§ 115. Tropik qurşağın torpaq örtüyü
Tropik torpaq-iqlim qurşağı əkinçilik baxımından zəif mənimsənilmişdir. Lakin tropik əkinçilik kənd
təsərrüfatı məhsullarının dünya istehsalında əhəmiyyətli rola malikdir. Tropiklərdə yerləşən əkinçilik sahələri
dünyanın əkinçilik sahələrinin təqribən 20% -ni təşkil edir. Orada yetişdirilən bir çox kənd təsərrüfatı bitkiləri
isə başqa qurşaqlarda yetişdirilə bilmir.
Tropik vilayətlərdə təsərrüfatın intensiv aparıldığı şəraitdə ildə üç məhsul almaq mümkündür.
Tropik rütubətli-meşə vilayətləri. Tropik torpaq-iqlim qurşağı daxilində 3 rütubətli-meşə vilayəti
ayrılmışdır: Mərkəzi Amerika və Cənubi Amerikanın çox hissəsini əhatə edən Amerika vilayəti; Qvineya körfəzi
sahillərini və Konqa çayı hövzəsini əhatə edən Afrika vilayəti; Cənubi Asiya yarımadalarını (Hindistan və Hind-
Çinin), Avstraliyanın şimal sahilini və bu materiklər arasındakı bütün adaları əhatə edən Avstraliya-Asiya
vilayəti. Tropik rütubətli-meşə vilayətlərinin ümumi sahəsi 2230 mln ha-dır.
Torpaq örtüyündə iki torpaq zonası ayırırlar: rütubətli (yağışlı) tropik meşələrin qırmızı-sarı ferrallit
torpaqlar zonası və mövsümi-rütubətli (musson) meşələrin və yüksəkotlu savannaların qırmızı torpaqlar zonası.
367
Şəkil 40. Dünyanın torpaq zonaları
368
Qırmızı-sarı ferrallit torpaqlar daha isti və rütubətli şəraitdə formalaşır. İqlim fəsilləri, demək olar ki, bir-
birindən fərqlənmir və bu fərq gecə və gündüz temperaturlarının dəyişkənliyində də hiss olunmur. Temperatur
bütün vaxt 25-27
0
C arasında tərəddüd edir. Burada yağıntıların fəsillər üzrə paylanması da bərabərdir.
Yağıntıların ümumi miqdarı 1800-2500 mm və daha çoxdur. İllik rütubətlənmə əmsalı hər yerdə vahiddən
böyükdür, aylıq əmsallar 5-10-a çatır və yalnız 1-2 ay quru mövsümdə 0,5-0,3-ə qədər enir. Yağıntıların 20%-ə
qədəri leysanlar şəklində düşür ki, bu da torpaq profilinin dərindən yuyulmasına və torpaq eroziyasının
inkişafına səbəb olur.
Yağıntıların böyük miqdarda düşdüyü və səth axınlarının zəif olduğu sahələrdə (düyü tarlaları) torpaq
hissəcikləri təbəqələşərək tədricən çökür. Bu zaman daha narın hissəciklər torpaqdan yuyulub gedir. Bu isə
torpağın üst horizontlarının lilsizləşməsinə gətirib çıxarır.
Təbii bitkiliyi tropik meşələr bir-çox yerlərdə qırılmışdır. Bu meşələr zəngin növ tərkibi və çox yarusluluğu
ilə səciyyələnir. Birinci yarusun ağacları çox hündür olur. Tropik meşələr yüksək sıxlığı, lian və epifitlərin
çoxluğu ilə seçilir. Ağacların örtüyü altında günəş şüalarının çatmaması səbəbindən kol və ot bitkiləri inkişaf
tapa bilməmişdir və burada torpağın səthi adətən, tez parçalanan üzvi qalıqlarla örtülü olur.
Tropik meşələr ən məhsuldar bitki formasiyasıdır və bioloji dövranın yüksək intensivliyi ilə seçilir. Hər il
meşə döşənəyinə yüksək küli (5,6%) və azot (1%) tərkibli 250-400 sent./ha üzvi maddə daxil olur.
Meşə döşənəyinin çevrilməsi hidrotermik rejimin və torpaq faunasının (termitlər və s.) fəaliyyəti
nəticəsində intensiv parçalanma ilə səciyyələnir; bu torpaqlarda əsaslar küli maddələr içərisində cüzi miqdar
təşkil edir. Meşə döşənəyinin üzvi birləşmələrinə daxil olan azot və kükürdün intensiv oksidləşməsi mühitin
ümumi turşulaşmasına gətirib çıxarmışdır. Nəticədə torpaqlarda humifikasiyanın zəif kondensasiya olunmuş
məhsulları (fulvoturşular) və suda həll olan üzvi turşular və polifenol birləşmələr yaranır.
Torpaqəmələgəlmənin təsvir edilən kompleks amilləri ferralitləşmə proseslərinin intensiv inkişafını
şərtləndirir.
Ferralitləşmə - dağ süxurlarının aşınmasında mərhələ olub, ilkin mineralların (kvarsdan başqa)
parçalanması, biryarım oksidli törəmə mineralların, həmçinin müəyyən miqdarda kaolinit qrupuna daxil olan və
tərkibində SiO
2
:Al
2
O
3
–in
çox kiçik nisbətinə malik gilli mineralların yaranması və toplanması ilə müşayiət
olunur. Kaolinit və qalluazitin kristal qəfəsinin yaranmasında iştirak etməyən silisium oksidi və əsaslar aşınma
qatından xaric olur. Aşınma zamanı üzvi turşuların az olduğu mühitdə dəmir oksidlərinin hidratları azad olur və
kaolinit kütləsinin rəngini dəyişir. Kaolinitlətin tərkibinə daxil olmayan sərbəst alüminium oksidləri gibbsir və
hidrargillit minerallarını yaradır.
Dəmir hidroksidləri hidratasiyanın onların miqdarından və dərəcəsindən asılı olaraq tünd qırmızıdan tutmuş
sarı çalara kimi torpağın rəngini müəyyən edir və kaolinit hissəciklərini sabit xırda kəltənvari struktur formalara
salır. Bu struktur böyük aqronomik əhəmiyyət kəsb edir. O, suya davamlı olub, adətən, çox gilli olan bu
torpaqlarda əlverişli su və hava rejimi yaradır.
Torpağın tərkibində qalan Fe
2
O
3
-un miqdarı 12-16%-ə çata bilər. Qalan dəmir isə rütubətli tropik meşələrin
qırmızı-sarı torpaqlarından yuyularaq torpaq profilindən kənar olur və çox nadir hallarda konkresiya formasında
toplanır.
Qırmızı-sarı torpaqlara daxil olan üzvi maddələr demək olar ki, əsasən torpaq səthində toplanmış yarpaq və
budaq qırıntılarının çürüməsi hesabınadır. Burada kök qalıqlarının rolu azdır. Üzvi maddələrin çox hissəsi
tamamilə minerallaşır, lakin eyni zamanda torpağın səthində və xüsusən də onun profilində mütəhərrik fulvat və
ulmin-fulvat məhsulları əmələ gəlir.
Rütubətli tropik meşələrin qırmızı-sarı ferralit torpaqlarında “A” humus horizontunun rəngi qəhvəyivari-
boz olub, xırda kəltənvari strukturludur, qalınlığı 12-17 sm-dir. Nazik meşə döşənəyi horizontunun bilavasitə
altında (5-7 sm dərinlikdə) humusun miqdarı 4-5 %-ə çatır və humus horizontunun qalan hissəsində bu göstərici
1-2 %-ə bərabərdir. Humusun tərkibi ulmatlı-fulvatlıdır. “A” humus horizontundan aşağıda qırmızımtıl-qonur
və ya sarımtıl-qonur rəngli “AB” keçid horizontu yerləşir; onun strukturu iri olsa da zəif dayanaqlıdır, struktur
elementlərinin üzəri gil pərdəsi ilə örtülmüşdür. Ümumi qalınlığı 25-50 sm-dir. Keçid horizontunun altında
qonurvari-qırmızı və ya qonurvari-sarı rəngli B
1
qatı yerləşmişdir. Bu qat tədricən qalınlığı bir neçə metrdən bir
neçə on metrə çatan və ilkin dağ süxurunun kipliyini özündə saxlamış bir qədər tünd torpaqəmələgətirən süxura
– aşınma ferralit qatına keçir. Torpaq və aşınma qabığının reaksiyası turşdur (pH 4,0 -5,5). Udma tutumu 100
qram torpaqda 3-6 m-ekv-dir və yalnız humus horizontunda udma tutumu 10-13 m-ekv-ə qədər yüksəlir.
Əsaslarla doyma 50 %-dən aşağıdır.
Ferralit torpaqların üst horizontları, o cümlədən humus horizontu aşağı horizontlarla müqayisədə daha az lil
və gil hissəciklərinə malikdir. Bunun səbəbi alimlər tərəfindən müxtəlif cür izah edilir. Bəziləri onu normal
podzollaşma, digərləri lessivaj hadisəsi ilə izah edir. Üst və aşağı horizontlarda giləmələgəlmənin bir bərabərdə
olmaması, mövsümi səthi qleyləşmə ilə şərtlənən psevdopodzollaşma və yağış sularının səthdə toplanması
nəticəsində hissəciklərin təbəqələşməsi ilə bağlı başqa izahlar da vardır (İ.P.Gerasimov, S.V.Zonn, İ.A.Denisov,
V.M.Fridland).
Mövsümi-rütubətli tropik meşə və yüksəkotlu savannaların qırmızı ferralit torpaqları da qırmız-sarı
369
torpaqların formalaşdığı eyni termik və rütubət (1300-1800 mm) şəraitində formalaşmışdır. Lakin bu torpaqların
yayıldığı ərazilərdə quru dövr (3 – 4 aya kimi) daha qabarıq görünür.
Quru qış mövsümü ilə əlaqədar bitki örtüyü kəskin dəyişikliyə məruz qalır. Flora tərkibi müxtəlifliyini
itirir, meşələrdə müəyyən növlərin üstünlüyü yaranır və onların sıxlığı xeyli azalır. Lianların miqdarı azalır və
ağacların altında kol və ot formasiyaları inkişaf etməyə başlayır. Qırılmış və yandırılmış meşələrin yerində,
özünün maksimal inkişaf mərhələsində hündürlüyü 4 m-ə çatan qalın ot örtüyü yaranır.
Qırmızı ferralit torpaqlar torpaqəmələgəlmənin xarakterinə görə qırmızı-sarı torpaqlara yaxındır. Lakin bu
torpaqların özünəməxsus xüsusiyyətləri vardır. Bunlar aşağıdakılardır: torpağın su rejiminin illik gedişi
dəyişikliyə uğrayır və torpaqlar quru mövsümdə dərindən quruyur; quru mövsümdə yuxarı horizontların
intensiv qızması nəticəsində dəmir oksidi termik dehidratasiyaya məruz qalır və torpaq qırmızı rəng alır; humus
horizontu tünd qonur rəngə çalır və onun qalınlığı, xüsusən də savanna bitkiliyi altında 30-40 sm -ə kimi artır.
Bu qatda humusun miqdarı 4%-ə kimi çoxalır; humus əksər hallarda fulvat tərkiblidir; dəmir hidroksidlərinin
konkresiya formasında çökməsi, təbəqə və ya bərkimiş horizont (lateritləşmə prosesi) yaratması imkanı
genişlənir.
Lateritləşmə - mürəkkəb proses olub, əsasən dəmir birləşmələrinin torpaq məhlullarının yan axınlarının
gətirilməsi hesabına yaranır. Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində
baş verir. Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin
(reaksiyanın dəyişməsi, mühitin oksidləşmə-reduksiya vəziyyətində kəskin dəyişmələrin) yaranması ilə
əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s.
ilə əlaqədardır.
Dəmir oksidlərinin təsiri ilə bağlı xırda kəltənvari struktura malik qırmızı ferralit torpaqlarda ayrı-ayrı
dəmir konkresiyasına və bəzən isə dəmir konkresiyalarının bütöv bərkimiş horizontuna təsadüf etmək
mümkündür.
Torpaq-qrunt suyunun səthə yaxın yerləşdiyi torpaqlarda dəmirin müasir hidrogen akkumulyasiyası üçün
şərait yaranmış olur. Bu dəmir törəmələr, adətən, dəlik-dəlik formaya malikdirlər. Dəliklərin divarı (dəmir
hidroksidləri ilə dolmuş çatlar) bərk, dəliklərin daxilində isə yumşaq ferralit kütləsi ilə dolmuş halda olur.
Nəm halda asan kəsilən laterit horizontlar quruduqda bərkiyərək torpaq səthində “kirasslar” deyilən
bərkimiş qabıq əmələ gətirir. İlk dəfə laterit horizontlar Byukenen tərəfindən (1807) təsvir edilmiş və laterit
(lat.kərpic) adlandırılmışdır.
Tropik rütubətli-meşələr vilayətində təsadüf olunan torpaqlar içərisində qələvi və əhəng süxurlar üzərində
formalaşmış tünd qırmızı və tünd tropik meşə torpaqlarını xüsusi qeyd etmək lazımdır . Bu torpaqlar marqalitli
və ya ferralitli-marqalitli torpaqlar adlanır. Qırmızı-sarı və qırmızı torpaqlarla müqayisədə bu torpaqlar üçün
gilli qranulometrik tərkib, əsaslarla yüksək doyma dərəcəsi və yüksək udma (30 m-ekv) tutumu səciyyəvidir.
Reaksiyası zəif turş, humusu az olsa da bu torpaqların rəngi qaramtıldır. Tünd-qırmızı və qara meşə tropik
torpaqların tərkibində kaolinit qrupdan olan minerallar əhəmiyyətli rol oynayır və montmorillonit qrupdan olan
mineralların iştirakı da mümkündür. Bu da həmin torpaqların yüksək münbitliyini müəyyən edir və onlar kənd
təsərrüfatında geniş istifadə edilir.
Tünd-qırmızı və qara torpaqların sahəsi böyük deyildir (təqribən 40 mln.ha). Onlar Cənubi Asiya və
İndoneziyada, həmçinin Cənubi Amerika və Afrikada geniş yayılmışlar, bu da həmin ərazilərdə əsaslarla zəngin
vulkanik süxurlarla əlaqədardır.
Amazon və Konqo çay hövzələrinin aşağı axınlarında ferralitli qleyli meşə torpaqları yayılmışdır. Bu
torpaqların mənimsənilməsi qurutma işlərinin aparılmasını tələb edir. Bu ərazilərdə həmçinin tropik allüvial
(təqribən 120 mln.ha), tropik bataqlıq və sahilboyu qabarma-çəkilmə sahələrində şorlaşmış manqr torpaqlar
yayılmışdır.
Tropik rütubətli-meşələr vilayətinin mənimsənilməsi zəifdir. Əkinçilikdə istifadə olunan torpaqların səhəsi
120 mln.ha olub, bu da ümumi sahənin 5%-ni təşkil edir. Tropik rütubətli-meşələr vilayəti torpaqlarının ən çox
mənimsənilməsi Cənubi Asiya (İndoneziya, Hindistan, Vyetnam), sonra Cənubi Amerika, Afrika və
Avstraliyada müşahidə olunur. Əsas kənd təsərrüfatı bitkiləri – düyü, şəkər qamışı, maniok, batat, qəhvə, kakao,
banan, ananas və digər bitkilərdir. Torpaqların münbitliyinin artırılması və ildə bir neçə məhsulun alınması
spesifik kompleks mineral gübrələrin tətbiqini və torpaqda izafi turşuluğun götürülməsindən ötrü tədbirlərin
görülməsini tələb edir. Burada torpaqların eroziyasına və səth laterit horizontların təsirini azaltmaqdan ötrü
tədbirlərin görülməsi də vacibdir.
Əkinçiliyin genişləndirilməsi imkanları olduqca genişdir. Bəzi hesablamalara görə əkin sahələrini 5-6 dəfə
artırmaq mümkündür. Zonada meşə təsərrüfatının da böyük əhəmiyyəti vardır.
Tropik kserofit – meşə və savanna vilayətlərinin ümumi sahəsi 1460 mln.ha-ya bərabərdir. Onlar əsasən
Şərq yarımkürəsində yayılmışdır. Bu vilayətlər içərisində sahəsinə görə ən böyüyü Hind Afrika vilayətidir. Bu
vilayət ekvatordan şimalda və cənubda yayılmışdır. Sahəsinə görə ikinci yeri Avstraliya materikinin şimalında
coğrafi enlik istiqamətində uzanmış Avstraliya kserofit – meşə vilayəti tutur. Bu vilayət rütubətli tropik meşələr
və səhralar arasında yerləşmişdir.
370
Qərb yarımkürəsində kserofit tropik meşələr və savannalar Antil adalarında və Venesuelada ( Mərkəzi
Amerika torpaq-bioiqlim vilayəti), San-Fransisko çayının hövzəsində, Braziliyanın şimal-şərq və cənub-
qərbində, Paraqvayda, And dağlarının ətəklərində, Çako vilayətində (Cənubi-Amerika torpaq-bioiqlim vilayəti)
yayılmışdır. Nəzərdən keçirilən vilayətlərdə iki torpaq zonası ayrılır: kserofit meşələrin qəhvəyi-qırmızı
torpaqlar zonası və quru savannaların qırmızı-qonur torpaqlar zonası. Bu zonalar arasında sərhəd tədrici
keçidlərlə səciyyələnir. Hər iki zona daxilində qara tropik torpaqlar müşahidə edilir.
Qəhvəyi-qırmızı torpaqlar seyrək quru tropik meşələr və kolluqlar altında, yağıntıların 1000-1300 mm və 4-
5 ay çəkən quru qış mövsümü şəraitində formalaşır.
Qəhvəyi-qırmızı torpaqlar əsasən ferralit tərkibə malikdirlər. Humus horizontunun (25-30 sm) tərkibində
təqribən 2%-ə qədər humus vardır və onun tərkibi humatlı-fulvatlıdır, pH 5-6, əsaslarla doyma dərəcəsi 50%-
dən çoxdur. Torpaq kütləsində kaolinit qrupuna daxil olan minerallar üstünlük təşkil edir. Bu da torpağın gil
tərkibini və zəif udma tutumunu (4-6 m-ekv.) müəyyən edir.
Cənubi Afrikada bir qədər açıq qonur rəngə çalan yüngül qranulometruk tərkibə malik qəhvəyi-qırmızı
torpaqlar da yayılmışdır.
Qəhvəyi-qırmızı torpaqlarda intensiv şəkildə dəmir konkresiyaların yaranması baş verir, torpağın səthində
suyu pis keçirən qaysaq yaranır. İlin rütubətli mövsümündə eroziya torpağı güclü şəkildə dağıdır və səthə bərk
laterit horizontun çıxması ilə eroziya prosesi dayanır.
Quru savannaların qırmızı-qonur torpaqları bir qədər az nəmlənmə şəraitində formalaşır. Yağıntıların illik
miqdarı 800-1000 mm və quru mövsüm 6 ay və daha çoxdur. Bitki örtüyü quru savannalar adını almış
özünəməxsus formasiyalarla təmsil olunmuşdur. Burada ot örtüyü fonunda ayrı-ayrı nəhəng ağacların (baobab
və s.) ucalmasını müşahidə etmək mümkündür. Bu ağacların kök sistemi olduqca güclü və geniş inkişaf
etmişdir. Bu da ağacları quru mövsümdə qurumaqdan qoruyur. Yay dövründə, yağıntıların 75%-dən çox
hissəsinin düşdüyü zaman quru savanna yaşıllaşır, hündürlüyü 1 m-ə çatan otlar bitir. Qışda, altı ay sürəkli
quraq dövr başlayanda ağaclar yarpaqlarını atır, otlar quruyur və əsasən, torpağın səthindəki üzvi maddələr
minerallaşır. Burada torpağın strukturunun formalaşmasında və onun üzvi birləşmələrlə zənginləşməsində
qarışqa və termitlərin böyük rolu vardır.
Qırmızı-qonur torpaqlar fersiallit (kaolinit-illitmontmorillonit) tərkibə malikdir. Humus horizontu bir qədər
zəif (20-25 sm) inkişaf etmişdir və bu horizontda humusun miqdarı 1%-ə qədərdir. Torpağın reaksiyası zəif
turşdan zəif qələvilik arasında dəyişir. Humusun tərkibi humatlı-fulvatlıdır. Profilin aşağı hissəsində ilüvial-
karbonatlı horizont formalaşmışdır. Uducu kompleks əsaslarla doymuşdur. Torpağın səthində onun yaxşı
mikrostrukturluğunu təmin edən çoxlu miqdarda (aşınma nəticəsində yaranan) mütəhərrik dəmir vardır. Fransız
torpaqşünasları bu torpaqları “dəmirli torpaqlar” adlandırır. Qırmızı-qonur torpaqlarda dəmirli konkresiyaların
yaranması qəhvəyi-qırmızı torpaqlarla müqayisədə bir qədər zəif intensivliklə baş verir, burada qaysaq nadir
hallarda müşahidə olunur. Qırmızı-qonur torpaqların üst horizontlarında lil hissəciklərin
miqdarı azdır, bu da
profilin aşağı qatlarında ya lessivaj prosesi və ya intensiv aşınma və giləmələgəlmə prosesi ilə əlaqələndirilir.
Bəzi tədqiqatçılar qırmızı-qonur torpaqlar arasında şorakətləşmiş torpaqların olması fikrini söyləyirlər. Lakin
onların sahəsi azdır. Yağışlar mövsümündə quru savannaların torpaqları asan həll olan duzlardan tamam yuyulur
və torpaq profilindən kənara aparılır.
Uzun müddətdir ki, qırmızı-qonur və qırmızı-qəhvəyi torpaqlar arasında yayılımış qara tropik torpaqlar
dünyanın aqronom və torpaqşünaslarının diqqət mərkəzindədir; bu torpaqlar əsaslarla zəngin torpaqəmələgətirən
süxurlar - qabbro, bazalt, həmçinin əhəngli süxurlar üzərində formalaşmışdır. Quru savannaların qaratorpaqları
əkinçilikdə geniş istifadə olunur və tropiklərin ən münbit torpaqları hesab olunur.
Əsaslarla zəngin süxurların dəyişkən-rütubətli iqlimin, bəzən isə kifayət qədər drenajın olmadığı şəraitdə
aşınması, neytral və qələvi reaksiya şəraitində montmorillonit qrupundan olan törəmə mineralların yaranmasına
gətirib çıxarır. Qara torpaqlar ağır qranulometrik tərkibə, yüksək udma həcminə (15-20-dən 40-60 m-ekv-ə
qədər) malik olub, kalsium və maqnezium ilə zəngindir, bəzən burada natriuma da rast gəlmək olur.
Quru savannaların qaratorpaqlarında silisium oksidinin alüminium-oksidinə molekulyar nisbəti
(SiO
2
:Al
2
O
3
) geniş ölçülərdə dəyişir (3-5) ki, bu da onları ferralit tərkibə malik digər tropik torpaqlardan kəskin
şəkildə fərqləndirir. Qaratorpaqlarda humus horizontu (qalınlığı 1m və daha çox) yaxşı inkişaf etsə də,
tərkibində humusun miqdarı çox azdır (1-1,5%). Bu torpağın tərkibində xüsusi üzvi maddə formalarının, daha
sabit ulmin və humin qruplarının olması və humin maddələrinin torpağın montmorillonitlə zəngin mineral
hissəsinə möhkəm bağlılığı ilə əlaqədardır.
Quru savannaların qaratorpaqlarının ümumi sahəsi təqribən 200 mln ha-dır. Onların əsas hissəsi
Hindistanda (“qara pambıqlı torpaqlar”), Afrikada, ekvatordan şimalda və Avstraliyada yayılmışdır. Onlardan
bəziləri bərkliyi və çatlılığı, mövsümi hidromorfizm əlamətləri ilə seçilir, rəngi qaradan boz rəngə kimi dəyişir.
Bu torpaqlarda humus horizontunun qalınlığı da müxtəlif olur. Bu onu göstərir ki, “quru savannaların qara
torpaqları” anlayışı altında genetik və təsnifati baxımdan kifayət qədər ayrılmamış və münbitliyinə görə
müxtəlif torpaqlar mövcuddur. Bir sıra xassələrinə görə qara torpaqlara yaxın olan savannaların çəmən
torpaqları kiçik massivlər şəklində Afrika və Cənubi Amerikada yayılmışdır. Onlar daimi hidromorfizm
371
şəraitində formlaşır və çox vaxt tropik bataqlıqlarla sərhədlərdə müşahidə edilir (Nil çayının yuxarı axınlarında
və Afrikada Çad gölü rayonunda). Təqribi hesablamalara görə bu torpaqların ümumi sahəsi 100 mln. ha təşkil
edir.
Tropik kserofit – meşə və savanna vilayətlərinin torpaq örtüyünün səciyyəsi verilərkən allüvial torpaqların
və tropik şorakətlərin də qeyd edilməsi vacibdir. Sonuncular yalnız Avstraliyada qeyd olunmuşdur.
Tropik kserofit – meşə və savanna vilayəti torpaqlarının kənd təsərrüfatında istifadəsi qlobal miqyasda
əhalinin artımı ilə əlaqədar olduqca əhəmiyyətlidir. Bu vilayətlərdə təqribi hesablamalara görə 80 mln ha və ya
torpaqların ümumi sahəsinin 5% -i istifadə olunur. Əkinçiliyinin əsas rayonları Hindistan, Cənubi Afrikadır. İlk
növbədə əkinçilikdə tropik qara torpaqlar istifadə olunur. Bu
torpaqlar ümumi əkinlərin 50%-ni (40 mln ha)
təşkil edir. Əkinçilikdə istifadə əmsalı bu torpaqlarda 20% təşkil edir. Kənd təsərrüfatında istifadə dərəcəsinə
görə ikinci yerdə çəmən torpaqları, sonra qəhvəyi-qırmızı torpaqlar və nəhayət, nəmliklə daha az təmin olunmuş
qırmızı-qonur torpaqlar gəlir.
Rütubətli tropiklərlə müqayisədə burada düyü, sorqo, şəkər çuğunduru və tropik bitkilərin plantasiyarı az
yayılmışdır. Əsasən ildə bir məhsul yetişdirən ekstensiv təsərrüfat formalarına daha geniş yer verilmişdir.
Yalnız düyü və pambıq sahələri suvarılır. Mineral gübrələrdən nadir hallarda istifadə edilir.
Əkinçilikdə istifadəyə yararlı torpaqların sahəsi kifayət qədər genişdir. Təqribi hesablamalara görə onların
sahəsi 200-300 mln ha təşkil edir. Lakin bu torpaqların istifadəsi quru mövsümdə suvarmanın tətbiqini,
eroziyaya qarşı mübarizəni, həmçinin mineral gübrələrdən istifadəni tələb edir.
Tropik yarımsəhra və səhra vilayətləri tropik qurşağın ən quru ərazilərini əhatə edir. Bu vilayətlər daim
quru passat küləklərinin təsiri altında olub, tədricən subtropik səhralara keçir. Əsasən dörd tropik yarımsəhra və
səhra vilayəti fərqləndirilir. Onlar içərisində ən böyüyü Afrika-Asiya vilayəti olub, Saxara səhrasının və
Ərəbistan yarımadasının cənubunu əhatə edir. Sahəsinə görə sonra Avstraliya materikinin böyük hissəsini əhatə
edən Avstraliya vilayəti gəlir. Üçüncü yerdə Afrikanın cənubunda Kalaxari vilayəti və nəhayət, dörüncü yerdə
Çilinin şimalında yüksək dağlığın səhra vilayətidir.
Tropik yarımsəhra və səhra vilayətlərinin ümumi sahəsi 1220 mln ha-dır. Burada da səhralaşmış
savannaların qırmızımtıl-qonur, bərkimiş boz və allüvial torpaqlar 460 mln.ha, gilli və daşlı səhralar, həmçinin
şoranlıqlar – 480 mln.ha və qumlu səhralar təqribən 280 mln.ha ərazini əhatə edir.
Tropik yarımsəhra və səhra vilayətlərinin torpaq örtüyü özünəməxsus olub, qonşu subtropik qurşağın
yarımsəhra və səhralarından fərqlənir.
Tropik yarımsəhra rayonlarında yayılmış qırmızımtıl-qonur torpaqlar səhralaşmış savannalar altında
formalaşmışdır. Bu torpaqlar adətən, sialit tərkibə malikdirlər. Onlar quru savannaların qırmızı-qonur
torpaqlarından ferralitləşmənin az dərəcəsi, qonur rəngin bir qədər artıqlığı, humusun azlığı, profilboyu lilin
differensiasiya olmaması ilə fərqlənir. Bu torpaqlar hər yerdə karbonatlı olub, şorlaşmaya zəif məruz qalmışdır.
Humus humat tərkiblidir. Rütubətli yay mövsümü 1-2 aydan çox deyildir.
Tropik səhraların torpaqları da zəif ferrallitləşmə səbəbindən və sonradan həmçinin dəmir oksidlərinin
torpaq səthinin yüksək qızması səbəbindən (60
0
) deqidratasiyası nəticəsində qırmızımtıl rəngə malikdirlər.
Tropik səhraların ferralitləşməsinin müxtəlif izahı vardır; bəzi tədqiqatçılar bunu qədim dövrlərdə yağıntıların
çoxluğu ilə, digərləri isə bir neçə ildən bir düşən leysan yağışları ilə izah edirlər.
Subtropiklərdən fərqli olaraq, tropik səhralarda duz toplanması az yayılmışdır. Burada əkinçilik yalnız
suvarma şəraitində, çay vadilərində və vahələrdə mümkündür.
Dostları ilə paylaş: |