§ 110. Boz-qəhvəyi (şabalıdı)torpaqlar
Boz-qəhvəyi (şabalıdı) torpaqlar quru subtropik bozqırlar zonasında inkişaf etmişdir. Əvvəllər
Azərbaycanda və Gürcüstanda bu torpaqlar Şərqi Zaqafqaziya şabalıdı torpaqları kimi tanınırdı. Lakin bu
torpaqlar xassə və rejimlərinə, həmçinin kənd təsərrüfatı istifadəsinə görə şimalda yerləşmiş şabalıdı
torpaqlardan fərqlənir. Bu torpaqlar Cənubi Qafqazda ilk dəfə A.N.Rozanov tərəfindən sərbəst torpaq tipi kimi
ayrılmışdır.
Genezisi. Boz-qəhvəyi (şabalıdı) torpaqlar düzən, dağətəyi və alçaq dağlıq ərazilərdə yayılmışdır. Onlar
karbonatlı süxurlar üzərində kserofit ot və kol bitkiləri altında qısa rütubətli və mülayim qışı və uzun isti və quru
yayı olan subtropik iqlim şəraitində formalaşmışlar. 10
0
C-dən yuxarı temperaturların cəmi bu torpaqların
yayıldığı ərazilərdə 4000-4200
0
C təşkil edir. İqlimin quruluğu (RƏ 0,2-0,5) üzvi qalıqların fəal
minerallaşmasını təmin edir. Ona görə boz-qəhvəyi torpaqlar humusun azlığı ilə səciyyələnir.
Yağıntıların nisbətən azlığı (220-500 mm) və yüksək temperaturların uzun müddət davam etməsi
torpaqdaxili aşınmaya səbəb olur ki, nəticədə aşınmanın və torpaqəmələgəlmənin zəif həll olan məhsullarının
torpaq profilində toplanmasına şərait yaranır. Ona görə də boz-qəhvəyi torpaqlar bir qayda olaraq torpaq
profilinin orta hissəsində gilləşmişdir.
Bu torpaqların humus horizontları boz rəngli olub üzərində qəhvəyi çalarlar vardır. Humusun miqdarı az,
humus horizontları orta qalınlıqlı, humus horizontlarının aşağı hissəsində və keçid horizontlarında qozvari –
topavari strukturluluq, illüvial karbonatlı horizontun aydın seçilməsi, torpağın səthindən başlayaraq kabonatlılıq
bu torpaqlar üçün səciyyəvidir.
Təsnifatı və əsas xassələri. Boz-qəhvəyi (şabalıdı) torpaqlar tipi daxilində üç torpaq yarımtipi ayrılır: tünd
boz-qəhvəyi (şabalıdı), adi boz-qəhvəyi (şabalıdı) və açıq boz-qəhvəyi (şabalıdı).
Tünd boz-qəhvəyi torpaqların üst horizontunda humusun miqdarı 3,0-4,5%-dir. Humus maddələrinin
tərkibində humin turşuları fulvoturşulardan çoxdur. Bu torpaqlar humus horizontlarının (A+B
1
) qalınlığı ilə
səciyyələnirlər (təqribən 50 sm). Profilin 60-80 sm dərinliyində karbonatlı horizont (B
k
) aydın seçilir. Suda həll
olan duzların miqdarı 0,1%-dən çox deyildir. Üst horizontların reaksiyası zəif qələvidir (pH 7,7). Aşağıya doğru
qələvilik tədricən artır. A horizontunda udma tutumu 100 qram torpaqda 30 m-ekv təşkil edir. Əsasların
tərkibində 70-75% kalsiumun, təqribən 15-20% maqneziumun və 5-6% natriumun payına düşür. Boz-qəhvəyi
torpaqların profilinin orta hissəsi lil fraksiyalarının və biryarımlıq oksidlərin çox olması səbəbindən bir qədər
sıxlaşmışdır (cədvəl 124).
Adi boz-qəhvəyi (şabalıdı) torpaqlar tünd boz-qəhvəyi (şabalıdı) torpaqlardan fərqli olaraq humus
horizontunun az qalınlığı (35-45 sm) ilə səciyyələnir. A horizontunda humusun miqdarı 2-3 %. Udma tutumu
25-30 m-ekv-dir.
Açıq boz-qəhvəyi (şabalıdı) torpaqlar nazik humus qatına malikdir. Burada humusun miqdarı 1,5-2% təşkil
eidr. Profili genetik horizontlara zəif təbəqələşmişdir. İlüvial karbonatlı horizontu da zəif ifadə olunmuşdur.
Tünd və adi boz-qəhvəyi (şabalıdı) torpaqlardan fərqli olaraq onlarda su çəkiminin quru qalığı yüksəkdir. Bu da
suda həll olan duzların çox olduğunu göstərir. Udma tutumu 100q torpaqda 20-25 m-ekv-dir. Mübadilə olunan
əsaslar içərisində kalsium və maqnezium üstünlük təşkil edir. Natriumun miqdarı 5 -10% arasında dəyişir. Lakin
şorakətvarilik boz-qəhvəyi (şabalıdı) torpaqlar üçün səciyyəvi əlamət deyildir.
Cədvəl 124
Tünd boz-qəhvəyi (şabalıdı) torpaqların kimyəvi tərkibi və
fiziki-kimyəvi xassələri
Horizontlar Humus,%
pH, su
çəkimi
Ümumi tərkibi,%
SiO
2
R
2
O
3
CaO MgO
A
1
3,28 7,7
62,13
20,98
6,37
3,42
A
1
1,90
7,8
62,02
23,02
5,77
1,86
B
1
1,10 8,0
60,24
24,04
5,53
2,20
B
2
0,71 8,3
60,50
24,57
5,87
2,20
BC 0,46
8,3
60,74
22,00
5,40
3,41
C 0,30
8,2
62,69
23,31
5,34
2,48
352
Horizontlar
Mübadilə olunan kationlar,
m-ekv/100qr.torpaqda
Quru
qalıq,%
Karbonatların
CO
2
, %-lə
Ca
2+
Mg
2+
Na
+
A
1
22,2 4,6 1,9 0,10
0,9
A
1
25,9
4,8
2,1
0,06 5,8
B
1
23,9 4,8 2,0 0,11
8,6
B
2
20,4 4,8 2,0 0,07
9,5
BC 16,5
4,6
2,0
0,11 6,5
C 18,0
4,9
2,0
0,,12 5,4
Boz-qəhvəyi (şabalıdı) torpaqlar aşağıdakı cinslərə bölünür: adi, şorakətvari, şoranvari, gəcli və çınqıllı.
Boz-qəhvəyi torpaqların növlərə bölünməsinin əsasında şorakətləşmə dərəcəsi və asan həll olan duzların
yerləşmə dərinliyi durur.
Kənd təsərrüfatında istifadə. Quru subtropiklərin təbii şəraiti burada bir çox kənd təsərrüfatı bitkilərini
yetişdirməyə imkan verir. Burada dənli bitkilərlə yanaşı, üzüm, pambıq, heyva, əncir, nar, qoz və başqa
subtropik bitkilər becərilir. Dəmyə şəraitində bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağıdır. Ona
görə də yüksək məhsuldarlığın əldə edilməsindən ötrü suvarma vacibdir. Boz-qəhvəyi torpaqlar azot və fosforun
mütəhərrik formaları ilə pis təmin olunduğuna görə mineral gübrələrin tətbiqinə suvarma şəraitində böyük
ehtiyac vardır. Azot və fosfor gübrələrinin səmərəsi çox, kalium gübrələrinin səmərəsi isə bir qədər azdır. Lakin
qədimdən suvarılan torpaqlarda kalium gübrələrinin də səmərəsi böyükdür. Bu torpaqlarda mikroelement
gübrələrinin tətbiqinin də münbitliyə böyük təsiri vardır. Məsələn, bor və molibdenin tətbiqi pambığın, dəmir və
manqanın tətbiqi isə üzümün məhsuldarlığını artırır. Üzvi və mineral gübrələrin birgə tətbiqi boz-qəhvəyi
(şabalıdı) torpaqlardan yüksək məhsul almağa təminat verir.
§ 111. Qəhvəyi torpaqlar
Qəhvəyi torpaqlar ilk dəfə S.A.Zaxarov tərəfindən Qafqazda təsvir edilmişdir. O, həmin torpaqları
“qəhvəyi-meşə” torpaqları adlandırmışdır. Sonralar İ.P.Gerasimovun tədqiqatları qəhvəyi-meşə torpaqlarını
quru subtropik meşə və kolluqlar altında formalaşmış sərbəst tip kimi ayırmağa imkan vermişdir.
Qəhvəyi torpaqlar həm dağətəyi, həm də dağlıq ərazilərdə yayılmışdır. Onların formalaşdığı temperatur
şəraiti boz-qəhvəyi torpaqlarda olduğu kimidir. Lakin bu torpaqlar nəmliklə daha yaxşı təmin olunmuşlar.
Yağıntılar bu zonada əsasən payız-qış-yaz dövründə düşür. Yay vaxtı bura həddən artıq qurudur. Qəhvəyi
torpaqlar əsasən karbonatlı süxurlar üzərində formalaşmışdır. Bitki örtüyü palıd, vələs, fıstıq, ağcaqayın, qoz,
mevyə ağaclarından və kollardan ibarət kserofit meşələrdən təşkil olunmuşdur.
Qəhvəyi torpaqların torpaq profilinin quruluşu aşağıdakı kimidir: A
(k)
+B
tk
– BC (BC
k
) – C
k
. Diaqnostik
əlamətləri: topraq profilinin böyük qalınlığı (dağ rayonlarından başqa) – 1,5-2 m; tünd boz-qəhvəyi rəngli
humus qatının qalınlığı (60-70 sm) və humusla (4-6 %) zənginliyi; humusun fulvatlı-humatlı tərkibi (C
ht
:C
ft
>
1), torpaq profilinin yüksək gilləşməsi; əlverişli fiziki-kimyəvi xassələri – yüksək udma tutumu (üst
horizontlarda 30-45 m-ekv, alt horizontlarda 20-25 m-ekv), üst horizontların neytrala yaxın və karbonatlı
horizontların qələvi reaksiyası, əsaslarla tam doyması; humuslu horizontların yaxşı strukturluluğu və bununla
əlaqədar əlverişli fiziki xassələri; profildə karbonatların olması.
Qəhvəyi torpaqların genetik xüsusiyyətləri quru subtropik meşələrdə təşəkkül tapmış maddələrin bioloji
dövran şəraiti ilə sıx bağlıdır. Onun ən vacib cəhətləri quru subtropik bozqırların ot (yovşanlı-taxlllı)
bitkilərindən fərqli olaraq meşələrin yüksək məhsuldarlığı, palıd və fıstıq meşələrinin bitki qalıqlarının yüksək
küllülüyü, külün tərkibində humus maddələrinin turş məhlulunu (meşə döşənəyinin parçalanması nəticəsində
yaranan) neytrallaşdıran çoxlu miqdarda qələvi-torpaq əsasların və biryarımlıq oksidlərin olmasıdır.
Boz-qəvhəvi (şabalıdı) torpaqlardan fərqli olaraq qəhvəyi torpaqlarda topraq profilinin orta hissəsində
gilləşmə əlamətləri daha yaxşı görünür.
Qəhvəyi torpaqlar üç yarımtipə bölünür:
yuyulmuş qəhvəyi torpaqlar – qaynama torpaq profilinin 80-100 sm dərinliyində baş verir, daha çox
rütubətlənmiş (RƏ 0,75-0,90) ərazilərdə yayılmışdır;
tipik qəhvəyi torpaqlar – qaynama metamorfik horizontda baş verir;
karbonatlı qəhvəyi torpaqlar – torpaq profilinin başdan-başa karbonatlığı və metamorfik horizontun
gilləşməsi ilə səciyyələnir; zonanın bir qədər arid hissələrində (RƏ 0,5-0,6) yayılmışdır.
Qəhvəyi torpaqlar aşağıdakı cinslərə bölünür: adi, qırmızımtıl, şorakətvari, şoranvari, bozqırlaşmış.
Növlərin ayrılması üst horizontda humusun miqdarına görə aparılır – zəif humuslaşmış (xam torpaqlarda
<4%, əkin altında <2,5%), az humuslu (uyğun olaraq 4 - 6 və 2,5 - 4%) və orta humuslu ( xam torpaqlarda >6 və
353
əkin altında >4%). Növlərə ayrılma, bundan başqa daşlılıq və şorakətləşmə dərəcəsinə (zəif, orta və şiddətli
şorakətləşmiş) görə də aparılır.
Qəhvəyi torpaqlar yüksək münbitliyi ilə seçilir və onlardan bir sıra istilik sevən kənd təsərrüfatı bitkilərini
(üzüm, meyvə bitkiləri və s.) yetişdirməkdən ötrü istifadə edilir.
XXXIX FƏSİL. RÜTUBƏTLİ SUBTROPİK MEŞƏLƏRİN
TORPAQLARI
Rütubətli subtropiklər üçün səciyyəvi torpaqlar – qırmızı, sarı, subtropik podzol (podzollu-sarı)
torpaqlardır. Ərazinin müəyyən hissəsi bataqlıqlarla örtülüdür. Rütubətli subtropik torpaqlar Cənubi Qafqazda,
Azərbaycan (Lənkəran-Astara zonasında) və Gürcüstan (Qara dəniz sahilləri) ərazilərində yayılmışdır. Hər iki
respublikada rütubətli subtropik torpaqların ümumi sahəsi 0,6 mln.ha təşkil edir.
İqlimi. Rütubətli subtropiklərin torpaqları rütubətli və isti iqlim şəraitində formalaşır. İllik yağıntıların
miqdarı 1000-2500 mm arasında tərəddüd edir. Payız-qış yağıntıları daha çox üstünlük təşkil edir. Havanın orta
nisbi nəmliyi çox yüksəkdir (75-80%).
Rütubətli subtropiklər uzun isti yayı və qısa mülayim qışı ilə fərqlənir. Havanın orta illik temperaturu 13-
15
0
C, iyulun orta temperaturu 21-23
0
C, yanvarın orta temperaturu isə 5-7
0
C-dir. 10
0
C-dən yüksək
temperaturların cəmi təqribən 3000-4000
0
C, vegetasiya dövrünün uzunluğu isə 240-250 gündür.
Relyef. Qırmızı və sarı torpaqlar parçalanmış pelyef şəraitində, əsasən təpəli dağətəyi və hündürlüyü 600
m-dən çox olmayan alçaq dağlıq ərazilərdə inkişaf etmişdir. Qara dəniz sahillərində qırmızı torpaqlar Acar
silsiləsinin dəniz səviyyəsindən 40 m hündürlükdən 250-400 m hündürlüyə kimi hissəsində yayılmışdır.
Podzollu-sarı torpaqlar hamarlanmış və ya zəif dalğavari qədim akkumulyativ terraslar üzərində formalaşmışdır.
Rütubətli subtropiklərdə relyefin güclü parçalanması istilik və nəmliyin paylanmasına təsir göstərir, meyilli
yamaclarda eroziya proseslərinin inkişafını və çökəkliklərdə izafi nəmliyin toplanmasını (bataqlıqlaşmanı)
şərtləndirir. Bütün bu amillər torpaq və bitki örtüyünün rəngarəngliyinə gətirib çıxarır.
Torpaqəmələgətirən süxurlar. Rütubətli subtropiklərdə daha geniş yayılmış torpaqəmələgətirən süxurlar
püskürmə (vulkanik) mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-gilli şistlər və s.
Daha aşağı ərazilərdə torpaqəmələgətirən süxurlar kimi allüvial və delüvial-prolüvial gilli-qumlu və çınqıllı
süxurlar çıxış edir.
İsti və rütubətli iqlim şəraitində dağ süxurları intensiv aşınmaya məruz qalır və bu aşınma prosesi dərin
qatları əhatə edir. Aşınma qatı kimyəvi tərkibinə görə də dəyişikliklərə uğrayır. Silisium, qələvi və qələvi-
torpaq əsaslarının azalması və alüminium və dəmir oksidlərinin nisbi artması baş verir. Qırmızı torpaqlar qalın
(10-12 m) qırmızı rəngli aşınma qatı üzərində, sarı torpaqlar isə bir qədər az qalınlıqlı turş gilli şistli süxurlar
üzərində formalaşırlar. Sarı torpaqlar üçün qırmızı torpaqlardan fərqli olaraq silisiumun, əsasların bir qədər çox
olması, dəmir və alüminiumun azlığı səciyyəvidir.
Bitki örtüyü. Yağıntıların və istiliyin çoxluğu təbii və mədəni bitkilərin tez böyüməsinə və inkişafına
kömək edir. Ağac bitkiləri Kolxida (Gürcüstan) və Hirkan (Azərbaycan) tipli meşələrdən ibarətdir. Meşələr
palıd, vələs, fıstıq, şabalıd, dəmirağacı və başqa enliyarpaq ağac və kol bitkilərindən, o cümlədən ağacları
əhatələyən lianlardan ibarətdir. Ağacların altında bəzən ayıdöşəyi kolları xüsusi yarus əmələ gətirir.
§ 112. Qırmızı torpaqlar
Genezisi. Tipik qırmızı torpaqların profili aşağıdakı quruluşa malikdir: A
o
- ayıdöşəyi və ağac yarpaqlarının
yarıparçalanmış qalıqlarından ibarət çim və ya meşə döşənəyi qatı, qalınlığı 3-4 sm; A
1
- humuslu horizont, bozumtul-
tünd-qəhvəyi, topavari-dənəvər, ağır gillicəli və ya gillidir, çoxlu miqdarda ayıdöşəyi kollarının kökləri ilə örtülmüşdür,
qalınlığı 20-25 sm; B – keçid horizontu, yarımhorizontlara – B
1
, B
2
bölünür; B
1
– bozumtul-qırmızı rəngli, topavari
strukturlu, ağır gillicəli və ya gillicəli, sıxlaşmış; B
2
– qonur-qırmızı rəngli, qara və açıq-sarı ləkəli, daha çox sıx,
topavari strukturlu, ağır gillicəli və gilli qranulometrik tərkibli. B horizontunun qalınlığı 35-45 sm və daha çox olur (70-
80 sm); C- torpaqəmələgətirən süxur, qırmızı rəngli, tərkibində çoxlu miqdarda qara dəmirli-manqanlı konkresiyalar və
silisiumun açıq-sarı ləkələri, qozvari-topavari strukturlu, ağır gillicəli, sıx.
Rütubətli subtropiklərin torpaq örtüyü ilk dəfə A.İ.Krasnov (1893) və V.V.Dokuçayev (1898) tərəfindən
tədqiq edilmişdir. Sonralar qırmızı və sarı torpaqlar V.R.Vilyams, S.A.Zaxarov, B.B.Polınov, K.D.Qlinka,
M.N.Sabaşvili, R.V.Kovalyov, B.İ.Həsənov, S.Z.Məmmədova və başqa tədqiqatçılar tərəfindən öyrənilmişdir.
Tədqiqatların ilk mərhələrində qırmızı torpaqlar laterit torpaqlara aid edilirdi.
B.B.Polınov, İ.P.Gerasimov və başqalarına görə qırmızı rəngli aşınma qatıının formalaşması ilk mərhələdə
qələvi mühitdə getmişdir. Bu zaman silisiumun aparılması və biryarımlıq oksudlərin toplanması baş verirdi.
Qırmızı aşnma qatı kimyəvi və mineraloji tərkibinə görə sialitli-ferritli xarakterə malikdir.
354
K.D.Qlinka qırmızı aşınma qatı üzərində inkişaf edən torpaqları rütubətli
subtropiklərin qırmızı torpaqları adlandırmış və onlar üçün podzollaşmanı səciyyəvi
proses hesab etmişdir.
Sonrakı tədqiqatlar qırmızı aşınma qatı üzərində formalaşmış qırmızı torpaqlarda
biryarımlıq oksidlərin paylanmasında podzollaşma prosesi üçün səciyyəvi olan cəhətlərin
olduğunu sübut etdi. Qırmızı torpaqların müasir inkişaf mərhələsində kalsiumun sürətlə,
maqnezium və silisiumun az sürətlə yuyulması, biryarımlıq oksidlərin isə əksinə torpaqda
bərkiməsi müşahidə edilir.
Qırmızı torpaqlarda torpaqəmələgəlmənin səciyyəvi cəhəti – torpağın mineral
hissəsinin davam etməkdə olan allitləşməsidir. Rütubətli subtropik zonada
torpaqəmələgəlmə podzollaşma prosesi üçün səciyyəvi olan turş mühitdə cərəyan edir.
Lakin qırmızı torpaqlarda podzollaşma prosesi hər yerdə müşahidə edilmir və ya
yaxşı ifadə olunmur. Buna səbəb üzvi qalıqların parçalanması zamanı turş məhsulaltı
neytrallaşdıran böyük miqdarda əsasların yaranmasıdır. Qırmızı torpaqların
podzollaşma dərəcəsinə torpaqəmələgətirən süxurların xarakteri də təsir göstərir.
Çınqıllı-daşlı süxurlar üzərində formalaşmış qırmızı torpaqlarda qələvi vulkanik
süxurlar üzərində formalaşmış qırmızı torpaqlardan fərqli olaraq podzollaşma əlaməti
daha yaxşı ifadə olunmuşdur. Popdzollaşma dərəcəsi izafi nəmliyin artdığı şəraitlərdə
də, məsələn, çökəkliklərdə güclənir. Qırmızı torpaqlarda podzollaşma çimləşmə
prosesi ilə birləşdiyindən torpağın üst hissəsində humusun toplanması müşahidə edilir.
Üzvi maddələrin iqlim şəraitinin
və fəal mikrobioloji proseslərin təsiri altında intensiv
minerallaşmasına baxmayaraq, humusəmələgəlmə qırmızı torpaqlarda böyük
göstəricilər əldə edə bilir. Bu ilk növbədə, bitki örtüyünün böyük biokütləsi (410 t/ha),
hər il torpağa böyük miqdarda bitki qalıqlarının (21 t/ha) və küli maddələrin və azotun
(700 kq/ah) daxil olması ilə əlaqədardır.
Təsnifatı. Qırmızı torpaqlar tipi iki yarımtipə bölünür: tipik (podzollaşmamış) və
podzollaşmış.
Tipik qırmızı torpaqlar çox meylli yamaclarda formalaşmışdır. Onların profilinin
quruluşu yuxarıda təsvir edilmişdir.
Podzollaşmış qırmızı torpaqlar az meylli yamaclarda inkişaf edir və tipik qırmızı
torpaqlardan açıq rəngi və profilində podzollaşmış A
2
horizontunun olması ilə
fərqlənir. Bu qırmızı torpaqlarda illüvial horizont daha aydın seçilir. Podzollaşma də-
rəcəsinə görə onlar zəif podzollaşmış və orta podzollaşmış torpaqlara bölünürlər.
Qırmız torpaqlar zonasında, bəzi tədqiqatçılar tərəfindən sərbəst tip kimi ayrılan
qleyli və qleyləşmiş qırmızı torpaqlara da təsadüf etmək mümkündür. Onlar relyefin
alçaq yerlərində izafi nəmliyin təsiri altında formalaşırlar.
Qırmızı torpaqlar 4 cinsə bölünür: püskürülmüş süxurların elüvisi üzərində
formalaşmış qırmızı torpaqlar, çınqıllı torpaqlar üzərində formalaşmış qırmızı
torpaqlar, zebri gillər üzərində formalaşmış qırmızı torpaqlar və su axınlarının
çökdürdüyü süxurlar üzərində formalaşmış qırmızı torpaqlar.
Podzollaşmış qırmızı torpaqlar podzollaşmanın dərəcəsinə (zəif, orta podzollaşmış),
və A- humus horizontunun qalınlığına (A < 10 sm- zəif inkişaf etmiş, 10-20 sm –yuxa və
> 20 sm adi) görə növlərə bölünür.
Qırmızı torpaqlarda humus horizontunun qalınlığı onun mədəniləşdirilmə
səviyyəsindən də asılıdır. Yaxşı mədəniləşdirilmiş torpaqlarda humus qatının qalınlığı
40-45 sm, orta mədəniləşdirilmiş torpaqlarda 30-40 sm və zəif mədəniləşdirilmiş torpaqlarda 20-30 sm təşkil
edir. Torpağın humusluluğu da torpağın humus qatının qalınlığına bağlıdır. Qırmızı torpaqlar içində az humuslu
– 65-dən az, orta humuslu- 6-9 %, yüksək humuslu – 9%-dən çox, torpaqlar ayrılır.
Tərkibi və xassələri. Qırmızı torpaqlar əsasən ağır gillicəli və gilli qranulometrik tərkibə malikdirlər. İri
fraksiyaların tərkibində az miqdarda çöl şpatı və ilkin minerallar vardır ki, bu da onların intensiv aşınması ilə
əlaqədardır. Lil fraksiyalarının tərkibində kaolinit qrupundan olan minerallar (qalluzit, kaolinit və s.) üstünlük
təşkil edir.
Ümumi analiz qırmızı torpaqların profilində SiO
2
az miqdarda (təqribən 36%) və biryarımlıq oksidlərin çox (təqribən
50%) olduğunu göstərir (cədvəl 125).
A horizontunda humusun miqdarı 5-6%-ə, bəzən 10-12%-ə çatır. Humusun tərkibində fulvoturşular humin
turşularını üstələyir. Azotun miqdarı 0,2-0,4% arasında dəyişir. Qırmızı torpaqlar fosforla pis təmin olunmuş
(0,08-0,1%). Fosforun mütəhərrik formaları demək olar ki, cüzi miqdardadır. Bu da dəmir və alüminium
fosfatlarının zəif həll olması ilə izah edilir. Mübadilə olunan kationların cəmi üst horizontda 10-12 mq-ekv-dir
(cədvəl 126).
355
Cədvəl 125
Qırmızı torpaqların ümumi analizi
Dərinlik,
sm
Humus,%
pH, su
çəkimi
Ümumi tərkib, %
SiO
2
R
2
O
3
CaO MgO
0-8 5,99 4,2
35,92
48,79
0,65
0,95
13-26 5,20 4,7 35,34 45,57 0,53 1,22
35-45 4,77 4,5 35,62 45,57 0,43 1,24
53-64 1,45 4,4 35,76 49,12 0,51 1,39
75-91 0,72 4,4 35,76 49,52 0,46 1,39
140-160 0,51 4,4 32,62 49,52 0,46 2,41
Cədvəl 126
Qırmızı torpaqlarda udulmuş kationların tərkibi
Horizontlar
Ca
2+
Mg
2+
H
+
Cəmi Ca
2+
Mg
2+
H
+
m-ekv /100 qr torpaqda
Cəmdən %-lə
A
1
1,9 4,3 12,1 18,3 10,3 23,5 66,3
B
2
1,0 1,2 8,2 10,4 9,6 11,5 78,8
B
2
0,9
2,0
8,9
11,8
7,6
16,9
75,4
C 0,8
2,2
9,1
12,1
6,6
18,,1
75,2
Udulmuş kationlar içərisində hidrogen (60-75%) və alüminiumun xüsusi çəkisi
böyükdür. Qalanları kalsium və maqneziumun payına düşür. Qırmızı torpaqların
əsaslarla doymaması və əsaslar içərisində hidrogen və alüminiumun üstünlüyü onların
şiddətli turş (pH 4,2-4,5) reaksiyasını şərtləndirir. Qırmızı torpaqlar əlverişli fiziki xas-
sələrə malikdir: suyadavamlı aqreqatların yüksək göstəricisi, yüksək sukeçiricilik,
yüksək sututumu və məsaməlik. Qırmızı torpaqlarda suyadavamlı aqreqatların
yaranmasında biryarımlıq oksidlər, torpaq hissəciklərinin səthini örtməklə və onları
bir-birinə yapışdırmaqla böyük rol oynayır.
§ 113. Sarı torpaqlar
Qırmızı torpaqlar kimi sarı torpaqlar da isti və rütubətli subtropik iqlim şəraitində
yaranmışdır. Sarı torpaqlar qırımızı torpaqlardan fərqli olaraq tərkibində silisiumun miqdarı
daha çox (55-65%), biryarımlıq oksidlərin miqdarı isə azdır (25-30%). Ona görə də sarı
torpaqlar qırmızı torpaqlar kimi parlaq rəngə malik deyil. Qırmızı torpaqlardan fərqli olaraq sarı
torpaqlar üçün, həmçinin aşınmanın sillitli tipi səciyyəvidir.
Sarı torpaqlar qırmızı torpaqlarla müqayisədə daha yaxşı görünən podzollaşma
əlamətlərinə malikdir. Ona görə də onların profili genetik horizontlara yaxşı
ayrılmışdır. Torpaq horizontlarının ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm arasında
tərəddüd edir. Sarı torpaqlarda aşağıdakı horizontları ayırırlar: A
o
– meşə döşənəyi (3-4
sm); A
1
– humuslu horizont, bozumtul-sarımtıl rəngli, topavari və ya topavari-qozvari
strukturlu, sıxlaşmış, ağır gillicəli; A
2
– podzollaşmış, üzərində sarı çalarlı qonur-
sarımtıl rəngli, gillicəli, sıxlaşmış; B- illüvial horizont, açıq-sarı və üzərində sarı-
manqanlı ləkələr, topavari-prizmavari strukturlu, sıxlaşmış, gillicəi; C –
torpaqəmələgətirən süxur, müxtəlif rəngli.
Təsnifatı. Sarı torpaqlar daxilində dörd tip ayırırlar: sarı torpaqlar, podzollu-sarı
torpaqlar, sarı-qleyli torpaqlar və podzollu-sarı-qleyli torpaqlar.
Sarı torpaqlar alçaq dağlığın dağətəyi hissələrində və yamaclarında
formalaşmışdır. Öz xassələrinə görə bu torpaqlar qırmızı torpaqlarla qonur-meşə
torpaqları arasında aralıq mövqe tutur. (M.N.Sabaşvili).
Sarı torpaqların profilinin quruluşu və əlamətləri yuxarıda təsvir edilmişdir.
Podzollu-sarı torpaqlar dağətəyi düzənlikdə və alçaq dağlıq ərazilərdə inkişaf
etmişdir. Bu torpaqların yaranmasında vaxtaşırı izafi nəmlənmə böyük rol oynayır.
356
Onların profili genetik horizontlara təbəqələşmişdir. Sarı torpaqlardan fərqli olaraq bu torpaqlarda podzollaşma
və torpaq səthində qleyləşmə əlamətləri aydın seçilir. Üzərində qleyləşmə əlamətləri olan podzollu qatın
qalınlığı 50 sm və daha çox olur. İllüvial horizont biryarım oksidlər və lil hissəcikləri ilə zənginləşmişdir və
yüksək sıxlığı ilə seçilir. Podzollu-sarı torpaqlar turş reaksiyaya malikdir.
Sarı-podzullu-qleyli torpaqlar hamar sahələrdə qrunt suyunun torpağın səthinə yaxın olduğu və ya səth
izafi nəmliyin güclü təsirə malik olduğu yerlərdə formalaşmışdır. Bu torpaqlar qleyli və qleyvari torpaqlara
bölünür. Torpaq profilinin təbəqələşməsi müşahidə edilimir. Bu torpaqlar daxilində profilin aşağı hissəsində
qələvi reaksiyası və karbonatlığı ilə səciyyələnən qalıq-karbonatlı torpaqlar da yayılmışdır.
Tərkibi və xassələri. Sarı torpaqlar qranulometrik tərkibinə görə əsasən gilli və gillicəlidirlər. Gilli şistlər
üzərində inkişaf etmiş sarı torpaqların yüksək dispersli fraksiyalarında kaollinit, montmorillonit və hidroslyuda qru-
pundan olan minerallar üstünlük təşkil edir. Qırmızı torpaqlardan fərqli olaraq onlarda biryarımlıq oksidli minerallar
(hetit, hibbsit və s.) azlıq təşkil eidr.
Ümumi analiz sarı torpaqların profilində qırmızı torpaqlardan fərqli olaraq SiO
2
-un daha yüksək göstəriciyə
malik olduğunu göstərir. Onun miqdarı podzollaşmış horizontda daha çoxdur (cədvəl 127).
Cədvəl 127
Sarı-podzollu torpaqların ümumi tərkibi
Dərinlik,
sm
Humus, %
pH su
çəkimi
Ümumi tərkib, %
SiO
2
R
2
O
3
CaO MgO
0-15
5,88 6,6 64,59 20,94 1,38 1,82
10-15
1,46 6,6 66,12 22,80 0,46 1,81
20-25
0,87 6,4 64,53 24,53 1,38 1,82
35-40
0,79 6,2 63,48 25,66 1,28 2,02
45-50
-
6,0 57,45 29,69 1,20 1,85
55-60
-
5,9 57,30 29,97 1,21 1,58
65-70
-
6,0 56,26 31,08 1,25 2,53
80-90
-
6,4 55,55 30,35 2,37 3,08
100-125
-
6,9 52,22 31,37 4,39 4,08
Sarı torpaqların tərkibində 4-5 %, bəzi hallarda 10%-ə kimi humus, 0,2-0,4% azot vardır. Dərinlikdən asılı
olaraq humus və azotun miqdarı kəskin şəkildə azalır. Mübadiləli kationlar içərisində kalsium üstündür (60-
80%), lakin maqnezium və hidrogen də kifayət qədərdir (cədvəl 128).
Cədvəl 128
Podzollu-sarı torpaqlarda udulmuş kationların tərkibi
Horizontlar
Ca
2+
Mg
2+
H
+
Cəmi Ca
2+
Mg
2+
H
+
m-ekv /100qr torpaqda
Cəmdən %-lə
1 2
3
4
5
6 7 8
A
1
10,6 4,0 0,1 14,7 72,2 27,2 0,6
B
1
8,7 3,3 0,2 12,2 71,3 27,0 1,6
B
2
9,0 4,3 5,2 18,5 48,6 23,2 28,1
C 12,1
3,6
5,2
20,9
57,8 17,2
17,2
Torpaq məhlulunun reaksiyası zəif turşdur (pH 5-6). Sarı torpaqlar qırmızı torpaqlardan fərqli olaraq az
əlverişli fiziki xassələrə malikdir. Xüsusən də podzollu-sarı və podzollu-sarı qleyli torpaqlar əlverişsiz fiziki
xassələri ilə səciyyələnir.
Qırmızı və sarı torpaqlardan kənd təsərrüfatında istifadə. Rütubətli subtropiklərin təbii şəraiti bir çox
kənd təsərrüfatı bitkilərini yetişdirməkdən ötrü olduqca əlverişlidir. Qırmızı və sarı torpaqlarda çay, sitrus, tütün
və s. bitkilər becərilir. Lakin bu torpaqlar bitkinin tələbini ödəməkdən ötrü kifayət qədər qida elementlərinə
malik deyillər. Azotun mütəhərrik formaları asanlıqla torpağın üst qatlarından yuyulur, biryarım oksidlər isə
fosforu bitkilər üçün əlçatmaz formaya salır.
Mineral gübrələrdən azot, fosfor, həmçinin kalium gübrələri kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına
daha səmərəli təsir göstərir.
357
Bu torpaqlarda üzvi gübrələrin (peyin, kompost, sederatlar və s.) tətbiqinin daha böyük səmərəsi vardır.
Üzvi gübrələr qırmızı torpaqların mədəniləşdirilməsini sürətləndirir.
Rütubətli subtropiklər zonası çay bitkisinin yetişdirilməsindən ötrü daha əlverişlidir. Bu, zonanın əlverişli
hidrotermik və torpaq rejimi ilə izah olunur. Qırmızı və sarı torpaqların turş reaksiyası, əsaslarla doymaması
məhz bu cür şəraitdə inkişaf edən çay kollarının məhsuldarlığına müsbət təsir göstərir. Qələvi mühitdə çay
kolları məhv olur.
Çay kolundan fərqli olaraq sitrus bitkiləri üçün torpaq məhlulunun neytral və zəif turş mühiti əlverişli hesab
olunur.
XL FƏSİL. DAĞLIQ VİLAYƏTLƏRİN TORPAQLARI
Yer kürəsinin quru hissəsinin böyük sahələri dağlıq ölkələrin payına düşür. Rusiya, Ukrayna, Mərzəsi
Asiya, Baltikyanı ölkələr, Cənubi Qafqaz Respublikaları, Moldova və Belarusun ümumi sahəsinin 28,8%-i
dağlıq ərazilərin payına düşür. Bu da həmin ərazilərdə iri dağ sistemlərinin – Karpat, Krım, Qafqaz, Ural, Şərqi
və Cənubi Sibir dağlarının olması ilə əlaqədardır.
Dağlıq ərazilərdə dağların yaranması və paylanması V.V.Dokuçayevin müəyyən etdiyi şaquli zonallıq
qanununa tabedir. Şaquli zonallıq qanunu ərazinin hündürlüyündən asılı olaraq iqlimin və bitki örtüyünün
dəyişməsi ilə əlaqədardır, torpaqların bir-birini əvəz etməsinə əsaslanır.
Düzən ərazilərdə olduğu kimi dağlıq ərazilərdə də torpaqlar qurşaqlıqlar şəklində yerləşmişdir. Lakin elə
hallar olur ki, hüdürlükdən asılı olaraq torpaqların bir-birini ardıcıl əvəz etməsi qaydası pozulur. Torpaqların əks
istiqamətdə və ya “qaydasız” düzümü torpaq zonalarının inversiyası adlanır. Bəzi hallarda bir torpaq zonası
digər zonanın içərilərinə (çay dərələri və ya yamaclar vasitəsilə) daxil olur. Bir zonanın digər zona ilə bu
formada yerini dəyişməsi torpaq zonalarının miqrasiyası adlanır. Nəhayət, bir sıra dağlıq ölkələrdə torpaq
zonalarının normal sırası sistemində ayrı-ayrı torpaq zonaları yerindən düşmüş olur. Bu hadisəyə zonaların
interferensiyası deyirlər.
Torpaqəmələgəlmə şəraiti. Dağlıq ölkələrdə torpaqəmələgəlmənin təbii şəraiti özünün müxtəlifliyi ilə
fərqlənir.
İqlimi. Dağ vilayətlərinin iqlimi düzən ərazilərlə müqayisədə illlik temperaturun bir qədər aşağı olması,
yağıntıların çoxluğu, havanın nəmliyinin yüksək olması və günəş radiasiyasının çoxluğu ilə səciyyələnir.
Müəyyən olunub ki, hər 100 m yüksəklikdə havanın orta temperaturu 0,5
0
C aşağı düşür. Eyni zamanda
yağıntıların miqdarı artır ( müəyyən hündürlüyə kimi), insolyasiya şəraiti dəyişir. Dağ iqlimi düzən ərazilərin
iqlimindən fərqli sutkalıq və fəsli ritmə malikdir.
Relyefi. Dağlıq ölkələrin relyefi mürəkkəbdir. Torpaqəmələgəlmə relyefin kəskin parçalandığı bir şəraitdə
cərəyan edir. Nəticədə torpaq örtüyünün olduqca mürəkkəb, rənagarəng örtüyü yaranır. Relyef burada aşınma və
torpaqəmələgəlmə məhsullarının paylanmasına, həmçinin eroziya proseslərinin inkişafına böyük təsir göstərir.
Dağlıq rayonlarda torpaqların istilik və su rejiminin formalaşmasında yamacların baxarlığının böyük təsiri
vardır.
Dağlıq ölkələrdə torpaq örtüyünün xüsusiyyətləri solyar (günəş) və külək yamaclarından çox asılıdır.
Cənuba baxan yamaclar şimalla müqayisədə isti və quru olur. İstilik və su rejimlərindəki fərqlər bitki və
torpaq örtüyünün xarakterinə təsir göstərir. Lakin solyar yamac bütün dağ sistemlərində eyni dərəcədə təsir
göstərmir. Çox rütubətli və ya çox quru rayonlarda yerləşmiş dağ sistemlərində yamacın təsiri zəifləyir.
Yamacın quru və ya rütubətli, soyuq və ya isti hava axınlarına baxarlığının (külək yamacı) torpaq örtüyünün
xarakterinə böyük təsiri vardır.
Torpaqəmələgətirən süxurlar. Dağlıq rayonlarda torpaqəmələgətirən süxurlar yaşına, tərkibinə və
mənşəyinə görə olduqca rəngarəngdir. Üçüncü və təbaşir dövrünün çöküntüləri, həmçinin maqmatik mənşəli
süxurlar geniş yayılmışdır. Dağlararası çökəkliklərdə dördüncü dövrün müxtəlif qalınlıqlı və qranulometrik
tərkibli çöküntüləri toplanmışdır.
Bitki örtüyü. Dağlıq ölkələrdə bitki örtüyünün xarakteri yağıntıların miqdarı və temperatur rejimi ilə
müəyyən olunur. Bu amillər də bitki örtüyünün qurşaqlığını müəyyən edir. Müxtəlif yüksəkliklərdə və
yamaclarda biohidrotermik şəraitin dəyişməsi müxtəlif tip torpaqların formalaşmasına gətirib çıxarır.
Genezisi. Dağlıq ölkələrdə torpaqəmələgəlmənin spesifik xüsusiyyətləri vardır. Bu dağ torpaqlarının
yamaclarda yerləşməsi ilə əlaqədardır. Səth axınları sayəsində onlar yüksək kseromorfizmilə seçilirlər. Burada
torpaqdaxili axınların və səth yuyulmalarının hesabına maddələrin yan axınları daha səciyyəvidir. Dağ torpaqlar
üçün həmçinin torpaq örtüyünün təbii denudasiyası hesabına fasiləsinin təzələnməsi və onların əsasən yuxa
elüvial-delüvial çöküntülər üzərində inkişaf etməsi səciyyəvidir.
Təsnifatı. Dağ torpaqlarının təsnifatı ilə bağlı iki nöqteyi-nəzər mövcuddur. Bitrinciyə görə, bütün dağ
torpaqları düzən analoqlarından fərqli sərbəst torpaq tipi kimi götürülür. İkinci nöqteyi-nəzərə görə, sərbəst tip
kimi düzənlikdə analoqu olmayan orijinal torpaqlar götürülür. Bu torpaqlara dağ-çəmən, dağ çəmən-qara
torpağabənzər və dağ çəmən-bozqır torpaqları aid edilir. Düzənlikdə analoqu olan qalan torpaqlara isə vahid tip
358
kimi baxılır.
Bundan başqa relyef şəraitinə, demək, istifadə imkanlarına görə dağ torpaqları 3 qrupa bölünür:
dağ-yamac torpaqları, meylliyi 10
0
-dən yuxarı olan yamaclarda formalaşır, bu halda tipin adının əvvəlinə
“dağ” sözü əlavə olunur (məsələn, dağ podzol torpağı və s.);
dağlıq-düzən torpaqları, dağlıq ərazilərdə nisbətən hamarlanmış, meylliyi 10
0
-dən yuxarı olmayan
sahələrdə formalaşmışdır və qismən kənd təsərrüfatında istifadə edilir (məsələn, dağlı-düzən yuyulmuş
qaratorpaq);
dağarası-düzənlik və dağ-vadi torpaqları düzənlik və meyilliyi 4-5
0
yuxarı olmayan yamaclarda ( çay
terraslarında, delüvial şleyflərdə və s.) inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, bütün dağ torpaqları üçün
düzən torpaqları ilə müqayisədə torpaq profilinin yuxalığı və daşlılıq səciyyəvidir.
Aşağıda dağ vilayətlərinin orijinal torpaqlarının – dağ-çəmən və dağ çəmən-bozqır torpaqların ətraflı
səciyyəsi verilir.
Dostları ilə paylaş: |