Qərib Məmmədov


§ 63. Çimli-karbonatlı (çürüntülü-karbonatlı) dağ-meşə torpaqları



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə26/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   22   23   24   25   26   27   28   29   ...   52
§ 63. Çimli-karbonatlı (çürüntülü-karbonatlı) dağ-meşə torpaqları 
 
Çimli karbonatlı (çürüntülü karbonatlı) dağ-meşə torpaqları Azərbaycanın meşə zonasında zonadaxili 
(azonal) tip kimi ayrı-ayrı massivlər, yaxud meşəaltı kolluq, xırda ağacların və yüksək otların inkişaf etdiyi 
fıstıq, palıdlı-fıstıq meşələri altında, tala və meşə  kənarlarında bir-birindən təcrid edilmiş areallar şəklində 

 
176
yayılmışdır. Meşə qurşağının torpaqları fonunda adalar şəklində yayılması bu torpaqların yerli strukturunun əsas 
xüsusiyyətlərindən biridir. 
Çimli-karbonatlı meşə torpaqları müxtəlif iqlim şəraitində, meşə  və  çəmən bitkiləri altında, karbonatlı 
süxurlar üzərində  əmələ  gəlir. Respublikamızda bu torpaqlar Böyük və Kiçik Qafqaz dağlarında qonur və 
qəhvəyi dağ-meşə torpaqları arasında formalaşmışdır. 
Meşə çətirinin seyrək olduğu sahələrdə günəş şüaları torpaq səthinə düşdüyündən bozqırlaşma proseslərinin 
inkişafı üçün şərait əmələ gəlir. Bununla əlaqədar torpaqların səthində nazik çim qatı yaranır. 
Təsvir edilən torpaqların genezisində torpaqəmələgətirici süxurların xarakteri əhəmiyyətli rol oynayır. 
Yuxarıda qeyd edildiyi kimi bu torpaqlar əsasən karbonatlı süxurlar (əhəngdaşları, mergellər, yaxud bu 
süxurların çınqıllı delüviləri) üzərində formalaşırlar. Bununla əlaqədar olaraq genetik horizontların
 
rəngləri 
kəskin  şəkildə  fərqlənir. Belə ki, humus horizontu tünd rəngli olduğu halda aşağı qatların rəngi  əvvəl qonur, 
sonra isə boz olur. Torpaqəmələgətirici süxurların xüsusiyyətləri ilə əlaqədar olaraq bu torpaqlar üçün lotogenlik 
səciyyəvidir. Bu, birinci növbədə B horizontunun yüksək karbonatlı, xeyli bərkimiş, yüksək çınqıllı olması, 
bütün profilin nisbətən qısa olması ilə ifadə olunmuşdur. Təsvir edilən torpaqlar avtomorf şəraitdə, yuyucu, 
yaxud mövsümi-yuyucu su rejiminin hakim olduğu mühitdə formalaşır. 
Çimli-karbonatlı (çürüntülü-karbonatlı) torpaqların profilinin ümumiləşdirilmiş  təsvirini nəzərdən keçirək 
(M.E.Salayev, 1991). 
O
1
 – yarımçürümüş çöküntülər və ot bitkilərinin köklərindən ibarət yumşaq meşə döşənəyi. Çim qatının 
qalınlığı 8±3 sm. 
A – tünd rəngli (qonur-qara, yaxud qonur-qəhvəyi) yekcins humus qatı, xırda topavari-dənəvari, gilli, 
yumşaqvari, keçidi aydın, qaynayır. Qalınlığı 15±2 sm. 
A/B – sarımtıl çalarlı qonur-qəhvəyi, xırda topavari-qozvari, çoxlu yarıçürümüş ölü və canlı köklər, gilli, 
karbonatlı ərp qabığı ilə örtülü tək-tək süxur qırıntıları, bərkvari, keçidi kəskindir, şiddətli qaynayır. Qalınlığı 
14±0,8 sm. 
B – keçid horizontu. Çox rəngbərəngdir, boz-qəhvəyi rəng fonunda karbonatlı  ləkələr seçilir, əhəngdaşı 
çınqılları, gilli bərkvari, çoxlu ağac və kol bitkiləri kökləri. Uzunmüddətli yuyucu rejimli torpaqlarda, xüsusilə 
yuyulmuş yarımtiplərində illüviləşmə əlamətləri hiss olunur, bərk, keçidi kəskindir, şiddətli qaynayır. Qalınlığı 
19±3 sm. 
BC -  zəif sarımtıl çalarlı  ağımtıl (bozumtul), iri topavari, bəzi yerlərdə  zəif çatvari (rütubətli  şəraitdə 
struktur ifadə olunmur), bərk, çoxlu əhəngdaşı çınqılları (yaxud əhəngli qabıqla örtülü iri qumlar), gilli, şiddətli 
qaynayır, keçidi aydındır. Qalınlığı 20±3 sm. 
C - az miqdarda narın torpaq qarışıqlı əhəngdaşı, mergelin çınqıl elüvisindən, yaxud elüvial-delüvial gilli 
karbonatlı çöküntülərdən ibarət, şiddətli qaynayır, keçidi aydındır. Qalınlığı 20±3 sm. 
Çimli-karbonatlı (çürüntülü-karbonatlı) dağ-meşə torpaqlarının yuxarıda verilmiş ümumiləşdirilmiş 
təsvirindən də göründüyü kimi, bir sıra özünəməxsus diaqnostik göstəriciləri vardır. Həmin diaqnostik 
göstəricilərdən torpaq səthində meşə töküntüsünün, yaxud bozqırlaşmış meşə talalarında və açıqlıqlarında çim 
təbəqəsinin olmasını; profil boyu genetik horizontların rənglərinin bir-birindən kəskin fərqlənməsini; nisbətən 
homogen (eyni mənşəli) quruluşa malik, humusla yaxşı doymuş  və aqreqatlaşmış humus horizontunun aydın 
seçilməsini; B horizontunun ağımtıl (bozumtul) monoton quruluşu, çox vaxt çınqıllı olması, yuyulmuş yarımtip 
istinad edilməklə gilləşmə əlamətlərinin olmamasını və s. göstərmək olar. 
Azərbaycanın meşə zonasının nisbətən uzun məsafədə, müxtəlif ekoloji-coğrafi  şəraitə malik ərazilərdə  
yayılması ilə  əlaqədar olaraq çimli-karbonatlı dağ-meşə torpaqlarının 2 yarımtipi inkişaf etmişdir: yuyulmuş 
çimli karbonatlı və tipik çimli-karbonatlı dağ-meşə torpaqları. 
Yuyulmuş çimli-karbonatlı dağ-meşə torpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar meşə 
zonasının  mülayim rütubətli zonasında müxtəlif baxarlı
 
yamaclarda, karbonatlı süxurların elüvial-delüvial  
təbəqələri üzərində, qonur dağ-meşə torpaqları fonunda, yaxud həmin torpaqların qəhvəyi meşə torpaqları ilə 
qovuşduğu  ərazilərdə yayılmışdır. Atmosfer yağıntılarının miqdarı  və buxarlanma şəraiti ilə  əlaqədar olaraq 
göstərilən torpaqlar yuyucu su rejimi şəraitində inkişaf edir və bununla əlaqədar olaraq profildə karbonatların 
yuyulması  və B horizontunda illüviləşmə  əlamətləri müşahidə olunur. Yuyulmanın dərəcəsindən asılı olaraq 
karbonatlar bir çox hallarda 8-10 sm, bəzi hallarda isə 37-53 sm dərinlikdə müşahidə olunmağa başlayır. Onun 
miqdarı aşağı qatlarda 28,3-45,8% arasında dəyişir. 
Yuxarıda qeyd edildiyi kimi, bu yarımtipə daxil olan torpaqların profilində aydın müşahidə olunan gilləşmə 
əlamətləri olmur, yaxud da çox zəif ifadə olunur. Bu torpaqların digər morfoloji əlamətləri tipik çimli-karbonatlı 
torpaqlara oxşardır. Lakin həmin yarımtipdən karbonatların qaynama dərinliyi və profilin yaxşı inkişaf etməsi 
ilə fərqlənir. 
Şamaxı yaylasında bu torpaqların humus qatının qalınlığı 80-90 sm-ə çatır. Lakin ərazinin çox meylli 
olduğu və meşə örtüyünün zəif inkişaf etdiyi sahələrində humus qatının qalınlığı 30-50 sm-dən artıq deyildir. 
Humusun miqdarı meşənin xüsusiyyəti ilə əlaqədar olan töküntünün miqdarının müxtəlifliyi nəticəsində geniş 
həddə dəyişir və kifayət qədər yüksəkdir. 

 
177
Torpaqların üst qatında humusun orta miqdarı 6,5±3,1 %-dir (M.E.Salayev, 1991). Humusun əsas hissəsi 
kalsiumla birləşmiş halda olur. Bununla əlaqədar olaraq humuslu birləşmələr torpağın üst qatında daha yaxşı 
möhkəmlənib qalırlar. Göstərilən amil torpağın üst qatlarının daha yüksək udma tutumuna malik olmasına, kül 
elementləri ilə  zəngin olmasına müsbət təsir göstərir. Humusun miqdarı profil boyu aşağıya doğru kəskin 
şəkildə azalır. Bu, meşə torpaqlarına xas olan əlamətdir. Humus humat-fulvat tiplidir. Humin turşusunun fulvo 
turşusuna nisbəti vahiddən kiçikdir (0,7-0,8). Ümumi azotun miqdarı üst qatda 0,28-0,54% arasında dəyişir. 
Yuyulmuş çimli-karbonatlı dağ-meşə torpaqlarının udma tutumu tipik çimli-karbonatlı yarımtipi ilə 
müqayisədə az (orta hesabla 20,7±8,4 m-ekv) olsa da, ümumiyyətlə, nisbətən yüksəkdir. Udulmuş əsasların 96-
98%-ni udulmuş Ca
2+
 və Mg
2+
 təşkil edir. 
Torpaqların pH göstəricisi geniş  həddə  dəyişir, onun su məhlulunun göstəricisi 6,8-8,2 arasında olub üst 
qatda zəif qələvi, alt qatlarda isə  qələvi mühit olduğunu göstərir. Bu da əsasən torpağın karbonatlığı ilə 
əlaqədardır. 
Təsvir edilən torpaqlar ağır qranulometrik tərkibə malikdir, ağır gillicəlidən ağır gilli növmüxtəliflikləri 
arasında tərəddüd edir. Yuyulma prosesinin nisbətən intensiv getdiyi sahələrdə B horizontunda zəif gilləşmə 
əlamətləri müşahidə olunur. Bu cür torpaqların ayrı-ayrı genetik horizontlarında torpağın kimyəvi tərkibində 
CaO, SiO
2
, Al
2
O
3
, Fe
2
O
3
, lil hissəciklərində isə Al
2
O
3
 və Fe
2
O
3
 daha çox dəyişir. Profil boyu alt qatlara doğru 
torpaqda CaO və MgO artır, digər oksidlər isə azalır. Əksər oksidlərin torpağın üst qatlarında çox olması onların 
biogen yolla toplanmasının nəticəsidir. 
Tipik çimli-karbonatlı dağ-meşə torpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar dağ-meşə 
qurşağının aşağı hissələrində, seyrək və quru meşələr zolağında, bozqırlaşmış meşə talalarında, relyefin daha 
çox parçalanmış sahələrində yayılmışdır. Böyük Qafqazın cənub yamacında fıstıq meşələrinin təsiri altında 
1000-1300 m yüksəkliklərdə inkişaf etmişdir. Onların formalaşmasında meşələrin böyük miqdarda fitokütləsi 
ilə yanaşı, təbaşir və paleogenin əhəngdaşı və mergellərinin yüksək karbonatlı aşınma məhsulları da mühüm rol 
oynayır. Aşınma məhsulları çox hallarda kobud çınqıllı illüvial materiallardan ibarət olur. Yuyulmuş çimli-
karbonatlı dağ-meşə torpaqları yarımtipindən fərqli olaraq bu yarımtipə aid olan torpaqlar adətən mövsümi-
yuyucu, az hallarda isə yuyucu olmayan su rejimi şəraitində inkişaf edirlər. Bu və digər amillərin təsiri altında 
tipik çimli-karbonatlı torpaqlar əvvəlki yarımtipdən bir sıra morfoloji-genetik xüsusiyyətlərinə görə fərqlənirlər. 
Göstərilən fərqlər birinci növbədə torpaqların morfoloji quruluşunda
 
özünü göstərir. Belə ki, təsvir edilən 
yarımtipə daxil edilən və əsasən yamaclarda formalaşan torpaqların profili nisbətən qısa olur. Humus qatı adətən 
qalın olmur və çox vaxt 20-30 sm-dən artıq olmur. Humuslu horizontun B horizontuna keçidi kəskindir. Profilin 
orta hissələrində gilləşmə əlamətləri müşahidə olunmur. Bundan başqa göstərilən torpaqların üst qatı üçün qara-
qəhvəyi rəng, yüksək humuslaşma, alt qatların bozumtul (bozumtul-ağ) rəngdə  və yüksək karbonatlı olması, 
xırda qozvari, qozvari, topavari-qozvari strukturun müşahidə edilməsi, A, B, C horizontlarının bir-birinə kifayət 
qədər kəskin keçməsi və s. səciyyəvidir. 
Tipik çimli-karbonatlı dağ-meşə torpaqlarının ən başlıca əlaməti yüksək humuslu və karbonatlı olmasıdır. 
Bu torpaqlarda humusun miqdarı  əvvəlki yarımtiplə müqayisədə yüksəkdir (orta hesabla 11,4±2,2%). Profil 
boyu aşağı qatlara doğru humusun kəskin şəkildə azalması müşahidə edilir. Humus üst qatlarda, humat, yaxud 
fulvat-humat (Ch/Cf – 1,2-1,8), aşağı qatlarda isə fulvat tiplidir (Ch/Cf – 0,6-0,8). Təsvir edilən torpaqlarda 
azotun miqdarı üst çürüntülü qatda 0,6-0,7%-ə çatıb, aşağı qatlarda xeyli azalır. C/N nisbəti bu torpaqların 
azotla zəngin olmasını və profil boyu onun humusun miqdarına müvafiq şəkildə dəyişdiyini göstərir. 
Karbonatlılıq bu torpaqların  əsas xüsusiyyətlərindən biridir. Karbonatlar üst qatdan müşahidə edilməyə 
başlayır. B horizontunda isə  kəskin  şəkildə artır (CaCO
3
 -36-48%).
 
Aşağı qatlarda onun miqdarı artaraq bəzi 
hallarda 70%-ə çatır.
 
Yüksək karbonatlılıqla əlaqədar olaraq bu torpaqların üst qatı üçün qələvi, neytral və bəzi 
hallarda zəif turş, alt qatlarda isə bir qayda olaraq qələvi mühit səciyyəvidir. Torpağın üst qatlarında pH-ın 
müxtəlifliyi yuyulma prosesinin və meşə döşəməsinin təsirilə, alt qatlarda yüksək olması isə karbonatların çox 
olması ilə əlaqədardır. 
Tipik çimli-karbonatlı dağ-meşə torpaqlarında udulmuş əsasların miqdarı yuyulmuş yarımtipdə olduğundan 
yüksəkdir (humus horizontunda orta hesabla 39,8±3,7 m-ekv). Udulmuş  əsasların cəmi 37,8-47,7 m-ekv 
arasında dəyişir. Bu torpaqlar yüksək dərəcədə doymuşdur. Kalsium və maqnezium udulmuş  əsaslar cəminin 
90-100%-ni təşkil edir. H
+
 ionu bu torpaqların udma tutumunda əhəmiyyətsiz miqdardadır. Mütəhərrik 
alüminium və dəmir-oksidinin də əhəmiyyətsiz miqdarda olması bu torpaqların  xüsusiyyətlərindən biridir. 
Tipik çimli karbonatlı dağ-meşə torpaqları qranulometrik tərkibcə yüngül və orta gillidir. Fiziki gilin 
miqdarı 64-68% arasında tərəddüd edir. Genetik horizontların qranulometrik tərkibinə görə bu torpaqlarda lil 
hissəciklərinin üst qatlarda daha çox olması və çox hallarda aşağı qatlara doğru tədricən azalması qonur dağ-
meşə torpaqlarından fərqli olaraq bu torpaqlarda lil hissəciklərinin yuyulmasını  və gilləşmə prosesinin 
getməməsini göstərir.  
Təsvir edilən torpaqlarda CaO-dan başqa bütün oksidlər (SiO
2
, Al
2
O
3
, Fe
2
O
3
  və s.) ən çox üst qatlarda 
toplanmışdır. Onların miqdarı A və B horizontlarında xeyli fərqlidir. Biryarım oksidlərin miqdarı lil 
hissəciklərinin tərkibində daha çoxdur. 

 
178
 
§ 64. Dağ qaratorpaqları 
 
Dağ qaratorpaqları Böyük Qafqazın dağətəyi və alçaq dağlıq zonalarında (Bozqır Açınohur düzü) və 
Şamaxı yaylalarında, Kiçik Qafqazda Murovdağın və Qarabağ silsilələrinin  şimal yamaclarında, həmçinin 
Gədəbəy rayonunda inkişaf etmişdir. Bozqır yaylasında bu torpaqlara 600 m-dən 1200-1500 m-dək 
yüksəkliklərdə 34640 ha sahədə rast gəlinir (G.A.Salamov, 1971). Dağ qaratorpaqları özünün yayılmasında 
müstəqil coğrafi zona əmələ  gətirmir, meşənin aşağı  sərhədlərində meşə torpaqlarının  ətrafında ayrı-ayrı 
massivlər və adalar şəklində yayılır. Bəzi hallarda bu torpaqlara ot örtüyü yaxşı inkişaf etmiş seyrəkləşmiş quru 
meşələrdə  və meşələrin sıradan çıxarıldığı  dərindən bozqırlaşmış meşə-bozqır massivlərində rast gəlmək 
mümkündür. 
Dağlıq şəraitə malik olması ilə ələqədar Azərbaycan qaratorpaqlarının yayıldığı ərazilərin iqlim göstəriciləri 
qaratorpaqların mərkəzi fatsiyasında olduğundan xeyli fərqlənir. Dağ qaratorpaqlarının yayıldığı dağ və çəmən 
bozqırlarının iqlimi mülayim isti və quru qış  fəsli ilə  səciyyələnir. Orta illik temperatur 7,3-11,6
0
 arasında 
tərəddüd edir. Qış qurudur və uzun müddət davam etmir. Yanvar temperaturu mülayim olub 0,6
0
-dən 3,3
0
-dək 
dəyişir.  Şaxtasız günlərin sayı 210-270-dir. Payız adətən isti keçir. İsti mövsümdə (aprel-oktyabr) orta 
temperatur 17,1-23,6
0
-dən yüksək olur. İyul-avqust ayları nisbətən quraq keçir. Vegetasiya dövrü uzun müddət 
davam edir. Yağıntıların miqdarı 380-700 mm arasında dəyişir. Böyük Qafqazın cənub yamacında Mərkəzi 
bozqır zonasından başlayaraq Böyük Qafqaz silsiləsinə doğru atmosfer yağıntılarının miqdarı artır. Belə ki, 
Şəkidə 700 mm-ə qədər yağıntı düşdüyü halda, cənub-şərqə doğru hərəkət etdikcə yağıntıların miqdarı azalır. 
Şamaxıda 493 mm, Altıağacda isə 405 mm düşür. Yağıntıların  əsas hissəsi yaz-yayın  əvvələrində düşür.  İlin 
soyuq
 
mövsümündə yağıntıların üçdə bir hissəsi düşür. Rütubətlənmə  əmsalı 1,22-1,29-dur. Ən yüksək 
rütubətlilik Şamaxı yaylasında müşahidə edilir. Adətən iki yağmurlu dövr fərqlənir. Bunlardan biri yazda (aprel-
may), ikincisi isə payızda (sentyabr-oktyabr) müşahidə edilir. Buxarlanmanın miqdarı (800-1100 mm) il boyu 
düşən yağmurlara nisbətən üstünlük təşkil edir. 
Azərbaycan dağ qaratorpaqlarının inkişafında iki dövr (faza) özünü aydın göstərir. Bunlardan biri quruma 
dövrü olub əsasən iyul-avqust aylarını  əhatə edir.
 
Alçaq temperaturun hakim olduğu nisbətən qısa qış 
mövsümündə torpaqların rütubətlənməsi prosesi gedir. Qeyd olunan ekoloji-coğrafi  şərait bütövlükdə 
torpaqəmələgəlmənin xarakterinə, üzvi maddələrin toplanmasına, karbonatlı profilin formalaşmasına 
əhəmiyyyətli təsir göstərir. Xüsusilə uzun müddət davam edən  əlverişli geotermik şəraitin mövcud olması ilə 
əlaqədar olaraq ot bitkiləri gur inkişaf edir, hər il böyük miqdarda bitki töküntüləri, bozqır və  çəmən-bozqır 
senozların kök kütlələri toplanır. Təsvir edilən torpaqların tərkibində çürüntü maddələrinin çox olması da əsasən 
bununla əlaqədardır. 
Respublikamızın dağ qaratorpaqları üçün dövri (mövsümi) yuyucu su rejimi tipi səciyyəvidir. Su rejiminin 
bu tipi şəraitində quruma və rütubətlənmə dövrlərinin təsiri altında profil boyu yuxarı qalxan, yaxud aşağı düşən 
torpaq rütubəti axınları maddələrin profil boyu miqrasiyasına, qalın humus horizontunun və kif, yaxud yalançı 
göbələk telləri şəklində karbonatların yaranmasına səbəb olur. Daha quraq şəraitə malik alçaq dağlıq və dağətəyi 
sahələrdə konkresiyalar şəklində ayrılaraq “ağgözcüklər” horizontunu yaradırlar. 
Təsvir edilən torpaqların əmələ gəlməsində bioloji amillərdən ərazinin bitki örtüyü, xüsusilə onun xarakteri 
və tipi, biokütlənin miqdarı və tərkibi və s. əhəmiyyətli rol oynayır. Respublikamızın dağ qaratorpaqları relyefin 
nisbətən yüksək elementlərində topallı-taxılkimilər müxtəlif otlu çəmən bozqırları, həmçinin Böyük və Kiçik 
Qafqazın alçaq dağlıq və dağətəyi sahələrində mülayim quru bozqırların ağotlu-topallı müxtəlif otlu senozları 
altında formalaşırlar. Bu torpaqların inkişafında ot bitkilərindən ağot,  şırımlı-topal, daşdayan, tükburun ayrıq, 
ala tonqolotu, incə nazikbaldır böyük rol oynamışdır. Topallı otlar çim yaradan bitki olub bozqırları  əmələ 
gətirir. Daşdayan ən çox meşə altından çıxmış sahələrdə yayılaraq, bərk və kələ-kötür çim qatı yaradır, dənəvər 
və  dənəvər-topavari struktur əmələ  gətirir. Vaxtilə Zaqafqaziyada meşə-bozqırlar çox geniş sahələr tuturdu. 
Lakin sonralar insanın təsərüffat fəaliyyətinin təsiri altında onlar müxtəlif otlu bozqırlarla əvəz olunmuşdur. 
Müxtəlif tədqiqatçıların fikrincə Azərbaycanın çəmən bozqırlarında fitokütlənin ümumi miqdarı 24-31 t/ha, 
bozqırlaşmış çəmən-bozqırlarda isə 7-12 t/ha-dır. Həmin fitokütlənin yerüstü hissəsi adətən yeraltı hissədən 3-4 
dəfə az olur. Beləliklə, humus maddəsinin toplanmasında bozqır bitkilərinin kök kütlələri çox böyük rol 
oynayır. Həmçinin müəyyən edilmişdir ki, fitokütlənin yerüstü hissəsində külün miqdarı 7,8-9,9%, yeraltı 
hissəsində 10,6-12,6% arasında tərəddüd edir. Fitokütlədə mineral elementlərin ümumi miqdarı orta hesabla 
1700-2200 kq/ha çatır ki, bunun da 800-900 kq/ha töküntü ilə torpağa qayıdır. 
Yuxarıda qeyd olunanlar dağ qaratorpaqlarının əlverişli bioiqlim şəraitində formalaşdığını göstərir. Bununla 
əlaqədar olaraq maddələrin dövranı sürətlənir, hər il torpağa külli miqdarda kül elementləri qayıdır. Bu amilin 
özü isə  əsaslarla doymuş kalsium-humat formasında olan humusla zəngin torpaqların inkişafına müsbət təsir 
göstərir. 
Torpaqşünasların fikrincə, bu torpaqlar torpaqəmələgəlmə və dağlıq şəraitə görə yayla və dağ qaratorpaqları 
olub, qəhvəyi meşə torpaqlarının evolyusiyası  nəticəsində yaranmışdır. Hazırki dövrdə iqlim şəraitinin 

 
179
quraqlaşması və meşələrin
 
insan tərəfindən qırılması nəticəsində meşə altından çıxmış sahələr ikinci dərəcəli çöl 
bitkiləri ilə zənginləşərək bozqırlara çevrilmişdir. 
Meşələrin bozqır bitkiləri ilə  əvəz olunması hidrotermik şəraitin və maddələrin bioloji dövranının 
dəyişməsinə, torpaq səthində çoxlu miqdarda üzvi maddələrin və kül elementlərinin toplanmasına, bu isə meşə 
torpaqlarının deqradasiyaya uğramasına və  qəhvəyi meşədən sonrakı qaratorpaqların yaranmasına səbəb 
olmuşdur. Təsadüfi deyildir ki, dağ qaratorpaqlarının yayıldığı  ərazilərin xarakterizə edilən iqlim göstəriciləri 
müəyyən dərəcədə bozqırlaşmış  qəhvəyi meşə torpaqları arealının iqlim göstəricilərini təkrar edir. Bu həmin 
torpaqların oxşar iqlim şəraitində inkişaf etdiyini göstərir. 
G.A.Salamov  göstərir ki, hazırkı dövrdə insanın təsərrüfat fəaliyyətinin və ikinci dərəcəli bozqır 
bitkilərinin təsiri altında meşə altından çıxmış sahələrdə qaratorpaqəmələgəlmə prosesi daha da güclənir. Buna 
görə də bir növ tədrici olsa da qaratorpaqların yayılma arealları genişlənir. 
Hazırkı meşə-bozqır landşaftı, qrup halında isə  tək-tək qalmış meşə  ağaclarının, meşə  kənarlarında isə 
qaratikan kollarının qazıntı halında tapılmış meşə qalıqlarının arxeoloji materiallarının, bozqırlaşmış qəhvəyi və 
qaratorpaqların profilndə  bərkimiş horizontların olması, habelə qaratorpaqların profilində    qəhvəyilik, 
karbonatların dərinə yuyulması, zəif turşuluq və neytrallıq,  fulvoturşuların çoxluğu, hidrogen ionunun 
müşahidə edilməsi və s. relikt əlamətlər qaratorpaqların meşədən sonra əmələ gəlməsini sübut edir. Beləliklə, 
dağ qaratorpaqlarının  genezisi meşədən sonra olub ikinci dərəcəli bozqır bitkiləri altında inkişaf edir, onun 
formalaşması landşaft və bitki örtüyünün dəyişməsi ilə müşahidə olunur. 
Dağ qaratorpaqlarının aşağıdakı yarımtipləri ayrılır: yuylmuş, adi, karbonatlı və bərkimiş qaratorpaqlar. 
Yuyulmuş dağ qaratorpaqları. Bu yarımtipə daxil olan dağ qaratorpaqları Böyük Qafqazın şimal-şərq və 
cənub-şərq yamaclarında, Kiçik Qafqazda isə Murovdağın şimal və cənub yamaclarında çox da geniş olmayan 
sahələrdə yayılmışdır. Şamaxı yaylasında bu torpaqlar əsasən 1000-1200 m yüksəklikdə formalaşmışdır. 
Yuyulmuş qaratorpaqlar böyük məsafədə bozqırlaşmış  qəhvəyi torpaqlarla həmsərhəd olmaqla dağların 
yaylavari düzənliklərində, az mailli şimal yamaclarda, nisbətən rütubətli şəraitdə inkişaf edir. Ərazi baxımından 
və genetik cəhətdən qəhvəyi torpaqlara yaxın olması bu torpaqlara qəhvəyi torpaqlarla çəmən bozqırların 
qaratorpaqları arasında keçid yarımtipi kimi baxmağa imkan verir. 
Təsvir edilən torpaqların nisbətən geniş  təmsil olunduğu  Şamaxı yaylasında bitki örtüyü topallı-şiyavlı 
müxtəlif otlu dağ bozqırlarından ibarət olub meşə altından çıxmış sahələrdə inkişaf edir. Burada 
torpaqəmələgətirici süxurlar karbonatlı, mergelli-karbonatlı gillərdən ibarətdir. 
Yuyulmuş qaratorpaqların quruluşu ilə tanış olmaq üçün Kəlbəcər rayonunda 1280 m hündürlükdə 
yaylavari yüksəklikdə  tək-tək kolluqlar taxılkimilər, müxtəlif otlu bitki örtüyü altında qoyulmuş  kəsimin 
təsvirini nəzərdən keçirək (Salayev, 1991). 
A
ç
 – az qalınlıqlı, yumşaqvari çim, çoxlu miqdarda ot kökləri, təzə. Qalınlığı 13±2,1 sm. 
A
1
 -  qara, bəzi yerlərdə göyümtül ləkələr, dənəvari-barıtvarı strukturlu, ağır gillicəli, yumşaq, humusla 
bərabər şəkildə doymuşdur, çoxlu canlı köklər, təzə, qaynamır, keçidi tədricidir. Qalınlığı 20±2,8 sm. 
A
2
 -  zəif qonurvari, qara, iri dənəvari-bərkvari, ağır gillicəli, yumşaq, bioloji cəhətdən yaxşı işlənilmişdir, 
çoxlu köklər və soxulcan yolları, tək-tək süxur qırıntıları, qaynamır, keçidi tədrici. Qalınlığı 20±4,2 sm. 
A
3
 -  qəhvəyi çalarlı qonur-qara, xırda topavari-qozvari, çoxlu miqdarda ot və kol kökləri, çoxlu ölü köklər, 
koprolitlər, bioloji cəhətdən intensiv şəkildə  işlənilmişdir, qranulometrik cəhətdən üst qatdan ağırdır, tək-tək 
süxur qırıntıları, nəmvari, qaynamır, keçidi aydın. Qalınlığı 23±4,8 sm. 
A/B – aydın seçilməyən qəhvəyi çalarlı qonur, qozvari iri topavari, köklər, çoxlu soxulcan yolları, 
koprolitlər, bioloji cəhətdən yaxşı  işlənilmişdir, tək-tək süxur qırıntıları, gilli, hiss olunacaq dərəcədə 
bərkimişdir, alt sərhədində tək-tək karbonat damarcıqları, qaynamır, keçidi hiss olunur. Qalınlığı 18±3,8 sm. 
B – qonur-qəhvəyi, iri topavari, gilli, bərkvari, süxur qırıntıları, karbonat struktur aqreqatların səthlərində 
və çatlar boyunca nazik damarcıqlar və mitsellər şəklində ayrılır, nəm, karbonatların ayrıldığı yerlərdə qaynayır, 
bioloji cəhətdən yaxşı işlənilmişdir, keçidi hiss olunur. Qalınlığı 25±3,6 sm. 
B/C – bir qədər qonurluq əlamətləri olan, qəhvəyimtil rəngli, çox bərk, gilli, struktur aydın ifadə 
olunmamışdır, damarcıqlar şəklində çoxlu karbonat törəmələri, qaynayır, keçidi kəskin. Qalınlığı 44±3,6 sm. 
– çınqıllı, gilli, aşağıda qranodioritlərdən ibarət olan bərk süxurlara keçən delüvilərin karbonatları. 
Yuyulmuş dağ qaratorpaqlarının yuxarıda verilən təsvirindən də göründüyü kimi, onlar bir sıra səciyyəvi 
morfoloji əlamətlərə malikdir. Bunlardan birinci növbədə karbonatların dərinə yuyulmasını göstərmək lazımdlır. 
Adətən, karbonatlar 80-90 sm və daha dərində (mitsellər formasında) morfoloji cəhətdən ifadə olunurlar. 
G.A.Salamov (1971) Şamaxı yaylasında dağ qaratorpaqlarında qaynamanın 50-60 sm-dən başlanmasını, 
karbonatların ağgözcük formasında 60-70 sm dərinlikdə, kuklacıq və durnaqcıqların isə 100 sm-dən aşağıda 
toplanmasını qeyd etmişdir. Bu torpaqlara xas  olan digər morfoloji əlamətlərdən humus  horizontunun tünd 
qonur və qara rəngə malik olması, humusun bərabər paylanmasını, dənəvər və dənəvər-topavari struktura  malik 
olmasını göstərmək olar. Üst horizontlarda soxulcan yollarının çox olması, ölü kök qalıqlarının və koprolit 
strukturlarının geniş yayılması bu torpaqların bioloji cəhətdən yaxşı  işləndiyini göstərir. Tekstur horizontun 
bərkiməsi və  ağır gilli tərkibə malik olması profildə  illüvial horizontun formalaşdığını sübut edir. Həmin 

 
180
horizont adətən qırmızımtıl qəhvəyi rənglə seçilərək qozvari-topavari struktura malik olur. 
Yuyulmuş dağ qaratorpaqları humusla yaxşı  təmin olunmuşdur. Onun miqdarı üst qatlarda 4,63-7,37% 
arasında tərəddüd edir. M.E.Salayevə görə bu torpaqların üst qatında humusun orta miqdarı 6,4±0,7% təşkil edir 
və dərinliyə doğru tədricən azalır (cədvəl 57).  
 
Cədvəl 57 
Yuyulmuş dağ qaratorpaqların əsas tərkib hissələri 
 
Kəsimlərin qoyulduğu 
ərazi 
Dərinlik, 
sm 
Humus, 

Azot, 

C/N CaCO
3
 
 
1 2 




Böyük Qafqaz (Şamaxı 
yaylası) –G.A.Salamova 
görə 
0-20 4,63 
0,36 
7,44 - 
20-54 2,37 
0,33 
4,20 - 
54-70 1,34 
0,28 
2,71 
13,02 
70-80 0,68 
0,25 
2,59 
24,62 
80-114 0,38 0,9 
2,41 
27,34 
114-150 0,30  -  - 20,39 
150-180 0,22  -  - 14,76 
Kiçik Qafqaz (Laçın rayonu) 
– M.E.Salayevə görə 
0-12 7,37 
0,50 
8,85 - 
12-25 5,19 
0,41 
7,27 - 
25-55 2,33 
0,28 
4,77 - 
55-70 1,56 
0,29 
4,65 - 
70-87 1,33 
0,18 
4,12 - 
87-100 1,16  -  -  - 
 
Tərkibinə görə humus humat və fulvat-humat tiplidir. Humin turşusunun miqdarı 26,7-35,2%-ə çatır. Ayrı-
ayrı hallarda fulvoturşuların yüksək olması humatların bir qisminin struktur əmələ  gəlməyə  sərf olunması  və 
qaratorpaqların meşədən sonra əmələ  gəlməsini təsdiq edir. Humin turşuları kalsium birləşmələri ilə  əlaqəli 
formada (kalsium humatı) olur. Humin turşularının filvoturşulara nisbəti geniş intervalda (0,9-1,7) tərəddüd 
edir. Ümumi azotun miqdarı 0,36-0,50% arasında dəyişir. 
Respublikamızın Kiçik Qafqaz vilayətində yayılmış yuyulmuş dağ qaratorpaqlarının profili karbonatlardan 
demək olar ki, bütövlükdə yuyulduğu halda (Salayev, 1966) Böyük Qafqazda bu torpaqlarda karbonatların 
(CaCO
3
) 13-27% arasında dəyişərək humus horizontundan aşağıda toplanması müşahidə olunur (Salamov, 
1971). 
Təsvir edilən torpaqlarda torpaq məhlulunun reaksiyası zəif turş və neytraldır (pH 7,0-7,2). Dərinliyə doğru 
zəif qələvi mühit hakim olur. 
Humusun miqdarının yüksək və torpaqların gilli tərkibə malik olması ilə  əlaqədar olaraq yuyulmuş dağ 
qaratorpaqları yüksək udma tutumuna malikdirlər (45,8-50,0 m-ekv). Yuyulmuş  əsaslardan kalsium kationu 
çoxluq təşkil edir (25-44 m-ekv). Aşağı qatlara doğru kalsiumun miqdarının çoxalması yuyulma prosesi ilə 
əlaqədardır. Kalsium birləşmələri bitki töküntülərinin parçalanmasından  əmələ  gələrək biogen mənşəlidir. 
Maqneziumun miqdarı yüksək deyildir və profil boyu aşağı qatlara doğru artır. AB və B horizontlarında az 
miqdarda (0,2 m-ekv-dək) udulmuş hidrogenə təsadüf edilir. 
Qranulometrik tərkibinə görə yuyulmuş dağ qaratorpaqları əsasən orta və ağır gillicəlidir. Profilin ayrı-ayrı 
genetik qatlarının qranulometrik tərkibinə görə differensiasiyası aydın müşahidə olunur. Lil və fiziki gilin üst 
qatlarda azalaraq profilin orta hissələrində (A/B və B  horizontlarında) toplanması müşahidə olunur. Göstərilən 
hissəciklərin orta qatlarda toplanması yuyulma ilə əlaqədardır. 
Təsvir edilən torpaqların profili ümumi kimyəvi tərkibinə görə  kəskin şəkildə differensiasiya etmir. B və 
B/C horizontlarında silisium-oksidlərinin biryarım oksidlərə nisbəti ayrı-ayrı oksidlərin miqrasiyasını göstərir. 
Üst qatda SiO
2
-nin miqdarı bir qədər yüksək olur. Kalsium oksidi aşağı qatlara doğru çoxalır. Biryarım 
oksidlərin miqrasiyası  zəifdir. Zəif turş reaksiya və yuyucu su rejimi ayrı-ayrı oksidlərin miqrasiyası üçün 
nisbətən əlverişli şərait yaradır. 
Yuyulmuş qaratorpaqların yayıldığı  ərazilər  əsasən kartof, günəbaxan və meşə bitkiləri altında istifadə 
olunur. Aqrotexniki qaydalara düzgün əməl olunmaması bu qrupların yayıldığı  ərazilərdə  səthi eroziyanın 
inkişaf etməsinə, torpaqların münbitlik səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olur. 
Adi dağ qaratorpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar Böyük və Kiçik Qafqaz dağlıq 
vilayətlərində  təbii drenləşmiş nisbətən yüksək təpəli dağ  şleyflərində geniş yayılmışdır. Böyük Qafqazda 
Nihaldağ, Şamaxı və Bozqır yaylalarında, şimal-şərq yamaclarda isə Qudyalçay və Qaraçay hövzələrində, Kiçik 
Qafqazın  şimal-şərq hissələrində (Gədəbəy, Tovuz, Goranboy rayonlarında), Murovdağ silsiləsinin cənub 

 
181
yamaclarında bu torpaqlara massivlər  şəklində rast gəlmək mümkündür. Təsvir edilən qaratorpaqlar adətən 
yuyulmuş qaratorpaqlardan aşağıdakı qurşaqda ağ otlu topal bozqırları fonunda delüvial çınqıllı yaxud lösşəkilli 
gillicələr üzərində formalaşırlar.  
Adi qaratorpaqların quruluşu ilə tanış olmaq üçün Daşüz dağlarının şimal hissəsinin dağətəyi düzənliyində 
qoyulmuş kəsimin morfoloji təsvirini nəzərdən keçirək (G.A.Salamov, 1971). 
A (şum qatı) – qara rəngli, dənəvər-barıtvarı, ağır gillicəli, çoxlu kökcüklü, quru, yumşaqvari, aydın 
keçidli, qaynamır. 
A
2
 – qara qonurvari, dənəvər-topavari, yumşaqvari, ağır gillicəli, zəif karbonatlı, çox kökcüklü, az rütubətli, 
aydın keçidli, çox zəif qaynayır. 
B – qonurvari, topavari, gilli, yumşaqvari, yalançı karbonat mitselli və nöqtəcikli, tək-tək kökcüklü, zəif 
rütubətli, aydın keçidli, zəif qaynayır. 
BC – qonurvari sarımtıl, topavari, gillicəli, çoxlu ağ gözcüklər, zəif rütubətli, aydın keçidli, şiddətli 
qaynayır. 
C
1
 – sarımtıl, zəif topavari, gillicəli, zəif rütubətli, aydın keçidli, şiddətli qaynayır. 
C
2
 – sarımtılvari, struktursuz, gillicəli, bərkimiş, tək-tək gözcüklü, az rütubətli, tədrici, zəif qaynayır. 
D -  açıq sarımtıl, struktursuz, gillicəli, bərkimiş, karbonatlı, tək-tək çınqıllı  qırıntılı, az rütubətli, zəif 
qaynayır. 
Yuxarıda verilmiş morfoloji təsvirdən göründüyü kimi, təsvir edilən torpaqlar üçün humuslu horizontun 
orta qalınlıqlı olması, həmin qatın tünd (qara) rəngdə  rənglənməsi, dənəvər-barıtvarı (aşağı qatlarda topavari, 
dənəvər-topavari) struktur, karbonatların 40-50 sm-dən başlayaraq əvvəlcə kif və damarcıqlar, yalançı mitsellər, 
aşağıda isə  ağ gözcüklər  şəklində müşahidə olunması  və s. səciyyəvidir. Bu torpaqlarda 90-130 sm dərinliyə 
kimi soxulcan yollarının və koprolitlərin çox olması profilin bioloji cəhətdən yaxşı  işlənildiyini göstərir. 
Karbonatların zəif yuyulması  və onların daha üst horizontlarda üzə  çıxması adi
 
qaratorpaqları yuyulmuş 
qaratorpaqlardan fərqləndirən əsas əlamətlərdən hesab olunur. 
Adi qaratorpaqları humusun miqdarına görə orta humuslu (4,6-7,7%) torpaqlar qrupuna daxil etmək olar. 
Humusun miqdarı  dərinliyə doğru tədricən azalır. Humus axıntılarının çox dərinə (1 m-ə  qədər) yuyulması 
müşahidə olunur. Bu profilin yumşaqlığından, bitki köklərinin inkişafından, ilbəil  əkilən bitki qalıqlarının 
qurumasından, rütubətlilik dərəcəsindən, yağıntıların miqdarından və s. asılıdır. 1 metrlik qatda humusun 
ehtiyatı 317-318 t/ha, yarım metrlik qatda azotun ehtiyatı isə 27-28 t/ha çatır (Salamov, 1971).  
Humusun tərkibi humatlı-kalsiumludur. Humusun tərkibindəki humin turşusunun miqdarı 19-27%, 
fulvoturşuların miqdarı isə 12-26%-dir. Humin turşusunun fulvoturşulara olan nisbəti geniş olub 1,40-1,50 
arasında dəyişir. Humin turşuların fulvoturşular üzərində üstünlük təşkil etməsi üzvi maddələrin yaxşı 
parçalandığını göstərməklə yanaşı, meşə altından çıxmış sahələrin daha çox bozqırlaşması  nəticəsində adi 
torpaqların əmələ gəlməsində əhəmiyyətli rol oynayır. 
Adi dağ qaratorpaqların uducu kompleksi doymuş olması ilə  səciyyələnir (97-98%). Uducu kompleksdə 
kalsium kationunun miqdarı yüksək (37-38 m-ekv) olub, udulmuş maqnezium və natriumdan yüksəkdir. 
Udulmuş maqneziumun miqdarı 3-10, natriumun miqdarı isə 0,4-0,7 mq-ekv arasında dəyişir. 
Karbonatlardan və bozqırlaşmadan asılı olaraq torpaq məhlulunun reaksiyası üst qatlarda neytral və  zəif 
qələvi (7,0-7,3), aşağı qatlara doğru isə  qələvi və yüksək qələvidir (7,8-8,3). Hidrogen ionu adətən, adi 
qaratorpaqlarda müşahidə edilmir. 
Qranulometrik tərkibinə görə  təsvir edilən torpaqlar gilli torpaqlar sırasına daxildir. Bəzi hallarda fiziki 
gilin miqdarı üst qatlarda 80-85%-ə, fiziki qumun miqdarı isə 15-20%-ə çatır. Qranulometrik tərkibinə görə 
profil zəif differensiasiya etmişdir. Ümumi kimyəvi tərkibinə görə də profilin zəif differensasiyası nəzərə çarpır 
(bəzi oksidlərin paylanması istisna olmaqla). Biryarım oksidlərdən alüminium-oksidin miqdarı aşağı qatlarda bir 
qədər azaldığı halda, dəmir-oksidin miqdarı bir qədər çoxalır. Kalsium-oksidləri isə  aşağıya doğru getdikcə 
kəskin surətdə çoxalır (xüsusilə B/C və C horizontlarında). Qalan oksidlərin miqdarı çox az olub aşağıya doğru 
tədricən azalır. SiO
2
/R
2
O
3
 molekulyar nisbətinin çox dar olması bu torpaqların yayıldığı  ərazilərin dərindən 
bozqırlaşdığını göstərir. Silisium və biryarım oksidlərinin miqdarının nisbətən yüksək olması torpaqəmələgəlmə 
prosesinin siallit tipində getməsini göstərir. 
Karbonatlı dağ qaratorpaqları yarımtipi. Bu torpaqlar dağ qaratorpaqlarının nisbətən geniş yayılmış 
yarımtiplərindən biridir. Karbonatlı qaratorpaqlara Böyük Qafqazın şimal-şərq hissəsində Gəncəçay, Kürəkçay 
və  Zəyəmçay hövzələrində xeyli geniş sahələrdə rast gəlinir. Kiçik Qafqazın cənub hissəsində  Kəlbəcər və 
Laçın meşələrinin kənarlarında bu torpaqlara ayrı-ayrı zolaqlar və  ləkələr  şəklində  təsadüf edilir. Yüksəklik 
etibarilə göstərilən torpaqlar Ağyazı düzündə 600-700 m, Şamaxı yaylasında isə 1000-1200 m yüksəkliklərdə 
yayılmışdır. 
Karbonatlı dağ qaratorpaqları meşə altından çıxmış sahələrin dərindən bozqırlaşması  nəticəsində 
formalaşmışdır. Vaxtilə bu sahələrdə meşələrin olmasını landşaftın ümumi görünüşü, tək-tək palıd, zoğal, əzgil, 
qaratikan kollarının qalması, profilin orta hissəsində gilləşmə  əlamətlərinin olması, B
1
 horizontunun qozvari 
struktura malik olması  və s. bilavasitə sübut edir. Hazırda bu torpaqlar taxılkimilər-müxtəlif otlu bozqırlar 

 
182
altında inkişaf edirlər. Delüvial-karbonatlı gillicələr, yaxud əhəngdaşı  və  əhəngdaşlı qumlucaların aşınma 
məhsulları burada əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır.  
Yuyucu olmayan su rejiminin hakim olması ilə əlaqədar olaraq təsvir edilən torpaqlarda profilin yuyulması 
əlamətlərinə rast gəlinmir və karbonatlar bir çox hallarda ən üst qatlarda da müşahidə olunur. Karbonatlı 
qaratorpaqların profili karbonatlı-illüvial horizontun da yaxşı seçildiyi, bir-birindən aydın  şəkildə  fərqlənən 
müxtəlif genetik horizontlara ayrılmışdır. Onların morfoloji quruluşu ilə tanış olmaq üçün biçənək sahəsində az 
meylli yamacda qoyulmuş torpaq kəsiminin təsvirini nəzərdən keçirək (Salayev, 1991). 
A
1
 – yaxşı inkişaf etmiş çim qatı, sıx bitki kökləri, qaynamır, keçidi hiss olunur. Qalınlığı 12±0,6 sm. 
A
2
 -  qonur çalarlı qara rəngli, ağır gillicəli dənəvari, çoxlu köklər, soxulcan yolları, az-az hallarda 
karbonarlı kiflər, bərkvari, qaynayır, keçidi tədricidir. Qalınlığı 18±1,1 sm. 
A/B – qəhvəyi çalarlı qonur-qara, ağır gillicəli, xırda topavari, tək-tək süxur qırıntıları, ölü kök qalıqları, 
koprolit və soxulcan izləri, karbonat mitselləri zəif istifadə olunmuşdur, bərkvari, qaynayır, keçidi hiss olunur. 
Qalınlığı 15±1,6 sm. 
B

-  zəif sarımtıl ləkəli, tünd qəhvəyi, iri topavari, qozvari, sıx, zəif gilləşmə  əlamətləri, çoxlu karbonat 
konkresiyaları, karbonatların mitselyar formaları  zəif ifadə olunmuşdur, bioloji cəhətdən yaxşı  işlənilmişdir, 
soxulcan yolları, şiddətli qaynayır, keçidi hiss olur. Qalınlığı 15±1,8 sm. 
B
2
 – qonur-sarı, struktur aydın deyildir, ağır gillicəli, sıx, kif və ağgözlüklər şəklində çoxlu karbonatlar, tək-
tək soxulcan yolları, şiddətli qaynayır, keçidi seçilir. Qalınlığı 20±2,0 sm. 
B/C – sarımtıl-ağ  ləkəli rəngbərəng, ağır gillicəli, struktur aydın ifadə olunmamışdır, karbonatlı 
damarcıqlar, ağgözlüklərin konkresiya formaları, sıx, şiddətli qaynayır, keçidi hiss olunur. Qalınlığı 26±2,8 sm. 
C – lösşəkilli gillicələr, karbonatlı, laylı, yumşaq. 
Cədvəl 58 
 
Karbonatlı dağ qaratorpaqların fiziki-kimyəvi göstəriciləri 
(M.E.Salayev, 1991) 
 
Dərinlik, 
sm 
Humus,

Azot,

CO
2
,

Udulmuş 
əsasların 
cəmi,  
m-ekv 
<0,001 
mm 
<0,01 
mm 
pH 
(su) 
 
1  2 3 
4  5  6 7 

0-20  6,76 0,38 
0,09  39,42  40,8 73,1 7,0 
20-44  4,17 0,31 
0,45  39,22  43,7 75,7 7,1 
44-61  4,11 0,29 -  36,65  45,7 75,5 6,8 
61-82  2,42 0,21 
0,05  36,63  40,1 78,0 7,0 
82-102  1,72 0,21 
4,03  37,74  40,8 73,5 7,0 
102-126 1,11 0,20 
4,93  37,06  36,1 71,5 7,3 
126-151 0,73  - 4,22  30,61  29,6 74,6 7,4 

 
183
 
Yuxarıda verilmiş morfoloji təsvirdən də aydın göründüyü kimi, bu torpaqların profilində hiss olunacaq 
dərəcədə bərkimiş və ağgözcüklərin toplandığı illüvial-karbonatlı B
ca
 horizontu aydın seçilir. Torpaqlar adətən 
səthdən qaynasa da karbonatların maksimum miqdarının 60-80 sm dərinlikdə toplanması ilə  əlaqədar həmin 
qatda qaynama daha şiddətli olur. Karbonatlı yeni törəmələr əsasən konkresiya formalı ağgözcüklərdən ibarət 
olur. 
Yuxarıda təsvir edilmiş yarımtiplərlə müqayisədə karbonatlı dağ qaratorpaqlarda humusun miqdarı nisbətən 
aşağıdır (cədvəl 58 ). 
Bu torpaqların A horizontunda humusun orta riyazi qiyməti 4,1-6,8% arasında dəyişir. Adi və yuyulmuş 
qaratorpaqlarla müqayisədə karbonatlı qaratorpaqlarda humuslu horizont nisbətən  nazik olub orta hesabla 10-50 
sm-dən artıq olmur. 
Təsvir edilən torpaqlarda humus tərkibinə görə humat tiplidir, humin turşularının miqdarı fulvoturşularına 
nisbətən artıqdır. Ch/Cf nisbəti vahiddən böyükdür, humin turşularının xeyli hissəsi kalsiumla birləşərək 
kalsium-humatları  əmələ  gətirir. Ümumi azotun miqdarı torpağın üst qatında 0,38±0,04% olduğu halda profil 
boyu aşağıya doğru azalaraq B
1
 horizontunda 0,21±0,03% təşkil edir. C/N nisbətinin üst horizontlarda dar 
olması (3,7 -7,7-9,6) bu torpaqlarda humuslu birləşmələrin dərindən parçalandığını göstərir. Humusun ümumi 
miqdarının yuyulmuş və adi qaratorpaqlarla müqayisədə nisbətən aşağı olması ilə müəyyən dərəcədə əlaqədar 
olaraq karbonatlı qaratorpaqlarda udulmuş əsasların miqdarı da həmin torpaqlarla müqayisədə nisbətən aşağıdır 
və profil boyu 100 q torpaqda 30,6-39,2 m-ekv arasında dəyişir. Torpaqların uducu kompleksində kalsium 
kationu üstünlük təşkil edir (udulmuş əsasların 88-98%-ni), ona görə də bu torpaqlar yüksək doyma dərəcəsi ilə 
fərqlənirlər. 
Karbonatlı qaratorpaqlarda torpaq məhlulu çox vaxt neytral və  zəif qələvi reaksiyaya malik olur və pH 
adətən 7,0-7,5-8,8 arasında dəyişir. Yuyulmuş  əsasların tərkibində az miqdarda (2,2-1,2 m-ekv) mübadilə 
olunan natrium iştirakı ilə əlaqədar olaraq mühitin reaksiyasının qələviyə doğru meyl etməsi müşahidə edilir. 
Qranulometrik tərkibcə karbonatlı qaratorpaqlar əsasən gilli torpaqlar sırasına daxildir. Lakin ayrı-ayrı 
hallarda ağır gillicəli növmüxtəlifliklərinə  də rast gəlinir. Lil hissəciklərinin profil boyu paylanması bu 
torpaqların  əsas diaqnostik göstəricilərindən  biridir. Çox zaman göstərilən torpaqların humus qatı lil 
hissəcikləri ilə nisbətən zəngin olub BC və C horizontlarına  keçərkən onun miqdarı hiss olunacaq dərəcədə 
azalır. Bu torpaqlarda karbonatlı birləşmələrin
 
miqdarı çox olduğu üçün lil hissəcikləri suya davamlı 
mikroaqreqatlar və strukturlu hissəciklər yaradır. 
Ümumi kimyəvi analizin nəticələri bu torpaqlarda silisium, alüminium və  dəmir-oksidlərinin başqa 
elementlər üzərində üstünlük təşkil etdiyini göstərir. Lil hissəciklərinin profil boyu paylanmasında olduğu kimi 
göstərilən oksidlərin də humuslu qatda (A+AB) daha çox paylanması, aşağı qatlara doğru nisbətən azalması 
müşahidə edilir. Silisium-oksidin biryarım oksidlərə molekulyar nisbətinin üst qatlarda nisbətən geniş, aşağı 
qatlarda isə bir qədər dar olması profilin daha aydın  şəkildə differensiasiya etməsini göstərir və beləliklə  də, 
daha dərin horizontlarda gilləşmə  əlamətləri olmasına dəlalət edir. Profilin aşağı hissəsində (B
1
, B
2
 
horizontlarında) gilləşmə əlamətlərini dağ-meşə torpaqlarına xas olan relikt əlamətlər kimi qəbul etmək olar. 
İstehsalat nöqteyi-nəzərindən karbonatlı qaratorpaqlardan hazırda dəmyə əkinçiliyində əsasən taxıl, qismən 
tütün və kartof altında, növbəli  əkin tətbiq edilmədən istifadə olunur. Növbəli  əkin sisteminə  və bir sıra 
aqrotexniki qaydalara əməl olunmaması ilə  əlaqədar bu torpaqlar bu və ya digər dərəcədə eroziya prosesinə 
məruz qalmışdır. 
Bərkimiş dağ qaratorpaqları yarımtipi. Bu yarımtipə aid edilən qaratorpaqlar Kiçik Qafqazda Murovdağ 
silsiləsinin  şimal yamacında, Qarabağın cənubunda, Böyük Qafqazda isə Bozqır yaylasında və dağətəyi 
qurşaqda, vahid zona yaratmayaraq çox da böyük olmayan massivlər şəklində yayılmışdır. Şamaxı yaylasında 
təsvir edilən torpaqlara 1000-1200 m, Altıağac massivində isə 1200-1500 m yüksəkliklərdə  təsadüf etmək 
mümkündür. Böyük Qafqazın alçaq dağlıq və dağətəyi sahələrində bu torpaqlar qəhvəyi dağ-meşə, boz-qəhvəyi 
və bozqırlaşmış  qəhvəyi torpaqlar arasında yerləşmişdir. Bəzi sahələrdə göstərilən torpaqlar qəhvəyi-meşə 
torpaqları zonasına dilvari şəkildə soxulur, bəzən isə bozqırlaşmış qəhvəyi və boz-qəhvəyi (şabalıdı) torpaqlar 
zonasına keçir (Salamov, 1971). 
Bir sıra torpaqşünaslar bu torpaqlarda bərkimiş horizontun əmələ  gəlməsini vaxtilə meşənin təsiri altında 
olması ilə  əlaqədar yüksək rütubətliliklə izah edir, onları qara rəngli bərkimiş torpaqlar adı ilə xüsusi genetik 
tipə aid edir, bu torpaqların öz inkişafında hidromorf torpaqəmələgəlmə  mərhələsindən keçdiyini və s. 
göstərirdilər. 
Bərkimiş dağ qaratorpaqları nisbətən hamarlanmış sahələrdə, az meylli qərb və  şimal-şərq baxarlı 
yamaclarda inkişaf edir. Böyük Qafqazın alçaq dağlıq və dağətəyi sahələrində bu torpaqların yayıldığı ərazilərin 
relyefi yaylavari düzənliklərlə, təpəli-dərəli sahələr və quru çay dərələri ilə  səciyyələnir. Gilli şistlərin, 
bazaltların elüviləri, qranodioritlərin delüviləri, həmçinin delüvial-prolüvial çöküntülər bu torpaqların yayıldığı 
ərazilərdə  əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır. Bəzi sahələrdə  əhəngdaşlı süxurların üzə  çıxması 
müşahidə olunur. Bu süxurlar qələvi-torpaq əsasları ilə xeyli dərəcədə zəngindir. 
Bərkimiş dağ qaratorpaqların morfoloji quruluşu ilə tanış olmaq üçün M.E.Salayev tərəfindən Cənubi 

 
184
Qarabağda (Şuşa rayonu) mailli yamacda əkin altında qoyulmuş kəsimin təsvirini nəzərdən keçirək. 
A
1
 - bir qədər göyümtül-qara, topavari, xırda qozvari, ağır gillicəli, bitki kökləri, bərkvari, zəif rütubətli, 
qaynamır, keçidi tədrici. Qalınlığı 24±1,2 sm. 
A
2
 – parlaq metal parıltılı, qara, ağır gillicəli, bərkvari, bitki kökləri, zəif rütubətli, qaynamır, keçidi 
tədricidir. Qalınlığı 28±1,4 sm. 
A/B – qonurvari, iri topavari-kəltənvari, iti tilli, aşağı  sərhəddində struktur ifadə olunmamışdır, cox sıx 
(bərkimiş), çatvari, ağır gilli, karbonatlar görünmür, kökcüklər azdır, tək-tək süxur qırıntıları, zəif biogen, 
qaynamır, keçidi aydındır. Qalınlığı 1,5 -1,0 sm. 
B
1
 – parlaqvari tünd –qonur, struktur ifadə olunmamışdır, çox sıx (bərkimiş), ağır gilli, çoxlu çatlar, bioloji 
cəhətdən işlənməmişdir, süxur qırıntıları, qaynamır, keçidi hiss olunur. Qalınlığı 15±2,2 sm. 
B
2
 – zəif metal parlaqlıqlı qonuru-boz, struktur ifadə olunmamışdır, çox sıx, gilli, çatvari, zəif biogen tək-
tək kiçik qırıntılar və karbonat nöqtələri, zəif qaynayır. Keçidi hiss olunur. Qalınlığı 25±2,2 sm. 
B/C –qəhvəyivari çalarlı qonur, sıx, struktur ifadə olunmamışdır, ağır gilli, tək-tək karbonat nöqtələri və 
ağgözcükləri, süxur qırıntıları azdır, qaynayır, keçidi kəskindir. Qalınlığı 20±2,3 sm. 
C – qəhvəyi-boz-sarı, tək-tək karbonat ləkələri, çoxlu ağgözcüklər, bərkvari, şiddətli qaynayır. 
Morfoloji təsvirdən göründüyü kimi, bərkimiş qaratorpaqların profili yaxşı differensiasiya etmişdir. 
Karbonatlı qaratorpaqlarla müqayisədə bu torpaqların humus qatı daha qalın olub 80-90 sm-ə çatır. Bu qat tünd 
rəngə (göyümtül və parlaq qara) boyanmaqla dənəvari və dənəvari-topavari struktura malik olur. Təsvir edilən 
torpaqlar profili, xüsusilə AB, B və BC horizontları üçün çox bərk (bərkimiş) quruluş, gilli tərkib səciyyəvidir. 
Quruluş və tərkibi ilə əlaqədar olaraq profil boyu çatlara rast gəlinir. 
Profildə 70-80 sm dərinlikdə illüvial horizont aydın nəzərə çarpır. Morfoloji təsvirdən də göründüyü kimi, 
karbonatlar yalnız BC və C horizontlarında konkresiyalar və  ağgözcüklər şəklində ayrılırlar. Bioloji cəhətdən 
bu  torpaqlar zəif işlənmişdir. 
Təsvir etdiyimiz qaratorpaqlarda humusun miqdarı torpaqəmələgəlmə  şəraitindən asılı olaraq nisbətən 
böyük həddə tərəddüd edir. G.A.Salamov (1971) Böyük Qafqazın alçaq dağlıq və dağətəyi zonalarında tədqiq 
etdiyi zəif yuyulmuş  bərkimiş qaratorpaqlarda humusun miqdarının 5,0-5,5% olduğunu qeyd etmişdir. 
M.E.Salayev (1991) bərkimiş qaratorpaqlarda humusun adi və yuyulmuş yarımtiplərdə nisbətən az, orta hesabla 
3,5-8,0% təşkil etdiyini göstərir. Humusun miqdarı aşağı qatlara doğru tədricən azalır. Humus fulvat-humat və 
humat tiplidir. Ch/Cf nisbəti 0,9-2,2 həddində  dəyişir. Humin turşularının xeyli hissəsi biryarım oksidlərlə 
birləşmişdir. Humusun miqdarına uyğun şəkildə ümumi azotun  da profil boyu qanunauyğun şəkildə dəyişməsi 
(azalması) baş verir. 
Bərkimiş qaratorpaqlarda karbonatların profil üzrə paylanması və onun miqdarı bir çox cəhətdən yuyulmuş 
qaratorpaqları xatırladır.  Əksər hallarda karbonatların qaynaması 60-100 sm-dən başlayır və bu torpaqlar çox 
vaxt zəif karbonatlı torpaqlar sırasına daxil edilir. 
Təsvir edilən torpaqların udma tutumu nisbətən yüksək olub 100 q torpaqda orta hesabla 31-36 m-ekv təşkil 
edir. Torpaqların uducu kompleksi Ca
2+
 ilə yüksək doymuşdur. Onun miqdarı üst qatlarda bəzi hallarda 40-41 
m-ekv olub aşağıya doğru getdikcə azalıb 28 m-ekv-ə çatır. Udulmuş əsaslar içərisində ikinci yeri Mg
2+
 kationu 
tutur. Onun miqdarı yarımtiplərlə müqayisədə nisbətən yüksək olub bərkimiş horizontda daha çox toplanır və 
bəzi hallarda  udulmuş əsasların 26-48%-ni təşkil edir. Bərkimiş torpaqlar üçün adi hal olan bu vəziyyət əsasən 
torpaqəmələgətirici süxurların tərkibindəki maqneziumlu birləşmələrlə əlaqədardır. Tədqiqatçılar maqneziumun 
miqdarının yüksək olmasını bu torpaqların bərkimiş quruluşa malik olmasının səbəblərindən biri kimi izah 
edirlər. Bu torpaqlarda udulmuş hidrogenin miqdarı hər 100q torpaqda 0,11-0,14 m-ekv təşkil edir. 
Bərkimiş qaratorpaqların üst qatlarında torpaq məhlulunun reaksiyası neytrala yaxın olub, aşağı qatlara 
doğru karbonatların iştirakı ilə əlaqədar olaraq zəif qələvi (pH 7,3-7,9) mühit hakimdir. 
Qranulometrik tərkibinə görə  təsvir edilən torpaqlar gilli və  ağır gilli torpaqlar sırasına daxildir. Bu 
torpaqlar üçün fiziki gilin (75-85%) və lil hissəciklərinin (50-60%) yüksək olması  səciyyəvidir. Göstərilən 
hissəciklər bərkimiş horizontda digər horizontlarla müqayisədə 6-10% çox toplanırlar. Həmin horizontun 
yüksək sıxlığa malık olmasının əsas səbəbi də bundan ibarətdir. 
Bu torpaqların lil hissəcikləri  əsasən az miqdarda kaolinit və hidroslyuda qarışığı montmorillonit qrupu 
minerallarından təşkil olunmuşdur. 
Ümumi kimyəvi tərkibinə görə genetik qatların fərqlənməsi nəzərə çarpır. Profil boyu Al
2
O
3
 və biryarım 
oksidlərin hərəkət edərək bərkimiş qatda toplanması müşahidə edilir. Maqnezium-oksidin də həmin horizontda 
toplanması bərkimənin əsas səbəblərindən biri kimi izah olunur. Profil boyu aşağı qatlara doğru CaO miqdarı 
artdığı halda, silisium-oksidin miqdarı nisbətən azalır. Digər oksidlər profil boyu nisbətən bərabər paylanmışdır. 
Yüksək dərəcədə münbit torpaqlar sırasına daxil olan bərkimiş qaratorpaqların əsas hissəsi şumlanmış, taxıl 
və qismən yağlı bitkilər üçün istifadə olunur. Nisbətən mürəkkəb relyefə malik sahələr  əsasən biçənəklər 
altındadır. 
XXII FƏSİL. KSEROFİL MEŞƏLƏRİN, QURU SUBTROPİK BOZQIRLARIN VƏ 
YARIMSƏHRALARIN TORPAQLARI 

 
185
 
Azərbaycanın 39
0
00΄- 41
0
30΄şimal enlikləri və 44
0
30΄- 50
0
10΄şərq uzunluqları arasında qalan bütün əraziləri 
subtropik rayonlara aid edilmişdir. Landşaft etibarilə bu ərazilər  əsasən quru subtropik bozqırlardan və 
yarımsəhralardan ibarətdir. 
Azərbaycanın quru subtropiklərində illik temperatur 12,0-14,5
0
, havanın fəal temperaturunun cəmi 3800-
4600
0
-dir. Yağıntıların miqdarı 600-1100 mm olub iyul-avqust aylarında minimum təşkil edir. Mütləq rütubət 9-
50%, radiasiya balansı isə 45-50 kkal /sm
2
-dir. Torpağın fəal temperaturu (3800-5200
o
) atmosfer havasının fəal 
temperaturundan xeyli yüksəkdir. Temperaturun yüksək olması ilə  əlaqədar torpaqlar çox qızır və 
torpaqəmələgəlmə prosesləri daha intensiv şəkildə cərəyan edir. Mövsümi donma müşahidə edilmir. 
Respublikamızın quru subtropik bozqır və yarımsəhralarının iqlimi özünün aridliyi ilə seçilir. Boz-qəhvəyi 
və boz torpaqların yayıldığı zonalarda orta illik temperatur 11,7-13,2
0
  təşkil edir. Şaxtalar müşahidə 
edilmir.Əsasən yaz və payızda düşən yağıntıların miqdarı boz-qəhvəyi və boz torpaqlar zonasında müvafiq 
şəkildə 250-450 və 110-240 mm təşkil edir. Havanın fəal temperaturunun cəmi 3600-4400
0
-dir.  İqlim 
amillərinin mövsümiliyi torpaqəmələgəlmə prosesinin istiqamətinə təsir göstərir. 
Azərbaycanın quru subtropik zonasında torpaqəmələgəlmədə iki faza (mərhələ) ayrılır. Birinci, nisbətən 
fəal və uzun müddət davam edən faza yaz və payız mövsümlərini  əhatə edir. Torpaqəmələgəlmənin bu 
mərhələsində intensiv şəkildə humus toplanması, bitki qalıqlarının parçalanması, profilin daha dərindən 
islanması, çox mütəhərrik birləşmələrin aparılması, aşınmanın sürətlənməsi, törəmə gilli mineralların  əmələ 
gəlməsi və s. baş verir. Torpaqəmələgəlmənin əsasən yay aylarını əhatə edən quru fazasında isə karbonatların 
ayrılması və karbonatlı-illüvial horizontun formalaşması, humus maddələrinin polimerləşməsi, üzvi maddələrin 
minerallaşması, aşınma prosesinin bir qədər zəifləməsi və s. müşahidə edilir (Salayev, 1991). 
Quru subtropik bozqır və yarımsəhralar zonasında aşınma məhsulları yüksək gilliyə malik olması ilə seçilir. 
Burada torpaq və torpaqəmələgətirici süxurlarda dəmir və alüminium oksidlərinin toplanması müşahidə olunur. 
Süxurların dərindən aşınması, gilli mineralların sintezinin intensivliyi və fermentləşmə əlamətləri xeyli dərəcədə 
hidrotermik şəraitin gərginliyi ilə izah edilmişdir. 
Torpaqəmələgəlmənin yuxarıda qeyd olunan bütün əlamətləri respublikamızda subtropik torpaqəmələgəlmə 
üçün səciyyəvidir. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin