§ 62. Qonur dağ-meşə torpaqları
Respublikamızda o qədər də geniş sahə tutmayan qonur dağ-meşə torpaqları meşə zonasının nisbətən üst
rütubətli qurşağında 1000 (900) - 2000 (2200) m yüksəkliklər arasında yayılmışdır.
Qonur dağ-meşə torpaqları bütövlükdə dağlıq şəraitdə, dağ yamaclarında inkişaf etmişdir. Bununla əlaqədar
olaraq yamacların yüksəkliyi, baxarlığı və meyilliyi, aşınma qabığının qalınlığı və s. torpaqəmələgəlmə
prosesinə və torpaqların yayılmasına, onun müxtəlifliyinə ciddi təsir göstərir. Çox hallarda şimal baxarlı
yamaclarda orta qalınlıqlı və qalın torpaqlar inkişaf edir. Meyllik azaldıqca torpaqların qalınlığı da artır. Cənub
baxarlı yamacların orta və yuxarı hissələrində orta qalınlıqlı və yuxa skeletli torpaqlar üstünlük təşkil edir. İstər
şimal, istərsə də cənub baxarlı yamacların şleyf hissələrində qalın profilli torpaqlara daha çox rast gəlinir.
Dağlıq şəraitdə torpaqəmələgəlmənin xarakterinə torpaqəmələgətirici süxurların litoloji və petroqrafik
tərkibi böyük təsir göstərir. Qonur dağ-meşə torpaqları müxtəlif vulkanik və çökmə süxurlar üzərində
formalaşır. Bu torpaqlar həm bazalt, porfirit, gil, gilli şist, əhəngdaşı və konqlomeratlar kimi bərk süxurlar, həm
də ana süxurların nisbətən yumşaq elüvial-delüvial çınqıllı-gilli aşınma məhsulları üzərində formalaşırlar.
Tərkibində alüminium və dəmir birləşmələri olan ilkin minerallarla zəngin süxurlar üzərində qonur meşə
torpaqları tipik inkişaf xüsusiyyətlərinə malik olur.
Qonur dağ-meşə torpaqlarının yayıldığı ərazilərin iqlim göstəricilərində fərqlər müşahidə edilir. Böyük
Qafqazın yamaclarında bu torpaqların yayıldığı ərazilər mülayim-isti iqlim ilə səciyyələnir. Orta illik temperatur
6,0-11,9
0
-dən yüksək deyildir. Ən soyuq (yanvar) ayın temperaturu -2,6-
0,0
0
, ən isti (iyul) ayınkı isə 11,4-18,2
0
arasında tərəddüd edir. Orta illik yağıntıların miqdarı 570-952 mm-dir və onun 389-694 mm-i isti mövsümdə
(aprel-oktyabr), 181-208 mm-i isə sentyabr–mart aylarında düşür. Buxarlanmanın miqdarı aşağıdır (400-600
mm) və bununla əlaqədar rütubətlənmə əmsalı yüksəkdir – 1,42-1,58. Fəal temperaturların cəmi 1737-3196
0
-
dir.
Kiçik Qafqazın qonur meşə torpaqları zonası mülayim soyuq və mülayim-isti iqlimlə səciyyələnir. Orta
illik temperatur 6-8
0
, illik yağıntıların miqadrı 600-710 mm-dir. Burada yağıntıların rejimində kəskin mövsümi
dəyişikliklər müşahidə edilmir, il boyu torpaqda kifayət qədər faydalı rütubət mövcud olur.
Yağıntıların miqdarının nisbətən yüksək, buxarlanmanın isə alçaq olması, ərazinin təbii parçalanması,
torpaq və qruntun yüksək çınqıllı olması və s. bu torpaqların yuyucu su rejimi şəraitində inkişafına səbəb
olmuşdur.
Yuxarıda qeyd olunduğu kimi qonur dağ-meşə torpaqları meşələrin üst rütubətli qurşağında formalaşır. Bu
qurşaqda əsasən şərq fıstığı yayılmışdır. Ona görə də bu qurşağa fıstıq meşə qurşağı da deyilir. Burada fıstığa
Qafqaz vələsi və çökə ağacının bəzi növləri də qarışır. Bu meşələr çox sıx, ağaclar hündür olur. 1400-1600 m
yüksəklikdə fıstıq meşələri daha da sıxlaşır. Burada ot bitkisi heç olmur.
Torpaqlarda üzvi maddənin əmələ gəlməsində meşə töküntüsünün toplanması, meşə döşənəyinin ehtiyatı və
çürüməsi mühüm rol oynayır. Azərbaycanın fıstıq meşələrində töküntünün miqdarı 2,70-9,92 t/ha arasında
tərəddüd edir. Fıstıq meşələri döşəmə ehtiyatının yüksək olması və müxtəlif həddə tərəddüd etməsilə fərqlənir.
Lənkəranın ölüörtüklü vələsli fıstıq meşəsində döşəmə ehtiyatı hər hektarda 20,1 t, Böyük Qafqazın cənub
171
yamacında 20,1-22,4 t, cənub-şərq hissəsində 16,3-18,2 t, şimal-şərq yamacında isə 18,9-21,5 t arasında
tərəddüd etmişdir. Kişik Qafqazda fıstıq və fıstıq-vələs meşələrində meşə döşənəyində külün miqdarı 11-18%
(orta hesabla 13,2%), Böyük Qafqazın cənub yamacında 6-16% (9,67%), Lənkəran vilayətində 7-9% (8,2%)
təşkil edir. Fıstıq döşəməsi külündə ən çox silisium, kalsium, alüminium və maqnezium toplanmışdır. Burada
dəmir və alüminium biogen akkumulyasiyası səciyyəvidir.
Qonur dağ-meşə torpaqlarının genezisində bitki qalıqlarının tərkibində kül elementlərinin yüksək olması ilə
yanaşı, torpaqəmələgətirici süxurların xeyli çınqıllı olması da əhəmiyətli rol oynayır. Bu amillərin təsiri altında
torpağa qələvi və qələvi-torpaq elementləri daxil olur. Bu torpaqların yayıldığı ərazilərin təbii parçalanması
(drenləşməsi), torpaqların yaxşı aqreqatlaşması aerobioz şəraitin yaranmasını qeyri-mümkün edir. Bununla
əlaqədar olaraq M.E.Salayev (1991) qonur dağ-meşə torpaqları üçün podzollaşma əlamətlərinin səciyyəvi
olmadığını göstərir.
Respublikamızın müxtəlif dağlıq vilayətlərində yayılmış qonur meşə torpaqlarının ekoloji-coğrafi şəraitinin
müxtəlifliyi ilə əlaqədar aşağıdakı yarımtipləri ayrılır: zəif doymuş (lösləşmiş) qonur dağ-meşə, tipik qonur dağ-
meşə, karbonat qalıqlı qonur dağ-meşə, bozqırlaşmış qonur dağ-meşə torpaqları.
Zəif doymuş (lösləşmiş) qonur dağ-meşə torpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar Böyük
Qafqazın cənub yamaclarında, Kiçik Qafqazda isə Murovdağ silsiləsinin şimal və şimal-qərb yamaclarında
meşə qurşağının daha rütubətli zolağında, həmçinin Talış silsiləsinin dağarası çökəkliklərində yayılmışdır. Onlar
ən çox müxtəlif meyllik və baxalığa malik qədim terraslarda və düzəltmə səthlərində, adətən fıstıq və fıstıq-
vələs meşələri altında formalaşırlar.
Qranodiorit, gilli şist, andezit və s. süxurların aşınma məhsullarından ibarət olan çınqıllı elüvial-delüvial
çöküntülər əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır. Respublikamızın zəif doymuş (lösləşmiş) qonur
dağ-meşə torpaqları bir sıra əlamətlərinə görə Qərbi Zaqafqaziyanın eyni adlı torpaqlarından fərqlənir.
Bunlardan birinci növbədə profilin dərindən yuyulması, turş və zəif turş reaksiyanın mövcud olması, udma
tutumunun yüksək olması, podzollaşma əlamətlərinin müşahidə edilməməsi, profilin orta hissəsinin gilləşməsi
və biryarım oksidlərlə zənginləşməsini və s. göstərmək olar. Təsvir edilən torpaqların profilini nəzərdən
keçirsək onun nisbətən sadə olması, zəif differensiasiya etməsi nəzəri cəlb edir. Bundan başqa elüvial A
2
horizontunda narın hiccəciklərin müəyyən qədər azalması və rəngin açıqlaşması müşahidə olunur. Aşağıda zəif
doymuş (lösləşmiş)
qonur dağ-meşə torpaqlarının ümumiləşdirilmiş morfoloji təsvirini nəzərdən keçirək.
O
1
– yarpaq, ağac budaqları və ot bitkilərinin qalıqlarının töküntülərindən ibarət olan, xeyli qonurlaşmış
yumşaq (elastiki) fitokütlə. Bəzən alt sərhədində zəif ifadə olunmuş narın torpaq qarışıqlı çox nazik, qaramtıl-
qonur kobud humus horizontu nəzərə çarpır. Qalınlığı 3±0,5 sm.
A
1
– qəhvəyimtil çalarlı tünd-qonur, dənəvari-topavari, dərində çınqıl və iri qumların iştirak etdiyi topavari-
qozvari. Çoxlu ağac və ot kök və kökcükləri, orta və ağır gillicəli, bərkvari, qaynamır, keçidi tədricidir. Qalınlığı
10±1,3 sm.
A
2
– bir qədər açıqlaşmışdır. Qonur-qəhvəyi rəngin ümumi fonunda açıq-bozumtul rəng üstünlük təşkil
edir. Aralıqlarda zəif humus axıntıları. Strukturu qozvari-topavari, çoxlu süxur qırıntıları və çınqıllar, bərkvari,
ağır gillicəli və gilli, keçidi hiss edilir, qaynamır. Qalınlığı 12±3,8 sm.
B - keçid tekstur horizontu, çox vaxt qonur və qəhvəyimtil-qonur rəngli, bərk, çınqıllı, struktur ifadə
olunmamışdır, qaynamır, keçidi hiss olunur. Qalınlığı 21±3,6 sm.
C – çınqıllı elüvial-delüvial çöküntülər, ana süxurların (qranodiorit, gilli şistlər və s.) aşınma məhsulları.
Təsvir edilən torpaqların ümumiləşdirilmiş morfoloji təsvirini nəzərdən keçirərkən onların aşağıdakı
səciyyəvi diaqnostik göstəricilərini qeyd etmək olar; profilin zəif differensiasiya etməsi (aydın seçilən müstəqil
və keçid tipli genetik horizontlara bölünməsi) və nazik töküntü-döşəmə qatının mövcudluğu, humuslu-
akkumulyativ horizontunun qalınlığının az olması; A
2
horizontunun rənginin açıqlaşması və lösləşməsi
nəticəsində gilləşmiş illüvial-tekstur horizontun (B) mövcudluğu; bütün profilin karbonatlardan, A
2
horizontunun isə qismən üzvi birləşmələrdən yuyulması.
Zəif doymuş (lösləşmiş) qonur dağ-meşə torpaqlarında humusun miqdarı tipik qonur yarımtipində
olduğundan azdır (cədvəl 56).
Cədvəl 56
Zəif doymuş (lösləşmiş) qonur dağ-meşə torpaqların əsas tərkib hissələri (G.A.Salamov 1973)
Dərinlik,
sm
Humus,% Azot,% C/N
Udulmuş
əsasların
cəmi,
m-ekv
<0,001
mm
<0,01
mm
pH
(su)
2-15 8,39 0,58
8,27
31,39
10,32
60,80
6,0
15-31 3,,79 0,28
7,92
33,66
25,96
66,96
6,2
31-53 2,41 0,18
7,55
50,30
27,52
69,70
6,1
172
53-107 1,55 - 44,02 32,52
77,80
6,0
107-150 1,34 - 38,03 21,20
65,52
6,1
150-180 1,40 - 28,54 26,32
63,96
6,0
Profilin üst qatında humusun miqdarı 6,2-8,3% arasında dəyişir. M.E.Salayev (1991) bu torpaqların üst
qatında humusun miqdarını 6±1,2%, C/N nisbətinin isə geniş (10-12 və artıq) olduğunu göstərir. Bu nisbətin
genişliyi üzvi töküntülərin zəif parçalanması və “moder” tipli humusun yaranması ilə əlaqədardır.
Humus fulvat tiplidir. Humin turşusunun fulvoturşulara nisbəti 0,4-0,5-dən yüksək olmur. Humusun
tərkibində mütəhərrik formaların iştirakı və mühitin turş reaksiyası humusun yuyulması üçün şərait yaradır.
Humusun və ümumi azotun aşağı qatlara doğru kəskin şəkildə azalması müşahidə olunur.
Torpaqlarda udma tutumu digər yarımtiplərə nisbətən aşağıdır (15-30 m-ekv), çox hallarda 15-16 m-ekv-
dən yüksək olmur. Elüvial horizontla müqayisədə illüvial horizontda udulmuş əsasların miqdarı nisbətən yüksək
olur ki, bu da əsasən həmin qatın gilləşməsi ilə əlaqədardır. Udulmuş əsaslar içərisində Ca
2+
və Mg
2+
üstünlük
təşkil edir. Torpaqlar turş və zəif turş reaksiyaya malikdir. Profilin orta hissələrində mübadilə olunan hidrogen
və alüminiumun nisbətən az olması ilə əlaqədar pH-ın göstəricilərinin aşağı olması müşahidə edilir.
Zəif doymuş (lösləşmiş) qonur dağ-meşə torpaqlarının yuyucu su rejimi şəraitində inkişaf etməsi, ana
süxurların və torpaqların çox çınqıllı olması ilə əlaqədar profilin üst qatlarından lil və gil hissəciklərin əsaslı
dəyişikliklərə məruz qalmadan profilin orta hissəsində (illüvial B horizontunda) toplanması müşahidə edilir. Bu
həmin horizontun gilləşməsinə və bərkiməsinə səbəb olur, üst qatlarda isə lil və gil hissəciklərinin miqdarı
nisbətən azalır. Göstərilən xüsusiyyətlər bu torpaqların səciyyəvi diaqnostik göstəricilərindən hesab olunur. Bu
torpaqların qranulometrik tərkibi əsasən gillicəli və gillidir.
Təsvir edilən torpaqların ümumi kimyəvi analizlərinin nəticələri əksər hallarda bu torpaqlarda podzollaşma
əlamətlərinin olmadığını göstərir. Bəzi yüksək mövsümi rütubətlənmə rayonlarında biryarım oksidlərin zəif yer
dəyişməsi müşahidə olunur.
Tipik qonur dağ-meşə torpaqları yarımtipi.
Yuxarıda təsvir edilmiş yarımtipdən fərqli olaraq tipik qonur
dağ-meşə torpaqları Azərbaycan meşələrində nisbətən geniş sahələrdə yayılmışdır.
Böyük Qafqazın cənub yamacının dağ-meşə zolağında bu torpaqlar 900-1000 m, Kiçik Qafqazda isə
1200m-dən yüksəkdə yayılmışlar. Onlara bütün baxarlı, xüsusilə şərq və qərb baxarlı yamaclarda, vələs, palıd-
vələs və vələsli-fıstıq meşələri altında təsadüf etmək olur. İlkin minerallarla zəngin olan andezit, andezit-bazalt
və qranodioritlərin çınqıllı elüvial-delüvial çöküntüləri bu torpaqların yayıldığı ərazilərdə əsas
torpaqəmələgətirici süxurlar rolunu oynayır.
173
Şəkil 17. Fıstıq-vələs meşə landşaftının qonur dağ-meşə torpağı
(Quba rayonunun Qəçrəş meşəsi)
Bu torpaqların formalaşmasında, üzvi və mineral maddələrin artırılmasında, su və temperaturun, habelə
hava rejiminin tənzim edilməsində meşə döşənəyinin ehtiyatı və onun çürüməsi vacib rol oynayır.
Azərbaycanın fıstıqlı-vələs meşələrində üzvi töküntülərin miqdarı orta hesabla 5,3-6,7 t/ha –dır. Üzvi
töküntülərdə kül elementlərinin miqdarı yüksəkdir (7-8%) və onun tərkibində xeyli miqdarda Ca, Mg, Si və
qismən Fe toplanmışdır. Bu amil podzollaşma prosesinin inkişafına əhəmiyyətli dərəcədə mane olur.
Torpaqların səthində 2-5 sm qalınlıqda bitki qalıqlarından ibarət olan və hələ dəyişməmiş töküntü, onun altında
isə 2-4 sm qalınlıqda narın torpaq qarışıqlı, xeyli dəyişikliklərə məruz qalmış meşə döşəməsi yerləşir. Aşağıda
tipik qonur dağ-meşə torpaqlarının M.E.Salayev (1991) tərəfindən verilmiş morfoloji quruluşunun
ümumiləşdirilmiş təsvirini nəzərdən keçirək.
O
1
– öz ilkin quruluşunu dəyişməmiş, bir qədər qonurlaşmış, döşəmə horizontundan zəif dərəcədə ayrılan
yarpaq və budaqlardan ibarət bitki töküntüləri. Qalınlığı 4-5 sm.
A
1
–tünd qonur, yaxud qonur-qara rəngli, sıx bitkiləri, yumşaq, gillicəli-çınqılvari, bioloji cəhətdən yaxşı
işlənilmişdir, çoxlu soxulcan yolları, dənəvari, yaxud dənəvari-qozvari, humusla yaxşı doymuşdur, qaynamır,
keçidi tədricidir. Qalınlığı 12±2,2 cm.
B
1
- qonur-zəif-qəhvəyimtil, yaxud bozumtul-qəhvəyi, topavari-qozvari yaxud iri topavari, yaxşı
174
aqreqatlaşmışdır, yüksək gilləşmə xarakterikdir, az hallarda çatlar, çoxlu süxur qırıntıları və çınqıllar, dərindən
yuyulmuşdur, qaynamır. Qalınlığı 21±4,3 sm.
B
2
- üstdəki qatla eyni rənglidir, iri topavari-qozvari, yaxud topavari-kəltənvari, gilli, çoxlu süxur
qırıntıları, yüksək gilləşmiş, bərk, tez-tez çatvari, bəzi hallarda pas ləkələri, dərindən yuyulmuş, qaynamır.
Qalınlığı 22±4,0 sm.
C – torpaqəmələgətirici ana süxurlar, ana süxurların daşlı-çınqıllı elüvial-delüvial çöküntülərindən
ibarətdir.
Göründüyü kimi, bu torpaqlar orta qalınlıq, üst qatlarda çürüntünın təsiri ilə tünd rəng, keçidlərin tədriciliyi,
alt qatlarda gilləşmənin getməsi (nisbətən qalın, illüvial təbiətli tekstur B horizontu), yaxşı hiss edilən topavari
və qozvari struktur kimi morfoloji əlamətlərə malikdir. Torpaq profilində differensiasiyanın zəif getməsindən
asılı olaraq genetik qatların tam ifadə olunmaması, karbonatların profil boyu yuyulması əsas fərqləndirici
əlamətlərdəndir. Yamacların xarakterindən (xüsusilə meyllikdən) asılı olaraq yuxa və orta qalınlıqlı profilə
malik tipik qonur dağ-meşə torpaqları üstünlük təşkil edir. Lakin ayrı-ayrı hallarda az meylli yamaclarda qalın
profilli növlərə də rast gəlmək mümkündür.
Tipik qonur dağ-meşə torpaqlarında humusun miqdarı digər yarımtiplərlə müqayisədə nisbətən yüksəkdir.
Üst qatda onun miqdarı 8,41-11,05%, ümumi azotunku isə 0,54-0,9 % arasında tərəddüd edir. Aşağı qatlara
doğru humusun miqdarının kəskin dəyişməsi səciyyəvidir. M.E.Salayevə görə bu torpaqların üst qatında humus
və azotun orta miqdarı müvafiq şəkildə 10,0±1,7% və 0,61±0,10%-dir. Humusun tərkibi fulvat tiplidir, humin
turşusunun fulvoturşuya nisbəti vahiddən kiçikdir (0,5-0,6). Bu turşuların çox hissəsi biryarım oksidlərlə və
qismən Ca
2+
ilə birləşmişdir. Torpaqların üst 1 metrlik qatının humus ehtiyatı 220-400 t/ha, azot ehtiyatı isə 20-
40 t/ha-dır (G.A.Salmanov, 1978).
Meşə töküntüsü və çürüntünün çoxluğu, qranulometrik tərkibin ağır olması, strukturun əlverişliliyi,
torpaqəmələgətirən süxurların tərkibi tipik qonur dağ-meşə torpaqlarının yüksək udma tutumuna malik olmasına
şərait yaratmışdır.
Bu torpaqlarda udulmuş əsasların cəmi 24,9-41,0 m-ekv arasında dəyişməklə, əsas yeri Ca
2+
tutur. Onun
miqdarı 21,46-33,70 m-ekv, Mg
2+
-un miqdarı isə 2,30-9,85 mq-ekv arasında olub, profil boyu qeyri-bərabər
paylanır. H və Al miqdarı daha azdır. Bütün profilin karbonatlardan yuyulması H ionlarının kifayət dərəcədə
iştirakı bu torpaqların zəif turş reaksiyaya (pH 4,8-6,2) malik olmasına səbəb olmuşdur.
Qranulometrik tərkibcə bu torpaqlar ağır gillicəli və orta gilli növmüxtəlifliklərinə aiddir. Profilin
qranulometruk tərkibinə görə differensiasiyası aydın ifadə olunmuşdur. Lil və fiziki gil hissəciklərinin profilin
orta hissəsində (bərkimiş B horizontunda) toplanması müşahidə olunur.
Lil fraksiyalarının tərkibində montmorillonit qrupu mineralları (beydelit, kaolinit, xeyli miqdarda hetit və
limonit) üstünlük təşkil edir.
Ümumi kimyəvi tərkibinə görə genetik qatların aydın fərqlənməsi müşahidə edilmir. Burada əsas yeri SiO
2
tutmaqla profilboyu təxminən bərəbər paylanmışdır. Onun nisbətən çox olması bioloji toplanma ilə əlaqədardır.
Alüminiumun bu torpaqda kifayət qədər olması (bəzi hallarda 14-20%) torpaqdaxili aşınmanın intensiv
getdiyini göstərir. Fe
2
O
3
torpaq profilində təxminən bərabər paylanmışdır. MgO-in profildə nisbətən çox olması
Kiçik Qafqazın tipik qonur dağ-meşə torpaqları üçün səciyyəvidir. SiO
2
əvvəlkilərə nisbətən az, qalan
oksidlərdən isə (MnO, SO
3
, P
2
O
3
) xeyli çox olub, torpaq profili boyu təqribən bərabər paylanır.
Tipik qonur dağ-meşə torpaqlarında SiO
2
-nin Al
2
O
3
-ə nisbəti 8,7-6,0; SiO
2
-nin Fe
2
O
3
-ə nisbəti 15,7-21,9;
SiO
2
-nin R
2
O
3
-ə nisbəti isə 3,8-4,1 arasında dəyişir. Molekulyar nisbətlərin bu cür dəyişməsi yüksək aşınmanın
getdiyini və podzollaşma əlamətlərinin tamamilə müşahidə edilmədiyini, yuyulmanın zəif olduğunu bir daha
sübut edir.
Karbonat qalıqlı qonur dağ-meşə torpaqları yarımtipi. Bu torpaqlar tipik qonur dağ-meşə torpaqları ilə
eyni bioiqlim şəraitində inkişaf etmişdir. H.Ə.Əliyev bu torpaqların meşənin yuxarı sərhədində, yuxarı
hissələrdən gətirilmiş aşınma məhsullarının toplandığı sahələrdə, qırılmış meşə kənarlarında, M.E.Salayev Kiçik
Qafqazın şərq və cənub-şərq hissələrində, eləcə də Həkəriçay hövzəsinin orta axınlarında geniş yayıldığını
göstərir. X.H.Həsənov karbonat qalıqlı qonur dağ-meşə torpaqlarının Böyük Qafqazın cənub-şərq hissəsi üçün
səciyyəvi olduğunu və çürüntülü karbonatlı dağ-meşə torpaqları ilə eyni sahədə yayıldığını göstərir, qonur dağ-
meşə torpaqlarının nisbətən quraq iqlim şəraitində əmələ gələn yarımtipi kimi səciyyələndirir.
Təsvir edilən torpaqlar əhəngdaşı, əhəngdaşlı qumlucalar, konqlomeratlar, karbonatlı gilli şistlərin aşınma
məhsulları yaxud karbonatlı çöküntülər üzərində, nisbətən isti şimal-şərq və şərq baxarlı işıqlı palıd-vələs, az
hallarda fıstıqlı-vələs meşələri altında inkişaf edirlər. Morfoloji quruluşunun xüsusiyyətləri, genetik
horizontların müəyyən sistemi bu torpaqların əsas diaqnostik göstəriciləridir. Ona görə də bu torpaqların
ümumiləşdirilmiş morfoloji təsvirini nəzərdən keçirək.
O
1
– zəif dərəcədə qonurlaşmış, lakin hələ dəyişməmiş yarpaq və budaq qalıqları. Qalınlığı 1-2 sm.
O
2
- qonur-qara, narın torpaq qarışıqlı, kifayət qədər yaxşı parçalanmış mulça şəkilli döşəmə horizontu.
Qalınlığı 1-3 sm.
A – tünd-qonur, yaxud qonuru-qəhvəyi, xırda topavari, yumşaqvari, ağır gillicəli, bərkvari, çoxlu ağac və
175
kol kökləri, tək-tək çınqıllar, qaynayır, keçidi tədrici, qalınlığı 8±2,4 sm.
A/B
1
– qəhvəyimtıl-qonur, ağır gillicəli, yaxud gilli, çınqılvari, çoxlu canlı və ölü köklər, topavari-qozvari,
bərkvari təzə, qaynamır, keçidi tədricidir. Qalınlığı 15±3,2 sm.
B
1
–qəhvəyimtil-qonur, gilli, iri topavari, ağımtıl karbonat qabığı ilə örtülmüş çoxlu çınqıl və süxur
qırıntıları, çox bərk, zəif çatvari, çoxlu köklər, daş süxurların olduğu yerlərdə ocaqlarla qaynayır, keçidi
aydındır. Qalınlığı 25±4,6 sm.
B
2
– rəngi üstdəki B
1
horizontu ilə eynidir, bir qədər açıqlaşır, iri topavari-kəltənvari, gilli, çoxlu süxur
qırıntıları, köklər azdır, köklərin yolu üzrə şaquli çatlar, çox bərk, gilləşmişdir, çoxlu karbonat törəmələri,
qaynayır, keçidi hiss olunur. Qalınlığı 30±7,4 sm.
C - qonur, yaxud qonur-boz-sarı, aydın olmayan topavari-kəltənvari, çoxlu süxur qırıntıları və ağımtıl
karbonat damarcıqları, çoxlu ölü köklər, bərkvari, ağır gillicəli, yaxud gilli, qaynayır, keçidi hiss olunur.
Qalınlığı 31±5,8 sm.
C/D – qonur-sarı, yaxud sarımtıl-küləşi, gillicəli-çınqılvari, struktur aydın olunmamışdır, əsasən əhəngdaşı
və karbonatlı şistlərin narın torpaq qarışıqlı iri süxur qırıntıları, qaynayır.
Ümumiləşdirilmiş morfoloji təsvirdən aydın göründüyü kimi karbonat qalıqlı qonur dağ-meşə torpaqlarının
profilinin üst hissəsində çox vaxt zəif parçalanmış və hələ öz ilkin formasını dəyişməmiş bitki qalıqlarından
ibarət O
1
horizontu yerləşir. Bu horizont tədricən narın torpaq qarışıqlı qara-qonur rəngdə döşənək horizontuna
(O
2
) keçir. Bu horizontların qalınlığı relyef şəraitindən asılı olaraq dəyişir. Quru, eroziyaya uğramış yamaclarda
onun qalınlığı az ola bilər.
Üst qatda humusun miqdarı (5,9±1,6%) tipik qonur dağ-meşə torpaqlarında olduğundan aşağıdır. Humusun
aşağı qatlara doğru kəskin azalması müşahidə olunur. Humusun tərkibi humat-fulvat, yaxud fulvat tiplidir.
Humin turşularının fulvat turşularına nisbəti 0,6-0,7 arasında dəyişir. Humusun xeyli hissəsi kalsium və dəmirlə
birləşərək üst qatda möhkəmlənir.
Karbonat qalıqlı qonur dağ-meşə torpaqlarında azotun miqdarı humusa uyğun olaraq dəyişir (0,31-0,51%).
C/N nisbəti isə 7-11 arasında tərəddüd edir. Təsvir edilən torpaqların səciyyəvi xüsusiyyətlərindən biri də
karbonatların üst qatlardan yuyulmasıdır. Onlar 45-55 sm, bəzən isə daha çox dərinlikdə (70-80 sm) müşahidə
olunur. Bu torpaqların üst qatlarında mühitin reaksiyası neytral və zəif qələvi, alt qatlarda isə qələvidir. Bu da,
əsasən, profilin karbonatlılığı ilə əlaqədardır.
Karbonat qalıqlı qonur dağ-meşə torpaqlarının udma tutumu kifayət qədər yüksəkdir. Bu torpaqlar digər
yarımtiplərdən əsasların orta qatlarda daha çox toplanması ilə seçilir. Udulmuş əsaslar ən çox B (52 m-ekv),
nisbətən az A (41-45 m-ekv), ən az isə C horizontunda müəyyən edilmişdir. Ca
2+
və Mg
2+
-un bu cür paylanması
əsasən onların bioloji toplanması və qismən akkumulyativ qatdan orta qatlara yuyulması ilə əlaqədardır. Bu
torpaqlar üçün səciyyəvi cəhətlərdən biri dəyişən H və mütəhərrik Al və Fe
2
O
3
-un yalnız üst qatlarda olmasıdır.
Bozqırlaşmış qonur dağ-meşə torpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar əsasən meşə
talalarında qırılmış meşələrin yerində, nisbətən isti, mülayim-rütubətli şimal-şərq baxarlı yamaclarda inkişaf
etmişdir. Bozqırlaşmış qonur dağ-meşə torpaqları ilk dəfə S.A.Zaxarov (1924) tərəfindən ayrılmışdır. Kiçik
Qafqazda bu torpaqlar M.E.Salayev tərəfindən təsvir edilmişdir. Şəmkirçay və Gəncəçay arasında inkişaf edən
bu torpaqlar dağ meşələrinin aşağı sərhədinə qədər düşərək dağ qara torpaqlarına keçir. H.Ə.Əliyev (1964) bu
torpaqların Böyük Qafqazın şimal-şərq hissəsində, Quba-Qusar və Dəvəçi rayonlarında, 1300-1400 m-dən
yüksəkdə yayıldığını qeyd edir. Tədqiqatçılar bu torpaqların torpaqəmələgəlmə prosesində qara torpaqlara,
yaxud dağ-bozqır torpaqlarına çevrildiyini qeyd edirlər. Böyük Qafqazın cənub yamacında bozqırlaşmış qonur
dağ-meşə torpaqları qonur dağ-meşə torpaqlarının 10-94%-ni təşkil edir (G.Salamov, 1978).
Meşələrin qırıldığı və seyrəkləşdiyi sahələrdə taxılkimilərin geniş təmsil olunduğu daha kserofil senozlar
inkişaf etməyə başlayır. Bununla əlaqədar olaraq çimləşmə prosesi inkişaf edir. Çim qatının aydın ifadə
olunduğu bozqırlaşmış qonur dağ-meşə torpaqları Böyük Qafqazın cənub yamacında yuxarı meşə qurşağının
subalp seyrək park meşələri zolağında, qismən fıstıq və fıstıq-vələs meşələri talalarında formalaşmışlar. Bu
torpaqlar üçün aşağıdakılar səciyyəvidir: profilin orta qalınlıqda olması (30-40 sm); 4-5 sm-ə qədər qalınlıqlı
çim qatı; dənəvər-topavari struktur; qonur rəng; orta gillicəli qranulometrik tərkib; yumşaqvari-bərkvari
struktur; orta və alt qatların çınqıllı olması; keçidin nisbətən aydın olması; karbonatların olmaması; çəmən
otlarının və qismən ağacların torpaqəmələgəlmədə iştirakı və s. Subalp çəmənləri altında bu torpaqların üst
qatında humusun miqdarı 8-9%-dək çatır. Humusun tərkibində humin turşuları fulvoturşulardan artıq olur.
Torpaqların reaksiyası zəif turş, turş və neytrala yaxındır. Bu torpaqların udma tutumu digər yarımtiplərlə
müqayisədə nisbətən aşağıdır. Qranulometrik tərkibinə görə ağır gillicəli növmüxtəliflikləri üstünlük təşkil edir.
Dostları ilə paylaş: |