§ 59. Sarı dağ-meşə torpaqları
159
Sarı dağ-meşə torpaqları Lənkəran vilayəti rütubətli subtropiklərinin səciyyəvi torpaq tipidir. Coğrafi
cəhətdən bu torpaqlar dağətəyi və alçaq dağlıq qurşaqda dəniz səviyyəsindən 50-100 m-dən 600-700 m-dək
yüksəkdə qonur dağ-meşə və podzollu-sarı torpaqlar arasındakı qurşaqda yerləşir. Viləşçaydan şimalda sarı dağ-
meşə torpaqları dağ-qəhvəyi torpaqlar ilə qovuşur. Astaraçaydan cənuba İran ərazisinə doğru davam edir. Bu
yüksəkliklər daxilində yamaclar kifayət dərəcədə parçalanmışdır. Bu isə denudasiya proseslərinin inkişafı üçün
əlverişli şərait yaradır. Məhz bu amillərin təsiri altında torpaqlar nisbətən qısa profilə, əsasən yuxa və orta
qalınlıqlı narın torpaq qatına malik olur.
Sarı dağ-meşə torpaqlarının yayıldığı ərazilər rütubətli subtropik iqlimə malik olması ilə səciyyələnir. Bu
iqlim tipi qışın yumşaq, payız-qış ayılarının yağmurlu, yayın mülayim isti olması ilə fərqlənir. Orta illik
temperatur 14,0-14,3
0
-dir. Ən soyuq ayda (yanvar) temperatur 0-3
0
arasında tərəddüd edir. Şaxtasız günlərin
sayı şimalda 270-280-ə, cənubda isə 300-ə çatır.
Ovalıq hissədə günəş radiasiyasının miqdarı 135, dağ ətəyində 120, orta dağlıq sahədə 140 kkal/sm
2
-ə
bərabərdir. Ərazinin ovalıq hissəsində fəal temperaturların cəmi 4400-4500
0
-yə çatır.
Bu ərazi Azərbaycan üzrə maksimum yağıntı sahəsi hesab edilir. Yağıntıların orta illik miqdarı 1300-1400
mm-ə çatır. Ən çox yağıntı vilayətin cənub-şərq hissəsində müşahidə edilir (1700 mm-ə qədər). Yağıntıların
maksimum miqdarı payız və yazda, minimum miqdarı yayda (10-12%) düşür. Ə.M.Şıxlinski meteoroloji
məlumatlara əsasən ovalığın şimal hissəsində orta illik mümkün buxarlanmanın 800-1000 mm arasında
dəyişdiyini müəyyən etmişdir. Rütubətlənmə əmsalı 100-150% arasında dəyişir. İlin isti dövründə onun qiyməti
25-50% -dək aşağı düşür.
Sarı dağ-meşə torpaqlarının yayıldığı ərazilərin iqlim şəraitinə aid yuxarıda göstərilən materiallar ərazidə
fəsillər üzrə istilik, rütubət və temperatur amplitudunda kəskin fərqlərin olduğunu, yağıntıların paylanmasının
aydın seçilən mövsümi xarakterə malik olmasını (maksimum soyuq, minimum isti dövrdə) aydın şəkildə
göstərir.
İqlim şəraiti ilə əlaqədar olaraq sarı dağ-meşə torpaqların yayıldığı ərazilərdə ilin böyük hissəsi ərzində
yüksək rütubətlənmə şəraiti hakim olur. Bu isə yuyucu su rejiminin yaranmasına və yağışlı payız-qış dövründə
torpaqların üst qatında izafi rütubətin əmələ gəlməsinə səbəb olur.
Sarı dağ-meşə torpaqları enliyarpaqlı hirkan meşələri - dəmirağacı, palıdlı-vələsli-dəmirağacı (şabalıd
yarpaq palıd), vələsli palıdlı və meşəaltı ot bitkilərinin də inkişaf etdiyi palıd meşələri altında formalaşır (şəkil
16).
160
Şəkil 16. Rütubətli subtropik meşə landşaftının sarı dağ-meşə torpağı
Bəzi sahələrdə, xüsusilə cənub baxarlı meylli yamaclarda meşələr qırılmışdır. Bu meşələrdə mezo - və
kserofil meşələrdə olduğu kimi qalın meşə döşənəyi əmələ gələ bilmir. Onun qalınlığı çox vaxt 1-3 sm təşkil
edir. Meşə döşənəyinin ehtiyatı orta hesabla 59-86 s/ha-dan artıq olmur. Dəmirağacı meşələrində meşə xəzəlinin
kül elementlərinin tərkibində Fe, Ca, Si, Mg, Al, Mn, S, P rast gəlinir. Dəmirağacı meşələrinin döşənəyi silisium
və biryarım oksidlərlə (Al
2
O
3
, Fe
2
O
3
) və manqanla, palıd-vələs
meşələri – kalsium və maqneziumla (biryarım
oksidlər az olur) daha zəngin olur. Meşə döşənəyinin minerallaşması artdıqca həmin elementlərin miqdarı
dəyişir. Ca və Mg tədricən yuyulması, Fe, Al və qismən Si artması baş verir. İzafi rütubət və turş mühitin olması
ilə əlaqədar olaraq mikrobioloji fəaliyyət zəifləyir, döşənəyin parçalanması yavaş-yavaş gedir. Ancaq
minerallaşma prosesi uzun dövr (ilin böyük hissəsi) ərzində davam etdiyi üçün döşənək kifayət dərəcədə
parçalana bilir.
Bitki qalıqlarının yüksək dərəcədə minerallaşması və əmələ gəlmiş humus turşularının
yuyulması ilə əlaqədar olaraq humusun böyük miqdarda toplanması və qalın humus horizontunun əmələ gəlməsi
müşahidə edilir.
Sarı dağ-meşə torpaqlar əsasən çökmə və qismən püskürmə süxurların sarı rəngli aşınma qabığı, yamacların
aşağı hissələrində və şleyflərində isə həmin aşınma qabığının delüvüsi üzərində formalaşır. Bu süxurların əsas
xüsusiyyətləri aşağıdakılardan ibarətdir: yüksək gilli, skeletli olması, alüminium və dəmir oksidləri ilə
zənginliyi, silisium birləşmələrinin azlığı, yüksək udma tutumu, qələvi torpaq əsasları ilə doyması və
161
karbonatsız olması. Rütubətli subtropik iqlim, pH qiymətinin aşağı, torpaq mühitinin doymamış olduğu bir
şəraitdə aşınma və torpaqəmələgəlmə prosesləri üzvi və üzvi mineral birləşmələrin təkrar paylanmasına səbəb
olur. Bu zaman mütəhərrik birləşmələrin yuyulması, torpaq və aşınma qabığında dəmir, alüminium və qismən
silisium oksidlərinin hidratlarının toplanması baş verir. Tipik şəraitdə bu prosesin inkişafı lokal şəkildə
“podzollaşmış” sarı torpaqların formalaşmasına səbəb olur. Həmin torpaqlarda ağımtıl boz və nisbətən yüngül
qranulometrik tərkibə malik olan elüvial A
2
horizontu, dəmir və alüminium oksidi birləşmələri ilə zənginləşmiş,
dəmirli-manqanlı yeni törəmələrin tez-tez rast gəlindiyi xeyli gilləşmiş illüvial B horizontu əmələ gəlir.
Lənkəran vilayətinin sarı rəngli aşınma qabığı eroziya prosesinin inkişafı ilə əlaqədar daim yeniləşən cavan
törəmədir. Yamaclarda hətta meşələrin olduğu hallarda belə humus qatı yuyulmaya məruz qalır. Yamaclarda
meşələrin qırılması və eroziyaya qarşı mübarizə tədbirlərinə əməl etmədən həmin torpaqlardan təsərrüfatda
istifadə olunması humusun və narın torpaq qatının yuyulmasına, skeletliliyin artmasına, profilin nazikləşməsinə
səbəb olur.
Geomorfoloji quruluşunun xüsusiyyətlərinə, fiziki-kimyəvi xassələrinə əsasən sarı dağ-meşə torpaqları
aşağıdakı yarımtiplərə ayrılır: tipik sarı dağ-meşə torpaqları, podzollaşmış sarı dağ-meşə torpaqları, sarı-qonur
dağ-meşə torpaqları.
Tipik sarı dağ-meşə torpaqları. Bu torpaqlar alçaq dağlığın dərə-təpəli relyef şəraitində Lənkəran,
Viləşçay və Boradigahçayın aşağı axınlarında subtropik meşələr altında yayılmışdır.
Tipik sarı dağ-meşə torpaqların yayıldığı ərazilərdə əsas torpaqəmələgətirici süxurlar sarı rəngli aşınma
qabığının çınqıllı karbonatsız gillicələrindən ibarətdir. Təsvir edilən torpaqlar morfoloji cəhətdən profilin zəif
ayrılması, yuxa və orta qalınlıqlı narın torpaq qatına malik olması ilə fərqlənir. Bu torpaqların kəsiminin
V.R.Kovalyov (1966) tərəfindən verilmiş ümumiləşdirilmiş təsvirini nəzərdən keçirək.
A
O
- yumşaq meşə döşənəyi, əsasən ağac yarpaqlarından, bəzi yerlərdə mamır örtüyündən ibarətdir.
Döşənəyin qalınlığı azdır, döşənəkdən məhrum sahələrə (ləkələrə) rast gəlinir. Qalınlığı 0-3 sm.
A
1
– boz, yaxud sarımtıl çalarlı tünd-boz, topavari-qozvari, nazik köklər, bərkvari, bəzi hallarda çatvari, az
hallarda humus axıntıları, ağır gillicəli, keçidi aydın, qaynamır. Qalınlığı 5-15 sm.
A
2
- bozumtul-sarı, humus axıntıları, nöqtə şəkilli-manqan-dəmir konkresiyaları, topavari-qozvari, az
hallarda kəltənvari, quruluşu bərkdir, çoxlu ağac kökləri, qranulometrik tərkibi ağır, əsasən gillidir, qaynamır,
keçidi aydın deyil. Qalınlığı 10-12 sm.
B
1
- açıq sarı (saman rəngi), yaxud bozumtul-sarı, qırmızımtıl-sarımtıl çalarları olur, strukturu xırda
kəltənvari-prizma şəkilllidir, bərkdir, çatvaridir. Struktur elementlərin səthi humusla laklanmışdır. Tək-tək ağac
kökləri. Çınqıl və iri qum qarışıq gilli, xüsusilə aşağı qatlarda. Qaynamır, keçidi tədricidir. Qalınlığı 35-40 sm.
B
2
- açıq sarımtıl-qonur, dəmir ayrılması ilə əlaqədar rəngbərəng, bərkimiş, çınqıl və iri qum qarışıq gilli,
yaxud gillicəli, qaynamır, keçidi aydındır. Qalınlığı 30-40 sm.
C- yumşaq, yaxud bərkimiş sarı aşınma qabığı qatı. Sarı-qırmızı (oxra rəngi) və qonur dəmir ayrılmaları ilə
əlaqədar olaraq rəngbərəngdir. Gil mineralları ilə əhatələnmiş çoxlu miqdarda aşınmış bərk süxur qırıntıları,
çınqıllı, qaynamır. Qalınlığı 40-50 sm.
Torpaq profilinin yuxarıda verilmiş təsvirindən də göründüyü kimi, tipik sarı dağ meşə torpaqlarının
morfoloji quruluşunun özünəməxsus diaqnostik göstəriciləri vardır. Bunlardan aşağıdakıları qeyd etmək olar:
torpaqların səthindəki meşə döşənəyi qatı qalın olmur, 0-3 sm təşkil edir. Profilin narın torpaq qatından ibarət
olan hissəsi çox qalın deyildir. Belə ki, həmin hissə qalın torpaqlarda 60-100 sm, orta qalınlıqlı torpaqlarda 60-
100 sm, yuxa torpaqlarda isə 30-60 sm-ə bərabər olur. Humus qatının qalınlığı da az olub orta hesabla 10-15 sm
təşkil edir. Profilin xeyli gilləşməsi və aşağı hissəsinin skeletliyi bu torpaqların mühüm diaqnostik
əlamətlərindən biridir. Gilləşmə əlamətinin daha qabarıq müşahidə edildiyi illüvial B
1
və B
2
horizontlarında
qırmızı-sarı (oxra rəngi)-pas rəngi fonunda yeni dəmir-manqan törəmələrinə rast gəlinir. Humus qatı ilə
müqayisədə bu qat daha çox bərkiyərək çox vaxt topavari-qozvari, kəltənvari-prizmavari struktura malik olur.
Aşağıda həmin qat daha çox və ya az çınqıllı aşınma qabığına keçir. Mühüm diaqnostik göstəricilərdən biri bu
torpaqların demək olar ki, bütün profilinin karbonatlardan yuyulmasıdır. Tipik sarı torpaqlarda dərinliyə doğru
litogenlik əlaməti hiss olunacaq dərəcədə artır. Bu C və CD horizontlarının çınqıllığının yüksək olması, profilin
qısalması və genetik qatların qalınlığının az olması ilə ifadə olunur.
Tipik sarı dağ-meşə torpaqların kimyəvi və fiziki-kimyəvi xassələrində də özünəməxsus cəhətlər
mövcuddur. Bu torpaqlarda humus ehtiyatı böyük deyildir. Onun miqdarı 0-100 sm-lik qatda 203,8 t/ha təşkil
edir ki, bunun da yarısı (102,4 t/ha) üst 0-20 sm-lik qatın payına düşür. Torpağın A
1
horizontunda humusun
miqdarı 7,65% təşkil edir (cədvəl 52).
Cədvəl 52
Sarı torpaqların fiziki-kimyəvi göstəriciləri
(V.R.Kovalyov, 1966)
Dərinlik, Humus,
Azot,
C/N Udulmuş <0,001 <0,01 pH
162
sm % %
əsasların
cəmi
mm mm
(su)
1 2
3
4
5 6
7
8
1-6 7,65
0,362
12,2
33,3 12,4
38,4
6,1
14-19 3,73 0,216
9,1 29,0 7,9 40,2
5,6
30-45 2,60 0,170
8,9 30,0 14,0
45,5
6,0
45-50 1,44 0,095
8,8 31,6 18,6
53,5
6,1
70-75 0,92 0,09
8,4 35,9 19,8
42,6
6,6
95-100 0,82 - - 37,6 17,2 33,3
6,6
120-135 0,72 - - 31,4
-
- 6,1
Profil boyu dərinliyə doğru hərəkət edərkən A
2
qatında humusun miqdarı kəskin şəkildə, sonra isə tədricən
azalır. İlboyu isti mövsümün çox davam etməsi nəticəsində üzvi maddələrin minerallaşması çox intensiv
getdiyindən torpaqda daha yüksək miqdarda humus maddəsi toplana bilmir. Torpaqlar üçün humat-fulvat
tərkibli humus səciyyəvidir. Humin turşusunun fulvoturşuya nisbəti 0,6-0,7 arasında tərəddüd edir. Humus
turşularının əsas hissəsi kalsium və biryarım oksidlərlə birləşmiş halda olur.
Təsvir edilən torpaqlarda ümumi azotun miqdarı humusun miqdarı, profildə paylanması, həmçinin torpağın
mədəni səviyyəsindən asılı olaraq dəyişir. Humusla zəngin olan üst qatda onun miqdarı 0,2-0,4% arasında
dəyişir. Ümumiyyətlə, bu torpaqlarda azotun orta miqdarı 0,34±0,1%-dən yüksək olmur. Meşə örtüyü qırılmış
və şumlanmış sahələrdə humusla bərabər azotun da azalması müşahidə edilir. C/N nisbəti çox vaxt 8-10-dan çox
olmur.
Tipik sarı dağ-meşə torpaqları yüksək udma tutumuna malik olması ilə səciyyələnir. A
1
horizontunda udma
tutumunun orta miqdarı 39,8 m-ekv təşkil edir. Udulmuş kationlar arasında kalsium və maqnezium 95%
(bundan 70-85% kalsium), natrium və kalium 2,4%-dək, hidrogen (alüminium) isə 1%-dən 3%-ə qədərdir.
Humusun və lil hissəciklərinin miqdarının bir qədər azaldığı humuslu qatın aşağı hissəsində udma tutumunun
miqdarı 17-30 m-ekv-dək azalır. Lakin daha çox gilləşmiş illüvial horizontda onun miqdarı 100 q torpaqda 30-
45 m-ekv-dək çoxalır. Torpaqəmələgətirici süxurlara keçid təşkil edən illüvial qatın aşağı hissəsində və ana
süxurlarda sarımtıl aşınma qabığında udma tutumu yenidən azalır. Lakin bu qabıqda lil fraksiyalarının miqdarı
yüksək olduqda azalma müşahidə edilmir.
Təsvir edilən torpaqların yüksək udma tutumuna malik olması torpaqəmələgətirici süxurların xarakteri
torpaqəmələgəlmə prosesinin xüsusiyyətləri ilə bilavasitə əlaqədardır. Tipik sarı dağ-meşə torpaqlarının
yayıldığı ərazilərdə süxurlar qələvi torpaq və qələvi əsaslarla zəngindir. Aşınma süxurları yüksək gilliyə və
udma qabiliyyətinə malik olur. Onların udulmuş kalsium və maqneziumla doyma dərəcəsi də yüksək olur.
Torpaqəmələgətirici süxurların bu xassələri isə
müəyyən dərəcədə torpağa keçir. Torpaq mühitinin reaksiyası
adətən zəif turş olur, pH-ın orta qiyməti 5,8±0,22 təşkil edir.
Tipik sarı dağ-meşə torpaqlarının qranulometrik tərkibi müxtəlifdir. Lakin ana süxurların xarakteri ilə
əlaqədar gilli növmüxtəliflikləri üstünlük təşkil edir. Tam inkişaf etməmiş yuxa və orta qalınlıqlı torpaqlar daha
skeletli və az gilli, tam inkişaf etmiş qalın torpaqlar isə az skeletli, daha çox gilləşmiş olurlar. Aşınmaya daha
çox məruz qalan gilli şistlər, sarımtıl aşınma qabığının delüviləri üzərində torpaqlar aşınmaya davamlı süxurlara
nisbətən az skeletli və daha gilli olurlar. Profilin lil fraksiyasının miqdarına görə fərqlənməsi çox zəif ifadə
olunmuşdur. Bu xüsusiyyət göstərilən torpaqları podzollaşmış yarımtiplərdən fərqləndirir. Torpaqların üst
qatında lil hissəciklərinin orta miqdarı 21,4±2,5%, fiziki gilinki isə 62,7±4,2% təşkil edir. Ayrı-ayrı hallarda
illüvial horizontda lil hissəciklərinin toplanması müşahidə edilsə də analitik cəhətdən ifadə olunmur. Lil
fraksiyaları qarışıq struktura malik olan gilli minerallarla xeyli zənginləşmişdir. Həmin minerallar əsasən slyuda
və hidroslyudadan, az miqdarda montmorillonit-kallinit mineralları və dəmir və alüminium oksidlərindən ibarət
olur.
Tipik sarı dağ-meşə torpaqlarında silisium-oksid bütün profil boyu bərabər paylanmışdır. Həmin
birləşmənin akkumulyativ horizontda toplanmasına da təsadüf edilmir. Onun ümumi miqdarı nisbətən yüksək
deyil və 55-58%-dən artıq olmur. Təsvir edilən torpaqların tərkibində biryarım oksidlərin ümumi miqdarı 28-
33%-ə, lil fraksiyalarında isə 36-48%-ə çatır. Oksidlərin içərisində Al
2
O
3
miqdarı daha çox – Fe
2
O
3
-ə nisbətən
2-3 dəfə artıq olur. Gürcüstanın və Azərbaycanın qırmızı və sarı torpaqlarında biryarım oksidlərin miqadrını
müqayisə edən A.İ.Romaşkeviç (1974) respublikamızın sarı torpaqlarında onun miqdarının bir neçə dəfə yüksək
olduğunu göstərir. Bu isə Talış zonasının rütubətli subtropiklərində allitləşmə əlamətlərinin olduğunu göstərir.
SiO
2
/Al
2
O
3
profil üzrə 5,7-5,8-5,4, SiO
2
/Fe
2
O
3
– 17,0-17,3-16,7-dir.
Podzollaşmış sarı dağ-meşə torpaqları yarımtipi. R.V.Kovalyov (1966) bu torpaqları təsvir edərkən lil
hissəciklərinin əhəmiyyətli bir dəyişikliyə məruz qalmadan mexaniki şəkildə yerdəyişməsini torpağın profilinin
morfoloji cəhətdən fərqlənməsinin əsas göstəricisi hesab etmişdir. Podzollaşmış sarı dağ-meşə torpaqları üçün
genetik horizontlar üzrə lil fraksiyalarının oxşar ümumi tərkibi, zəif doyma dərəcəsi, udma tutumunun yüksək
163
olması, mövsümi qleyləşmə əlamətlərinin olması və s. əlamətlər səciyyəvidir. Bu əlamətlər isə daha şimal
enliklərin torpaqları üçün səciyyəvi olan podzollaşma prosesi üçün o qədər də tipik deyildir. Yuxarıda göstərilən
diaqnostik göstəricilər podzollaşmış sarı dağ-meşə torpaqlarının morfoloji-genetik əlamətlərinin
özünəməxsusluğunu göstərir. Bu səbəbdəndir ki, ədəbiyyatda Lənkəran zonasının bu torpaqlarında podzollaşma
əlamətlərinin olmaması (B.Həsənov, 1983), onların psevdo – podzollaşmış torpaqlar adlandırmaq (E.Salayev,
1991) kimi fikirlər irəli sürülmüşdür.
Təsvir edilən torpaqlar tipik sarı dağ-meşə torpaqları ilə demək olar ki, eyni bioiqlim şəraitinə malik olan
ərazilərdə yayılmışdır. Podzollaşmış sarı dağ-meşə torpaqları hamarlanmış, daha çox rütubətli şimal baxarlı
yamaclarda və meylli dağ şleyflərində daha çox yayılmışdır. Karbonatsız gillicələr və çox az məsaməliliyə və su
keçirmə qabiliyyətinə malik gillicələr bu torpaqların yayıldıqları ərazilərdə əsas torpaqəmələgətirici süxurlar
rolunu oynayır. Torpaqəmələgəlmə prosesi nisbətən yüksək səthi rütubətlənmə və torpaqların daha dərindən
islanması şəraitində gedir. Turş və zəif turş şəraitdə bu prosesin uzun müddət davam etməsi mineral
elementlərin və lil hissəciklərinin profildə mexaniki yerləşdirilməsinə səbəb olur. Təsvir edilən torpaqlar üçün
hiss olunacaq dərəcədə elüviləşmə, profilin lil hissəciklərinin, Al və Fe oksidlərinin aparılması hesabına
fərqlənməsi, səthi qleyləşmə əlamətləri və zəif podzollaşma səciyyəvidir.
Podzollaşmış sarı dağ-meşə torpaqları kifayət qədər aydın şəkildə özünü göstərən genetik horizontlara
ayrılmışdır. Profildə elüvial və illüvial horizontlar yaxşı seçilir.
Bu torpaqların morfoloji əlamətləri ilə tanış olmaq üçün ümumiləşdirilmiş təsvirini nəzərdən keçirək
(R.V.Kovalyov, 1966).
A
O
– yarpaq və yaxud yosunlardan ibarət yumşaq meşə döşənəyi. Qalınlığı 3±0,6 sm.
A
1
– bozumtul-açıq sarı, tozlu-dənəvər, gilli, keçidi bir çox hallarda dillər şəkilli, aydın. Qalınlığı 10±3 sm.
A
2
– ağımtıl-açıq sarı, üst hissəsində humus axıntıları, alt hissəsində aydın ifadə olunmayan qöy ləkələr,
noxud dənəsi ölçüsündə manqan-dəmir konkresiyaları, davamsız topavari, xırda məsaməli, bərkvari, ağır
gillicəli, çoxlu ağac kökləri, keçidi tədricidir. Qalınlığı 20±6 sm.
B
1
– samanı sarı, qırmızımtıl, yaxud sarı, yuxarı hissəsi ağımtıl, qleyvari ləkələr və noxud dənələri
ölçüsündə manqan-dəmir konkresiyaları, topavari-qozvari, yaxud kəltənli-prizmaşəkilli, struktur aqreqatların
kənarlarında humus yaxıntıları. Çoxlu miqdarda ağac kökləri. Xeyli çınqıl və iri qum qarışıqlı gilli, keçidi
tədrici. Qalınlığı 50±8 sm.
B
2
– saman sarı-sarımtıl, yaxud açıq sarımtıl-qonur, dəmir ayrılmaları ilə əlaqədar rəngbərəng, zəif
strukturlaşmış, bərkimiş, çınqıl və iri qum qarışıqlı gilli. Keçidi tədrici. Qalınlığı 60±5 sm.
C/D - çox və ya az dərəcədə yumşaq sarımtıl aşınma qabığı təbəqəsi. Rəngi açıq və dəmirdən oxra şəkilli
ayrılmalar hesabına rəngarəng, aşağı sərhədində yarı aşınmış ana süxur qırıntıları (gilli şistlər).
Yuxarıda verilən morfoloji təsvirdən aydın olur ki, bu torpaqların morfoloji quruluşunun özünəməxsus
səciyyəvi xüsusiyyətləri vardır. Bu əlamətlərdən birinci növbədə həmin torpaqların profilinin aydın şəkildə
elüvial horizontların da dəqiq seçildikləri ayrı-ayrı genetik qatlara ayrılmasını göstərmək olar. Təsvir edilən
torpaqların humuslu-akkumulyativ horizontu kifayət qədər qalınlığa malik olur. Bozumtul kül rəngi almış
elüvial A
2
horizontu üçün zəif strukturluq, aşağı hissədə qleyləşmə əlamətlərinin müşahidə edilməsi, manqan-
dəmir konkresiyalarının mövcudluğu səciyyəvidir. Podzollaşmış sarı dağ-meşə torpaqlarının illüvial horizontu
lilləşmə və qleyləşmə əlamətlərinin olması, qonurumtul oxra rənginə boyanması, noxud dənələri ölçüsündə
manqan-dəmir konkresiyalarının mövcudluğu ilə digər yarımtiplərin eyni adlı horizontundan kifayət dərəcədə
fərqlənir. Həmin horizont sarımtıl aşınma qabığına tədricən keçir.
Podzollaşmış sarı dağ-meşə torpaqlarının əsas tərkib hissələri aşağıdakı cədvəldə ( 53) öz əksini tapmışdır.
Cədvəl 53
Podzollaşmış sarı dağ-meşə torpaqlarının əsas tərkib hissələri
(R.V.Kovalyov, 1966)
Dərinlik,
sm
Humus,% Azot,% C/N
Udulmuş
əsasların
cəmi,
m-ekv
<0,001
mm
<0,01
mm
pH
(su)
0-1 14,16
0,610
16,0
30,4
29,5
68,9
5,7
1-5 7,86
0,361
12,6
17,6
28,7
68,7
6,3
5-10 2,85
0,174
9,5
23,5
32,,4
75,2
6,0
14-19 1,95 0,120
9,4
33,6 24,3
67,1
5,5
25-30 1,50 0,105
8,3
33,,1 50,0
77,6
5,,2
40-45 1,15 0,079
8,5
35,5 29,8
71,0
4,7
65-70 0,75 - - 34,3 29,6
70,0
4,9
90-95 0,70 - - 37,2 29,,0
64,6
4,3
145-155 0,60 - - 29,3 - - 4,5
164
Göstərilən torpaqlarda humusun miqdarı 6,9-14,2% arasında tərəddüd edir. Profil boyu aşağıya doğru
humusun miqdarı əvvəlcə kəskin şəkildə, sonra isə tədricən azalır. R.V.Kovolyova görə podzollaşmış sarı dağ-
meşə torpaqlarının üst 0-100 sm-lik qatı 131,7 t/ha humus ehtiyatına malikdir və bunun 87,2 t/ha 0-20 sm-lik
qatın payına düşür.
Humusun tərkibi tipik və podzollaşmış sarı dağ-meşə torpaqlarında bir-birinə yaxındır. Humin turşularının
fulvo turşularına nisbəti profil boyu aşağıya doğru 1-dən 0,45-0,6-dək dəyişir. Bu profilboyu alt qatlarda fulvo
turşularının artdığını göstərir. Torpaqların üst qatında ümumi azotun miqdarı 0,21-0,55 (0,61)%-dən yüksək
olmur.
Təsvir edilən torpaqlarda humus maddəsinin xeyli hissəsi biryarım oksidlərlə və kalsiumla birləşmiş halda
olur. Bu, humusun mütəhərrikliyini xeyli zəiflədir.
Podzollaşmış sarı dağ-meşə torpaqları nisbətən yüksək udma tutumu ilə səciyyələnir. Bu, birinci növbədə
sarımtıl aşınma qabığının təbiəti, profildə lil-kolloid hissəciklərinin və humusun miqdarı ilə əlaqədardır. Profilin
üst qatında udulmuş əsasların cəmi 30,4-42,4 m-ekv arasında tərəddüd edir. Onun 90-95%-i udulmuş kalsium və
maqnezium kationlarının payına düşür. Hidrogen və alüminiumun miqdarı az olub 4,9 və 1,87 m-ekv-dən
yüksək deyildir. Adətən profilin orta hissəsində A
2
və B horizontlarında udulmuş hidrogenin miqdarının artması
müşahidə edilir.
Təsvir edilən torpaqlarda mühitin reaksiyası əksər hallarda zəif turş və turşdur. pH-ın qiyməti humus
horizontunun üst hissəsində əksər hallarda 5,5-6,5 arasında tərəddüd edir. Aşağı qatlara doğru, adətən, mühitin
turşuluğu artır. Qranulometrik tərkibinə görə podzollaşmış sarı dağ-meşə torpaqları ağır gillicəli və gilli tərkibə
malik olur. Torpağın üst qatında lil hissəciklərinin (<0,001 mm) miqdarı 29,5, fiziki gilin (<0,01 mm) miqdarı
isə 68,9 %-dən çox olmur. Lil
hissəcikləri və fiziki gil profilin orta hissəsində (illüvial horizontda) üst və alt
hissələrlə müqayisədə daha çox toplanmış olur. Bu isə narın dispers hissəciklərin yüksək mövsümi atmosfer
rütubətlənməsi ilə əlaqədar elüviləşməsi (hissəciklərin profil boyu mexaniki hərəkəti) prosesi ilə izah edilməlidir
(Kovalyov, 1966).
Təsvir edilən torpaqların lil fraksiyalarının mineraloji tərkibinin öyrənilməsi göstərir ki, həmin hissəciklər
törəmə gilli minerallarla, xüsusilə hidroslyuda, dəmir hidroksidin (hidrogetit) iştirak etdiyi vermikulit-
montmorillonit mineralları ilə zəngindir.
Podzollaşmış sarı dağ-meşə torpaqlarının üst qatlarında (A
1
və A
2
) SiO
2
/Fe
2
O
3
və SiO
2
/R
2
O
3
nisbətinin
qiyməti geniş olub illüvial B horizontunda daralır. Bu A qatında SiO
2
-nin, illüvial B
2
qatında isə biryarım
oksidlərin miqdarının bir qədər yüksək olduğunu göstərir. Göstərilən xüsusiyyət Lənkəran vilayətinin
podzollaşmış sarı dağ-meşə torpaqları üçün səciyyəvidir.
Bundan başqa istər torpaqda, istərsə də lil hissəciklərinin tərkibində dəmirin qeyri-silikat formalarının
mövcudluğu, A qatında mütəhərrik dəmirin çoxluğu və aşağı qatlarda isə kəskin şəkildə azalması da
podzollaşma əlamətlərini göstərir.
Sarı-qonur dağ-meşə torpaqları yarımtipi. Bu torpaqlar dəniz səviyyəsindən 400-500 m-dən 1000-1200
m-dək yüksəkliklərdə çox məhdud şəkildə yayılmışdır. Onlar qonur dağ-meşə torpaqları ilə sarı torpaqlar
arasında keçid zolağı təşkil edir. Azərbaycanın yarımrütubətli subtropiklərinin bu torpaqları üçün “sarı-qonur
torpaqlar” adını ilk dəfə B.H.Həsənov (1968) təklif etmişdir. Sarı-qonur dağ-meşə torpaqlarının yayıldığı
ərazilər üçün iqlimin mülayimliyi, müsbət yanvar temperaturuna (0,4-2,1
0
) malik isti qış, davamsız, qısa
müddətli qar örtüyü, iyulun orta temperaturunun 21,0-23,5
0
olduğu isti qızmar olmayan yay səciyyəvidir.
Ərazidə yağıntının orta illik miqdarı 800-1100 mm olub bunun 75%-i payız-qış mövsümünə düşür. Mütləq
rütubətliliyin yüksək olması ilə əlaqədar olaraq rütubətlənmə əmsalı 1,44-ə çatır. Fəal temperaturların cəmi
4584-4776
0
-dir. Bütövlükdə götürdükdə sarı-qonur dağ-meşə torpaqları rütubətli subtropik iqlim şəraitində
formalaşır və torpaqəmələgəlmə yuyucu su rejimi şəraitində inkişaf edir.
Sarı-qonur dağ-meşə torpaqları əsasən vələs, fıstıq və ağcaqayınlı, şabalıdıyarpaq palıd meşələri və
həmişəyaşıl kol və alçaqboyli ağaclardan ibarət olan qarışıq meşələr altında formalaşırlar. Yüksək temperatur və
rütubətlik şəraitində maddələrin dövranı daha intensiv gedir.
Sarı-qonur dağ-meşə torpaqlarının morfoloji quruluşu ilə tanış olmaq üçün Lənkəran vilayətində Alaşar-
Burovar sıra dağlarının şərq yamacında 800-850 m yüksəklikdə meşə altında qoyulmuş kəsimin təsvirini
nəzərdən keçirək (B.İ.Həsənov).
A
O
– şabalıdıyarpaq palıd, fıstıq və qismən vələs ağaclarının yarpaq və xırda budaqlarından ibarət çox
parçalanmış döşənək. Qalınlığı 0-2 sm.
A
1
– bozumtul-qonur, topavari-qozvari strukturu, ağır gillicəli, yumşaqvari, məsaməli, köklər, keçidi
tədrici, qaynamır. Qalınlığı 15-17 sm.
A
2
– ağımtıl-açıq sarı-boz, zəif sarı çalarlı, topavari-qozvari, ağır gillicəli, yumşaqvari, köklər, soxulcan
yolları, təzə, keçidi aydın, qaynamır. Qalınlığı 16-18 sm.
A/B – sarımtıl, iri topavari, gilli, bərkvari, köklər, dil şəkilli humus axıntıları, ağımtıl ovuntu (toz) izləri,
süxur qırıntıları və az miqdarda iri qum, keçidi hiss olunur, qaynamır. Qalınlığı 14-16 sm.
165
B
1
- sarı-qonurumtul, iri topavari, gilli, bərkimiş, köklər, kiçik dəmir-manqan nöqtələri və konkresiyaları,
süxur qırıntıları və iri qumlar, təzə, keçidi tədricən, qaynamır. Qalınlığı 12-18 sm.
B
2
- sarı-qonurumtul tonun üstünlük təşkil etdiyi ala-bəzək (rəngarəng), gilli, çoxlu çınqıl və süxur
qırıntıları, dəmir-manqan nöqtə və konkresiyaları, sıx, təzə, keçidi aydın, qaynamır. Qalınlığı 25-27 sm.
C – gilli, çox bərk, narın torpaq qarışıqlı süxur qırıntıları, struktur seçilmir, çatlar üzrə tünd-sarı ləkələr,
keçidi aydındır, qaynamır. Qalınlığı 10-17 sm.
C/D - sarımtıl aşınma qabığının zəif aşınmış mergeli, çatlar boyu qonur axmalar, çoxlu narıncı pas rəngli
ləkələr, qaynamır.
Sarı-qonur dağ meşə torpaqlarının əsas diaqnostik göstəriciləri aşağıdakılardan ibarətdir. Bunlardan birinci
növbədə profilin aydın seçilən genetik horizontlara ayrılmasını, nazik döşənək qatının (1-2 sm) olmasını (A
O
)
qeyd etmək mümkündür. Bu torpaqların humus horizontu çox da qalın olmur. Həmin qatın alt hissəsinin rəngi
bir qədər açıqlaşıb qonurumtul-sarı tona malik olur, yuyulma əlamətləri müşahidə olunur, kök yolları və çatlar
boyunca humus axıntıları müşahidə edilir. Profildə illüvial B horizontu aydın seçilir. Həmin horizont bir qədər
gilləşib bərkimişdir, yaxşı aqreqatlaşaraq qonur, açıq sarı - sarı tona malikdir. Orada dəmir-manqan nöqtə və
konkresiyalarına rast gəlinir. B
2
və B/C horizontlarında gilləşmə artır. C və C/D horizontlarında isə çoxlu süxur
qırıntıları və çınqıla təsadüf olunur. Torpaqəmələgətirici süxurlar əsasən andezit-bazalt, gilli şistlərin aşınma
məhsullarından ibarət olur.
Humusun miqdarı və onun profil üzrə paylanması sarı-qonur dağ-meşə torpaqlarının əsas diaqnostik
göstəricilərindən hesab olunur. Torpağın üst qatında onun miqdarı 5,1-12,2 % arasında dəyişir (M.E.Salayev,
1991).
Ancaq humusla daha yaxşı təmin olunmuş torpaqlarda onun miqdarı 8-15%-ə çata bilir. Humusa
müvafiq şəkildə azotun miqdarı da yüksək olub 0,2-0,6% təşkil edir. İstər humusun, istərsə də azotun miqdarı
A
1
qatı ilə müqayisədə A
2
qatında kəskin şəkildə aşağı düşür, sonra isə profil boyu aşağı horizontlara doğru
onun miqdarının tədricən azalması müşahidə olunur. C/N nisbəti dar (7-9) olub üzvi maddələrin dərindən
parçalandığını göstərir. Təsvir edilən torpaqlarda humusun tərkibi fulvat tiplidir, humin turşularının fulvo
turşularına nisbəti 0,7-0,8-dir. Dərinliyə doğru fulvo turşular daha çox üstünlük təşkil edir. Humusun xeyli
hissəsi biryarım oksidlərlə birləşmiş və alüminium-dəmirin fulvat-humat üzvi-mineral birləşmələri şəklində
təmsil olunmuşdur.
Talış vilayətinin sarı-qonur torpaqları zəif doymamış torpaqlardır. Doymama üst qatlarda 3-4, B
horizontunda isə 6,1-16,2% təşkil edir. Üst horizontda udulmuş H 8-1,4 m-ekv, pH qiyməti isə 5,3-5,9-dir.
Dərinliyə getdikcə mühitin turşuluğu artır (pH 4,4-4,6) ki, bu da profilin orta hissəsində udulmuş alüminiumun
(4,3-9,2 m-ekv.) olması ilə izah edilə bilər.
Torpaqəmələgəlmə şəraitindən asılı olaraq sarı-qonur dağ-meşə torpaqlarının morfoloji və fiziki-kimyəvi
göstəricilərində böyük fərqli cəhətlər müşahidə edilə bilər.
Təsvir edilən torpaqların qranulometrik tərkibi gilli və ağır gillicəlidir. Profilin orta hissəsində narın dispers
hissəciklərin toplanması müşahidə edilir.
Göstərilən torpaqların profilində oksidlərin paylanmasına nəzər salsaq SiO
2
-nin humus horizontunda, dəmir
oksidlərinin isə illüvial horizontda zəif toplanması müşahidə olunar. Bütövlükdə oksidlər, xüsusilə Fe
2
O
3
torpaqəmələgəlmədə mühüm rol oynayır və sarı-qonur dağ-meşə torpaqlarında allitləşmə əlamətləri özünü aydın
şəkildə göstərir.
Dostları ilə paylaş: |