§ 104. Şorakətlər
İllüvial horizontunda (B) udulmuş halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium
toplanan torpaqlar şorakərli torpaqlar adlanır. Onlar torpaq profilinin kəskin təbəqələşməsi və əlverişsiz
aqronomik xassələri ilə səciyyələnir. Şorakətlər də şoranlar kimi şorlaşmış torpaqlar kateqoriyasına aid edilir.
Lakin şoranlardan fərqli olaraq şorakətlərdə asan həll olan duzlar torpağın səthində deyil, profilin müəyyən
dərinliyində yerləşmişdir.
Genezisi. İnkişaf prosesində şorakətlərin profili bir neçə aydın seçilən horizonta bölünür: A
1
-
humuslu-
elüvial (şorakətüstü), B
1
- şorakətli ( və ya ilüvial), B
2
– şorakətaltı və C- torpaqəmələgətirən süxur.
Humuslu-elüvial horizont topavari və ya plastik strukturlu olub, laylı, məsaməli, lil fraksiyalarında
yuyulmuş, ona görə də yüngül qranulometrik tərkiblidir. Bu horizontun rəngi müxtəlifdir: yarımsəhra və quru
bozqır zonalarının şorakətlərində açıq-qonur, qonur və ya qonurvari-boz (şabalıdı), bozqır və meşə-bozqır
zonasının torpaqlarında –tünd-boz və bəzən də qaradır. Horizontun qalınlığı 2-3-dən 20-25 sm-ə kimi dəyişir.
Şorakətli horizont qəhvəyi çalarlı tünd –qonur və ya qonur rəngdədir. Strukturu sütunşəkilli, nadir hallarda
prizmaşəkilli, qozvari və ya kəltənvaridir.
Quru halında horizont bərk və çatlaqdır, nəm halında yapışqan və
struktursuzdur. Şorakətli horizontun qalınlığı 7-12 və 20-25 sm və daha böyükdür.
Şorakətli horizontın altında yerləşmiş B
2
horizontu (şorakətaltı) daha açıq rəngə malikdir. Strukturu
prizmaşəkilli və qozvari olub, tərkibində karbonatlar və gips vardır. Ondan aşağıda həll olan duzların maksimal
toplandığı C
d
horizontu yerləşmişdir.
Morfoloji əlamətlərinə görə profilin kəskin təbəqələşməsini mikromorfoloji tədqiqatlar əsasında da görmək
mümkündür. Üst, şorakətüstü horizontlar üzvi gilli kütlənin çoxluğu və ilkin mineral qalıqlarının az və ya çox
dərəcədə bərabər paylanması ilə fərqlənir. İllüval horizontlarda məsamələr daxilində humus və gilli maddə
axınları yaxşı izlənilir. Şorakətaltı horizontlar karbonatlarla zəngindir və onların tərkibində gil azdır. Burada
kalsiumun mikrokristal, çox vaxt dəmirləşmiş formaları müşahidə edilir. İllüvial horizontların yüksək
dispersliliyi və onunla bağlı şorakətlərin əlverişsiz su-fiziki xassələri şorakət torpaqəmələgəlmə prosesinin
səciyyəvi xassələrindən birini təşkil edir.
Şorakətləşmə prosesi altında torpağın üzvi və mineral hissəsinin dispersliyinin kəskin yüksəlməsi
nəticəsində udma komleksinə natrium ionunun daxil olması, suya münasibətdə kolloidlərin davamlılığının aşağı
düşməsi və torpaqların qələvi reaksiyasının yaranması başa düşülür.
Şorakətlərin mənşəyi ilə bağlı bir neçə nəzəriyyə vardır. Bu nəzəriyyələr üçün ümumi cəhət - bu torpaqların
genezisində və əlverişsiz xassələrinin formalaşmasında natrium ionunun oynadığı rolun tanınmasıdır.
K.K.Hedroysun kolloid-kimyəvi nəzəriyyəsinə görə, şorakətlər neytral natrium duzları ilə şorlaşmış
şoranların duzsuzlaşması nəticəsində yaranmışdır.
Tərkibində böyük miqdarda natrium duzları olan torpaqlarda başqa kationları sıxışdırmaq hesabına udma
kompleksinin natrium ionları ilə doymasından ötrü şərait yaranır. Natriumla doymuş torpaq hissəcikləri natrium
ionunun yüksək hidratasiyası səbəbindən öz aqreqatlığını itirir. Natriumla zənginləşmiş kolloidlər öz səthində su
saxlamaq qabliyyətinə malikdir, çox şişir, koaqulyasiyaya qarşı dayanıqlıq və mütəhərriklik əldə edir. Natrium
ionunun torpaqda yüksək miqdarında qələvi reaksiyasının yaranma səbəbindən torpağın üzvi və mineral
birləşmələrinin həll olması da artır. Bu reaksiya mineralların hidrolizi və uducu kompleksdəki natriumla torpaq
330
məhlulundakı kalsium karbon duzlarının mübadiləsi nəticəsində yaranır:
Na
TUK | + Ca (HCO
3
)
2
↔ TUC | Ca
2+
+ 2NaHCO
3
;
Na
Məhlulun qələviləşməsi torpaq kolloidlərinin sonrakı dispersləşməsinə şərait yaradır. Onlar mütəhərrik
olduğundan üst horizontlardan yuyulurlar və müəyyən dərinlikdə elektrod duzların təsiri altında zol şəklindən
gelə çevrilir, toplanır və illüvial (şorakətli) horizontun yaranmasına gətirib çıxarırlar.
K.K.Hedroys şorakətli torpaqlarda inkişafın iki mərhələsini ayırırdı: birinci mərhələ – torpaqların
natriumun neytral duzları ilə şorlaşması, yəni şoranların yaranması və ikinci mərhələ - şoranların duzsuzlaşması
və şorakətli torpaqların ona məxsus profil quruluşu və xassələri ilə birgə yaranması. Şoranların duzsuzlaşma
mərhələsində K.K.Hedroys 3 faza ayırır: həll olan duzların kənarlaşması; sodanın yaranması; torpaq
hissəciklərinin dispersləşməsi və profilboyu aşağı aparılması.
Şorakətlərin genezisi ilə bağlı oxşar fikirlər K.D.Qlinka tərəfindən də söylənilmişdir. Onun nəzərincə
şorakətlərin yaranmasından ötrü torpaqların natrium duzları ilə şorlaşması və duzsuzlaşması vacibdir. Bu
proseslərin əsrlər ərzində bir-birini əvəzləməsi şorakət torpaqların yaranmasına gətirib çıxarır.
Sonrakı tədqiqatlar (İvanova, 1932) nəticəsində müəyyən olunmuşdur ki, şorakətlərin şoranların
duzsuzlaşmasından yaranmasından ötrü şoranların tərkibində duzların nisbəti aşağıdakı kimi olmalıdır: Na
+
: (Ca
2+
+ Mg
2+
) > 4.
Təbii şəraitdə torpaq məhlulunda duzların bu cür nisbətinə çox nadir hallarda rast gəlinir. Tərkibində 20%
kalsium duzları olan neytral duzlarla şorlaşmış şoranların duzsuzlaşması zamanı şorakətlilik əlamətləri
yaranmır. Beləliklə, şorakətlərin neytral duzlarla şorlaşmış şoranlardan yaranması nəzəriyyəsi universal hesab
edilə bilməz.
Şorakətlərin yaranmasının bioloji nəzəriyyəsi V.R.Vilyams tərəfindən inkişaf etdirilmişdir. O, hesab edirdi
ki, natrim duzlarının mənbəyi kimi bozqır və yarımsəhra bitkiləri çıxış edir. Bu bitkilərin minerallaşması
nəticəsində böyük miqdarda duzlar, o cümlədən soda əmələ gəlir.
Torpaqların asan həll olan duzlarla zənginləşməsi udma kompleksinin natriumla doymasına gətirib çıxarır
və şorakətləşməmiş torpaq tədricən şorakətə çevrilir.
Son illərin tədqiqatları sübut edir ki, şorakətləşmiş torpaqlar şoranlaşma mərhələsini yaşamadan da əmələ
gələ bilər (V.A.Kovda və b.). Natriumun mənbəyi soda olduğu hallarda şorakətlərin bu cür yaranması
mümkündür. Bu cür şəraitdə natriumun torpaq məhlulundan rəqabətsiz udulması baş verir. Ona görə də sodanın
hətta ən kiçik konsentrasiyalarında belə udma kompleksinin natriumla doyması mümkündür.
Təbii şəraitdə soda tərkibində az və çox miqdarda natrium olan maqmatik və çökmə süxurların aşınması
nəticəsində yaranır. Aşınma zamanı sərbəstləşmiş əsaslar (Ca, Mg, Na və s.) torpaq məhlulundakı karbon qazı
ilə qarşılıqlı əlaqəyə girərək uyğun karbonatlar, o cümlədən natrium karbonatı yaradır. Soda qrunt sularından
qalxan suyun tərkibindəki neytral duzların qələvi torpaqların karbonatları ilə qarşılıqlı təsirindən də yaranır:
Na
2
SO
4
+ Ca (HCO
3
)
2
→ CaSO
4
+ 2NaHCO
3
.
Torpaqda soda uducu kompleksin natrium kationu ilə torpaq məhlulunun tərkinbindəki kalsium karbonatla
və ya karbon turşusunun hidrogeni arasında mübadilə reaksiyası nəticəsində də yaranır:
Na
+
TUK │ + Ca(HCO
3
)
2
↔ TUK │Ca
2+
+ 2NaHCO
3
;
Na
+
və ya
Na
+
H
+
TUK │ + H
2
CO
3
↔ TUK │ + Na
2
CO
3
;
Na
+
H
+
Torpaqda soda bioloji yolla da əmələ gəlir. Bitki qalıqlarının minerallaşması zamanı azot, kükürd və başqa
turşuların duzları yaranır. Anionlar bitkilər tərəfindən udulur, natrium kationları isə torpaq məhlulunun karbon
qazı və biokarbonatları ilə qarşılıqlı əlaqəyə girərək soda törədir (V.R.Vilyams).
Sodanın yaranması tərkibində natriumun çox olduğu bozqır və yarımsəhra zonalarının müəyyən qrup
bitkilərinin (qara saksaul, qara yovşan, kafurotu və s.) parçalanması nəticəsində mümkündür.
Soda biokimyəvi proses - sulfatreduksiya edən bakteriyaların köməkliyi və üzvi maddələrin iştirakı ilə
natrium sulfatın reduksiyası nəticəsində də yaranır:
Na
2
SO
4
+ 2C → Na
2
S + 2CO
2
;
331
Na
2
S + CO
2
+ H
2
O = Na
2
CO
3
+H
2
S.
Reaksiya anaerob şəraitdə cərəyan edir. Yuxarıda nəzərdə keçirilən nəzəriyyələrdə şorakətlərin əmələ
gəlməsində əsas səbəb kimi mübadilə olunan natriumun rolu irəli çəkilir. Lakin tədqiqatlar göstərir ki, təbii
şəraitdə uducu kompleksində maqneziumun yüksək, natriumun isə, əksinə, cüzi miqdarda olduğu şorakətlər də
geniş yayılmışdır.
Bəzi tədqiqatçılar (Sokolovski, 1938; Kovda, 1963; Mojeyko, 1965 və s.) tərkibində maqneziumun
natriumdan üstünlük təşkil etdiyi şorakətlərə relikt hadisə kimi baxırlar. Mübadilə olunan natriumun təsiri
altında kolloidlərin peptitləşməsi şorakətvari torpaqların formalaşdığı ilkin mərhələlərdə baş verir. Sonradan
onların duzsuzlaşması mərhələsində natrium yuyulur və torpaqda kalsiumla müqayisədə daha dayanıqlı olan
maqnezium qalır.
Natrium kimi maqneziumun da torpağın şorakətliliyinin yaranmasında rolu böyükdür. Uducu kompleksə
daxil olaraq, o, natrium kimi, lakin bir qədər az dərəcədə kolloidlərin hidrofilliyini artırır, mikroqarqatlar
arasında əlaqəni pozur.
Bunun nəticəsində mineralların qismən parçalanması və kolloidli silisium tipli turşuların hidrofil
birləşmələrinin, həmçinin yüksək mütəhərrikli maqnezium humatlarının yaranması baş verir.
Şorakətlərin illüvial horizontunın formalaşmasında gilli mineralların tərkbinin, ilk növbədə montmorillonit
və mineralların qalmirolizi prosesində yaranmış yüksək hidratlı kolloidlərin
olmasının böyük rolu vardır.
Silisium birləşmələrinin kolloid formaları torpaq silikatlarının
hidrolozi prosesində də yarana bilir. Onlar dispers formada olan
hissəcikləri birləşdirir, adsorbsiya proseslərində iştirak edir və s. Bu
cür maddələrə CaSiO
3
və MgSiO
3
, silisiumun hidrogenli SiO
2
·H
2
O,
amorf silisium, törəmə kvars aid edilir.
Beləliklə, şorakətlər təbii şəraitdə müxtəlif yollarla əmələ
gələ bilir:
neytral duzlarla şorlaşma şoranların duzsuzlaşmasından;
tərkibində soda olan zəif minerallaşmış məhlulun torpaqla
qarşılıqlı təsirindən;
şorlaşmış süxurlarda natrium duzlarının, o cümlədən sodanın
biogen toplanması, həmçinin duzların kapilyarlarla yuxarı
qalxması və qurumasından;
torpaqların tərkibində müxtəlif növ hidrofil kolloidlərin
yüksək miqdarda olmasından.
Təsnifatı və diaqnostikası. Şorakətlərin təsnifləşdirilməsi
olduqca çətindir. Bu onların müxtəlif zonalarda, zona daxilində
isə müxtəlif geomorfoloji və hidroloji şəraitlərdə formalaşması
ilə əlaqədardır. Şorakətlərin ən mühüm genetik və meliorativ
xüsusiyyətləri (kimyəvi xassələri, şorlaşma dərəcəsi və başqa
əlamətləri) onların formalaşmasının hidroloji şəraitləri ilə
müəyyən olunur. Ona görə də hazırda şorakətlər onların su
rejiminə və onunla əlaqədar kompleks xassələrinə (duz rejiminin
xüsusiyyətlərinə, humusun toplanmasına) görə üç tipə bölünür:
avtomorf şorakətlər, yarımhidromorf şorakətlər, hidromorf
şorakətlər.
Yarımtiplərin bölgüsü şorakətlərin morfoloji xüsusiyyətlərini
və onların genetik horizontlarının xassələrini müəyyən edən
zonal şəraitdən asılı olaraq aparılır.
Cinslərə bölünmə kimyəvi xassələrə, şorlaşmanın dərəcəsinə
və dərinliyinə görədir. Şorakətlər humuslu-elüvial horizontların
qalınlığına; B
1
horizontunda mübadilə olunan natriumun miq-
darına; solodlaşma dərəcəsinə; şorakətli horizontun struktur
formasına görə növlərə bölünür.
Avtomorf (bozqır) şorakətlər qrunt sularının dərində (6 m-
dən aşağı) yerləşdiyi ərazilərdə formalaşır. Onların yaranması
şorlaşmış torpaqəmələgətirən süxurların səthə çıxması ilə
əlaqədardır. Avtomorf torpaqlar quru-bozqır (şabalıdı şorakətlər)
və yarımsəhra (qonur yarımsəhra şorakətləri) zonalarında geniş
yayılmışdır. Qaratorpaq zonada (qaratorpaq şorakətləri) nadir
332
hallarda rast gəlinir.
Bitki örtüyü taxıllı-yovşanlı qruplaşmalarla təmsil olunmuşdur. Şorakətlərin səthində çox vaxt yosun və
şibyələrə də rast gəlmək mümkündür.
Bozqır şorakətlərinin duz profili dəqiq təbəqələşmişdir. Karbonatlı horizont aydın görünür. Onun üzəri ağ
gözcüklü karbonat ləkələri ilə (35-50 sm və yuxarı) örtülüdür. Ondan aşağıda gips qatı, daha aşağıda isə asan
həll olan duzların toplandığı horizont yerləşmişdir. Xloridli-sulfatlı şorlaşma tipi daha geniş yayılmışdır.
Şorlaşmanın soda tipinə bozqır şorakətləri içərisində nadir hallarda təsadüf olunur.
Yarımhidromorf (çəmən-bozqır) şorakətlər birinci və ikinci subasar terrasların üzərində, əlavə səth və
yeraltı suların izafi nəmliyinin təsir etdiyi gölqırağı çökəkliklərdə formalaşır. Qrunt suları 3-6 m dərinlikdə
yerləşir.
Bitki örtüyü qara yovşan (Artemisia pauciflora), şrenk yovşanı (A.Schrenkiana), kərmək (Limonium sp.) və
başqa bitkilərdən ibarətdir.
Yarımhidromorf torpaqların profilində hidromorf torpaqlardan fərqli olaraq karbonatlı və gipsli horizontlar
aydın görünür. Sonuncu bəzən karbonatlı horizontla qarışır. Hər iki horizont səthə yaxın yerləşmişdir (30-35
sm). Yarımhidromorf şorakətlər arasında xloridli-sulfatlı, bəzən isə sodalı-xloridli-sulfatlı şorlaşma tipi
üstünlük təşkil edir.
Hidromorf (çəmən, çəmən-bataqlıq və çəmən donuşlu) şorakətlər çayların subasar hissəsində, gölqırağı
çökəkliklərdə və başqa depressiya səhələrində çəmən-şorakətli bitkilər altında formalaşır.
Şorakət çəmən torpaqlar qrunt suyunun səthə yaxın olduğu şəraitlərdə (3 m-ə kimi) inkişaf edir və daim və
ya vaxtaşırı olaraq su-duz məhlulunun təsirinə məruz qalır. Şorakətli horizontun bilavasitə altında duzların
böyük miqdarda toplanması müşahidə edilir.
Çəmən-bataqlıq şorakətləri göllərin periferiyasında qrunt sularının səthə yaxın olduğu şəraitdə və izafi səth
sularının təsiri altında formalaşmışdır. Onlar şorakət horizontu üzərində torflaşmış horizonta və şorakətləşmiş
horizont altında qleyli horizonta malikdir.
Çəmən-donuşlu şorakətlər çoxillik donuşluğun səthə yaxın olduğu ərazilərdə təsadüf olunur.
Şorakətlərin genetik və aqronomik xüsusiyyətlərinin əhəmiyyətli göstəriciləri aşağıdakılardır: karbonatlı və
gipsli horizontun yerləşmə dərinliyi; B
1
şorakətli horizontda udulmuş natriumun miqdarı; A horizontunun
humuslaşma dərəcəsi (yüksək humuslu – 6%-dən çox, orta humuslu – 3-6%; az humuslu -3 5-dən az); qrunt
sularının yerləşmə dərinliyi və onların minerallaşması (yüksək – 3 m-dən yüksək, orta – 3-6, dərin – 6 m-dən
dərində).
Qrunt sularının şorlaşma dərəcəsi aşağıdakı şkala (quru qalığa görə q/l-lə) ilə müəyyən edilir: şirin – 1-dən
az; zəif minerallaşmış 1-3; orta minerallaşmış 3-10; şiddətli minerallaşmış 10-50; şor su -50-dən çox.
Tərkib və xassələri. Qranulometrik və mineraloji tərkibi. Şoratəklərin qranulometrik tərkibinin səciyyəvi
xüsusiyyəti profilboyi lil hissəciklərin kəskin formada təbəqələşməsidir (cədvəl 112).
Cədvəl 112
Şorakətli şabalıdı çəmən-bozqır torpağın qranulometrik tərkibi
Horizontlar
Qranulometrik elementlərin ölçüləri (mm)
və onların miqdarı, %
1-0,25
0,25-
0,05
0,05-
0,01
0,01-
0,005
0,005-
0,001
<
0,001
<0,0
1
A
1
- 15,48
40,92
5,04
14,96
24,58
44,58
B
1
- 9,38
27,72
7,00
7,44
35,36
49,80
B
2
- 2,20
27,00
5,72
7,00
38,08
50,80
B
k
- 1,20
26,40
8,84
5,72
28,04
46,60
BC -
1,02
27,96
6,32
6,28
27,12
39,72
C
1
- 2,34
28,60
7,00
3,76
29,32
45,08
C
2
- 2,00
29,10
8,00
7,32
24,40
44,72
Humuslu-illüvial horizont yüngül qranulometrik tərkibi ilə seçilir. İllüvial horizont isə lil ilə zəngin
olduğundan həmişə ağırdır. Lil fraksiyalarının bu cür paylanması kolloidlərin peptitləşməsi ilə əlaqədardır. Daha
kəskin təbəqələşmə solodlaşmış şorakətlərdə müşahidə edilir.
Bu torpaqların lil fraksiyalarının mineraloji tərkibi montmorillonit-hidroslyuda qrupundan olan
minerallardan və amorf maddələrdən ibarətdir. Şorakətli horizontlarda montmorillonitlərin miqdarı daha çoxdur.
Üst horizontlarda isə kvarsın bir qədər çox olması səciyyəvidir.
Kimyəvi tərkibi və fiziki-kimyəvi xassələri. Şorakətlərin ümumi kimyəvi tərkibi bir sıra oksidlərin profilboyu
yenidən paylanmasını göstərir (cədvəl 113).
333
Cədvəl 113
Şorakətin (yarımhidromorf şabalıdı) ümumi tərkibi
Horizontlar SiO
2
Fe
2
O
3
Al
2
O
3
CaO MgO SO
3
P
2
O
3
K
2
O Na
2
O
1 2
3
4
5
6
7
8
9
10
A
72,41 4,76 14,82 1,82 1,79 1,73 0,05 2,50 1,33
B
1
64,54 5,68 20,08 1,50 2,19 2,13 0,06 2,73 1,30
B
2
66,60 6,35 17,30 1,68 1,97 2,40 0,06 2,83 1,55
B
k
65,00 5,89 16,97 3,01 2,35 3,01 0,07 2,56 2,02
BC
66,09 5,36 13,04 2,64 2,68 5,18 0,08 2,69 2,55
C
1
65,42 5,11 14,49 2,11 2,93 3,47 0,09 2,48 2,09
C
2
62,46 5,15 13,74 5,53 3,14 6,10 0,08 2,34 1,61
Üst horizontlar biryarımlıq oksudlərdən yuyulub və nisbətən silisiumla zəngindir. İllüvial horizontlar dəmir
və alüminiumun yüksək miqdarı ilə seçilir. Karbonatlı horizontlarda kalsium və maqneziumun miqdarı çoxdur.
Humusun miqdarı şorakətlərin formalaşdığı zonadan və qranulometrik tərkibindən asılı olaraq böyük
ölçülərdə dəyişir (cədvəl 114).
Qara torpaq zonanın şorakətləri şabalıdı torpaqlar zonasından fərqli olaraq humusla daha yaxşı təmin
olunmuşdur. Şorakət horizontda fulvoturşular humin turşularından üstündür.
B
1
horizontunda mübadilə olunan natriumun miqdarı udma tutumunun 13-60% -ni təşkil edir. Şorlaşmanın
soda tipində mübadilə olunan natriumun miqdarı xloridli-sulfatlı tipinə nisbətən çoxdur. Mübadilə olunan
əsaslar içərisində bəzən
çoxlu miqdarda maqnezium olur (udma tutumunun 35-45% - i qədər). Tərkibində soda
olan şorakətlər yüksək qələviliyi ilə seçilir (pH 8-10). Neytral duzlarla şorlaşmış şorakətlər zəif qələvi
reaksiyaya malikdirlər. Şorakətlər üçün fosforun mütəhərrik formalarının az miqdarda olması səciyyəvidir.
Cədvəl 114
Şorakətlərin kimyəvi tərkibi və fiziki-kimyəvi xassələri
Hori-
zontlar
Humus
,%
CO
2
, %
karbona
t-lar
SO
4
,%
gips
Udma
tutumu,
m-ekv/100qr.
Udulmu
ş
natrium,
%
pH su
çəkimi
Şorakət yarımhidromorf şabalıdı şoranvari xırda sütunvari az natriumlu
xloridli-sulfatlı
A
2,2 0,1 -
28,5
6 9,1
B
1
1,3 0,3 -
29,3
6 9,2
B
2
1,1 2,0 0,45 30,3
12 9,3
B
k
0,5 5,6 2,61 26,8
28 9,4
Şorakət qara –çəmən qarsaqlı-sütunlu, orta natriumlu sulfatlı-sodalı
A
6,6 3,6 0,22 47,2
22 9,2
B
1
6,0 4,3 0,64 54,1
30 9,6
B
2
4,3 3,4 0,62 42,3
40 9,9
B
k
2,4 8,1 0,67
-
- 9,6
Şorakətlər pis su-fiziki və fiziki-mexaniki xassələri ilə seçilirlər. Quru halda onlar çox sıx olur, nəm halında
şişir və yapışqan olur. Su keçiriciliyi aşağıdır, bitkinin mənimsəyə bilmədiyi suyun miqdarı başqa formalarından
çoxdur.
Kənd təsərrüfatında istifadə. Şorakətlər kənd təsərrüfatı sahələrinin genişləndirilməsindən ötrü böyük
rezerv hesab olunur. Lakin bu torpaqlar aşağı münbitlik xassəsinə malik olduğundan, əsaslı yaxşılaşdırma işləri
aparmadan onların mənimsənilməsi mümkün deyildir. Şorakətlərdə başlıca mənfi aqronomik xassə udma
kompleksində udulmuş natrium ionunun olmasıdır. Ona görə də şorakətli torpaqların münbitliyinin
artırılmasının ən səmərəli vasitəsi – natriumun kalsium duzları ilə əvəz edilməsidir.
Gipsləşdirmə - udulmuş natriumun yüksək miqdarı və torpaq məhlulunun qələviliyi ilə seçilən sodalı
şorlaşmış şorakətlərin münbitliyini yüksəltməkdən ötrü istifadə edilən ən radikal vasitədir. Gipsləşdirmə
334
şorakətlərin su-fiziki və kimyəvi xassələrinin əsaslı şəkildə yaxşılaşdırmağa imkan verir. Yaxşı yuma şəraitində
təkcə gipsdən deyil, başqa meliorasiyaedici maddələrdən, o çümlədən, kalsium duzlarından da (fosforgips,
kalsium xlor və s.) istifadə edilir. Kükürd turşusu və müxtəlif növ gipsli süxurlar da müsbət təsir göstərir.
Gipsin norması mübadilə olunan natriumun miqdarına görə müəyyən olunur və çəmən-şorakətlərdə
onun dozası adətən, 10-15 t/ha və daha çox, çəmən-bozqır və bozqır xloridli-sulfatlı şorakətlərdə 5-8
t/ha təşkil edir.
Gipsin miqdarı (t/ha) udulmuş natriumu kalsiumala əvəz etməkdən ötrüdür və onu hesablamaq
üçün aşağıdakı düsturdan istifadə edilir:
norma CaSO
4
· 2H
2
O = 0,086 (Na – 0,05 T) H
n
d
v
Burada Na – udulmuş natriumun miqdarı, mq-ekv /100 qr. torpaqda; T- udma tutumu, 100 1qr
torpaqda mq-ekv-lə (0,05 T- hesablamada udma tutumunun 5% natrimun torpaqda qalması buraxıla
bilən qəbul edilir, ona görə ki, bu miqdar torpağın xassələrinə təsir etmir); H
n
– gips veriləcək torpaq
qatının qalınlığıdır, adətən, 0,25-0,30 m götürülür; d
v
– torpağın sıxlığı, q/sm
3
; 0,086 – 1 mq-ekv
gipsin göstəricisi.
Çəmən-bozqır və bozqır şorakətlərinin gipsləşdirilməsi suvarma şəraitində daha səmərəlidir.
Gipsləşdirmə bahalı tədbir olduğu üçün şorakətləri mədəniləşdirmək məqsədilə başqa, bir qədər asan
və ucuz başa gələn tədbirlərdən də istifadə edilir. Bunlar içərisində şorakət
torpaqları dərindən şumlamaq və gipsli horizontu üzə çıxarmaq (şorakətlərin öz-
özünə meliorasiyası) yolu ilə natriumdan təmizlənməsi bəzən daha səmərəli olur.
Eyni zamanda bu tədbir vasitəsilə şorakət qatın sıxlığı azalır, su keçiriciliyi
yaxşılaşır, məhsuldar nəmliyin ehtiyatı artır.
Şorakətlərin münbitliyinin yaxşılaşdırılmasına yönəlmiş
əsaslı
aqromeliorativ tədbirlər sisteminə dərin şumla yanaşı, üzvi və mineral gübrələrin
verilməsi, həmçinin suvarma fonunda ot səpinin həyata keçirilməsi tədbirləri
daxildir.
Üzvi gübrələr mikrobioloji fəaliyyəti fəallaşdırır və şorakətlərin fiziki
xassələrini yaxşılaşdırır, onları qida elementləri ilə zənginləşdirir. Üzvi və
mineral gübrələrin bir yerdə verilməsi daha səmərəlidir. Mineral gübrələrdən
azot və fosfor gübrələri ilk növbədə tətbiq edilir. Şorakətlərin bu qida
elementlərinə daha böyük ehtiyacı vardır. Bəzən şorakətli torpaqların əlverişsiz
xassələrini yaxşılaşdırmaqdan ötrü süni strukturəmələgətirən vasitələrdən də
istifadə olunur.
Qara torpaqlar zonasında xırda və orta ölçülü şorakət konturların yayıldığı
ərazilərdə torpaqları yaxşılaşdırmaq məqsədilə torpaqlamaq əməliyyatından
istifadə edilir. Bundan ötrü şorakət ləkələrinin üzərinə kənardan münbit torpaq
kütləsi gətirilərək tökülür (2-3 sm qalınlığında).
Dostları ilə paylaş: |