktincə, açıq-boz və boz torpaqlar meşə bitkilərinin təsirinə çox, ot 
bitkilərinin təsirinə az, tünd boz meşə torpaqları isə, əksinə, meşə bitkilərinin təsirinə az, 
ot bitkilərinin təsirinə çox məruz qalmışdır. 
S.İ.Korjinski boz meşə torpaqların qara torpaqların meşələşməsi nəticəsində 
yaranması hipotezini irəli sürmüşdür. O, hesab edirdi ki, podzol torpaqların 
formalaşması meşə bitkilərinin təsiri altında baş  verir.    Ona  görə  də qara torpaqlar 
üzərində meşə bitkilərinin məskən salması onların  əhəmiyyətli dərəcədə  dəyişməsinə 
(deqradasiyasına) gətirib çıxarır: humus tədricən dağılır, struktur itir və s. Podzollaşmış 
qaratorpaqlar, açıq-boz, boz və tünd boz torpaqlar, müəllifin nəzərincə, qara torpaqların 
deqradasiyası nəticəsində yaranmışdır. 
Meşələrin yayıldığı  ərazilərin cənub sərhədi, doğrudan da, zaman-zaman 
dəyişikliklərə məruz qalmışdır. Lakin bu dəyişikliklər böyük miqyasda olmamışdır. Süni 
salınmış meşələr altında qaratorpaqların öyrənilməsi qaynama xəttinin bir qədər aşağı 
düşdüyünü göstərir. Lakin qaratorpaq zonasında bu meşələr  bütövlükdə torpaq xassələri 
kompleksinin yaxşılaşmasına səbəb olmuşdur: humusun miqdarı artmış, mübadilə 
olunan  əsasların cəmi yüksəlmiş, torpağın fiziki və su-fiziki xassələri yaxşılaşmış, 
mikrobioloji fəaliyyət güclənmişdir. 
Başqa  deqradasiya nəzəriyyəsi V.İ.Taliyev və P.N.Krılov tərəfindən irəli 
sürülmüşdür. Müəlliflərin fikrincə, boz meşə torpaqları çimli-podzol torpaqlardan 
iynəyarpaq meşələrin enliyarpaq meşələr və  çəmən-bozqır bitkiləri ilə  əvəz edilməsi 
nəticəsində yaranmışdır. V.R.Vilyams da bu müəlliflərin fikrinə yaxın fikir söyləmişdir. 
Onun nəzərincə, çimləşmə  və podzollaşma proseslərinin meşə-bozqır zonasında təbii 
birləşməsi nəticəsində boz meşə torpaqları yaranmışdır. 
Maddələrin bioloji dövranının, podzollaşma və çimləşmə proseslərinin 

 
298
öyrənilməsinə dair eksperimental materiallar V.V.Dokuçayevin boz meşə torpaqlarının sərbəst tip olması haqda 
baxışlarının düzgünlüyünü sübut etdi. 
Meşə-bozqır zonasında podzollaşma prosesi tayqa-meşə zonasından fərqli olaraq zəif formada təzahür edir. 
Burada çimləşmə prosesi üçün daha əlverişli şərait mövcuddur.  
Ot örtüyü yaxşı inkişaf etmiş enliyarpaq meşələrdə  hər il torpağa azot (50-90 kq/ha və daha çox) və 
əsaslarla, xüsusən də kalsiumala (70-100 kq/ha) zəngin böyük miqdarda (70-90 sent/ha) üzvi kütlə daxil olur. 
Fəsli anaerobiozisin olmaması  və ya onun zəif təzahüri və yaxşı istilik rejimi azot və  əsaslarla zəngin bitki 
qalıqlarının parçalanmasını gücləndirir. Nəticədə  tərkibində daha çox humin turşuları olan mürəkkəb humus 
maddəsi yaranır. Bu turşuların xeyli hissəsi döşənəyin tərkibindəki əsaslar vasitəsilə neytrallaşır. Ona görə də 
tayqa-meşə zonasından fərqli olaraq burada torpaq minerallarının parçalanması zəif ifadə olunmuşdur. 
Maddələrin bioloji dövranının və humuslaşmanın qeyd edilən xüsusiyyətləri torpaqda humus maddəsinin 
toplanmasına yardım edir. 
Açıq-boz və boz torpaqlar əsasən torpaqəmələgəlmənin kompleks bioiqlim şəraitinin (döşənəyin və ya 
çimin formalaşmasında ot qalıqlarının zəif iştirakı, yuyulma rejiminin qabarıqlığı, döşənəkdən  əsasların daha 
çox yuyulması və s.) podzollaşma prosesinin nəzərə çarpacaq dərəcədə inkişafına səbəb olduğu zonanın şimal 
hissəsində formalaşmışdır. Cənuba doğru tünd-boz meşə torpaqlarının xüsusi çəkisi artır. Tünd boz meşə 
torpaqlar burada podzollaşmış və yuyulmuş qaratorpaqlarla kompleks əmələ gətirir. Açıq-boz və boz torpaqlar 
tünd boz torpaqların hakim olduğu ərazilərdə yalnız yüngül süxurlar üzərində və relyefin izafi nəmliyə məruz 
qaldığı sahələrində inkişaf etmişdir. 
Qərbdən şərqə doğru hərəkət etdikcə, kontinentallığın artması ilə torpaqda üzvi maddələrin çevrilməsi enerjisi 
zəifləyir və onların fəal parçalanma dövrü qısalır. Ona görə də bu istiqamətdə boz-meşə torpaqlarında humusun 
miqdarı artsa da, humus qatının qalınlığı azalır, podzollaşma  əlamətləri zəifləyir və  ərazinin torpaq örtüyünün 
tərkibində qaratorpaqların payı yüksəlir. 
Boz meşə torpaqlarının profilinin formalaşmasında lessivaj və torpaqdaxili aşınma prosesləri də iştirak edir. 
Şərq  əyalətlərinin (Altayətəyi, Qərbi və  Şərqi Sayan) kəskin kontinental iqlim rejimində    boz  meşə 
mövsümi donan torpaqlar geniş yayılmışdır. Aşağı qış temperaturları və nazik qar örtüyü torpağın 120-150 sm 
dərinliyinə kimi donmasına səbəb olur və bu hal uzun müddət (oktyabr-iyun) davam edir. Donuşluğun gec 
açılması və torpağın tədrici qızması fəal biokimyəvi və bioloji proseslərin müddətini qısaldır, bununla da həmin 
əyalətlərin torpaqların su-istilik və qida rejimini pisləşdirir. Profilin aşağı hissəsində qleyləşmə prosesinin 
inkişafına səbəb olan donuşluqüstü yuxarı qat suyu əmələ gəlir. 
Təsnifatı. Boz meşə torpaqları ilk dəfə V.V.Dokuçayevin  “Rus qaratorpaqları” (1883) və “Nijneqorod 
quberniyasında torpaqların qiymətləndirilməsinə dair materiallar” (1886) işlərində təsvir edilmişdir. 
Hazırda boz meşə torpaqları humuslaşmanın intensivliyindən və podzollaşma əlamətinin inkişafından asılı 
olaraq aşağıdakı yarımtiplərə ayrılır: açıq-boz, boz və tünd-boz torpaqlar. Yarımtiplər fatsial xüsusiyyətlər 
nəzərə alınmaqla ayrılır: isti Qərbi və Cənubi Avropa fatsiyaları – açıq-boz meşə (boz və tünd-boz) isti donan; 
mülayim şərqi avropa fatsiyaları – açıq-boz meşə (boz və tünd-boz) mülayim isti donan; Qərbi Sibir fatsiyaları – 
açıq boz meşə (boz və tünd boz) mülayim uzun müddət donan; Orta Sibir fatsiyaları –açıq –boz meşə (boz və 
tünd boz) mülayim soyuq uzun müddət donan; Uzaq Şərq fatsiyaları – boz meşə (tünd boz) soyuq uzun müddət 
donan. 
Yarımtiplər daxilində  aşağıdakı cinslər ayrılır: adi, ikinci humus qatı olan qalıq-karbonatlı, kontaktlı  –
çəmənvari, müxtəlif rəngli. 
Boz meşə torpaqları növlərə  aşağıdakı  əlamətlərinə görə bölünür: qaynama dərinliyinə görə - yüksəkdə 
qaynayan (100 sm-dən yuxarı) və dərində qaynayan (100 sm-dən aşağı); humus qatının  (A
1
+ A
1
A
2
) qalınlığına 
görə - qalın ( 40 sm-dən çox), orta qalın (20-40 sm) və yuxa (20 sm-dən az). 
Açıq –boz meşə torpaqları qalan yarımtiplərdən humus qatının yuxalığı və podzollaşmaya daha çox məruz 
qalması ilə fərqlənir. Morfoloji əlamətlərinə və xassələrinə görə onlar çimli-podzol torpaqlara yaxındırlar. 
A
1
 horizontu az qalın (15-20 sm və az) olub, açıq-boz rəngli, topavari-qozvari strukturludur. Əkilən 
sahələrdə A
ə
 struktursuzdur. 
Humuslu–podzollu horizont A
1
A
2
 podzollaşmanın aşkar görünən  əlamətlərinə malikdir: ağarmış çalarlar, 
pərdəşəkilli-qozvari struktur və s. 
A
2
B horizontu pərdəşəkilli-qozvari və ya qozvari strukturla səciyyələnir və  tədricən B illüvial horizonta 
keçir. Bu horizont da öz növbəsində  tədqicən C süxuruna keçir. Karbonatlara adətən profilin dərin qatlarında 
təsadüf etmək olur. 
Boz meşə torpaqları çimləşmə prosesinin daha intensiv inkişafı  və açıq-boz torpaqlarla müqayisədə 
podzollaşma prosesinin zəif getməsi ilə səciyyələnir. Morfoloji baxımdan A
1
 və A
1
A
2
 horizontlarının tünd rəngi 
ilə, A
1
 qatının qalınlığı ilə (25-30 sm-ə kimi), A
1
A

horizontunun topavari-xırda qozvari sturkturu ilə boz-meşə 
torpaqlarından fərqlənir. A
2
B horizontu boz torpaqlarda müşahidə edilimir; B horizontunun əlamətləri  açıq-boz 
torpaqlarla eynidir. 
Tünd boz meşə torpaqları öz xassə və əlamətlərinə görə qara torpaqlara yaxındır. Humus horizontu A
1
 boz 

 
299
torpaqlarla müqayisədə qalın və daha tünddür. Strukturu topavari və ya topavari-qozvaridir. A
1
A
2
 horizontu 
yetərincə humus rənginə boyanmışdır, qozvari struktura malikdir. 
İlüvial horizont tünd-qonur rəngi ilə seçilir, nəzərə çarpacaq dərəcədə  sıxlaşmışdır. Qozvari-prizmatik 
struktura malikdir. Aşıq-boz və boz torpaqlardan fərqli olaraq B horizontunda ağımtıl ləkələr çox deyildir, bəzən 
demək olar ki, müşahidə edilmir. Torpaq profilinin 120-150 sm dərinliyində karbonatlar mitsela şəklində 
yayılmışdır. 
Tərkibi və xassələri.  Qranulometrik və mineraloji tərkibi. Boz meşə torpaqlarda qranulometrik 
elementlərin profilboyu paylanmasında dəqiq qanunauyğunluq vardır: torpaqəmələgətirən süxurla müqayisədə 
üzt horizontlarda lil fraksiyalarının miqdarı azdır. Bu xüsusiyyət açıq-boz torpaqlarda özünü daha aydın göstərir 
(cədvəl 93). 
Lil fraksiyalarının bu cür paylanması torpaqların həm podzollaşması, həm də lessivaj prosesi ilə 
əlaqədardır. Digər tərəfdən illüvial horizontda gilləşmə prosesi də müşahidə olunur. 
 
Cədvəl 93 
 
Boz meşə torpaqlarının qranulometrik tərkibi 
 
 
Torpaq Horizontlar 
Fraksiyaların miqdarı,% 
1-0,25 
0,05- 
0,01 
0,01-
0,001 
<0,001 <0,01 
Açıq-boz 
şiddətli 
podzollaşmış 
A

- - -  -  - 
A

0,8 45,0 19,3 10,3 29,6 
A
1
A

0,5 47,7 13,2 11,7 24,9 
A
2
B 0,7 
48,7 
15,0 
12,7 
27,7 
B

0,4 38,4 12,5 30,6 43,1 
B

0,2 43,4 7,5  26,7 34,2 
B

0,2 41,1 22,0 11,6 33,6 
BC

0,9 30,7 9,5  11,3 20,8 
Tünd-boz zəif 
podzollaşmış 
A

- - -  -  - 
A

3,3 40,4 19,1 21,3 40,4 
A
1
A

2,1 45,0 17,6 17,7 35,3 
B

2,3 41,4 18,8 25,3 44,1 
B

2,1 39,2 15,3 28,4 43,7 
B

2,1 33,1 16,3 28,1 44,7 
BC

5,6 28,9 13,5 24,0 37,5 
 
 
Lil fraksiyasının mineraloji tərkibi SiO
2
 –nin amorf birləşmələrindən, R
2
O
3
  və gilli minerallardan – 
hidroslyuda, vermikulit, montmorillonit və xloriddən ibarətdir. Qranit süxurların elüvisi üzərində inkişaf etmiş 
torpaqların tərkibində kaolinit də vardır. 
Kimyəvi tərkibi və fiziki-kimyəvi xassələri. Ümumi analizin nəticələri boz torpaqların profilinin üst 
horizontlarında biryarımlıq oksidlərin azaldığını və
 
silisium oksidlərinin artdığını göstərir (cədvəl 94). Boz meşə 
torpaqlarda ümumi tərkibin profilboyu bu şəkildə qanunauyğun dəyişməsi onun podzallaşmaya məruz qaldığını 
göstərir. Bu xüsusiyyət açıq-boz meşə torpaqlarında çox, tünd boz meşə torpaqlarında az ifadə olunmuşdur. 
 
 
Cədvəl 94 
 
Boz meşə torpaqlarının ümumi kimyəvi tərkibi və 
fiziki-kimyəvi xassələri 
 
 
Horizontlar 
Hiqros-
kopik 
su, % 
Humus,% 
Mineral hissəsinin ümumi tərkibi, % 
SiO

Al
2
O

Fe
2
O

CaO MgO 
Açıq-boz şiddətli podzollaşmış 
A

14,32 

48,23 9,59  1,25 25,16 6,13 

 
300
A

1,68 4,45 
85,68 
8,28 
1,94 
0,91 
0,71 
A
1
A

0,87 1,79 
86,22 
8,04 
1,79 
0,66 
0,55 
A
2
B 1,09 0,41 
84,63 
9,10 
2,55 
0,68 
0,99 
B

2,58 0,28 
78,70 
12,27 
4,60 
0,96 
1,05 
B

2,37 0,21 
80,01 
11,70 
4,18 
0,96 
1,18 
B

1,79 - 
82,28 
10,68 
3,64 
1,02 
0,83 
BC

1,95 - 
79,66 
10,76 
4,40 
1,30 
1,50 
Tünd-boz zəif podzollaşmış 
A

12,61 - 30,05 
4,80 
1,41 
43,06 
6,76 
A

3,22 6,34 
80,68 
11,65 
3,41 
1,63 
0,94 
A
1
A

2,51 2,56 
81,64 
10,44 
3,00 
1,43 
0,93 
B

3,37 1,50 
79,81 
12,39 
3,77 
1,49 
1,32 
B

2,95 0,96 
78,79 
12,50 
4,18 
1,24 
1,36 
B

3,56 0,58 
79,57 
12,41 
4,11 
1,27 
1,16 
BC

3,51 - 
80,32 
10,,12 
4,10 
1,45 
1,50 
 
 
Horizontlar 
Mübadiləli əsaslar, 
m-ekv/100 qr 
Hidroloji 
turşuluq 
Əsaslarla 
doyma 
dərəcəsi, 

pH 
Ca
2+ 
Mg
2
+ Ca
2+
+Mg
2+ 
su duz
 
1 2 
3 4  5 6 


Açıq-boz şiddətli podzollaşmış 
A

- - 


- 6,3 
5,9 
A

11,1 3,1 
14,2 
5,4 
72,4  6,8 
5,6 
A
1
A

6,4 3,2 
9,6 
3,9 
70,9  6,9 
5,5 
A
2
B 8,0 
2,9 10,9  2,3 82,8 
6,8 
5,3 
B

12,9 7,0 
19,9 
3,8 
83,9  5,8 
4,5 
B

13,0 6,1 
19,1 
4,3 
81,7  5,8 
4,3 
B

11,2 5,0 
16,2 
3,3 
83,0  5,7 
4,2 
BC

- - 


- 7,6 
6,6 
Tünd-boz zəif podzollaşmış 
A

- - 


- 6,4 
6,1 
A

19,4 6,2 
25,6 
3,0 
89,4  6,4 
5,5 
A
1
A

16,0 6,4 
22,4 
2,8 
89,0  6,9 
5,7 
B

19,2 4,8 
24,0 
2,3 
91,2  6,8 
5,5 
B

17,6 7,4 
25,0 
2,4 
91,1  6,5 
5,5 
B

16,0 8,0 
24,0 
2,0 
92,2  6,6 
5,3 
BC

- - 


- 8,1 
7,3 
 
 
Profilboyu humus və azotun miqdarı çimləşmə prosesinin tünd boz meşə torpaqlarında intensiv, boz və 
açıq-boz meşə torpaqlarında zəif getdiyini sübut edir. Humusun ümumi ehtiyatı orta hesabla 200 t/ha olub, açıq-
boz meşə torpaqlarında 100-150 t/ha, tünd boz meşə torpaqlarında 300 t/ha-a  çatır. 
Qərb  əyalətlərində açıq-boz meşə torpaqlarının A
1
A
2
 horizontunda  humusun miqdarı 1,5-3,0%, şərq 
əyalətlərində 5% -ə kimi, boz-meşə torpaqlarında uyğun olaraq 3-4 və 6-8%, tünd boz meşə torpaqlarında isə 
3,5 -4 və 8-9% və daha çox təşkil edir (cədvəl 95). 
Tünd boz meşə torpaqlarında humusun miqdarı profilboyu aşağıya doğru tədricən azalır. Bu baxımdan o, 
qaratorpaqlara yaxındır və humusun miqdarının kəskin azalmasının səciyyəvi olduğu açıq-boz və boz 
torpaqlardan nəzərə çarpacaq qədər fərqlənir. Çimli-podzol torpaqlardan fərqli olaraq boz-meşə torpaqlarında 
humusun tərkibində humin qrupundan olan turşuların, xüsusən də  kalsiumla bağlı fraksiyaların miqdarı artır. 
 
 
Cədvəl 95 
 
Boz-meşə torpaqlarının müxtəlif fatsiyalarında humusun miqdarı və humus horizontlarının qalınllığı 
(meşə altında) 
 

 
301
Yarımtiplər 
Fatsiyalar 
Qərbi  və Cənubi Avropa (isti) 
Şərqi Avropa 
A
1
+A
1
A

Humus, % 
A
1
+A
1
A

Humus, 

Açıq –boz meşə 30-35 
2,5-3,5 
15-25 3,0-4,0 
Boz meşə 35-40 3,5-6,0 
30-40 
4,0-6,0 
Tünd boz meşə 40-50 
6,0-8,,0  40-45 
5,0-8,0 
 
Yarımtiplər 
Fatsiyalar 
Qərbi və Orta Sibir (soyuq) 
Şərqi Sibir (dərindən 
donuşlu) 
A
1
+A
1
A

Humus, % 
A
1
+A
1
A

Humus, 

Açıq –boz meşə 15-20 
5,0-7,0 


Boz meşə  
18-30 
7,0-10,0 
15-25 
7,0-8,0 
Tünd boz meşə 25-35 
10,0-14,0  20-25 
8,0-16,0 
 
Meşə altında açıq-boz meşə  və boz meşə torpaqlarının yuxarı  A
1
 horizontunda fulvoturşuların humin 
turşularından üstünlülüyünü müşahidə etmək
 
mümkündür. Lakin A
1
A
2
  və  B
1
 horizontlarında humin turşuları 
fulvoturşuları üstəliyir. 
Fiziki-kimyəvi xassələri. Boz meşə torpaqların fiziki-kimyəvi xassələri onun genetik xüsusiyyətlərini 
özündə yaxşı  əks etdirir. Açıq-boz meşə torpaqları turş olub, əsaslarla doymamışdır (V=70-80%).Gillicəli 
növmüxtəlifliyinin humus horizontunda udma tutumu 14-18 mq-ekv təşkil edir və illüvial horizontda lil 
hissəciklərinin çoxalması ilə əlaqədar onun gösrəticisi artır. 
Boz meşə torpaqları yarımtipi də həmçinin turş reaksiyaya malik olub, əsaslarla doymayıb (açıq-boz meşə 
torpaqlardan fərqli olaraq bir qədər az dərəcədə). Qranulometrik tərkibindən və humusun miqdarından asılı 
olaraq A
1
(A
ə
) qatında udma tutumu 18-30 mq-ekv arasında tərəddüd edir. 
Tünd boz meşə torpaqları daha əlverişli fiziki-kimyəvi xassələrə malikdir. Üst horizontda udma tutumu 15-
20-dən 35-45 mq-ekv-ə kimi dəyişir. Onlar əsaslarla daha yaxşı doymuşdur (V=80-90%). Torpaq reaksiyası zəif 
turşdur.  Açıq-boz meşə torpaqlarından fərqli olaraq boz və tünd boz-meşə torpaqları  üst horizontlarda daha 
yüksək udma həcmi ilə  səciyyələnir. Bu da həmin horizontların yüksək humusluluğu və lil hissəciklərinin 
çoxluğu ilə əlaqədardır. Hidroloji turşuluq boz meşə torpaqlar 2-5 mq-ekv /100 qr. təşkil edir. 
Fiziki və su-fiziki xassələri. Boz meşə torpaqlarında bərk fazanın sıxlığı humusun azalması ilə  əlaqədar 
profilboyu aşağıya doğru artır. Tərkibində humusun çox olduğu tünd boz meşə torpaqlarında bərk fazanın sıxlığı 
azdır. Əlverişli humusluluğa və strukturluğa malik tünd boz meşə torpaqlarda torpaq sıxlığının  göstəriciləri də 
aşağıdır. Bütün boz-meşə torpaqları illüvial horizontun yüksək sıxlığı (1,50-1,65 q/sm
3
) ilə səciyyələnir. Ümumi 
məsaməlik üst horizontlarda 50-60%, ilüvial  və ana süxurda 40-45% arasında tərəddüd edir. Açıq-boz 
torpaqlarda kapilyar məsaməlik qeyri-kapilyar məsaməlikdən kəskin şəkildə çoxdur. 
Boz meşə, xüsusən də açıq-boz meşə torpaqlarının aqrofiziki xassələri az əlverişlidir. Humusun və lil 
hissəciklərinin azlığı, tozvari fraksiyaların çoxluğu torpaqların becərilməsi zamanı onların üst horizontunun tez 
bir zamanda struktursuzlaşmasına gətirib çıxarır. Ona görə də bu torpaqlar tozlaşır və qaysaq əmələ gətirir. Eyni 
ərazidə yerləşməsinə baxmayaraq, boz-meşə torpaqlarında yetişkənlik qaratorpaqlardan gec başlayır. 
İstilik rejimi. Zonanın avropa hissəsində boz meşə torpaqlarının istilik rejimi əsasən  əlverişlidir. Torpaq 
profili uzun müddət (aprel-dekabr) müsbət temperaturlara malikdir. Profilin donması dekabrdan, bəzən 
yanvardan başlayır və 50-70 sm dərinlikdə torpaq qatını  əhatə edir. Tarla işləri  ərəfəsində (aprel) torpaqlar 
tamamilə donunşluqdan azad olur. Bəzi illərdə qışın ortalarında torpağın buzdan  əriməsi və təzədən donması 
payızlıq əkinlərə böyük ziyan vurur. 
Sibir  əyalətləri torpaqlarının istilik rejimi əhəmiyyətli dərəcədə  fərqlənir. Burada mülayim uzun müddət 
donan (Qərbi Sibir), mülayim soyuq uzun müddət donan ( Orta Sibir) və soyuq uzun müddət donan 
(Zabaykalye) fatsial yarımtiplər yayılmışdır. Qar örtüyünün yuxa olması, uzun qış dövrünün sərt şaxtalı havası 
torpağın dərindən donmasına və gec əriməsinə səbəb olur.  Tarla işləri ərəfəsində (may) aşağı horizontlarda hələ 
də  mənfi temperatur olur; burada tez-tez gec yaz və
 
erkən payız  şaxtalarına rast gəlmək mümkündür. 
Zabaykalyedə torpaqlar hər il daimi donuşluq xəttinə (3,5- 4 m) kimi donur. 
Su rejimi. Boz meşə torpaqlarında vaxtaşırı yuma rejimi üstünlük təşkil edir. Yüksək nəmlənmə rayonundan 
(Ukrayna meşə-bozqır) yüngül torpaqlar  yuma rejiminə malikdir. Payız yağışları adətən, torpağın yalnız 50 sm-
lik qatını yuyur. Daha dərin yuyulma  yaz  qarəriməsi zamanı baş verir. Ona görə də yuyulmanın dərinliyi qar 
örtüyünün qalınlığından və  ərinti sularının səth axınının ölçülərindən asılıdır.  
Meşə altında yayılmış boz meşə torpaqlarının su rejimi fərqli cəhətlərə malikdir. Burada qarın toplanması 
hesabına yazda nəmlik daha çox daxil olur. Lakin meşə bitkiləri tərəfindən bu su intensiv mənimsənildiyindən  

 
302
vegetasiya dövrü ərzində torpaq qatı 4-5 m dərinliyə kimi quruyur. Ona görə meşə sahələri altında ardıcıl yuma 
rejimi əkindən fərqli olaraq nadir hallarda müşahidə edilir. 
Qida rejimi. Qida rejimi şəraitinə görə tünd boz meşə torpaqları açıq boz və boz meşə torpaqlarından 
fərqlənir. Tünd boz meşə torpaqları daha yüksək təbii potensial münbitliyə malikdirlər və onlar humus, azot, 
fosforla daha yaxşı təmin olunmuşlar. Ümumi azotun miqdarı torpağın humusluluq dərəcəsindən asılıdır. Onun 
miqdarı açıq-boz meşə torpaqlarının üst horizontunda 0,1-0,25%, boz  meşə torpaqlarında 0,15 - 0,3% və tünd 
boz meşə torpaqlarında 0,2-0,45 arasında tərəddüd edir. 
Ümumi fosforun miqdarı torpağın qranulometrik və mineraloji tərkibindən, onun humusluluq dərəcəsindən 
asılıdır. Fosforun miqdarı tünd boz meşə torpaqlarında digər boz torpaqlarla müqayisədə daha çoxdur. 
Torpaq örtüyünün strukturu. Zonanın torpaq örtüyünün strukturu onun tayqa-meşə  və meşə -bozqır 
zonaları arasında keçid mövqeyinə malik olması ilə müəyyən edilir. Ona görə də bir sıra əyalətlərdə (Orta Rus, 
Ukrayna və s.) torpaq örtüyünün strukturundan boz meşə torpaqlarının  yuyulmuş və podzollaşmış qaratorpaqlar 
və çəmən-qara torpaqlarla birləşmələr əmələ gətirməsini müşahidə etmək mümkündür. Bu cür kombinasiyalarla 
yanaşı, zonanın şimal hissəsində açıq-boz meşə, boz meşə torpaqların açıq boz meşə qleyli və boz meşə qleyli 
torpaqlarla çimli-podzol torpaq konturlarının iştirakı ilə əmələ gətirdiyi birləşmələr yayılmışdır. 
Eroziya relyef formalarının yayıldığı ərazilərin torpaq örtüyünün strukturu eroziyaya uyğamış torpaqların 
konturlarının yarğan-qobu komplekslərlə əmələ gətirdikləri birləşmələrlə səciyyələnir. 
Kənd təsərrüfatında istifadə. Boz meşə torpaqlarının yayıldığı  ərazilər  əhəmiyyətli kənd təsərrüfatı 
rayonları hesab olunur. Bu torpaqlarda yazlıq və payızlıq buğda,  şəkər çuğunduru, qarğıdalı, kartof, kətan və 
başqa bitkilər becərilir. Zonanın Avropa hissəsində bağçılıq da yaxşı inkişaf etmişdir.  
Aqronomik xassələrinə görə boz-meşə torpaqlarını iki qrupa bölmək mümkündür: açıq-boz və boz meşə 
torpaqları qrupu və tünd boz meşə torpaqları qrupu. 
Boz torpaqlar açıq-boz torpaqlardan bir sıra aqronomik xassələrinə görə  əlverişli hesab olunsalar da, bu 
torpaqlar  əsaslarla kifayət qədər doymamaları, turş reaksiyaları, qida maddələri ilə  zəif təmin olunmaları, 
həmçinin əlverişsiz fiziki xassələri, o cümlədən, struktursuzluğu ilə səciyyələnir. 
Ona görə  də  açıq boz meşə  və boz meşə torpaqlarının münbitliyinin yüksəldilməsinin  əsas istiqaməti – 
onların qalın münbitli əkin qatının yaradılmasına yönəlmiş kompleks tədbirlər vasitəsilə mədəniləşdirilməsidir. 
Bundan ötrü bu torpaqlara sistematik olaraq üzvi və mineral gübrələr verilməli, əkin qatı dərinləşdirilməli, ot 
səpimi həyata keçirilməlidir
Üzvi gübrə torpağın qida rejimini və fiziki xassələrini yaxşılaşdırır, belə ki, peyin torpağı yumşaldır, 
aerasiyasını gücləndirir, tozlanma və qaysaq bağlama meylini zəiflədir. Peyinin torpağa sistematik verilməsi 
turşuluğu aşağı salır. Daha yüksək turşuluğu olan torpaqların isə əhəngləşdirilməyə ehtiyacı vardır. 
Açıq-boz meşə  və boz meşə torpaqlarının mədəniləşdirilməsində  əkin qatının dərinləşdirilməsi və qalın 
mədəni qatın yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu tədbir  əkin və  əkinaltı qatın xüsusiyyətləri nəzərə 
alınmaqla həyata keçirilməli, torpağa eyni zamanda yüksək dozada üzvi və mineral gübrələr verilməli, zəruri 
olan halda torpaq əhəngləşdirilməlidir. 
Boz meşə torpaqlarının mədəniləşdirilməsi nəticəsində  onların aqronomik xassələri  əhəmiyyətli  şəkildə 
yaxşılaşır: turşuluq aşağı düşür, udma tutumu və  əsaslarla doyması yüksəlir, azot, fosfor və kaliumun 
mütəhərrik formaları artır, üst horizontlarda mikrobioloji fəaliyyət güclənir, üst horizontlarda C
ht
:C
ft
 nisbəti 
artır, su-hava  rejimi və fiziki –mexaniki xassələri yaxşılaşır. Boz torpaqlar təbii nəmliklə kifayət qədər təmin 
olunmamışdır. Ona görə də bu torpaqlarda nəmliyin toplanması  (qarın süni surətdə saxlanması, ərinti sularının 
udulması, qeyri-məhsuldar buxarlanma ilə mübarizə) münbitliyin yüksəldilməsinin ən zəruri tələblərindən hesab 
olunur. 
Rusiyanın Avropa hissəsində boz torpaqların münbitliyinin qorunması  və artırılmasının zəruri 
tədbirlərindən biri də eroziya əleyhinə tədbirlərin (tarlaqoruyucu meşə zolaqlarının salınması, yamacların eninə 
şumlanması, şəraitə uyğun xüsusi aqrotexnikanın tətbiqi və s.) həyata keçirilməsidir. 
 
 
XXXII FƏSİL. MEŞƏ-BOZQIR  VƏ  
BOZQIR ZONASININ QARATORPAQLARI 
 
Qaratorpaqlar Rusiya, Ukrayna və Qazaxıstan ərazisundə  geniş yayılmışdır. Onlar Avrasiyanın şimalında 
çəmən-qaratorpaqlar və  şorakətlərlə birgə 191 mln. ha sahəni  əhatə edir. Azərbaycan  ərazisində bu torpaqlar 
Kiçik və Böyük Qafqazın orta dağlıq  ərazilərində  Şamaxı,  İsmayıllı, Gədəbəy rayonları  ərazisində lokal 
sahələrlə təmsil olunmuşdur. 
Qaratorpaqlar meşə-bozqır və bozqır zonalarında qərbdən  şərqə min kilometrlərlə  məsafədə yayılmışdır. 
Onun enlik və meridian istiqamətində böyük ərazilərdə yayılması təbii şəraitin müxtəlifliyini müəyyən edir. 
İqlimi. Qara torpaqların yayıldığı  ərazilərin iqlimi isti yayı  və mülayim soyuq qışı ilə  səciyyələnir.  Şərq 
vilayətlərində  qış soyuq və  sərtdir.  İqlimin, xüsusən də bozqır zonasında müxtəlifliyi vegetasiya dövrünün 
istiliklə  təmin olunmasında, qış temperaturlarında və  nəmlənmə  şəraitində özünü göstərir. Qərbdən  Şərqə 

 
303
hərəkət etdikcə istiliyin azalması, kontinentallığın artması  və yağıntıların azalması baş verir. Mülayim və az 
kontinental iqlim şəraiti zonanın  şimal hissəsindədir (meşə-bozqır).  İyulun orta temperaturu qərbdə 23-25
0
C, 
şərqdə 19-21
0
C, yanvarın orta temperaturu isə qərbdə - 4
0
C və şərqdə - 25
0
 - - 27
0
C təşkil edir. 10
0
C-dən yuxarı 
temperaturların cəmi meşə-bozqır zonasının qərb rayonlarında 150-180 gün, şərq rayonlarında 90-120 gün, 
bozqır zonasında isə uyğun olaraq 140-180 və 97-140 gündən ibarətdir. 
10
0
C yuxarı temperaturların cəmi zonanın meşə-bozqır hissəsində  qərbdə 2400-3200
0
C,  şərqdə 1400-
1600
0
C, bozqır zonasında uyğun olaraq 2300-3500
0
C və 1500-2300
0
C təşkil edir. 
Yağıntılar ən çox qərbdə və Ön Qafqazda (500-600 mm) düşür, şərqə doğru hərəkət etdikcə tədricən azalır, 
Volqa sahillərində 300-400 mm, Qərbi Sibir və  Şimali Qazaxıstanda – 300-350 mm təşkil edir. Yağıntıların 
miqdarı şimaldan cənuba doğru da azalır. İllik yağıntıların böyük hissəsi (Avropa hissəsində 30-40%-i, Asiya 
hissəsində 50%-i) yay mövsümündə düşür. Bütövlükdə qaratorpaqların yayıldığı  ərazi nəmliklə kifayət 
etməyəcək dərəcədə  təmin olunmuşdur. Yalnız meşə-bozqır zonasının  şimalında yağıntıların miqdarının 
buxarlanmaya nisbəti vahidə yaxınlaşır, cənubda bu göstərici 0,77-ə  bərabərdir. Bozqır zonasında nəmlik 
çatışmaması daha çoxdur və burada nisbət 0,50-0,66 arasında tərəddüd edir. 
Relyef.  Ərazinin Avropa hissəsində  əsasən çay dərələri və yarğanlar vasitəsilə müxtəlif dərəcədə 
parçalanmış düzənlik və ya zəif dalğavari relyef hakimdir. 
Asiya hissəsində zəif parçalanmış düzən sahələr Qərbi Sibirin cənubunda bir qədər yüksələrək Qazaxıstan 
xırda təpəliyinə keçir. Şərqdə qaratorpaqlar Altayın, Minusinsk çökəkliyinin və Şərqi Sayanın dağətəyi və düzən 
ərazilərində yayılmışdır. Qaratorpaqlar ayrı-ayrı sahələr  şəklində Zabaykalyenin iri tektonik depressiyalarında 
yayılmışdır. 
Torpaqəmələgətirən süxurlar.  Əsas torpaqəmələgətirən süxurlar müxtəlif qranulometrik tərkibli lös və 
lösabənzər gillicələrdir.  
Oka-Don düzənliyində, Ön Qafqazda, Volqa sahillərində, Qazaxıstan və Qərbi Sibirin bir sıra rayonlarında 
gilli süxurlara təsadüf olunur. Meşə-bozqır və bozqır zonasında torpaqəmələgətirən süxurların əsas xüsusiyyəti 
– onların karbonatlığıdır. Ayrı-ayrı əyalətlərdə (Qərbi Sibir, Qazaxıstan) şorlaşmış süxurlar yayılmışdır. 
Bitki örtüyü. Meşə-bozqır zonasının bitki örtüyü yaxın keçmişdə meşə sahələri ilə çəmən-bozqırların bir-
birini əvəz etməsindən ibarət olmuşdur. Hazırda meşə sahələri suayrıcı sahələrdə, çay terraslarında qalmışdır. 
Bu meşələrin ağac tərkibi əsasən palıddan ibarətdir. Qərbi Sibirdə palıd meşələrini toz ağacı sahələri əvəz edir. 
Qumlu terraslarda hətta  şamlıqlar da yayılmışdır. Çəmən-bozqırların bitki örtüyü aşağıdakı bitkilərlə  təmsil 
olunmuşdur:  şiyav (Stila stenophylla, S.joannis, S.capillata), dovşantopalı (Festuca sulcata), bozqır vələmiri 
(Helictotrichon desertorum, H.pubescens), nazikbaldır (koeleria cristata), tonqalotu (Bromus
 
riparius), sürvə 
(Salvia nutans), sarı yonça (Medicago falcata), zınqırovotu (Campanula steveni) və s. 
Bozqır zonasının bitki örtüyü otmüxtəlifliyi-şiyav və dovşantopalı-şiyav bitkilərindən ibarətdir. Hazırda 
qaratorpaqların əsas massivləri şumlanmışdır. Təbii bitkilik yalnız ayrı-ayrı sahələrdə qalmışdır. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin