§ 56. Dağ-çəmən torpaqlar
Dağ-çəmən torpaqları Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır.
Azərbaycanın dağlıq ərazilərinin ayrı-ayrı hissələri bir sıra fiziki-coğrafi şəraitlərinə - iqlim rejiminə, bitki
tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji-coğrafi şəraitin müxtəlifliyi dağ-çəmən
torpaq tipini üç yarımtipə bölməyə imkan verir: Çimli-torflu dağ-çəmən, Çimli dağ-çəmən , Qaramtıl dağ-
çəmən.
Çimli-torflu dağ-çəmən yarımtipi. Çimli-torflu dağ-çəmən torpaqları alp çəmənlərinin tipik
torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ-
çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari
dərələrin, sirklərin dibində rast gəlinir.
Çimli-torflu dağ-çəmən torpaqları coğrafi cəhətdən bütöv zona əmələ gətirmir, çox vaxt adacıqlar
(fraqmentlər halında) şəklində yayılmışdır. Bu torpaqlar Baş silsilədə, Bazardüzü, Tufandağ və Babadağın şimal
yamaclarında, Şahnabad düzündə, Baş silsilənin şimal-şərq tərəfə ayrılan qollarının suayrıcı düzənliklərində
(Qonaqkənd zonasında), Yan silsiləsinin suayrıcı düzənliklərində və Şahdağın maili yamaclarında, Kiçik
Qafqazda Murovdağın şimal və şimal-qərb yamaclarında, dəniz səviyyəsindən 2500-3000 m yüksəkdə
yayılmışdır. Bəzən torpaqların alt sərhədi 1900-2000 m yüksəkliyə qədər enir.
Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim
qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. Lakin artıq yuxarıda qeyd
etdiyimiz kimi ərazidə sərt iqlim şəraitinin mövcud olması və qısa vegetasiya müddəti mikrobioloji proseslərin
fəallığını aşağı salır, üzvi qalıqların parçalanması prosesi xeyli zəifləyir. Bütün bunlar isə torpaq səthində kobud
humusun akkumulyasiyasına və səthdə çox da qalın olmayan yığılıb açılan (elastiki) torflaşmış çim
horizontunun əmələ gəlməsinə şərait yaradır. Çimli-torflu torpaqların inkişaf etdiyi alp çəmənlərinin bioloji
məhsuldarlığı 36-209 s/ha arasında tərəddüd edir. Bu çəmənlərdəki ot bitkilərinin torpaqaltı hissəsinin kütləsi
28-191 s/ha arasında dəyişilir.
Aşağıda çimli-torflu dağ-çəmən torpaqlarının xarakterik morfoloji quruluşunun təsviri verilmişdir
(M.E.Salayev, 1991).
T
2
– sıx zəif torflaşmış çim, külli miqdarda kök və kökcüklər, tünd qəhvəyi, yaxud qonurvari qəhvəyi, bitki
köklərinin çox tez-tez müşahidə edilən zəif humuslaşmış kömürləşmiş qalıqları, bəzi hallarda çatlar boyu narın
torpaq qarışıqlı unlu mulça, barıtvari davamsız xırda dənəvər, keçidi aydın. Qalınlığı 13± 1,8 sm.
A
O1
- humuslu akkumulyativ, qonurumtul-qəhvəyi, yaxud qonurumtul, külli miqdarda kökcüklər və yarı
çürümüş kök qalıqları, davamsız asan dağılan dənəvari, xırda qozvari struktur, yüngül və orta gillicəli, nəm
şəkildə suvaşır, çoxlu miqdarda iri qum və çınqıllar, keçidi kəskin. Qalınlığı 15± 2,3 sm.
A
1
– Qəhvəyi qonurumtul, yaxud qonurumtul-qara rəngli çox çınqıllı gillicə, xırda topavari, ayrı-ayrı
hallarda aşağı sərhədində göyümtül pas ləkələri və axıntıları şəklində qleyləşmə əlamətləri, keçidi kəskin.
Qalınlığı 14±2,9 sm.
D – bərk süxur və yaxud çınqıllı narın aşınma elüviləri, adətən karbonatsızdır, çox zaman süxurların çatları
boyunca qonur-dəmirli axıntılar.
Normal inkişaf etmiş və pozulmamış profilə malik çimli-torflu dağ-çəmən torpaqları üçün aşağıdakı
horizontlar sistemi xarakterikdir: T
2
– A΄ - A"
1
– Cl; A
0
- A΄ - A" – Dl.
Çimli-torflu dağ-çəmən torpaqlarının bir sıra səciyyəvi morfoloji əlamətləri mövcuddur. Bunlardan birinci
növbədə səthdə zəif torflaşmaya məruz qalmış möhkəm çim təbəqəsinin olmasını göstərmək lazımdır. Bunların
bir qisminin profilində genetik qatların hamısı ifadə olunmur və profilləri qısadır. Çürüntülü qatlar bilavasitə
ana süxurun üzərində yerləşir. Ümumiyyətlə, çimli-torflu dağ-çəmən torpaqlarının profili əksər hallarda qısa
148
olur (40-50 sm), bəzi hallarda isə bundan da qısa olur.Torpaqəmələgətirici süxurların, relyef və qravitasiya
proseslərinin xarakteri ilə əlaqədar olaraq bu torpaqların profili üçün yüksək çınqıllılıq səciyyəvidir və bu
xüsusiyyət profilin aşağı qatlarına doğru güclənir. Karbonatlı törəmələrə göstərilən torpaqlarda demək olar ki,
rast gəlinmir. Mikroçökəkliklərdə, yaxud buzlaq sirklərinin diblərində, səth sularının axa bilmədiyi və izafi
rütubətlənmənin mövcud olduğu şəraitdə torpaqların B qatında fraqment halında zəif qleyləşmə əlamətləri
müşahidə olunur.
