Qərib Məmmədov


§ 76. Subasar-çəmən torpaqları



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə32/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   28   29   30   31   32   33   34   35   ...   52
§ 76. Subasar-çəmən torpaqları 
 
Subasar –çəmən torpaqları Kür və Araz çaylarının subasarlarında səth və qrunt sularının təsiri 
altında formalaşırlar. Lənkəran vilayəti və Böyük Qafqazın  şimal-şərq yamaclarının çaylarının 
subasarlarında da göstərilən torpaqların ayrı-ayrı massivlərinə rast gəlmək mümkündür. 
Təsvir edilən torpaqların yayıldığı  ərazilərdə çay sularının torpaq səthini basması  (əsasən daşqınlar 
dövründə) və bu prosesin davametmə müddətindən asılı olaraq normal torpaqəmələgəlmə ritmi bir çox 
hallarda pozulur. 
Respublikamızın subasar çəmən-meşə torpaqlarından fərqli olaraq subasar-çəmən  torpaqları çəmən 
və kol bitkiləri altında formalaşırlar. Zəngin ot bitkiləri göstərilən torpaqların üzvi maddələr və kül 
elementləri ilə zənginləşməsində böyük rol oynayır.
 
Qrunt suları səthə nisbətən yaxın yerləşir və adətən 
zəif dərəcədə minerallaşmış olur.
 
Təsvir edilən torpaqların yayıldığı  ərazilərdə kobud çeşidlənmiş 
qumlu-gillicəli, yaxud qumlu-çaqıl daşlı çınqıllı gətirmələrdən ibarət olan müasir allüvial çöküntülər əsas 
torpaqəmələgətirici süxurlar rolunu oynayır. 
Subasar-çəmən  torpaqların morfoloji quruluşu bir sıra səciyyəvi əlamətlərə malikdir. Bunlardan hər 
bir  şeydən  əvvəl profilin üst hissəsində çim qatının yerləşməsini göstərmək lazımdır. Çim təbəqəsinin 
yaranmasında kökümsovlu taxıl kimilər (ayrıqotu, murdarça və s.) əsas yer tutur. Subasar çəmən-meşə 
torpaqlarında olduğu kimi bu torpaqlar üçün də aydın ifadə olunmuş laylılıq və qranulometrik tərkibin 
çox müxtəlif olması səciyyəvidir. 
Təsvir edilən torpaqlarda narın torpaq qatının qalınlığı relyef elementləri ilə bilavasitə  əlaqədardır. 
Belə ki, çay yataqlarına daha yaxın sahələrdə torpaqəmələgəlmə prosesi nisbətən zəif inkişaf etmiş, 
həmin qat isə çox nazikdir.
 
Burada yayılmış torpaqlar profilin primitivliyi ilə diqqəti cəlb edir. Çay 
yataqlarından aralıda, subasarların bir qədər yüksək hissələrində, eləcə də alçaq terraslarda narın torpaq 
qatı daha qalın olur, profilin ayrı-ayrı genetik qatlara ayrılması özünü daha aydın göstərir. Bu sahələrdə 
normal inkişaf etmiş torpaqlar üstünlük təşkil edir. 
İzafi rütubətlənmə, xüsusilə qrunt sularının təsiri altında subasar-çəmən torpaqlarında qleyləşmə 
prosesi inkişaf edir. Profilin orta hissələrində aydın müşahidə olunan göy-yaşılımtıl, yaxud pas ləkələri 
bu prosesin səciyyəvi  əlamətləridir. Qrunt sularının nisbətən dərində yerləşdiyi və qleyəmələgəlmə 
prosesinin səth suları hesabına baş verdiyi sahələrdə bu proses AB və B horizontlarını, qrunt sularının 
nisbətən səthdə yerləşdiyi sahələrdə isə adətən bütün profili əhatə edir. 
Subasar-çəmən torpaqlarının profili çox vaxt karbonatlı olur. Karbonatlar nöqtələr və aqreqatların 
səthində göbələk lifləri  şəklində ifadə olunur. Bu torpaqların yuyulmuş  və  dərindən karbonatlı 
növmüxtəlifliklərinə  də  təsadüf olunur. Onlar adətən səth suları vasitəsilə daha çox rütubətlənən, təbii 
parçalanmanın (drenləşmənin) yüksək olduğu sahələrdə inkişaf edirlər. 
Subasar-çəmən torpaqları üzvi maddələrlə kifayət dərəcədə  təmin olunmuşlar. Torpaqların üst 
horizontunda humusun orta miqdarı 3,2±0,4% təşkil edir. Humus horizontunun aşağı  sərhədində humus 
axınlarına rast gəlinir. Humus tərkibinə görə fulvat-humat tiplidir. Uzun müddət suvarma (suvarılan 
ərazilərdə) və humus birləşmələrinin mütəhərrikliyi ilə əlaqədar olaraq humus horizontu bir qədər aşağı 
çəkilmişdir. Ümumi azotun orta miqdarı torpağın üst qatında 0,23±0,02% təşkil edir. C/N nisbəti üzvi 
maddələrin yaxşı humuslaşması ilə əlaqədar olaraq dardır (8,0-9,8). 
Subasar çəmən-meşə torpaqlarında olduğu kimi subasar-çəmən torpaqları da əsaslarla nisbətən 
yüksək dərəcədə doymuşdur. Bu torpaqların yüksək humuslu növlərinin üst horizontunda udulmuş 
əsasların cəminin orta göstəricisi 100 q torpaqda 29,3±2,2 mq-ekv təşkil edir. Onun miqdarı müxtəlif 
yarımtiplərdə xeyli fərqlənir. Təsvir edilən torpaqlarda torpaq mühiti adətən zəif qələvi və  qələvi 
reaksiyaya malik olur (pH 7,8-8,2) (cədvəl 70). 

 
223
Cədvəl 70 
 
Subasar çəmən torpaqların fiziki-kimyəvi göstəriciləri 
(V.H.Həsənov) 
 
 
Dərinlik, 
sm 
Humus, %  Azot, % 
C/N 
CaCO
3
 pH 
 

2  3 4 5  6 
Laylı ibtidai subasar-çəmən torpaqları 
0-5 1,9 
0,14 
8,1 
3,9 
7,5 
5-16 1,4 
0,10 
8,2 
3,0 
7,9 
16-45 0,8 
0,06 
8,5 
2,9 
8,1 
45-70 0,5 


2,4 
8,2 
70-100 0,3 - 

2,8 
8,2 
100-145 0,3 - - 
3,1 
8,5 
Laylı subasar-çəmən torpaqları 
0-10 3,3 
0,17 
11,2 
4,8 
7,5 
10-30 2,7 
0,14 
10,8 
5,2 
7,7 
30-50 1,3 

8,5 
4,3 
7,9 
50-85 0,6 


58 
7,6 
85-115 0,6 - 

2,9 
7,9 
115-150 0,5 - - 
2,8 
8,5 
Subasar-çəmən 
0-10 
12,6  0,52 13,9 10,3  7,6 
10-25 
10,4  0,49 12,3 13,5  7,8 
25-45 
5,9  0,31 11,2 11,6  8,1 
45-65 
4,5  0,29 9,1 12,9  7,8 
65-90 3,3 


15,4 
7,6 
125-165 0,8 - - 
10,9 
7,6 
Suvarılan subasar-çəmən 
0-20 3,4 
0,27 
7,3 
3,0 
8,0 
20-35 2,4 
0,15 
9,4 
3,1 
8,4 
35-55 1,4 
0,10 
8,6 
49 
8,4 
55-80 1,1 


7,8 
8,5 
80-105 0,7 - 

8,4 
8,5 
105-150 0,4 - - 
8,5 
8,6 
 
 
Udulmuş əsaslar, m-ekv 
Qranulometrik tərkib 
Ca Mg  Na Cəmi <0,001  <0,01 
 
1 2  3 4  5 

Laylı ibtidai subasar-çəmən torpaqları 
15,7 4,4  1,0  21,1  5,6 
27,4 
13,8 4,4  0,5  18,7  8,1 
29,3 
15,6 5,1  0,9  21,,6  6,4 
26,9 
13,8 3,1  1,1  18,0  7,9 
25,3 
9,9 2,5  0,6  13,0  0,6 
2,6 
6,4 2,7  0,7  10,8  0,6 
1,6 
Laylı subasar-çəmən torpaqları 
27,5 7,0  0,6  35,1  27,8 
63,6 
20,4 6,9  1,0  28,3  29,2 
62,1 
17,1 3,7  0,6  21,4  18,8 
46,8 
23,3 7,8  0,5  31,6  22,0 
63,2 

 
224
1 2  3 4  5 

99 4,0  0,4 14,3  7,2 
13,6 
11,0 3,2  1,6  15,8  1,0 
4,4 
Subasar-çəmən 
23,5 
17,4 1,1 42,0  18,7  54,2 
25,6 
12,4 1,2 39,2  222 
63,4 
23,7 8,0  1,0  32,7  28,9 
68,5 
17,7 5,9  1,0  24,6  30,2 
70,2 
17,5 6,2  1,0  24,7  28,8 
71,7 
14,9 4,3  1,0  19,9  14,8 
46,8 
Suvarılan subasar-çəmən 
20,9 8,3  1,3  30,5  19,3 
48,4 
18,0 6,6  0,6  25,2  21,0 
47,9 
17,5 6,4  1,4  25,3  24,9 
49,8 
14,7 6,4  0,9  22,0  20,5 
45,5 
17,1 3,7  0,6  21,4  17,9 
42,5 
15,6 5,1  0,9  21,6  16,9 
44,0 
 
 
Subasar-çəmən torpaqlarında şorlaşma əlamətləri müşahidə edilmir. Bu torpaqların profili adətən suda 
həll olan duzlardan yuyulmuşdur. Profil boyu quru qalığın miqdarı 0,10-0,15%-dən yüksək olmur. 
Subasar rejimin ifadə olunma dərəcəsinə  və torpaqəmələgəlmə prosesinin inkişaf xüsusiyyətlərinə görə 
subasar-çəmən torpaqları tipi daxilində  aşağıdakı yarımtiplər fərqləndirilir: laylı-ibtidai subasar-çəmən, laylı 
subasar-çəmən, çimli subasar-çəmən və suvarılan subasar-çəmən torpaqları. Həmin yarımtiplərin V.H.Həsənov 
tərəfindən verilmiş təsvirini nəzərdən keçirək. 
Laylı-ibtidai subasar-çəmən torpaqları. Bu torpaqlar Kür, Araz və bir sıra digər çayların yataqlarına 
yaxın  sahələrdə (yataqyanı) inkişaf etmişdir. Burada torpaq səthi dövri olaraq gillicəli-qumlucalı təzə allüvial 
çöküntülərlə örtülür. Çəmən-ot bitkiləri altında torpaqəmələgəlmə prosesi özünün ilkin mərhələsini keçirir. 
Qrunt sularının səviyyəsi xeyli dinamik olub fəsillər üzrə  dəyişir. Qrunt sularının səviyyəsi səthə yaxın olur 
(1,0-1,2 m, bəzi hallarda 1,5-2,0 m). Qleyləşmə əlamətləri adətən 70-150 sm dərinlikdə müşahidə olunur. 
Laylı-ibtidai subasar-çəmən torpaqlarında  əksər hallarda çürüntülü-akkumulyativ A horizontu ifadə 
olunmamışdır. Zəif humuslaşmış horizont yumşaq və laylıdır. Onun qalınlığı adətən 15 sm-dən artıq olmur. 
Daha aşağıda gillicəli-qumlucalı-çınqıllı cavan laylı allüvial çöküntülər yerləşir. Təsvir edilən torpaqların üst 
qatında humusun miqdarı 1,5-2,0%-dən yüksək olmur. Torpaqda humusun toplanmasında “qalıq” allüvial 
humus əhəmiyyətli rol oynayır. Bu torpaqlar üçün
 
yüngül, gillicəli-qumlucalı qranulometrik tərkib səciyyəvidir. 
Üst horizontlara doğru 1,6-8,8%-dək azalır. Torpaqların profilində karbonatların miqdarı az (2,5-5,0%), udma 
tutumunun miqdarı isə  aşağıdır (100 q torpaqda 15,9-21,1 m-ekv.). Sonuncu torpaqların qranulometrik 
tərkibinin yüngül, humusun miqdarının isə nisbətən az olması ilə əlaqədardır. Qrunt sularının az minerallaşması 
və  səth sularının dövri olaraq nəmləndirməsi ilə  əlaqədar olaraq laylı-ibtidai subasar-çəmən torpaqlarında 
şorlaşma əlamətləri adətən müşahidə edilmir. 
Laylı subasar-çəmən torpaqları. Bu yarımtipə daxil olan torpaqlar subasarların mərkəz hissələrində daha 
çox yayılmışdır. Burada torpaq səthi daşqın suları ilə daha qısa müddət ərzində örtülmüş olur. Laylı subasar-
çəmən  torpaqları relyefin nisbətən hamar elementlərində yaxşı inkişaf etmiş çəmən-ot bitkiləri altında inkişaf 
edirlər. Yaxşı inkişaf etmiş çimli çürüntülü-akkumulyativ horizontun mövcudluğu, humus qatının bir qədər 
aşağı  çəkilməsi, profilin orta və  aşağı hissələrində qleyləşmə  əlamətlərinin üzə  çıxması, laylılıq, basdırılmış 
horizontların tez-tez müşahidə edilməsi və s. bu torpaqların səciyyəvi diaqnostik göstəricilərindəndir. Laylı 
subasar-çəmən torpaqlarının üst yarımmetrlik qatı gilli-ağır gillicəli qranulometrik tərkibə malik olur. Fiziki 
gilin miqdarı 51,1-63,6%
 
arasında dəyişir. Aşağı qatlara doğru qranulometrik tərkibin yüngülləşməsi müşahidə 
olunur. 
Təsvir edilən torpaqların üst horizontlarında humusun miqdarı 2,7-3,4%, bozqırlaşmış horizontlarda isə 1,7-
2,6% təşkil edir. Ümumi azotun miqdarı  A
1
 horizontunda 0,14-0,24% arasında dəyişir. Bu torpaqların bütün 
profili karbonatlı olsa da, karbonatlı törəmələrə təsadüf olunmur. Üst horizontlarda udulmuş əsasların miqdarı 
nisbətən yüksək olub (100 q torpaqda 25-35 m-ekv) alt horizontlara doğru tədricən azalır. Torpaq mühitinin 
reaksiyası üst horizontlarda zəif qələvi, aşağıda isə qələvidir. Əksər hallarda bu torpaqlar şorlaşmamışdır. 
Çimli subasar-çəmən torpaqları yarmtipi. Bu yarımtipə daxil olan torpaqlar çaybasardan hündürdə olan 
terraslarda, relyefin nisbətən hamar elementlərində inkişaf etmişlər. Allüvial rejim prosesi bu torpaqların 
yayıldığı ərazilərdə xeyli zəifləmişdir. Bu torpaqlarda çiməmələgəlmə prosesi özünün tam ifadəsini tapmışdır. 
Çimli subasar-çəmən torpaqların yayıldığı sahələrdə qrunt sularının səviyyəsi bir qədər aşağı düşmüşdür (2,0-
2,5 m-dək). Ümumiyyətlə, götürdükdə  təsvir edilən torpaqlar karbonatların profildə az olması  və asan həll 

 
225
olunan duzların  yuyulması ilə fərqlənir. Lakin bu torpaqların mergelləşmiş  növləri bu cəhətdən xeyli fərqlənir. 
Bu torpaqlarda bu və ya digər dərəcədə şorlaşmaya rast gəlinir. Duzların tərkibində kalsium və natrium-sulfat 
duzları üstünlük təşkil edir. 
Çimli subasar-çəmən torpaqlarında çürüntülü-akkumulyativ horizont özünüün nisbətən tünd rəngi ilə 
seçilir. Humusun miqdarı xeyli yüksəkdir, humuslu qatın qalınlığı isə 80-100 sm-ə çatır. Digər yarımtiplərlə 
müqayisədə subasar-çəmən torpaqlarında profilin qleyləşməsi və  kəskin laylılıq zəif ifadə olunmuşdur. Bu 
torpaqlar yüksək udma tutumuna malik olmaları ilə  səciyyələnir. A
1
 horizontunda udulmuş  əsasların miqdarı 
bəzi hallarda 37,4-42,0 m-ekv-ə çatır. Təsvir edilən torpaqların içərisində gilli-ağır gillicəli növmüxtəliflikləri 
üstünlük təşkil edir. 
Suvarılan subasar-çəmən torpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar torpaqəmələgəlmə 
şəraitinə  və mineraloji-diaqnostik göstəricilərinə görə bu tipin xam torpaqlarından xeyli fərqlənir. Göstərilən 
torpaqlar subasar rejimdən çıxmış, bir sıra hallarda yaxşı meliorasiya edilmiş, kötüklərdən təmizlənmiş 
sahələrdə  təmsil olunmuşlar. Suvarılan subasar-çəmən torpaqların nisbətən geniş sahələrinə  Şəki-Zaqatala 
zonasında, Quba-Xaçmaz massivində rast gəlmək mümkündür. Təsvir edilmiş torpaqlarda kəltənli-topavari 
struktura malik olan şumaltı horizontun bərkiməsi nəzərə çarpır. Qleyləşmə  əlamətləri zəif ifadə olunmuşdur. 
Uzun müddətli becərmə  və suvarmanın təsiri altında torpaqların laylılığı xeyli zəifləyir, karbonatların aşağı 
horizontlara yuyulması müşahidə olunur. Suvarılan subasar-çəmən torpaqlarında humus profilinin aşağı qatlara 
doğru çəkilməsi nəzərə çarpır. Bir çox hallarda humuslu qatın qalınlığı 60-80 sm-ə çatır. Bəzi növlərində 
şorakətlilik əlamətləri vardır. Qranulometrik tərkibinə görə ağır gillicəli növmüxtəliflikləri üstünlük təşkil edir. 
Subasar-çəmən torpaqlarının yuyulmuş, karbonatlı, mergelləşmiş, qleyləşmiş, şoranvari, şorakətvari, çaqıl 
daşlı cinsləri fərqləndirilir. 
Təsvir edilən torpaqlar yüksək potensial münbitliyə malik torpaqlar sırasına daxildir. Bu torpaqların üst 0-
50 sm-lik qatında humus ehtiyatı  hər hektarda 200 t
 
təşkil edir. Hazırda bu torpaqlar əsasən örüşlər və az 
məhsuldar biçənək sahələri altında istifadə olunur. Göstərilən torpaqlar az miqdarda qurutma işləri aparılmaqla 
bağlar, tərəvəz və bostan bitkiləri altında istifadə oluna bilər. 
Bundan başqa respublikamızın alçaq dağlıq və dağətəyi sahələrində çay vadilərində (subasarlarında) min 
hektarlarla daşlı-çınqıllı istifadəsiz sahələr mövcuddur. Həmin sahələri daşdan təmizləmək, asılı çay 
gətirmələrinin çökdürülməsi yolu ilə narın torpaq qatı yaratmaqla kənd təsərrüfatı dövriyyəsinə daxil etmək 
mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
226
BEŞİNCİ HİSSƏ 
TORPAQLARIN EROZİYASI  
 
XXIV FƏSİL. AZƏRBAYCAN TORPAQLARININ EROZİYASI VƏ ONUNLA MÜBARİZƏ 
 
§ 77. Eroziyanın növləri 
 
Eroziya (lat. Ersio – yeyilmə, yuyulma) -  torpağın su və küləyin təsiri altında dağılması prosesidir. 
Torpağın suyun təsiri altında dağılmasına su eroziyası, küləyin təsiri altında dağılmasına külək eroziyası və 
ya  deflyasiya deyilir. Torpaqların eroziyadan qorunması  və eroziya ilə mübarizə - torpaq ehtiyatlarından 
səmərəli istifadənin mühüm məsələlərindən biridir. 
Su eroziyasını müstəvi və ya səth, xətti və ya yarğan eroziyasına bölürlər. Səth sularının növündən asılı 
olaraq eroziyanın ərinti, yağış və irriqasiya suları ilə törədilməsi qeyd edilir. 
Səth eroziyası – torpaqların üst horizontunun yamacboyu axan yağış  və ya ərintu suları vasitəsilə 
yuyulmasıdır. Səth eroziyası  nəticəsində  əkin horizontu yuyulub kənarlaşır, onun yerini münbitliyi aşağı, 
əkinaltı horizontlar tutur, bütövlükdə torpaq profilinin qalınlığı azalır və bununla da yuyulmuş torpaqlar 
formalaşır. 
Yamacda axan səth suyu müəyyən kinetik enerjiyə malikdir. Bu enerji suyun kütləsinə  və onun axım 
sürətinə proporsionaldır. Enerjinin bir hissəsi torpağın, onun ayrı-ayrı hissəciklərinin (aqreqatların) 
dağıdılmasına (yuyulmasına) və parçalanmış materialın aparılmasına sərf olunur.  
Xətti eroziya – yamacdan axan daha güclü su axını vasitəsilə torpağın dərininə yuyulmasıdır. Xətti 
eroziyanın birinci mərhələsi dərin dalğavari oyuğun (20-35 sm) və  çuxurun (0,3-0,5 –dən 1-1,5 m kimi) 
yaranmasıdır. Onların sonrakı inkişafı yarğanın yaranmasına gətirib çıxarır. Xətti eroziya torpağın tam məhv 
olması deməkdir. İnkişaf tempinə görə geoloji (normal) və sürətli eroziya bir-birindən fərqləndirilir. 
Geoloji eroziya – təbii bitki örtüyü ilə örtülmüş torpaq səthindən hissəciklərin  tədrici yuyulma prosesidir. 
Bu eroziya zamanı torpaqəmələgəlmə hesabına torpaqların itirilmiş hissəsi bərpa olunur. Geoloji eroziya 
praktiki olaraq ziyan vurmur. 
Sürətli eroziya – təbii bitki örtüyünün məhv edilməsi və torpaqdan düzgün olmayan istifadə ilə əlaqədardır, 
eroziya tempinin artmasıdır. Sürətli eroziyanın intensivliyi aşağıdıkı qradasiya ilə qiymətləndirilir: 
 
 

 
227
 
 
Şəkil 25. Azərbaycanda eroziyanın yayılması 

 
228
 
 
Şəkil 26. Azərbaycan torpaqlarının eroziyası 

 
229
Səth eroziyası üçün 
Cüzi miqdarda yuyulma – orta illik yuyulma 
 
 < 0,5 t/ha 
Zəif yuyulma                      »                      »  
0,5 – 1,0 t/ha 
Orta yuyulma                      »                      »  
1,0 – 5,0 t/ha 
Şiddətli yuyulma                 »                      » 
 
5,0 – 10 t/ha 
Çox şiddətli yuyulma          »                      » 
 
> 10 t/ha 
Xətti eroziya üçün 
Zəif intensivlik – yarğanların orta illik artımı 
 
< 0,5 m 
Orta intensivlik -                   »                      » 
 
0,5 – 1,0 m 
Şiddətli intensivlik -              »                      » 
 
1 – 2 m 
Çox şiddətli intensivlik         »                      » 
 
2 – 5 m 
Olduqca şiddətli intensivlik  »                      »                > 5 m 
 
 
§ 78. Su eroziyasının vurduğu ziyan və onun yayılması 
 
Eroziya bir çox ölkələrdə (ABŞ, Çin, Hindistan, İtaliya, Rusiya, Qazaxıstan, Mərkəzi Asiya Respublikaları 
və s.), o cümlədən Azərbaycanda geniş yayılmışdır. Su eroziyası əsasən boz meşə, qara və şabalıdı, tayqa-meşə 
zonasının  əkinçilik rayonlarında, həmçinin dağlıq vilayətlərdə geniş yayılmışdır. Respublikamızda eroziyaya 
məruz qalmış torpaqların ümumi sahəsi 3144,7 min hektar olub, respublika ərazisinin 36,4%-ni təşkil edir. 
Respublikanın eroziyaya məruz qalmış torpaqlarının 38,8%-i (1220,1 ha) zəif, 29,4%-i (924 ha) orta, 31,8%-i 
(1000,6 ha) şiddətli dərəcədə eroziyaya məruz qalmışdır. Tədqiqatçıların fikirlərinə görə (X.M.Mustafayev, 
1974; B.Q.Əliyev, İ.N.Əliyev, 2000) dağ rayonlarında yerləşən çay hövzələrinin suayrıcı və tranzit sahələrində 
mürəkkəb geomorfoloji şəraitdə torpaq örtüyünün 70-80%-i eroziyaya məruz qalmışdır. Qumruxçay, Talaçay, 
Şinçay, Kişçay, Dəmiraparançay və sair çayların hövzələrində eroziya prosesləri geniş yayılaraq səthin 
yuyulması, yarğanların  əmələ  gəlməsi ilə müşahidə edilir. Hesablamalar göstərir ki, təkcə Kişçay hövzəsində 
ildə ətraf ərazilərdən yuyularaq 3,5 milyon ton torpaq tökülür. K.Ə.Ələkbərovun (1961) verdiyi məlumata görə 
isə Azərbaycan çaylarına bir ildə 48 milyon tondan çox torpaq yuyulub gətirilir.  
Deflyasiya quraq ərazilər, xüsusən də  səhra və yarımsəhra torpaqları (Azərbaycan, Mərkəzi Asiya 
Respublikaları, Şimali Afrika və s.) üçün daha çox səciyyəvidir. 
Eroziya nəticəsində torpaq münbitliyinin pisləşməsi baş verir (səthi eroziya) və ya torpaq örtüyü tamamilə 
məhv olur (xətti eroziya). 
Münbitliyin aşağı düşməsi  yuyulmanın  dərəcəsindən,  məhsuldar   üst 

 
230
 
 
Şəkil 27.   Qudyalçay  hövzəsində sistemsiz mal-qara 
otarılması nəticəsində torpaq eroziyası 

 
231
 
 
Şəkil 28. Yay otlaqlarında hədsiz mal-qara otarılması 
nəticəsində səthi və yarğan eroziyası 
qatların kənarlaşmasından və az məhsuldar aşağı qatların  əkin qatına cəlb edilməsindən asılıdır. Bu zaman 
torpağın kimyəvi tərkibi, xassə  və rejimləri pisləşir: humusun miqdarı  və ehtiyatı azalır, çox vaxt keyfiyyət 
tərkibi pisləşir, qida elementlərinin ehtiyatı  və onların mütəhərrik formaları azalır, torpağın fiziki və bioloji 
xassələri pisləşir. 
Eroziyaya məruz qalmış torpaqlarda torpaqların strukturluğu aşağı düşdüyündən, məsaməliyi azalır və 
sıxlığı artır. Bu da onun su keçiriciliyinin azalmasına səbəb olur ki, nəticədə səth axınlarının miqdarı artır, su 
tutumu azalır və torpaqda bitki üçün faydalı su ehtiyatı azalır. 
Əksər hallarda eroziyaya məruz qalmış torpaqlarda mübadilə olunan kationların tərkibi də pisləşir və 
torpağın reaksiyası dəyişir. 
Humusun itirilməsi torpağın bioloji fəallığını  zəiflədir:  əkinçilik  üçün əhəmiyyət kəsb edən faydalı 
mikroorqanizmlərin sayı azalır, fermentlərin fəallığı  aşağı düşür. Bir sıra xassələri ilə yanaşı, yuyulmuş 
torpaqların qida, su və bioloji rejimlərinin pisləşməsi münbitliyinin aşağı düşməsinə səbəb olur. 
Eroziyanın inkişafı yol şəbəkəsinin dağılmasına, çayların dayazlaşmasına səbəb olur. Eroziya məhsulları isə 
irriqasiya qurğularının, kənd təsərrüfatı yerlərinin və yaşayış yerlərinin korlanmasına gətirib çıxarır. Ona görə 
də eroziya ilə mübarizə  təkcə  kənd təsərrüfatı deyil, xalq təsərrüfatının digər sahələri üçün də olduqca 

 
232
əhəmiyyətlidir. 
 
§ 79. Eroziyanın inkişafını müəyyən edən şərait 
 
Eroziyanın inkişafının  əsas səbəbi – insan tərəfindən  ərazidən, xüsusən də  təbii  şəraitin eroziyanın üzə 
çıxması üçün əlverişli olduğu torpaqlardan düzgün istifadə edilməməsidir. Ona görə də eroziyanın inkişafının 
sosial-iqtisadi və təbii şəraitləri fərqləndirilir. 
Torpaqdan təsərrüfatda düzgün istifadə etməyən zaman eroziyanın inkişafına təsir edən təbii  şəraitlərə 
iqlim, relyef, ərazinin geoloji quruluşu, torpaq şəraiti və bitki örtüyü aid edilir. 
İqlim  şəraitləri içərisində yağıntıların miqdarı  və rejimi böyük əhəmiyyət kəsb edir. Leysan yağışları (iri 
damcılı yağışların intensivliyi 0,5-1 mm/dəqiqə və daha çox) və bitki örtüyünün zəif inkişaf etdiyi dövrdə uzun 
müddət davam edən yağışlar xüsusilə  təhlükəlidir. Azərbaycanda  şiddətli leysanlar Lənkəran zonasında və 
Böyük Qafqazın cənub yamacında müşahidə edilir. Ə.Əyyubovun (1962) məlumatına görə Böyük Qafqazın 
cənub yamacında bir gündə 50-60 mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar 
isə 20 ildə bir dəfə müşahidə edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel 
hadisələrinin baş verməsinə  səbəb olur. Torpaqda ərinti sularından eroziyanın inkişaf imkanlarını 
qiymətləndirərkən qarda suyun ehtiyatının, qarərimənin intensivliyinin, həmçinin qarərimə zamanı torpağın 
vəziyyətinin, məsələn, dondan açılma dərinliyinin, böyük əhəmiyyəti vardır. Əgər yamacda yerləşmiş torpağın 
səthi cüzi dərinlikdə dondan azad olubsa, donuşlu qata kimi hissənin yuyulma təhlükəsi vardır. 
Su eroziyası səth sularının təsiri altında inkişaf edir. Ona görə də onun inkişafı üçün relyef şəraitinin - yerli 
eroziya bazisinin dərinliyi, yamacların meylliyi, uzunluğu, forma və baxarlığının da böyük əhəmiyyəti vardır. 
Torpağın yuyulması meyllik 1,5-2
0
 olarkən başlayır, 3
0
  və ondan artıq meyillikdə eroziya intensiv şəkil alır. 
Yamacın uzunluğunun artması yamacboyu axan suların kütləsinin və axın enerjisinin artmasına səbəb 
olduğundan eroziya təhlükəsi də artmış olur. Eroziya prosesinin, xüsusən səthi eroziyanın şiddətli getməsində 
eroziya bazisinin dərinliyi, sahənin qobu və ya yastı qobu şəbəkəsi ilə parçalanması əsas səbəb kimi çıxış edir. 
Eroziya bazisi dedikdə, səthi su axınının dağıdıcı qüvvəsini itirdiyi və ondan aşağıda yerin səthini dağıda 
bilmədiyi səth, yaxud səviyyə nəzərdə tutulur. Okeanın, dənizlərin səviyyəsi əsas, mütləq və ya ümumi eroziya 
bazisi adlanaraq daimi bir yüksəklik kimi qəbul olunur. Ümumi eroziya bazisindən  əlavə  hər bir çayın 
hövzəsində yerli və ya məhəlli eroziya bazisi də olur. Azərbaycanın düzənlik hissəsində  məhəlli eroziya 
bazisinin dərinliyi 10-100, yüksək dağlıq zonasında isə 1000-1500 m-dək ola bilər. Respublikada məhəlli 
eroziya bazisinin dərinlik xəritəsi ilk dəfə K.Ə.Ələkbərov (1961) tərəfindən tərtib edilmişdir. Onun tədqiqatı 
göstərir ki, Böyük və Kiçik Qafqazın dağlıq hissəsində  məhəlli eroziya bazisinin dərinliyi 800-1600 m, bəzi 
yerlərdə isə daha çoxdur. Eroziya bazisinin dərinliyi Talışın dağlıq hissəsində 600-1000 m, Kür-Araz 
ovalığında, Talışın Xəzər sahili, Naxçıvanın Araz sahili düzənliyində  və Abşeron yarımadasında 50 m təşkil 
edir.      
Ərazinin geoloji quruluşunun eroziyanın inkişafına təsiri süxurların  yumşaqlığından asılıdır. Belə ki, lös və 
lösəbənzər süxurlar asanlıqla yuyulur və yarğanların yaranmasına səbəb olur. Moren gillicələr örtük 
gillicələrdən fərqli olaraq yuyulmaya daha dayanaqlıdır. Flüvioqlasial və  qədim alüvial çöküntülər yaxşı su 
keçirmə qabiliyyətinə malik olduğuna görə su eroziyasına davamlı olsa da, defliyasiyanın təsirinə tez məruz 
qalırlar. Böyük Qafqazın ön hissəsində olan Qobustan, Ceyrançöl və III dövrə aid olan Boz dağın cənub 
yamaclarında asanlıqla yuyulan süxurların olması burada səthi və qobu eroziyasının geniş yayılmasına səbəb 
olmuşdur.  
Torpaq  şəraitinin eroziyaya təsiri onun sukeçiriciliyi ilə müəyyən olunur və ona görə  də torpağın 
qranulometrik tərkibindən, strukturluğundan, humus horizontlarının qalınlığından, sıxlıq və üst horizontların 
nəmliyindən  

 
233
 
 
Şəkil 29.  Qudyalçayın orta dağ-meşə qurşağında 
meşəsizləşdirilmiş sahədə yarğan eroziyası 
 
 
 
Şəkil 30.  Gədəbəy şəhəri ətrafında meşəsizləşdirilmiş sahədə 
səthi və yarğan eroziyası 

 
234
 
 
Şəkil 31. Hacıkənd ətrafında meşəsizləşdirilmiş ərazidə 
səthi və yarğan eroziyası 
 
 
 
Şəkil 32.  Qax rayonu İlisu kəndi yaxınlığında  
meşəsizləşdirilmiş ərazidə yarğan eroziyası 

 
235
 
 
Şəkil 33.   Zəyəmçayın sol sahili yamacında meşəsizləşdirilmiş 
eroziyaya uğramış yamaclarda şiblək qruplaşmaları 
 
 
 
Şəkil 34.   Ataçayın hövzəsində meşəsi məhv edilmiş  
ərazilərdə torpaq eroziyası 

 
236
 
 
Şəkil 35.   Qudyalçayın sol sahilində meşəsi məhv edilmiş, 
eroziyaya uğramış ərazidə dağ süxuru səthə çıxır 
 
 
 
Şəkil 36.   Böyük Qafqazın cənub yamacının aşağı dağ-meşə 
qurşağında meşəsi məhv edilmiş ərazidə torpaq eroziyası 
asılıdır. Suyu asanlıqla canına hopduran torpaqlar (strukturlu, yüngül qranulometrik tərkibli, yumşaq) su 
eroziyasına qarşı daha dayanaqlıdır. 
Üst horizontları bərkimiş struktursuz torpaqlar  eroziyaya qarşı davamsızdır. Bu baxımdan qara torpaqlar 
eroziyaya qarşı davamlı, çimli-podzol və boz torpaqlar isə davamsız hesab olunurlar. Defliyasiyaya qumlu və 
qumsal, həmçinin səthi qurumuş struktursuz gillicəli və gilli torpaqlar daha asanlıqla məruz qalır. 
Bitki örtüyü eroziyaya qarşı  ən  əhəmiyyətli vasitə hesab olunur. Bitki örtüyü nə  qədər sıx və  məhsuldar 
olarsa, eroziya bir o qədər zəif olar. Bitki örtüyünün torpaqqoruyucu  rolu aşağıdakı səbəblərlə izah olunur. 
Bitki kökləri torpaq hissəciklərini bir-birinə möhkəm bağlamaqla onların yuyulmasının və ya sovrulmasının 
qarşısını alır. 
Bitkilərin yerüstü örtüyü yağış damcılarının zərbə gücünü öz üzərinə götürməklə torpağın struktur 
elementlərini parçalanmadan qoruyur. 
Sıx bitki örtüyü səth axınlarının qarşısını kəskin şəkildə almaqla onun hopdurulmasına müsbət təsir göstərir 
və bununla da torpaq hissəciklərinin yuyulmasını ləngidir. 
Çim və meşə döşənəyi yüksək sututumu və sukeçirmə qabiliyyətinə malik olmaqla asanlıqla suyu hopdurur 

 
237
və torpağın üst mineral hissəsində torpaq canlılarının və bitki köklərinin yaratdığı qeyri-kapilyar məsamələrdə 
saxlayır. 
Bitki örtüyü qarın toplanmasına və bununla da torpağın donmasının qarşısını almağa, yaz ərintisi zamanı 
suyun torpağa hopmasına köməklik edir. 
Bitki örtüyünün deflyasiyasının qarşısını almaqda da rolu böyükdür. Sıx bitki örtüyü olan ərazilərdə külək 
eroziyası demək olar ki, müşahidə edilimir. 
Eroziya prosesinin əmələ gəlməsinə və şiddətli şəkildə getməsinə səbəb olan amillərdən başlıcası insanın 
düzgün olmayan bəzi təsərrüfat fəaliyyətidir. Respublikamızın  əsasən orta və yüksək dağlıq, həmçinin aşağı 
dağlıq və dağətəyi  ərazilərində düzgün aparılmayan təsərrüfat fəaliyyəti nəticəsində bitki örtüyünün məhv 
edilməsi, yamacların üzüaşağı  şumlanması  və mal-qaranın sistemsiz otarılması eroziya proseslərinin  əmələ 
gəlməsinə səbəb olmuşdur.  
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin