§ 85. Torpaqların bonitirovkası
Torpağın istehsal vasitəsi kimi özünəməxsus xüsusiyyətlərə malik olması, digər tərəfdən, kənd təsərrüfatı
istehsalının sənaye istehsalından fərqli olaraq, təbii şəraitdən, o cümlədən torpağın münbitliyindən asılılığı onun
müqayisəli şəkildə qiymətləndirilməsini zəruri edir. Belə ki, eyni miqdarda sərf olunmuş əmək və məsrəf
müqabilində əkinçinin əldə etdiyi məhsul və ya gəlir torpaqların münbitliyindən asılı olaraq müxtəlifdir və
yaxud eyni münbitliyə malik torpaqlarda və əməyin daha çox sərf edildiyi torpaqda əlavə gəlir və ya renta
digərlərindən çox olur. Məhsuldar qüvvələrin inkişafı və elmi-texniki nailiyyətlərin kənd təsərrüfatında tətbiqi
az məhsuldar torpaqların münbitliyini yüksəltsə də, torpaqların münbitliyi arasındakı fərqi ləğv etmir; aşağı
münbitliyə malik torpaqların səviyyəsi yüksəldikcə, həmin proses orta və yüksək səviyyəli torpaqlarda da baş
verir. Nəzəri baxımdan bu proses daimi olduğu üçün torpaqların münbitliyi arasındakı fərq və bu fərq
nəticəsində formalaşan differensial renta da əbədidir.
Aşağı münbitliyə malik torpaqlardan alınan məhsulun ictimai istehsal qiyməti ilə yaxşı və orta münbitliyə
malik torpağın fərdi istehsal qiyməti arasındakı fərq I differensial torpaq rentasının əsasını təşkil edir və məhz
bu fərq torpaq mülkiyyətçiləri tərəfindən mənimsənilir. Lakin I differensial renta təkcə torpaqların
münbitliyindəki fərqlərdən əmələ gəlmir. Bu, eyni zamanda torpaq sahələrinin satış bazarlarına, nəqliyyat
yollarına yaxın və ya uzaq olması nəticəsində də yaranır. Bu fərqlər hər məhsul vahidinə çəkilən nəqliyyat və
başqa xərclərdə fərqlər doğurur ki, bu da məkana görə II differensial rentanın əmələ gəlməsi üçün şərait yaradır.
II differensial renta eyni torpaq sahəsinə əmək və kapital qoyulması, yəni istehsalın intensivləşməsi
nəticəsində yaranır. Lakin torpaqların münbitlik xüsusiyyətləri II differensial rentanın formalaşmasında da
iştirak edir. Beləliklə, differensial renta coğrafi mövqe və ya torpaqların təbii münbitliyi hesabına (I differensial
renta ) və yaxud istehsal prosesində intensiv metodların tətbiqi ilə (II differensial renta) əldə edilmiş əlavə
məhsul və ya gəlirdir. Bununla da torpaqların bonitirovkasının nəzəri əsasını renta haqqında təlim təşkil edir.
Torpaqların bonitirovkası – münbitliyinə görə torpaqların müqayisəli şəkildə keyfiyyətcə qiymətləndirilməsidir.
O, torpaq kadastrının çox vacib tərkib hissəsidir. Torpaqların bonitirovkası aşağıdakı vəzifələri həyata keçirir:
1. Respublika, region, inzibati rayon, təsərrüfatlar səviyyəsində torpaqların və kənd təsərrüfatı yerlərinin
(uqodiyaların) keyfiyyətinə görə müqayisəli şəkildə bal ilə ifadə olunmuş genetik-istehsal qiymətini tapmaq
(ümumi bonitirovka);
2. Kənd təsərrüfatı bitkilərinin elmi əsaslarla yerləşdirilməsi məqsədilə torpaq sahələrini və
əraziləri (taxılçılıq, pambıqçılıq, üzümçülük, çayçılıq, meşə, yay və qış otlaqları və digər sahələrin
xüsusi bonitirovkası) müəyyən etmək;
3. Relyef, iqlim, torpaq şəraiti nəzərə alınmaqla kənd təsərrüfatında səmərələşdirici sistemlərin
243
(dağ əkinçiliyi, aqromeşəmeliorasiya, eroziya əleyhinə meşə zolaqları və s.) layihələşdirilməsinə və
tətbiqinə kömək etmək;
4. Kənd təsərrüfatına yararlı torpaqlara dəymiş ziyanın həcmini, həmçinin torpaq vergilərini və
torpaqların normativ qiymətlərini hesablayarkən obyektiv göstərici kimi çıxış etmək;
5. Fermerlərə müxtəlif təbii xassəli torpaqlar üçün qısa və uzun müddətli istehsal planlarını
tərtib etməkdə yardımçı olmaq.
Qeyd edək ki, torpaqların bonitirovkası torpaq kadastrı üçün ikili əhəmiyyətə malikdir; birincisi,
o, müstəqil tədbir kimi torpaq kadastrının tərkibinə daxildir; ikincisi, torpaqların iqtisadi
qiymətləndirilməsi zamanı torpaqların bonitet göstəriciləri torpaqların iqtisadi qiymətlərinin
formalaşmasında bilavasitə iştirak etməklə onun obyektivliyini təmin edir.
Qiymət meyarlarının seçilməsi. Torpağın tərkib hissələri və torpaq-bitki arasında müvazinət
qanununun olması, V.V.Dokuçayevin nəzərincə, torpaqların bonitirovkası ilə bağlı işləri
asanlaşdırmışdır. Torpağın tərkib hissələri ilə kənd təsərrüfatı bitkiləri arasındakı korrelyativ
asılılığın tədqiqi torpaq münbitliyinin onun bir çox əlamətlərindən asılı olduğunu göstərir.
Lakin genezisinə görə müxtəlif olan bütün torpaqlar üçün məzmununa görə ümumi aparıcı
genetik əlamətlər də vardır. Bu, ilk növbədə torpaqda humusun ehtiyatıdır. Respublikamızın müxtəlif
təbii zonalarında aparılan tədqiqatlar humusun ümumi ehtiyatı (t/ha) ilə kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığı arasında sıx korelyativ əlaqənin olmasını müəyyən etmişdir (cədvəl 71).
Torpaqların bonitirovkası zamanı çox vacib qiymət meyarı fosforun torpaqdakı ehtiyatıdır. Bu
təsadüfi deyildir. Fosfor bitkinin qidalanmasında və fizioloji fəaliyyətinin təmin edilməsində çox
əhəmiyyətli torpaq amilidir. Bitkinin orqanizmində gedən bütün mübadilə prosesləri tərkibindəki
fosfor ilə əlaqədardır. Torpaqdakı fosforun çox hissəsi mineral formadadır. Üzvi formada olan fosfor
əsasən humusun tərkibində toplanmışdır.
244
Cədvəl 71
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı ilə humusun torpaqdakı ehtiyatı (t/ha) arasındakı
korelyasiya əlaqəsi
Torpaqlar
Korelyasiya
əmsalı (r)
Tədqiqatçı
1 2
3
Yem bitkiləri
Çimli dağ-çəmən 0,98
Q.Əliyev, 1973
Dağ çəmən-bozqır 0,99
Q.Əliyev, 1973
Çəmən-şabalıdı 0,68
Q.Yaqubov,
1975
Şabalıdı
0,87
Q.Yaqubov, 1975
Açıq şabalıdı 0,64
Q.Yaqubov,
1975
Boz-qonur 0,65
Q.Yaqubov,
1975
Çəmən-boz 0,89
Q.Məmmədov, 1978
Yuyulmuş qaratorpaq
0,99
F.Ayvazov, 1988
Taxıl
Bozqırlaşmış dağ-qəhvəyi 0,98
Metodika,
1973
Dağ boz-qəhvəyi 0,94
Metodika,
1973
Dağ açıq şabalıdı 0,95
Metodika,
1973
Pambıq
Çəmən-şabalıdı 0,30
Metodika,
1973
Çəmən-boz 0,61
Metodika,
1973
Çay
Podzollu-sarı 0,60
D.Əhədov, 1979
Üzüm
Tipik qəhvəyi
0,90
A.Vəliyev, 1981
Tünd dağ- şabalıdı 0,93
M.Yusifova,
2000
Açıq dağ-şabalıdı 0,91
M.Yusifova,
2000
Tünd şabalıdı 0,89
M.Yusifova,
2000
Aşıq şabalıdı 0,91
M.Yusifova,
2000
Tərəvəz (pomidor)
Boz –qonur: zəif mədəniləşmiş
orta mədəniləşmiş
yüksək mədəniləşmiş
0,78
0,74
0,58
N.Sultanova, 2003
Torpaqların bonitirovkası zamanı qiymət meyarı kimi fosforun 0-20, 0-50 sm qatlardakı ehtiyatı (t/ha)
götürülür. Bu isə ümumi fosforun (%) və torpağın sıxlığını (q/sm
2
) bilməklə müəyyən edilir. Tədqiqatlar
göstərir ki, Azərbaycan torpaqlarında kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı ilə fosforun torpaqdakı ehtiyatı
arasındakı korelyativ əlaqənin sıxlığı müəyyən hədlər daxilində dəyişir (cədvəl 72).
Cədvəl 72
Bitkinin məhsuldarlığı ilə fosforun torpaqdakı ehtiyatı (t/ha) arasında korelyasiya əlaqəsi
Torpaqlar Korelyasiya
əmsalı
Tədqiqatçı
Yem bitkiləri
Çəmən-şabalıdı 0,62
Q.Yaqubov,
1975
Şabalıdı 0,79
Q.Yaqubov,
1975
Açıq şabalıdı 0,69
Q.Yaqubov,
1975
Boz -qonur
0,79
Q.Yaqubov, 1975
Çəmən-boz 0,58
Q.Məmmədov
Yuyulmuş qaratorpaq
0,91
F.Ayvazov
Çay
Sarı-podzollu 0,65
D.Əhədov
245
Münbitliyin digər vacib amili kationların torpaqdakı miqdarı, tərkibi və onların nisbətidir. Torpaqdakı
udulmuş əsasların cəminin (UƏC) qiymətləndirmədə qiymət meyarı kimi götürülməsi respublikamızda
aparılmış bonitirovka işləri üçün səciyyəvidir. Əslində torpağın udulmuş əsasları içərisində bitkinin qidalanma
və yaşaması üçün ən vacib olanı Ca
2+
və Mg
2+
kationlarıdır. Hər iki elementin torpaqda kifayət qədər olması
bitkinin normal inkişaf edib, yüksək məhsul verməsinin əsas şərtidir.
Hər iki elementin (Ca
+
, Mg
+
) udulmuş əsasların cəmində üstünlük təşkil etməsi çox vacib şərtdir.
Respublikamızda aparılmış tədqiqatlar kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının udulmuş əsasların cəmi
ilə korelyativ əlaqəsinin kifayət qədər sıxlığa malik olmasını sübuta yetirmişdir. Lakin bu əlaqə digər qiymət
meyarlarında (humus, fosfor) olduğu kimi hər bir bitkinin xarekterindən asılı olaraq dəyişə bilər (cədvəl 73).
Tədqiqatların aparılması metodikası.Torpaqların bonitirovkası da torpaq və aqrokimyəvi tədqiqatlarda
olduğu kimi üç mərhələdə həyata keçirilir: kameral-hazırlıq, bozqır-laboratoriya və yekunlaşdırıcı-
ümumiləşdirici.
246
Cədvəl 73
Bitkinin məhsuldarlığı ilə udulmuş əsasların cəmi arasında
korelyasiya əlaqəsi
Torpaqlar Korelyasiya
əmsalı
Tədqiqatçı
taxıl
Dağ qəhvəyi
0,76
Metodika, 1973
Dağ boz-qəhvəyi 0,90
Metodika,
1973
Dağ şabalıdı 0,95
Metodika,
1973
Açıq dağ şabalıdı 0,40
Metodika,
1973
pambıq
Çəmən-şabalıdı 0,90
Metodika,
1973
Çəmən-boz 0,50
Metodika,
1973
Kameral-hazırlıq mərhələsində əsas məqsəd tədqiq ediləcək ərazinin (respublika ərazisi, təbii-iqtisadi
rayon, torpaq-kadastr rayonu, inzibati rayon, təsərrüfat) torpaq örtüyünə və torpaqlarının bonitirovkasına (əgər
belə tədqiqatlar aparılıbsa) dair ədəbiyyatlarla tanış olmaq, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı haqqında
məlumatları toplamaq, torpağın təbii xassə və əlamətlərinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı ilə
korelyativ əlaqəsini yoxlamaqla qiymət meyarlarını müəyyən etmək və respublika, təbii-iqtisadi bölgə, rayon və
təsərrüfatların ilkin bonitirovka şkalasını tərtib etməkdir. Beləliklə, kameral-hazırlıq mərhələsində torpağın
obyektiv xassə və əlamətləri əsasında respublika və bölgə torpaqlarının əsas bonitirovka şkalası tərtib edilir.
Bundan ötrü əvvəlcə qiymət meyarı kimi götürülmüş torpaq xassə və əlamətləri – humus, azot, fosfor,
kalium ehtiyat formalarına (t/ha) gətirilir, qalan əlamətlər – udulmuş əsasların cəmi (UƏC), bəzən A+AB,
olduğu kimi saxlanılır. Tədqiq edilən ərazidə münbitliyin bu amillərinin yüksək göstəricisinə malik olan torpaq
(tip, yarımtip, növ) ərazi üçün “etalon” və yaxud münbitliyin nisbətən yüksək səviyyəsi kimi qəbul edilir. Onun
göstəriciləri isə ən yüksək qiymətlə, 100 balla qiymətləndirilir. Bundan sonra bonitirovkada iştirak edən digər
torpaqların göstəricilərinin etalon torpağın göstəriciləri ilə müqayisədə aşağıdakı düsturdan istifadə edilməklə
bonitet balları tapılır:
B = Kf / Km · 100
Burada, B – torpaq göstəricisinin bonitet balı; Kf - torpağın hər hansı xassə və əlamətinin (humus, azot,
fosfor, kalium, UƏC və s.) faktiki ölçüsü; Km – etalon kimi götürülmüş torpağın uyğun göstəricilərinin ölçüsü.
Bu metoddan istifadə etməklə Azərbaycan torpaqlarının və ayrı-ayrı bitkiləraltı torpaqların əsas bonitet
şkalaları tərtib edilmişdir (cədvəl 74)
Cədvəl 74
Azərbaycan torpaqlarının əsas bonitet şkalası
(Q.Ş.Məmmədov, 1990, 2002)
Torpaqlar Bonitet
balı
1 2
Qalıq karbonatlı dağ-çəmən 70
Torflu dağ-çəmən 95
Dağ –çəmən 89
Qaratorpağabənzər dağ-çəmən 90
Dağ-çəmən- bozqır
72
Dağ-meşə-çəmən 86
Tipik qonur dağ-meşə 87
Lessivajlı qonur dağ-meşə 80
Qalıq karbonatlı qonur dağ-meşə 76
Bozqırlaşmış qonur dağ-meşə 85
Çimli karbonatlı dağ-meşə 87
Yuyulmuş qəhvəyi dağ-meşə 84
Tipik qəhvəyi dağ-meşə 85
Karbonatlı qəhvəyi dağ-meşə 87
247
1 2
Bozqırlaşmış qəhvəyi dağ-meşə 69
Mədəniləşmiş qəhvəyi dağ-meşə 90
Çəmən-qəhvəyi 85
Tünd dağ-boz-qəhvəyi 69
Adi dağ-boz-qəhvəyi 63
Açıq dağ boz-qəhvəyi 45
Tünd dağ-şabalıdı 65
Adi dağ-şabalıdı 60
Açıq dağ-şabalıdı 59
Yuyulmuş dağ-qaratorpaq
100
Tipik dağ-qaratorpaq 85
Karbonatlı dağ-qaratorpaq 86
Mədəniləşmiş dağ-qaratorpaq
100
Tipik sarı dağ-meşə 68
Podzollaşmış sarı dağ-meşə 79
Sarı-qleyli 94
Sarı-podzollu 78
Tünd şabalıdı 84
Adi şabalıdı 80
Açıq şabalıdı 53
Qədimdən suvarılan şabalıdı 77
Çəmən-şabalıdı 56
Qədimdən suvarılan çəmən-şabalıdı 74
Tünd boz
82
Tipik boz
66
Açıq boz
44
Suvarılan boz
66
Çəmənləşmiş boz
68
Çəmən-boz 79
Suvarılan çəmənləşmiş boz
68
Suvarılan çəmən-boz 70
Boz-qonur 40
Yuyulmuş subasar çəmən-meşə 75
Karbonatlı subasar çəmən-meşə 70
Subasar çəmən (allüvial çəmən) 63
Yuyulmuş çəmən-bataqlıq 71
Karbonatlı çəmən-bataqlıq 67
Çöl-laboratoriya tədqiqatları mərhələsi. Torpaqların bonitirovkasının çöl-laboratoriya mərhələsində
məqsədlər aşağıdakılardan ibarətdir: 1) kameral-hazırlıq mərhələsinin yekunu olan əsas bonitet
şkalasının yerdə yoxlanılması və dəqiqləşdirilməsi; 2) sahəsi az olan və normal torpaqlardan seçilən torpaq
konturları haqqında məlumatların toplanması və düzəlişlərin edilməsi; 3) anbar (orta çoxillik) məlumatlarla
müqayisə etmək məqsədilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının bilavasitə çöldə ölçülməsi; 4)
torpaq və bitki nümunələrinin laboratoriyada analiz edilməsi.
Yekunlaşdırıcı mərhələ. Torpaqların bonitirovkasının yekunlaşdırıcı mərhələsində əvvəlki tədqiqat
mərhələlərində əldə edilmiş məlumatların sistemləşdirilməsi və qiymətləndirilməsi həyata keçirilir. Bu
məlumatlar əsasında yekunlaşdırıcı mərhələdə aşağıdakı məqsədlər həyata keçirilir:
248
Şəkil 37. Azərbaycan torpaqlarının bonitet kartoqramı
249
1) müəyyənləşdirilmiş təshih əmsallarının tətbiqi ilə yekun bonitet balları tapılır və tədqiq edilən ərazinin yekun
bonitet şkalası qurulur; 2) torpaq konturlarının yekun bonitet balları əsasında torpaqların aqroistehsalat
qruplaşdırılması aparılır; 3) torpaqların müqayisəli dəyərlilik əmsalı (TMDƏ) tapılır; 4) tədqiq edilən ərazinin
bonitet və aqroistehsalat qruplaşdırılması kartoqramları tərtib edilir.
Torpaqların əsas bonitet şkalası tərtib edilərkən, qiymət meyarları kimi torpağın sabit diaqnostik xassə və
əlamətləri götürülür. Lakin təbiətdə bir sıra amillər (eroziya, şorlaşma, şorakətləşmə, qranulometrik tərkib,
suvarma, mədəniləşmə və s.) vardır ki, onların təsiri altında torpaqların münbitliyinin səviyyəsi yüksəlir və ya
aşağı düşür. Bu cür amillər sabit deyil, dəyişkən olduqları üçün onlar meyar kimi götürülə bilməz, ona görə də
onlar torpaqların bonitirovkası zamanı təshih əmsalları vasitəsilə nəzərə alınırlar. Təshih əmsalları isə artıq
deyildiyi kimi, xüsusi çöl və laboratoriya tədqiqatları əsasında müəyyən edilir. Azərbaycanda torpaqların ayrı-
ayrı bitkilər üçün müəyyən edilmiş bəzi təshih əmsalları aşağıdakı cədvəldə verilmişdir ( cədvəl 75).
Cədvəl 75
Azərbaycan torpaqlarının müxtəlif xassə və əlamətlərinin təshih əmsalları
(Q.Ş.Məmmədov, 1990, 2002)
Torpaqlar və bitkilər
Torpağın əlaməti
Yuyulma (eroziya) dərəcəsi
yuyul-
mamış
zəif
yuyul-
muş
orta
yuyul-
muş
şiddətli
yuyulmuş
Taxılkimilər
Ibtidai dağ-çəmən
1,0 0,7 0,4 0,2
Çimli dağ-çəmən
1,0 0,8 0,6 0,3
Bozqır dağ-çəmən
1,0 0,7 0,6 0,3
Yuyulmuş dağ-qəhvəyi
1,0 0,7 0,5 0,2
Bozqır dağ-qəhvəyi
1,0 0,8 0,5 0,2
Tipik dağ-qəhvəyi
1,0 0,7 0,5 0,2
Dağ boz-qəhvəyi (şabalıdı) 1,0 0,7 0,5 0,3
Açıq dağ boz-qəhvəyi (şabalıdı)
1,0 0,7 0,6 0,2
Tünd boz-qəhvəyi (şabalıdı) 1,0 0,6 0,4
0,2
Boz-qəhvəyi (şabalıdı )
1,0
0,6
0,4
0,2
Dağ
qaratorpaq
1,0 0,9 0,5 0,3
Çay
Sarı dağ meşə 1,0
0,91
0,53
0,24
Sarı podzollu
1,0
0,91
0,52
0,28
Sarı podzollu- qleyli
1,0
0,91
0,52
0,28
Yem
Boz 1,0
0,65
0,40
0,24
Şabalıdı (boz-qəhvəyi) 1,0
0,65
0,40
0,28
Boz-qonur 1,0
0,70
0,40
0,28
Çəmən-şabalıdı (boz-qəhvəyi) 1,0 0,65 0,40
0,28
Pambıq
Boz-çəmən
1,0 0,65 0,40 0,24
Boz-qonur
1,0 0,70 0,40 0,28
Çəmən-şabalıdı (boz-qəhvəyi) 1,0 0,78 0,58 -
Üzüm
Dağ qəhvəyi
1,0 0,74 0,52 0,24
Dağ şabalıdı (boz-qəhvəyi)
1,0 0,78 0,58 0,26
Torpaqlar və bitkilər
Torpağın əlaməti
Qranulometrik tərkib
Yüngül
gillicəli
Orta
gillicəli
Ağır
gilicəli
Gilli Qumlu
1
2 3 4 5
6
Taxıl
Qəhvəyi dağ-meşə 0,89 1,00 0,90
0,80
0,60
250
1
2 3 4 5
6
Bozqır dağ-qəhvəyi 0,89 1,00 0,90
0,80
0,60
Dağ boz-qəhvəyi
(şabalıdı)
0,89 1,00 0,90
0,80
0,60
Tipik dağ-qəhvəyi 0,89 1,00 0,90
0,80
0,60
Açıq dağ-şabalıdı 0,89 1,00 0,90
0,80
0,60
Bozqır qəhvəyi
0,89 1,00 0,90
0,80
0,60
Tünd şabalıdı
0,89 1,00 0,90
0,80
0,60
Şabalıdı
0,89 1,00 0,90
0,80
0,60
Çəmən-şabalıdı
0,89 1,00 0,90
0,80
0,60
Dağ
qaratorpaq
0,89 1,00 0,90
0,80
0,60
Çay
Sarı dağ-meşə
0,89 1,00 0,96
0,33
-
Sarı
podzollu
0,76 1,00 0,96
0,33
-
Sarı podzollu- qleyli
0,76
1,00
0,96
0,33
-
Yem
Boz
0,73 1,00 0,60
0,78
-
Şabalıdı
0,89 1,00 0,91
0,36
-
Boz-qonur
0,73 1,00 0,78
0,60
0,50
Çəmən-şabalıdı
0,89 1,00 0,91
0,60
0,36
Pambıq
Boz-çəmən
0,62 0,91 1,00
0,73
0,60
Boz-qonur
0,73 1,00 0,60
0,78
-
Çəmən-şabalıdı
0,89 1,00 0,91
0,60
0,36
Boz
0,89 1,00 0,91
0,60
0,36
Torpaqlar və
bitkilər
Torpağın əlaməti
Şorlaşma dərəcəsi
Şorlaşmamış
Zəif
şorlaşmış
Orta
şorlaşmış
Şiddətli
şorlaşmış
Taxılkimilər
Bozqır qəhvəyi 1,0
0,91
0,64
0,56
Tünd şabalıdı 1,0
0,91
0,64
0,56
Şabalıdı
1,0
0,91
0,64
0,56
Subasar çəmən
1,0
0,86
0,60
0,55
Yem
Boz
1,0
0,73
0,69
0,42
Şabalıdı
1,0
0,91
0,64
0,56
Boz-qonur 1,0
0,73
0,63
0,42
Çəmən- şabalıdı 1,0
0,88
0,60
0,25
Bütün bitkilər
üçün
Torpağın əlaməti
Şorakətləşmə dərəcəsi
Şorakətləşməmiş
Zəif
şorakətləşmiş
Orta
şorakətləşmiş
Bütün torpaqlar üçün
1,00
0,90
0,75
Torpaqların əsas bonitet şkalası tərtib edildikdən və torpaqların xassə və əlamətləri üçün təshih əmsalları
müəyyənləşdirildikdən sonra torpaq növmüxtəlifliklərinin yekun bonitet balları aşağıdakı düstur vasitəsilə tapılır:
Bn = Bt·Kş·Kq·Ky·Kd·Km və s.
Burada, Bn – torpaq növmüxtəlifliklərinin bonitet balı; Bt – torpaq tip və yarımtiplərinin bonitet balı; Kş –
şorlaşmanın təshih əmsalı; Kq – qanulometrik tərkibin təshih əmsalı; Ky – yumşaq qatın qalınlığının təshih
əmsalı; Kd – daşlılığın təshih əmsalı; Km –mədəniləşmənin təshih əmsalı və s.
Növmüxtəlifliklərinin yekun bonitet ballarından və onların sahə göstəricilərindən istifadə edərək, tədqiqatın
əvvəlində tərtib edilmiş əsas bonitet şkalasının torpaqlarının orta hesabi balları aşağıdakı düstur vasitəsilə
tapılır:
251
B =a
1
·k
1
+ a
2
·k
2
+ a
3
·k
3
+..../ Sa
Burada, B – torpaq tip və ya yarımtipinin yekun bonitet balı; a
1
,a
2
,a
3
... – həmin tip və ya yarımtip
daxilindəki topraq növmüxtəlifliklərinin sahəsi; k
1
, k
2
, k
3
... – növmüxtəlifliklərinin bonitet balı; Sa – torpaq tip
və yarımtiplərinin ümumi sahəsi.
Torpaqların aqroistehsalat qruplaşdırılması torpaqların bonitirovkasının həm çox vacib davamı kimi, həm
də torpaqdan istifadənin səmərəliliyini artırmaq, münbitliyini yüksəltmək və kənd təsərrüfatı bitkilərinin elmi
əsaslarla düzgün yerləşdirilməsi baxımından əhəmiyyətli tədbir hesab edilir. Torpaqların aqroistehsalat
qruplaşdırılması iki cür – onların genetik – istehsalat xüsusiyyətləri və bonitet balları əsasında aparılır.
Respublikamızda torpaqların bonitet balı əsasında aqroistehsalat qruplaşdırılmasına daha çox üstünlük verilir.
Bu, torpaqların iqtisadi qiymətləndirilməsində, həmçinin onların normativ qiymətinin müəyyən edilməsində
torpaqların keyfiyyət qrupları üzrə differensial gəlirlərinin bazis göstəricisi kimi çıxış etməsi ilə əlaqədardır.
Respublikamızın torpaqları təbii münbitlik xüsusiyyətlərindən, mədəniləşmə səviyyəsindən, onların
aqromeliorativ və meliorativ tədbirlərə olan tələbindən asılı olaraq 5 aqroistehsalat qrupuna bölünür (cədvəl 76).
I qrup – yüksək keyfiyyətli torpaqlar. Bu qrupa kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün əlverişli
xassə və rejimlərə malik yüksək keyfiyyətli torpaqlar daxildir. Yüksək keyfiyyətli torpaqlar, adətən, xüsusi
meliorativ tədbirlər tələb etmirlər. Onlar qalın humus qatının olması, əlverişsiz qranulometrik tərkibi,
strukturluğu və hava-su rejimi ilə seçilirlər. Aqrotexnikadan düzgün istifadə edildiyi halda bu qrupdan olan
torpaqlar taxıl, üzüm, çay, pambıq, bağ və tərəvəz bitkiləri altında yüksək məhsul vermək qabiliyyətinə
malikdirlər.
II qrup – yaxşı keyfiyyətli torpaqlar. Bu qrupdan olan torpaqlar da nisbətən əlverişli struktur, hava-su rejimi
və humus tərkibi ilə seçilirlər. Lakin I qrup torpaqlar ilə müqayisədə bu göstəricilər nisbətən aşağı olduğuna
görə onların bonitet göstəriciləri də (80-61 bal) aşağıdır. Onlardan çay, pambıq altında istifadə zamanı
tarlaqoruyucu və münbitliyi qoruyan aqrotexniki qaydaların gözlənilməsi tələb olunur.
252
Şəkil 38. Torpaqların aqroistehsalat qruplaşması
Cədvəl 76
Azərbaycan torpaqlarının aqroistehsalat qruplaşdırılması (Q.Ş.Məmmədov, 1990, 2002)
Torpaqların
keyfiyyət qrupu
Torpaqların adı balı
Sahəsi
ha %
1 2
3
4
5
I qrup yüksək
keyfiyyətli
torpaqlar
100-81 bal
Yuyulmuş dağ-qaratorpaq 100
144000
0,17
Mədəniləşmiş dağ-qaratorpaq 100 19170 0,22
Torflu dağ-çəmən 95
27370
0,32
Sarı-podzollu-qleyli 94
57440
0,66
Qaratorpağabənzər dağ-çəmən 90 63570 0,74
Mədəniləşmiş qəhvəyi dağ-
90 61140 0,71
253
1 2
3
4
5
meşə
Çimli dağ-çəmən 89
218440
2,53
Bozqırlaşmış qonur dağ-meşə 88 19170 0,22
Tipik qonur dağ-meşə 87
37720
0,44
Karbonatlı çimli dağ-meşə 87
9000
0,10
Karbonatlı qəhvəyi dağ-meşə 87 61410 0,75
Dağ çəmən-meşə 86
54920
0,64
Karbonatlı dağ-qaratorpaq 86
8100
0,09
Tipik dağ-qaratorpaq 85
31870
0,37
Tipik qəhvəyi dağ-meşə 85
310970
3,60
Çəmən-qəhvəyi 85
432150
5,00
Yuyulmuş qəhvəyi dağ-meşə 84
235260
2,72
Tünd şabalıdı 84
57710
0,67
Tünd boz
82
93980
1,09
Aqroistehsalat qrupuna görə 86
1814790
21,00
II qrup yaxşı
keyfiyyətli
torpaqlar
80-61 bal
Lessivajlı qonur dağ-meşə 80
291160
3,37
Adi şabalıdı 80
437550
5,06
Podzollaşmış sarı dağ-meşə 79
34570
0,40
Çəmən-boz (QSS 1,5-3 m)
79
126950
1,47
Sarı-podzollu 78
28170
0,33
Qədimdən suvarılan şabalıdı 77
3688840
4,27
Qalıq karbonatlı qonur dağ-
meşə
76 4500 0,05
Yuyulmuş subasar çəmən-meşə 75 234440 2,71
Qədimdən suvarılan çəmən-
şabalıdı
74 9900 0,11
Dağ çəmən-bozqır 72
74640
0,86
Yuyulmuş çəmən-bataqlı 71
87660
1,01
Çəmən-bataqlı 71
22770
0,26
Suvarılan çəmən-boz (QSS 1,5-
3 m)
70 532920 6,17
Qalıq karbonatlı dağ-çəmən 70
24300
0,28
Karbonatlı subasar çəmən-meşə 70 32410 0,38
Bozqırlaşmış qəhvəyi dağ-meşə 69 100850 1,17
Tünd dağ boz-qəhvəyi 69
148850
1,72
Tipik sarı dağ-meşə 68
36910
0,43
Çəmən-boz (QSS 3-6 m)
68
491840
5,69
Suvarılan çəmən-boz (QSS 3-6
m)
68 159510 1,85
Yuyulmuş
çəmən-bataqlı
(subasar)
67 1800 0,02
Tipik boz
66
331430
3,84
Suvarılan boz
66
380310
4,40
Tünd dağ-şabalıdı 65
27740
0,32
Adi dağ boz-qəhvəyi 63
189990
2,20
Subasar-çəmən (allüvial-
çəmən)
63 671670 7,77
Aqroistehsal qrupuna görə 71
4843680
56,06
III qrup orta
keyfiyyətli
torpaqlar
60-41 bal
Adi dağ-şabalıdı 60
299420
3,47
Açıq dağ-şabalıdı 59
125250
1,45
Çəmən-şabalıdı 56
261850
3,03
Açıq şabalıdı 53
87420
1,01
Açıq dağ boz-qəhvəyi 45
33040
0,38
Açıq boz
44
61670
0,71
Aqroistehsal qrupuna görə
56 868850 10,05
254
1 2
3
4
5
IV qrup aşağı
keyfiyyətli
torpaqlar
40-21 bal
Boz-qonur 40
166500
1,93
Aqroistehsal qrupuna görə
40 166500 1,93
V qrup şərti
Yararsız torpaqlar
< 20 bal
Ibtidai dağ-çəmən 20
150980
1,75
Yuxa dağ-qaratorpaq 24
2700
0,03
Yuxa şabalıdı 19
47440
0,55
Yuxa qəhvəyi dağ-meşə 17
7200
0,08
Yuxa şabalıdı 12
105600
1,22
Dellüvial şoranlar 12
105600
1,22
Allüvial şoranlar 10
32040
0,37
Təpəli şoranlar 10
6570
0,08
Şorakətlər 10
7470
0,09
Takırlar
10
1000
0,02
Qumluqlar
10
11700
0,14
Dağ-mədən əraziləri 10
5400
0,06
Çınqıllı çay yataqları 10
59040
0,68
Çılpaq qayalıqlar 10
156510
1,81
Şakarlanmış duzlu gillər 10
47700
0,55
Ibtidai boz
10
148110
1,71
Aqroistehsal qrupuna görə
12 947880 10,96
Respublika üzrə
66 8641500
100
III qrup – orta keyfiyyətli torpaqlar. Bu torpaqların I və II qrup torpaqlarla müqayisədə əlverişsiz tərkibi və
xassələri onlardan əlavə aqrotexniki və meliorativ tədbirlər olmadan yüksək məhsul əldə edilməsi imkanını
məhdudlaşdırır.
IV qrup – aşağı keyfiyyətli torpaqlar. Bu qrupa müxtəlif dərəcədə şorlaşmış, şorakətləşmiş, eroziyaya
(deflyasiyaya) məruz qalmış boz-qonur torpaqlar daxildir. Əlverişsiz tərkib və xassələrə malik olmasına
baxmayaraq, mürəkkəb və baha başa gələn meliorativ və aqrotexniki tədbirləri həyata keçirməklə bu torpaqların
bir çox kənd təsərrüfatı bitkiləri altında istifadəsini təmin etmək
mümkündür. Bunu Abşeron şəraitində quru
subtropik meyvələrin və tərəvəz bitkilərinin becərilməsi də sübut edir.
V qrup – şərti yararsız torpaqlar. Bu qrupa şiddətli şorlaşma, şorakətləşmə, eroziya, bataqlaşma və s.
səbəblərdən əkinçilik üçün yaramayan torpaqlar daxil edilmişdir. Bu torpaqları tam yararsız hesab etmək
düzgün deyildir. Məsələn, neftlə çirklənmiş torpaqları rekultivasiya, şiddətli şorlaşmış və şorakətləşmiş
torpaqların meliorasiyası mümkündür. Lakin bu tədbirlərin bir qədər bahalığı adı çəkilən torpaqlardan istifadəni
iqtisadi cəhətdən səmərəsiz etmişdir. Yaxın 10-15 ildə respublikamızda torpaq qıtlığı yarandıqca, bu tədbirlər
özünü doğruldacaq və torpaqlardan istifadə etmək mümkün olacaqdır. Hələlik isə bu torpaqlar “şərti yararsız”
adlanaraq istifadə olunmur.
Dostları ilə paylaş: |