Yerli bioiqlim şəraiti ilə əlaqədar olaraq çimli-torflu dağ-çəmən torpaqlarının üzvi maddələrlə
zənginləşməsi onların səciyyəvi xüsusiyyətlərindən hesab olunur. Bu torpaqlarda humusun miqdarı 16,6±2,7%
təşkil etməklə, dərinliyə getdikcə kəskin şəkildə azalır. Bəzi tədqiqatçılar (H.Əliyev, 1978) bu torpaqlarda
humusun miqdarının bəzən 26-27%-dək çatdığını qeyd etmişlər. Lakin onu da nəzərə almaq lazımdır ki, çimli-
torflu dağ-çəmən torpaqlarında humusun miqdarı təyin edilərkən yarımparçalanmış və xırdalanmış bitki
qalıqlarını torpaqdan ayırmaq çox çətin olur, elə bununla əlaqədar olaraq humusun miqdarının yüksəlməsi
müşahidə olunur.
Humusun xarakterinə görə çox hallarda kobud humus üstünlük təşkil edir. Humusun tərkibində daha
mütəhərrik humus birləşmələri, xüsusilə fulvoturşular üstünlük təşkil edir. Humin turşularının fulvoturşuya
nisbəti vahiddən kiçikdir. Yalnız humufikasiya prosesinin daha intensiv inkişaf etdiyi, yaxud yaxşı aerasiyanın
olduğu nisbətən quru şəraitdə (subalp zonasına yaxın sahələrdə) bu nisbət vahidə çatır, bəzi hallarda isə ondan
yüksək olur. Mütəhərrik üzvi turşuların böyük hissəsi dəmir-alüminium-humus birləşmələri əmələ gətirir.
Çimli-torflu dağ-çəmən torpaqlarında ümumi azotun miqdarı nisbətən yüksək olub, 0,9±0,017% təşkil edir. C/N
nisbəti geniş intervalda – 17-12 arasında dəyişir. Bu interval aşağı qatlara doğru sıxılır. Humusun azota yuxarıda
göstərilən nisbəti üzvi qalıqların zəif parçalanmasını göstərir. Müəyyən olunmuşdur ki, bu torpaqların tərkibində
azotun miqdarı humusun faizindən əlavə onun yetişmə və ya minerallaşma dərəcəsindən, yaxud əmələgəlmə
şəraitindən asılıdır. Bu səbəbdəndir ki, bəzi növlərdə humusun azota olan nisbəti aşağı qatlarda çoxalır,
bəzilərində isə yuxarıda çox, dərinə getdikcə azalır. Göstərilən torpaqların udma tutumu 100 q torpaqda
30,9±7,2 m-ekv-ə çatır. Udulmuş əsasların tərkibi 50-60%-dən 80%- qədər kalsium kationundan ibarətdir.
Udulmuş hidrogenin miqdarı yüksək olmayıb udulmuş əsasların cəminin 1,9-9,7%-ni təşkil edir.
Bəzi kəsimlərdə maqneziumun nisbətən yüksək olması əsasən torpaqəmələgətirən süxurların tərkibi ilə
(məsələn, dolomitli süxurlar), hidrogenin çox olması isə mühit şəraitinin turşuluğu ilə əlaqədardır. Çimli-torflu
dağ-çəmən torpaqları udulmuş əsaslarla zəif doymuşdur – 8-10%, dərinə getdikcə doyma dərəcəsi artaraq 20-
35%-ə çatır. Torpaq məhlulunun reaksiyası turş, yaxud zəif turşdur (pH 5,5-5,8). Bəzi tədqiqatçılar bu
torpaqların alt qatlarında neytral və zəif qələvilik şəraitinə rast gəlindiyini qeyd etmişlər.
Təsvir olunan torpaqların genetik profillərinin qranulometrik və ümumi tərkibinə görə aydın fərqlənməsi
müşahidə olunur. Bütün profil boyu lil hissəciklərinin azlığı nəzərə çarpır. Lil hissəciklərinin miqdarı 8-15 %,
fiziki gil isə 21-40% arasında tərəddüd edir. Qranulometrik tərkibinə görə bu torpaqlar yüngül və orta
gillicəlidir. İri qum və çınqıl hissələrinin miqdarı 6-12% arasında dəyişir, A/C və C qatlarında isə adətən 26-
30%-dək artır.
Torpaq mühitinin turş, yaxud zəif turş reaksiyaya malik olması, humusun tərkibində daha mütəhərrik və
fəal turşuların olması, eləcə də temperatur rejiminin nisbətən aşağı və rütubətin üstünlüyü ilə əlaqədar olaraq
çimli-torflu dağ-çəmən torpaqlında oksidlərin profil boyu intensiv yuyulması prosesi gedir. Bununla əlaqədar
olaraq bu torpaqların ümumi kimyəvi tərkibinin təhlinindən göründüyü kimi silisiumun, bir yarım oksidlərin
(R
2
O
3
), dəmir və alüminium oksidlərinin üst qatlardan aşağıya doğru azalması müşahidə olunur.
Təsvir olunan torpaqlar yüksək məhsuldar torpaqlar kateqoriyasına daxildir. Bu torpaqların üst 0-12 sm-lik
qatında humus ehtiyatı 300-350 s/ha, ümumi azot ehtiyatı isə hər hektarda 15-16 tona çatır. Torpaqlarda
mütəhərrik qida elementlərinin ehtiyatı da kifayət qədərdir; hidroliz olunan azotun miqdarı 15-18 kq/ha,
mütəhərrik P
2
O
3
4-6 kq/ha təşkil edir. Göstərilən torpaqlar əlverişli su-fiziki xassələrə malikdir. Onların
sukeçirmə və süzmə qabiliyyəti çox yüksəkdir.
Çimli-torflu dağ-çəmən torpaqlarının yayıldığı sahələrdən yay otlaqları kimi geniş istifadə olunur.
Yaylaqların məhsuldarlığını artırmaq üçün eroziyaya qarşı mübarizə tədbirləri aparılmalı, mineral və üzvi
gübrələrdən istifadə olunmalı, bəzi sahələrdə səthi yaxşılaşdırma işləri həyata keçirilməlidir.
Çimli dağ-çəmən torpaqları yarımtipi. Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp
qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli dağ-çəmən torpaqları dağ meşələri ilə alp
çəmənləri arasındakı geniş sahəni tutmaqla 1800-2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar
Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə
Dübrar dağına qədər uzanır. Bu sahədə
yamaclar dik və bəzən uçurumlu olduğundan çimli dağ-çəmən torpaqları ancaq suayrıcı boyu inkişaf edərək dağ
düzənliklərinin səthində geniş örtük yaradır. Dübrar dağından şimal-qərbə, Baş Qafqaz silsiləsindən şimala isə
bu torpaqlar vahid zona təşkil edir. Bazardüzü – Şahdağ – Böyük Süval istiqamətində yüksək dağlıq ərazinin
genişlənməsi və əlverişli iqlim şəraiti şimal-qərb istiqamətində çimli dağ-çəmən torpaqlarının tutduğu ərazilərin
daha da genişlənməsinə səbəb olur. Şahdağ və Suval dağları arasında respublikamızın digər dağlıq ərazilərindən
fərqli olaraq çimli dağ-çəmən torpaqlarının aşağı sərhədi 1800 m mütləq yüksəkliyə kimi enir. Buna başlıca
149
səbəb bu ərazilərdə 2000-2200 m-dən yüksəkliklərdə termik şəraitin meşə bitkiləri üçün deyil çəmən
bitkilərinin inkişafı üçün daha əlverişli olması ilə əlaqədardır.
Çimli dağ-çəmən torpaqları Talış və Zəngəzur silsilələrinin suayrıcı hissələrində bir növ bozqırlaşma
şəraitində inkişaf edir. Qismən quraq keçən iqlim (xüsusilə ilin isti yarısında) ərazinin bitki örtüyünün
tərkibinə, bu da öz növbəsində torpaqəmələgəlmə prosesinə təsir göstərmişdir.
Kiçik Qafqaz dağlarında çimli dağ-çəmən torpaqları vahid zona yaradır. Nisbətən geniş əraziyə malik olan
Qarabağ vulkanik yaylasının əlverişli relyef şəraiti bu torpaqların geniş sahədə inkişaf etməsi üçün daha
əlverişli şərait yaratmışdır. Murovdağ silsiləsinin şimal və cənub yamaclarında yayılan çimli dağ-çəmən
torpaqları vulkanik yaylanın eyni tip torpaqlarına qovuşur.
Yuxarıda qeyd olunduğu kimi, çimli dağ-çəmən torpaqlarının inkişaf etdiyi subalp çəmənlərinin bitki
örtüyü böyük rəngarəngliyi və yamacların baxarlılığı və rütubətlənmə dərəcəsindən asılı olması ilə fərqlənir.
Relyefin daha rütubətli şimal və şimal-qərb yamaclarının bitki örtüyü əsasən müxtəlifotlu və taxılkimilər –
müxtəlifotlu çəmənlərdən ibarətdir. Cənub yamaclarda isə daha kserofil bitki qruplaşmaları üstünlük təşkil edir.
Subalp çəmənləri ilə dağ meşələrinin sərhədlərində yerləşən ensiz, keçici çəmən-meşə qurşağında isə meşə
elementlərinin inkişafı aydın nəzərə çarpır.
Əlverişli alp çəmənləri ilə müqayisədə nisbətən yumşaq iqlim şəraiti, zəngin müxtəlifotlu bitkilərin inkişafı
burada yumşaq çim qatının yaranması və bioloji dövranın daha fəal getməsi üçün əlverişli şərait yaradır. Çim
qatının mövcud olması dağ-çəmən torpaqlarının morfoloji quruluşunun ən səciyyəvi xüsusiyyətlərindən biridir.
Azərbaycanın subalp çəmənlərinin bitki örtüyünün ümumi biokütləsi 285-349 s/ha olub, bundan 32-56 s/ha
yerüstü, 263-293 s/ha isə yeraltı hissəni təşkil edir. Yerüstü hissənin yeraltı hissəyə bu cür geniş nisbəti subalp
çəmənləri üçün səciyyəvi olub yüksək dağlıq sahələrin ekoloji şəraiti ilə əlaqədardır.
Torpaqəmələgətirici süxurlar kimi turş vulkanik süxurlar (andezit, andezit bazalt, profirit, qranodiorit) və
aşınmanın elüvial məhsulları böyük rol oynayır.
Yuxarıda qeyd olunduğu kimi, subalp çəmənlərinin yayıldığı yüksək dağlıq zona üçün rütubətlənmə və
ərazinin kifayət qədər parçalanması səciyyəvidir. Bu səbəbdən çimli dağ-çəmən torpaqları yuyucu rejim
şəraitində inkişaf edir. Ayrı-ayrı hallarda relyefin nisbətən alçaq sahələrində torpaqlar ağır (sukeçirməyən) ana
süxurlar üzərində formalaşarkən profilin aşağı hissəsində qleyləşmə əlamətləri – göy-bozumtul ləkələr müşahidə
olunur.
M.E.Salayev (1991) pozulmamış normal zahiri görünüşə malik olan çimli dağ-çəmən torpaqlar üçün
aşağıdakı genetik qatların səciyyəvi olduğunu göstərir: A
O
-Dl; A
O
– A
1
– D; A
O
– A
1
– A
2
– D. Müəllif bu
torpaqların morfoloji quruluşunun aşağıdakı ümumiləşdirilmiş təsvirini verir:
A
O
– sıx çim qatı, çoxlu miqdarda ot kökləri sıx şəkildə bir-birinə keçərək dolaşıb qarışmış, tozlu-xırda
dənəvər, narın torpaq güclü şəkildə humuslaşmışdır. İri və xırda qum qarışığı, humus bir qədər kobud, moder
tiplidir. Qonurumtul-qara rəngli. Qalınlığı orta hesabla 6-8 sm-dən artıq deyildir.
A
1
– humuslu akkumulyativ horizontun üst kənarı, bilavasitə A
O
çim qatı altında yerləşir, köklər nisbətən azdır,
skeletlik artır, dənəvər-xırda kəltənli, güclü humuslaşmışdır, karbonatlardan yuyulmuşdur. Qalınlığı 5-8 sm.
A
2
– humuslu akkumulyativ horizont, aşağı sərhədi 10-12 sm dərinlikdən keçir, çoxlu miqdarda çınqıl və
aşınma qırıntıları, yumşaq, davamsız xırda topavari, müşahidə olunan karbonat törəmələri yoxdur, humusla
bərabər şəkildə rənglənmişdir, aydın qəhvəyi çalarlı boz-qonurumtul, keçidi aydın. Qalınlığı 8-12 sm.
A/B – profillərin əksəriyyətində illüvial horizont olmur. Ayrı-ayrı hallarda torpaqlar yumşaq süxurlar
(elüvi, ülüvi-delüvi) üzərində formalaşarkən humuslu-akkumlyativ A
1
horizontu ilə torpaqəmələgətirən süxurlar
arasında fraqmentar şəkildə az qalınlığa (5-7 sm) malik B horizontu ayrılır, o çox zaman keçici xarakter daşıyır
– A
b
. Daha açıq tonlu rənglə -qonurumtul-boz, yaxud qəhvəyimtil-qonur fərqlənir, çox çınqıllıdır, çoxlu
miqdarda ölü köklər, karbonatlar müşahidə olunur, qaynama bütövlükdə deyil, ayrı-ayrı ocaqlar üzrə olur,
karbonat axınları və qabıqları süxur qırıntıları ətrafında müşahidə olunur. Zəif su keçirən gilli süxurlar üzərində
əmələ gəlmiş torpaqlarda qley ləkələri görünür. Qalınlığı 20-23 sm-dir.
D - karbonatlı süxurların elüvisi, xüsusilə aşağı ana süxurlarla sərhəd xəttində ləkələr üzrə qaynayır.
Çimli dağ-çəmən torpaqlarının morfoloji quruluşunun ümumiləşdirilmiş təsvirindən də aydın göründüyü
kimi bu torpaqların profili çox da qalın olmayıb çox hallarda 60-70 sm-dən artıq olmur. Torpaqların profilinə
nəzər saldıqda genetik qatları aydın seçmək mümkündür. Üst qatda bitki kökləri ilə “hörülmüş” 5-7 sm
qalınlıqda çim qatının mövcudluğu bu torpaqların səciyyəvi xüsusiyyətlərindəndir. Bitki örtüyünün tərkibində
taxılkimilər senozunun inkişafı bəzi hallarda çim qatının nisbətən yumşaq olmasına səbəb olur. Çimli dağ-
çəmən torpaqlarının profilində bitki kökləri və çürüntü maddələri ilə çox zəngin olan və bu səbəbdən tünd
rəngə malik olan humuslu akkumulyativ A horizontu aydın seçilir. Torpaqəmələgəlmə və relyef şəraitindən,
profilin ümumi inkişaf dərəcəsindən asılı olaraq bu torpaqların profilində onun üçün səciyyəvi olan
horizontların hamısı və yaxud bir qismi ifadə oluna bilər. Hazırda bu torpaqlarda aydın seçilən illüvial B
horizontunun mövcud olmaması fikri irəli sürülür (M.E.Salayev, 1991). M.E.Salayev illüvial horizontun ayrı-
ayrı hallarda A/C horizontu ilə təmasda müxtəlif kəsik-kəsik sahələr kimi fraqmentar şəkildə təmsil olunduğunu
qeyd etmişdir.
150
Ümumi morfoloji təsvirdən də aydın göründüyü kimi, aşınma və eroziya proseslərinin intensivliyindən asılı
olaraq bütün profil iri qum və çınqıllı olur. Bu, təsvir edilən torpaqların ən xarakterik xüsusiyyətlərindəndir.
Çimli dağ-çəmən torpaqlarının əsas tərkib hissələrini nəzərdən keçirərkən bu torpaqların tipik növlərində
karbonatların olmadığı və onların dərinliyə qədər yuyulması müşahidə olunur (cədvəl 48).
Cədvəl 48
Çimli dağ-çəmən torpaqlarının əsas tərkib hissələri
(M.E.Salayev, H.Ə.Əliyev)
Kəsimin yeri
Dərinlik,
sm
CaCO
3
Humus Azot C/N
Böyük Qafqazın şimal
yamacı, Xudat-çayın
yuxarı axını
0-15 yoxdur 6,01 0,42
8,2
20-40 -"- 3,64
0,23
9,3
50-60 -"- 1,92
0,13
9,,4
Böyük Qafqazın cənub
yamacı, Girdimançayın
yuxarı axını
0-8 yoxdur
16,23 1,03
9,12
8-23 -"- 4,88
0,31
9,11
23-40 -"- 2,05
0,15
7,91
40-65 -"- 0,81
0,06
7,81
65-106 -"- 0,85 - -
106-140 21,12 0,46
- -
Dübrar çayının
şərq
yamacı
0-16 yoxdur 5,59 0,41
7,92
16-31 1,46 3,17 0,28
6,57
31-48 2,50 1,77 - -
48-66 4,32 2,80 - -
Istisu kurortundan cənub-
qərbdə dağlıq yayla
(Kəlbəcər rayonu)
0-8 yoxdur 13,3 1,19
6,47
8-15 -"- 11,0
0,99
6,42
15-30 -"- 7,2 0,08
5,36
30-41 -"- 8,4 0,05
-
41-54 -"- 1,7 - -
Onların yalnız bəzi növmüxtəlifliklərində karbonatlara rast gəlinir. Aşağı və orta yura süxurları üzərində
inkişaf etmiş torpaqlar adətən karbonatsız olur. Cədvəldən göründüyü kimi, Böyük Qafqazın cənub yamacının
şərq hissəsində (Girdimançaydan şərqdə) torpaq profilində karbonatların olması, xüsusilə alt qatlarda,
torpaqəmələgətirici süxurların tərkibi, iqlim şəraitinin daha quraq və isti olması və s. ilə əlaqədardır.
Təsvir olunan torpaqların profili qranulometrik tərkibinə görə fərqlənir. Profildə qleyləşmə əlamətləri
müşahidə olunmur. Yalnız suyu zəif keçirən süxurların yayıldığı nisbətən çökək sahələrdə profilin aşağı
qatlarında C və
151
Şəkil 15. Alp və subalp çəmən və çəmən-bozqır landşaftın dağ-çəmən torpağı
(Qudyalçay hövzəsi, Xınalıq kəndi ətrafı)
152
CD qatları ilə təmasda bəzi hallarda zəif qleyləşmə əlamətlərinə (göyümtül-boz, bozumtul pas ləkələri ) rast
gəlinir.
Dağ-çəmən torpaqları humusla zəngindir. Üst qatda onun miqdarı 16,6±2,9% təşkil edir. Dərinliyə doğru
humusun miqdarı kifayət qədər kəskin şəkildə azalır. Çox halda yarım metrdən dərində humusun miqdarı 1,7-
2,4%-dən çox olmur. Humusun tərkibində fulvoturşular 41-49%, humin turşuları isə 26-28% təşkil edir.
Fulvoturşuların humin turşularına nisbəti həmişə vahiddən kiçik olur və çox vaxt 0,52-0,63-dən yüksək olmur.
Təsvir edilən torpaqlarda ümumi azotun miqdarı humusun miqdarına uyğun olaraq yüksəkdir. Torpaqların
üst qatında onun orta miqdarı 0,76% təşkil edir. Humusun azota nisbəti (C/N) böyük hüdudda dəyişir. Bu
torpaqdakı üzvi qalıqların daha dərindən parçalandığını göstərir.
Çimli dağ-çəmən torpaqlarının udma tutumu yüksəkdir. Həmin torpaqların üst qatında onun göstəricisi
51±7,2%-dir. Udulmuş əsasların cəmində Ca
2+
və Mg
2+
miqdarı üstünlük təşkil edir. Tərkibində hidrogen və
alüminium olmaması səbəbindən torpaqlar zəif doymamışdırlar.
Torpaq məhlulunun reaksiyası zəif turş və turşdur (profilin orta hissəsində 5,6-4,9). pH göstəricisinin bir
qədər yüksək olması çimli qatda kül elementlərinin çoxluğu ilə izah edilir.
Çimli dağ-çəmən torpaqları qranulometrik tərkibinə görə əsasən çınqıllı, orta və yüngül gillicəlidir. Lakin
bəzi hallarda gilli növmüxtəlifliklərinə də rast gəlinir ki, bu da aşınma materiallarının tərkibində gilli
mineralların olması ilə əlaqədar olur. Bu torpaqların üst qatında lil fraksiyaları xeyli azalmış miqdarda olur.
Onun miqdarı üst qatlarda 18-24%-dən artıq deyildir. Fiziki gilin miqdarı isə adətən 40-50% arasında tərəddüd
edir. Skeletlilik profil boyu üst qatlardan dərinliyə doğru artaraq aşağı qatlarda 40-60%-ə çatır. Bu, hər şeydən
əvvəl dağ süxurlarının kobud aşınma materiallarının geniş təmsil olunması və qravitasiya proseslərinin intensiv
inkişafı ilə əlaqədardır.
Ümumi tərkibinə görə torpaq profilinin differensiasiyası bu torpaqlar üçün səciyyəvi diaqnostik
əlamətlərdən biridir. Silisium və biryarım oksidlərin yüksək mütəhərrikliyi bu torpaqlar üçün səciyyəvidir. Bu
səbəbdəndir ki, çimli dağ-çəmən torpaqların üst qatlarında SiO
2
miqdarı az, humus horizontu altında R
2
O
3
miqdarı yüksəkdir. Üst qatlardan aşağıya doğru hərəkət edən alüminium və dəmirin profilin orta hissəsində
toplanması müşahidə olunur. Çimli dağ-çəmən torpaqlarının aşağıdakı cinsləri ayrılır: Yuyulmuş torpaqlar –
profilin karbonatlardan yuyulması, zəif doymamış torpaqlar – üst və humusaltı qatların doymaması (müvafiq
şəkildə 4-6 və 10-12%) ilə səciyyələnir; Qleyvari torpaqlar – mikroçökəkliklərdə və relyefin alçaq sahələrində
ağır süxurlar üzərində, tam inkişaf etməmiş torpaqlar - isə orta meyilli yamaclarda, yaxud denudasiya olunmuş
düzəltmə səthlərində qalın olmayan çınqıllı elüvilər üzərində inkişaf edir.
Çimli dağ-çəmən torpaqları hazırda əsasən yay otlaqları və biçənəklər üçün istifadə olunur. Heyvandarlığın
mühüm yem bazası olan bu yaylaqlarda üç milyondan çox qoyun bəslənir. Əlverişli su-fiziki xassələr və sıx ot
örtüyü göstərilən torpaqların səthində səth axınlarının yaranması və eroziya proseslərinin inkişafına mane olur.
Lakin hazırda bir sıra ərazilərdə bu torpaqlarda intensiv antropogen eroziyası gedir, otarma cığırları, torpaq
yolları, heyvan dırnaqları torpağın çim qatını məhv edir, səthi yuyulmanı sürətləndirir və xətti eroziya yaradır.
Yaylaq torpaqlarını qorumaq və onların məhsuldarlığını artırmaq məqsədilə yaylaqların hər bir hektarına
düşən mal-qaranın sayına (otarma norması) ciddi nəzarət etmək, faydalı ot əkinini genişləndirmək, bəzi sahələrə
gübrə vermək kimi faydalı tədbirləri müntəzəm şəkildə tətbiq etmək lazımdır.
Qaramtıl dağ-çəmən torpaqları yarımtipi. Bu torpaqlar subalp cəmənləri torpaqlarının aşağı hissəsini
əhatə edir. Təsvir edilən torpaqların yayıldığı ərazilərin aşağı sərhədi ərazinin oroqrafiyası, geomorfoloji və
iqlim şəraitindən asılı olaraq böyük intervalda tərəddüd edir. Böyük Qafqaz vilayətində bu sərhəd dəniz
səviyyəsindən 1800-2000 m yüksəklikdən (meşə-çəmən torpaqları ilə təmasda), Kiçik Qafqazda isə bir qədər də
yüksəkdən – 2000-2100 m-dən keçir. Baş Qafqaz silsiləsinin şərq qurtaracağında (Şamaxı yaylası) meşələrin
qırıldığı və iqlimin daha quraq olduğu ərazilərdə qaramtıl dağ-çəmən torpaqlarına dağ-bozqır torpaqları ilə
təmas sahələrində də rast gəlmək olur (Ataçay, Çingilçay və Pirsaatçay hövzələri arasında).
Qaramtıl dağ-çəmən torpaqlarının yayıldığı ərazilər üçün relyefin daha sakit formaları səciyyəvidir. Kiçik
Qafqazda bu torpaqlar Murovdağ, Mıxtökən silsiləsinin şimal-şərq yamaclarında, Qarabağ yaylasının cənub-
şərq hissəsində əsasən az meylli düzən səthlərində, yaylayabənzər sahələrdə, yüksək qədim çay terraslarında,
Böyük Qafqazda isə Baş və Yan silsilənin dağarası depresiyalarında, bəzi hallarda (Yan silsilədə) suayrıcı
yaylalarda inkişaf edərək yayılmışdır.
Təsvir edilən torpaqlar əsasən yuyucu rejim şəraitində əhəngdaşı, əhəngdaşı qumlucalar və karbonatlı
gillicələrin aşınma qabığı üzərində formalaşır. Kalsium karbonatla zəngin süxurların üzərində yayıldığı üçün bu
torpaqların profilində karbonatlar ayrı-ayrı ocaqlar şəklində yayılır, yaxud illüvial B horizontunda ağ karbonat
ləkələri müşahidə edilir. Bu əlamət qaramtıl dağ-çəmən torpaqları dağlıq landşaftın nisbətən daha quraq
rejimində inkişaf edən çəmən-bozqır torpaqlarından fərqləndirən əsas diaqnostik göstərici kimi səciyyələndirir.
Qaramtıl dağ-çəmən torpaqların yayıldığı ərazilərin bitki örtüyü taxılkimilərin də yaxşı təmsil olunduğu
hündürboylu subalp çəmənlərindən ibarətdir. Zəngin ot bitkilərinin, xüsusilə cır yulaf və nazikgövdə kimi
çimyaradan bitkilərin inkişafı qalın çim qatının yaranması üçün əlverişli şərait yaradır. Onu da qeyd etmək
lazımdır ki, qaramtıl torpaqların çim qatı çimli dağ-çəmən torpaqların çim qatından müəyyən qədər fərqlənir.
153
Çimli dağ-çəmən torpaqlarının çim qatı çəmən xarakterli olması, çim qatının elastikliyi və az sıx olması,
qalınlığının 8-10 sm olması ilə fəqrlənirsə, qaramtıl torpaqlarda çim qatı bozqır xarakterli, çəmənləşmə dərəcəsi
daha dərin olub həmin qatın qalınlığı 15-20 sm, bəzən isə daha çox olur. Canlı bitki kökləri 30-35 sm-dək
dərinliyə daxil olaraq maddələrin daha fəal mübadiləsi və çim qatında kül elementlərinin daha çox toplanması
üçün əlverişli şərait yaradır.
Bitki örtüyü daha gur və sıx inkişaf etdiyi üçün qaramtıl torpaqların yayıldığı ərazilərdə ümumi fitokütlənin
miqdarı çimli dağ-çəmən torpaqların yayıldığı sahələrə nisbətən yüksəkdir (391-489 t/ha). Bitkilərin yeraltı
kütləsi yerüstü kütlədən 10-11 dəfə çoxdur (müvafiq şəkildə 343-359 və 41-49 s/ha).
Bioiqlim şəraiti ilə əlaqədar olaraq göstərilən torpaqların yayıldığı ərazilərdə humifikasiya prosesi daha
qənaətbəxş şəkildə gedir. Torpaq səthinə daxil olan töküntülərin əsas hissəsi sürətlə parçalanır və bu
səbəbdəndir ki, səthdə döşənək əmələ gəlmir. Burada bioloji dövranın intensivlik əmsalı 0,6-0,8 təşkil edir.
Qaramtıl dağ-çəmən torpaqları müxtəlif genetik horizontların aydın seçildiyi tam inkişaf etmiş profilə malik
olması ilə səviyyənir. Qaramtıl dağ-çəmən torpaqlarının morfoloji əlamətləri ilə tanış olmaq üçün onların
ümumiləşdirilmiş morfoloji təsvirini nəzərdən keçirək:
A
ç
– yaxşı çimlənmişdir, taxılkimilərin çox sıx kök sistemi ilə hörülmüşdür, səthdə ölü töküntülərin
toplanması müşahidə edilmir, struktur aqreqatların arası ilə köklər dərinə daxil olur, dənəvari yaxud dənəvari-
noxudvari struktura malikdir, yaxşı aqreqatlaşmışdır, qara, yaxud qara-qonurumtul rəngli, süxur qırıntıları azdır,
yumşaqvari, yüngül yaxud orta gillcəli, köklər yoxdur, karbonatlara təsadüf edilmir, keçidi kəskindir. Qalınlığı
10±2 sm.
A
1
– qara qonur, qonurumtul-qəhvəyi yaxud qonurmtul çalarlı tünd boz, dənəvari-xırda topavari, yaxşı
aqreqatlaşmışdır, çoxlu canlı köklər, çınqıllar azdır, güclü humuslaşmış, ağır gillcəli, yumşaqvari, keçidi tədrici,
qaynamır, qalınlığı 18±5 sm.
A
2
– qara-göyümtül, qaramtıl-qəhvəyi, yaxud qonurumtul çalarlı tünd-qəhvəyi, çoxlu köklər, xüsusilə ölü
köklər, çınqıllı, bərkvari, ağır gillicəli, qozvari-topavari, yaxşı aqreqatlaşmışdır, az miqdarda qurd yolları və
kaprolitlər, görünən karbonatlar yoxdur, qaynamır, keçidi aydındır. Qalınlığı 16±7 sm.
AB – tünd-qonur-qəhvəyi, yaxud qəhvəyi çalarlı qaramtıl-qonur, müəyyən göyümtüllük yaxud əsas fonda
göyümtül ləkələr ola bilər, iri topavari, çınqıllar çoxdur, kömürləşmiş bitki köklərinə rast gəlinir, qurd (torpaq
soxulcanı) yolları, ağır gillicəli, yaxud gilli, bərkvari, üst qatda sərhəddə humus “dillərinə” və axıntılarına
təsadüf olunur, qaynamır, keçidi aydındır. Qalınlığı 15±3 sm.
B – yuxarıdakı qatdan bir qədər açıqdır, açıq qonur ton üstünlük təşkil edir, qatların sərhədində humus
“dilləri” və axıntılarına rast gəlinir, strukturu kobud iri topavari, çınqıl çoxdur, çoxlu ölü köklər, üst qatdan
bərkdir, ağır gillicəlidir (gilli də ola bilər), gilləşmə əlaməti olarkən tekstur qat kimi qeyd olunur, yalnız
çınqılların olduğu yerdə qaynayır. Yüksək çınqıllı və tez-tez qaynama hallarında illüvial karbonatlı qat kimi
qeyd olunur, ağır qranulometrik tərkib və yan axınların olduğu şəraitdə göyümtül ləkə və nöqtələrə (qleyləşmə
əlamətlərinə) rast gəlinir. Qalınlığı 20±3 sm.
C – çox vaxt açıq-qəhvəyi, sarı, bəzən mərmərşəkilli, ağımtıl karbonat damarcıqları törəmələri, xüsusilə
çatlar boyunca, yüksək çınqıllı, bərk, struktursuz, karbonatlar aydın seçilir, qaynayır. Torpaqəmələgətirici
süxurlar əhəngdaşları, əhəngdaşı qumluqları, andezitbazalt, karbonatlı şistlərin və s. elüvi və delüvi-elüvisindən
ibarətdir.
Təsvir edilən torpaqların üst qatında humusun orta riyazi qiyməti 11,02% təşkil edir. Humusun miqdarı
aşağı qatlara doğru çox vaxt tədricən azalır (cədvəl 49).
Cədvəl 49
Qaramtıl dağ-çəmən torpaqların bəzi morfoloji və fiziki-kimyəvi göstəriciləri
Genetik
qatlar
Morfoloji və fiziki-kimyəvi göstəricilər
Qalınlıq,
sm
Humus,
%
Azot,
%
Udma
tutumu,
m-ekv
<0,001,
%
<0,01,
%
pH
A
ç
9,2 11,2
0,78
50,88
8,88 -
6,4
A
1
14,2 8,07 0,48 36,42
17,79
52,40
6,6
A
2
16,4 5,48 0,41 45,04
22,92
56,79
6,4
AB 17,3 2,68 0,28
37,01
19,09
53,54
6,0
B 20,2 1,53
0,11
38,73
21,21
58,19
6,2
C - - - - - -
-
Təsvir edilən torpaqların üst qatında azotun miqdarı 0,78% təşkil edir. C/N nisbəti 7-9-dan yüksək deyildir.
Bu da üzvi qalıqların yüksək parçalanmasından xəbər verir. Humus keyfiyyət tərkibi humatlı və humatlı-
154
fulvatlıdır, Ch/Cf 1,1-0,8 arasında dəyişir.
Qaramtıl dağ-çəmən torpaqlarda udma tutumu yüksəkdir. Belə ki, torpağın üst və əkinaltı qatlarında onun
orta miqdarı 50-36 mq-ekv. arasında tərəddüd edir. Udulmuş əsaslar içərisində kalsium və maqnezium kationları
üstünlük təşkil edir. Torpaqların üst qatında onun miqdarı udma tutumunun 90-92%-ni təşkil edir.
Təsvir edilən torpaqlarda mühitin reaksiyası adətən zəif turş, bəzi hallarda isə neytrala yaxın olur. Su
məhlulunda pH-ın qiyməti 6,0-6,6 arasında tərəddüd edir. Profilin orta hissələrində mübadilə olunan hidrogenin
nisbətən çox olması ilə əlaqədar olaraq mühitin turşuluğunun artması müşahidə olunur.
Qranulometrik tərkibinə görə qaramtıl dağ-çəmən torpaqlarında orta və ağır gillicəli növmüxtəliflikləri
üstünlük təşkil edir. Lakin bu torpaqların gilli növlərinə də təsadüf edilir. Qranulometrik tərkibində lil və xırda
toz hissəcikləri üstünlük təşkil edir. Üst qatlarda lil hissəciklərinin miqdarı nəzərə çarpacaq dərəcədə azalmışdır
(9-18%), fiziki gilin miqdarı isə 52-56% təşkil edir. Aşağı qatlara doğru onun miqdarı artır, orta qatlarda zəif
gilləşmə əlamətləri müşahidə olunur.
Çimli dağ-çəmən torpaqları ilə müqayisədə bu torpaqların skeletlik dərəcəsi xeyli aşağıdır (20-30%) və
profilboyu aşağıya doğru artır.
Təsvir edilən torpaqların ümumi tərkibinin analizi göstərir ki, bu torpaqların üst SiO
2
və Fe və Al
oksidlərinin müəyyən qədər yuyularaq profilin orta qatlarında toplanması müşahidə olunur. Torpaqlar bir yarım
oksidlərlə zəngindir. SiO
2
/Fe
2
O
3
nisbəti 4,1-4,7-5,2, arasında dəyişir.
Qaramtıl dağ-çəmən torpaqların aşağıdakı cinsləri ayrılır: yuyulmuş, zəif doymamış, qalıq-karbonatlı,
qleyvari, tam inkişaf etməmiş.
Aqroistehsalat baxımından qaramtıl dağ-çəmən torpaqlar yüksək məhsuldar yay otlaq sahələrinə aid edilir
və əsasən örüş və biçənək sahəsi kimi istifadə olunur.
Dostları ilə paylaş: |