Qərib Məmmədov


§ 65. Qəhvəyi dağ-meşə torpaqları



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə27/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   23   24   25   26   27   28   29   30   ...   52
§ 65. Qəhvəyi dağ-meşə torpaqları 
 
Azərbaycanda qəhvəyi dağ-meşə torpaqları geniş yayılmaqla quraq meşə  və kolluqların nisbətən aşağı 
qurşağında formalaşmışdır. Bu torpaqlar Böyük və Kiçik Qafqazın orta və alçaq dağlıq qurşaqlarında, Arazboyu 
rayonlar, Naxçıvan MR-də, Qanıx-Əyriçay vadisi və  Lənkəran vilayətinin dövri-rütubətli rayonlarında xeyli 
ərazini əhatə edir. 
Qəhvəyi dağ meşə torpaqlarının inkişaf etdiyi kserofil meşə  və kolluqların iqlimi Aralıq dənizi iqliminə 
xeyli yaxındır. Bu ərazilər üçün isti quraq yay, uzun müddət davam  edən isti payız və mülayim qış səciyyəvidir. 
Orta illik temperatur 8,4-10,8
0
,  ən soyuq ayların temperaturu isə 1,2-3,4
0
 arasında tərəddüd edir. Qar örtüyü 
dayanıqlı deyildir, torpaqlar adətən donmur. Bioloji fəallıqdakı
 
(torpaqəmələgəlmədəki) quraq faza nisbətən 
qısa olub (iyun-avqust) orta hesabla 30 günə çatır. Yağıntıların miqdarı 350-600 mm olub əsasən yaz və payız 
mövsümlərinə düşür. Atmosfer havasının və torpağın fəal temperaturu (>10
0
)  müvafiq şəkildə 3400-4000 və 
3500-5000
0
 təşkil edir. 
Müəyyən edilmişdir ki, meşəaltının və kserofil ot örtüyünün yaxşı inkişaf etdiyi, rütubətlənmənin kifayət 
qədər olmadığı işıqlı palıd-vələs meşələri altında qəhvəyi-meşə torpaqları özünün tipik inkişaf xüsusiyyətlərinə 
malik olur. Bu torpaqların daha quru variantları püstə-ardıc formasiyalarından ibarət arid seyrək meşələr, 
həmçinin friqanoid və şiblək kol qrupları altında formalaşırlar. 
Qəhvəyi dağ meşə torpaqlarının formalaşdığı palıd-vələs meşələrində  bəzi hallarda fitokütlənin ümumi 
miqdarı 1160-2442 s/ha, kollu-otlu senozlarda isə 271 s/ha-a çatır. Quru meşələrin ot örtüyünün tərkibində kül 
elementlərinin miqdarı adətən yüksək olur. 
Təsvir edilən torpaqların yayıldığı  ərazilərdə  əhəngdaşları,  əhəngdaşlı qumlucalar, karbonatlı gilli şistlər, 
yaxud həmin süxurların elüvial və elüvial-delüvial karbonatlı gillicələrdən ibarət olan aşınma məhsulları  əsas 
torpaqəmələgətirici süxurlar rolunu oynayır. Karbonatlı  aşınma qabığı üzərində formalaşması, kül 
elementlərinin cəlb edilib torpaqda möhkəmlənməsi ilə əlaqədar olaraq qəhvəyi meşə torpaqları əsaslarla daha 
çox doyması ilə  səciyyələnir. Elə bu səbəbdəndir ki, torpaqların üst qatı çox vaxt neytral, yaxud zəif qələvi 
reaksiyaya malik olur. Torpaqəmələgəlmə  şəraitinin bu xüsusiyyətləri çox vaxt torpaqların morfoloji 
quruluşunda öz əksini tapır. Belə ki, Azərbaycanın qəhvəyi meşə torpaqları üçün humuslu qatın nisbətən qalın 
olması, humus horizontunun altındakı qatın gilləşməsi, yaxşı aqreqatlaşma, karbonatlı-illüvial horizontun aydın 
seçilməsi və  səciyyəvidir. Səthi parçalanma dərəcəsindən və relyef şəraitinin təsirindən asılı olaraq torpaq 
profilinin qalınlığı da geniş hüdudda tərəddüd edir. Nisbətən meylli cənub və cənub-şərq baxarlı yamaclarda çox 
vaxt profilin qalınlığı 50-60 sm-dən artıq olmur. Bu halda çox vaxt torpaqların üst humuslu qatında belə 

 
186
karbonatlı birləşmələr müşahidə olunur. Relyefin nisbətən mülayim elementlərində, xüsusilə şimal-qərb və qərb 
baxarlı yamaclarda adətən qalınlığı 110-150 sm, bəzi hallarda daha artıq olan tam inkişaf etmiş profilə malik 
qəhvəyi torpaqlar formalaşır. 
Alçaq dağlıq və dağətəyi sahələrdə bozqırlaşmış qəhvəyi torpaqların geniş yayılması respublikamızın quru 
meşələrinin landşaftının səciyyəvi xüsusiyyətlərindən biridir. Bu cür torpaqlara meşə talalarında, yaxud seyrək 
meşələr arasında ayrı-ayrı ləkələr şəklində rast gəlmək mümkündür. Bozqırlaşma prosesi meşə bitkilərinin çöl 
formasiyalar ilə əvəz olunmasında və torpaq səthində çim təbəqəsinin yaranmasında özünü aydın biruzə verir. 
Bu prosesdə insanın təsərrüfat fəaliyyəti, xüsusilə relyef şəraiti  əlverişli olan sahələrin kənd təsərrüfatı 
dövriyyəsinə cəlb olunması başlıca rol oynayır. 
Ekoloji-coğrafi  şəraitin xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən  və morfoloji quruluşundan asılı 
olaraq qəhvəyi dağ-meşə torpaqlarının aşağıdakı yarımtipləri fərqləndirilir: yuyulmuş qəhvəyi, tipik qəhvəyi və 
karbonatlı qəhvəyi torpaqlar. 
Yuyulmuş  qəhvəyi dağ-meşə torpaqları yarımtipi. Yuyulmuş  qəhvəyi dağ-meşə torpaqları öz arealı 
etibarı ilə çox da geniş olmayıb, quru meşələr zonasında nisbətən kiçik sahələri əhatə edir. Bu torpaqlar adətən 
nisbətən yaxşı rütubətlənən şimal, şimal-qərb baxarlı yamaclarda, meşələrin nisbətən kölgəli qurşağında qonur 
dağ-meşə torpaqları ilə sərhəddə daha çox əmələ gəldiyinə görə bütöv massiv yaratmır. Göstərilən torpaqlar çox 
vaxt çınqıllı gilli delüvial, gilli delüvial qumdaşlar və s. üzərində adətən palıd-vələs meşələri altında 
formalaşırlar. Yaxşı işıqlanan meşələrdə yemişan, əzgil, zoğaldan ibarət meşəaltı və ot bitkiləri də yaxşı inkişaf 
etmiş olurlar. Meşə  ağaclarının sıxlığı, torpaq səthinin işıqlanma dərəcəsi ot örtüyünün inkişafı  və çimləşmə 
prosesinə əsaslı təsir göstərir. 
Meşələrdə ot bitkilərinin də qalıqlarının qarışdığı kobud və tam çürüməmiş meşə döşənəyi adətən qalın 
olmayıb 2-5 sm təşkil edir. Çox zaman digər yarımtiplərlə (tipik və karbonatlı) müqayisədə yuyulmuş 
qaratorpaqlarda yaxşı inkişaf etmiş çim horizontuna təsadüf olunmur. 
Yuyulmuş qəhvəyi dağ-meşə torpaqları üçün yuyucu su rejimi,  torpaqəmələgələmə məhsullarının aşağıya 
doğru zəif miqrasiyası  səciyyəvidir. Lakin onu da qeyd etmək lazımdır ki, iqlimin nisbətən  quraqlığı ilə 
əlaqədar olaraq bu torpaqların yuyulması qonur meşə torpaqlarında olduğu kimi intensiv ifadə olunmamışdır. 
Yuyulma prosesi torpaqların fiziki-kimyəvi xüsusiyyətlərində, xüsusilə karbonatların torpaq profilindən 
tamamilə yuyulmasında və gilləşmənin getməsində nəzərə çarpır. 
Təsvir edilmiş torpaqların morfoloji əlamətlərini  ətraflı  səciyyələndirməkdən ötrü onların profilinin 
M.E.Salayev tərəfindən verilmiş ümumiləşdirilmiş morfoloji təsvirini nəzərdən keçirək. 
A
O
 - əsasən yarpaqlardan (palıd, yemişan, əzgil və s.) ibarət olan zəif çürümüş meşə döşənəyi. Qalınlığı 1-4 
sm. 
A
1
 - tünd-qəhvəyi, yaxud qəhvəyimtil-qonur, topavari-qozvari, ağır gillicəli, yaxud gilli, sıx, çoxlu köklər, 
bir qədər bərkimiş, bəzən çatvari keçidi tədrici, qaynamır. Qalınlığı 11±33,3 sm. 
A
2
 – qəhvəyi-bozumtul çalarlı tünd qəhvəyi, topavari yaxud topavari-qozvari, gilli, bərkvari, çoxlu köklər
cınqıllı, nazik çatvari, kök yolları və çatlar boyunca tək-tək hallarda humus axıntıları, keçidi tədrici, qaynamır. 
Qalınlığı 15±2,2 sm. 
B
1
 -  açıq-qəhvəyi, yaxud qəhvəyimtil-boz, az hallarda sarımtıl çalarlı, gilli, topavari-kəltənvari, çatvari, çox 
bərk (bərkimiş), çoxlu köklər, az miqdarda humus axınları, keçidi aydın, qaynamır. Qalınlığı 18±3,7 sm. 
B
2
 – qəhvəyimtil-sarı, tez-tez qırmızımtıl çalarlı, gilli, struktur ifadə olunmamış, yaxud kəltənvari quru 
halda çatvari, kif şəkilli karbonatlar, çox sıx (bərkimiş), süxur qırıntıları, çoxlu köklər, keçidi aydın, qaynayır, 
yaxud ocaqlar üzrə qaynayır. Qalınlığı 22±4,5 sm. 
B/C – qəhvəyimtıl-sarı, yaxud qonur-qara, gilli, iri süxur qırıntıları, kəltənvari, çox vaxt struktur ifadə 
olunmur, çatlar boyunca karbonat ləkələri, çox sıx, keçidi kəskin, qaynamır, yaxud ocaqlar üzrə qaynayır. 
Qalınlığı 20±3,5 sm. 
C/D – gilli, çınqılvari, rəngbərəng, narın torpaq qarışıqlı iri süxur qırıntıları, karbonat ləkələri, bərkvari, 
qaynayır. Çox vaxt delüvial, yaxud delüvial-prolüvial çınqıllı karbonatlı gillərdən ibarət olur. 
Onu da qeyd etmək lazımdır ki, qəhvəyi dağ-meşə torpaqlarının qalınlığı, ərazinin hündürlüyü, yamacların 
baxarlığı və meylliyindən asılı olaraq kəskin şəkildə dəyişir. 
Bu torpaqların üst horizontunda humusun miqdarı 4,78-7,93% arasında dəyişir. Onun orta miqdarı 
6,0±1,3% təşkil edir (cədvəl 59). Humusun miqdarı tipik qəhvəyi torpaqdakından  az olsa da kifayət qədər 
yüksəkdir. Humusun  miqdarı  aşağıya doğru tədricən azalır. Bəzi hallarda 90-100 sm-lik qatda onun miqdarı 
0,38-1,4%-ə çatır. Profil boyu humusun belə  tədricən azalması  qəhvəyi meşə torpaqları üçün səciyyəvidir və 
əsasən ot köklərinin humus əmələgəlmədə  iştirakı  və humus maddəsinin rütubətli mövsümdə miqrasiyası ilə 
əlaqədardır. Humusun tərkibi fulvat-humat və humat tiplidir. Humin turşusu fulvo turşulara nisbəti 0,8-1,1 
arasında tərəddüd edir. Ümumi azotun miqdarı humusa uyğun olaraq dəyişir. Ümumi azot profilboyu 0,41-
0,50%-dən 0,12-0,20 %-dək azalır. C/N nisbəti üst qatda 7,8-dən 11,2-dək dəyişir. Biogen toplanmanın 
təsirindən bu rəqəm alt qatlarda xeyli aşağı düşür. 
Təsvir edilən torpaqlarda yuyulma prosesi ilə  ələqədar olaraq profildə çox vaxt karbonatlar müşahidə 

 
187
edilmir. Bir çox hallarda onlara BC və C horizontlarında rast gəlinir. Alt qatlarda karbonat birləşmələrinin 
miqdarı bəzən 24-28%-ə çatır. Bu əsasən ana süxurların xarakteri və torpaqların yuyulma prosesi ilə əlaqədardır. 
Qranulometrik tərkibinə görə yuyulmuş  qəhvəyi meşə torpaqları  ağır gillicəli və  əsasən gilli 
növmüxtəliflikləri ilə  təmsil olunmuşdur. Üst horizontlarda fiziki gilin miqdarı 27,0-33,7%-dən 84,4%-dək 
dəyişir. Yüngül qranulometrik tərkib  əsasən meylli yamaclarda zəif aşınmış iri qumlar və  çınqıllar üzərində 
inkişaf etmiş torpaqlarda müşahidə olunur. Lil hissəciklərinin profilin orta hissəsində bərkimiş B horizontunda 
daha çox toplanması  və  həmin horizontun lilləşməsi müşahidə edilir. Bu proses metamorfik təbiətlidir, yəni 
torpaqdaxili aşınma nəticəsində baş verir. Bununla yanaşı, nisbətən rütubətli sahələrdə lil hissəciklərinin profilin 
orta hissələrinə yuyulması müşahidə edilir. 
Təsvir edilən torpaqlar udulmuş  əsaslarla doymuşdur. Udma tutumu yüksək olub, 33,75-48,91 m-ekv 
arasında dəyişir. Onun orta miqdarı 36,8±7,1 m-ekv təşkil edir. Üst qatlarda udulmuş əsasların miqdarının 72%-
dən 95%-dək Ca
2+
 kationunun payına düşür. Bu əsasən kül elementlərinin intensiv dövranı və üst qatlarda onun 
biogen akkumulyasiyası ilə əlaqədardır. Bir çox hallarda kalsium kationunun miqdarının profilin orta hissəsində 
B horizontunda artması müşahidə edilir. Bu əsasən lil hissəciklərinin miqdarının yüksək olması, humuslu 
birləşmələrin iştirakı ilə  əlaqədardır. Maqneziumun miqdarı çox vaxt aşağı qatlara doğru azalır. Onun 
maksimum miqdarı 100 qr torpaqda 8-10 m-ekv. təşkil edir. Bu torpaqlarda torpaq mühitinin reaksiyası çox vaxt 
neytral və zəif qələvi olur. 
Yuyulmuş  qəhvəyi dağ-meşə torpaqlarında silisium-oksidin alüminium-oksidə (4,8-6,6), dəmir-oksidə 
(39,0) və bir yarım oksidlərə (5,5-6,6) molekulyar nisbəti lil hissəciklərinin və  dəmir oksidlərinin miqdarının 
nisbətən yüksək olduğunu və torpaqların zəif dərəcədə allitməsini göstərir. Profilin orta hissəsində silisium-
oksidin biryarım oksidlərə dar nisbəti torpaqların dərindən aşınmasını və gilləşməsini göstərir. 
Tipik qəhvəyi dağ-meşə torpaqları yarımtipi. Tipik qəhvəyi dağ-meşə torpaqları Azərbaycanın quru 
meşələrində geniş yayılmış torpaq yarımtiplərindən biridir. Bu torpaqların yayıldığı geniş sahələrə Böyük 
Qafqazın şimal və şimal-şərq yamaclarında – Şamaxı yaylasında, Qanıx-Əyriçay vadisində, Bozqır yaylasında, 
Quba-Qusar düzənliyində rast gəlmək mümkündür. Göstərilən torpaqlar Naxçıvan Respublikasının orta dağlıq 
qurşağında, Kiçik Qafqazda isə Arazsahili zolaqda, Laçın, Gəncə-Qazax massivlərində geniş qurşaq  şəklində 
yayılmışdır. 
Tipik qəhvəyi dağ-meşə torpaqları relyefin nisbətən zəif parçalanmış orta dağ qurşağında geniş sahəni tutur. Bu 
torpaqlar adətən əhəngdaşları, əhəngdaşlı konqlomeratlar, mergellər, yaxud çınqıllı gilli karbonatlı delüvilər üzərində 
formalaşırlar. Göstərilən torpaqlar palıd-vələs, alçaq boylu kserofil palıdlıqlar və meşə-kol bitkilər altında  əmələ 
gəlirlər. Bu meşələr xeyli seyrəkləşdiyindən ağacların çətirinin ajuru daha işıqlı olur. Bu səbəbdən göstərilən meşələr 
altında kol (yemşan, əzgil, zoğal və s.) və ot bitkiləri (qırtıc, cır yulaf, yonca və s.) yaxşı inkişaf edir və bəzi hallarda 
zəif çim qatı da formalaşır. 
Tipik qəhvəyi dağ-meşə torpaqların yayıldığı  ərazilərin iqlim xüsusiyyətləri yuyulmuş  qəhvəyi dağ-meşə 
torpaqlarının yayıldığı  ərazilərdən müəyyən qədər fərqlənir. Temperatur rejiminin dinamikası tipik qəhvəyi 
meşə torpaqları zolağının iqliminin səciyyəvi xüsusiyyətlərindəndir. Bu qurşaqda xüsusilə yazın sonunda və yay 
aylarında daha yüksək temperatur, qısa quraq dövr və dövri rütubətlənən su rejimi mövcud olur. 
Torpaqəmələgəlmə  şəraitindəki müxtəliflik torpaqların morfoloji quruluşunda və xassələrində öz əksini 
tapmışdır. Aşağıda tipik qəhvəyi meşə torpaqlarının ümumiləşdirilmiş təsvirini nəzərdən keçirək. 
A
O
  - zəif çürümüş, yumşaq, quru meşə töküntüsü, bəzən nazik (1-2 sm) çim qatı nəzərə çarpır. Daha quru 
və meşələrin qırıldığı sahələrdə töküntü-döşəmə təbəqəsi olmur. 
A
1
 - qəhvəyi, yaxud qonur-qəhvəyi qozvari-topavari, yaxud dənəvari-topavari, çoxlu miqdarda kök və 
kökcüklər, yumşaqvari, bioloji cəhətdən yaxşı işlənmişdir (soxulcan yolları, qarışqa yuvaları, koprolitlər və s.), 
gilli yaxud ağır gillicəli, keçidi tədrici, qaynamır. Qalınlığı 12±3,2 sm. 
A
2
 – qəhvəyimtil-qonur, yaxud qəhvəyi, topavari-qozvari, yaxud iri topavari, çoxlu köklər bioloji cəhətdən 
yaxşı işlənmişdir, bərkvari, gilli, tək-tək süxur qırıntıları keçidi tədrici, qaynamır. Qalınlığı 16±2,3 sm. 
B
1
 – qəhvəyi, yaxud açıq-qəhvəyi, iri topavari, yaxud topavari - kəltənvari, çox bərk olduqda struktur 
seçilir, bərkimə əlamətləri, çatvari, köklər azdır, ləkə və damarcıqlar şəklində karbonatlar, gilləşmə əlamətləri, 
keçidi tədrici, qaynayır. Qalınlığı 20±3,4 sm.  
B
2
 -  qonur çalarlı açıq qəhvəyi, kəltənvari, çox vaxt struktur ifadə olunmur, bərkimə  əlaməti, gilləşmə 
zəifdir, köklər azdır, iri ləkə və damarcıqlar şəklində karbonatlar, çoxlu aşınmış süxur qırıntıları (iri qum, çınqıl 
və s.), keçidi aydın, şiddətli qaynayır. Qalınlığı 18,4±2,8 sm. 
C  – sarımtıl-qəhvəyi, yaxud qonur-sarı, struktursuz, iri karbonat ləkələri, çınqıllar çoxdur, şoxlu aşınmış 
süxur qırıntıları, gilləşmə  zəifdir, bərkvari, keçidi hiss olunur, şiddətli qaynayır. Qalınlığı 28±5,6 sm.

 
188
 
 
Şəkil 18.  Antropogen deqradasiyaya uğramış kserofil vələs-palıd meşə landşaftının qəhvəyi dağ-meşə torpağı 
(Ataçay hövzəsi) 
Profilin dərindən yuyulması, humus horizontunun aşağıya doğru çəkilməsi, humusaltı horizontun (AB) hiss 
olunacaq dərəcədə  bərkiməsi, 40-50 sm dərinlikdə karbonatlı illüvial horizontun olması kimi morfoloji 
əlamətlər bu torpaqların  əsas diaqnostik göstəricilərindəndir. Bundan başqa profilin dərindən humusla 
rənglənməsi, qəhvəyi və  qəhvəyi-qırmızımtıl tonun üstünlük təşkil etməsi, lil hissəciklərinin zəif olması, 
karbonatların damarcıqlar, ləkələr və yalançı liflər şəklində ifadə olunması da bu torpaqlar üçün səciyyəvidir. 
Təsvir edilən torpaqlar humusun miqdarının yuyulmuş qəhvəyi dağ-meşə torpaqlarla müqayisədə bir qədər 
yüksək olması ilə fərqlənir. Üst horizontlarda onun miqdarı 5,6-10,8% arasında dəyişir. Böyük Qafqazın cənub 
yamaclarında humusun miqdarı 7-8%-ə (G.A.Salamov, 1978), cənub –qərbi Azərbaycanda isə 5,72-6,98%-ə 
(Ş.G.Həsənov, 1978) çatır. Onun orta miqdarı 6,4±1,2% təşkil edir. Humus qatı  aşağıya doğru çəkilir, bəzi 
hallarda 60-70 sm dərinlikdə belə humusun miqdarı 0,7-0,8%-dən  aşağı olmur. Humusun miqdarının nisbətən 
yüksək olması illik töküntü və meşə döşənəyinin çürüyərək torpağın  üst horizontlarını ilbəil zənginləşdirməsi 
ilə əlaqədardır. Ümumi azotun miqdarı yüksək olub 0,47-0,82% arasında dəyişir. C/N nisbəti 6,8-9,7 arasında, 
ümumiyyətlə, götürdükdə isə 7,7-11,7 arasında dəyişir (cədvəl 59). 
 
Cədvəl 59 

 
189
 
Qəhvəyi dağ-meşə torpaqlarının əsas tərkib hissələri 
 
Kəsimlərin qoyulduğu ərazi 
Dərinlik, 
sm 
Humus Azot  C/N CaCO
3
 
 
1 2 




Yuyulmuş qəhvəyi dağ-meşə torpaqları 
Kiçik Qafqaz (Laçın rayonu), 
H.Əliyev, 1979 
0-2 Meşə döşənəyi 
2-16 7,93 
0,50 
7,8 - 
16-27 5,86 0,52 
6,5  - 
27-42 2,16 0,27 
4,7  - 
42-62 115 0,20 
3,3  - 
62-92 0,38  -  -  - 
92-110 -    -   
Kiçik Qafqaz (Göygöl 
meşəliyi), 
E.Şərifov, 1969 
0-11 4,78 
0,41 -  - 
11-28 3,30 0,30 -  - 
28-44 0,32 0,25 -  - 
44-58 -   - - 
58-70 -   - - 
Tipik qəhvəyi dağ-meşə torpaqları 
Böyük Qafqazın  şimal-şərq 
yamacı, H.Əliyev, 1964 
0-33 5,58 
0,47 
6,8 - 
33-57 2,95 0,21 
10,7 - 
57-79 1,73 0,21 
7,8 2,25 
79-106 1,22  -  - 14,99 
106-140 0,85  -  -  24,01 
Kiçik Qafqaz (Qazax rayonu),  
M.E.Salayev, 1966 
0-3 Meşə döşənəyi 
3-10 10,81 
0,82 
7,64 - 
10-35 7,96 0,26 
4,37 - 
35-52 4,28 0,19 
3,91 
18,33 
52-74 1,28  -  - 26,26 
74-100 -  - - 
29,12 
Karbonatlı qəhvəyi dağ-meşə torpaqları 
Cənub-qərbi Azərbaycan 
(Ağdam rayonu), 
Ş.G.Həsənov, 1978 
1-0 Meşə döşənəyi 
0-28 5,71 
0,28 
11,7 
2,31 
28-54 2,64 0,24 
6,4 
17,47 
54-75 1,40  -  - 26,14 
75-96 1,18  -  - 12,15 
96-125 1,09  -  - 15,75 
Böyük Qafqaz (Quba 
rayonu),  
H.Ə.Əliyev, 1964 
0-15 4,49 
0,24 
10,41 
5,56 
15-48 1,74 0,21 
4,6 6,26 
48-84 0,87  -  - 13,28 
84-140 -  - - 
11,80 
 
 
Tipik qəhvəyi dağ-meşə torpaqlarında humus humat və humat-fulvat tiplidir. Torpaqların üst 
horizontlarında humin turşuları fulvoturşulara nisbətən artıq olur. Aşağı qatlara doğru fulvoturşuların 
torpaqəmələgəlmədə rolu artır. Ch/Cf nisbəti əksər hallarda 0,8-1,2-dən yüksək olmur. 
Tipik qəhvəyi dağ-meşə torpaqlarında yuyulma prosesi ilə  əlaqədar karbonatlar müşahidə edilməsi və ya 
profilin alt qatlarında üzə çıxdığı halda təsvir edilən torpaqlarda karbonatlar 40-50 sm-dən başlayır və alt qatlara 
doğru xeyli artır. İllüvial-karbonatlı horizontun və alt qatlarda karbonatların çox müşahidə edilməsi bir tərəfdən 
torpaqəmələgətirən süxurların karbonatlığı, digər tərəfdən isə onların qismən üst qatlardan yuyularaq aşağıya 
toplanması ilə izah edilməlidir. Meşə örtüyünün xarakterindən və torpaqların karbonatlılıq dərəcəsindən asılı 
olaraq torpaq məhlulunun reaksiyası neytraldan qələviyə kimidir. Neytral mühit üst karbonatsız horizontlarda, 
qələvi mühit isə karbonatların çox olduğu qatlarda müşahidə olunur. 
Tipik qəhvəyi meşə torpaqlarının udma tutumu kifayət qədər yüksəkdir. Burada udulmuş Ca
2+
  və Mg
2+
 
üstünlük təşkil edir. Üst humuslu akkumulyativ horizontda udma tutumu bir qədər yüksək olub orta hesabla 100 
q torpaqda 39,7±6,3 mq-ekv təşkil edir. Udulmuş əsasların 82-85%-i, bəzi hallarda isə daha çoxu Ca kationunun 
payına düşür. Torpaqəmələgətirici süxurlarda Ca kationunun çox olması CaCO
3
 ilə  əlaqədardır. Yüksək 

 
190
karbonatlılıqla  əlaqədar olaraq udulmuş maqneziumun miqdarı xeyli aşağıdır. Dolomitləşmiş  əhəngdaşları  və 
vulkanik süxurların dərindən aşınması nəticəsində alt horizontlarda onun miqdarı yüksələ bilir. 
Qranulometrik tərkibinə görə  təsvir edilən torpaqların ağır gillicəli və  əsasən gilli növmüxtəliflikləri 
üstünlük təşkil edir. Üst qatlarda fiziki gilin miqdarı çox vaxt 61-84% arasında dəyişir (cədvəl 60). 
Cədvəl 60 
 
Qəhvəyi dağ-meşə torpaqlarının udma tutumu, qranulometrik tərkibi və pH göstəriciləri 
 
Kəsimlərin qoyulduğu 
ərazi 
 
Dərin-
lik, sm 
Udulmuş 
əsasların 
cəmi, mq-
ekv 
<0,001 
mm 
<0,01 
mm 
pH 
 
1 2 




Yuyulmuş qəhvəyi dağ-meşə torpaqları 
Kiçik Qafqaz (Quba rayonu), 
H.Əliyev, 1964 
1-20 42,05 32,12 
63,12 
7,4 
20-50 39,49 46,40 
42,40 
7,0 
50-71 43,79 42,72 
76,08 
7,3 
71-86 50,89 46,17 
79,20 
7,4 
86-97 30,87 26,76 
56,80 
8,0 
97-112 28,42 39,76 
61,60 
8,5 
Kiçik Qafqaz (Laçın 
rayonu), 
M.E.Salayev, 1979 
0-2 33,35  - - 
7,0 
2-9 33,35 
32,60 
65,05 
7,0 
9-31 29,52 42,30 
69,94 
7,0 
31-56 35,42 44,50 
76,97 
7,0 
56-82 39,0 42,56 
70,89 
7,4 
82-110 - 32,35 
66,67 

Tipik qəhvəyi meşə torpaqları 
Kiçik Qafqaz (Qazax 
rayonu),  
M.E.Salayev, 1966 
3-19 37,76 36,00 
61,64 
7,2 
19-35 38,82 43,02 
68,79 
7,3 
35-52 25,21 34,80 
63,04 
8,1 
52-74 29,43 34,80 
60,12 
8,2 
74-110 30,53 35,32 
68,64 

Böyük Qafqazın cənub 
yamacı,  
M.E.Salamov, 1978 
3-9 42,82 
20,46 
62,28 
7,2 
9-20 39,37 22,04 
69,96 
7,3 
20-47 45,87 30,44 
44,24 
7,6 
47-80 48,41 13,92 
50,96 
6,9 
80-140 50,27 14,36 
65,32 
8,6 
Karbonatlı qəhvəyi meşə torpaqları 
Cənub-qərbi Azərbaycan 
(Cəbrayıl rayonu), 
Ş.G.Həsənov, 1969 
2-0 Meşə döşənəyi 
0-10 45,11 29,04 
53,28 

22-32 30,74 27,04 
57,04 

46-60 25,87 21,52 
51,12 

75-95 22,27 26,40 
61,36 

Kiçik Qafqaz (Qazax 
rayonu),  
M.E.Salayev, 1966 
0-7 36,36 
27,88 
46,08 
7,6 
7-25 32,63 25,12 
52,04 
8,0 
25-47 31,54 37,28 
54,28 
8,1 
47-65 27,71 31,68 
58,00 
8,4 
 
Lil hissəciklərinin profildə paylanması orta horizontlarda gilləşmə əlamətlərinin olmasını göstərir. Gilləşmə 
yuxarı horizontlardan hərəkət edən lil hissəciklərinin hesabına deyil, əsasən ilkin mineralların parçalanaraq 
törəmə gilli mineralların yaranması yolu ilə torpaqdaxili aşınma nəticəsində baş verir. 
Tipik qəhvəyi dağ-meşə torpaqlarının mineraloji tərkibi yuyulmuş  qəhvəyi torpaqlara çox yaxındır. Lil 
hissəciklərinin tərkibində MgO və  K
2
O oksidlərinin
 
toplanması  və silisium-oksidin biryarım oksidlərə dar 
nisbəti montmorillonit və hidroslyuda minerallarının iştirakı ilə əlaqədardır. 
Karbonatlı  qəhvəyi dağ-meşə torpaqları yarımtipi. Bu torpaqlar respublikamızın Böyük və Kiçik 
Qafqaz vilayətlərinin alçaq dağlıq və dağətəyi qurşaqlarında, qədim çay terraslarında, delüvial şleyflərində, 

 
191
həmçinin Lənkəran vilayətinin şimal hissəsində və Naxçıvan MR-də geniş yayılmışdır. Bu torpaqların yayıldığı 
qurşaq yüksəklik zonallığı sistemində yuxarıda tipik və yuyulmuş  qəhvəyi dağ-meşə torpaqlarla, aşağıda isə 
quru subtropik bozqırların boz-qəhvəyi torpaqları ilə  həmsərhəddir. Karbonatlı  qəhvəyi dağ-meşə torpaqları 
qurşağının xüsusilə aşağı hissəsinin quru subtropik bozqırlara yaxınlığı torpaqəmələgəlmə prosesinə, onun arid 
şəraitdə inkişaf etməsinə ciddi təsir göstərir. Azərbaycanın quru meşələrində tipik karbonatlı qəhvəyi dağ-meşə 
torpaqları seyrəkləşmiş, xeyli bozqırlaşmış palıd-vələs meşələri, həmçinin ot bitkilərinin yaxşı inkişaf etdiyi 
kserofil kol (ardıc-şiblak) formasiyaları altında formalaşırlar. Bu qurşaqda fitokütlənin ümumi miqdarı çox vaxt 
100 t/ha-dan artıq olmur. 
Təsvir edilən torpaqlar çox vaxt karbonatlı aşınma qabığı, profiritlər, əhəngdaşı və lösşəkilli süxurlar, bəzi 
hallarda isə konqlomerat, bazalt süxurlarının delüvial-prolüvial çöküntüləri üzərində yaranır. 
Torpaqəmələgətirici süxurların rolu özünü bu torpaqların qranulometrik tərkibində kəskin şəkildə göstərir. Belə 
ki, gilli şistlər və porfiritlər üzərində gilli və  ağır gillicəli torpaqlar, qumlucalı  əhəngdaşları  və mergellər 
üzərində isə bu torpaqların orta və yüngül gillicəli növmüxtəliflikləri inkişaf edir. 
Mövsümlər üzrə iqlimin müxtəlifliyi,  ərazinin bitki örtüyünün xarakteri və s. bu torpaqların morfoloji 
quruluşunun və fiziki-kimyəvi xassələrinin özünəməxsusluğuna, digər yarımtiplərdən xeyli fərqlənməsinə səbəb 
olmuşdur. Karbonatlı  qəhvəyi dağ-meşə torpaqlarının morfoloji quruluşu üçün profilin müəyyən qədər 
differensiasiya etməsi (genetik qatların aydın seçilməsi), karbonatlı birləşmələrin bütün profil boyu üzə çıxması, 
nisbətən qalın tünd rəngli humus horizontunun olması, yaxşı ifadə olunmuş qozvari-dənəvari struktur, digər 
yarımtiplərlə müqayisədə gilləşmə əlamətlərinin zəif olması və s. səciyyəvidir. 
Karbonatlı qəhvəyi dağ-meşə torpaqlarının profilinin ümumiləşdirilmiş təsvirini nəzərdən keçirək (Salayev, 
1991). 
A
O
 – töküntü-döşəmə horizontu, çox vaxt fraqmentar şəkildə olur, bəzi hallarda 1-2 sm qalınlıqda mamırlı 
örtüyə, tala və bozqırlaşmış sahələrdə 1-1,5 sm qalınlığında çim təbəqəsinə rast gəlinir. 
A
1
 - qəhvəyi, yaxud açıq qəhvəyi, bərkvari, dənəvari-xırda qozvari, gilli, yaxud gillicəli, sıx köklər, keçidi 
tədrici, qaynayır. Qalınlığı 19±3,1 sm. 
A
2
 – qəhvəyi, yaxud qəhvəyimtil-qonur, bərkvari, topavari-qozvari, gilli yaxud gillicəli, sıx köklər, 
soxulcan yolları və koprolitlər, aşağı sərhədində tək-tək karbonat telləri, quru, keçidi tədrici, qaynayır. Qalınlığı 
22±3,6 sm. 
B
1
 – qəhvəyimtil-qonur, iri topavari, yaxud kəltənvari, sıx, çatvari, damarcıqlar və  ləkələr  şəklində 
karbonatlar, zəif sementləşmiş, bərkimə  əlamətləri, zəif gilləşmişdir, çınqıllı, keçid kəskin,  şiddətli qaynayır. 
Qalınlığı 22±3,6 sm. 
B
2
 – qonur-zəif qəhvəyi, topavari-xırda kəltənvari, sıx, gilli, iri ləkə və damarcıqlar şəklində karbonatlar, 
yumşaq qurluşlu, gilləşmə zəifdir, şiddətli qaynayır, keçidi aydındır. Qalınlığı 20±3,8 sm. 
B/C – sarıya çalan qonur-boz, aydın seçilməyən topavari-kəltənvari, ağır gilli, çatvari, quru, iri karbonat 
ləkələri, tək-tək hallarda gips kristalları, daşlı, şiddətli qaynayır. Qalınlığı 12±3,5 sm. 
C – bir qədər ağımtıl boz-sarı, rəngbərəng, çox sıx, struktursuz, daşlı, şiddətli qaynayır. 
Karbonatlı  qəhvəyi dağ-meşə torpaqlarında humusun miqdarı digər yarım tiplərlə müqayisədə bir qədər 
aşağıdır. Onun miqdarı çox vaxt orta hesabla 4,0-8,0%-dən artıq olmur. Az miqdarda olan bitki töküntülərinin 
intensiv  şəkildə minerallaşması, ilin isti dövründə rütubətin çatışmaması onun miqdarına ciddi təsir göstərir. 
Humus profilboyu tədricən azalır. Yuxa torpaqlarda humusun miqdarı daha aşağı olur. 
Torpaq profilində ümumi azotun miqdarı da humusa uyğun olub, üst qatlarda nisbətən çox (0,24-0,30%), alt 
qatlarda isə xeyli azalır. C/N nisbətinin dar olması torpağın üzvi hissəsində dərindən parçalandığını göstərir. 
Humus humat tiplidir və onun xeyli hissəsi kalsiumla birləşmələr  şəklindədir. Humin turşusunun 
fulvoturşulara nisbəti vahiddən böyükdür. 
Karbonatlı  qəhvəyi dağ-meşə torpaqları  əsaslarla doymuşdur. Üst horizontda udma tutumunun miqdarı 
33,48-45,11 m-ekv arasında dəyişir. Meşə töküntüsü vasitəsilə torpağa daxil olan kül elementləri (bioloji akku-
mulyasiya) udulmuş Ca
2+
 və Mg
2+
 artıq olmasına şərait yaradır. Ardıc töküntüsü və döşənəyi vasitəsilə torpağa 
hər il xeyli miqdarda Ca
2+
 və Mg
2+
 qaytarılır. 
Təsvir edilən torpaqların fərqləndirici genetik əlamətlərindən biri də bilavasitə üst qatlardan etibarən 
karbonatların olmasıdır. Karbonatların miqdarı üst qatlardan (5,56-1,27%) alt qatlara doğru artır (11,70-15,75%, 
bir çox hallarda 23-24%-dək). Karbonatların yüksəkliyi torpaqəmələgətirici süxurların karbonatlı olması və zəif 
rütubətlənmə şəraitində yuyulmanın təsirinin azlığı ilə izah olunur. Torpaq mühitinin reaksiyası üst qatlarda zəif 
qələvidir (pH 7,4). Profil boyu aşağı qatlara doğru pH-ın qiyməti artır (8,,4) və bu əsasən karbonatlı süxurların 
təsirinin artması ilə əlaqədardır. 
Qranulometrik tərkib etibarilə karbonatlı  qəhvəyi meşə torpaqları  əsasən gilli və  ağır gillicəli 
növmüxtəliflikləri ilə təmsil olunmuşdur. Profil qranulometrik tərkibinə görə yaxşı differensiasiya edir. Profilin 
orta qatlarında (xüsusilə B
1
 horizontunda) lil hissəciklərinin və fiziki gilin miqdarı nisbətən yüksək olur və bu 
həmin torpaqlar üçün genetik əlamət kimi səciyyəvi sayılır. Az meylli, meşə örtüyünün nisbətən sıx olduğu 
yamaclarda torpaqəmələgəlmə intensiv gedir, gillilik alt qatlara doğru artır. Müşahidələr göstərir ki, bu 

 
192
torpaqların  qalın növmüxtəlifliklərində orta və yuxa torpaqlara nisbətən qranulometrik tərkib daha ağır olur. Lil 
hissəciklərin əsasən montmorillonit-hidroslyuda minerallarından ibarətdir. Qəhvəyi meşə torpaqlar tipinin adi, 
bozqırlaşmış, bərkimiş, şoranvari, tam inkişaf etməmiş cinsləri fərqləndirilir.  
Təsvir edilən torpaqlar əsasən meşələr altındadır, bir hissəsi isə  kənd təsərrüfatı dövriyyəsinə daxil 
edilmişdir. Yüksək potensial münbitliyə malik bu torpaqların yayıldığı alçaq və orta dağlıq sahələrdə 
tütünçülük, üzümçülük, bağçılıq və qismən taxılçılıq inkişaf etdirilir. Qəhvəyi meşə torpaqlarının meşədən azad 
olmuş sahələrində 600-800 m kimi yüksəkliklərdə bozqırlaşmış qəhvəyi torpaqlar inkişaf tapmışdır.  

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin