Qərib Məmmədov


§ 114. Şaquli qurşaqlığın əsas qanunauyğunluqları və ayrı-ayrı dağlıq vilayətlərin torpaqları



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   44   45   46   47   48   49   50   51   52
§ 114. Şaquli qurşaqlığın əsas qanunauyğunluqları və ayrı-ayrı dağlıq vilayətlərin torpaqları 
 
Şaquli qurşaqlığın xarakteri dağlıq ölkənin mövqeyi ilə, yəni onun hansı bioiqlim qurşağında (enlik zonası) 
yerləşməsi ilə müəyyən olunur. Qurşaqlığın aşağıdakı siniflərini fərqləndirirlər: qütb, boreal, subboreal və 
subtropik (V.M.Fridland). 
Qurşaqlığın qütb sinfində dağ tundra torpaqları hakimdir. Boreal sinfin tayqa zonasında  iki qurşaq – dağ-
podzol və dağ-tundra ayrılır. 
Boreal qurşağın bozqır və meşə-bozqır zonalarında dağ-şabalıdı, dağ qaratorpaq və boz dağ-meşə torpaqları 
formalaşmışdır. Bu qurşaqda dağ-qonur- meşə və dağ-çəmən torpaqları da yayılmışdır. 
Subboreal sinifdə borealdan fərqli olaraq yuxarı meşəsiz qurşaqda dağ-çəmən torpaqları üstünlük təşkil 
edir, dağ-tundra torpaqlarına nadir hallarda təsadüf olunur. Bu sinfin meşə qurşağında aparıcı yer qonur meşə və 
dağ-podzol torpaqlara məxsusdur. 
Subtropik sinif qurşaqlığının quru subtropiklər zonası dağ boz və ya qəhvəyi torpaqlar, aşağı qurşağın 
rütubətli subtropiklər zonası isə qırmızı və sarı torpaqlarla təmsil olunmuşdur. 
Şaquli zonallığın müxtəlif tiplərində torpaq örtüyünün qısa səciyyəsini nəzərdən keçirək. 
Qafqaz dağları. Dağ sistemləri müxtəlif enlik zonalarında yerləşmişdir. Onlar müxtəlif uzunluğa və 
yamacların baxarlılığına malikdir. Ona görə  də  şaquli qurşaqlıq hər bir halda öz qanunauyğunluğuna tabedir. 
Torpaqların  şaquli zonallığı  həmin dağlıq  əraziyə yaxın olan enlik zonal tipi ilə başlayır.  Şaquli zonallıq 
Qafqazın şimal yamacında özünü daha dolğun göstərir. Burada dağların zirvəsinə doğru demək olar ki, düzən 
ərazidə təsadüf olunan bütün zonalar təmsil olunmuşdur. 
Xəzər dənizi tərəfdən  yarımsəhra zonasının boz torpaqlarını Qafqazın dağətəyi hissəsində dağ-bozqır 
qurşağının onun üçün səciyyəvi olan dağ  şabalıdı  və qara torpaqları  əvəz edir. Dəniz səviyyəsindən 300 m 
hündürlükdə dağ-meşə qurşağı başlayır. Bu qurşaq da öz növbəsində ağacların tərkibindən asılı olaraq zolaqlara 
ayrılımışdır. Dəniz səviyyəsindən 300-800 m hündürlükdə enliyarpaq meşələr və onların altında boz meşə 
torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 800-1200 m hündürlükdə  fıstıq meşələri altında qonur dağ-meşə 
torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 1200-1800 m yüksəklikdə iynəyarpaq meşələr və onların altında 
podzol torpaqlar formalaşmışdır. Yüksək dağlığın 1800-2800 m yüksəkliyində  subalp qurşağı, 2800-3500 m 
yüksəklikdə isə dağ-çəmən torpaqlardan ibarət alp çəmənləri qurşağı yayılmışdır. Dəniz səviyyəsindən 3500 m 
yüksəklikdə əbədi qar və buzlaqlar qurşağı yerləşmişdir. 
Qara dəniz tərəfdən  şaquli qurşaqlıq rütubətli subtropik meşələr altında formalaşmış  qırmızı  və sarı 
torpaqlar zonası ilə başlayır. Yüksəklikdən asılı olaraq onu qonur meşə torpaqları əvəz edir. 
Şərqi Karpat.  Şərqi Karpatın dağ rayonlarında torpaqəmələgəlmə mülayim rütubətli iqlim şəraitində 
cərəyan edir. Burada enliyarpaq meşələr altında  qonur dağ meşə torpaqları  formalaşmışdır. Qonur dağ-meşə 
torpaqları Şərqi Karpatda torpaq örtüyünün əsas fonunu təşkil edir. Lakin bir qədər hündürlükdə iynəyarpaqlı 
meşələr altında dağ-podzol torpaqlar yayılmışdır. Meşə qurşağından yuxarıda (1800-2000 m) ayrı-ayrı massivlər 
şəklində dağ-çəmən torpaqları formalaşmışdır. 
Krım dağları. Krımın dağ rayonlarında torpaqəmələgəlmə şəraiti olduqca müxtəlifdir. Şimal yamaclarında 
meşə-bozqır qurşağında dağ qara torpaqlar inkişaf etmişdir. Meşə qurşağında fıstıq meşələri altında qonur dağ 
meşələri yayılmışdır və 1100-1300 m hündürlükdə onları  çəmən bitkiləri altında  dağ-çəmən torpaqları  əvəz 
edir. 
Krım dağlarının cənub yamacları torpaqəmələgəlmə  şəraitinə görə  şimal yamaclarından kəskin  şəkildə 
fəqlənir. İqlimin burada yayı quru, qışı rütubətli Aralıq dənizi tipi yayılmışdır. Dağların ən hündür hissəsində 
dağ-çəmən torpaqları formalaşmışdır. Orta qurşaqda (300-1100-1300 m) dağlıq Krımın  əsas sahəsini tutan 
enliyarpaq meşələr altında  qonur dağ-meşə torpaqları hakimdir. Aşağı qurşaq kserofit flora ilə  təmsil 
olunmuşdur. Burada qonur dağ-meşə torpaqları ilə yanaşı qəhvəyi və qırmızımtıl torpaqlar formalaşmışdır. 
Ural dağları. Uzunluq dairəsi boyunca Ural dağlarının şimaldan cənuba doğru böyük məsafədə uzanması 

 
359
ilə  əlaqədar torpaqların formalaşma  şəraiti də  kəskin  şəkildə  dəyişir.  Şaquli zonallıq qanunu Ural dağlarının 
alçaq olması ilə  əlaqədar heç də  hər yerdə aydın ifadə olunmur. Ural dağlarının  şimal hissəsi  dağ-tundra 
torpaqlarının üstünlük təşkil etdiyi tundra zonasında yerləşmişdir. Bu torpaqlar kəskin kontinental iqlim 
şəraitində mamırlı-şibyəli və  çırtdanboy tozağacları qarışığından ibarət bitki örtüyü altında formalaşmışdır. 
Dağların yamacında meşə bitkiləri altında  podzol-qleyli torpaqlar formalaşmışdır. Ural dağlarının orta 
hissəsində tundra torpaqları  ən yüksək meşəsiz sahələri tutur. Meşəsiz sahələrin çox hissəsi dağ-çəmən və 
subalp çəmənləri altındadır. Orta Uralın qalan hissələrində iynəyarpaq meşələr altında  dağ podzol və 
podzollaşmamış turş torpaqlar formalaşmışdır. Uralın cənub hissəsində şaquli zonallığın aydın sırasını izləmək 
mümkündür. Burada ən yüksək nöqtələr (1000-1200 m) torpaq tərkibi  dağ-torflu və çimli dağ-çəmən 
torpaqlardan ibarət alp və subalp çəmənləri ilə örtülmüşdür. Aşağı meşə-bozqır qurşağında enliyarpaq 
meşələlər altında dağ boz meşə torpaqları yayılmışdır. Bu qurşağın podzollaşmış və yuyulmuş qara torpaqları 
yüksək humusluluğu ilə seçilir. 
Mərkəzi Asiya dağları. Mərkəzi Asiyada Tyan-şan və Pamir dağ sistemlərinə aid edilən bir sıra dağ 
silsiləri (Fərqanə, Qissar, Cunqar, Alatau, Kopetdağ və s.) ayrılır. 
Mərkəzi Asiyanın dağlıq vilayətlərinin torpaq örtüyü olduqca mürəkkəbdir. Bu, Mərkəzi Asiya dağlarının 
coğrafi mövqeyi, onların Dünya okeanından məsafədə yerləşməsi, iqlimin quraqlığı, həmçinin 
torpaqəmələgətirən süxurların rəngarəngliyini müəyyən edən geoloji quruluşun mürəkkəbliyi ilə  əlaqədardır. 
Burada üçüncü dövrün şorlaşmış çöküntülərinə  də  təsadüf etmək mümkündür. Mərkəzi Tyan-şanda  
torpaqəmələgəlmə şəraitinə görə iki qrup torpaqlar ayırmaq mümkündür – dağlararası çökəkliklərin torpaqları 
və dağ yamaclarının torpaqları.  
Dağlararası çökəkliklərdə 300-1300 m hündürlükdə  yovşanlı-taxıllı bitkilər altında  boz torpaqlar, daha 
yüksək dağlararası çökəkliklər (1300-3200 m) isə dağ şabalıdıdağ boz-qonur səhra daşlı torpaqlar və dağ qara 
torpaqlar  və onlarla birgə  çəmən-şabalıdı  və  çəmən-qaratorpaqlar formalaşmışdır. Yüksək dağlığın dağüstü 
yaylalarında 4000 m yüksəklikdə  takırabənzər səhra torpaqları,  qonur yarımsəhra torpaqları  və  quru 
bozqırların  şabalıdı torpaqları inkişaf etmişdir. Bu torpaqların bir qismi şorlaşmış,  şorakətləşmiş  və 
karbonatlılıq əlamətlərinə malikdir. 
Dağ yamaclarında dəniz səviyyəsindən 1000-2500 m mütləq yüksəklikdə kolluqlar və çəmən dovşantopallı 
bozqırlar altında dağ qəhvəyi və dağ şabalıdı torpaqlar inkişaf etmişdir. 
Dağların daha yüksək hissəsi (2000-2800 m) çəmən-meşə qurşağı altındadır. Bu qurşaq daxilində  çəmən 
bozqırlar altında  dağ qara torpaqlar, qoz meşələri altında  qara-qonur (qonur) torpaqlar  və küknar meşələri 
altında  dağ-meşə torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 2800-3500 m yüksəklikdə subalp qurşağının 
çəmən-bozqır, çəmən və torflu-çəmən torpaqları, dağların daha hündür hissəsində isə poliqonal tundra torflu 
torpaqlar formalaşmışdır.  
Dağ torpaqlarından kənd təsərrüfatında istifadə.  Bir çox dağ torpaqlarından yüksək məhsuldar yay 
otlaq sahələri, digərləri isə üzüm, sitrus, çay, meyvə və texniki bitkilərin yetişdirildiyi ərazi kimi istifadə edilir. 
Lakin relyefin mürəkkəbliyi, humuslu horizontların yuxalığı  və  əksər hallarda daşlılığı, həmçinin daş 
qırıntılarının və ana süxurların səthə  çıxması mexanikləşdirilmiş becərilmə  işlərini aparmağa mane olur. Ona 
görə də dağ torpaqları əkinçilik baxımından zəif mənimsənilmişdir. 
Otlaq sahələrinin böyük hissəsi dağ-tundra, dağ-çəmən və dağ-bozqır zonalarında yerləşmişdir. Alp 
çəmənləri  yaxşı yay otlaqları rolunda çıxış edir. Ən az mənimsənilmiş dağ-podzol torpaqlardır. Onların yalnız 
3% ərazisi otlaq, biçənək və əkin altında istifadə olunur. Zonanın qalan hissəsi meşələrlə örtülüdür. 
Əkinçilikdə dağ-qonur-meşə, dağ qəhvəyi, dağ qara və dağ şabalıdı torpaqlar daha intensiv istifadə edilir. 
Dağ-bozqır zonasında əkinlər ərazinin 10-12% -i tutur. Mərkəzi Asiyanın dağ yarımsəhra və səhra zonalarında 
dəmyə əkinçiliyi ilə yanaşı, suvarma əkinçiliyi də yaxşı inkişaf etmişdir. Bu torpaqlarda taxıl, tərəvəz, pambıq 
və başqa texniki bitkilər yetişdirilir. 
Dağ torpaqlarından məhdud şəkildə istifadə burada eroziya proseslərinin inkişafı ilə  də əlaqədardır. Meşə 
sahələrinin qırılması, otlaqlarda hədsiz otarma, eroziya əleyhinə tədbirlər həyata keçirmədən şum və digər kənd 
təsərrüfatı  işlərinin həyata keçirilməsi eroziya proseslərini sürətləndirmişdir. Sel hadisələrinin tez-tez baş 
verməsi  əkin sahələrinə xüsusilə güclü ziyan vurur. Ona görə  də dağ torpaqlarının mənimsənilməsi zamanı 
eroziya  əleyhinə  tədbirlərin (aqrotexniki, hidromeliorativ, fitomeliorativ və s.)  həyata keçirilməsinin böyük 
əhəmiyyəti vardır. 
Torpaqların eroziya və sel proseslərindən qorunmasında dağ meşələrinin əvəzsiz rolu vardır. Ona görə də 
meşələrin qorunması, bərpası  və sahələrinin artırılmasının eroziyaya qarşı mübarizədə  əhəmiyyəti olduqca 
böyükdür. 
Dağ torpaqlarında münbitliyin artırılması tədbirlərinə üzvi və mineral gübrələrin verilməsi, turş torpaqların 
əhəngləşdirilməsi və şorakətli torpaqların gipsləşdirilməsi tədbirləri daxildir. 
 
XLI FƏSİL. SUBASAR TORPAQLAR 
 

 
360
Bir çox çaylarda çay dərələri (vadiləri) yaxşı inkişaf etmişdir.  Daşqın sularının çay dərələrinin vaxtaşırı 
örtdüyü hissəsi subasar adlanır. Dünyanın bir çox çayları – Amazon, Nil, Volqa, Dnepr, Dunay, Reyn, Kür, 
İrtış, Lena, Amur və s. çaylar geniş subasar sahələrə malikdir. 
Genezisi. Subasarlarda torpaqəmələgəlmə proseslərinin  əsasları V.R.Vilyams tərəfindən işlənmişdir. 
Sonralar subasarların torpaq örtüyü S.S.Sobolyev, V.İ.Şraqa, Y.V.Şansera və başqaları tərəfindən öyrənilmişdir. 
Subasar müxtəlif elementlərin su hövzəsinin suayrıcı  və  ətək hissələrindən alüvial çöküntülər, həmçinin 
qrunt və daşqın sularının tərkibində  həll olmuş maddələr  şəklində sistematik olaraq gətirildiyi və müntəzəm 
akkumulyasiya olunduğu yerdir. 
Alüvial çöküntülər subasar torpaqlar üçün sistematik verilən təbii gübrə rolunda çıxış edir. Subasarda təbii 
bitkilik örtüyünü əsasən çəmən bitkiləri təşkil etdiyindən burada aparıcı torpaqəmələgəlmə prosesi çimləşmə 
prosesidir. 
Çimləşmə prosesinin ifadə olunma dərəcəsi allüvial çöküntülərin xarakteri, ilk növbədə onların 
qranulometrik  və kimyəvi tərkibi, xüsusən də qida elementlərinin zənginliyi ilə müəyyən olunur. Bundan başqa 
çimləşmə prosesinin inkişafına subasarın ayrı-ayrı hissələrində su rejiminin xüsusiyyətləri, həmçinin 
torpaqəmələgəlmənin zonal şəraiti və başqa proseslərin (qleyləşmə, şoranlaşma və s.) təzahür dərəcəsi də təsir 
göstərir.
 
Çayların subasarlarında torpaqəmələgəlmənin  əsas xüsusiyyətləri – burada subasar və allüvial 
proseslərin inkişafıdır. Subasar proses adı altında subasar ərazisinin bu və ya digər hissəsinin vaxtaşırı daşqın 
suları altında qalması başa düşülür. Bu proses torpaqəmələgəlmə prosesinə hərtərəfli təsir göstərir. Bu formada 
hər il təbii suvarma – atmosfer və qrunt suları ilə yanaşı, torpaq üçün əlavə nəmlik mənbəyi deməkdir. Subasar 
proses qrunt sularının qalxmasına, torpaqda mikrobioloji proseslərin intensivliyinə  və istiqamətinə, həmçinin 
təbii bitkiliyin xarakterinə  və onun məhsuldarlığına, torpağın və torpaq-qrunt sularının duz rejiminə  təsir 
göstərir. 
Allüvial proses adı altında daşqın suları vasitəsilə bulantı materiallarının gətirilməsi, subasarların yuyulması 
və  səthində  gətirilmiş materialların alüviy şəklində çökdürülməsi başa düşülür. Allüvial prosesin xarakterinə 
subasarın ayrı-ayrı hissələrinin çayın məcrasına münasibətdə vəziyyəti də təsir göstərir. 
Subasar ərazisi məcradan uzaqlığına görə üç hissəyə bölünür: məcraqırağı, mərkəzi və terrasqırağı. Onlar 
allüvial çöküntülərin tərkibinə, relyefinə, hidroloji şəraitinə, bitki və torpaq örtüyünə görə fərqlənir. 
Allüviyin qranulometrik tərkibi subasarda daşqın sularının sürətindən asılıdır: suyun sürəti artdıqca 
çökdürülmüş hissəciklərin ölçüləri böyük olacaqdır. Sürət azaldıqca xırda hissəciklərin çökdürülməsi artacaqdır. 
Məcradan subasarın dərinliyinə doğru axının sürəti azalır. Bununla əlaqədar allüviyin xarakterinə subasarın bu 
və ya digər hissəsinin məcradan uzaqlığı da təsir göstərir. Məcradan subasara keçiddə  axının sürəti kəskin 
şəkildə aşağı düşür ki, bu da subasarın məcraqırağı hissəsində böyük miqdarda asma gətirmələrin, ilk növbədə 
qum hissəciklərinin çökməsinə səbəb olur. 
Subasarın daşqın sularının sürətinin zəif və subasma müddətinin uzun olduğu mərkəzi və terrasqırağı 
hissəsində tozvari və lil hissəciklərindən ibarət alüviyin çökdürülməsi müşahidə edilir. Alllüvial çöküntülərin 
çökdürülməsində bu cür qanunauyğunluq subasarın ayr-ayrı hissələrinin qranulometrik tərkibini müəyyən edir. 
Məcradan uzaqlaşdıqca allüvial torpaqların qranulometrik tərkibi dəyişir, onlarda toz və lil hissəciklərinin 
miqdarı artır, qum hissəciklərinin miqdarı isə azalır (cədvəl 129). 
  
Cədvəl 129 
 
Orta Donda allüvial torpaqların qranulometrik tərkibi 
 
Dərinlik, 
sm 
Qranulometrik elementlərin ölçüləri (mm) və onların miqdarı, 

1-0,25 
0,25-
0,05 
0,05-
0,01 
0,01-
0,005 
0,005-
0,001 

0,001 
<0,01 
 
1  2 3 4 5 6 7 8 
Allüvial-çəmən (məcraqırağı hissə) 
0-10  4,2  26,8 31,2 14,9 10,4 12,5 37,8 
20-30  5,4 35,3 33,8 10,8 3,2 11,5 25,5 
40-50  12,4 16,5 41,8  9,1  6,9  13,3 29,3 
100-110 17,0 19,9 36,4  5,3  6,0  16,4 27,7 
Allüvial-çəmən (məcradan 600 m aralı) 
0-20  0,3  7,9 42,2 8,8 15,3 25,5 49,6 

 
361
1  2 3 4 5 6 7 8 
20-40  0,4  8,9 43,4 9,0 14,0 24,3 47,3 
40-50  0,3 11,0 50,8 7,8 11,0 19,1 37,9 
100-110  0,3  7,7  37,5 10,7 18,3 25,5 54,5 
Çəmən (məcradan 2500 m aralı) 
0-20  0,3  4,7  27,2 19,9 16,0 31,9 67,8 
50-60  0,1  5,5  30,1 17,1 14,3 32,9 64,3 
 
Çökdürülmüş allüviyin miqdarına, qranulometrik və kimyəvi tərkibinə sutoplayıcı  ərazidə yayılmış 
topraqlar və süxurların  tərkibi, iqlimi, həmçinin hövzənin meşəliliyi və şumlanma dərəcəsi təsir göstərir. Belə 
ki, hövzə qumlu və qumsal torpaq və süxurlardan təşkil olunanda çökdürülmüş allüviyin tərkibində qum, 
gillicəli karbonatlardan təşkil olunanda karbonatlarla zəngin gillicələr və s. üstünlük təşkil edəcəkdir. 
Allüvial çöküntülərin qranulometrik tərkibinə subasarın relyefinin də  təsiri vardır. Relyefin yüksəklik 
elementləri yüngül çöküntülərlə, aşağı elementləri isə ağır qranulometrik tərkibli çöküntülərlə örtülüdür. 
Bitki örtüyü. Subasarların bitki örtüyü olduqca rəngarəngdir. Burada çəmən otmüxtəlifliyi - taxıllı 
qruplaşmalar hakimdir. Daha zəngin və qiymətli ot durumu mərkəzi subasardadır. Buranın ot durumunda 
qılçıqsız tonqalotu, pişikquyruğu, tülküquyruğu,  çəmən topalı, sürünən ayrıq, çəmən qırtıcı, bülbülotu, çəmən 
lərgəsi, yonca, çöl noxudu, çəmən ətirşahı, at quzuqulağı, qaymaqçiçəyi, göyümçiçək və başqa otlar üstünlük 
təşkil edir. Məcrayanı subasarın ot tərkibi bir qədər məhduddur.  
Subasar çəmənlərin məhsuldarlığı rütubətlənmə şəraitindən və istifadə xüsusiyyətlərindən asılıdır. Mərkəzi 
subasarın çəmənləri daha məhsuldar hesab olunur. Düzgün istifadə edildikdə buradan 30-40 s/ha və daha çox ot 
toplamaq mümkündür. 
Subasar ərazilərdə ağac bitkiləri də yetişir. Onların tərkibi zonanın təbii xüsusiyyətlərindən asılıdır. Tayqa-
meşə zonasında subasarlarda şam, ağ  şam tozağacı, söyüd, titrək qovaq; meşə-bozqır və bozqır zonasında  - 
palıq, ağcaqayın, söyüd, qarağac, qovaq, qara qovaq; yarımsəhra və  səhra zonasında tuqay meşələrinin ağac 
tərkibi – qovaq, tut, söyüd, saksaul və başqa ağac və kol bitkiləri yayılmışdır.  
Təsnifatı. V.V.Dokuçayev və N.M.Sibirtsev subasar torpaqları  təsnifat sxemlərində anormal 
(V.V.Dokuçayev) və ya azonal (N.M.Sibirtsyev) torpaqlar qrupuna aid edirdilər. Sonrakı  tədqiqatlar 
subasar torpaqların, onların genezisində allüvial proseslərin rolu ilə  və onların spesifik geomorfoloji 
vəziyyəti və hidroloji rejimi ilə əlaqədar təsnifat sxemində xüsusi yerini təsdiq etdi. Bununla belə, yuxarıda 
qeyd edildiyi kimi, subasar torpaqlarda çimləşmə  və digər proseslərlə, podzollaşma,  şorakətləşmə, 
şoranlaşma və s. şərtlənən torpaqəmələgəlmənin zonallıq xüsusiyyətləri də aşkar edilmişdir. 
Ona görə  də müasir təsnifat sxemlərində subasar torpaqların genezisinin bu iki əsas xüsusiyyəti öz 
əksini tapmışdır. Tərkibinə, reaksiyasına və başqa xassələrinə görə allüvial çimli və allüvial çəmən 
torpaqlar qrupu 6 tipə bataqlıq torpaqlar isə 3 tipə bölünürlər. Bunlar aşağıdakılardır:  allüvial çimli turş 
torpaqlar (tayqa-meşə, meşə-bozqır zonası), allüvial çimli doymamış (bozqır və meşə-bozqır zonası), 
allüvial çimli- səhralaşan karbonatlı (yarımsəhra, səhra zonası), alllüvial çəmən turş (tayqa-meşə, meşə-
bozqır), allüvial çəmən doymuş (bozqır, meşə-bozqır), allüvial çəmən karbonatlı (yarımsəhra, səhra), 
allüvial çəmən-bataqlıq (bütün zonalarda), allüvial bataqlıq lilli-çürüntülü-qleyli (bütün zonalarda), 
allüvial bataqlıq lilli-torflu (bütün zonalarda). 
Allüvial torpaqların  əsas cinsləri aşağıdakılardır: adi, dəmirləşmiş, karbonatlı,  şorakətvari, lillənmiş, 
bərkimiş və çınqıllı. Növlərin ayrılması humus horizontlarının qalınlığına, humusun miqdarına və konkret 
proseslərin (podzollaşma, şorakətləşmə, şorlaşma və s.) təzahürünə görə aparılır. 
Bataqlıq qrupundan olan torpaqların yarımtiplərə ayrılması torftoplanma və lilləşmə  əlamətləri 
əsasındadır. Əsas cinslər aşağıdakılardır: adi, karbonatlı, şorakətvari, şoranlı. Növlərin ayrılması orqanogen 
və humuslu horizontların qalınlığına görə aparılır. 
Subasarlarda torpaqəmələgəlmənin qeyd edilən xüsusiyyətləri ilə  əlaqədar üç qrup allüvial torpaq 
ayrılır: çimli, çəmən, bataqlıq. 
Allüvial çimli torpaqlar subasar relyefin yüksək elementlərində, qruntun dərində yerləşdiyi, allüviyin 
əksər hallarda laylı və yüngül qranulometrik tərkibə malik olduğu şəraitdə formalaşır. Torpaqəmələgəlmə 
prosesi qrunt sularının təsiri olmadan, oksidləşmənin hakim olduğu  şəraitdə,  əsasən qumlu və qumsal 
allüviy üzərində inkişaf edir. Ona görə  də bu cür torpaqlarda humus horizontlarının qalığı çox deyildir. 
Tərkibində humus və azotun miqdarı isə azdır.  
Küli elelmentlərin miqdarı allüvial çöküntülərin mineraloji tərkibindən asılı olaraq böyük ölçülərdə 
tərəddüd edir (cədvəl 130). 

 
362
Cədvəl 130 
Allüvial çimli torpaqların fiziki-kimyəvi xassələri 
 
Dərinlik, sm 
Humus, 

pH su 
şəkimi 
Udulmuş əsaların 
cəmi,  
m- ekv/100qr. 
torpaqda 
Qranulo-
metrik tərkibi 
 
 
1 2 



Kəsim -1 
2-15 2,60 
6,2 
29,4 
qumsal 
45-60 0,38 6,8 
24,0 
“------” 
75-90 0,20 6,9 
23,6 
“------” 
125-150 0,32  6,6 
9,8 
yüngül 
gillicə 
Kəsim-2 
0-20 1,53 
8,0 
10,9 
qumsal 
40-50 0,03 8,3 

qum 
80-90 0,04 8,0 

“------” 
Kəsim-3 
0-10 0,49 
8,0 
8,7 
qumsal 
10-20 0,34 8,2 
11,0 
“------” 
50-60 0,32 8,3 
16,0 
“------” 
 
Allüvial çəmən torpaqlar qrunt sularının nisbətən dayazda (1-2 m)  yerləşdiyi sahələrdə, mərkəzi subasarın 
gillicəli və gilli allüviyləri üzərində formalaşır. Qida elementlərinin,  əsaslar və üzvi maddələrin zənginliyi, 
həmçinin nəmlənmənin qrunt suları hesabına yaranmış  əlverişli  şəraiti çəmən bitkilərinin və çimləşmə 
prosesinin inkişafına səbəb olmuşdur. Ona görə də allüvial çəmən torpaqlar yaxşı seçilən humus horizontuna, 
dənəvər və ya topavari-dənəvər struktura malikdir. Ədəbiyyatlarda bu torpaqları  bəzən subasarların dənəvər 
torpaqları da adlandırırlar. 
Allüvial-çəmən torpaqların profilinin quruluşu aşağıdakı kimidir: A
ç
 – çim qatı (xam torpaqlarda), ot 
bitkiləriinin kökləri topa halında cəmləşmişdir; A
1
 – tünd-boz və ya boz rəngli, üzərində qonur çalarlı humus 
horizontu, dənəvər strukturlu; B
1
 – keçid humus horizontu, bəzən üzərində qleyləşmə  əlamətləri (B
1g
); B
2g

keçid horizontu, qleyləşmə  əlamətləri daha aydın seçilir və  tədricən gillicəli və gilli qranulometrik tərkibli 
allüvial çöküntülərə keçir (C
g
). 
Bu torpaqlarda adətən qrunt sularının kapilyar haşiyəsi torpaq horizontlarına çatır ki, bu da torpaq profilinin 
aşağı hissəsində    qleyləşmə proseslərinə, həmçinin dəmir birləşmələrinin, karbonatların, cənub çayların 
subasarlarında asan həll olan duzların akkumulyasiyasına səbəb olur. 
Allüvial çəmən torpaqlar humusla zəngindir, qalın humus qatına və qida elementlərinin böyük ehtiyatına, 
yüksək udma tutumuna malikdir. Torpaq məhlulunun reaksiyası  böyük ölçülərdə  dəyişir (pH 4-6 və daha 
yüksək) (cədvəl 131). 
Cədvəl 131 
Allüvial çəmən torpaqların fiziki-kimyəvi xassələri 
 
Dərinlik, 
sm 
Humus, % 
pH su şəkimi 
Udulmuş 
əsaların cəmi, 
m-kv/100qr. 
torpaqda 
Qranulo-
metrik 
tərkibi 
 
1 2  3 


Kəsim -1 
0-10 6,20  5,8 
28,9  Ağır gillicə 
20-30 3,49 
4,8 
24,4 
» 
50-60 - 
5,1 
18,6 Yüngül 
gil 
70-80 2,05 
4,9 
17,2  Ağır gillicə 

 
363
1 2  3 


110-120 - 
4,9 
11,9  Yüngül 
gil 
Kəsim-2 
0-14 4,57  4,7 
29,4  “------” 
14-29 3,62 
4,4 

“------” 
50-60 1,84 
4,9 

“------” 
80-90 1,39 
5,3 

“------” 
Kəsim-3 
0-10 6,77  6,8 
54,0  “------” 
40-50 3,89 
7,1 
48,7 
“------” 
90-100 3,65 
6,8 
52,3 
“------” 
Kəsim-4 
5-15 3,14  8,0 
43,5  Ağır gillicə 
30-40 1,46 
8,1 
37,1 
“------” 
60-70 0,61 
8,2 
28,8  Orta 
gillicə 
90-100 0,91 
8,2 
32,7 
Orta 
gil 
 
Allüvial bataqlıq torpaqlar uzun müddətli daşqın  və sabit atmosfer-qrunt suları şəraitində formalaşır. Bu 
torpaqlar üçün üzvi maddələrin torf və ya lilli-çürüntü kütləsi  şəklində toplanması, həmçinin qleyləşmə  və 
maddələrin hidrogen akkumulyasiyası səciyyəvidir. 
Üzvi maddələrin akkumulyasiyasının miqdarından və onun parçalanma dərəcəsindən asılı olaraq allüvial 
bataqlıq torpaqlar daxilində çəmən-bartaqlıq, lilli-çürüntülü-qleyli və lilli-torflu torpaqlar ayrılmışdır. 
Kənd təsərrüfatında istifadə.  Subasar torpaqların potensial münbitliyi məcraqırağı hissədən mərkəzi 
hissəyə və terraslara doğru dəyişir; bu istiqamətdə torpaqlarda üzvi maddələrin və qida elementlərinin ümumi 
ehtiyatı, həmçinin udulmuş  əsasların cəmi artır. Allüvial torpaqlar içərisində bataqlaşmamış  və  şorlaşmamış 
dənəvər subasar torpaqlar ən yaxşı torpaqlar hesab olunur. Bu torpaqların humus qatı qalın, tərkibində üzvi 
maddələrin (350-450 t/ha) və qida maddələrinin miqdarı çoxdur. Bu torpaqlar daha yaxşı aqrokimyəvi xassələrə 
malikdir. 
Dənəvər subasar torpaqlar şumlanarkən mikrobioloji fəallıq kəskin  şəkildə yüksəlir, azot və fosforun 
mütəhərrik formaları artır. Dənəvər subasar torpaqların yüksək münbitliyi və suvarma imkanları bir sıra kənd 
təsərrüfatı bitkilərini yetişdirməyə imkan verir. 
Azhumuslu qumlu və qumsal subasar torpaqlar aşağı təbii münbitlik xassəsinə malikdir və bu torpaqlardan 
bir qayda olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunmur. 
Bataqlıq və bataqlaşmış subasar torpaqlar əsaslı meliorativ tədbirlərin həyata keçirilməsini tələb edir. Bu 
torpaqlar qurudulduqdan sonra tərəvəz, silos və bir sıra başqa dəyərli kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi 
üçün yüksək məhsuldar torpaqlara çevrilir. 
 
XLII FƏSİL. QUMLAR VƏ QUMLU TORPAQLAR 
 
Dünyanın bir sıra yerlərində qum massivləri böyük sahələri  əhatə edir. Bu yerlər torpaqəmələgəlmə 
prosesinə zəif məruz qalmışdır. 
Qum dedikdə bitkilər tərəfindən bərkidilməmiş  və ya zəif bərkidilmiş açıq (səpələnən)  qumlu törəmələr 
başa düşülür. Qumlu torpaqlar sabit bitki örtüyünə və zonal torpaqlara məxsus genetik profilə malikdir. 
Bu bölmədə bozqır, yarımsəhra və səhra zonasının qumları və qumlu torpaqları nəzərdən keçirələcəkdir. Bu 
zonaların əsas qum massivləri Mərkəzi Asiyanın yarımsəhra və səhralarında (Qaraqum, Qızılqum, Balxaşyanı, 
Aralyanı və s.) yerləşmişdir. 
İqlim və bitki örtüyü. Qum vilayətlərinin iqlimi və bitki örtüyü zonal şəraitlərlə müəyyən olunur. Quru 
bozqırların, yarımsəhra və səhraların qum vilayətlərində qrunt suyunun dərində yeləşdiyi və qumların bitkilər 
tərəfindən məskunlaşması  mərhələsindən asılı olaraq dəvəotu, qum yovşanı, cuzqun, saksaul, səhra akasiyası, 
astraqal və s. bitkilər bitir. 
Hərəkət edən qumlar. Qum massivləri  ərazisində  hərəkət edən barxan qumlarının yayıldığı sahələr də 
vardır. Onların sahəsi bir neçə kvadrat metrdən bir neçə yüz kvadrat kilometr arasında dəyişir. Onların 
yaranması iqlimin quraqlığı, güclü küləklər və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Hərəkət edən barxan 
qumlarının böyük hissəsi çoxdan formalaşmışdır. Onlara Nebitdağ, Qızılqum və Xəzərsahili ovalıqdakı barxan 
qumları aid edilir. 
Qumların külək vasitəsilə  hərəkəti aerodinamik qanunauyğunluqlarla  əlaqədardır. Qumun daşınması – külək-
qum axınlarının hərəkəti müxtəlif sıxlığa malik iki mühitin - qum və havanın qarşılıqlı təsiri nəticəsində baş verir. 
Relyefin eol formalarının yaranması külək-qum axınlarının təsiri ilə baş verir. 
Barxanlar  küləyin istiqamətinə perpendikulyar yerləşmiş qum yığınlarıdır. Adətən barxanların iki yamacı 

 
364
olur- az meyilli  (5-15
0
) küləkdöyən və çox meylli külək tutmayan (28-35
0
) hissə. 
Barxanlar bir qayda olaraq yayda quru şərq küləklərinin təsiri altında  əmələ  gəlir. Barxanların hərəkəti 
istiqaməti və sürəti küləyin davamiyyətindən, qumun nəmliyindən və qranulometrik tərkibindən asılıdır. Barxan 
qumları yüksək sukeçiriciliyi ilə  səciyyələnir. Suyun aşağıya doğru hərəkəti zamanı duzların yuyulması baş 
verir. Ona görə  də barxanların qum çöküntüləri  şorlaşmamışdır.
 
Barxan qumlarının tərkibində 0,25-0,05 mm 
ölçülərində olan fraksiyaların miqdarı yüksək olur (60-70%). Barxanlararası çökəkliklərdə  zəif humuslaşmış 
qumlar yerləşmişdir. 
Mənşəyi, tərkibi və xassələri.  Qumlar – dağ süxurlarının aşınması  nəticəsində yaranmış  və  aşınma 
məhsullarının su və külək vasitəsilə çökdürülmüş geoloji törəmədir. 
Mənşəyinə görə qumlar elüvial, delüvial, dəniz, göl, allüvial (müasir və  qədim), flyüvioqlasial və eol 
qumlara ayrılırlar. 
Qranulometrik tərkibi. Qumlar tamamilə (> 90%) ölçüləri 0,01 mm-dən böyük hissəciklərdən ibarətdir. 
Onların qranulometrik tərkibi yaxşı çeşidlənməsi və 0,05 mm-dən böyük hissəciklərin çoxluğu ilə seçilir (cədvəl 
132). 
 
Cədvəl 132 
Qumların qranulometrik tərkibi 
 
Qum 
çöküntülərinin 
tipi 
Dərinlik, 
sm 
Qranulometrik elementlərin ölçüləri (mm) və 
onların miqdarı, % 
> 2 
2-1 
1-0,1 
0,1-
0,05 
0,05-
0,01 
<0,01
Flüvioqlasial 120-190 
0,47 
3,86 
91,52 2,15  1,50 0,50 
Qədim allüvial 
200 

0,25  50,69 
39,66 
4,46 
5,19 
Eol 80 

0,01 
75,50 
24,19 
0,06 
0,24 
Dəniz 140 
2,20 
5,80 
32,0 
48,10 
11,09 

Ən yaxşı çeşidlənmiş torpaqlar eol və müasir elüvial qumlar, ən pis çeşidlənmiş qumlar isə - flüvioqlasial 
və dəniz qumları hesab olunur. 
Mineraloji tərkibi.  Qumların mineraloji tərkibi onların  əmələ  gəldiyi dağ süxurlarının mineraloji 
tərkibindən, onların parçalanma, aparılma və çökdürülmə şəraitindən asılıdır. 
Qumların tərkibində kvars, çöl şpatı, buynuzdaşı, slyuda, gips, əhəngli minerallar və başqaları üstünlük 
təşkil edir. Əksər hallarda birinci yerdə kvars durur. Törəmə minerallar qumun tərkibində azdır. Qumun tərki-
bindəki ilkin minerallar aşınmanın təsiri altında qumların rəngini dəyişir. 
Kimyəvi tərkibi. Qumların kimyəvi tərkibi mineraloji tərkibi ilə sıx əlaqədar olub, SiO
2
 böyük miqdarı və 
dəmir, alüminium, kalsium və maqneziumun  az olması ilə səciyyələnir. 
Səhra və yarımsəhra qumlarının tərkibində kalsium karbonatlarının miqdarı adətən çox olur. Bu zonaların 
qumlarının tərkibində asan həllolan duzların miqdarı da bozqır qumlarından çoxdur.  
Qumların tərkibində humus (0,5-0,7%-ə kimi), azot, fosfor və kaliumun miqdarı azdır. Udma tutumu aşağı 
– 0,5-2 m-ekv, pH göstəricisi 6,5-7,8-dir. 
Fiziki və su-fiziki xassələri. Qumların fiziki və su-fiziki xassələri onların qranulometrik tərkibindən, 
həmçinin hərəkətliliyindən asılıdır. 
Qumların sıxlığı 1,4-1,6 q/sm
3
, bərk fazanın sıxlığı isə 2,6-2,7 q/sm
3
-dır. Məsaməliyi 32-45% arasında 
tərəddüd edir. Yüksək qeyri-kapilyar məsaməliyi
 
onların yaxşı su və hava keçiriciliyini və aşağı su tutumunu 
təmin edir. Qumlarda ən az su tutumu 5-12% arasında dəyişir. Ona görə  də yağan yağışlar üst horizontlarda 
qalmayaraq çox dərin qatlara hopur və bitki örtüyünün olmadığı  şəraitdə toplanaraq su təbəqəsi yaradır. 
Qumların suqaldırma qabiliyyəti aşağı (70-80 sm) olduğundan buxarlanma vasitəsilə su itkisi olduqca azdır. 
Bununla  əlaqədar yumşaq qumlar nəmliyin toplayıcısı hesab olunur. Qumların su rejimində  su buxarının 
torpaqdaxili kondensasiyasının böyük əhəmiyyəti vardır. 
Qumlarda torpaqəmələgəlmə prosesi üzərində formalaşdığı bitki örtüyü ilə sıx əlaqədardır. Qumların təbii 
bitkiləşməsi üzərində ilkin bitkilərin (psammofitlərin) məskunlaşması ilə başlayır. Adətən, ilkin bitkilər rolunda 
qum darısı və başqa psammofitlər çıxış edir. Sonra başqa bitkilər, ikinci sıra psammofit adlanan bitkilər burada 
məskunlaşır. Bu bitkilər qumları bərkidir və başqa bitkilərin inkişafı üçün əlverişli şərait yaradır. 
Qumlar üzərində bitki örtüyünün yaranması onların hərəkətini tədricən dayandırır və fəal torpaqəmələgəlmə 
prosesi başlayır. Torpaqəmələgəlmənin  əsas xüsusiyyəti üst horizontun humusla, toz və lil hissəcikləri ilə 
zənginləşməsi və onun tədricən sıxlaşmasıdır (cədvəl 133). 
 
 

 
365
Cədvəl 133 
Qum və qumlu torpaqların bəzi xassələri 
 
Dərinlik, 
sm 
Humu
s, % 
Azot,

Udma 
tutumu, 
m-ekv/100q. 
torpaq 
Quru 
qalır,

Hissəciklər,% 
<0,01 <0,001 
Zəif humuslaşmış qumlar 
0 - 0,5 
0,16 
0,010 
2,7 
0,046 
5,9 
3,1 
0,5 - 5 
0,16 
0,014 
2,5 
0,046 
5,3 
2,7 
5 – 10 

0,008 
2,5 
0,056 
5,3 
2,9 
250-260 - 

2,0 
0,068 4,6  2,9 
Çimli yarımsəhra qumlu torpaq 
0-8 0,31 
0,018 
3,2 
0,074 7,7  5,3 
15-20 0,25 0,016 
3,2 
0,102  7,6  5,4 
35-40 0,23 0,018 
3,3 
0,096  7,2  5,4 
225-230 - 


0,161  8,8  8,0 
Səhra qumlu torpaq 
0 -5 
0,15 


0,044 
1,0 

10-15 0,57 


0,073 
0,6 

25-30 0,24 


0,032 
1,6 

 
Nəticədə qida elementləri və udma tutumu yüksəlir, lakin su xassələri nəzərə çarpacaq dərəcədə pisləşir və 
qum təbəqəsinin aşağı hissəsində nəmliyin ehtiyatı azalır. 
Zonal bitkilərin qumlar üzərində  məskunlaşması  nəticəsində onlar qumlu torpaqlara çevrilir. Qrunt 
suyunun səthə yaxın yerləşdiyi yerlərdə qleyli və qleyvari torpaqlar formalaşır.  
Qumlar və qumlu torpaqlar bitkilərin məskunlaşmasının və torpaqəmələgəlmənin inkişafının müxtəlif 
mərhələlərində  zəif humuslaşmış  və ya yarıçimləşmiş  və  dərindən humuslaşmış  və ya çimləşmiş torpaqlara 
bölünürlər. Zonal bitkiliyin inkişafı qumlu torpaqlarda zonal torpaqlara (şabalıdı, qonur yarımsəhra və s.) 
məxsus profilin formalaşmasına səbəb olur. 
Kənd təsərrüfatında istifadə. Qum massivlərinin mənimsənilməsinin əsas prinsipi – zonal iqlim şəraiti və 
qumların xassələrini nəzərə almaqla onlardan kompleks istifadə olunmasıdır. Qum massivləri köçəri 
heyvandarlıqdan, üzümlüklərin və bağların salınmasından, meşə massivlərinin yaradılmasından, bostan və 
başqa kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən ötrü istifadə edilə bilər. 
Avtomorf səhra torpaqları (boz-qonur, takır və takırabənzər) arasında yayılmış qumlu torpaqlar təbii 
bitkiliyin inkişafı baxımından yaxşı torpaqlar kimi səciyyələnir. Ona görə də burada iri qum və qumlu massivlər 
qiymətli otlaq sahələri kimi qiymətləndirilir. Lakin fiziki xassələrinə görə qumlu torpaqlar mədəni bitkilərin 
yetişdirilməsindən ötrü əlverişsiz hesab olunur. 
Bozqır zonasında qumlar və qumlu torpaqlarda müxtəlif meşə, meyvə və qismən kənd təsərrüfatı bitkiləri 
əkilir. Lakin qumlardan və qumlu torpaqlardan istifadə bəzi qoruyucu tədbirlərin həyata keçirilməsi, o cümlədən 
qumların bərkidilməsi ilə bağlı otsəpmə və meşəsalma işlərinin görülməsini tələb edir. Qumları bərkitməkdən 
ötrü aşağıdakı qumbərkidici  bitkilərdən istifadə olunur: otlar – qum darısı, sibir daraqotu və s.; kol bitkilərindən 
– kol söyüdü, cuzqun, çərkəz, qum akasiyası  və s.; ağac bitkilərindən meşə- bozqır zonasında – adi şam, 
tozağacı, qovaq, palıd; bozqır zonasında – adi və Krım şamı, palıd, qovaq, ərik, ağ tut, səhra zonasında – qovaq, 
ərik, ağ tut. Mərkəzi Asiyanın qumlu səhralarında əsas bitki saksauldur. 
 
XLIII FƏSİL. DÜNYANIN TORPAQ ÖRTÜYÜ 
 
Torpaq örtüyünün zonallıq qanununa həsr olunmuş  fəsildə qurunun torpaq örtüyünün torpaq-iqlim 
qurşaqlarına və torpaq-bioiqlim vilayətlərinə bölünməsi nəzərdən keçirilmişdi. 
Torpaq- bioiqlim vilayətləri  ərazinin iqlimi, bitki örtüyü, torpaq örtüyü və  əkinçilik tipinin ümumiliyi ilə 
səciyyələnir. Ona görə  də torpaq-bioiqlim vilayətlərinə qurunun aqrotorpaq rayonlaşdırılmasının  əsas vahidi 
kimi baxıla bilər.  
Dünyanın aqrotorpaq vilayətlərinin ümumi sxemi – müxtəlif ölkələrin torpaqşünas alimlərinin və 
aqronomlarının birgə əməyinin nəticəsidir. Torpaqşünaslar tərəfindən dünyanın torpaq örtüyü öyrənilmiş və çox 
böyük xəritə materialı ümumiləşdirilmişdir. Bu məsələdə XIX əsrin sonları və XX əsrin əvvəllərində görkəmli 
rus alimlərinin, sonralar isə Sovetlər dövrünün torpaqşünaslarının böyük rolu olmuşdur. Onlar torpaq-coğrafi 

 
366
ümumiləşdirmənin prinsiplərini formalaşdırmış (V.V.Dokuçayev), dünyanın ilk torpaq xəritələrini işləmiş 
(K.D.Qlinka, L.İ.Prosolov) və dünyanın torpaq xəritəşünaslığını inkişaf etdirmişlər (Z.Y.Şkolskaya, 
D.Q.Vilenski, İ.P.Gerasimov, V.A.Kovda, Y.V.Lobova, N.N.Rozov, M.A.Qlazovskaya, V.M.Fridlan). 
Əkinçilik elmi əkinçilərin çox əsrlik təcrübəsini ümumiləşdirmiş, onu təbii amillərə bağlamış  və 
torpaqşünaslığın, aqrokimya və başqa bioloji elmlərin nailiyyətləri  əsasında təbii  şəraitlərin müxtəlif 
komplekslərinə uyğun olaraq əkinçilik nəzəriyyəsini işləmişdir. 
Dünyanın aqrotorpaqşünaslıq rayonlaşdırılması sxemində aqrotorpaq vilayətləri termik şəraitlərinə  və 
atmosfer nəmlənməsi şəraitinə görə qruplaşdırılmışdır. 
Torpaq-coğrafi və xüsusən də aqronomik nöqteyi-nəzərdən  termik prinsiplər  əsasında qruplaşdırılma bir 
çoxları tərəfindən başlıca hesab olunur. O, torpaqəmələgəlmə zamanı üzvi və mineral maddələrin çevrilməsinin 
energetik  şəraitini müəyyən edən torpağın termik rejimini əks etdirir, məhsulların sayı, kənd təsərrüfatı 
bitkilərinin tərkibi və s. məsələlərdə əkinçiliyin əsas tipləri ilə yaxşı uyğunlaşır. 
Atmosfer nəmliyinə görə aqrotorpaq vilayətlərinin qruplaşdırılması, M.A.Gerasimovun qeyd etdiyi kimi, 
torpaqların reaksiyası və oksidləşmə-reduksiya potensialı, onların avtomorf şəraitdə su rejimi ilə sıx bağlı olub, 
əkinçiliyin su təminatını səciyyələndirir. 
Bütün quru sahəsinin (materik buzlaqlarından başqa) 76,7 %-i düzən (13414 mln.ha) və 23,3%-i dağlıq 
ərazilərin (3124 mln.ha) payına düşür. Aşağıdakı bölmələrdə düzən  ərazilərin nümunəsində dünyanın torpaq 
örtüyünün vəziyyəti nəzərdən keçirilmişdir. 
Düzən  ərazilərin torpaq-iqlim qurşaqları üzrə paylanması  aşağıdakı göstəricilərlə  səciyyələnir. Ümumi 
qurunun 47,7%-i tropik, 17,7%-i subtropik, 14,9%-i subboreal, 15,2%-i boreal və yalnız 4,5%-i qütb qurşağının 
payına düşür. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin