Qərib Məmmədov



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   42   43   44   45   46   47   48   49   ...   52
§ 105. Solodlar 
 
Solodlar meşə-bozqır və bozqır zonalarında, həmçinin quru bozqırlarda və 
yarımsəhralarda yayılmışdır. Onlar Qəbi Sibir düzənliyinin meşə-bozqır zonasında daha 
geniş yayılmışdır. Təqribi hesablamalara görə solod və solodlaşmış torpaqların ümumi 
sahəsi 0,8 mln.ha təşkil edir. 
Genezisi. Solodların profili kəskin  şəkildə horizontlara ayrılmışdır: A
o
, A
1
, A
2

A
2
B, B (B
1
B
2
), C. A
o
 – meşə döşənəyi və ya çim qatı; A
2
 – solodlaşmış horizont – 
ağımtıl, plitəşəkilli və laylı-pullu strukturlu, konkrasiya şəklində dəmirli-manqanlı yeni 
törəmələr və pas-oxralı  ləkələr. Solodlaşmış horizontdan sonra ağ  ləkəli tünd-qonur 
rəngli, plitə-xırda qozvari strukturlu, sıxlaşmış  A
2
B keçid horizontu gəlir. B- illüvial 
horizontu tünd-qonur  və ya qonur rəngli, qozvari-prizmaşəkil strukturlu, sıx və  
yapışqan olub, struktur elementlərin üzərində SiO
2
 səpintiləri yaxşı görünür və adətən, 2 
və  bəzən isə 3 yarımhorizonta bölünür. B
2
 illüvial horizontun aşağı hissəsi daha açıq 
rəngə çalır və struktur elementləri böyüyür, SiO
2
  səpintiləri azalır; C- 
torpaqəmələgətirən süxur sarı-qonur rəngdədir, strukturu aydın görünmür, ləkələr 
şəklində karbonatlara rast gəlinir. 
K.K.Hedroysa görə, solodlar - mübadilə olunan Na
+
-un H
+
 kationu ilə  əvəz 
olunduğu deqradasiya nəticəsində  şorakətlərdən yaranır. Mübadilə olunan formadan 
azad olmuş natriumun karbonatla qarşılıqlı  təsirindən yaranmış  qələvi reaksiya 
şəraitində torpaquducu kompleksinin dağılması baş verir. 

 
335
Solodların və solodlaşmış torpaqların səciyyəvi  əlamətlərindən biri – onlarda 5%-ilk KOH-da həll olan 
amorf silisium turşularının olmasıdır. Sərbəst silisium turşuları solodlarda qələvi məhlulların təsiri altında 
alüminosilikatların parçalanması  nəticəsində yaranır. Güman olunur ki, solodların yaranmasında   diatom 
yosunların və başqa orqanizmlərin həyat fəaliyyətlərinin təsiri də vardır (N.N.Bolışev). 
Solodların yaranmasında izafi nəmlik şəraitində inkişaf edən anaerobiozisin böyük rolu vardır. Müvəqqəti 
anaerobiozis fəal üzvi turşuların (fulvoturşular və  aşağı molekulyar turşular) və kompleks üzvi-mineral 
birləşmələr yaratmaq qabiliyyətində olan dəmirin və manqanın mütəhərrik formalarının yaranmasına səbəb olur. 
Bu birləşmələr də dəmir və manqanın üst horizontlarından aşağı horizontlara aparır. 
Göründüyü kimi, solodların yaranması təkcə bu torpaqların profilində cərəyan edın  spesifik fiziki-kimyəvi 
və kimyəvi proseslərlə  əlaqədar deyildir, onların formalaşmasında bioloji və biokimyəvi proseslər də  iştirak 
edir. Solodlaşma zamanı torpağın mineral və üzvi hissəsi əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalır. Torpaq 
profilinin  ona məxsus təbəqələşməsi yaranır. 
Solodların torpaq profilində  kəskin təbəqələşməsi qranulometrik tərkibində  də özünü göstərir. Üst 
solodlaşmış horizont lil hissəciklərindən yuyulmuşdur, illüvial horizont isə,  əksinə, həmin hissəciklərlə 
zənginləşmişdir. Ümumi analizin nəticələri biryarımlıq oksidlərin paylanmasına görə profilin yekcins 
olmadığını göstərir. Solodlaşmış  A
2
 horizontunda onların miqdarı B illüvial horizontundan xeyli azdır. 
Silisiumun miqdarı, əksinə, A
2
 horizontunda B horizontundan çoxdur (cədvəl 115). 
 
Cədvəl 115 
 
Solodların kimyəvi tərkibi və fiziki-kimyəvi xassələri 
 
Horizontlar Humus,% 
pH su 
çəkimi 
Ümumi tərkibi,% 
SiO
2
Fe
2
O
3
 Al
2
O
3
A
1
 8,8 
4,7 
71,7 
12,0 
2,9 
A

0,8 3,7 
80,4 
11,8 2,9 
A
2
 0,8 
4,0 
79,6 
11,8 
2,8 
B

1,3 5,0 
69,4 
16,1 5,8 
B

- 6,6 
65,0 
17,8 
6,6 
C - 
8,0 
74,2 
15,1 
6,0 
 
 
 
Horizontlar 
Mübadilə olunan kationlar, m-ekv/ 
100qr 
Su 
çəkiminin 
quru 
qalığı 
CO
2
,% 
Ca
2+ 
Mg
2+
 Na

Cəmi 
A
1
 17 


23 
0,17 - 
A

5  3 - 8  0,08  - 
A
2
 6 


10 
0,09 - 
B

16 13 2 31  0,23  - 
B

13 14 6 33  0,30  - 
C - 



0,13 
6,0 
 
Solodlarda humusun miqdarı 1,5-10% arasında tərəddüd edir. Humusun tərkibində fulvoturşular üstünlük 
təşkil edir. Azotun miqdarı humusun miqdarı ilə müəyyən olunur və onun göstəricisi 0,1-0,8% arasında dəyişir. 
Solodlaşmış horizontda udma tutumu aşağıdır və 10-15 m-ekv-ə bərabərdir, illüvial horizontda onun göstəricisi 
30-40 m-ekv-ə kimi artır. Udulmuş əsasların tərkibində Ca
2+
 və
 
Mg
2+
 üstünlük təşkil edir, lakin burada Na
+
 və 
H

kationları da vardır. A
2
 horizontunda  duz çəkiminin reaksiyası turş  və ya zəif turşdur (pH 3,5-6,5), aşağı 
horizontlarda neytrala yaxın və ya zəif qələvidir. 
Təsnifatı və diaqnostikası. Yaranma şəraitindən asılı olaraq solod tipi 3 yarımtipə bölünür: solod çəmən-
bozqır; solod çəmən (çimli-qleyli) və solod çəmən-bataqlıq (torflu). 
Solod çəmən-bozqır torpaqlar çökəkliklərdə yaxşı inkişaf etmiş ot örtüyü olan tozağacı pöhrəlikləri altında 
formalaşmışdır. Onların profilində meşə döşənəyi (A
o
) və ya çim (A
ç
) qatı altında yaxşı görünən solodlaşmış 
horizont A
2
 yerləşmişdir. 
Çimli A
1
 qatı yaxşı ifadə olunmamışdır və onun qalınlığı 5 sm-dən çox deyildir. Profili podzol torpaqların 
profilini xatırladır.  
Solod çəmən (çimli-qleyli) torpaqlar yaxşı inkişaf etmiş ot örtüyü olan çökək sahələrdə inkişaf etmişdir. 
Torpaq profilində  A
ç
 - çim və  A
1
 çim qatı yaxşı görünür. Bu qatdan aşağıda solodlaşmış  A
2
  və qleyləşmə 

 
336
əlamətləri olan B
d
 illüvial horizont yerləşmişdir. 
Solod çəmən-bataqlıq (torflu) torpaqlar relyefin çökək sahələrində  çəmən-bataqlıq bitkiləri altında, qrunt 
suyunun səthə yaxın olduğu  şəraitdə inkişaf etmişdir. Bu torpaqlarda torflu çim təbəqəsi (A
ç
), torflu horizont 
(A
t
o
), çimli horizont (A
1
), solodlaşmış qleyləşmiş horizont (A

) və illüvial horizont (B
d
) yaxşı görünür. Beten 
profilboyu qleyləşmə yaxşı inkişaf etmişdir. 
Solodlar şorakətləşmə və şorlaşmanın qalıq əlamətlərinə görə cinslərə ayrılır: karbonatsız, şorlaşmamış və 
şorakətləşməmiş, şorakətvari və  şoranvari. Solod çəmən torpaqlar və bəzən də çəmənbozqır torpaqlar növlərə 
qleylənmə dərəcəsinə (qleyli və qleyvari ) görə bölünür. 
Solod çəmən torpaqlar əlavə olaraq çimləşmə  dərəcəsinə görə növlərə ayrılır: zəif çimləşmiş – A
1
 
horizontunun qalınlığı 5-10 sm (A
1
 horizontu A
2
 horizontundan kiçik olur), orta çimləşmiş - A
1
 horizontunun 
qalınlığı 10-20 sm (A

horizontu A
2
 horizontundan böyük olur) və  dərindən çimləşmiş - A
1
 horizontunun 
qalınlığı 20 sm-dən böyükdür (sololaşmış horizont ləkələrə şəklində təmsil olunmuşdur). 
Kənd təsərrüfatında istifadə.  Solodlar aşağı  təbii münbitliyə malikdirlər. Solodlaşmış horizontlarda az 
miqdarda üzvi və qida maddələri vardır. Ona görə  də solodların münbitliyini artırmaqdan ötrü onlara böyük 
dozada üzvi və mineral gübrələr verilməlidir. Bir çox solodların üst horizontları turş reaksiyaya malikdir. 
Onların bu xassəsini yaxşılaşdırmaqdan ötrü əhəngləşdirilməsi tələb olunur. Solodlar əlverişsiz su-fiziki 
xassələri ilə seçilir: solodlaşmış horizontun struktursuzluğu səbəbindən zəif sukeçiriciliyi və illüvial horizontun 
sıxlığı bu torpaqlar üçün səciyyəvidir. Solodlaşmış horizontun tozluluğu və struktursuzluğu aerasiyanı 
çətinləşdirən qaysağın  əmələ  gəlməsinə  səbəb olmuş  və bununla da solodların izafi nəmlik vəziyyətini 
ağırlaşdırmışdır. Solodların su-fiziki xassələrini yaxşılaşdırmaqdan ötrü istifadə edilən aqrotexniki qayda 
onların dərindən yumşaldılması  və  tərkibinin üzvi maddələrlə  zənginləşdirilməsidir. Solodların kənd 
təsərrüfatında istifadəsini məhdudlaşdıran ən böyük amil onların relyefdəki vəziyyətidir. Bu torpaqlar relyefin 
çökək yerlərində yerləşdiyindən  ətraf
 
torpaqlardan izafi nəmliyi ilə seçilir. Bu da onlarda kənd təsərrüfatı 
işlərini vaxtında həyata keçirilməsinə mane olur. Ona görə də solodlardan əksər hallarda yalnız meşəqoruyucu 
zolaqların salınmasından ötrü istifadə edilir. 
 
XXXV FƏSİL. YARIMSƏHRA ZONASININ TORPAQLARI 
 
Yarımsəhra zonasının zonal torpaq tipi qonur yarımsəhra torpaqlarıdır. Bu torpaqlar çəmən-bozqır qonur 
torpaqlarla birgə təqribən 94 mln.ha sahəni əhatə edir. Bu torpaqların əsas massivi Xəzər və Aral dənizlərinin 
şimal sahillərində, Qazaxıstan xırda təpəliyinin cənub hissəsində yerləşmişdir. 
İqlimi.  İqliminin səciyyəvi cəhəti – kəskin kontinentallıq və quruluqdur. Orta illik yağıntıların miqdarı 
ayrı-ayrı illərdə 125-250 mm arasında tərəddüd edir. Yağıntıların üçdə biri yay mövsümündə düşür. Buxarlanma 
yağıntılardan 4-5 dəfə çoxdur və təqribən 700-900 mm təşkil edir. Bununla əlaqədar torpaqda nəmliyin kəskin 
defisiti yaranır. Qışı qısa, soyuq, az qarlı olub, güclü küləklərlə müşayiət olunur. Qar örtüyünün qalınlığı 20-30 
sm-dən çox deyildir, ayrı-ayrı illərdə onun qalınlığı 10 sm-ə çatmır. Yaz qısa, quru, yay uzun, isti və  hədsiz 
qurudur. Ən isti ayın temperaturu 20,5-26,5
0
C, ən soyuq ayın temperaturu isə - 10 -15
0
C-dir. 
Orta illik temperatur 6-7
0
C, şaxtasız günlərin sayı 160-190 gündür. 10
0
C-dən yuxarı temperaturların cəmi 
3000-3700
0
C təşkil edir. 
Relyef və torpaqəmələgətirən süxurlar. Yarımsəhra zonasının relyefi yekcins deyildir. Xəzərsahili 
düzənlikdə o, zəif dalğavari ovalıqdan və səthdə nəzərə çarpan depressiya (çökək) sahələrindən ibarətdir. 
Qazax xırda təpəliyində o qədər də hündür olmayan təpəliklərin və  təpəliklərarası çökəkliklərin bir-birini 
əvəz etməsi səciyyəvidir. 
Xəzərsahili ovalıqda torpaqəmələgətirən süxurlar lösabənzər gillicələrdən ibarətdir. Bu süxurlar Xəzərin 
dəniz çöküntülərinin üzərini örtürlər. Burada müxtəlif litoloji tərkibli və müxtəlif dərəcədə şorlaşmış allüvial-
göl, həmçinin qədim allüvial mənşəli qumlu və qumlu-gilli çöküntülər yayılmışdır. 
Uralaltı yaylada torpaqəmələgətirən süxurlar kimi əhəng və gilli süxurlar çıxış edir.  
Qazax xırda təpəli rayonunda təpələrin başında sarı-qonur rəngli karbonatlı lösabənzər gillicələr 
yayılmışdır. Çox vaxt kristallik süxurların səthə çıxmasını da müşahidə etmək mümkündür. 
Turqay yüksəkliyi hüdudlarında torpaqəmələgətirən süxurlar qonur tozvari, çox vaxt şorlaşmış  ağır 
gilləcələrdən ibarətdir. Burada  yüngül qranulometrik tərkibli süxurlar da geniş yayılmışdır. 
Qonur yarımsəhra torpaqları qrunt sularının dərində yerləşdiyi  ərazilərdə yayılmışdır. Ona görə  də qrunt 
sularının torpaqəmələgəlməyə təsiri  burada yoxdur. 
Bitki örtüyü. Yarımsəhra zonası bitki örtüyünün tərkibinə görə kasıb və seyrəkdir. Bitkilər torpaq səthinin 
30-40% - ni, bəzən isə 20-30% -ni örtür. Bir qədər qalın ot örtüyü qonur çəmən-bozqır və qumlu torpaqlarda 
yayılmışdır. Bu torpaqlarda qum yovşanı (Artemisia arenaria), qum zirəsi (Helichrysum arenarium), 
dovşantopalı (Festuca sulcata) və müxtəlif gəvənlər hakimdir. 
Qonur yarımsəhra gillicəli  torpaqlarda yovşanlı, yovşanlı-dovşantopalı və başqa assosasiyalar yayılmışdır. 
Bu assosasiyaların tərkibində efemer və efemeroid qarışıqları da fəal iştirak edir. 

 
337
Qonur yarımsəhra torpaqlarının səthində çox vaxt şibyələr (Cladonia parmelia) və yosunlar (Stratonoctos) 
müşahidə edilir. 
Ağac bitkilərindən bu zonada cuzqun və quraqlığa və şorlaşmaya davamlı başqa kol bitkiləri yayılmışdır. 
Qədim delta sahələrində saksaul pöhrəliklərinə rast gəlmək mümkündür. Qazax xırda təpəli sahəsində qranit 
süxurların səthə  çıxdığı yerlərdə  şam ağacları bitir. Şorlaşmış  çəmənlərin və  şoranlıqların yayıldığı  ərazilərgə 
şorangənin müxtəlif növləri yayılmışdır. 
 
 
§ 106. Qonur yarımsəhra torpaqları 
 
Genezisi. Qonur yarımsəhra torpaqların profilində bozumtul-qonur və ya sarımtıl-boz rəngli, yumşaq 
quruluşlu və lay-lay strukturlu humuslu-elüvial horizont A
1
 yaxşı seçilir. Humus horizontunun qalınlığı 10-15 
sm-dir. Ondan aşağıda bir qədər tünd rəngli, adətən qonurvari—qəhvəyi, sıxlaşmış, iri topavari və ya kəltənvari 
strukturlu, çatlı humuslu-illüvial horizont B
1
 yerləşmişdir. A
1
+B
1
 horizontlarının qalınlığı 30-35 sm-dir. 
Humuslu-illüvial horizontdan aşağıda illüvial karbonatlı  B
k
 horizontu yerləşmişdir. Bu horizont sarımtıl-
qonur olub, səthində  ağ karbon ləkələri görünür. O, sıx quruluşlu olub, kəltənvari və ya qozvari struktura 
malikdir. Torpaq profilinin 80-100 sm dərinliyində gipsin toplandığı C
r
, onun altında isə asan həll olan duzların 
toplandığı C
d
 horizontu yerləşmişdir. 
Qonur yarımsəhra torpaqların genetik xüsusiyyətləri onların formalaşdığı mühit şəraiti ilə müəyyən olunur. 
Burada iki əsas amil daha qabarıq görünür – iqlimin quraqlığı  və bitki örtüyünün az məhsuldarlığı. 
N.İ.Bazileviçin hesablamalarına görə bu zonada bitkilərin ümumi biokütləsi təqribən 100 s/ha-dır. Bitkilərin 
yaşıl hissəsinin qalıqları 4-5 s/ha-dan çox deyildir. Bitki qalıqlarının çox hissəsi  torpağa kök qalıqları 
formasında daxil olur. 
Bitki örtüyünün tərkibində çoxillik kol və yarımkol bitkiləri üstünlük təşkil edir. Bu bitkilərin 
humusəmələgəlmədə rolu isə olduqca məhduddur. 
Yağıntıların azlığı  və yüksək temperatur şəraiti humus maddələrinin yanma və parçalanması ilə bağlı 
proseslərinin qısalığını  şərtləndirir. Bu proseslər torpaqda əlverişli nəmlik  şəraitinin yarandığı yaz fəslində 
cərəyan edir. Az humusluluq və humus horizontlarının yuxalığı – qonur yarımsəhra torpaqlarının səciyyəvi 
xüsusiyyətidir. 
Aerob proseslərin hakim olduğu şəraitdə üzvi maddələrin minerallaşması sürətlə baş verir. Bitki qalıqlarının 
minerallaşması nəticəsində tərkibində xeyli miqdarda qələvi metalların olduğu böyük miqdarda küli maddələr 
(təqribən 200 kq/ha) toplanır. 
Üzvi maddələrin minerallaşması  və  aşınma nəticəsində yaranmış natrium duzları  dərin qatlara yuyulmur. 
Ona görə  də natriumun uducu kompleksə daxil olması üçün əlverişli  şərait yaranır. Bu da qonur yarımsəhra 
torpaqlarda  şorakətləşmə proseslərinin inkişafına gətirib çıxarır.  Şorakətlilik – qonur yarımsəhra torpaqların 
zonal  əlamətidir.  İlk dəfə, V.V.Dokuçayev bu əlaməti müşahidə edərək, bu torpaqları “qonur şorakətləşmiş 
torpaqlar” adlandırmışdır. 
Şorakətləşmə  əlaməti yüngül qranulometrik tərkibli torpaqlarda özünü zəif ifadə edir. Bütövlükdə qonur 
yarımsəhra torpaqları karbonatlardan, gips və asan həll olan duzlardan zəif yuyulmuşdur. 
Təsnifatı.  Qonur yarımsəhra torpaqları uzun müddət sərbəst tip kimi ayrılmamışdır. Bu torpaqların bir 
tərəfdən açıq-şabalıdı torpaqlar, digər tərəfdən boz-qonur səhra və boz torpaqlarla oxşar cəhətləri onların 
sərhədinin müəyyən edilməsində və genetik tip kimi ayrılmasında  çətinliklər yaratmışdır. 
V.V.Dokuçayev (1900) əvvəlcə  şabalıdı  və qonur yarımsəhra torpaqları bir-birindən ayırmışdı, lakin 
sonradan onları “şabalıdı və qonur torpaqlar” tipi altında birləşdirmişdir. Sonralar tədqiqatçılar tərəfindən qonur 
yarımsəhra torpaqları sərbəst tip kimi ayrılmış, onların genetik əlamətləri və sərhədləri dəqiqləşdirilmişdir. 
Qonur yarımsəhra torpaqların yarımtiplərə ayrılması onların humusluluq dərəcəsi, torpaq profilinin asan 
həll olan duzlardan yuyulması və temperatur rejiminin xüsusiyyətləri əsasında aparılmışdır. 
Qonur yarımsəhra torpaqları daxilində üç yarımtip ayırırlar: qonur yarımsəhra tipik isti qısa müddətə donan, 
humusun miqdarı 1,5-2% (Xəzərsahili), qonur yarımsəhra açıq isti donan, humusun miqdarı 1-1,5% 
(Qazaxıstan) və qonur yarımsəhra gipssiz mülayim isti uzun müddət donan (Mərkəzi Asiya). 
Qonur yarımsəhra torpaqların cinslərə bölünməsi onların  şorakətliliyi,  şoranlığı  və karbonatlığı  əsasında 
aparılır. Aşağıda qonur yarımsəhra torpaqlara daxil olan cinslərin təsviri verilmişdir. 
Qonur adi yarımsəhra torpaqlar tipin xassə və əlamətlərini daşıyır. 
Qonur yarımsəhra karbonatlı torpaqlar karbonarlı süxurlar üzərində formalaşır. Səciyyəvi əlaməti səthdən 
qaynamasıdır. 
Qonur yarımsəhra  şorakətvari torpaqların uducu kompleksində natriumun miqdarı 3-15% arasında 
tərəddüd edir. B
1
 humuslu horizontun aşağı hissəsi kolloid hissəcikləri ilə  zəngin olduğundan sıxlaşmışdır. 
Strukturu topavari-prizmaşəkilli və ya kəltənvaridir. Karbonatlar və asan həll olan duzlar qonur yarımsəhra 
şorakətləşməmiş torpaqlardan fərqli olaraq səthə yaxın yerləşmişdir. 

 
338
Qonur yarımsəhra qalıq-şorakətvari solodlaşmış torpaqlar humus horizontunun yuxarı hissəsində 
solodlaşma əlamətlərini daşıyır. Strukturu yarpaqşəkilli olub, məsaməlidir. Uducu kompleksinin tərkibində bir 
qədər natrium vardır. Karbonatlar və asan həll olan duzlar bir qədər aşağıda yerləşmişdir. 
Qonur yarımsəhra  şorakətvari torpaqlar  şiddətli  şorlaşmış süxurlar üzərində formalaşmışdır. Bu 
torpaqların profilində asan həllolan duzların böyük konsentrasiyası müşahidə edilir. 
Qonur yarımsəhra zəif təbəqələşmiş torpaqlar qumlu və qumsal torpaqlar üzərində formalaşmışdır. Profilin 
zəif təbəqələşməsi, karbonatlardan və asan həll olan duzlardan yuyulması ilə səciyyələnir.  
Qonur yarımsəhra zəif inkişaf etmiş torpaqlar  bərk süxurlar üzərində yaranmışdır. Onların profili yuxa, 
şiddətli çınqıllı, bəzən isə daşlıdır. A
1
+B
1
 horizontlarının qalınlığı 15-20 sm-dən çox deyildir.  
Qonur yarımsəhra gipsli torpaqlar qalıq gipsli süxurlar üzərində formalaşmışdır. 
Qonur yarımsəhra gipssiz Mərkəzi Asiya (Tuva) torpaqları  əsasən yüngül qranulometrik tərkibli, 
şorakətləşməmiş, şorlaşmamış, az karbonatlı, çox vaxt isə çınqıllıdır. 
Qonur yarımsəhra torpaqların növlərə ayrılması şorakətləşmə, şoranlaşma, karbonatlılıq, daşlılıq və başqa 
əlamətlər əsasında aparılır. 
Tərkibi və xassələri. Qonur yarımsəhra torpaqları daxilində gillicəli növmüxtəliflikləri ilə yanaşı, qumsal 
və qumlu torpaqlar da geniş yayılmışdır. Qranulometrik tərkibin səciyyəvi cəhəti – lil fraksiyasının profilboyu 
bərabər paylanmasıdır. Lil hissəcikləri daim şorakətləşmə  əlamətləri olan B
1
 humus horizontunun aşağı 
hissəsində daha çox toplanmışdır.  Şorakətləşmənin dərəcəsi artdıqca profilin bu hissəsində lil hissəciklərinin 
miqdarı da artır. 
Ümumi analiz SiO
2
, Al
2
O
3
, Fe
2
O
3
, CaO, MgO, Na
2
O və başqa oksidlərin profilboyu qeyri-bərabər 
paylandığını göstərir. Üst A - horizontunda kalsium, maqnezium və biryarımlı oksidlər qismən yuyulmuşdur. 
Bu horizontda müəyyən miqdarda SiO
2
, humuslu-illüvial horizont B
1
 - də  isə Fe
2
O
3
 və Al
2
O
3
-un toplanması 
müşahidə edilir. B
k
 karbonat horizontunda  kalsium və maqneziumun üç valentli oksidləri daha yüksək çəkiyə 
malikdir. 
Qumsal və qumlu növmüxtəlifliklərinin profilinin üst horizontlarında humusun miqdarı  təqribən 1%, 
yüngül gillicəlidə 1-1,5% və gillicəli torpaqlarda 15-2,5%-dir. Onun torpağın yarım metrlik qatında ehtiyatı 30-
40 t/ha ilə 70-100 t/ha arasında tərəddüd edir. 
Humin turşularının fulvoturşulara nisbəti 1-dən azdır. Şorakətliyin artması ilə fulvoturşuların miqdarı artır, 
humin turşularının miqdarı isə əksinə azalır. Qonur səhra torpaqlarının az humusluluğu və humusun tərkibində 
fulvoturşuların çoxluğu onların struktursuzluğunu şərtləndirir. 
Ümumi azotun profilin üst horizontlarında miqdarı 0,11-0,18%, fosforun miqdarı isə 0,06-0,2% arasında 
dəyişir. Fosforun mütəhərrik formalarının miqdarı da çox deyildir və onlar 100 qram torpaqda adətən 10 mq-dan 
çox olmurlar. 
Ümumi kaliumun miqdarı kifayət qədər yüksək olub, 1,5-2 % arasında tərəddüd edir. Kaliumun mütəhərrik 
formasının da göstəricisi yüksəkdir (100 qram torpaqda 20 mq). Qonur səhra torpaqların profilinin bir metr 
dərinliyindən başlayaraq asan həll olan duzların əlamətləri görünür. Profilin 120-130 sm dərinliyində duzların 
miqdarı kəskin şəkildə artır və çox vaxt 1,5-2%-ə çatır. Karbonatların maksimal toplanması 30-80 sm dərinlikdə 
müşahidə edilir. 
Qonur torpaqların udma tutumu aşağıdır və qumlu və qumsal növmüxtəlifliklərində 3-10 mq-ekv, yüngül 
gillicəlidə 10-15 və gillicəli torpaqlarda 15-25 mq-ekv təşkil edir (cədvəl 116). 
 
Cədvəl 116 
 
Qonur yarımsəhra torpaqların analiz göstəriciləri 
 
Horizont 
Humus 
CO
2
 
karbo-
natların 
Udma 
tutum

Udulmuş 
natrium 
Su 
çəkiminin 
quru qalığı
Lil 
(<0,00
1 mm) 

m-ekv/100 
qr.torpaqda 
Quru torpaq 
kütləsindən %-lə 
A
1
 1,6 0,8 
19,7 
2,3  0,13 
26,0 
B

1,2 3,0 21,9 2,3  0,21 32,4 
B

0,7 6,7 21,9 2,3  0,13 41,9 
C - - - - 1,60 
38,5 
 
Humuslu-illüvial horizontlarda udma tutumu, bir qayda olaraq, üst horizontlarla müqayisədə  xeyli 
yüksəkdir. Bu da onların yüksək dispersliyi və kolloid hissəcikləri ilə zəngin olması ilə izah olunur. Udulmuş 
əsaslar içərisində kalsium (60-80%) və maqnezium (25-35%) üstünlük təşkil edir. Lakin udulmuş  əsasların 
tərkibində natriumun da miqdarı kifayət qədərdir. 

 
339
Gillicəli qonur yarımsəhra torpaqların arasında  şorakətləşməmiş növmüxtəlifliklərinə rast gəlməmək mümkün 
deyildir. Lakin yüngül qranulometrik tərkibli qonur yarımsəhra torpaqlarda şorakətlilik əlamətləri aydın görünmür. 
Qonur yarımsəhra torpaqları  zəif qələvidir (pH 7,3-8), su çəkiminin qələviliyi karbonatların maksimal 
toplandığı horizontlarda artır (7,5-8,5). 
Bu torpaqlar qeyri-əlverişli fiziki xassələri – struktursuzluğu, illüvial horizontların yüksək sıxlığı və onların 
zəif sukeçiriciliyi ilə səciyyələnir (cədvəl 117). 
Yağıntıların az miqdarda düşməsi və əlverişsiz fiziki xassələri nəmlik ehtiyatının azlığına səbəb olmuşdur. 
Torpaq profilinin islanması ən maksimal yağıntılar dövründə belə 1 m-dən çox deyildir. 
Tarla nəmliyi çox aşağıdır. Yay dövründə onun göstəricisi maksimal hiqroskopiklikdən az olur. Torpağın 
üst horizontlarının kəskin quruluğu və
 
nəmlik defisiti qonur yarımsəhra torpaqların aqronomik xassələrini 
kəskin şəkildə aşağı salır. 
 
Cədvəl 117 
 
Qonur yarımsəhra torpaqların fiziki xassələri 
 
Dərinlik, sm 
Tarla 
nəmliyi, 

Maksimal 
hiqroskopik-
lik, % 
Sıxlıq, 
q/sm
3
 
Bərk 
fazanın 
sıxlığı, 
q/sm
3
 
Məsaməlik,

0-8 1,3 2,7 1,58 
2,59 39,0 
20-25 2,5  6,1 1,45 
2,59 44,1 
40-45 2,0  2,6 1,40 
2,62 46,5 
70-75 2,5  3,5 1,55 
2,66 41,7 
100-108 1,1  2,5  1,67 2,62  36,2 
150-158 1,2  4,8  1,65 2,64  37,5 
200-205 1,4  4,5  1,55 2,59  40,1 
 
Yarımsəhra zonasının  çəmən-bozqır qonur torpaqları quru bozqırların çəmən-şabalıdı torpaqlarına 
analoji olaraq ayrılır. 
Bu torpaqlar müxtəlif xarakterli çökəkliklərdə bitki örtüyünün inkişafı üçün daha əlverişli şəraitin olduğu 
yerlərdə formalaşmışdır. Çəmən-bozqır qonur torpaqlar qonur torpaqlardan fərqli olaraq daha yüksək 
humusluluğa və udma tutumuna malikdir. Bununla belə, bu torpaqlarda şorakətlilik, solodlaşma,  şoranlılıq 
əlamətləri daha qabarıq şəkildə özünü göstərir. 
Çəmən-bozqır qonur torpaq tipi daxilində aşağıdakı cinslər ayrılır: şorakətləşməmiş, şorakətvari, şoranvari, 
şoranvari yuyulmuş, solodlaşmış, karbonatlı, qleyvari. Cins əlamətlərinin diaqnostik göstəriciləri qonur 
yarımsəhara torpaqları ilə eynidir. 
Torpaq örtüyünün strukturu. Yarımsəhra zonasının torpaq örtüyü quru bozqırlarda olduğu kimi 
kompleksliliyi ilə səciyyələnir. Bu özünü zonanın şimal hissəsində, açıq-şabalıdı torpaqlarla həmsərhəd hissədə 
daha qabarıq göstərir.  Şorakətvari komplekslərin daha geniş yayılmış tipi – qonur şorakətləşməmiş, qonur 
şorakətvari və şoranvari torpaqların şorakətlərlə birgə yaratdığı qədim hidrogen yarımsəhra kompleksləridir. 
Qonur torpaqların yarımsəhra  şəraitində  çəmən-yarımsəhra və  çəmən birləşmələrinin inkişafı az 
səciyyəvidir və lokal hidroloji şəraitlə-şiddətli minerallaşmış qrunt sularının səthə yaxınlığı ilə müəyyən edilir. 
Volqa-Ural çaylararası düzənliyin cənub hissəsində yarımsəhra hüdudları daxilində ərazinin yaxşı drenliyi 
səbəbindən torpaq örtüyünün strukturu az mürəkkəbdir. 
Kənd təsərrüfatında istifadə.  Qonur yarımsəhra torpaqları  aşağı  təbii münbitliyi ilə  səciyyələnir. Bu 
torpaqlar suvarmadan kənd təsərrüfatı bitkilərini yetişdirmək mümkün deyildir. Bu zaman əsas diqqət törəmə 
şorlaşmanın,  şorakətləşmənin və külək eroziyasının qarşısını almağa yönəlmiş kompleks aqrotexnikni və 
aqromeşəmeliorativ tədbirlərin hazırlanmasına yönəlməlidir. 
Yarımsəhra zonasında suvarmanın tətbiqi ilə az-çox yekcins massivdə yerləşmiş şorakətləşməmiş və ya az 
şorakətləşmiş qonur yarımsəhra torpaqları  əkinçiliyə yararlı hesab olunur. Əkinçiliyin inkişafı üçün burada 
yararlı hesab edilən digər torpaq qonur çəmən-bozqır torpaqlarıdır. Bu torpaqlar əlverişli su-fiziki xassələrə 
malikdir. Minerallaşmamış qrunt sularının səthə yaxın yerləşdiyi yüngül qranulometrik tərkibli qonur çəmən-
bozqır  torpaqlardan  bostan və tərəvəz bitkilərinin becərilməsindən ötrü istifadə edilir.  
İstiliklə yaxşı  təmin olunduğu  qonur yarımsəhra torpaqlarından suvarmanın tətbiqi ilə  kənd təsərrüfatı 
bitkilərindən yüksək məhsuldarlıq  əldə etmək mümkündür. Bu zonada gübrələrin tətbiqi  suvarma şəraitində 
özünü daha səmərəli göstərir.  
Qonur yarımsəhra torpaqları heyvandarlığın, ilk növbədə köçəri qoyunçuluğun  əsas bazası hesab olunur. 
Bir sıra rayonlarda qarın az düşdüyü illərdə il ərzində heyvanları otlaqlarda saxlamaq mümkündür. 

 
340
 
 
XXXVI FƏSİL. SƏHRA ZONASININ TORPAQLARI 
 
Səhra zonası yarımsəhra zonasından cənubda yerləşmişdir. O, Qazaxıstan və  Mərkəzi Asiyanın olduqca 
böyük ərazilərini əhatə edir. Ümumilikdə bu regionlarda onun sahəsi 130 mln.ha təşkil edir. 
Səhra zonasında zonal torpaq tipləri, boz-qonur, takırlar, takırabənzər və  səhra qumlu torpaqlardır. Qeyd 
edilən torpaqların ümumi sahəsi (səhra qumlu torpaqları çıxmaqla) təqribən 65 mln.ha təşkil edir. 
Səhra zonasının torpaq örtüyü olduqca rəgarəngdir və burada müxtəlif dərəcədə şorlaşmış və şorakətləşmiş 
boz-qonur torpaqlar takırlar, şoranlar, qumlu səhra torpaqları ilə mürəkkəb komplekslər və birləşmələr yaratmış-
dır. Burada, çayların deltalarında, subasarlarında, depressiya sahələrində xeyli böyük ərazidə,  şorakətlər,  
çəmən, və çəmən-bataqlıq şorlaşmış torpaqlar yayılmışdır. 
İqlimi. Səhra zonası  kəskin quru şəraiti ilə  səciyyələnir. Orta illik yağıntılar müxtəlif rayonlarda 75-200 
mm arasında tərəddüd edir. Yağıntıların çox hissəsi qış  və erkən yaz dövrünə  təsadüf edir. Yayda yağıntılar 
demək olar ki, olmur. Bu zonada buxarlanma yağıntılardan bir neçə dəfə çoxdur. Bu da atmosfer və torpağın 
həddən artıq quraqlığını  şərtləndirir. Torpaq səthində temperatur ayrı-ayrı illərdə 70
0
C-yə  qədər yüksəlir. Bu 
zaman havanın nəmliyi 20-30%-ə kimi enir. Qar örtüyünün ömrü azdır, hündürlüyü 5-10 sm-dən çox deyildir. 
Orta illik temperatur 18
0
C-dir (15-20
0
).  Ən isti ayın (iyul) orta temperaturu zonanın  şimal və  şimal-şərq 
hissəsində 23-26
0
C, cənub və cənub-qərb hissəsində 26-32
0
C-dir. Ən soyuq ayın (yanvar) temperaturu zonanın 
şimal hissəsində - 5...-15
0
C, cənub hissəsində -1...-5
0
C-dir. 5
0
C-dən yuxarı temperaturların davam etmə müddəti 
uyğun olaraq 194-235 və 230-275 gündür. Şaxtasız günlər  şimal hissədə 160-200 gün, cənubda 195-248 gün 
təşkil edir. 
Səhra zonası 10
0
C-dən yuxarı temperaturların yüksək göstəricisi (4000-5000
0
C) və günəş radiasiyasının 
böyük intensivliyi ilə seçilir. Bu da həmin zonanı quru subtropiklər vilayətinə yaxınlaşdırır. 
İqlimin qeyd edilən xüsusiyyətləri zonanın bitki örtüyünə, torpaq örtüyünün formalaşmasına və onlardan 
kənd təsərrüfatında istifadənin xarakterinə təsir göstərir. 
Relyef və torpaqəmələgətirən süxurlar. Səhra zonasının relyefi çox mürəkkəbdir. Zona ərazinin böyük 
hissəsi Turan ovalığında yerləşmişdir.  Ərazinin bir hissəsini Sırdərya, Amudərya, Tecen, Murqab, Atrek 
çaylarının qədim və müasir deltaları tutur. Massivin bir hissəsi Sarıqamış çökəkliyinin payına düşür. 
Turan ovalığında ən geniş yayılmış torpaqəmələgətiən süxurlar – müxtəlif qranulometrik tərkibli, müxtəlif 
dərəcədə şorlaşmış və karbonatlı qədim və müasir alüvial və allüvial-göl çöküntüləridir. 
Ustyurt yaylası hüdudlarında torpaqəmələgətirən süxurlar kimi gipsli əhənglər və gilli süxurlar çıxış edir. 
Betpak-Dala yaylasının çox hissəsi dəniz paleogen  və qumlu-gilli neogen süxurlar, onlar elüvi və delüvilərilə 
örtülmüşdür. 
Zaunquz yaylası  və  Qızılqumdakı  təpəliklər çökmə süxurlarla – əhəng daşları, mergel gilləri ilə 
örtülmüşdür. Mergel gilləri çox vaxt gipslidir. Torpaqəmələgətirən süxurlar kimi burada həmçinin yüksək 
skeletliyi ilə seçilən maqmatik süxurların elüvi və delüviləri də çıxış edir. 
Səhra zonasında qədim allüvial qumlu çöküntülər və qumlar da geniş yayılmışdır. Burada qumlar müxtəlif 
relyef formaları əmələ gətirmişdir. 
Bitki örtüyü. Səhra zonasının bitki örtüyü kserofitliyi, seyrəkliyi və kompleksliyi ilə səciyyələnir. Ərazinin 
kəskin quruluğu ilə  əlaqədar burada bitki örtüyü dərin kök sisteminə malik kol və yarımkollarla təmsil 
olunmuşdur. Efemer bitkilər yay dövründə tamamilə quruyur və payızda yenidən dirçəlir. 
Bitkilərin növ tərkibi  zəngin deyildir. Bitki örtüyünün xarakterinə görə qumlu, gilli, gipsli və  şoranlı 
səhralar bir-birindən fərqləndirilir. 
Qumlu səhralarda efemerlər və efemeroidlər üstünlük təşkil edir. Burada ən geniş yayılmış bitkilər 
aşağıdakılardır: qumotu-ilak (Carex phusodes), qırtıc (Poa bulbosa var.vivipara), qaz soğanı (Gagea reticulata), 
cuzqun və ya qədim (Calligonum.sp.), qum akasiyası (Ammodendron conollyi), ağ saksaul (Haloxylon 
persicum) və s. 
Ustyurt yaylasının, Qaraqum və Qızılqum səhralarının gilli gipsli səhralarında  yovşanlı-şorangəli bitkilərin 
efemer və efemeroidlər qarışıqlıqları yayılmışdır. Geniş yayılmış bitkilərdən yovşan (Artrmisia herba alba, A. 
terrae albar, A. pauciflora), qara saksaul (Haloxylon aphyllum), çərkəz (Salsola zichteri) və s. diqqəti cəlb edir. 
Gilli səhraların səthində bəzən yosun və şibyə örtüyünə, şiddətli şoranlaşmış səhralarda isə birillik şorangələrə 
təsadüf etmək olur. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin