§ 91. Tayqa-meşə zonasında torpaqəmələgəlmə şəraiti və torpaqlar
Zonanın qərbdən şərqə və şimaldan cənuba çox böyük məsafədə yayılması ilə əlaqədar təbii şəraiti olduqca
müxtəlifdir.
İqlimi. Zonanın iqlimi mülayim soyuqdur. Şərqi Sibir rayonunda o kəskin kontinentaldır, Uzaq Şərq isə
musson səciyyəsi daşıyır. Orta illik temperatur Avropa hissəsində + 4
0
C-dən Şərqi Sibirdə - 7...-16
0
C və Uzaq
Şərqdə + 7,5
0
C arasında tərəddüd edir.
Mərkəzi tayqa-meşə vilayətində il ərzində 350-700 mm yağıntı düşür, 10
0
C-dən yuxarı temperaturların
davametmə müddəti 40-155 gün, bu müddət ərzində temperaturların cəmi isə 400-2450
0
C-dir. Şərqi-Sibir
donuşlu-tayqa vilayətində bu göstəricilər uyğun olaraq 150-600 mm, 40-123 gün və 400-2000
0
C, Uzaq Şərq
tayqa-çəmən-meşə vuilayətində isə 380-1000 mm, 40-103 gün və 400-1500
0
C təşkil edir.
Zonada maksimal yağıntılar ilin isti dövründə düşür. İllik yağıntıların miqdarı əksər hallarda
buxarlanmadan 1,10-1,33 dəfə çoxdur. Ona görə də nəzərdən keçirilən ərazi izafi nəmlik zonasına aid edilir.
Lakin Şərqi Sibirin bir çox rayonlarında (Şimali Lena, Kalıma, Yuxarı Zeya, Mərkəzi Yakutiya və başqa
əyalətləri), yağıntıların buxarlanmadan az olması səbəbindən rütubətlənmənin azlığı ilə səciyyələnir.
Asiya hissəsində, xüsusən də Şərqi Sibirdə başdan-başa və adalar şəklində daimi donuşluq sahələri
yayılmışdır.
Tayqa-meşə zonasında avtomorf torpaqlar yuyulma su rejimi, Şərqi Sibirdə isə donuşlu su rejimi şəraitində
əmələ gəlmişlər.
Relyef. Zonanın Avropa hissəsi Rusiya düzənliyi ərazisində yerləşmişdir. Lakin burada da buzlaqların təsiri
altında yaranmış həm yüksəkliklərə, həm də düzən sahələrə təsadüf olunur. Ən iri yüksəkliklərə Litva-Belarus,
273
Valday, Smolensk-Klin-Dmitrov, Şimal uvalları, Timan təpəliyi aid edilir. Bu yüksəkliklərin mütləq hündürlüyü
290-460 m arasında tərəddüd edir ki, onların
bəziləri arasında göllər və bataqlaşmış sahələr yerləşmişdir.
Ərazinin relyefi çay dərələri, yarğanlar vasitəsilə güclü parçalanmışdır. Ona görə də bu zonanın ərazisi təpəli-
dalğavari relyeflə səciyyələnir.
Zonanın Qərbi Sibir hissəsi Qərbi Sibir ovalığı hüdudlarında yerləşmişdir. Bura geniş zəif drenlənmiş
ovalıq kimi səciyyələnir.
Yenisey çayından şərqdə Orta Sibir yaylası, Mərkəzi Yakutiya düzənliyi və çox mürəkkəb dağ
sistemlərindən ibarət geniş Şərqi Sibir və Uzaq Şərq ərazisi yerləşmişdir.
Torpaqəmələgətirən süxurlar. Zonanın Avropa hissəsində torpaqəmələgətirən süxurlar əsasən buzlaq və
su-buzlaq mənşəli çöküntülərdən ibarətdir. Burada başqa mənşəli süxurlara da təsadüf etmək mümkündür.
Əsas süxurlar – karbonatlı və karbonatsız, müxtəlif qranulometrik tərkibli moren çöküntüləridir. Onlara hər
yerdə, xüsusən də Valday buzlaşmasının yayıldığı ərazilərdə rast gəlmək olur. Ərazidə həmçinin örtük
gillicəllər və gillər, lösvari karbonatlı yüngül və orta gillicələr (mərkəzi və cənub rayonlarında), su-buzlaq
mənşəli qumlu və qumsal süxurlar, qədim allüvial çöküntülər, lentvarı gillər, ana süxurların elüviləri və
delüviləri, xırda və iri çayların məcrasında müasir allüvial çöküntülər yayılmışdır.
Qərbi Sibirdə də torpaqəmələgətirən süxurlar buzlaq və su-buzlaq mənşəlidir. Şimal rayonlarında moren
qumlarına və lösəbənzər gillicələrə, cənubda-tozvari orta və ağır gillicələrə rast gəlmək olur.
Bitki örtüyü. Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu
meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və
ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq
assosiasiyaları ilə örtülmüşdür.
Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç
yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir.
Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir.
Şimali tayqa yarımzonası tozağacı, titrək qovaq, qara şam qarışıqlı seyrək küknar meşələri ilə örtülmüşdür.
Qərb rayonlarında yüngül qranulometrik tərkibli süxurlar üzərində şam meşələri üstünlük təşkil edir. Şimal
tayqasında meşə örtüyü altında subartika bataqlıq-kolluq, mamır və şibyə bitkilərindən ibarət aşağı yarus inkişaf
etmişdir. Burada ot bitkiləri inkişaf etməmişdir.
Torpaq örtüyü qleyli podzollu və podzol illüvial –humuslu torpaqlardan ibarət yarımzona əmələ gətirir.
Orta tayqa yarımzonası tünd iynəyarpaqlı küknar meşələrindən ibarətdir. Meşə örtüyü altında, aşağı yarusda
başdan-başa mamır örtüyü əmələ gəlmişdir. Burada ot bitkiləri yoxdur. Qırılmış və yandırılmış meşələrin yerində
şam, tozağacı, titrək qovaq qarışığından ibarət meşələr əmələ gəlmişdir.
Torpaq örtüyü podzollu torpaqlardan ibarət yarımzona əmələ gətirir.
Cənubi tayqa yarımzonası Avropa hissəsində enliyarpaq ağac (palıd, göyrüş, ağcaqayın, cökə)
qarışıqlığından ibarət tünd iynəyarpaq və enliyarpaq-tünd iynəyrapaq meşələrlə və Qərbi Sibirdə - yarpaqlı (toz
ağacı, titrək qovaq) meşələrlə təmsil olunmuşdur. Bu meşələrin örtüyü altında ot bitkiləri yaxşı inkişaf etmişdir.
Torpaq örtüyü çimli-podzollu torpaqlardan ibarət yarımzona əmələ gətirir.
Zonanın torpaqəmələgəlmə şəraiti və torpaq örtüyü həm şimaldan cənuba, həm də qərbdən şərqə dəyişir.
Bu dəyişikliklər yarımzona və fatsiyalar ayrılarkən nəzərə alınır. Tayqa-meşə zonasında aşağıdakı fatsiyalar
ayrılmışdır: isti (Qərbi və cənubi Avropa); mülayim (Şərqi Avropa); soyuq (qərbi və orta Sibir); uzun müddət
donan (Şərqi Sibir və Uzaq Şərq); soyuq rütubətli (Sakit Okean) – Kamçatka, Saxalin.
Tayqa-meşə zonasının təbii şəraitinin müxtəlifliyi bir sıra torpaqəmələgəlmə proseslərinin inkişafını
şərtləndirmişdir ki, nəticədə müxtəlif xassə və əlamətlərə malik torpaqlar formalaşmışdır.
Zonanın torpaq örtüyünü yaradan əsas proseslər – podzollaşma, çimləşmə və bataqlaşmadır; onların hər
biri sərbəst (az və ya çox dərəcədə təmiz halda) və ya bir yerdə baş verə bilər.
Şərqi Sibirdə torpaqlar donuşluq proseslərinin təsiri altında formalaşır.
Beləliklə, yuxarıda adı çəkilən proseslərin özünü göstərməsindən, onların birgə baş verməsindən və insanın
təsərrüfat fəaliyyətindən asılı olaraq zonanın torpaq örtüyünün mürəkkəb tərkibi formalaşmışdır.
§ 92. Podzol torpaqlar
Genezisi. Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması
podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır.
Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq
meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya
ərazisində 132 mln.ha təşkil edir.
Podzol torpaqların adı rus dilində işlənən “podzol” sözündən götürülmüşdür. Bu termin ilk dəfə
V.V.Dokuçayev tərəfindən elmi ədəbiyyatda işlədilmişdir.
Podzol torpaqların mənşəyi haqqında müxtəlif fikirlər söylənilmiş və nəzəriyyələr irəli sürülmüşdür.
274
V.V.Dokuçayev, P.A.Kostıçev və N.M.Sibirtsev bu torpaqların meşə bitkilərinin iştirakı ilə çürüntü mənşəli
turşuların təsiri altında formalaşması fikrini söyləmişlər.
Podzol torpaqəmələgəlmə prosesinin təbiəti haqqında elmi baxışların inkişafında K.K.Hedroysun kolloid-
kimyəvi və V.R.Vilyamsın bioloji nəzəriyyələrinin, həmçinin İ.V.Tyurin, S.P.Yarkov, A.A.Zavalişin,
N.P.Remezov, İ.N.Antipov-Karatayev, A.A.Rode, Y.N.İvanova. İ.S.Kauriçyev və başqalarının böyük rolu
olmuşdur. Podzollaşma prosesinin əhəmiyyətli xüsusiyyəti – torpaq profilinin yuxarı hissəsində ilkin və törəmə
mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır.
Eksperimental tədqiqatlar nəticəsində podzollaşma prosesinin inkişafını aşağıdakı kimi təsvir etmək
mümkündür.
Podzollaşma prosesi daha təmiz formada ot örtüyü zəif inkişaf etmiş və ya olmayan iynəyarpaq meşələr
altında baş verir.
Ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasən torpağın səthində meşə döşənəyi formasında
toplanır. Bu qalıqların tərkibində kalsium, azot, az və bir çox çətin parçalanan birləşmələr, liqnin, mum, qətran
və aşı maddələr çoxdur.
Meşə döşənəyinin parçalanması zamanı suda həllolan müxtəlif üzvi birləşmələr yaranır. Qida maddələrinin
miqdarının və əsasların meşə döşənəyində azlığı, həmçinin göbələk mikroflorasının üstünlük təşkil etməsi
turşuların intensiv əmələ gəlməsinə təsir göstərir. Bu turşular içərisində fulvoturşular və aşağı molekulyar üzvi
turşular (qarışqa, limon, sirkə və s.) daha geniş yayılmışdır. Meşə döşənəyinin turş məhsulları minerallaşma
nəticəsində yaranmış əsaslar tərəfindən qismən neytrallaşdırılır, onların çox hissəsi isə su vasitəsilə torpağa
daxil olur və mineral birləşmələrlə qarşılıqlı təsirə girir. Meşə döşənəyinin turş məhsullarına bilavaitə torpağın
özündə yaşayan mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində yaranmış turşular, həmçinin bitki köklərinin
ifraz etdiyi turşular da əlavə olunur. Lakin mikroorqanizmlərin və bitkilərin sağ ikən mineralların
parçalanmasında oynadığı rola baxmayaraq, podzollaşmada ən böyük rol meşə döşənəyindəki üzvi qalıqların
parçalanması zamanı yaranan spesifik və qeyri-spesifik təbiətli turş məhsullara məxsusdur.
Yuma rejiminin təsiri ilə və turş birləşmələrin fəaliyyəti nəticəsində meşə torpağının üst horizontlarından
ilk növbədə bütün asan həllolan maddələr kənarlaşdırılır. Turşuların sonrakı təsiri ilə dayanıqlı ilkin və törəmə
minerallar da parçalanmaya məruz qalır. İlk növbədə lil mineral hissəciklər parçalanır. Ona görə də podzollaşma
zamanı torpağın üst horizontları tədricən lil hissəciklərini itirir.
Mineralların parçalanma məhsulları məhlula keçərək, mineral və ya üzvi-mineral birləşmələr formasında
torpağın üst horizontlarından aşağı horizontlara yerini dəyişir: kalium, natrium, kalsium və maqnezium karbon
duzları və üzvi turşular (o cümlədən fulvatlar) şəklində; silisium kalium və natrium həll olan silikatlar və
qismən psevdosilisium turşusu Si(OH)
4
formasında; kükürd sulfatlar formasında. Fosfor torpaqda əsasən
kalsium, dəmir və alüminiumun çətin həll olan fosfatlarını əmələ gətirərək, torpaqdan praktiki olaraq yuyulmur
və ya çox zəif yuyulur.
Dəmir və alüminium podzollaşma zamanı əsasən üzvi-mineral birləşmələr formasında miqrasiya edir.
Podzol torpaqların suda həll olan üzvi birləşmələrinin tərkibində müxtəlif birləşmələr – fulvoturşular,
polifenollar, turş polisaxaridlər və s. vardır.
Podzollaşma prosesi nəticəsində meşə döşənəyinin altında podzol horizontu yaranır. Bu horizontun əsas
xassə və əlamətləri aşağıdakılardır: dəmir və manqanın yuyulması və qalıq silisiumun toplanması nəticəsində
horizontun rəngi qırmızı-qonur və ya sarı-qonur rəngdən açıq-boz və ya ağımtıl rəngə keçir (küli rəngə bənzər);
horizontda qida elementləri, biryarımlıq oksidlər və lil hissəcikləri məhduddur; turş reaksiyaya malikdir,
əsaslarla doymamışdır; gillicəli və gilli növmüxtəlifliklərində struktursuzdur.
Meşə döşənəyindən və podzol horizontdan yuyulmuş maddələrin bir hissəsi podzol horizontundan aşağıda
toplanır. Nəticədə lil hissəcikləri, dəmir və alüminiumun biryarımlıq oksidlər və bir sıra başqa birləşmələrlə
zəngin ilüvial horizont əmələ gəlir. Yuyulmuş maddələrin qalan hissəsi isə qrunt suyuna çataraq ona qarışır və
torpaq profilindən kənarlaşır.
İlüvial horizontda birləşmələrin gətirilməsi hesabına montmorillonit, dəmir və alüminiumun hidroksidləri
qrupuna və s. aid törəmə minerallar yaranır. İlüvial horizont sıxlıq əldə edir, bəzən çox bərk, sementlənmiş şəklə
düşür. Dəmir və manqanın hidroksidləri ayrı-ayrı hallarda profildə dəmir-manqan konkresiyaları formasında
toplanır. Yüngül torpaqlarda onlar illüvial horizonta, ağır torpaqlarda isə podzol horizontuna bağlıdırlar. Guman
olunur ki, bu konkresiyaların əmələ gəlməsi spesifik bakterial mikrofloranın fəaliyyəti ilə əlaqədardır.
Bəzən qumsal tərkibli podzol torpaqların illüvial horizontunda xeyli miqdarda humus maddəsinin
toplanması müşahidə edilir. Bu cür torpaqlar podzol illüvial-humuslu torpaqlar adlanır.
Beləliklə, podzollaşma prosesinin mahiyyəti torpağın mineral hissəsinin parçalanması və parçalanma
məhsullarının torpaq profilindən kənarlaşdırılmasından ibarətdir. Bu məhsulların bir hissəsi illüvial horizontda
toplanaraq yeni minerallar əmələ gətirir. Lakin podzollaşma zamanı əmələ gələn elüvial prosesə qarşı başqa bir
proses, öz mahiyyətinə görə ona ziddiyyət təşkil edən, maddələrin bioloji akkumulyasiyası prosesi durur.
Ağac bitkiləri torpaqdan qida maddələrini mənimsəmək və fotosintez prosesi vasitəsilə böyük miqdarda
üzvi maddə yaradır və toplayır. Şam meşələrində bu biokütlə 200-250 t/ha-a çatır ki, bunun da 0,5-3,5 %-i küli
275
maddələr təşkil edir. Sintez olunmuş üzvi maddələrin bir hissəsi (2 -7 t/ha) meşə döşənəyi vasitəsilə torpağın
səthinə qaytarılır. Torpaq səthinə düşmüş maddələrin parçalanması nəticəsində sərbəst formaya düşmüş küli
maddələr və azot birləşmələri yenidən meşə bitkiləri tərəfindən mənimsənilərək bioloji dövrana cəlb olunur.
Meşə döşənəyinin parçalanması nəticəsində əmələ gəlmiş üzvi və mineral maddələrin müəyyən hissəsi
torpağın üst qatında möhkəmlənə bilir. Lakin meşə döşənəyinin parçalanması və humuslaşması zamanı əsasən
mütəhərrik humus maddələrinin yaranması, həmçinin torpaqda humusun möhkəmlənməsinə yardım edən
kalsiumun azlığı humusun az miqdarda toplanmasına səbəb olur.
Podzollaşma prosesinin intensivliyi bir sıra torpaqəmələgəlmə amillərinin birgə fəaliyyətindən asılıdır.
Onun təzahürünün şərtlərindən biri – suyun aşağıya doğru hərəkətidir: torpaq nə qədər az islanarsa, bu proses
bir o qədər zəif gedəcəkdir.
Meşə altında torpağın müvəqqəti izafi nəmlənməsi podzollaşma prosesini gücləndirir. Bu cür şəraitdə dəmir
və manqanın iki valent oksidli birləşmələri və alüminiumun mütəhərrik formaları əmələ gəlir ki, bu da onların
torpağın üst horizontlarından yuyulmasına səbəb olur. Bundan başqa böyük miqdarda aşağı molekulyar turşular
və fulvoturşular əmələ gəlir. Relyefin təsiri altında torpaq nəmliyinin rejimində dəyişikliklər də həmçinin
podzollaşma prosesinin güclənməsinə və ya zəifləməsinə təsir göstərəcəkdir.
Podzollaşma prosesi ana süxurdan, xüsusən də onun kimyəvi tərkibindən asılıdır. Karbonatlı süxurlarda bu
proses xeyli zəifləyir. Bu da sərbəst kalsium karbonatın turş məhsulları neytrallaşdırması ilə əlaqədardır. Digər
tərəfdən meşə
döşənəyinin parçalanmasında bakteriyaların rolu artır ki, bu da göbələklərin iştirakı ilə baş verən
parçalanmadan fərqli olaraq turşuluğu az olan məhsulların yaranmasına gətirib çıxarır. Sonra meşə
döşənəyindən ayrılmış və torpaqda olan kalsium və maqnezium kationları çoxlu üzvi birləşmələri, dəmir,
alüminium və manqan hidroksidlərinin koaqulyasiya edərək, onların torpağın üst horizontlarından yuyulmasının
qarşısını alır.
Podzollaşma prosesinin ifadə olunmasına ağac növlərinin tərkibi də təsir göstərir. Eyni məkanda enliyarpaq
meşələr altında olan torpaqlarda podzollaşma prosesi iynəyarpaqlı meşələrlə müqayisədə olduqca zəif baş verir.
Podzollaşma prosesinin meşə bitkiliyi ilə əlaqədar olmasına baxmayaraq, hətta tayqa-meşə zonasında belə
meşə altında həmişə podzol torpaqlar yaranmır. Belə ki, karbonatlı süxurlar üzərində podzollaşma prosesi o
halda baş verir ki, sərbəst karbonatlar torpağın üst horizontlarından müəyyən dərinliyə kimi yuyulmuşdur. Şərqi
Sibirdə meşə altında podzollaşma prosesi özünü zəif göstərir ki, bu da həmin vilayətin bioiqlim xüsusiyyətləri
ilə əlaqədardır.
Podzol torpaqların genezisi podzollaşma ilə yanaşı, lessivaj prosesi ilə də sıx əlaqədardır. Lessivaj
nəzəriyyəsi ilk dəfə K.D.Qlinka tərəfindən irəli sürülmüşdür. Müəllifin fikrində, podzoləmələgəlmə zamanı lil
hissəcikləri torpağın üst horizontlarından kimyəvi parçalanmaya məruz qalmadan aşağı horizontlara yuyulub
aparılır.
Sonralar Çernesku, Dyuşafur, Kubiyen, İ.P.Gerasimov, V.M.Fridland, S.V.Zonn iki sərbəst prosesi –
podzollaşma və lessivajı bir-birindən fərqləndirməyi təklif etmişlər. Bu təsəvvürlərə görə, podzollaşma prosesi
iynəyarpaqlı meşələr altında cərəyan edir və lil hissəciklərinin parçalanması və parçalanma məhsullarının üst
horizontlardan aşağı horizontlara aparılması ilə müşayiət olunur. Lessivaj prosesi yarpaqlı meşələr altında, zəif
turş humusun iştirakı ilə baş verir və lil hissəciklər üst horizontlardan aşağı horizontlara kimyəvi parçalanmaya
məruz qalmadan hərəkət edir. Hesab olunur ki, lessivaj podzollaşmadan qabaq baş verir, lakin müyyən şəraitdə
hər iki proses eyni vaxtda baş verə bilər.
Lessivaj – mürəkkəb proses olub, mexaniki lilləşməni, gil hissəciklərinin dispersləşməsini və onların
mütəhərrik üzvi maddələrin mühafizəsi altında aşağıya doğru yerdəyişməsini təmin edən, dəmiri yuyub aparan
kompleks fiziki-kimyəvi hadisədir.
Torpaq məhlulunun zəif turş və neytrala yaxın reaksiyası və mütəhərrik üzvi maddələr (fulvoturşular)
lessivajın inkişafını gücləndirir.
Lil hissəciklərinin parçalanmadan profilboyu hərəkətini bir çox torpaqlarda müşahidə etmək mümkündür.
Ona görə də onu podzol torpaqların profilini formalaşdıran yalnız ona məxsus proses hesab etmək düzgün
olmazdı.
Əksər tədqiqatçılar podzol torpaqların profilinin yaranmasını bir sıra proseslərin nəticəsi hesab edirlər.
Lakin podzollu horizontların yaranmasında aparıcı rol podzollaşmaya məxsusdur. Gillicəli süxurlarda
podzollaşma lessivaj və səthi qleyləşmə (elüvial-qleyli proses) prosesləri ilə birgə fəaliyyət göstərir.
İ.P.Gerasimov elüvial horizontun lessivaj və səthi qleyləşmə nəticəsində formalaşdığı torpaqları
psevdopodzol torpaqlar, bu proseslərin məcmusunu isə psevdopodzollaşma adlandırmağı təklif etmişdir.
Podzollu torpaqlar qida maddələrinin torpaq – meşə bitkiləri – meşə döşənəyi – torpaq sistemində fasiləsiz
bioloji dövranı nəticəsində bir çox hallarda meşə sahələrinin kifayət qədər yüksək bioloji məhsuldarlığını təmin
edir. Podzol torpaqların kənd təsərrüfatında istifadəsi isə xüsusi tədbirlərin həyata keçirilməsini tələb edir.
Təsnifatı. Podzol torpaqların səthində qalınlığı 2-5, bəzən 10 sm-ə qədər olan meşə döşənəyi (A
o
)
formalaşmışdır. Ondan aşağıda zəif inkişaf etmiş humus horizontu yerləşmişdir. Zəif inkişaf etmiş humus
horizontu ya kobud humus layı ilə (A
o
A
1
), qalınlığı 1-3 sm, ya da meşə döşənəyindən yuyulmuş 3-5 sm
276
dərinlikdə fulvat humuslu (A
1
A
2
) layla təmsil olunmuşdur. Zəif inkişaf etmiş humus horizontundan aşağıda
podzollu (A
2
), sonra illüvial (B) və torpaqəməlgətirən süxur (C) yerləşmişdir. Podzollu və illüvial horizontlar
arasında keçid horizontu A
2
B, illüvialla süxur arasında BC horizontu ayrılır. İllüvial prosesin ifadə olunma
dərəcəsinə görə B horizontu da bir neçə yarımhorizontlara (B
1
, B
2
və s.) ayrıla bilir. Torpaq profilinin qalınlığı
100-120 sm-ə qədərdir. Üst horizontlar zəif turşdur (pH
kcl
3,3-4). Podzol torpaqlar əsasən orta tayqa
yarımzonasında formalaşmışdır.
Bütün podzol torpaqlar podzol torpaqlar tipində birləşdirilmişdir. Bu tipin torpaqlarında oxşar cəhətlərlə
yanaşı zona daxilində torpaqəmələgəlmə şəraitindəki fərqlərlə əlaqədar xeyli fərqli cəhətlər də vardır. Bununla
əlaqədar podzollu torpaqlar 2 yarımzonal yarımtipə bölünür: qleyli-podzol və podzol. Sonuncu temperatur
rejiminə görə də iki fatsial yarımtipə bölünür: podzol mülayim-soyuq donuşlu və podzol soyuq üzunmüddət
donuşlu.
Qleyli-podzol torpaqlar yarımtipi profilin aşağıdakı quruluşuna malikdir: A
o
– A
2g
– A
2
B
g
– B – BC - C.
Profil güclü turşuluğa, əsaslarla zəif doyma xassəsinə, dəmirin mütəhərrik formalarının yüksək miqdarına,
əlverişsiz su-hava rejiminə malikdir.
Podzol torpaqların ən geniş yayılmış cinsləri aşağıdakılardır: 1. Adi – gillicəli torpaqlar üzərində inkişaf
etmiş və yarımtip əlamətləri yaxşı görünən torpaqlar; 2. Qalıq-karbonatlı – karbonatlı süxurlar üzərində forma-
laşmış torpaqlar; 3. Əlaqəli-qleyvari – ikilaylı süxurlar üzərində formalaşmış torpaqlar; 4. İllüvial-dəmirli –
qumlu süxurlar üzərində formalaşmış torpaqlar, dəmirin qeyri-silikat formalarının toplanması nəticəsində B ho-
rizontu açıq sarımtıl rəngə çalır; 5. Illüvial –humuslu – qumlu torpaqlar üzərində formalaşmış torpaqlar. İllüvial
horizontun üst hissəsi tərkibində üzvi-mineral birləşmələrin toplanması səbəbindən qəhvəyivari, bəzən qara
rəngə çalır; 6. Zəif differensiasiya olunmuş – quru yumşaq qumlu torpaq üzərində inkişaf etmiş torpaqlar. Bu
torpaqlarda tip əlamətləri özünü zəif göstərir.
Podzol torpaqların növlər üzrə bölgüsü aşağıdakı əlamətlər əsasında aparılır: 1. podzollaşma dərəcəsinə
görə: zəif podzollu – A
2
horizontu ləkələr formasında təmsil olunmuşdur; orta podzollu - A
2
horizontu başdan-
başa, 2. podzollaşmanın dərinliyinə görə (A
o
-nın aşağı sərhədindən): səthdən –podzollaşmış – 5 sm -ə kimi; zəif
podzollaşmış – 20 sm-ə kimi; dərindən podzollaşmamış – 30 sm-ə kimi; dərindən podzollaşmış – 30 sm-dən
çox.
Tərkibi və xassələri. Qranulometrik və mineraloji tərkibi. Qumsal və gillicəli podzol torpaqların profili lil
hissəciklərinin miqdarına görə aydın bir surətdə
differensiasiya olunmuşdur: podzollaşmış horizontda lil his-
səsikləri azaldığı halda illüvial horizontda onun miqdarı çoxdur. Qumlu çöküntülər üzərində formalaşmış
torpaqlarda bu cür qanunauyğunluq yoxdur.
Mineraloji tərkibinə görə podzol torpaqlarda ilkin mineralların (kvars, çöl şpatı, slyuda və s.) üstünlük təşkil
etməsi səciyyəvidir; bu torpaqların tərkibində törəmə minerallardan hidroslyuda, vermikulit, montmorillonit
qrupundan olan minerallar və az miqdarda kaolinit, hidroqetit vardır.
Kimyəvi tərkibi. Podzol torpaqların mineral hissəsinin ümumi kimyəvi tərkibi podzollu horizontda süxurla
müqayisədə dəmir və alüminiumun azaldığını və silisiumun nəzərə çarpacaq dərəcədə çoxaldığını göstərir.
Dəmir, alüminium və silisiumun, həmçinin lil hissəciklərinin profilboyu paylanmasının qeyd edilən
qanunauyğunluğu podzollaşma prosesinin inkişafının əhəmiyyətli göstəricisi və podzol torpaqların çox vacib
diaqnostik əlamətidir.
Podzol torpaqların tərkibində humusun miqdarı azdır (1,0-1,5%-dən 2-4 % -ə kimi) və əsasən horizontun
kiçik üst təbəqəsində (2 -3 sm) toplanmışdır. Humusun tərkibində fulvoturşular üstünlük təşkil edir. Humin
turşuları ya sərbəst formada, ya da torpağın mineral hissəsinə möhkəm bağlanmış haldadır. Bu torpaqlarda azot
və fosfor, xüsusən də onların bitki üçün əlverişli formaları olduqca azdır.
Podzol, xüsusən də qleyli-podzol torpaqlar üçün dəmir, alüminium və manqanın yüksək miqdarı, çox vaxt
da kənd təsərrüfatı bitkiləri üçün toksiki səviyyədə olması səciyyəvidir.
Fiziki-kimyəvi xassələri. Podzol tipinə aid edilən torpaqlar yüksək olmayan mübadilə tutumu (qumlu
torpaqlarda 2-4 m-ekv-dən gillicəli torpaqlarda 12-17 m-ekv-ə kimi), əsaslarla doyma dərəcəsinin aşağı olması
(50%-dən az), turş reaksiyası və zəif buferliyi ilə səciyyələnir.
Aşağı mübadilə tutumu torpaqda humusun azlığı, onun fulvoturş tərkibi, torpaq profilinin üst
horizontlarının tərkibində lil hissəciklərinin azlığı ilə əlaqədardır (cədvəl 80, 81, 82). Ən az mübadilə tutumu
podzol horizontunda, ən yüksək isə illüvial horizontdadır.
Podzol torpaqların fiziki və su-fiziki xassələri ana süxurların qranulometrik tərkibindən, onların sıxlığından,
həmçinin podzollaşma prosesinin zəif və ya güclü təzahür etməsindən asılıdır. Podzol torpaqlar struktursuzdur;
yuxarıdan aşağıya doğru horizontların dəyişməsi ilə sıxlığın artması müşahidə edilir. İllüvial horizont yüksək
sıxlığı və aşağı məsaməliyi ilə fərqlənir.
Cədvəl 80
Podzol gillicəli torpaqların qranulometrik tərkibi
277
Genetik
horizontlar
Qranulometrik tərkib (%),
fraksiyaların ölçüləri (mm)
Süxurla
müqayisədə
lil his-
səcikləri-nin
yuyulması
(-) və ya
toplanması
(+)
1-
0,25
0,25-
0,05
0,05-
0,01
0,01-
0,00
5
0,00
5-
0,00
1
<0,0
01
<0,0
1
A
o
A
1
2,1 18,8 42,9 6,9 12,8 13,8 35,9
-
52,2
A
2
1,6 17,9 60,4 2,9 8,1 8,4 20,1
-
75,2
A
2
B
1
0,2 10,1 45,4 2,2 7,7 32,7 44,2
-
3,4
B
1
0,5 24,6 26,0 2,4 7,5 37,6 49,0 +
11,1
B
2
0,2 5,0 42,1 4,7 9,3 36,7 52,7 +
10,8
C
0,1 7,8 45,4 3,5 7,5 33,,8 46,7
0,0
278
Cədvəl 81
Podzol gillicəli torpaqların ümumi kimyəvi tərkibi
Genetik
horizont
lar
SiO
2
Al
2
O
3
Fe
2
O
3
CaO
Mg
O
Mn
O
K
2
O
Na
2
O
Ti
2
O
SiO
2
/
R
2
O
3
A
o
A
1
76,5
6
11,9
8
3,60 1,26 0,60 0,10
1,5
5
0,87
0,6
1
9,47
A
2
81,1
6
10,7
2
2,65 1,00 0,71 0,09
1,7
0
1,08
0,5
3
11,16
A
2
B
1
82,3
8
9,74 2,91 0,87 0,73 0,07
1,7
6
1,03
0,5
0
12,08
B
1
73,4
2
15,6
5
4,89 1,19 1,49 0,10
1,7
6
0,91
0,5
2
6,65
B
2
69,1
2
15,9
5
7,29 1,50 2,17 0,09
1,7
8
0,90
0,5
4
4,50
C
72,7
0
14,7
2
5,97 2,39 1,18 0,07
1,4
6
0,81
0,4
0
0,67
Cədvəl 82
Podzol gillicəli torpaqların fiziki-kimyəvi xassələri
Genetik
hori-
zontlar
pH
Mübadiləli
turşuluq
Hidro
-loji
turşu-
luq
Udulmu
ş
əsasları
n cəmi
Udma
tutum
u
Əsaslarl
a doyma
dərəcəsi,
%
su
du
z
H Al
H+A
l
m-ekv /100 qr torpaqda
A
o
A
1
4,
1
3,3 0,9
7
4,7
0
5,67 7,2 6,6 13,8 47,9
A
2
5,
1
3,8 0,0
4
2,8
5
2,89 5,7 0,8 6,5 12,4
A
2
B
1
5,
2
3,6 0,2
0
3,7
1
3,91 7,6 10,7 19,3 55,3
B
1
B
2
5,
3
3,6 0,0
5
2,6
0
2,65 7,8 14,7 22,5 65,3
B
2
5,
8
3,9 0,0
4
0,7
6
0,80 4,6 19,7 24,3 81,1
B
2
C 6,
1
4,3 0,0
5
0,1
3
0,18 2,9 21,9 24,8 88,4
C 6,
5
4,7 0,0
1
0,0
4
0,05 2,1 22,4 24,6 91,2
Torpaq rejimləri. Podzol torpaqlar yuyulma su rejimində formalaşır. Profilin tam yuyulması əsasən yaz və
payız fəsillərində baş verir. Yaz və erkən yay aylarında gillicəli torpaqlarda mövsümi izafi nəmlik müşahidə
edilir. Səth qleyləşməsi də məhz bu nəmlənmə dövrü ilə əlaqədardır. Bu proses qleyli – podzol torpaqlarda daha
yaxşı ifadə olunmuşdur. Yay dövründə üst horizontların quruması iki həftədən artıq olmur.
Temperatur rejiminə görə qleyli-podzol torpaqlar soyuq, uzun müddətə donan torpaqlar yarımtipinə aid
edilir. Bu torpaqlarda bioloji fəallıq aşağıdır və podzol torpaqlarda bu göstərici yüksəlir.
Podzol torpaqların əkin altında istifadəsi onların istilik rejimini bir qədər yaxşılaşdırır və bioloji fəallığını
artırır.
Dostları ilə paylaş: |