Qərib Məmmədov


§ 102.  Şabalıdı torpaqlar



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
§ 102.  Şabalıdı torpaqlar 
 
Genezisi.  Şabalıdı torpaqlar quru bozqırların bitki örtüyü altında quru iqlim şəraitində 
formalaşmışır. Xam şabalıdı torpaqların profilində zəif ifadə olunan çim (A
ç
) altında tünd şabalıdı və ya 
açıq-şabalıdı  rəngli, topavari və ya topavari-tozvari strukturlu A  humus horizontu yerləşmişdir. Onun 
altında bozvari-qonur rəngli, iri topavari strukturlu B
1
 keçid humus horizontu var. Bu horizontdan 
aşağıda humus qalıqlarının göründüyü B
2
 horizontu gəlir ki, onun rəngi bozumtul-qonur, strukturu iri 
topavari – prizma şəkillidir. Onun altında qonurvari-sarı  rəngli və prizmavari struktura malik, bəzən 
karbonat və  şorakətlərin çoxluğundan sıx karbonatlı  B
k
 ilüvial horizontu yerləşmişdir. Bu horizontda 
karbonatlar parlaq ağ gözcüklər  şəklində olur. Karbonatlı horizont tədricən torpaqəmələgətirən C 
horizontuna keçir. C horizontu açıq yekcins rəngə malikdir, əvvəlki horizontlardan fərqli olaraq yumşaq 
olub, çox nadir karbonat ləkələrinə  təsadüf etmək olur və ya demək olar ki, müşahidə edilmir. Gips və 
asan həll olunan duzların toplanma dərinliyi  şabalıdı torpaqların yarımtip mənsubiyyəti ilə müəyyən 
edilir. 
V.V.Dokuçayev və N.M.Sibirtsev şabalıdı torpaqların mənşəyini quru iqlim şəraiti, tərkibində 
yovşanın üstünlük təşkil etdiyi bitkilərin kserofit xarakteri ilə  əlaqələndirirdilər. Müəlliflərin nəzərincə, 
bu zonada torpaqəmələgəlmənin başlıca
 
xüsusiyyəti humusəmələgəlmə tempinin aşağı olması  və torpaq 
profilinin karbonat və asan həll olunan duzlardan zəif yuyulmasıdır. 
Zonanın təbii şəraitinin xüsusiyyətləri, ilk növbədə bitki örtüyünün seyrəkliyi və bunun nəticəsində 
torpağa az miqdarda bitki qalıqlarının daxil olması  və humuslaşmadan ötrü az əlverişli  şərait, burada 
çimləşmə prosesinin qara torpaqlarla müqayisədə xeyli zəif getməsini müəyyən edir. Bu prosesin 
(humusun miqdarı, humus horizontlarının qalınlığı, strukturluğu) ifadə olunma dərəcəsi iqlimin zonal və 
əyalət xüsusiyyətləri ilə  əlaqədar nəmlənmə  şəraiti, həmçinin relyefin konkret şəraiti ilə  sıx bağlıdır. 
Məhz buna görə daha yaxşı humuslaşmış tünd şabalıdı torpaqlar əlverişli nəmlənmə  şəraitində, şabalıdı 
və açıq-şabalıdı torpaqlar isə  nisbətən quraq şəraitlərdə formalaşmışdır. Tünd şabalıdı torpaqlardan açıq-
şabalıdı torpaqlara keçiddə üzvi qalıqların ümumi ehtiyatı azalır, bitkilərin yeraltı kütləsinin yerüstü 
kütləsinə nisbəri artır ki, bu da ot tərkibində yovşanın xüsusi çəkisinin artması ilə izah edilir. 
Şabalıdı torpaqlar zonasında biokütlənin miqdarı zonanın müxtəlif yerlərində 100-200 sent/ha 
arasında tərəddüd edir. Bitki qalıqlarının illik töküntülərinin miqdarı da 40-80 sent/ha arasında dəyişir. 
Onun xeyli hissəsini kök qalıqları təşkil edir. Bitkilərin yerüstü qalıqlarının miqdarı böyük deyildir və o, 
adətən 10-15 sent/ha-dan çox olmur. Töküntülərlə bir yerdə maddələrin bioloji dövranında 250-450 kq 
küli maddələr iştirak edir. 
Yovşan qrupundan olan bitkilər parçalanarkən silisium, maqnezium və biryarımlıq oksidlərlə yanaşı, 
böyük miqdarda qələvi metallar da yaranır. Bu qələvi metallar zona daxilində  şorakətləşmənin  əsas 
səbəbkarı hesab olunur. Çimləşmə  və  şorakətləşmə prosesləri – quru bozqırlar zonasında 

 
316
torpaqəmələgəlmənin əsas xüsusiyyətini təşkil edir. Ona görə də şabalıdı torpaqların şorakətliyinə zonal 
hadisə kimi baxılmalıdır. Şorakətləşmə açıq-şabalıdı torpaqlarda özünü daha qabarıq şəkildə göstərir. 
Ağır  şabalıdı torpaqlarda şorakətləşmə daha yaxşı ifadə olunmuşdur. Yüngül şabalıdı torpaqlar 
adətən şorakətləşməmiş və ya zəif şorakətləşmiş olur. 
Şorakətləşməyə  ərazinin relyefi də  əhəmiyyətli dərəcədə  təsir göstərir.  Şabalıdı 
torpaqlarda şorakətləşmə əlaməti yamacların aşağı hissəsində özünü daha yaxşı göstərir.  
Şorlaşma və karbonatlığın da şorakətləşmənin inkişafına təsiri vardır.  Şiddətli 
şorlaşmış süxurlar üzərində formalaşmış  şabalıdı torpaqlarda şorakətləşmə  əlamətləri 
güclü olur. Lakin karbonatlı süxurlar üzərində formalaşmış şabalıdı torpaqlarda şorakət-
ləşmə əlamətləri ya zəif olur, ya da demək olar ki, müşahidə edilmir. 
 Təsnifatı. Şabalıdı torpaqların ilk təsnifatı V.V.Dokuçayev tərəfindən işlənmişdir. 
O, onları iki qrupa - tünd şabalıdı (humus 4%) və açıq  şabalıdı (humus 2-3%) 
ayırmışdır. 
Hazırda şabalıdı torpaqlar üç yarımtipə bölünür: tünd şabalıdı torpaqlar (humus 4-
5%), şabalıdı torpaqlar (humus 3-4 %) və açıq-şabalıdı torpaqlar (humus 2-3%). 
Yarımtiplər daxilində cinslər ayrılır: adi, şorakətvari,  şorakətvari-şoranlı, qalıq-
şorakətvari, şorakətvari-solodlı, karbonatlı, karbonatlı-şorakətvari (dərindən qaynayan) 
və inkişaf etməmiş ( bərk süxurlar üzərində). 
Tünd şabalıdı torpaqlar. Onlar üçün humus horizontunun 
tünd –boz rəngdə, topavari və topavari-dənəvər strukturda 
olması  səciyyəvidir. Humus qatının (A+B
1
) qalınlığı 35-45 
(50) sm olub, gips və asan həll olan duzlar 2 metr dərinlikdə 
yerləşmişdir. 
Tünd-şabalıdı torpaqlar yarımtipi  aşağıdakı cinslərə 
ayrılır:  Tünd  şabalıdı adi  torpaqların–  əlamət və xassələri 
təsvir edilən yarımtiplə eynidir; Tünd  şabalıdı  şorakətvari 
torpaqlar  B
1
 humus horizontunun aşağı hissəsinin sıxlığı ilə 
səciyyələnir. Bu da həmin horizontun kolloid hissəcikləri ilə 
zəngin olması ilə  əlaqədardır;  Tünd  şabalıdı  şoranlaşmış 
torpaqlar şüddətli şorlaşmış süxurlar üzərində formalaşmışdır. 
Bu torpaqların profilində  şorakətləşmə  əlamətləri ilə yanaşı, 
asan həllolan duzların yüksək göstəricisi (> 0,25 %) də 
səciyyəvidir;  Tünd  şabalıdı  şorakətvari – solodlaşmış 
torpaqlar humus horizontunun yuxarı  və  aşağı hissələrində 
solodlaşma əlamətlərinin SiO
2
 ləkələri formasında görünməsi 
ilə səciyyələnir. Bu torpaqlar duzsuzlaşma mərhələsində hesab 
olunur; Tünd şabalıdı karbonatlı torpaqlar səthdən başlayarq 
bütün profilboyu yüksək karbonatlığı ilə  səciyyələnir. Onlar 
karbonatlı süxurlar üzərində formalaşmışdır;  Tünd  şabalıdı 
karbonatlı-şorakətvari torpaqlar  ağır qranulometrik tərkibli 
karbonatlı  şorlaşmış süxurlar üzərində formalaşmışdır. 
Yüksək sıxlığı və profilinin çatdaqlığı ilə seçilir. Nəm halında 
şişir. Udulmuş  əsasları içərisində natriumla yanaşı, 
maqneziumun da xüsusi çəkisi yüksəkdir;  Tünd  şabalıdı 
qalıq-şorakətvari torpaqların profilində aydın görünən, lakin 
tərkibində mübadilə olunan natrium olmayan şorakətləşmə 
əlamətləri vardır. Ona görə  də bu torpaqlarda şorakətləşmə 
əlamətinə qalıq  əlaməti kimi baxılır;  Tünd  şabalıdı  dərindən 
qaynayan torpaqlar yüngül qranulometrik tərkibə malik 
süxurlar üzərində formalaşmışdır. Yaxşı sukeçiriciliyi sayəsində karbonatlar 1-1,5 m 
dərinliyə kimi yuyulmuşdur. Gips horizontu yoxdur; Tünd şabalıdı bərkimiş torpaqlar 
lilli-gilli süxurlar üzərində formalaşmışdır və B horizontunun yüksək sıxlığı ilə seçilir. 
Bu torpaqların da tərkibində az miqdarda mübadilə olunan natrium vardır;  Tünd 
şabalıdı tam inkişaf etməmiş torpaqlar  bərk süxurlar üzərində formalaşmışdır. Zəif 
inkişaf etmiş profili quruluşa malikdir. Humus horizontunun (A+B
1
) qalınlığı 20 sm-
dən çox deyildir. 
Şabalıdı torpaqlar. Tünd şabalıdı torpaqlardan fərqli olaraq şabalıdı torpaqların 
humus qatı bir qədər az qalınlığa (A+B
1
-30-40 sm)  malikdir. Karbonatların qaynaması 
40-45 sm dərinlikdən başlayır. Karbonatların maksimal toplanması 50-55 sm, gips-

 
317
150-170 sm, və asan həllolan duzlar təqribən 2 m dərinlikdə müşahidə edilir. Cins əlamətlərinin yaranma şəraiti 
və diaqnostik göstəriciləri tünd şabalıdı torpaqlarda olduğu kimidir. 
Açıq-şabalıdı torpaqlar humus qatının yuxalığı (A+B
1
-25-35 sm) ilə  fərqlənir; struktursuzdur. Zəif 
yuyulma səbəbindən karbonatlı horizont səthə yaxın yerləşmişdir. Gips horizontu 110-120 sm 
dərinlikdə müşahidə edilir. Açıq-şabalıdı torpaqlarda şorakətləşmə  əlaməti daha yaxşı ifadə 
olunmuşdur. Şorakətləşməmiş açıq-şabalıdı torpaqlar, demək olar ki, müşahidə edilimir. Şorakətləşmə 
əlamətlərinin aşkar göründüyü açıq-şabalıdı torpaqların üst horizontlarında  solodlaşma  əlamətləri də 
görünür. 
Açıq-şabalıdı torpaqların cinslərə ayrılması tünd şabalıdı və şabalıdı torpaqlarda olduğu kimidir. 
Şabalıdı torpaqlar humusun miqdarına, humuslu horizontların qalınlığına və  şorakətləşmə 
dərəcəsinə görə növlərə ayrılır. 
Çəmən-şabalıdı torpaqlar. Çəmən-şabalıdı torpaqlar şabalıdı torpaqlar zonası daxilində çökək sa-
hələrdə, çayqırağı terraslarda və s. yerlərdə müşahidə edilir. Şorakətlərlə birgə onlar torpaq örtüyünün 
kompleksliyini yaradırlar. Yaz dövründə səth axınları torpaqda əlavə nəmlik ehtiyatı yaradır ki, bu da 
çəmən-bozqır bitkilərinin inkişafına səbəb olur. Çəmən-şabalıdı torpaqlarda humusun toplanması, həm-
çinin torpaq qatının həm duzsuzlaşması və həm də şorlaşmasından ötrü əlverişli şərait mövcuddur. 
Çəmən-şabalıdı torpaqların profilində şabalıdı torpaqlarla eyni genetik horizontlar ayırırlar: çimli - 
A
ç
 (xam torpaqlarda), humus-akkumulyativ – A, keçid – B
1
, humus axıntısı horizontu -B
2
, karbonatlı 
horizont – B
k
 və torpaqəmələgətirən süxur –C. 
Çəmən-şabalıdı torpaqlar şabalıdı torpaqlardan fərqli olaraq humus horizontlarının yüksək 
qalınlığı (45-55 sm) və qida elementlərin yüksək miqdarı ilə səciyyələnir. 
Gillicəli çəmən-şabalıdı torpaqların udma tutumu 100 qram torpaqda 30-40 mq-ekv-dir. Çəmən-şa-
balıdı torpaqların cinslərə bölünməsi  şabalıdı torpaqlarda olduğu kimidir. Lakin bu torpaqlarda əlavə 
olaraq çəmən-şabalıdı qleyləşmiş torpaq cinsi də ayrılır.  
Çəmən-şabalıdı torpaqların növlərə ayrılması humus horizontlarının qalınlığına, humusun 
miqdarına, şorakətləşmə,  şorlaşma, karbonatlıq, solodlaşma və qleyləşmə dərəcəsinə görə aparılır. 
 Tərkib və xassələri. Qranulometrik və mineraloji tərkibi. Tipik şabalıdı torpaqlar üçün lil fraksi-
yalarının profilboyu bərabər paylanması səciyyəvidir. Şorakətvari növmüxtəlifliklərində lil fraksiyala-
rının üst horizontdan aşağı B horizontuna hərəkəti müşahidə edilir. Şorakətləşmə  əlaməti gücləndikcə 
lil fraksiyasının differensiasiyası da güclənir (cədvəl 101). 
 

 
318
Cədvəl 101 
 
Şabalıdı torpaqların qranulometrik tərkibi 
 
Horizo-
ntlar 
Hiqro-
skopik 
nəmlik 
Qranulometrik elementlərin ölçüləri (mm) və onların 
miqdarı, % 
1-
0,25 
0,25-
0,05 
0,05-
0,01 
0,01-
0,005
0,005
-
0,001 

0,001 
<0,01 
 

2  3 4 5 6 7  8  9 
Şabalıdı zəif şorakətləşmiş 

3,78  1,8 19,5 24,6 7,4 10,0  36,7  54,1 
B

5,11 0,8 4,3 28,2 9,6 13,8 43,3  66,7 
B

3,72 1,0 4,7 27,3 8,2 17,8 41,0  66,9 
B

3,41 1,3 8,8 44,3 4,5 22,8 18,3  45,6 

2,68  5,7 36,6 16,5 5,4 17,8  18,0  41,2 
Şabalıdı şiddətli şorakətləşmiş 

2,73  1,3 45,9 17,2 4,8  7,6  23,2  35,6 
B

4,17  2,1 36,0 11,7 3,8  7,6  38,8  50,2 

3,92  0,5 37,3 12,1 4,6 19,6  25,9  50,1 
Açıq şabalıdı şorakətləşmiş 
A 5,90 

4,3 
36,9 
8,9 
19,5 
26,1 
54,6 
B

7,20 - 7,6 
31,9 
7,1 9,4 34,1 50,6 
B
k
 6,80 

2,0 
34,6 
10,4 
5,3 
33,0 
48,8 
BC 5,75 - 4,3 
30,8 
5,8 
7,1 
29,5 
42,4 
C 6,20 

7,4 
27,6 
3,2 
7,7 
29,1 
40,0 
 
Şabalıdı torpaqların lil fraksiyalarında montmorillonit və hodroslyuda qrupundan olan mineral üstünlük 
təşkil edir. Lakin tərkibində az miqdarda da olsa hetit və hibbsit vardır. 
Kaolinit qrupundan olan törəmə minerallara şabalıdı torpaqlarda nadir hallarda təsadüf olunur. İri 
fraksiyalardan əsasən kvars, çöl şpatı, slyuda geniş yayılmışdır. 
Kimyəvi tərkibi və fiziki-kimyəvi xassələri. Silisium turşularının ümumi miqdarı  şabalıdı torpaqlarda bütün 
profilboyu bərabər paylanmışdır. Biryarımlıq oksidlərin miqdarı şorakətləşmə və solodlaşmanın dərəcəsindən asılıdır. 
Açıq-şabalıdı gillicəli torpaqlarda humus 2-3 %, azot – 0,15-0,2 %, fosfor – 0,08-0,2 %-dir. Udma tutumu 
100 qr. torpaqda 15-25 mq-ekv təşkil edir. Udulmuş əsaslar içərisində Ca
2+
 və Mg
2+
 kationları üstünlük təşkil 
edir. Onlar udma tutumunun 85-97%-ni təşkil edir. Qalan 3-15% mübadiləli Na
+
 payına düşür. Su çəkiminin 
reaksiyası zəif qələvidir, üst horizontlarda pH 7,2-7,5, aşağı horizontlarda 8-ə bərabərdir (cədvəl 102). 
Cədvəl 102 
Şabalıdı torpaqların fiziki-kimyəvi xassələri 
 
Horizontlar Humus, 

Azot, 

C:N 
Udma 
tutumu,  
m-ekv 
Udulmuş 
natrium, % 
 
1 2 


5  6 
Tünd şabalıdı şorakətvari yüngülgillicəli 
A

4,03 0,27 
8,7  19,9 
4,5 
B

2,03 0,14 
7,0  20,4 
10,2 
B

0,27 - -  13,0 
4,4 
Şabalıdı zəif şorakətləşmiş ağırgillicəli 
A

3,56 0,25 
8,3  26,6 
2,7 
B

2,88 0,19 
8,7  25,0 
3,4 
B

1,37 0,13 
6,0  23,0 
2,8 
Şabalıdı şiddətli şorakətləşmiş gillicəli 
A

2,20 0,17 
7,3  17,7 
6,5 
B

2,12 0,15 
8,0  32,4 
14,0 

 
319
1 2 


5  6 
B

0,99 0,08 
6,1  22,1 
15,3 
Açıq-şabalıdı şorakətləşmiş yüngülgillicəli 
A

1,82 0,17 
6,2  11,0 
2,4 
B

0,84 0,10 
5,0  13,1 
7,9 
B

0,72 0,08 
5,0  18,6 
8,0 
 
Şabalıdı torpaqlarda qida elementlərinin mütəhərrik formalarının miqdarı torpağın qranulometrik 
tərkibindən, şorakətləşmə dərəcəsindən və karbonatlığından asılıdır.  
Suda həllolan duzların miqdarı  və  tərkibi. Yuyulmayan su rejimi torpaqların müxtəlif dərinliklərində 
karbonatların, gips və asan həll olan duzların akkumulyasiyasına gətirib çıxarır. 
Profilin üst hissəsində  qələvi və  qələvi-metalların bikarbonatları; 50-60 sm dərinlikdə karbonatlar; 1-1,5 
dərinlikdə gips və ondan aşağıda suda həllolan duzlar akkumulyasiya edir. 
Şorakətləşməmiş  şabalıdı torpaqların profilində asan həllolan duzların miqdarı azdır. Üst horizontda su 
çəkiminin quru qalığı 0,1%-dən çox deyildir. Duzların xeyli miqdarda toplanması 120-160 sm dərinlikdə müşa-
hidə edilir. Onların tərkibində qələvi və qələvi torpaq metalların sulfatları üstünlük təşkil edir. Üçüncü dövrün 
şorlaşmış süxurları üzərində formalaşmış  şabalıdı torpaqlar şorlaşmanın sulfatlı-xloridli tipi ilə  səciyyələnir 
(cədvəl 103). 
Cədvəl 103 
Şabalıdı torpaqlarda su çəkiminin tərkibi 
 
Horizontlar 
Quru 
qalıq, 

HCO

Cl
 - 
SO
4
2-
Ca
2+
Mg
2+
 Na
+
+K
+
m-ekv / 100qr torpaqda 
 
1 2 






Şabalıdı zəif şorakətləşmiş ağırgillicəli sarı-qonur gillicələr üzərində 
A 0,05 
0,65 
0,04 

0,33 

0,35 
B

0,04 0,54 0,06 - 0,24  -  0,36 
B

0,07 0,88 0,04 - 0,38 0,15  0,39 
B

0,08 0,94 0,09 - 0,58 0,32  0,13 
C

0,10 1,07 0,09 - 0,48 0,55  0,13 
Şabalıdı şorakətləşmiş-şoranlaşmış gillicəli paleogen çöküntüləri üzərində 
A 0,06 
0,38 
0,04 

0,06 
0,02 
0,32 
B

0,24 0,89 1,29 
0,04 
0,56 0,06  1,60 
B

0,39 1,36 2,71 
0,58 
0,54 0,05  4,06 
B

0,49 1,43 3,38 
0,85 
0,54 0,05  5,07 
C

0,69 1,13 4,62 
0,96 
1,28 0,11  9,32 
 
Duzlu horizontlar tünd şabalıdı torpaqlarda daha dərində, açıq-şabalıdı torpaqlarda səthə yaxın 
yerləşmişdir. Hər bir yarımtipin hüdudları daxilində duzlu horizontların yerləşmə dərinliyi şorakətləşmə 
dərəcəsinin artması və qranulometrik tərkibin ağırlaşması ilə əlaqədar  azalır. 
Fiziki və su-fiziki xassələri. Tünd şabalıdı torpaqlar əlverişli fiziki xassələri ilə səciyyələnir (cədvəl 
104).  Şorakətləşməyə  məruz qalmış torpaqlarda fiziki xassələr profilin sıxlığı ilə  əlaqədar  əlverişsizdir. 
Bu torpaqlarda karbonatlı horizontlar daha böyük sıxlığa və aşağı məsaməliyə malikdir. 
 
Yağıntıların az miqdarda düşməsi,  şabalıdı torpaqların profilinin zəif strukturluğu və yüksək 
sıxlığı onların dərindən islanmasını  təmin etmir. Payız yağışları adətən, torpağı 70-110 sm dərinliyinə 
kimi isladır. Ayrı-ayrı illərdə açıq  şabalıdı torpaqlarda islanmanın dərinliyi 50 sm-dən çox olmur. 
Dərindən islanma yaxşı sukeçiriciliyi olan yüngül qranulometrik şabalıdı torpaqlarda müşahidə edilir. 
Yaz yağışları şabalıdı torpaqları 1,5-2 m dərinliyə kimi islada bilir. 
 

 
320
Cədvəl 104 
Şabalıdı torpaqların su fiziki xassələri 
 
Dərinlik, 
sm 
Sıxlıq, 
q/sm
3
 
Ümumi 
məsaməlik, 
 
Ən az 
sututumu 
(ƏS) 
Maksimal 
hiqroskopiklik 
(MH) 
Soluxma 
nəmliyi 
(SN) 
Torpağın həcmindən %-lə 
Tünd şabalıdı yüngülgillicəli 
0-10 1,20  55,5 
22 
4,3 
6,5 
10-20 1,32  51,2 
21 
4,5 
6,7 
20-30 1,46  46,3 
20 
4,5 
7,4 
60-70 1,56  46,2 
17 
2,5 
3,7 
110-120 1,64 
39,4 
18 
2,5 
3,8 
150-160 1,59 
41,3 
14 
2,2 
3,3 
200-210 1,60 
40,2 

2,4 
3,7 
Açıq-şabalıdı gillicəli 
0-5 1,25  51,6 
33 
6,1 
10,0 
5-10 1,25  51,6 
30 
6,1 
10,0 
10-20 1,31  51,0 
29 
7,2 
12,4 
20-30 1,41  47,5 
29 
9,5 
18,3 
40-50 1,54  43,7 
30 
9,5 
16,9 
70-80 1,53  43,8 
30 
9,6 
15,3 
90-100 1,51  44,9 
35 
10,3 

150-160 1,44 
47,4 
29 
11,5 

190-200 1,46 
46,3 
29 
9,9 

 
Gillicəli  şabalıdı torpaqlarda 2 m aşağı  dərinlikdə ilin müxtəlif dövrlərində  nəmliyi sabit qalan “ölü” 
horizont (Vısotskiyə görə) yerləşmişdir. Üst horizontların ən az sututumu 22-36%-dir. 
Şabalıdı, xüsusən də açıq-şabalıdı torpaqlar nəmliyin kəskin defisiti ilə  səciyyələnir. Ona görə  də bu 
torpaqlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı qeyri-sabitdir. 
Torpaq örtüyünün strukturu. Zonanın torpaq örtüyünün strukturu özünün mürəkkəbliyi ilə səciyyələnir. 
Burada xırda konturluluq və kompleksliliyin yayılması  şorakətlərin və müxtəlif dərəcədə  şorlaşmaya məruz 
qalmış torpaqların geniş yayılması ilə əlaqədardır. 
Bununla belə, zonanın ayrı-ayrı  ərazilərinin torpaq örtüyünün strukturu süxurların xüsusiyyətlərindən, 
sahənin geomorfologiyasından və hidrologiyasından irəli gələrək fərqli kombinasiyalar yaradır. 
Yaxşı drenli ərazilərdə, dördüncü dövrün şorlaşmamış süxurları üzərində  torpaq örtüyü tünd-şabalıdı  və 
çəmən-şabalıdı torpaqların cinslərinin, həmçinin şorakətlərin iştirakı ilə birləşmələr əmələ gətirmişdir. 
Şimali Qazaxıstanda müxtəlif dərəcədə  şorakətləşmiş tünd şabalıdı  və  şabalıdı torpaqların  şorakətlərlə 
yaratdıqları konpleksləri geniş yayılmışdır. 
Ukraynanın cənubunda quru bozqırların torpaq örtüyünün strukturu  kontrastlığın az ifadə olunması ilə 
səciyyələnir və zonanın başqa regionlarından fərqli olaraq burada müxtəlif qalıqlı tünd şabalıdı torpaqlar 
karbonatlı və şorakətləşmiş cinslərlə birgə mürəkkəb olmayan kombinasiyalar yaratmışdır. 
Xəzərsahili ovalıq birləşmə  və komplekslərin rəngarəngliyi ilə seçilir. Bu strukturların formalaşmasında 
zonal  şabalıdı, açıq  şabalıdı  torpaqlar və  şorakətlərlə yanaşı, çəmən-şabalıdı (tünd rəngli), çəmən,  şoran 
torpaqlar və solodlar da iştirak etmişdir. 
Kənd təsərrüfatında istifadə.  Quru bozqırlar zonasında kənd təsərrüfatı bitkiləri tez-tez quraqlıqdan 
əziyyət çəkir.  Əkinçiliyin burada uğurlu inkişafı tarlaqoruyucu meşələrin salınması  və xüsusi aqrotexnikanın, 
xüsusən də qar örtüyünü tarlada saxlamaq və digər tədbir vasitəsilə nəmliyin toplanmasını həyata keçirməklə, 
herikin tətbiqi və digər vasitələrlə mümkündür. 
Tünd-şabalıdı və şabalıdı torpaqlarda bərk buğda, qarğıdalı, darı, günəbaxan, bostan bitkiləri və s. becərilir. 
Açıq-şabalıdı torpaqlarda suvarmasız yüksək və sabit məhsul almaq praktiki olaraq mümkün deyildir. 
Yüngül  şabalıdı torpaqların geniş yayılması ilə  əlaqədar burada külək eroziyasına qarşı mübarizə, bu cür 
torpaqlarda torpaqqoruyucu əkinçilik sistemlərinin tətbiqi böyük əhəmiyyət kəsb edir.  
Suvarmanın tətbiq edildiyi şabalıdı torpaqlarda azot, kalium və fosfor gübrələri daha böyük səmərəyə 
malikdir. Suvarmanın tətbiq edilmədiyi yerlərdə yalnız fosfor gübrələri müsbət təsir göstərmək 
qabiliyyətindədir. 
Yeni torpaq sahələri kənd təsərrüfatı istifadəsinə verilərkən torpaqların aşağıdakı aqroistehsalat xassələri 
nəzərə alınmalıdır: humusun miqdarı, humus horizontlarının qalınlığı, qranulometruk tərkibi, şorakətlilik, duzlu 
horizontların yerləşmə dərinliyi. 

 
321
Torpaqlarda şorakətləşmə dərəcəsi yüksək olduqca kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür. 
Ona görə də şorakətləşmiş şabalıdı torpaqların münbitliyinin yüksəldilməsinin ən əhəmiyyətli tədbirlərindən biri 
onların  gipsləşdirilməsidir. Gipsləşdirmə suvarma, ot səpmə  və gübrələrin verilməsi fonunda daha yüksək 
səmərəyə malikdir. 
Şabalıdı torpaqların münbitliyini yüksəltməkdən ötrü tədbirlər sistemini hazırlayarkən onların  əyalət 
xüsusiyyələri də nəzərə alınmalıdır. Zabaykalye əyalətində, məsələn, şabalıdı torpaqlar 1,5-2 m dərinliyə kimi 
donur. Yazda buzun açılması çox yavaş gedir və bununla da səth axınını artırır. Yazda və yayda quru güclü 
küləklər torpağı şox qurudur. Yağıntılar əsasən yayın ikinci yarısında düşdüyünə görə kənd təsərrüfatı bitkiləri 
vegetasiya dövründə suya ehtiyac duyur. Ona görə  də bu əyalətdə qarın süni surətdə tarlada saxlanmasına və 
torpağın dərində donmasının qarşısını alan digər tədbirlərə üstünlük verilməlidir. 
Şabalıdı torpaqlar şumlanarkən mikrobioloji proseslərin fəallığı artır. Bu da üzvi qalıqların və humusun 
intensiv parçalanmasına  (xüsusən də birinci il) gətirib çıxarır. Sonra humusun parçalanma sürəti zəifləyir və 50-
100 il ərzində demək olar ki, dəyişmir.  Şabalıdı torpaqların  şumlanması ilə  C
ht
:C
ft
 nisbəti də bir qədər artır. 
Mikrobioloji proseslərin fəallığının artması qida rejimini yaxşılaşdırır: nitratların miqdarı artır, həmçinin 
fosforun mütəhərrik formalarının miqdarı bir-neçə dəfə yüksəlir. 
 
 
XXXIV FƏSİL. ŞORLAŞMIŞ TORPAQLAR VƏ SOLODLAR 
 
Profilində bitkilər üçün toksiki miqdarda asan həll olan duzların toplandığı torpaqlar şorlaşmış torpaqlar 
adlanır. Bu cür torpaqlara şoranlar,  şoranlı torpaqlar və  şorakətlər aid edilir. Onlar quru bozqırlar və 
yarımsəhralar zonasında, həmçinin səhra, bozqır, meşə-bozqır və tayqa-meşə zonalarında da yayılmışdır 
(Qazaxıstan, Qərbi Sibir, Orta və  Aşağı Volqa, Ukraynanın cənubu, Mərkəzi Asiya, Ön Qafqaz, Kür-Araz 
ovalığı və s.). Onların ümumi sahəsi təqribi hesablamalara görə 120 mln.ha təşkil edir.  
 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin