§ 26. Torpağın radioaktivliyi
Torpağın radioaktivliyi tərkibindəki radioaktiv elementlərlə müəyyən olunur. Torpağın təbii və süni
radioaktivliyi bir-birindən fərqləndirilir.
Təbii radioaktivliyi təbii radioaktiv elementlər törədir. Bu elementlər az və çox miqdarda əksər torpaq və
torpaqəmələgətirən süxurların tərkibində vardır. Təbii radioaktiv elementləri üç qrupa bölürlər.
Birinci qrupa bütün izotopları radioaktiv olan radioaktiv elementlər daxildir. Bu qrupa izotopları ardıcıl
sutərdə çevrilən üç ailə aid edilir: uran sırası – radium – torium və aktinium. Onların parçalanmasının aralıq
məhsulları həm bərk, həm də qazşəkilli izotoplar ola bilər. Bu qruplar içərisində ən əhəmiyyətlisi uran (
238
U,
235
U ) torium (
232
Th), radium (
226
Ra) və radondur (
222
Rn,
220
Rn).
İkinci qrupa radioaktivlik xassəsinə malik “adi” elementlərin izotopları daxildir. Onlara kalium (
40
K),
rubidium (
87
Rb), kalsium (
48
Ca), sirkonium (
96
Zr) və s. aid edilir. Bu qrupda daha böyük təbii radioaktivliyi olan
kalium daha çox əhəmiyyət kəsb edir.
Üçüncü qrupa atmosferdə kosmik şüaların təsiri altında əmələ gələn radioaktiv izotoplar aiddir: tritium (
3
H),
berrilium (
7
Be,
10
Be) və karbon (
14
C).
Bütün təbii radioaktiv elementlər əsasən uzun ömürlü izotoplardır. Onların parçalanma müddəti 10
8
– 10
16
il arasında dəyişir. Onlar ά -, β – hissəciklər və γ- şüaları buraxırlar. Təbii radioaktivlik uran, torium, radium və
kalium izotopunun miqdarı ilə müəyyən olunur. Adətən onlar torpaq və süxurda səpələnmiş şəkildə olur.
Təbii radioaktiv izotopların ümumi miqdarı əsasən torpaqəmələgətirən süxurlardan asılı olur. Turş süxurların
aşınma məhsulları üzərində formalaşmış torpaqlarda radioaktiv izotopların miqdarı, əsas və ultrasəs süxurlar üzərində
formalaşmış torpaqlarla müqayisədə çox olur. Həmçinin ağır torpaqlarda yüngül torpaqlarla müqayisədə radioaktiv
izotopların miqdarı çoxdur.
Təbii radioaktiv elementlər torpaqların profilində nisbətən bərabər şəkildə paylanmışdır. Lakin bəzi
hallarda onlar illüvial və qleyli horizontlarda
akkumulyasiya olunur. Təbii radioaktiv elementlər torpaqda
möhkəm bağlı formalarda olur. Torpaq havasının tərkibindəki qaz şəkilli izotoplara radon (
222
Rn), toron (
220
Rn)
və aktinon (
219
Rn) izotopları aid edlir.
Azərbaycan ərazisində təbii radioaktiv maddələr geniş yayılmışdır (cədvəl 21).
Süni radioaktivlik atom partlayışlarından sonra, atom sənayesi tullantılarının və ya atom elektrik
stansiyalarında baş verən qəzalarda yaranmış radioaktiv izotopların torpağa daxil olması nəticəsində yaranır.
Atom partlayışlarında (hazırda beynəlxalq müqavilələr əsasında bu cür partlayışlara moratorium qoyulmuşdur)
yaranmış radioaktiv maddələr hava axınları vasitəsilə uzaq məsafələrə aparılıb çökdürülməklə torpağın və su
mənbələrinin süni radioaktiv maddələrlə çirklənməsinə səbəb olur.
Cədvəl 21
Azərbaycanın müxtəlif regionlarının torpaqlarında təbii radioaktiv
maddələrin yayılması (surətdə-dəyişkənliyi, məxrəcdə-orta göstəricisi)
(C.Əliyev, M.Abdullayev, 1998)
Torpaqlar
238
U
226
Ra
210
Po
232
Th
228
Th
40
K
S Bk/q
Kiçik Qafqaz
84
Şabalıdı
1,4-2,8
2,2
1,2-1,4
1,3
1,5-2,7
2,1
1,3-2,3
1,8
1,2-2,5
1,8
25,0-
47,7
34,5
Dağ-çəmən,
qəhvəyi dağ-
meşə
-
1,4 3,2 - 1,8 28,3
Kür-Araz ovalığı
Boz, çəmən,
çəmən-
bataqlıq,
şoranlar və s.
2,5-4,3
3,5
- -
1,7-2,7
2,2
-
31,5-
52,7
41,2
Naxçıvan MR
Boz, dağ-
meşə, dağ-
çəmən,
bozqır və s.
1,4-1,8
1,6
1,5-2,9
2,4
2,2-6,0
4,0
1,1-2,4
2,2
-
31,8-
44,2
39,0
Lənkəran
Yuyulmuş
qəhvəyi,
sarı-
podzollu,
dağ-çəmən,
qonur dağ-
meşə
2,0-7,3
3,3
- -
2,9-3,8
3,3
66,3-
93,8
80,7
Böyük Qafqaz
Boz-qonur,
yuyulmuş
dağ-qəhvəyi
1,0-2,0
1,4
1,9-2,6
2,2
1,8-2,9
2,3
1,2-3,8
2,4
35,0-
63,3
44,9
Bioloji dövrana qoşulmaqla radioaktiv maddələr bitki və heyvan mənşəli qida vasitəsilə insan orqanizminə
daxil olaraq, orada toplanır və şüa xəstəliyinin yaranmasına səbəb olur. Bu baxımdan insan orqanizmi üçün ən
təhlükəli radioaktiv maddələr stronsium (
90
Sr) və seziumdur (
137
Cs). Məhz bu maddələr süni radioaktivliyi
şərtləndirir və yarımparçalanmanın uzun dövrü ilə səciyyələnir (
90
Sr-28 il,
137
Cs-33 il), şüalanmanın yüksək
enerjisinə və bioloji dövrana fəal qoşulmaq qabiliyyətinə malik olur. Ona görə də bu izotopların udulması
onların miqrasiyası və bitkilərə daxil olması ilə bağlı qanunauyğunluqların öyrənilməsi olduqca əhəmiyyətlidir.
Bu izotoplar torpağın bərk fazası tərəfindən asanlıqla udulduğundan onların əsas hissəsi (80-90%-i) torpağın üst
qatında (5-9 sm) akkumulyasiya olunur. Qeyd etmək lazımdır ki, humusun yüksək miqdarının olduğu, lil
hissəciklərlə zəngin və montmorinolit və hidrosluyadalı gilli minerallardan təşkil olunmuş torpaq daha yüksək
sorbsiya xassəsinə malikdir. Öz xassələrinə görə
90
Sr kalsiuma,
137
Cs isə kaliuma daha çox oxşardırlar. Ona görə
də bu radioizotopların davranışı qeyd edilən kimyəvi elementlərin davranışına yaxındır.
Bir sıra tədqiqatçıların (M.Ə.Abdullayev, C.Ə.Əliyev, 1983) apardığı araşdırmalara görə süni radioaktiv
maddələr Azərbaycan ərazisində müxtəlif dərəcədə paylanmışdır. Bu maddələrin respublikamızın müxtəlif
regionlarında artımına Çernobıl qəzasının (1986) daha böyük təsiri olmuşdur. Bunu
90
Sr və
137
Cs maddələri ilə
aparılmış tədqiqatların nəticələri də sübut edir (cədvəl 22 ).
Nəzərdən keçirilən radioaktiv məhsulların miqrasiyası da həmçinin onların torpaqla olan bağlılıqlarının
möhkəmliyindən asılıdır. Yüngül torpaqlarda onlar miqrasiyaya daha çox meyllidirlər, nəinki ağır torpaqlarda.
Cədvəl 22
Azərbaycanın müxtəlif regionlarının torpaqlarında süni radioaktiv maddələrin (
90
Sr,
137
Cs) yayılması
(surətdə - dəyişkənliyi, məxrəcdə - orta göstəricisi)
(C.Əliyev, M.Abdullayev, 1998)
Torpaqlar
90
Sr
137
Cs
qəzadan
əvvəl
qəzadan
sonra
qəzadan
əvvəl
qəzadan
sonra
Kiçik Qafqaz
85
Şabalıdı
2,1-4,7
3,3
2,5-5,7
3,9
3,9-7,2
1,8
1,4-4,1
1,8
Dağ-çəmən, qəhvəyi dağ-
meşə
1,4-5,7
3,3
-
5,6-10,1
7,9
-
Kür-Araz ovalığı
Boz, çəmən, çəmən-
bataqlıq, şoranlar və s.
1,4-3,8
2,5
2,1-5,6
3,4
4,1-4,5
4,3
2,1-3,7
3,1
Naxçıvan MR
Boz, dağ-meşə, dağ-
çəmən, bozqır və s.
2,5-3,5
3,0
-
1,5-2,6
1,9
-
Lənkəran
Yuyulmuş qəhvəyi, sarı-
podzollu, dağ-çəmən,
qonur dağ-meşə
1,6-3,9
2,9
5,9-12,7
8,6
5,4-8,7
6,2
2,4-6,1
4,6
Böyük Qafqaz
Boz-qonur, yuyulmuş
dağ-qəhvəyi
2,8-4,1
3,5
3,7-4,7
4,2
1,6-4,7
2,0
1,5-2,6
1,9
VIII FƏSİL. TORPAQ KOLLOİDLƏRİ VƏ
TORPAĞIN UDUCULUQ QABİLİYYƏTİ
Torpağın mühüm xüsusiyyəti – onun heterogenliyi və çox fazalığıdır. Bu xassələr sayəsində torpaqda
cərəyan edən əksər proseslər, o cümlədən bitkinin qidalanması, maddələrin miqrasiyası və akkumulyasiyası,
torpağın bərk fazasının səciyyəvi əlamətlərinin formalaşması və s. torpağın fazaları arasında maddələrin
paylanmasına bağlıdır. Qazların, buxar və həll olmuş maddələrin bərk hissəciklər və maye tərəfindən udulması
sorbsiya adlanır.
Torpağın sorbsion xassəsinin olması faktı qədim dövrlərdən məlumdur. Lakin torpaqlarda sorbsion
proseslər və onun uduculuq qabiliyyəti haqqında müasir təsəvvürlər K.K.Hedroys, Q.Viqner, S.Matson,
E.N.Qapon, A.N.Sokolovskiy, A.F.Tyulin, İ.N.Antipov-Karatayev, S.N.Alyoşin, N.İ.Qorbunov, D.Di-Qleriy,
F.Kelli, V.R.Volobuyev, R.H.Məmmədov və başqalarının işlərində inkişaf etdirilmişdir. Burada fiziki-kimya və
kolloid kimyasının yaranması da əhəmiyyətli rol oynamışdır. Kolloidlərin torpağın yaranmasında və funksional
fəaliyyətində rolunu dərk etməkdən ötrü kolloid kimyasının aşağıdakı bölmələrinin böyük əhəmiyyəti olmuşdur:
kolloid sistemləri haqqında təlim; molekulyar-kinetik hadisələr nəzəriyyəsi; səth hadisələri haqqında təlim və
kolloid sistemlərinin davamlılığı, koaqolyasiya və sabitləşməsi nəzəriyyəsi və s.
§ 27. Torpaq kolloidləri torpağın sorbsion xassələrinin
daşıyıcıları kimi
Torpaq müxtəlif ölçülü hissəciklərdən təşkil olunmuş mürəkkəb polidispers sistemdir. Torpaq kolloidləri
diametrinin ölçüləri 0,0001 – 0,0200 nm arasında dəyişən hissəciklərdən ibarətdir. Onların torpaqda miqdarı
müxtəlifdir. Müxtəlif torpaqlarda kolloid hissəciklərinin miqdarı 1-2–dən 30-40%-ə kimi dəyişir. Kolloid
hissəcikləri torpaqların sorbsion xassəsinin əsas daşıyıcılarıdır. Buna səbəb aşağıdakılardır: 1) torpaq kolloidləri
hətta cüzi miqdarda belə torpağın bərk fazasının ümumi səthinin əsas hissəsini təşkil edir; 2) torpaq
kolloidlərinin səthinin fiziki və kimyəvi təbiəti onlarda müxtəlif sorbsion proseslərin cərəyan etməsindən ötrü
əlverişli şərait yaradır.
Cədvəl 23-də müxtəlif ölçülü torpaq hissəciklərinin torpağın bərk fazasının ümumi səthində payı haqqında
təsəvvür verilmişdir.
Cədvəl 23
Orta gillicəli torpaqların ümumi səthinin formalaşmasında müxtəlif ölçülü hissəciklərin rolu
Hissəciklərin
ölçüləri, mm
Kütlədə
miqdarı,%
Səthi, 1q
torpaqda m
2
-lə
Ümumi səthin
payı, %-lə
1 2 3
4
0,25-0,05 17
0,5
0,2
0,05-0,01 50
4,1
1,7
86
1 2 3
4
0,01-0,005 20
9,9
4,1
0,005-0,001 6
12,7
5,2
0,001-0,0001 3
18,8
7,8
0,0001 4 194,0 81,0
Cəmi 100 240 100
Miqdarı torpaq kütləsinin 4%-ni təşkil edən kolloid hissəciklərinin səthi torpağın bərk fazasının ümumi
səthinin 80%-dən az olmayan hissəsini təşkil edir. Bu hesablamalar hissəciklərin sferik quruluşa malik olması
ehtimalı əsasında hesablanmışdır. Müxtəlif ölçülü səth torpaq hissəciklərinin bilavasitə ölçülməsi sübut edir ki,
kolloidlərin torpağın ümumi səthinə real töhvəsi daha yüksəkdir, belə ki, torpaqdakı lilin çox hissəsi plastik
formaya malikdir ki, bu da onun səthini əhəmiyyətli dərəcədə artırır.
Torpaq kolloidlərinin səthinin təbiəti onların tərkibindən və quruluşundan asılıdır. Kolloid hissəciyinin
(mitsella) ümumi sxemi şəkil 11-də verilmişdir.
Şəkil 11. Mitsellanın quruluş sxemi
Torpaqda kolloidlər mineral, üzvi və üzvi-mineral birləşmələrlə təmsil olunmuşdur. Mineral kolloidlərə
gilli minerallar, silisiumun kolloid formaları və biryarımoksidlər aid edilir.
Gilli mineralların səthi kristalların kənarlarında rabitənin pozulması, həmçinin tetraedr və oktaedr
şəbəkəsində izomorf əvəzlənməsi ilə əlaqədar mənfi yüklənmiş olurlar. Yüklənmiş səthlərin yaranmasının bu
mexanizmləri müxtəlif gilli minerallarda müxtəlif dərəcədə təzahür edir (cədvəl 24, şəkil 12). Mənfi yüklənmə
sayəsində gillər kationların mübadiləli udma qabiliyyətinə malik olur. Bunun kəmiyyət ölçüsü kationların
mübadilə tutumudur (KMT). Kationların
mübadilə tutumu 100 qr maddədə (torpaqda, mineralda, lil
fraksiyasında və s.) m-ekv-lə ölçülür.
Cədvəl 24-dən göründüyü kimi, yükün formalaşması mexanizmi kation mübadiləsi tutumuna həlledici təsir
göstərir. İzomorf əvəzləmənin olmadığı şəraitdə şişən minerallar (pirofilit) strukturu 1:1 (kaolinit) olan
şişməyən minerallar kimi aşağı udma tutumuna malikdirlər.
Gilli mineralların mənfi yükü pH-dan asılı deyildir. Yalnız mənfi yük daşıyan kolloidlər asidoidlər, yalnız
müsbət yük daşıyan kolloidlər isə bazoidlər adlanır.
Amorf mineralların, o cümlədən oksid (hidroksid) qrupundan olanların səthi pH-dən asılı yükə malikdir. Bu
cür kolloidlər amfolitoidlər adlanır. Çox turş şəraitdə bu qrupdan olan bəzi minerallar müsbət yük daşıya bilir.
Bəzi amfolitoidlərdə mənfi yük pH 8-də 20-40 m-ekv/100q torpaq. çatır. Amorf formalı minerallar torpaqların
sorbsion və kolloid xassələrinin formalaşmasında əhəmiyyətli rol oynaya bilər.
87
Şəkil 12. Montmorilonit qəfəsində kationların yerdəyişməsi nəticəsində sərbəst mənfi yüklərin yaranması
sxemi
Üzvi kolloidlər əsasən humus və zülal təbiətli üzvi maddələrlə təmsil olunmuşdur. Bundan başqa torpaqda
kolloid-dispers şəkildə polişəkərlər və başqa birləşmələr də ola bilər. Hər ikisi amfolitoiddir. Lakin turş xassəyə
malik humus maddəsində zülal birləşmələri ilə müqayisədə asidoidlik özünü daha qabarıq göstərir. Üzvi
kolloidlərin bazoid xassəsi onlarda fəal amin qruplarının olması ilə əlaqədardır. Humus kolloidləri üçün kation
mübadiləsinin yüksək tutumu (havada quru preparatda 400-500 m-ekv /100q torpaqda) səciyyəvidir.
Üzvi kolloidlər polivalent kationlara bağlanma səbəbindən torpaqda əsasən çökdürülmüş şəkildə (gel) olur.
Onların peptizasiyası, yəni kolloid məhlulu (zol) şəklinə keçməsi qələvilərin təsiri altında baş verir.
88
Cədvəl 24
Bəzi gilli minerallarda mənfi yükün və kationların mübadilə tutumunun formalaşma mexanizmi
Struktur
Gilli mineral
Yükün formalaşma
mexanizmi
Kation-
mübadilə
tutumu,
m-ekv/100 q
torpaqda
1 2
3
Struktur 1:1
Kaolinit
Qalluazit
Kristalın kənarlarında rabitənin
pozulması, izomorf əvəzlən-
məsi yoxdur
“ – “
1-15
1-15
Struktur2:1(şişən)
Pirofillit
Montmorillonit
Beydelit
Saponit
“ – “
İzomorf əvəzləmə: Al əvəzinə
Mg; Si əvəzinə Al; Al əvəzinə
Fe
İzomorf əvəzləmə: Si əvəzinə
Al
İzomorf əvəzləmə: 2Al əvəzinə
3Mg; Si əvəzinə Al
1-15
80-150
70-100
-
Struktur 2:1(məhdud
şişən)
Vermikulit
İzomorf əvəzləmə: Si əvəzinə
Al; Mg-nin şəbəkəarası
hidratasiyası
140-200
Struktur 2:1(şişməyən)
İllit
Xlorit
İzomorf əvəzləmə: Si əvəzinə
Al; Mg əvəzinə Al
İzomorf əvəzləmə: Si əvəzinə
Al; Mg-nin şəbəkəarası
hidratasiyası
40-70
30-40
Üzvi-meneral kolloidlər əsasən humus maddələrinin gilli minerallarla əmələ gətirdiyi və biryarımoksidlər
formasında çökdürülmüş birləşmələrdən ibarətdir. Bu birləşmələrin quruluşu və tərkibi “Torpağın üzvi hissəsi”
fəslində ətraflı təsvir edilmişdir. Bu qrupa aid edilən kolloidlər də həmçinin kation mübadiləsinin yüksək, lakin
tərkibinin yekcins olmaması ilə əlaqədar müxtəlif tutumlara malikdir. Mineral komponent hissəciklərinin
təbiətindən və ölçülərindən asılı olaraq peptizasiya qabiliyyəti də müxtəlifdir. Bu onu göstərir ki, bu qrupdan
olan kolloidlər tərkibinə və bağlanma formasına görə olduqca rəngarəngdir.
§ 28. Torpağın uduculuq qabiliyyətinin növləri
Torpaqda baş verən udma prosesləri həm sorbsion təbiətə malik və həm də torpaq hissəciklərinin sorbsiyası
ilə bilavasitə əlaqəsi olmayan çox müxtəlif prosesləri əhatə edir. K.K.Hedroysa görə, torpağın uduculuq xassəsi
dedikdə, onun həll olmuş birləşmələri və ya onların bir hissəsini, həmçinin kolloidlərə kimi
parçalanmış üzvi və
mineral hissəcikləri, canlı mikrorqanizmləri və kobud suspenziyanı tutub saxlamaq qabiliyyəti başa düşülür.
Torpağın udma prosesində iştirak edən komponentlərinin cəmini K.K Hedroys torpaq uducu kompleksi (TUK)
adlandırmışdı. TUK-un əsas hissəsini torpaq kolloidləri təşkil edir. K.K.Hedroys torpağın uduculuq
qabiliyyətinin beş növünü ayırmışdır: mexaniki, fiziki, fiziki-kimyəvi və ya mübadiləli, kimyəvi və bioloji.
Mexaniki udma qabiliyyəti torpağı təşkil edən məsamələr vasitəsilə iri bərk hissəciklərin profilboyu
tutulub saxlanmasıdır. Mexaniki udmaya bu anlayışla yanaşdıqda onu sorbsion proseslərə aid etmək olmur.
Lakin son onilliklərdə torpaqlarda daxili diffuzion proseslərin olması, məsələn, üzvi və üzvi-mineral
birləşmələrin molekullarının torpaq hissəciklərinin məsamələrində tutulub
saxlanması faktı aşkar edilmişdir. Bu
hadisəni sorbsion proseslərə aid etmək olar.
89
Fiziki udma qabiliyyəti, K.K.Hedroysa görə, torpağın bərk hissəciklərinin səthində həllolmuş maddə
molekullarının konsentrasiyasının dəyişməsindən ibarətdir. Hazırda fiziki udmaya aid edilən – torpaq
tərəfindən suyun dipol molekullarının, bir çox qazların, üzvi birləşmələrin, o cümlədən pestisidlərin udulması
yaxşı öyrənilmişdir.
Adı çəkilən birləşmələrin fiziki udulmasının torpaq xassələrinin sabitləşməsində, onun vacib sanitar-
mühafizə funksiyasının həyata keçməsində böyük əhəmiyyəti vardır.
Fiziki-kimyəvi udma qabliyyətinin mahiyyəti, K.K.Hedroysa görə, torpağın bərk fazadakı kationların bir
hissəsini torpaq məhlulundakı ekvivalent miqdarda kationlarla dəyişmə qabliyyətidir. Torpaqda kation
mübadiləsi aşağıdakı sxem üzrə gedir.
Ca
[TUK] Mg + 5KCl ←→ [TUK]5K + CaCl
2
+ MgCl
2
+HCl
H
Beləliklə, torpağın fiziki-kimyəvi udma qabiliyyəti adı altında K.K.Hedroys ionmübadiləli sorbsiya və ya
torpaqda kationların mübadiləsini başa düşürdü. Bu udma qabiliyyəti üçün ekvivalentlik və tam dönərlilik
səciyyəvidir.
Lakin torpağın mineral sorbentlərində izomorf əvəzləmə nəticəsində kationların mübadiləsiz udulması
(sorbsiyası), həmçinin anioların mübadiləli udulması baş verir ki, o da torpağın fiziki-kimyəvi udma
qabiliyyətinə aid edilir.
Kationların mübadiləsiz udulması əksər torpaq tiplərində müşahidə edilir və bütün kationlar üçün müəyyən
dərəcədə səciyyəvidir. Lakin başqa kationlarla müqayisədə kalium və ammonium kationları yüksək dərəcədə
mübadiləsiz sorbsiya olunurlar. Bu ionlar üçün sorbsiya 100 q torpaqda bir neçə m-ekv təşkil edir. Bu zaman
elementlərin bir hissəsi bitkilər üçün əlçatmaz olur. Eksperimentlər nəticəsində məlum olmuşdur ki, torpağa az
miqdarda daxil olan Sr
2+
və Cs
+
kationları, həmçinin kalsium, maqnezium və hidrogen ionları mübadiləsiz
udulur.
Mineral sorbentlərdə mübadiləsiz udulma izomorf əvəzləmə nəticəsində, məsələn, Al
3+
-un oktaedr
şəbəkəsində Mg
2+
, Fe
2+
, Zn
2+
və ya Li
+
əvəzinə və s.
Kationların mübadiləsiz udulması yüksək humuslu torpaqlarda və ağır qranulometrik tərkibə malik
torpaqlarda özünü daha qabarıq göstərir.
Anionların mübadilə olunan udulması (sorbsiyası) biryarımoksidlərin kolloid formaları ilə zəngin turş
torpaqlarda daha yaxşı ifadə olunmuşdur.
Torpaqlarda kimyəvi udma qabiliyyəti (və ya xemosorbsiya), K.K.Hedroysa görə , torpaq məhlulundakı
ayrı-ayrı komponentlərin qarşılıqlı təsiri nəticəsində çətin həllolan çöküntülərin yaranmasından ibarətdir. Bu
zaman torpağın yeni bərk fazasının yaranması baş verir.
Torpağın uduculuq qabiliyyətinin bu növünə torpaq hissəciklərinin səthində qarşılıqlı çökdürmə qabiliyyəti
olan ionların qarşılıqlı təsiri nəticəsində yaranmış çöküntüləri də aid etmək məqsədəuyğun olardı. Bu cür
sorbsiya çöküntülü sorbsiya adını almışdır.
Kimyəvi udma qabiliyyətinə kompleksəmələgətirən sorbsiya da aid edilir. Bu reaksiya zamanı torpaq
məhlulundakı polivalent kationların sorbsiya olunan üzvi maddələrlə qarşılıqlı təsirindən koordinasiya
əlaqəsinin yaranması hesabına komplekslər formalaşır. Kimyəvi udma prosesləri gil-humus komponentlərinin
formalaşmasında və alüminosilikatların humus birləşmələri ilə qarşılıqlı təsirində əhəmiyyətli rol oynayır.
Həmin tipdən olan birləşmələrin yaranmasında əhəmiyyətli rol mineral və humus komponentlərinin adgezion
qarşılıqlı təsirinə məxsusdur. Adgeziya dedikdə müxtəlif tərkibli və quruluşlu səthlərin müxtəlif qüvvələrin təsiri
altında bir-birinə yapışması başa düşülür. Torpaq strukturunun formalaşmasında da adgezion proseslərin rolu
böyükdür. Torpaqlarda kimyəvi udma qabiliyyətinin müxtəlif növlərinə dair nümunələri nəzərdən keçirək:
1. Yeni bərk fazanın yaranması, məsələn, torpaq məhlulunda gübrənin tərkibindəki fosfatın iştirakı ilə
reaksiya
2Al
3+
+ Ca (H
2
PO
4
)
2
→ 2Al PO
4
+ Ca
2+
+ 4H
+
.
2. Fosfatların çöküntülü sorbsiyası, məsələn, çətin həllolan hidrooksidlərin səthində
[Al(OH)
3
]
n
+ CaHPO
4
→ [Al(OH)
3
]
n-1
AlPO
4
+ H
2
+ Ca
2
+ 2OH
-
3. Kompleksəmələgətirən sorbsiya, məsələn, alüminosilikatlar tərəfindən Fe(OH)
+
2
və humusun
kompleksəmələgətirən sorbsiyası.
4. Xemosorbsiya və adgezion qarşılıqlı təsirlər vasitəsilə gilli-humuslu sorbsion komplekslərin
yaranması. Qarşılıqlı təsirin bu tipi torpağın üzvi-mineral kolloidlərinin yaranmasında əhəmiyyətli rol oynayır.
Əksər tədqiqatçıların fikrincə, qarşılıqlı təsirin bu tipi humus turşularının və onların duzlarının mineral
kolloidlərin səthinə möhkəm yapışmasını şərtləndirir. Yapışmanın möhkəmliyi mineraloji tərkibdən, humus
90
maddəsinin yaratdığı pərdənin qalınlığından və torpağın hidrotermik rejimindən asılıdır.
Nümunələrdən göründüyü kimi, torpağın kimyəvi udma qabiliyyəti fosfor turşusu anionlarının və üzvi
maddələrin sorbsiyasında, həmçinin polivalent metal
kationlarının torpağın bərk fazasının üzvi səthində
kompleksəmələgətirmə hesabına udulmasında əhəmiyyətli rolu vardır.
Bioloji udma qabiliyyəti torpaq biotu və bitkilərin kök sistemi vasitəsilə torpaq məhlulundan maddələrin
udulmasında özünü göstərir. Bioloji udma prosesləri, torpaq məhlulunun qatılığının və tərkibinin dəyişməsi
torpaqda təşəkkül tapmış çoxsaylı sorbsion müvazinətlərə və torpağın sorbsion kompleksinə təsir göstərir.
Dostları ilə paylaş: |