Qərib Məmmədov


§ 60. Podzollu sarı torpaqlar



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə24/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   20   21   22   23   24   25   26   27   ...   52
§ 60. Podzollu sarı torpaqlar 
 
Podzollu sarı torpaqlar Azərbaycan Respublikasında yeganə olaraq Lənkəran vilayətində dağətəyi 
düzənliyin Xəzər abrazion-akkumulyativ terraslarında yayılmışdır. Onlar həmçinin dağətəyi və alçaq dağlıq 
sahələrdə, çay terraslarında, yamacların dellüvial şleyflərində əmələ gəlirlər.  
Podzollu sarı torpaqlar qrunt sularının dərində olmadığı yuyucu su rejimi şəraitində inkişaf edir. Təsvir 
edilən torpaqların yayıldığı ərazilərdə orta illik temperatur 10-14
0
, ən soyuq ayın (yanvar) temperaturu isə 0-4
0
 
arasında tərəddüd edir, torpaqlar isə demək olar ki, donmur. Yağıntıların orta illik miqdarı 900-1400 mm olub 
şimalda 600 mm-dək azalır. Yağıntıların paylanması mövsümi xarakter daşıyır: maksimum payız və yazda, 
minimum isə yay mövsümündə düşür. Fəal temperaturların cəmi 4500-4800
0
 arasında tərəddüd edir. 
Bu torpaqların yayıldığı ərazilərdə torpaqəmələgəlmə prosesi izafi səthi və qrunt rütubətlənməsi və pH-ın 
qiymətinin xeyli aşağı olduğu bir şəraitdə gedir. Bu isə öz növbəsində üzvi və üzvi-mineral birləşmələrin 
profildə hərəkət və yerdəyişməsinə ciddi təsir göstərir. 
Podzollu sarı torpaqları sarı dağ-meşə torpaqları ilə yaxınlaşdıran bir sıra əlamətlər mövcuddur. Bunlardan 
udma tutumunun yüksək olması,  əsaslarla yüksək dərəcədə doyması, turşuluğun profil üzrə ümumi gedişi, 
profilin yuxarı hissəsinin silisium-oksidlə, aşağı hissəsinin isə  dəmir və alüminium biryarım oksidləri ilə 
zənginləşməsi, yüksək gilləşmə və lil hissəciklərinin mineraloji tərkibinin oxşar olmasını göstərmək olar. Lakin 
bu torpaqlar sarı dağ-meşə torpaqlardan düzən  şəraitdə çökmüş sarımtıl aşınma qabığı  məhsulları üzərində 
inkişafı, torpaqların daha çox rütubətlənməsi (o cümlədən yamaclardan axıb gələn səth suları hesabına) və 

 
166
bununla əlaqədar podzol və qleyləşmə əlamətlərinin yaxşı ifadə olunması, o cümlədən profil üzrə maddələrin 
miqrasiyasının başqa xüsusiyyətlərə malik olması ilə seçilir. Torpaqəmələgəlmənin bütün bu xüsusiyyətləri 
podzollu sarı torpaqlara sarı torpaqlar qrupunda müstəqil tip kimi baxmağa imkan vermişdir (R.V.Kovalyov, 
1966). 
Təsvir edilən torpaqların morfologiyasının xarakterik diaqnostik göstəricilərindən A

və B
1
 horizontlarında 
yaxıntı və ləkələr şəklində manqan-dəmir törəmələrinin, səthdə isə qleyləşmə əlamətlərinin olmasını göstərmək 
olar. Bundan başqa humuslu-akkumulyativ horizontda lil hissəciklərin miqdarının azalması  və illüvial B 
horizontunda yüksək gilləşmənin mövcudluğu göstərilən torpaqların xarakter diaqnostik göstəricilərindəndir. 
Aşağıda podzollu sarı torpaqların profilinin tipik ümumiləşdirilmiş morfoloji təsvirini nəzərdən keçirək 
(R.V.Kovalyov, 1966). 
A
1
 - bozumtul-açıq sarı, aşağı hissələrdə ağımtıl ləkələr, topavari-qozvari, xırda kökcüklər, bərkvari, ağır 
yaxud yüngül gillicəli, keçidi hiss olunur. Qalınlığı 15±2,0 sm. 
A
2
 – göyümtül-pas rəngli yaxıntılı  ağımtıl-açıq sarı, bərkimişdir, topavari-xırda kəltənvari, bəzən lövhə 
şəkilli, köklər ağır gillicəli, aşağı hissəsində noxud dənələri ölçüsündə manqan-dəmir konkresiyaları, keçid dil 
şəkillidir. Güclü podzol torpaqlarda açıq rənglidir, qleyvari torpaqlarda göyümtül boz ləkələr. Qalınlığı 19±2 
sm. 
B

- açıq sarı (küləşi)-qəhvəyi, sıx, çatvari, kəltənvari-prizmaşəkilli, silisiumlu törəmələr, humusla 
rənglənmiş və bozuntul-mavi ləkələr, noxud ölçüsündə manqan-dəmir konkresiyaları, köklərə rast gəlinir, keçidi 
hiss olunur. Qalınlığı 21±2,0 sm. 
B
2
 – açıq sarı-qəhvəyi, çox bərk, çatlarla prizma və kəltənlərə bölünmüşdür, kənarlarında silisiumlu ərplər, 
tünd humus və manqan-dəmirli ləkələr, köklər azdır, keçidi hiss olunmur. Qalınlığı 40±3,0 sm. 
BC – açıq sarı-qəhvəyi, gilli, bərk, kəltənlərlə qopardılır, keçidi aydındır. Qalınlığı 27±3,0 sm. 
C –laylı qumlu-gillicəli, yaxud gilli prolüvial çöküntülər. 
Podzollu –sarı dağ-meşə torpaqların  əsas tərkib hissələri aşağıdakı  cədvəldə (cədvəl 54 ) öz əksini 
tapmışdır. 
 
Cədvəl 54 
Podzollu-sarı dağ-meşə torpaqların əsas tərkib hissələri 
(M.A.Şıxov, 1974) 
 
Dərinlik, 
sm 
Humus,

Azot,

C/N 
Udulmuş 
əsasların 
cəmi, 
m-ekv 
<0,001 
mm 
<0,01 
mm 
pH 
(su) 
0-6 
5,16  0,29 10,7  26,2 
27,7  66,9 5,8 
6-16 4,20 0,26 
9,5 31,3 43,4 
75,,6 
5,9 
16-42 2,95 0,20 
8,6  35,8  46,6 75,4 
6,2 
42-62 1,94 0,17 
6,6  35,2  47,9 75,9 
6,6 
62-100 0,44 0,05 5,2  33,1  45,1 78,1 
6,8 
 
Cədvəldən göründüyü kimi, bu torpaqların üst çürüntülü-akkumulyativ qatında humusun miqdarı 6,16-
6,47% arasında dəyişir. Bu torpaqların tipik növlərində bir qayda olaraq üst qatlardan aşağıya doğru humusun 
miqdarı əvvəlcə kifayət qədər kəskin şəkildə, daha sonra tədricən azalır, 40-50 il əvvəl meşə və kollar altından 
azad edilmiş və mənimsənilmiş podzollu-sarı torpaqlarda humusun miqdarı çox vaxt 2,6-3,8% arasında tərəddüd 
edir. Humusun xeyli hissəsi dəmir-oksidləri ilə birləşmişdir. Ümumi azotun miqdarı üst qatda 0,29-0,30%-ə 
çatır. C/N genişdir – üst qatda 10,7-11,5-dir. Bu isə humusun azotla nisbətən zəif təmin olunduğunu göstərir. 
Podzollu-sarı dağ-meşə torpaqların üst qatında humusun və azotun miqdarının orta riyazi qiyməti müvafiq 
şəkildə 6,3 və 0,23% -dir. C/N nisbəti isə 12-14 arasında dəyişir (Salayev, 1991). 
Təsvir edilən torpaqların üst qatında udma tutumunun orta miqdarı 100 q torpaqda 21,7±2,9 m-ekv. təşkil 
edir. Udulmuş  əsaslar içərisində Ca
2+
  və Mg
2+
 üstünlük təşkil edir. Gillənmiş illüvial horizontda maqneziun 
kationunun miqdarı artır. Bu isə  həmin qatın və torpaqəmələgətirici süxurların fiziki xassələrinə  mənfi təsir 
göstərir. Udulmuş natriumun miqdarı adətən 0,5 m-ekv-dən yüksək olmur, az hallarda 1,2-1,5 m-ekv-ə çatır. 
Torpağın üst qatlarında udulmuş hidrogen və alüminiumun miqdarı ümumi udma tutumunun müvafiq şəkildə 
3,7-0,7 və 1,7-0,3%-ni təşkil edir. Müəyyən olunmuşdur ki, onların miqdarı podzollaşma əlamətləri gücləndikcə 
artır, maksimum miqdarı isə podzollaşmış horizontda və illüvial horizontun üst hissəsində müşahidə olunur. 
Podzollu-sarı dağ-meşə torpaqlarda mühitin reaksiyası turşdur (pH 5,3-5,5) və profil boyu onun 
dəyişməsinin özünəməxsus xüsusiyyətləri vardır. Üst humuslu horizontda mühitin turşuluğu nisbətən azdır. 
Profilin orta hissəsində isə udulmuş hidrogen və alüminiumun nisbətən çox olması ilə əlaqədar olaraq mühitin 
reaksiyası daha turş olur, illüvial qatın aşağı hissələrində və torpaqəmələgətirici süxurlarda isə neytrala yaxındır. 

 
167
Təsvir edilən torpaqların qranulometrik tərkibi ağır gillicəli və daha çox gilli olması ilə seçilir. Dellüvial-
prolüvial gillər üzərində formalaşan torpaqların sarı dağ-meşə torpaqları ilə müqayisədə qranulometrik tərkibi 
daha ağır olur. Podzoləmələgəlmə prosesi ilə əlaqədar olaraq profilin qranulometrik tərkibinə görə aydın şəkildə 
fərqlənməsi müşahidə edilir. Profilin orta hissəsi ilə müqayisədə daha çox gilləşmişdir. Profilin orta hissəsində 
lil hissəciklərinin miqdarı 47-38%-ə, fiziki gilin miqdarı isə 75%-ə çatır. Bununla əlaqədar olaraq illüvial B 
horizontunun bərkiməsi baş verir. Profilin orta hissəsinin daha çox gilləşməsi podzoləmələgəlmə prosesi ilə 
əlaqədardır. Torpaq nə qədər çox podzollaşmış olarsa, illüvial horizont gillə bir o qədər çox zənginləşmiş olur. 
Bundan başqa dellüvial-prolüvial gillər üzərində formalaşmış torpaqların B horizontunun gilləşməsində narın 
dispers hissəciklərlə zəngin olan süxurların özlərinin də rolu vardır. 
Podzollu-sarı dağ-meşə torpaqlarının lil fraksiyalarının mineraloji tərkibinin öyrənilməsi göstərir ki, bu 
hissəciklərin tərkibində törəmə  minerallar daha çoxdur. Onların içərisində montmorillonit qrupu mineralları 
üstünlük təşkil edir (40-50%). Kaolinit mineralları  az miqdardadır (10-15%). Kvars mineralları 2-4%, slyuda və 
hidroslyuda isə daha da azdır. Mineraloji tərkibdə amorf maddələri (silisium-oksid, biryarım oksidlərin 
mineralları və s.) də kifayət qədərdir -32-43%. 
Podzollu-sarı dağ-meşə torpaqlarının ümumi kimyəvi və mineraloji tərkibinin öyrənilməsi göstərir ki, bu 
torpaqlarda podzoləmələgəlmə prosesi özünün spesifikliyi ilə  fərqlənərək lil hissəciklərinin parçalanmadan 
profil boyu mexaniki hərəkəti ilə müşahidə olunur. Burada profilin daha şimal enliklərin
 
podzol torpaqlarında 
olduğu kimi silisium, dəmir və alüminiumun biryarım oksidlərinin miqdarına görə kəskin fərqlənməsi müşahidə 
edilmir. Torpaqların üst çürüntülü akkumulyativ horizontunun silisium-oksidlə bir qədər zəngin olması  təkcə 
dəmir və alüminiumun biryarım oksidlərinin aşağı qatlara aparılması deyil, həm də bu qatda tərkibində SiO
2
-nin 
çox olduğu daha iri hissəciklərin artıq olması ilə əlaqədardır. Təsvir edilən torpaqların illüvial B horizontunda 
biryarım oksidlərin bir qədər artıq toplanması müşahidə olunur. 
Podzollaşma prosesinin ifadə olunma dərəcəsindən və torpaqəmələgətirən süxurların xarakterindən asılı 
olaraq podzollu-sarı torpaqlar aşağıdakı yarımtiplərə ayrılır. 
Zəif doymamış podzollu-sarı torpaqlar yarımtipi. Bu torpaqlar  Lənkəran ovalığında relyefin nisbətən 
yüksək elementlərində meşə altından çıxmış sahələrdə yayılmışdır. Bu yarımtipə aid torpaqlar podzollu-sarı 
torpaqlar tipinin morfoloji xüsusiyyətlərini demək olar ki, eynilə özündə  əks etdirir. Fərqli cəhətlər isə lokal 
şəkildə elüvial horizontun daha aydın ifadə olunması, səthi qleyləşmə əlamətlərinin olması və nisbətən yüksək 
doymama dərəcəsi (20-30%) ilə ifadə olunur. 
Zəif doymamış lösləşmiş podzollu-sarı torpaqlar yarımtipi. Bu torpaqlar  Lənkəran vilayətində quraq 
mövsümün aydın ifadə olunduğu kontrast rejimli rütubətlənmə şəraitində formalaşırlar. Təsvir edilən torpaqlar 
üçün elüvial horizontun zəif ifadə olunması, zəif turş reaksiya (pH 5,8-6,7) nisbətən zəif doymama dərəcəsi  
(10-12%), mineral elementlərin profil boyunca az və ya çox dərəcədə bərabər paylanması və s. səciyyəvidir. Bu 
torpaqların profilində  şimal enliklərin tipik podzol torpaqlarında olduğu kimi biryarım oksidlərin 
paylanmasındakı kəskin fərqlər müşahidə edilmir. Zəif doymuş lösləşmiş podzollu-sarı torpaqlar üçün lösləşmə 
prosesi səciyyəvidir. Rütubətli subtropiklər  şəraitində torpaqəmələgəlmənin səciyyəvi proseslərindən olan 
lösləşmə zamanı narın dispers üzvi-mineral hissəciklərin kimyəvi cəhətdən parçalanmadan üst horizontlardan 
aşağı horizontlara doğru mexaniki yerdəyişməsi baş  verir. Bununla əlaqədar olaraq rəngi nisbətən açıq olan 
elüvial A
2
 horizontu (döşənək və yaxud A

horizontu altında) və illüvial B horizont əmələ  gəlir. Bütün bu 
proseslərlə  əlaqədar təsvir edilən torpaqların genetik horizontlarının qranulometrik tərkibinə görə  kəskin 
fərqlənməsi müşahidə olunur.  
Podzollu-sarı dağ-meşə torpaqların xeyli hissəsi meşələr qırıldıqdan sonra çay, tərəvəz və qismən taxıl 
bitkiləri üçün istifadə olunur. Kənd təsərrüfatı bitkiləri üçün uzun müddət istifadə edilən və  təbii  şəkildə 
(meşədə) mövcud olan torpaqların müqayisə edilməsi becərilən torpaqların ciddi fiziki-kimyəvi dəyişikliklərə 
məruz qaldığını göstərir. Bu birinci növbədə humusun miqdarlının azalmasında özünü göstərir. Belə ki, uzun 
müddət çay altında istifadə edilən torpaqlarda humus ehtiyatının 1,5-2,0 dəfə azalması müşahidə edilir. 
Bu torpaqlardan səmərəli istifadə edilməsi, onların münbitliyini artırmaq, qalın şum qatı yaratmaq, subasma 
ilə mübarizə aparmaq və bir sıra başqa aqrotexniki və meliorativ mübarizə tədbirləri tətbiq edilməlidir. 
 
§ 61. Podzollu-qleyli-sarı torpaqlar 
 
 
Podzollu-qleyli-sarı torpaqlar Lənkəran vilayətində  dənizkənarı ovalığın nisbətən cənub hissəsində alçaq 
terraslarda, relyefin çökək hissələrində yayılmışdır. Bu torpaqların yayıldığı zolaq gətirmə konusu ərazilərində 
genişlənir, konuslararası çökəkliklərdə isə daralır. Qərbdə bu torpaqların yayıldığı zolaq dağətəyi düzənlikdə 
yayılmış podzollu-sarı torpaqlarla, şərqdə daha çökək sahələrin bataqlıq torpaqları ilə sərhədlənir. 
Təsvir edilən torpaqların yayıldığı  ərazilərdə  əsas torpaqəmələgətirici süxurlar sarımtıl və siallit aşınma 
qabığının allüvial-prolyüvial çöküntülərindən ibarətdir. Bu çöküntülərin tərkibi mürəkkəb olmaqla çox vaxt laylı 
quruluşa malik olur. Gətirmə konuslarının mərkəz (ox) hissəsində qum, çınqıl və çox az hallarda gil layları ilə 
əvəz olunan gillicəli və qumlucalı laylar üstünlük təşkil edir. Relyefin alçaq sahələrində bu çöküntülərin 

 
168
qalınlığı 1-5 m, nisbətən hündür sahələrdə isə 5-10 m-ə çatır. Genetik cəhətdən sarımtıl aşınma qabığı ilə 
əlaqədar olan prolüvial-allüvial çöküntülər dəmir və alüminium biryarım oksidləri ilə  zəngindir. Onların 
tərkibində asan həll olan duzlar və karbonatlara rast gəlinmir. Təsvir edilən çöküntülərin altında dənizsahili 
rayonlarda  karbonatlı, bəzi hallarda isə duzlu dəniz çöküntüləri yayılmışdır. 
Dənizsahili ovalığın geoloji yaşının nisbətən cavan olması ilə  əlaqədar olaraq torpaqəmələgəlmə prosesi, 
ümumiyyətlə, o cümlədən podzollaşma prosesi zəif ifadə olunmuşdur.  İzafi səth və qrunt rütubətlənməsi isə 
qleyləşmə prosesinin intensivliyini müəyyənləşdirir. 
Podzollu-qleyli-sarı torpaqlar alçaq hirkan meşələri altında inkişaf etmişdir. Hazırda bu meşələr seyrək 
meşə  və kolluqlar şəklində ayrı-ayrı qruplar halında qalmışdır. Təsvir edilən torpaqların yayıldığı  ərazilər 
intensiv  şəkildə  mənimsənilmiş  və  təsərrüfat fəaliyyətinin təsiri altında torpaqda ciddi dəyişikliklər baş 
vermişdir. 
Torpaqların formalaşmasında rütubətlənmə  şəraiti böyük rol oynayır.  Ərazidə yağmurlu, temperaturun 
aşağı olduğu payız, qış və yaz fəsillərində qrunt sularının səviyyəsi yer səthindən 1 m hündürlüyə kimi qalxır. 
Bununla əlaqədar olaraq torpaqların profili yüksək dərəcədə rütubətlənmiş vəziyyətdə olur. Bu zaman suda asan 
həll olan maddələr profil boyu aşağıya hərəkət edir. İsti və nisbətən quraq yay mövsümündə qrunt sularının 
səviyyəsi yer səthindən 2-2,5 m-dək aşağı düşür. Torpaqların üst hissəsinin rütubətliliyi kəskin şəkildə azalır, 
torpaqların aerasiyası yaxşılaşır. Bu zaman oksidləşmə prosesi profilin üst hissəsini əhatə edir, asan həll olunan 
maddələrin profildən yuyulub aparılması müşahidə edilmir. Bu zaman da profilin alt hissəsi izafi qrunt 
rütubətlənməsinin təsiri altında olur. Yağmurlu, temperaturun aşağı olduğu mövsümdə torpağın üst qatında pH-
ın qiymətinin aşağı düşməsi (0,5 vahid), mütəhərrik alüminium və  dəmir birləşmələrinin miqdarının nisbətən 
artması müşahidə olunur.  
Podzollu-qleyli-sarı torpaqlar yüksək biogenliyi ilə  səciyyələnir. Mikrobioloji proseslər rütubətli payız 
mövsümündə daha intensiv şəkildə baş verir. 
Səth və qrunt suları ilə müxtəlif dərəcədə rütubətlənməsi, ana süxurların xarakteri, insanın təsərrüfat 
fəaliyyəti və s. amillərin təsiri altında podzollu-qleyli-sarı torpaqlar morfoloji əlamətlərinə görə müxtəlifdir. 
Misal üçün, mənimsənilmiş podzollu-sarı-qleyli torpaqlar üçün nisbətən homogen (eyni mənşəli)  şum qatının 
olması  səciyyəvidir. Burada A
1
 və A
2
 qatları arasında aydın sərhəd seçilmir, üst qat çox vaxt suvarma və plantaj 
becərməsinin təsirinin müşahidə edildiyi qarışdırılmış  mədəni qatdan ibarət olur. Bu torpaqlar üçün bərkimiş 
əkinaltı B
2
 qatının olması səciyyəvidir. Həmin qatın mövcud olmasını çox vaxt suvarma ilə izah edirlər. 
Əkinaltı  bərkimiş qatın olması, qranulometrik tərkibi və s. ilə  əlaqədar olaraq bu torpaqlar suyu çox zəif 
keçirir. Buna görə də çox vaxt səthdə səth sularının toplanıb dayanması müşahidə olunur. Bu isə öz növbəsində 
AB horizontunda qleyləşmə prosesinin inkişafı üçün əlverişli şərait yaradır. Ancaq qrunt sularının təsiri altında 
profilin aşağı hissəsindəki B və BC horizontlarında güclü qleyəmələgəlmə prosesinin inkişafı bu torpaqların ən 
səciyyəvi əlamətlərindən hesab olunur. 
Podzollu-qleyli-sarı torpaqlarla podzollu-sarı torpaqlar arasında genetik yaxınlıq olduğundan onların 
morfoloji əlamətlərində də oxşar çəhətlər çoxdur və bəzən bir-birini təkrarlayır. 
Təsvir edilən torpaqların profili üçün aşağıdakı morfoloji göstəricilər səciyyəvidir. Bu torpaqlarda 
bozumtul-küləşi rəngə malik A qatı qalın olmur – 15-18 sm. Lakin torpaqların bəzi variantlarında A qatının 
qalınlığı 20-30 sm-ə çatır. Profil boyu aşağı qatlara doğru torpağın rənginin açıqlaşması müşahidə olunur və 
küləşi-sarı  rəng üstünlük təşkil edir. Bir çox hallarda elüvial A
2
 horizontunda podzollaşma  əlamətləri təzahür 
edir, ağımtıl toz və ləkələr üzə çıxır. İllüvial B
1
 horizontu gilləşmənin daha güclü olması ilə seçilib bərk kəltənli 
struktura malik olur. Bu torpaqların bütöv qley horizontuna (B-BC) malik olması podzollu-qleyli-sarı torpaqlar 
tipinə xas olan ümumi əlaməti hesab olunur. 
Podzollu – qleyli - sarı torpaqların əsas tərkib hissələri aşağıdakı cədvəldə (55) verilmişdir. 

 
169
Cədvəl 55 
Podzollu-qleyli-sarı  torpaqların əsas tərkib hissələri 
(S.Z.Məmmədova, 2006) 
 
Dərinlik, 
sm 
Humus,

Azot,% C/N 
Udulmuş 
əsasların 
cəmi, 
m-ekv 
<0,001 
mm 
<0,01 
mm 
pH 
(su) 
0-23 3,40 0,22 
10,2 
32,8 
22,04 
53,28 
6,5 
23-54 2,51 0,17 
9,7 31,8 23,80 
57,12 
6,6 
54-90 1,44 0,14 
9,6 30,8 20,24 
55,16 
6,7 
94-138 0,96  0,08 6,8 30,8 22,48 
58,20 
6,5 
138-176 0,43  0,06 5,7  29,8  23,00 
60,04 
6,4 
 
Təsvir edilən torpaqların üst qatında humusun miqdarı meşə örtüyü altında 5,0-5,2%-dək çatır. Çay 
plantasiyaları altında isə bu göstərici 3,2-3,4%-ə  qədər dəyişir. Profil boyu humusun miqdarının xeyli kəskin 
şəkildə azalması müşahidə olunur. Torpaqların üst qatında ümumi azotun miqdarı 0,25-0,28%-ə çatır. C/N 
nisbəti üst qatlarda 13,1-10,1 olduğu halda profilin aşağı hissələrində 5,0-9,0 kimi dəyişir. Uzun müddət səth və 
qrunt sularının təsiri altında izafi rütubətlənməyə  məruz qalması, bitki qalıqlarının anaerob şəraitdə 
parçalanması, mühitin turş reaksiyası və s. amillərin təsiri ilə əlaqədar olaraq bu torpaqlarda humusun  tərkibi 
fulvat tiplidir. Humin turşusunun fulvo turşularına nisbəti 0,4-0,7-ə kimi aşağı düşür. Humusun tərkibində xeyli 
miqdarda mütəhərrik humin və xüsusilə fulvo turşuları fraksiyaları vardır. 
Podzollu-qleyli-sarı torpaqların tərkibində adətən karbonatalara təsadüf edilmir. Yalnız dənizsahili 
karbonatlı çöküntülər üzərində inkişaf etmiş torpaqların alt qatlarında müəyyən qədər karbonatlara təsadüf 
edilir. 
Təsvir edilən torpaqlarda udma tutumunun miqdarı 100 q torpaqda 30 m-ekv-ə çatır. Udulmuş kationlar 
içərisində Ca
2+
 üstünlük təşkil edir və udma tutumunun 65,7-77,8%-ni təşkil edir. Udulmuş əsaslardan 32,5%-
dək Mg
2+
, 2,0%-dək H payına düşür. Udulmuş natriumun miqdarı 100 q torpaqda 0,2-0,5 m-ekv-ə çatır. 
Torpaqəmələgətirici süxurların tərkibində duzlu birləşmələrin iştirak etdiyi hallarda onun miqdarı artaraq 1,2-
1,4 m-ekv-ə çata bilir. Torpaqlarda udma tutumunun nisbətən yüksək olması xeyli dərəcədə lil fraksiyalarının 
tərkibində montmorillonit və hidroslyuda minerallarının üstünlük təşkil etməsi ilə əlaqədardır. 
Podzollu-qleyli-sarı torpaqlarda mühitin reaksiyası  zəif turşdur. Profilin aşağı qatlarında və 
torpaqəmələgətirici süxurların tərkibində karbonatlı birləşmələrin olduğu hallarda qələvi mühit əmələ gəlir. Zəif 
dərəcədə minerallaşmış qrunt sularınını qələviləşdirici təsirinini altında profil boyu dərinə getdikcə turşuluğun 
zəifləməsi müşahidə olunur. 
Təsvir edilən torpaqların qranulometrik tərkibi müxtəlifliyi ilə seçilir. Bu hər  şeydən  əvvəl 
torpaqəmələgətirən süxurların rəngarəngliyi və laylılığı ilə əlaqədardır. Bu süxurlar torpaqların yaşının nisbətən 
az olması ilə  əlaqədar olaraq torpaqəmələgələmə prosesində ciddi dəyişikliklərə  məruz qalmışdır. 
Qranulometrik trəkibinə görə ağır və orta gillicəli növmüxtəliflikləri üstünlük təşkil edir. Bununla yanaşı gilli və 
qumluca qarışıq yüngül gillicəli növlərə də rast gəlinir. Podzollu-sarı torpaqlarda olduğu kimi bu torpaqlarda da 
lil hissəciklərinin miqdarı elüvial-humus horizontunda nisbətən azalır, illüvial horizontda isə xeyli artır. 
Göstərilən horizontlar arasında lil hissəciklərinin miqdarının fərqi 10-25%-ə çatır. Lil hissəciklərinin tərkibində 
montmorillonit-kaolinit tərkibli gilli minerallar üstünlük təşkil edir. 
Podzollu-qleyli-sarı torpaqların lil hissəciklərinin ümumi kimyəvi tərkibinin öyrənilməsi onların yüksək 
dərəcədə dispers vəziyyətdə olan törəmə minerallarla  zəngin olduğunu göstərir. Onların 40-60%-i 
montmorillonit qrupu, 15-20%-i kaolinit, 2-4 %-i kvars, az bir hissəsi slyuda və hidroslyuda, 21-48%-i isə 
amorf maddələrdən  (silisium-oksid, biryarım oksidlər, yuxarı qatlarda humus maddələri və s.) ibarət olur. 
Profilin ayrı-ayrı genetik qatlarının ümumi kimyəvi tərkibinə görə  kəskin fərqlənməsi müşahidə olunmur. Bu 
göstərilən torpaqların nisbətən cavan olması və zəif podzollaşması ilə izah oluna bilər. Üst horizontlarda SiO
2
-
nin alüminium və dəmir-oksidlərinə molekulyar nisbəti müvafiq şəkildə 7,5-4,1 və 29,0-21,2, biryarım oksidlərə 
nisbəti isə 5,2-4,1-dir. 
Təsvir edilən torpaqların tərkibində 3 yarımtip ayrılır. 
Podzollu-qleyli-sarı torpaqlar yarımtipi. Bu yarımtip öz morfoloji xüsusiyyətlərinə görə podzollu-
qleyləşmiş torpaqlara yaxındır. Onlar səth və qrunt sularının torpaqəmələgəlməyə  təsirinin nisbətən güclü 
olduğu  relyef şəraitində formalaşır. Torpaqəmələgəlmə prosesinə güclü təsir göstərən qrunt suları yer səthindən 
2-2,65 m dərinlikdə yerləşir. Uzun müddət davam edən izafi qrunt rütubətlənməsi  şəraitində qleyəmələgəlmə 
prosesi özünü intensiv şəkildə göstərir. Bütöv qley horizontu (B, BC) profildə aydın seçilir. İllüvial horizontda 
dəmir və manqan yenitörəmələri nəzərə çarpır. 
Podzollu-qleyləşmiş –sarı torpaqlar yarımtipi. Bu yarımtipə aid olan torpaqlar Lənkəran ovalığında nisbətən 

 
170
geniş yayılmışdır. Torpaqlar müxtəlif qranulometrik tərkibə malik olan cavan allüvial və allüvial-dəniz çöküntüləri 
üzərində səth və qrunt sularının təsiri şəraitində formalaşırlar. Təsvir edilən torpaqların profilində qleyləşmiş BC və C 
horizontu aydın seçilir. Qleyləşmə əlamətləri fraqmentlər şəklində, dillər və qurşaqlarla ifadə olunur. 
Səthdən qleyləşmiş-podzollu-sarı torpaqlar yarımtipi. Göstərilən yarımtipə daxil olan torpaqlar cavan 
alçaq terrasların səthində, nisbətən kiçik sahələrdə yayılmışlar. Tez-tez mövsümi səthi rütubətlənməyə  məruz 
qalırlar. Əvvəlki  yarımtiplərdən fərqli olaraq qleyəmələgəlmə prosesi üst A və AB horizontlarında müşahidə 
edilir. Genetik qatlar rənginə görə fərqlənirlər. Ellüvial A
2
 horizontunun rəngi xeyli açıqlaşır. Dəmir oksidləri 
ilə  zənginləşmiş illüvial B horizontunun bərkiməsi nəzərə çarpır. Podzollu-qleyli-sarı torpaqlar daxilində adi, 
karbonat qalıqlı və tam inkişaf etməmiş torpaq cinsləri ayrılır. 
Təsvir edilən torpaqlar subtropik bitkilər – çay, sitruslar və qismən tərəvəz altında mənimsənilmişdir. Onlar 
orta bonitetə malikdir. Meşə altında torpaqlar 0-20 sm-lik 108,4 t, 0-50 sm-də 217,7 t və 0-100 sm-lik qatda 
369,9 t/ha humus ehtiyatına malikdir. Podzollu-qleyli-sarı torpaqlarda humus ehtiyatı müvafiq şəkildə 69,9, 
128,0 və 190,3 t/ha-dək azalır. 
Uzun müddətli və çox zaman düzgün olmayan becərmə ilə yanaşı qrunt sularının səthə yaxınlığı  və 
qleyləşmə prosesinin inkişafı da bu torpaqların aqronomik dəyərini bir qədər aşağı salır. Podzollu-qleyli-sarı 
torpaqlardan uzun müddət intensiv şəkildə istifadə olunarkən yüksək məhsul  əldə olunması üçün əsaslı 
meliorativ  tədbirlər, birinci növbədə qurutma, səth axınlarının tənzimlənməsi, qrunt sularının axıdılması, ardıcıl 
şəkildə üzvi gübrələrin verilməsi və s. həyata keçirilməsi tələb olunur. 
 
 
XXI FƏSİL. MEZOFİL MEŞƏLƏRİN TORPAQLARI 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin