Qərib Məmmədov


§ 66. Çəmən-qəhvəyi torpaqlar



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə28/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
§ 66. Çəmən-qəhvəyi torpaqlar 
 
Çəmən-qəhvəyi torpaqlar yarımhidromorf torpaqlar sırasına daxil olmaqla subtropik qurşaqda qrunt 
rütubətlənməsinin təsiri ilə rütubətsevən ot bitkilərinin də yaxşı inkişaf etmiş meşə-kol bitkiləri altında 
formalaşırlar. Bu səbəbdəndir ki, toxunulmamaş (xam) sahələrdə  çəmən-qəhvəyi torpaqların səthində çim 
təbəqəsinə rast gəlmək olur. Coğrafi yayılması etibarilə  təsvir edilən torpaqlar ayrıca zona təşkil etməyib 
qəhvəyi torpaqlar fonunda lokal şəkildə yayılmışdır. Bu torpaqlara Böyük və Kiçik Qafqaz dağlarının dağətəyi 
düzənliklərində, Naxçıvan Respublikasında, Qanıx-Əyriçay vadisinin çay terraslarında, Quba-Xaçmaz 
düzənliyində, Lənkəran vilayətinin  şimalında, izafi rütubətlənmə  şəraitinin olduğu sahələrdə  təsadüf etmək 
mümkündür. Bir sıra ərazilərdə çəmən-qəhvəyi torpaqların yayıldığı sahələr kənd təsərrüfatı dövriyyəsinə daxil 
edilmişdir. 
Çəmən-qəhvəyi torpaqların yayıldığı  ərazilərin ekoloji-coğrafi xüsusiyyətləri bir çox cəhətlərinə görə 
qəhvəyi torpaqların yayıldığı  ərazilərə oxşardır. Lakin hidrotermik şəraitin böyük mövsümi fərqləri, səthi və 
qrunt rütubətlənməsi hesabına əlavə rütubətlənməyə malik olması ilə ondan seçilir. 
Təsvir edilən torpaqların formalaşmasında mühüm rol oynayan qrunt sularının səviyyəsi  ərazinin təbii 
parçalanması  dərəcəsindən, torpaqəmələgətirici süxurların xarakterindən asılı olaraq müəyyən  hüdudda 
tərəddüd edir. Bu torpaqların  yayıldığı ərazilərdə qrunt sularının səviyyəsi çox vaxt 3-6 m dərinlikdə yerləşir. 
Lakin atmosfer yağıntılarının daha çox düşdüyü yaz və payız aylarında onun səviyyəsinin müəyyən qədər 
qalxması müşahidə olunur. Gilli və gillicəli qranulometrik tərkibə malik qədim allüvial çöküntülər və dağ 
çaylarının gətirmə konuslarının narın torpaqlı-çınqıllı çöküntüləri bu torpaqların  əsas torpaqəmələgətirici 
süxurları rolunu oynayır. 
Çəmən-qəhvəyi torpaqların profilinin morfoloji quruluşu bir sıra  əlamətlərinə görə  qəhvəyi torpaqları 
xatırladır. Lakin xüsusilə yaz və payız mövsümündə torpaqəmələgəlmə prosesində qrunt sularının daha fəal 
təsiri olur və bu təsir torpaqların morfoloji quruluşunda və bir sıra fiziki-kimyəvi xassələrində öz əksini tapır. 
Belə ki, həmin torpaqların səthində çox da qalın olmayan çim təbəqəsi əmələ gəlir, B
2
 bə BC horizontlarında 
qleyləşmə  əlamətləri olan göyümtül-pas və göyümtül-yaşıl ləkələr müşahidə edilir. Çəmən-qəhvəyi torpaqlar 
üçün nisbətən qalın inkişaf etmiş profil və humusla daha dərindən rənglənmə səciyyəvidir. A+B horizontlarının 
orta qalınlığı çox vaxt 60-70 sm təşkil edir. Qəhvəyi torpaqlarla müqayisədə  çəmən-qəhvəyi torpaqlarda 
gilləşmə  əlamətləri bir qədər zəifdir, lakin buna baxmayaraq həmin torpaqların profilinin orta hissələrində 
yüksək sıxlığa malik gilləşmiş B
1
 horizontu aydın seçilir. Profilin aşağı hissəsinin rütubətli olması aydın seçilən 
karbonatlı illüvial horizontun ayrılmasını çətinləşdirir. 
Çəmən-qəhvəyi torpaqların morfoloji quruluşu ilə tanış olmaq üçün onların profilinin ümumiləşdirilmiş 
təsvirini nəzərdən keçirək. 
A
O
 – zəif inkişaf etmiş, tünd rəngli çim qatı. Yaxşı aqreqatlaşmışdır, çoxlu köklər, qaynayır, keçidi aydın. 
A
1
 -  sarımtıl çalarlı tünd qonur, yaxud tünd boz-qəhvəyi, humusla yaxşı doymuşdur, topavari-dənəvari-
noxudvari, çoxlu köklər, bərkvari, gilli, yaxud ağır gillicəli, bioloji cəhətdən yaxşı  işlənilmişdir, qaynamır, 
keçidi tədrici. Qalınlığı 15±5 sm. 
A
2
 – tünd qonur yaxud qəhvəyi çalarlı boz-qonur, yaxşı humuslaşmış, gilli, yaxud ağır gillicəli, bir qədər 
bərkimiş, çatvari, soxulcan yolları və biolitlər, topavari, köklər ətrafında nazik pas damarcıqları, qeyri-müəyyən 
formalı karbonatlar, tək-tək iri qum və  çınqıllar, qaynamır, yaxud karbonat ayrılmaları olan yerlərdə  zəif 
qaynayır, keçidi tədricidir. Qalınlığı 18±6 sm. 
A/B – açıq-qonur, yaxud qəhvəyi tonun üstünlük təşkil etdiyi bozumtul, gilli, bir qədər bərkimiş, çatvari, 
topavari kəltənvari, struktur çox aydın ifadə olunmur, çatlar boyu humus axıntıları, yüksək gilləşmiş göyümtül-
pas ləkələri, təzə, formasız karbonat ayrılmaları, tək-tək çınqıl və iri qumlar, zəif qaynayır, keçidi tədricidir. 
Qalınlığı 18±8 sm. 
B

-  açıq-qonur, yaxud qonur-qəhvəyi çox sıx (bərkimiş), bəzi yerlərdə iri çatlar, prizmavari-kəltənvari, 
göyümtül pas ləkələri, tək-tək çınqıl və iri qumlar, qeyri-müəyyən formalı karbonatlar, keçidi tədrici,  şiddətli 
qaynayır. Qalınlığı 25±10 sm. 
B
2
 – rəngi B
1
 horizontu ilə eynidir, karbonat ləkələrinin iştirakı ilə əlaqədar bir qədər açıqlaşmışdır, struktur 
ifadə olunmamışdır, çatlar üzrə iri göyümtül ləkələr (qleyləşmə əlaməti), gilli, çınqıl və iri qum qarışıqlı, şiddətli 
qaynayır. Qalınlığı 30±12 sm. 
BC – açıq küləşi sarımtıl, yaxud qonur-sarı, gilli, yaxud gillicəli, nisbətən zəif bərkimiş, tez-tez göyümtül 

 
193
pas ləkələri, karbonat ləkələri çox azdır, qaynamır. Qalınlığı 18±6 sm. 
C - sarımtıl-boz, bəzən rəngbərəng gilli, yaxud gillicəli, yumşaqvari, çox vaxt narın qumlu-çınqıllı 
allüvilərdən (subasarlarda) və karbonatlı delüvial gillicələrdən (qədim çay terraslarında) ibarət olur, şiddətli 
qaynayır, gilli süxurlarda göyümtül-pas ləkələri  şəklində qalıq, yaxud dərinlik qleyləşməsi  əlamətləri aydın 
müşahidə edilir. 
Çəmən-qəhvəyi torpaqlarda humusun miqdarı qəhvəyi torpaqlardakına çox yaxındır (cədvəl  61). Humusun 
miqdarı 4,4-3,7% arasında tərəddüd edir. Lakin humusun miqdarının karbonatlı qəhvəyi torpaqlarda  da  yüksək 
(5,8-6,1%) olduğu hallar kifayət qədər müşahidə edilir. 

 
194
Cədvəl 61 
 
Çəmən-qəhvəyi torpaqların bəzi kimyəvi göstəriciləri 
(M.E.Salayev, 1979) 
 
Kəsimlərin qoyulduğu 
ərazi 
Dərinlik, 
sm 
Humus Azot  CO
2
 C/N 
Böyük Qafqaz, Quba-
Xaçmaz düzənliyi 
0-30 3,80 
0,22 
3,48 
10,0 
30-52 3,15 
0,17 
2,93 
10,7 
52-104 1,88  - 3,67 - 
104-137 -  - 2,75 - 
137-170 -  - 3,12 - 
170-220 -  - 2,20 - 
Qanıx-Əyriçay vadisi 
5-21 4,4 
0,29 
2,58 
8,7 
21-45 1,4 
0,10 
9,54 
8,5 
45-71 0,8 
0,06 
7,22 
7,6 
71-95 0,5  - 7,9 - 
95-120 0,4  - 7,41 - 
Qanıx çayının qədim terrası 
0-19 3,7 
0,31 
- 7,1 
19-38 2,6 
0,20 - 7,4 
38-62 2,0 
0,16 
0,39 
6,9 
62-90 1,1 
0,11 
0,39 
5,0 
90-115 0,8  - 3,94 - 
115-180 0,8  - 5,07 - 
 
Humus maddələrinin daha dərin horizontlara daxil olması və onun profil boyu təxminən bərabər paylanması 
bu torpaqlara xas olan əlamətlərdəndir. Təsvir edilən torpaqlarda humus maddələrinin kifayət qədər yüksək 
olması humusəmələgəlmə prosesində ot bitkilərinin, xüsusilə onların yeraltı kütlələrinin fəal iştirakı ilə 
əlaqədardır. 
Bu torpaqlarda humus humat və humat-fulvat tiplidir. Humin turşularının fulvoturşularına nisbəti  əksər 
hallarda vahidə yaxındır. Profil boyu aşağı horizontlara doğru torpaqəmələgəlmədə fulvoturşuların rolu artır, 
fulvat tipli humus üstünlük təşkil edir. 
Humusa uyğun olaraq ümumi azotun miqdarı bir qədər yüksək olub üst qatlarda 0,28-0,31% arasında 
dəyişir. 
Çəmən-qəhvəyi torpaqların üst horizontlarında karbonatlar az miqdarda olur, yaxud həmin horizontlardan 
tamamilə yuyulur. CO
2
-nin miqdarı üst horizontlarda 2-3% olub, profil boyu aşağıya doğru artır. Bu torpaqlar 
üçün yüksək udma tutumu səciyyəvidir (cədvəl 62). Onun miqdarı 100 q torpaqda orta hesabla 30,2-32,5 m-ekv 
təşkil edir. Udulmuş əsasların 85-90%-i bəzi hallarda daha çoxu udulmuş Ca
2+
 kationunun payına düşür. Torpaq 
mühitinin reaksiyası əsasən zəif qələvi olub dərinliyə doğru artır. 
 
Cədvəl 62 
 
Çəmən-qəhvəyi torpaqların udma tutumu və pH göstəricisi 
 
Kəsimin qoyulduğu ərazi Dərinlik, sm 
100 q-da mq-ekv 
pH 
Ca Mg 
Cəmi 
Böyük Qafqaz, Quba-
Xaçmaz düzənliyi 
0-30 16,5 5,0 
21,5 7,2 
30-52 18,1 5,8 
23,5 7,2 
52-107 14,8 1,7 
16,5 7,6 
107-137 13,5  5,6 19,1  7,3 
Qanıx-Əyriçay vadisi 
0-21 21,8 3,0 
24,8 7,8 
21-45 28,3 4,4 
38,7 7,7 
45-71 27,3 3,0 
30,,3 7,9 
71-95 29,1 2,3 
31,4 8,0 
95-110 30,6 3,2 
33,8 8,0 
 
Qranulometrik tərkibinə görə  təsvir edilən torpaqlar ağır gillicəli və gilli torpaqlar sırasına daxildir. Lil 
hissəciklərinin və fiziki gilin miqdarı orta  hesabla müvafiq şəkildə 33,9-86,8 və 41,6-75,4% arasında tərəddüd 

 
195
edir. Bu hissəciklərin profil boyu yayılması profilin orta hissələrində (B
1
) gilləşmə  əlamətlərinin olduğunu 
göstərir. 
İnkişaf etdiyi ərazinin hidrotermik şəraitindən asılı olaraq çəmən-qəhvəyi torpaqların aşağıdakı yarımtipləri 
ayrılır: səthdən çəmənləşmiş qəhvəyi və çəmən-qəhvəyi torpaqlar yarımtipi. 
Səthdən çəmənləşmiş  qəhvəyi torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar dağətəyi 
düzənliklərdə və yamacların şleyflərində təbii parçalanmanın nisbətən yüksək olduğu sahələrdə yayılmışdır. Bu 
sahələrdə qrunt sularının səviyyəsi xeyli dərində olur və bu sular torpaqəmələgəlmə prosesində fəal iştirak edə 
bilmir. Torpaqəmələgəlmədə  səth suları daha çox iştirak edir. Xam sahələrdə bu torpaqların səthində orta 
qalınlığı 6-10 sm-ə çatan yaxşı inkişaf etmiş çim qatı formalaşır. Bundan başqa göstərilən torpaqların A və AB 
horizontlarında səthi qleyləşmə  əlamətləri də müşahidə edilir. Bu xüsusiyyətlər səthdən çəmənləşmiş  qəhvəyi 
torpaqların əsas diaqnostik göstəricilərindən hesab olunur. 
Çəmən-qəhvəyi torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar dağətəyi düzənliklərdə  və çay 
vadilərinin kənarlarında geniş yayılmışdır. Səthdən çəmənləşmiş qəhvəyi torpaqlar tipindən fərqli olaraq təsvir 
edilən torpaqlar qrunt suyunun yer səthinə çox yaxın (2-3 m) olduğu şəraitdə formalaşır. Qrunt suları ilə yanaşı, 
mövsümi səthi rütubətlənmə  də torpaqəmələgəlmə prosesində müəyyən rol oynayır. Təsvir edilən torpaqların 
əsas diaqnostik göstəriciləri çim qatının mövcud olması, profilin orta hissələrinin (B
1
) qleyləşməsi və humusla 
dərindən rənglənməsi və s. ibarətdir. 
Çəmən-qəhvəyi torpaqların mənimsənilmiş  və  mədəniləşdirilmiş variantlarına da rast gəlinir. 
Mənimsənilmiş torpaqlar daha çox dəmyə taxılçılıq və bağçılıqda istifadə olunur. Onların morfoloji quruluşu 
ciddi dəyişikliklərə  məruz qalmamışdır. Yalnız üst qatlarda (əkin və  əkinaltı) strukturun itməsi, Aç qatında 
tozlaşma, humusun miqdarının azalması, əkinaltı qatın yaranması müşahidə olunur. Mədəniləşdirilmiş çəmən-
qəhvəyi torpaqlar çoxillik əkmələr, tütün plantasiyaları  və s. üçün istifadə olunur. Suvarmanın təsiri ilə bu 
torpaqların morfoloji quruluşunda və bir sıra fiziki-kimyəvi  xassələrində ciddi dəyişikliklər baş verir. Bu 
torpaqlar üçün humuslu horizontun aşağı qatlara doğru çəkilməsi, onun humusla dərindən rənglənməsi, yaxşı 
aqreqatlaşma, bütün profilin bərabər şəkildə gilləşməsi, münbitlik elementlərinin nisbətən yüksək olması və s. 
səciyyəvidir. 
Çəmən-qəhvəyi torpaqların yuxarıda göstərilən yarımtipləri daxilində yuyulmuş, karbonatlı, bərkimiş, 
qleyli, qleyləşmiş, şoranvari, mədəniləşdirilmiş cinsləri ayrılır. 
Çəmən-qəhvəyi torpaqlar yüksək bonitetli torpaqlar sırasına daxildir. Əsasən  əlverişli fiziki-kimyəvi 
xassələrə malik olan bu torpaqlardan kənd təsərrüfatında geniş istifadə olunur. 
 
§ 67. Boz-qəhvəyi (şabalıdı) torpaqlar 
 
 
Azərbaycanda boz-qəhvəyi (şabalıdı) torpaqların yayıldığı quru subtropik bozqırlar zonası alçaq dağlığın 
bir hissəsi və dağətəyi qurşaqda 200-300 m-dək hündürlüklərdə yerləşir. 
Böyük və Kiçik Qafqaz dağlıq vilayətlərində quru bozqırlar zonası kifayət qədər geniş  ərazilərdə  təmsil 
olunmuşdur. Naxçıvan MR-də boz-qəhvəyi torpaqlar dağətəyi düzənlikdə geniş yayılaraq Muxtar Respublikanın 
27,2%-ni əhatə edir.  
Azərbaycanın subtropik quru bozqırlar zonasının iqlimi nisbətən yumşaq qışı və isti yayı ilə səciyyələnir. 
Ən soyuq ay olan yanvarın orta temperaturu 1,0-2,6
0
, ən isti (iyun) ayınkı 23-27
0
, orta illik temperatur isə 10,5-
14,2
0
-dir. İllik yağıntıların orta miqdarı 275-440 mm, fəal temperaturların cəmi 3344-4472
0
, ümumi radiasiya 
122,5-128,4 kkal/sm
2
, rütubətlənmə əmsalı isə 0,30-0,50-dir. 
Boz-qəhvəyi (şabalıdı) torpaqların yayıldığı zonada əhəngdaşları, tuflu brekçiyalar, qumlucalar və onların 
yumşaq aşınma məhsulları  əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır. Gəncə-Qazax massivində  və 
Arazboyu zonada “gəcli süxurlar” da torpaqəmələgətirici süxurlar kimi əhəmiyyətli rol oynayır. 
Azərbaycanın quru subtropik bozqır zonasında yayılmış torpaqlar S.A.Zaxarov, V.V.Akimtsev, 
İ.Z.İmşenetski, S.İ.Tyuremnov, V.R.Volobuyev, H.Ə.Əliyev, K.Ə.Ələkbərov,  Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 
R.H.Məmmədov,  İ.Ş.İsgəndərov və b. tərəfindən “şabalıdı” və “qonur” torpaqlar adı altında öyrənilib təsvir 
edilmişdir. 
Torpaq nomenklaturasında “şabalıdı torpaqlar” adını saxlayan tədqiqatçıların  əksəriyyəti Azərbaycanın 
quru subtropiklərində və şabalıdı torpaqların yayıldığı əsas rayonlar olan quru bozqır zonasında (Volqaboyunda, 
Qazaxıstanda, Qərbi Sibirdə  və s.) torpaqəmələgəlmə  şəraitinin, torpaqların morfoloji quruluşunun, fiziki-
kimyəvi xassələrinin çox oxşar olmasına  əsaslanmışlar. Lakin V.V.Dokuçayev adına Torpaqşünaslıq  İnstitutu 
Kür-Araz ekspedisiyası üzvlərinin (V.A.Kovda, A.N.Rozanov, V.V.Yeqorov və b.) Böyük və Kiçik Qafqazın 
dağətəyi rayonlarında və Kür-Araz ovalığında apardıqları torpaq tədqiqatlarından sonra bu torpaqların 
genezisinin aydınlaşdırlmasında böyük dəyişikliklər irəli sürüldü. Onlar Volqaboyunun, Qazaxıstanın və s. 
şabalıdı torpaqlarının bir sıra tipik əlamət və xüsusiyyələrinin Azərbaycanın subtropik bozqırlarında ayrılmış 
şabalıdı torpaqlarda müşahidə edilmədiyini göstərirdilər. A.N.Rozanov Azərbaycanın quru subtropik 
bozqırlarının bu torpaqlarını zonal tip kimi “boz-qəhvəyi” torpaqlar adlandırmış  və  həmin torpaqları  qəhvəyi 

 
196
torpaqlarla boz torpaqlar arasında keçid həlqəsi hesab etmişdir. O, boz-qəhvəyi (şabalıdı) torpaqları Volqaboyu 
və Qazaxıstanın  şabalıdı torpaqları ilə müqayisə edərək göstərirdi ki, sonuncu üçün torpaq profilinin qalın 
olmaması, A horizontunda karbonatların olmaması, alt horizontlarda topavari-prizmavari struktura keçən xırda 
topavari struktur səciyyəvidir. Boz-qəhvəyi torpaqlar üçün isə humus profilinin nisbətən qalın olması, torpaq 
profilinin orta hissələrində (ikinci yarımmetrdə) gilləşmənin aydın seçilməsi, karbonatların üst qatlardan 
başlayaraq müşahidə edilməsi səciyyəvidir. 
Boz-qəhvəyi torpaqların genezisi haqqında yuxarıdakı konsepsiyanı müdafiə edən M.E.Salayev 
(1966,1991) bu torpaqların diaqnostik göstəricilərinin (humusun tərkibi və qalınlığı, humus profilinin aşağıya 
doğru çəkilməsi, gilləşmə  dərəcəsi, karbonatlı horizontun dərinliyi və s.) Aşağı Volqaboyu və  Qərbi 
Qazaxıstanın tipik şabalıdı torpaqlarından kəskin fərqləndiyini qeyd etmişdir. O, boz-qəhvəyi torpaqların 
yayıldığı  ərazilərin ekoloji-coğrafi  şəraitini, torpaqların tərkib və xassələrini analiz edərək bu torpaqların 
Azərbaycanın torpaq tipləri sistemində müstəqil yeri olduğunu qeyd etmiş və respublika torpaqlarının sonuncu 
genetik təsnifat sxemində ayrıca tip kimi ayırmışdır. 
Torpaqəmələgəlmə  və yatım  şəraitindən, torpaqəmələgətirici süxurların və bitki örtüyünün xarakterindən 
asılı olaraq boz-qəhvəyi torpaqların  aşağıdakı 4 yarımtipi ayrılır: tünd boz-qəhvəyi, adi boz-qəhvəyi, açıq boz-
qəhvəyi və “gəcli” boz-qəhvəyi torpaqlar. 
Tünd boz-qəhvəyi (şabalıdı)   torpaqlar yarımtipi. Tünd boz-qəhvəyi (şabalıdı) torpaqlar digər 
yarımtiplərlə müqayisədə nisbətən məhdud sahədə yayılmışdır. Bu torpaqlar yuxarı hissədə 500-550 m 
yüksəkliklərdə bozqırlaşmış  qəhvəyi torpaqlarla həmsərhəddir, aşağı  sərhədi isə  təxminən 200-300 m 
yüksəklikdən keçir. Tünd boz-qəhvəyi (şabalıdı)  torpaqların nisbətən geniş areallarına Gəncə-Qazax 
massivində, cənubi Qarabağın dağətəyi sahələrində, Arazsahili zolaqda rast gəlmək mümkündür. Böyük Qafqaz 
vilayətində  təsvir edilən torpaqlar Quba-Qusar massivində,  Şamaxı-Ağsu dağlıq yaylasında, Qaraməryəm 
massivində, Turut-Saraca düzündə yayılmışdır. Təsvir edilən torpaqların xeyli hissəsi suvarılan zonadan 
kənarda yerləşir və  kənd təsərrüfatında müxtəlif dərəcədə  mənimsənilmişdir. Arazsahili zolaqda, Naxçıvanda, 
Quba-Qusar maili düzənliyində tünd boz-qəhvəyi (şabalıdı)  torpaqların müxtəlif dərəcədə eroziyaya uğramış 
növlərinə rast gəlmək olur.  
Təsvir edilən torpaqlar başlıca olaraq yüksək dağətəyi və dağətəyi düzənliklərdə ağotlu-topallı müxtəlifotlu 
və yovşanlı-ağotlu quru bozqır bitkiləri altında formalaşırlar. Adları çəkilən senozlarda ümumi biokütlə 227-283 
t/ha təşkil edir. Bu torpaqlar çox vaxt çınqıllı-narın torpaqlı-karbonatlı gillicələr, karbonatlı lösşəkilli gillicələr 
və gillər üzərində inkişaf edir. 
Tünd boz-qəhvəyi (şabalıdı)  torpaqların profilində müxtəlif genetik qatlar aydın seçilir. Bir sıra 
əlamətlərinə  və görünüşünə görə bozqırlaşmış  qəhvəyi torpaqların profilini xatırladır. Təbii  şəraitdə normal 
yatıma malik olan torpaqlarda A
1
΄– A
1
" – A/B –B – C horizontları, mədəni variantlarda isə A
ş
 - A
ş
" – AB  -B –C 
horizontları ayrılır. Təsvir edilən torpaqların morfoloji quruluşu ilə tanış olmaq üçün M.E.Salayev tərəfindən 
Kiçik Qafqazın dağətəyi hissəsində taxıl əkini altındakı sahədə qoyulmuş kəsimin təsvirini nəzərdən keçirək. 
A
ş
 -  bozumtul-qonur, aydın seçilməyən dənəvari strukturlu, gillicəli, tozvari, yumşaq, çoxlu kökcüklər
təzə, keçidi aydın, qaynayır. Qalınlığı 20±7 sm. 
A
1
 – zəif bozumtul çalarlı qəhvəyimtil-qonur, xırda topavari, ağır gillicəli, tozvari, çoxlu kökcüklər, aşağı 
sərhədində ayrı-ayrı struktur hissəciklərin kənarlarında karbonatlı kiflər (liflər), kaprolit-yuvaları, qaynayır, 
keçidi aydın. Qalınlığı 18±6 sm. 
B
1
- qəhvəyimtil-qonur, iri topavari-kəltənvari, bərk, gilli, hiss olunacaq dərəcədə gilləşmişdir, nazik çatvari, 
karbonatlı kif və nöqtələr, zəif məsaməli soxulcan yolları, təzə, qaynayır, keçidi hiss olunur. Qalınlığı 23±6 sm. 
B
2
 -  qonur, topavari-kəltənvari, gilli, bərkvari, çatvarı, zəif gilləşmiş, çoxlu karbonat nöqtələri, köklər 
azdır, tək-tək çınqıllar, təzə, şiddətli qaynayır, keçidi hiss olunur. Qalınlığı 24±7 sm. 
B/C - qonurumtul-küləşi, bərkvarı, topavari-kəltənvari, çoxlu ağgözcüklər və  çınqıllar,  şiddətli qaynayır, 
keçidi kəskin. Qalınlığı 25±12 sm. 
C – rəngbərəng, qəhvəyimtil-qonur, ağımtıl karbonat damarcıqları, bərk, yaxşı aqreqatlaşmış,  şiddətli 
qaynayır, gilli-çınqıllı, karbonatlı delüvilər. 
Tünd boz-qəhvəyi (şabalıdı)  torpaqların  profilinin qalınlığı bir sıra amillərdən, birinci növbədə relyef 
şəraiti və torpaqəmələgətirici süxurların xarakterindən asılıdır. Belə ki, nisbətən meyilli yamaclarda, bərk 
süxurlar üzərində formalaşan tam inkişaf etmiş torpaqlarda (eləcə  də eroziyaya uğramış növlərində) humuslu 
qatın qalınlığı 40-50 (60) sm-dən artıq olmadığı halda düzən relyefi şəraitində inkişaf edən torpaqlarda narın 
torpaq qatının qalınlığı 120-150 sm və  bəzi hallarda bundan da artıq olur. Bu torpaqlar səthdən başlayaraq 
qaynayır. Lakin A və AB horizontlarında karbonatlılıq zəif olur, özünü yalançı mitsellər və damarcıqlar şəklində  
göstərir. Aşağıdakı horizontlarda isə karbonat birləşmələri artıq konkresiyalar formasını alır və adətən 
ağgözcüklər şəklində özünü biruzə verir. 
Tünd boz-qəhvəyi (şabalıdı)  torpaqların əsas diaqnostik əlamətlərindən biri profildə gilləşmiş horizontun 
mövcud olmasıdır. Bu torpaqların gilləşmiş illüvial horizontu üçün  kip quruluş, ağır gilli tərkib, kobud struktur  
səciyyəvidir. Göstərilən əlamətlərinə görə təsvir edilən torpaqlar genetik cəhətdən qəhvəyi torpaqlara bir qədər 

 
197
yaxınlaşır. Lakin yuxarıda qeyd olunduğu kimi isti və quru iqlim və yuyucu olmayan su rejimi şəraitində lil 
hissəciklərinin profil boyu hərəkəti üçün şərait olmur. Bu səbəbdən də təsvir edilən torpaqlarda gilləşmə açıq 
metamorfik təbiətli olmaqla torpaqdaxili aşınmanın təsiri altında  əmələ  gəlir. Göstərilən torpaqlarda aparılan 
mikromorfoloji tədqiqatlar da bunu sübut edir. 
Tünd boz-qəhvəyi (şabalıdı)  torpaqlarda humus profili demək olar ki, qəhvəyi torpaqlarda olduğunu 
təkrarlayır. Humusun miqdarı 3-5% arasında tərəddüd edir (cədvəl 63). Humusun torpaq profilində aşağı qatlara  
doğru paylanması tədricidir. 80-90 sm dərinlikdə onun  miqdarı 0,5-0,7% təşkil edir. Humus humat və fulvat-
humat tiplidir. Ch/Cf nisbəti 1,0-1,2 arasında dəyişir. Humin turşularının çox hissəsi kalsiumlu birləşmələrlə  
birləşmiş  şəkildə (kalsium humatları) olur. Ümumi azotun da miqdarı nisbətən yüksək olub 0,20-0,30%, C/N 
nisbəti isə 0,7-0,9 arasında dəyişir. 
Təsvir edilən torpaqlarda udma tutumu yüksək olub xam torpaqlarda 100 q torpaqda 35-40 m-ekv arasında 
dəyişir. Buna birinci növbədə  ağır gilli tərkib və humusun miqdarının yüksək olması  təsir göstərir. Udulmuş 
əsasların 74-90%-i kalsium kationunun payına düşür. Torpaq mühitinin reaksiyası neytral, yaxud zəif qələvidir 
(cədvəl 64). 
Qranulometrik tərkibinə görə tünd boz-qəhvəyi (şabalıdı) torpaqların gilli və ağır gillicəli növmüxtəliflikləri 
üstünlük  təşkil edir, profilin differensiasiyası yaxşı müşahidə olunur. Profilin orta hissələrində (B
2
, B/C 
horizontlarında) gilləşmə əlamətləri üzə çıxır. Təsvir edilən  torpaqlarda gilləşmə yuxarıda qeyd olunduğu kimi 
metamorfik  təbiətlidir və gilli mineralların tərkibində montmorillonit və hidroslyuda mineralları üstünlük təşkil 
edir. 
Təsvir edilən torpaqlarda şorlaşma əlamətləri müşahidə olunmur. Genetik qatlar ümumi kimyəvi tərkibinə 
görə bir-birindən zəif fərqlənir. Oksidlərin miqdarı bir qədər yüksəkdir. 
Tünd boz-qəhvəyi (şabalıdı) torpaqların  xeyli hissəsi suvarma zonasından kənarda qaldığı üçün dəmyə 
əkinçiliyində (taxıl, bağlar, üzümlüklər altında),  şleyf zolağında yerləşən nisbətən kiçik hissəsi isə suvarılan 
bitkilər altında istifadə olunur. 
Cədvəl 63 
Boz-qəhvəyi (şabalıdı) torpaqların əsas tərkib hissələri 
Kəsimin yeri 
Dərinlik, 
sm 
Humus Azot  C/N CaCO
3
 
 
1 2 




Tünd boz-qəhvəyi (şabalıdı) 
Kiçik  Qafqaz (Qazax 
rayonu), E.M.Salayev, 
1966 
0-18 4,30 
0,29 
8,6 
0,64 
18-38 2,77 0,17 
9,1 
1,41 
38-80 1,39 0,15 
5,5 
11,32 
80-106 0,58  -  - 11,62 
Adi boz-qəhvəyi (şabalıdı) 
Cənub-qərbi 
Azərbaycan, 
Ş.G.Həsənov, 1978 
0-26 2,54 
0,22 
6,8 
5,77 
26-44 2,44 0,19 
7,4 
16,30 
44-77 0,78  -  - 38,09 
77-117 0,61  -  - 14,78 
117-150 0,34  -  -  8,42 
Açıq boz-qəhvəyi (şabalıdı) 
Naxçıvan MR, 
H.Ə.Əliyev, 1988 
0-20 1,85 
0,14 
7,1 
13,62 
20-30 1,76 0,14 
7,2 
16,74 
30-54 1,50 0,12 
7,0 
19,07 
54-78 1,09 0,09 
7,1 
18,84 
78-105 0,97 0,07 7,4 
20,34 
105-135 -  -  - 
21,13 
Gəcli boz-qəhvəyi (şabalıdı) 
Gəncə-Qazax massivi, 
N.Q.Minaşina, 1958 
0-5 2,59 7 
6,29 
14,41 
9-19 2,04 11 
8,67 
19,86 
23-26 1,72 5 6,10 
14,07 
31-41 0,56  - 1,04 
2,38 
 
 
Adi boz-qəhvəyi (şabalıdı)  torpaqlar yarımtipi. Adi boz-qəhvəyi (şabalıdı) torpaqlar boz-qəhvəyi 
torpaqların geniş yayılmış yarımtiplərindən biridir. Bu yarımtipə daxil olan torpaqlar Kür-Araz ovalığının ətraf 
hissələrində 200-400 m yüksəkliklər arasında yayılmaqla həmin ovalığı yarımüzük  şəklində haşiyələyir. Bu 
torpaqların daha böyük massivlərinə Şamaxı-Mərəzə rayonunun dağətəyi hissəsində, Qaraməryəm massivində, 

 
198
Acınohur və Ceyrançöl massivində, Gəncə-Qazax massivində, Qarabağ düzünün dağətəyi hissələrində, 
Arazsahili zolaqda rast gəlmək
 
mümkündür. Adi boz-qəhvəyi (şabalıdı)  torpaqlar respublikamızın quru 
bozqırlar zonasında çox vaxt yovşanlı-efemerli-taxılkimilər senozları altında formalaşırlar. Yağıntıların miqdarı 
və digər iqlim elementləri ilə əlaqədar olaraq göstərilən torpaqlar yuyucu olmayan su rejimi şəraitində inkişaf 
edirlər. Bu torpaqlar çox hallarda delüvial və delüvial-polüvial karbonatlı gillicələrin əsas torpaqəmələgətirici 
süxurlar rolunu oynadığı  təpəli-dalğavari relyef şəraitində inkişaf edib formalaşırlar. Lakin dağətəyi sahələrin 
nisbətən yüksək hissələrində  bəzi hallarda əhəngdaşlarının,  əhəngdaşlı konqlomeratların aşınma məhsulları 
“gəcli” süxurlar şəklində yer səthinə çıxır. Duzlu süxurlar üzərində şoranvari və şorakətli torpaqlara daha çox 
rast gəlinir. 
Adi boz-qəhvəyi (şabalıdı)  torpaqların morfoloji quruluşu ilə tanış olmaq üçün onların M.E.Salayev 
tərəfindən  verilmiş ümumiləşdirilmiş təsvirini nəzərdən keçirək. 
A
1
 - qonurumtul-qəhvəyi, aydın seçilməyən, dənəvari, tozvari, gilli bərkvari, təzə, yüksək biogen, çoxlu 
köklər və koprolitlər, qaynayır, keçidi aydın deyil. Qalınlığı 22±3 sm. 
A
2
 – zəif qəhvəyi çalarlı qonur, topavari-qozvari, gilli, bərkvari, məsaməli, çoxlu köklər, yalançı mitsellər 
şəklində karbonatlar, təzə, qaynayır, keçidi tədricidir. Qalınlığı 18±3 sm. 
B
1
 – qəhvəyimtil-qonur, iri topavari, gilli, gilləşmə hiss olunur, nazik çatvari, çoxlu karbonat lifləri (kifləri) 
və xırda nöqtələri, soxulcan yolları azdır, güclü qaynayır, keçidi hiss olunur. Qalınlığı 21±2 sm. 
B
2
 – qonurumtul-sarı, topavari-kəltənvari, bərkvari, gilli, tək-tək  əhəngdaşı  çınqılları, ağgözcüklər, təzə, 
qaynayır, keçidi tədricidir. Qalınlığı 21±3 sm. 
C – qonurumtul-sarı, bərkvari, struktur ifadə olunmamışdır,  əhəngdaşı  çınqılları  ağır gilli, çoxlu 
ağgözcüklər və xırda karbonat nöqtələri, təzə, güclü qaynayır. 
 
Cədvəl 64 
 
Boz-qəhvəyi (şabalıdı) torpaqların udma tutumu, qranulometrik tərkibi və pH göstəriciləri 
 
Kəsimin teri 
Dərinlik, 
sm 
Udulmuş 
əsasların 
cəmi, 
m-ekv 
<0,001 
mm 
<0,01 
mm 
pH 
 
1 2 




Tünd boz-qəhvəyi (şabalıdı) 
Kiçik  Qafqaz (Qazax 
rayonu), E.M.Salayev, 
1966 
0-18 35,43 
37,80 
67,21 
7,6 
18-38 39,15 
40,40 
70,40 
8,0 
38-80 32,35 
34,32 
60,0 
81 
80-106 21,41 26,40 
63,44 
 
Adi boz-qəhvəyi (şabalıdı) 
Kiçik  Qafqaz (Tərtər 
çayının qədim terrası), 
E.M.Salayev, 1979 
0-20 25,84 
29,26 
60,31 
7,3 
30-38 31,68 
42,30 
70,62 
7,6 
50-63 51,39 
40,55 
75,22 
7,3 
80-90 46,65 
27,53 
55,42 
7,1 
Açıq boz-qəhvəyi (şabalıdı) 
Naxçıvan MR, 
H.Ə.Əliyev, 1988 
0-30 24,0 
10,6 
53,4 
7,9 
30-42 26,8 29,2 
61,7 
7,9 
42-70 26,9 
31,,6 
74,6 
7,9 
70-100 27,6 38,,6 
74,,0 
7,9 
100-130 311 41,0 
76,6 
7,1 
Gəcli boz-qəhvəyi (şabalıdı) 
Gəncə-Qazax massivi, 
N.Q.Minaşina, 1958 
0-21 31,88 
19,68 
64,00 

21-36 34,29 
25,92 
57,28 

36-52 43,37 33,0 
62,48 

 

 
199
 
Morfoloji cəhətdən adi boz-qəhvəyi (şabalıdı)   torpaqların profili genetik horizontlara parçalanmışdır. 
Profildə çürüntülü-akkumulyativ A, illüvial-karbonatlı B və  əsasən karbonatlı gillicəlıərdən ibarət olan C 
horizontları aydın  seçilir. Üst horizontlar qonurumtul-qəhvəyi, zəif qəhvəyi çalarlı qonurumtul rənglə, aydın 
seçilməyən dənəvari və topavari-qozvari struktur ilə seçilir. B horizontu nisbətən bərk (kip) quruluşu və 
kəltənvari strukturu ilə seçilir. Təsvir edilən torpaqlarda humus profilinin qalınlığı az olub çox vaxt 40-50 sm-
dən artıq olmur. Bioloji cəhətdən yaxşı  işlənilmə  və torpaqların üst horizontları üçün səciyyəvidir. Torpaqlar 
adətən səthdən qaynamağa başlayır. Karbonatlar üst horizontlarda yalançı mitsellər və xırda nöqtələr şəklində 
ifadə olunduqları halda B
2
, C horizontlarında ağgözcük konkresiyaları şəkilində özünü göstərir. Ağgözcüklərin 
iştirakı karbonatlı-illüvial horizonta müəyyən bərklik verir. Həmin horizont üst və alt horizontlara nisbətən daha 
güclü qaynayır. 
Adi boz-qəhvəyi (şabalıdı)  torpaqlarda humusun miqdarı tünd boz-qəhvəyi torpaqlarda olduğuna nisbətən 
azdır. Onun miqdarı üst horizontlarda 2,0-3,0% arasında dəyişir. 
Böyük Qafqazın şimal-şərq yamacında  yayılmış adi boz-qəhvəyi (şabalıdı)  torpaqlarda humusun miqdarı 
3,03%-ə (H.Ə.Əliyev, 1964), cənubi-qərbi Azərbaycanda isə 3,09%-ə çatır (Ş.G.Həsənov, 1978). Azotun 
miqdarı üst qatlarda çox vaxt 0,16-0,28%-dən çox olmur, C/N nisbəti isə 5-9 həddində dəyişir. Humus humat və 
fulvat-humat tərkiblidir. Ch/Cf nisbəti 1,2-1,3 -ə bərabərdir. 
Təsvir edilən torpaqlar üçün nisbətən yüksək karbonatlılıq səciyyəvidir. A və A/B horizontlarında CO
2
-nin 
miqdarı 0,5-dən 8%-dək dəyişir. Aşağıya doğru CaCO
3
 miqdarı artır, ağgözcüklər horizontunda özünün 
maksimum qiymətinə çatır. Suvarılan variantlarda karbonatların üst qatdan yuyulması müşahidə edilir. 
Adi boz-qəhvəyi (şabalıdı)  torpaqlar əsaslarla doymuş halda olur. Qranulometrik və ümumi tərkibdən, 
humusun miqdarından asılı olaraq torpaqların üst qatında orta hesabla hər 100 q torpaqda 25-40 m-ekv təşkil 
edir. Udulmuş əsasların içərisində Ca
2+
 və Mg
2+
-un miqdarı daha yüksəkdir. Bəzən kəsimlərdə xüsusilə profilin 
orta hissəsində Mg kationunun miqdarı xeyli yüksək olur. Bir sıra tədqiqatçılar bunu dolomitləşmiş 
əhəngdaşlarının aşınma məhsullarının iştirakı ilə izah edirlər. Torpaq mühitinin reaksiyası üst qatlarda çox vaxt 
neytral və zəif qələvi olub, pH-ın qiyməti aşağı qatlara doğru artır.  
Adi boz-qəhvəyi (şabalıdı)  torpaqların qranulometrik tərkibi ağırdır, gilli və ağır gillicəli növmüxtəliflikləri 
üstünlük təşkil edir. Üstq qatda lil hissəciklərinin miqdarı 27±3,2%, fiziki gilin miqdarı 60±4,5% təşkil edir. 
Bəzi rayonlarda fiziki gilin yüksək miqdarı (72%-dək) müşahidə edilmişdir. Lil hissəciklərinin miqdarı profilin 
orta hissəsində daha yüksəkdir. Bu özünü morfoloji cəhətdən həmin horizontda gilləşmə  əlamətləri ilə yaxşı 
göstərir. Torpaqların mineraloji tərkibi digər yarımtiplərdəkinə yaxındır. 
Xam torpaqlarda adi boz-qəhvəyi (şabalıdı)  torpaqların  şorlaşması müşahidə edilmir, asan həll olunan 
duzların miqdarı orta hesabla 0,11-0,16%-dən artıq olmur. Lakin ayrı-ayrı hallarda suvarılan variantlarda və par-
çalanmamış sahələrdə, bərk gilli süxurlar üzərində formalaşan torpaqlarda dərindən şoranlaşmış və şorakətvari 
növmüxtəlifliklərinə rast gəlinir. 
Ümumi tərkibinə görə bu torpaqların profili yaxşı differensiasiya etmişdir. Silisium-oksidin üst, biryarım 
oksidlərin orta horizontlarda daha çox toplanması müşahidə edilir. 
Orta bonitetə malik adi boz-qəhvəyi (şabalıdı)  torpaqların xeyli hissəsi suvarma əkinçiliyində, ayrı-ayrı 
massivləri isə dəmyə şəraitində bağlar və üzümlüklər üçün istifadə olunur. 
Açıq boz-qəhvəyi (şabalıdı)    torpaqlar yarımtipi. Açıq boz-qəhvəyi (şabalıdı)  torpaqlar boz-qəhvəyi 
torpaqlar tipinin daha arid variantı olub quru çöllərin daha quraq hissələrində, çox vaxt tünd və adi boz-qəhvəyi 
torpaqlardan aşağıda yayılmış. Bu torpaqlar dağətəyi düzənliklərin nisbətən alçaq hissələrində, Kür-Araz 
ovalığının  ətraf zolağının maili şleyflərində nisbətən böyük areala malikdirlər. Təsvir edilən torpaqlar coğrafi 
cəhətdən Böyük Qafqazın  şimal-şərq yamaclarında, Qaraməryəm yaylasında, Acınohur çölü və Qobustanda, 
Kiçik Qafqazda isə  Gəncə-Qazax massivində, Qarabağ  və Mil çöllərində, Arazsahili zolaqda Arazın qədim 
parşalanmış terraslarına qədər Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, Naxçıvan MR-də dağətəyi şleyf zolaqda 
adi boz-qəhvəyi torpaqlardan aşağıda yayılmışdır. 
Təsvir edilən torpaqlar başlıca olaraq yovşan-ağot, efemer-yovşan, bəzi hallarda yovşanlı-taxılkimilərli-
efemer bitkilər altında formalaşırlar. Açıq boz-qəhvəyi torpaqlar delüvial, bəzi yerlərdə isə delüvial-prolüvial 
mənşəli karbonatlı, gipsli və lösşəkilli gillicələr  əhəngdaşlı qumlucaların çınqıllı  aşınma məhsulları  və s. 
süxurlar üzərində əmələ gəlirlər. 
İqlim şəraitinin quraq olması ilə əlaqədar olaraq açıq boz-qəhvəyi (şabalıdı)  torpaqların yayıldığı ərazilərdə 
torpaqəmələgəlmə prosesi yuyucu olmayan su rejimi şəraitində inkişaf edir. Bununla əlaqədar olaraq torpaq 
qatlarında gips, asan həll olunan duz və karbonatların tədrici toplanması baş verir. Dərində yerləşdiyi üçün qrunt 
sularının torpaq proseslərinə təsiri müşahidə edilmir. 
 

 
200
 
 
Şəkil 19.  Subtropik bozqır landşaftının boz-qəhvəyi (şabalıdı) torpağı 
(Ceyrançöl ərazisi) 
Morfoloji cəhətdən açıq boz-qəhvəyi (şabalıdı)  torpaqların profili əksər hallarda yaxşı differensiasiya 
etmişdir və bu torpaqlarda çox vaxt adi boz-qəhvəyi torpaqlarda olan genetik horizontlar sisteminə oxşar sistem 
formalaşır. Lakin bir sıra  ərazilərdə, məsələn Naxçıvan MR-də, cənub-qərbi Azərbaycanda profilin 
differensiasiyasının nisbətən zəif olması qeyd olunur. Açıq boz-qəhvəyi (şabalıdı)  torpaqlar digər 
yarımtiplərdən humus profilinin qalığının və humusun miqdarının nisbətən az olması, rəng fonunun bir qədər 
açıqlaşması, yüksək karbonatlığı, karbonatlı yeni
 
törəmələrin səthə daha yaxın olması, karbonatlı-illüvial  
horizontun aydın seçilməsi və onun daha çox bərkiməsi, şoranlaşma və şorakətləşmə əlamətlərinin daha tez-tez 
müşahidə edilməsi və digər əlamətlərinə görə xeyli fərqlənir. 
Təsvir edilən torpaqlarda humus profilinin qalınlığı çox hallarda orta hesabla 30-35 sm-dən artıq olmur. 
Humusun miqdarı isə 2,1-2,3%-dən yüksək olmur. Bəzi vilayətlərdə onun miqdarı daha aşağı olur. Naxçıvan 
MR-də açıq boz-qəhvəyi (şabalıdı)  torpaqların üst horizontunda humusun miqdarı 1,14-1,85% arasında dəyişir. 
Humusun dəyişməsi torpaq profilində  aşağı qatlara doğru tədricidir. Humusun tərkibi humat və fulvat-humat 
tiplidir. Ch/Cf nisbəti 0,9-1,2-dir. Suvarma və şorakətləşmənin təsiri altında fulvoturşuların miqdarının humin 
turşularına nisbətən artması müşahidə olunur. Ümumi azotun miqdarı humusa uyğun  şəkildə  dəyişir və üst 
qatda onun miqdarı adətən 0,13-0,17% təşkil edir. C/N nisbəti çox vaxt geniş olur. 

 
201
Açıq boz-qəhvəyi (şabalıdı)  torpaqlar udulmuş əsaslarla doymuşdur. Udulmuş əsaslar içərisində kalsium, 
sonra isə maqnezium üstünlük təşkil edir. Kalsiumun udulmuş  əsaslar cəmindən faizlə miqdarı humuslu 
horizontda alt qatlara nisbətən xeyli yüksək olur. Ayrı-ayrı hallarda torpaqların alt qatlarında (80-100 sm) 
udulmuş  əsaslar  içərisində udulmuş natriumun miqdarı kifayət qədər yüksək olur və torpaqlar şorakətliyi ilə 
səciyyələnir. Torpaq mühitinin reaksiyası qələvidir (pH 7,9-8,5). 
Açıq boz-qəhvəyi (şabalıdı)  torpaqların qranulometrik tərkibi həm ərazicə, həm də profil boyu paylanması 
müxtəlif olsa da gilli və  ağır gillicəli növmüxtəliflikləri üstünlük təşkil edir. Qranulometrik tərkibin analizi 
göstərir ki, şorakətli və duzlu torpaqlar qranulometrik tərkibinin daha ağır olması ilə fərqlənir. Bu torpaqlarda 
profilin qranulometruk tərkibinə görə tünd və adi boz-qəhvəyi (şabalıdı)  torpaqlarda olduğu kimi aydın 
differensiasiyası müşahidə  edilmir. Təsvir edilən torpaqların profilində gilləşmə əlaməti zəifləmiş və morfoloji 
cəhətdən aydın seçilən tekstur B horizontuna rast gəlinmir. Lil hissəciklərinin tərkibində montmorillonit və 
hidroslyuda mineralları üstünlük təşkil edir. 
Tərkibində çoxlu gips və asan həll olan duzlar olan süxurlar üzərində formalaşmış açıq boz-qəhvəyi 
(şabalıdı) torpaqların  şorlaşmış növmüxtəlifliklərinə  təsadüf edilir. Bu torpaqların duz tərkibinin öyrənilməsi 
aşağı horizontlarda, xüsusilə torpaqəmələgətirici süxurlarda quru qalığın miqdarının artmasını göstərir. Belə 
torpaqlar adətən dərindən şorlaşmaya malik olurlar. Bəzi hallarda quru qalığın miqdarı daha yüksək olub, 0,75-
1,17 %-ə çatır. Ümumi kimyəvi tərkibinə görə müxtəlif genetik horizontların bir-birindən  əsaslı  fərqlənməsi 
müşahidə edilmir. 
Ancaq boz-qəhvəyi (şabalıdı)  torpaqlar suvarma və dəmyə əkinçiliyində və eləcə də qış otlaqları altında 
geniş istifadə olunur. 
 “Gəcli” boz-qəhvəyi (şabalıdı)  torpaqlar yarımtipi. Gəcli boz-qəhvəyi (şabalıdı)  torpaqlar boz-qəhvəyi 
torpaqların digər yarımtipləri ilə müqayisədə  məhdud sahədə yayılmışdır. Bu torpaqlar sulfatlı  və karbonatlı 
aşınma qabığı üzərində formalaşmaqla  Şəmkirdən Gəncəyə kimi bütöv zolaq şəklində, eləcə  də Qazax 
rayonunda, Arazsahili zolaqda (Cəbrayıl, qismən Füzuli və  Zəngilan rayonları), Qarabağ düzündə ayrı-ayrı 
ləkələr şəklində yayılmışdır. 
Hələ vaxtilə V.V.Akimtsev, S.A.Zaxarov, B.A.Klopotovski gəci torpaqəmələgətirici süxurlar kimi təsvir 
etmişdir. Gəncə massivində gəcli torpaqları daha ətraflı öyrənən A.Q.Minaşina (1955) kükürdlü kobud qırıntı 
süxurlarını  gəc və  gəcli torpaqların mühüm tərkib hissəsi olan gipsin əsas mənbəyi hesab edirdi. O. gipsin 
spesifik təbii  şəraitdə (kükürdlü süxurlar, nisbətən meylli parçalanmış relyef, bitki örtüyünün seyrəkliyi, 
torpaqəmələgəlmə prosesinin çox uzun inkişafı və s.) əmələ gəldiyini qeyd edirdi. Ş.G.Həsənov (1960, 1978) 
cənub-qərbi Azərbaycanda gəcəmələgəlməni vulkanik yaylanın yerli oroiqlim şəraiti və keosulfid zonası 
süxurlarının aşınması ilə izah edir, ərazidə gəcin küləşi və ağ rəngli növmüxtəlifliklərinin yayıldığını göstərir. 
Onun fikrincə,  ərazidə  gəcli süxurların yaranması vulkogen xarakter daşımaqla bir sıra atmosfer amillərinin 
təsiri altında mürəkkəb kimyəvi aşınma prosesində baş vermişdir. 
Bir çox hallarda yüksək dağətəyi sahələrdə yura və  təbaşir yaşlı effuziv mənşəli kobud qırıntılı  aşınma 
məhsulları  və  tərkibində xeyli pirit və yarozit olan buzlaq və çaqıl daşlı narın torpaq çöküntülər  əsas 
torpaqəmələgətirici süxurlar rolunu oynayır. Təsvir edilən torpaqlar isti iqlim şəraitində  şoranotu-yovşan 
bitkiləri altında formalaşırlar. 
Gəcli torpaqların morfoloji xüsusiyyətlərini xarakterizə etmək üçün  Arazsahili zolaqda (Cəbrayıl rayonu) 
maili şleyfdə Ş.G.Həsənov tərəfindən təsvir edilmiş kəsimi nəzərdən keçirək. 
A
1
 – qəhvəyi çalarlı şabalıdı, ağır gillicəli, aydın seçilməyən dənəvari, yumşaq, çoxlu kökcüklər, nəmvari, 
güclü qaynayır, keçidi hiss olunur. 
A
2
  – yuxarıdakı horizontdan bir qədər açıq, ağır gillicəli, topavari-dənəvari, bərkvari, çoxlu kökcüklər, 
soxulcan yolları, tək-tək buzlaq daşları, nəmvari, şiddətli qaynayır, keçidi  tədricidir. 
B
1
 – sarı çalarlı açıq-qəhvəyi, aydın seçilməyən  dənəvari, sıx, soxulcan yolları, köklər azdır,  noxud şəkilli 
yeni törəmələr, təzə, şiddətli qaynayır, keçidi kəskindir. 
B
2
 – ağımtıl boz-sarı, struktursuz, bərkvari, karbonat və gips qabığı ilə örtülmüş çoxlu çınqıllar, çoxlu gips 
ayrılmaları, şiddətli qaynayır. 
C – struktursuz, tozvari-ağımtıl, çınqıl və narın torpaq qırıntıları, gəc, şiddətli qaynayır. 
Yuxarıdakı təsvirdən də göründüyü kimi, gəcli boz-qəhvəyi (şabalıdı)  torpaqlar morfoloji quruluşunun bir 
sıra özünəməxsus xüsusiyyətləri ilə seçilir. Profil aydın seçilən və qalın olmayan genetik qatlardan ibarət olur. 
Humus horizontu da qalın deyildir. Həmin horizontun qalınlığı  gəc qatının yerləşmə  dərinliyindən və  səthin 
relyef xüsusiyyətlərindən asılı olaraq orta hesabla 5-10 sm-dən 20-30 sm-dək tərəddüd edir. Bu horizont altda 
yerləşən  az miqdar çınqıl qarışıqlı kristallik gipsdən ibarət olan “gəcli” horizonta çox vaxt kəskin şəkildə keçir. 
Profildə gilləşmə  əlamətləri müşahidə edilmir. Təsvir edilən torpaqlar yüksək karbonatlıdır, bütün profil 
qaynayır. 
Gəcli boz-qəhvəyi (şabalıdı)  torpaqlarda humusun miqdarı adətən 2,2-2,8%-dən artıq olmur. Azotun  
miqdarı üst qatlarda 0,20-0,28% arasında dəyişir. C/N nisbəti daha genişdir. Karbonatların miqdarı  əksər 
hallarda humus qatının üst hissəsində  və “gəcli” horizontda nisbətən aşağı, profilin orta hissəsində isə daha 

 
202
yüksək olur.
 
Bunun əksinə olaraq sulfatların miqdarının profil boyu aşağıya doğru kəskin şəkildə artması aydın 
müşahidə olunur. 
Udulmuş əsaslaırn tərkibi və udma tutumu bu torpaqların əsaslarla doyduğunu göstərir. Udulmuş Ca
2+
 və 
Mg
2+
 miqdarı da yüksəkdir. Profil boyu aşağıya doğru udulmuş kalsium kationunun miqdarı artır və gipsli 
horizontda maksimum miqdara çatır. 
Gəcli boz-qəhvəyi (şabalıdı)  torpaqlar qranulometrik tərkibinə görə müxtəlifdir. Üst horizontlar ağır 
qranulometrik tərkibə mailk olduqları halda, aşağı horizontlarda, xüsusilə torpaqəmələgətirici süxurlarda kobud 
fraksiyalar (fiziki qum) üstünlük təşkil edir. Lös fraksiyalarının əsas hissəsi (40-65%) “gəcli” horizontun payına 
düşür. Ağır gillicəli və gilli növmüxtəliflikləri üstünlük təşkil edir. 
Təsvir edilən torpaqlarda şorlaşma əlamətləri müşahidə edilmir. Üst horizontlarda quru qalığın miqdarı 0,2-
0,8% olduğu halda aşağı horizontlarda gipsin yüksək olması hesabına artaraq 1,75%-ə çatır. 
Əkinçilik praktikasında gəcli boz-qəhvəyi (şabalıdı)  torpaqlardan məhdud şəkildə istifadə olunur. Relyefin 
nisbətən yüksək elementlərində boz-qəhvəyi torpaqların mənimsənilən variantları  dəmyə  əkinçiliyində (taxıl, 
üzümlük və bağlar altında) istifadə olunur. Onların morfoloji quruluşunda əsaslı dəyişikliklər müşahidə edilmir. 
Bu torpaqlarda şum qatı və onun altında bir qədər bərkimiş qat əmələ gəlir. Humusun bir qədər azalması, rəngin 
isə açıqlaşması baş verir. 
Boz-qəhvəyi (şabalıdı)  torpaqların suvarılan variantlarında uzun müddətli suvarmanın təsiri özünü göstərir. 
Bu torpaqlar nisbətən qalın  şum horizontu, yüksək bioloji aktivliyi, humusla dərindən rənglənmə, səthdə 
aqroirriqasiya gətirmələrinin olması, lil hissəciklərinin yüksək olması, asan həll olan duzların dərinə yuyulması, 
karbonatların daha dərində (80-90 sm) müşahidə edilməsi, profilin orta hissəsində bərkimiş gilləşmiş horizontun 
əmələ gəlməsi və s. ilə səciyyələnir. 
Boz-qəhvəyi (şabalıdı)  torpaqların bərkimiş, karbonatlı,  şoranvari, suvarılan və tam inkişaf etməmiş 
cinsləri ayrılır. 
Boz-qəhvəyi (şabalıdı)  torpaqlar yüksək bonitetli torpaqlar sırasına daxildir. Əsasən əlverişli fiziki-kimyəvi 
xassələrə malik olan bu torpaqlardan kənd təsərrüfatında geniş istifadə olunur. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin