§ 1. Təbii törəmə kimi torpağın ümumi xüsusiyyətləri
1. Torpağın bizim planetimizdə xüsusi yeri vardır. O, yer qabığının qalın olmayan səth horizontudur
(V.İ.Vernadskiyə görə “Yerin nəcib pas örtüyüdür”).
Torpağın məkan baxımından bu cür ciddi şəkildə
hüdudlanması onunla müəyyən olunur ki, yer qabığının bu hissəsində biosfer komponentlərinin – atmosfer,
litosfer, bitki və heyvan orqanizmlərinin sıx və daha fəal qarşılıqlı təsiri üçün şərait yaranır, yəni
torpaqəmələgəlmənin məlum amillərinin birgə fəaliyyətinin mümkünlüyü reallaşır. Buradan nəticə çıxır ki, həm
məkan, həm də öz mənşəyinə, həyatına, təkamülünə görə torpaq daha mürəkkəb təbii sistemlərin –
biogeosenozların, ekosistemlərin və bütövlükdə biosferin komponentidir. Biogeosenoz – yer səthinin
mikroiqlim, geoloji quruluş, relyef, torpaq və su rejiminə görə səciyyəvi xüsusiyyətlərinə malik müvafiq
sahəsində bitki, heyvan və mikroorqanizmlərin birliyidir. Bu təyinat “yerüstü ekosistem” anlayışına daha
yaxındır. Ekosistem – canlı orqanizmlər və onların yaşadığı mühitin birgə yaratdığı vahid təbii kompleksdir.
2. Torpaq – Yerdə həyatın yaranması və təkamülünün və səthə çıxmış dağ süxurlarının biotla müxtəlif
qarşılıqlı təsirlərinin daha iri miqyaslı qlobal nəticəsidir. Dağ süxurlarının çöküntüləri ilə müqayisədə qalın
olmayan quru səthinin bu münbit qatı, biosferdə cərəyan edən və ekosistemlərin fəaliyyəti və canlı
orqanizmlərdə maddələr mübadiləsi ilə bağlı olan maddələrin transformasiyası və miqrasiyasının bütün müasir
proseslərində iştirak edir.
Planetimizdəki yaşıl bitkilərin əsas hissəsi torpaqda inkişaf edir. Onlar
planetimizin
qalan canlıları üçün əsas ilkin qida və bioenergetik material rolunda çıxış edir. Yaşıl bitkilər atmosferdə
oksigenin normal səviyyədə saxlanmasını təmin edir.
Yerdəki yerüstü yaşıl bitkilərin illik enerji məhsuldarlığı
planetimizin qazıntı halında çıxarılan yanacaqla işləyən sənaye energetikasının illik həcmindən təqribən 10 dəfə
çoxdur.
Torpaqda külli miqdarda ölüb getmiş biokütlə transformasiyaya uğrayır və qaz şəklinə düşənə kimi
oksidləşir və bununla da atmosferin təbii tərkibinin, həmçinin torpağın münbitliyinin sabitliyi və ya torpağın
təbii təkamülünün dayanaqlığı təmin edilir.
Torpaq təkcə quruda deyil, okeanda yaşayan canlıları da qida ilə
təmin edir. Dəniz mikroorqanizmlərinin, bitki və heyvanların tərkibinə daxil olan mineral qidalanmanın biofil
elementləri (karbon, azot, fosfor, kalium, kalsium, dəmir və s.) səth (torpaq) suları və çay axınları vasitəsilə
okeana daxil olur. Okeana daxil olmamışdan əvvəl bu elemetlərin böyük hissəsi dəfələrlə quru bitkilərinin
torpaq qidalanmasında iştirak edir. Bu, torpaq vasitəsilə biosferi təşkil edən müxtəlif strukturlar arasında əlaqəni
yaradan və biosferin normal fəaliyyətini təmin edən çoxsaylı miqrasiya axınlarından biridir.
28
3. Torpağın yaranması və həyatı ilə bağlı proseslər Yerdə maddə və enerjinin mürəkkəb dövranı ilə bağlı
geoloji, bioloji və biogeokimyəvi proseslərin tərkib hissəsidir.
Maddələrin geoloji dövranı adlanan hadisə zaman və məkan daxilində öz miqyasına görə daha
möhtəşəmdir. V.A.Kovdaya görə, “ torpaqşünaslıq nöqteyi-nəzərindən maddələrin geoloji dövranı yer
qabığının, maqmatik və çökmə dağ süxurlarının və mineralların yaranması, onun stratifik horizontlarının,
aşınma qatının və relyef formalarının ayrılması, denudasiya və su, bərk və kimyəvi axınların formalaşması,
yerüstü və yeraltı sular və eol vasitələrlə gətirilmiş maddələrin sedimentasiyası və akkumulyasiyası
proseslərinin məcmusudur”.
Geoloji dövran torpaqəmələgəlmə ilə bağlı olan proseslərin iştirakı olmadan da baş
verə bilər. Lakin biosfer və torpağın mövcudluğu şəraitində onlar səth və yeraltı axınların formalaşmasında,
çökmə, səth və dib çöküntülərinin yaranmasında və s. əhəmiyyətli rol oynayırlar. Biosfer və torpaqların
yaranması və fəaliyyəti proseslərində bioloji və biogeokimyəvi dövranlar formalaşmışdır.
Bioloji dövran anlayışına V.A.Kovda “ mühitlə bitki və heyvan orqanizmlərinin məcmusu arasında maddə
və enerji mübadiləsinin tsiklik proseslərinin cəmi” anlayışını əlavə etmişdir. Bioloji dövranın sxemi şəkil 1- də
verilmişdir.
Şəkil 1. Bioloji dövranın sxemi
Əgər mühitlə torpaq və ya biot arasında mübadilədə iştirak edən ayrı-ayrı elementlərin zəncir boyunca
ardıcıl çevrilmə və miqrasiyasını izləsək, məsələn, izotop nişanlama metodu ilə, bütün torpaqlarda və onun
funksional fəaliyyətinin bütün mərhələlərində elementin həm bioloji, həm də abiotik prosesləri əhatə etməklə
tam transformasiya-miqrasiya tsiklinin şahidi olarıq. Məsələn, meşə döşənəyi vasitəsilə elementin torpaq səthinə
düşməsindən, sonradan bitki kökləri vasitəsilə udulmasına qədərki dövrdə o, torpaq profili boyunca hərəkət edə
bilər. Bu zaman həmin prosesin intensivliyi, istiqaməti təkcə biota ilə deyil, iqlim amilləri, torpağın su-fiziki və
başqa xassələri ilə də müəyyən olunacaqdır. Torpaqda maddələrin transformasiya və hərəkətinin bioloji və
abiotik prosesləri eyni zamanda vahid biogeokimyəvi dövranla da bağlıdır. Maddələrin biogeokimyəvi dövranı
maddələrin transformasiya və miqrasiya axınlarının torpağın cansız fazasında və ya biotda ardıcıl olaraq məkan
və zaman daxilində hərəkətinin uyğunlaşdırılmış sistemindən ibarətdir. Bioloji və biokimyəvi dövranın iki əsas
xüsusiyyətini qeyd etmək lazımdır. Birinci, orqanizmlərin torpaqdakı maddələrə qarşı seçicilik qabiliyyətidir.
İkinci, Yer səthinə günəş radiasiyasının düşməsi ilə əlaqədar dövrilikdir. Bu dövrilik əsasında bitkilərin də
inkişafında dövrilik baş verir. Biogeokimyəvi dövranın sxemi və orada bioloji dövranın yeri və geoloji dövranla
əlaqəsi şəkil 2-də verilmişdir.
29
Şəkil 2. Biogeokimyəvi dövranın sxemi, bioloji dövranın yeri. Maddələrin geoloji dövrana qoşulması və
maddələrin torpağa kənardan daxil olması
Qeyd etmək lazımdır ki, torpaq yerdə müxtəlif həyat formalarının, ilk növbədə bitkilərin yaranması,
yayılması nəticəsində yaranmışdır. Lakin biosferin təkamülü prosesində o təkcə nəticə deyil, yerdə həyatın
sonrakı mövcudluğu və inkişafı üçün zəruri şərt olmuşdur.
4. Torpaq – unikal mürəkkəb tərkibə malik təbiət cismidir. Bu, torpağı digər təbiət obyektlərindən
fərqləndirən xüsusiyyətlərindən biridir. Əgər dağ süxuru bir neçə mineral birləşmədən ibarətdirsə, istənilən
torpağın tərkibi bitki və mikroorqanizmlərin mürəkkəb bioüzvi birləşmələrindən, onların transformasiyası və
humuslaşması nəticəsində yaranmış birləşmələrdən, həmçinin üzvi və mineral komponentlərin qarşılıqlı təsiri
nəticəsində törəmiş məhsullardan ibarətdir. Bu minlərlə müxtəlif birləşmələr deməkdir ki, onların çoxu hələ
öyrənilməyibdir.
Torpaqların xassəsi, onların bioməhsuldarlığı və münbitliyi torpaqdakı ayrı-ayrı birləşmələrin tərkibi ilə
müəyyən olunur. Torpağın maddi tərkibinin tam öyrənilməsi sahəsində müəyyən uğurlar olsa da müasir dövrdə
çox çətin məsələdir. Bununla belə, əksər torpaqların mineral tərkibi və bəzi üzvi birləşmələr (şəkər, amin
turşuları, vitaminlər, fermentlər, bir sıra yağlar və s.) yaxşı öyrənilmiş, kompleks xassəyə malik mineral-üzvi
birləşmələrin tərkibi və xassələri haqqında məlumat toplanmışdır. Nəzərə almaq lazımdır ki, torpaq birləşmələri
yalnız torpaq məhlulunda molekulyar səviyyə kimi dispersləşmişdir. Ona görə də maddələrin
transformasiyasının və qarşılıqlı kimyəvi təsiri proseslərinin əsas hissəsi torpaqda maye fazanın və ya nəmliyin
kifayət qədər olması şəraitində baş verir. Torpağın bərk fazasındakı birləşmələrin əsas hissəsi müxtəlif ölçülü
aqreqatlarda birləşmişdir.
İstənilən torpağın səciyyəvi cəhəti - tərkibində müxtəlif mineral-humus birləşmələrinin mürəkkəb
sisteminin olmasıdır. Bu birləşmələr bioloji mənşəli məhsullarla dağ süxurları komponentlərinin qarşılıqlı
təsirinın nəticəsi kimi ortaya çıxmışdır. Torpaqların maddi tərkibi onların uzun müddət fəaliyyəti və təkamülü
nəticəsində formalaşır.
Beləliklə, torpaqəmələgəlmənin ən əhəmiyyətli xüsusiyyəti - torpağın bərk fazasına daxil olan bütün
torpaqlar üçün səciyyəvi spesifik birləşmələrin toplanmasıdır. Bu birləşmələrin bir hissəsi öz kimyəvi
strukturuna görə mürəkkəb olub, nisbətən sabit mürəkkəb molekulyarüstü strukturlar (kolloidlər, aqreqatlar,
mikroaqreqatlar) yaradır. Bu strukturlar ayrı-ayrı genetik horizontların morfoloji əlamətlərinin formalaşmasında
ümdə rol oynayırlar.
5. Bütün torpaqlar üçün mürəkkəb ərazi təşkili və həmçinin əlamət, xassə və proseslərin differensiasiyası
səciyyəvidir. Torpaqların struktur təşkilinin aşağıdakı səviyyələri ayrılır: atomar səviyyə, kristal – molekulyar
səviyyə, aqreqat səviyyəsi, horizont səviyyəsi, torpaq profili və yaxud torpaq səviyyəsi və nəhayət, torpaq
örtüyü səviyyəsi.
Torpağın maddi sistem kimi təşkilinin struktur səviyyələrindən danışarkən, birinci struktur səviyyə kimi
onun atomar səviyyəsi götürülə bilər. Müasir torpaqşünaslıqda torpağın atomar struktur səviyyəsi haqqında
danışılanda onun təbii və süni radioaktivliyi başa düşülür. Bütün təbii radioaktiv elementlər 3 qrupa bölünür:
birinci qrup – xüsusi radioaktiv elementlərin izotopları (U
238
, U
235
, Th
232
Ra
226
, Rn
2222,220
), ikinci qrup –
30
radioaktivlik xassəsinə malik olan kimyəvi elementlər ( K
40
, Rb
87
, Sm
147
, Ca
48
, və s.), üçüncü qrup – kosmik
şüaların təsiri ilə əmələ gələn radioaktiv izotoplar ( H
3
, Be
7
, C
14
). Süni radioaktivlik atom və istilik nüvə
partlayışları, həmçinin atom sənayesinin təsirilə əmələ gəlir. Bu partlayışlar zamanı ağır nüvənin
parçalanmasından külli miqdarda süni izotoplar (U
238
, U
235
, Pu
235
) yaranır. Bunlar tədricən atmosferdən yerə
çökərək lokal şəkildə torpaqda radioaktiv mənbələr yaradır.
Atomar struktur səviyyənin əsas cəhəti ondan ibarətdir ki, torpaqda qeyd edilən kimyəvi elementlərin
izotopları elementar hissəcikləri və ya atom nüvələrini azad etməklə başqa elementlərin izotoplarına çevrilir.
Məlumdur ki, torpaq qatında maddə və enerjinin çevrilməsi ilə müşahidə edilən proseslər torpaqəmələgəlmədə
əhəmiyyətli dərəcədə rol oynayır. Lakin radioaktiv elementlərin parçalanması və çevrilməsi mürəkkəb poses
olub, xarici amillərə bağlı deyildir və torpaqəmələgəlmə amillərindən asılı olmadan bir istiqamətdə inkişaf edir.
Bununla yanaşı torpağın radioaktivliyi həm torpağın enerji balansında, həm də torpaqdakı mineralların
aşınmasında və bioloji proseslərdə əhəmiyyətli rol oynayır.
Torpağın təşkilinin ikinci struktur səviyyəsi kristal-molekulyar səviyyədir. Bu səviyyə atomar səviyyədən
kəskin şəkildə fərqlənir. O, torpaqda əsas
maddələrin çevrildiyi və kimyəvi reaksiyaların baş verdiyi səviyyədir.
Bu səviyyə üçün səciyyəvi olan torpaqdakı üzvi və mineral komponentlərin molekulyar və kristal – molekulyar
qarşılıqlı əlaqəsi torpaqşünaslıq elmində xüsusi sahə olan torpaq kimyası və mineralogiyasının predmetidir.
Torpaqdakı kristallar və molekullar ayrı-ayrılıqda mövcud deyildir. Onlar aqreqatlarda, əvvəlcə müxtəlif
bərklikli mikroaqreqatlarda, sonra struktur hissələrdən ibarət makroaqreqatlarda birləşir. Torpaq aqreqatlarını
torpağın “hüceyrələri” də adlandırsaq səhv etmərik. Bu aqreqatlar birləşib horizontları, “toxumaları” törədir.
Torpağın aqreqat halı torpağın təşkilinin növbəti struktur səviyyəsidir.
Yaxşı məlumdur ki, torpaq aqreqatlarının daxili hissəsi onun xüsusi plyonka ilə örtülmüş səth hissəsindən
fərqlənir. Hazırda torpaq aqreqatları daxildə, aqreqatların səthində və aqreqatlararası fəzada baş verən proseslər
haqqında elmdə demək olar ki, məlumat yoxdur. Güman etmək olar ki, torpaqəmələgəlmənin vacib hissəsi olan
maddələrin çevrilməsi, əksər biokimyəvi və kimyəvi proseslər aqreqatdaxili mühitdə baş verir. Bunu əksər
kökcüklərin aqreqatların səthində və aqreqatlararası fəzada deyil, aqreqatların daxilində yerləşməsindən də
görmək mümkündür.
Torpağın təşkilinin dördüncü struktur səviyyəsi torpaq horizontudur. Torpağın üç ölçülü xüsusi qatı kimi
“torpaq horizontu” anlayışı elmə V.V.Dokuçayev və onun şagirdlərinin tədqiqatları nəticəsində daxil edilmişdir.
Torpaqəmələgəlmə nəticəsində ana süxurun genetik baxımdan müxtəlif keyfiyyətli qatlara differensiasiyası və
torpaq horizontlarının əmələ gəlməsi genetik torpaqşünaslıqda xüsusi tədqiqatın predmetidir. Nəzərə almaq
lazımdır ki, torpaq horizontu hüdudunda bu və ya digər horizontu əmələ gətirən və formalaşdıran maddə və
enerjinin axını prosesi təkcə şaquli deyil, üfüqi (laterial) istiqamətdə də baş verir. Ona görə də hər bir torpaq
horizontu müəyyən mərhələdə onun morfologiyası, tərkibi, genezisi baxımından torpaq profilinə bağlanılmadan
müstəqil sistem kimi tədqiq oluna bilər. Bu metodiki baxımdan da özünü
doğruldur, belə ki, hər bir maddi
sistemin təşkilinin istənilən struktur səviyyəsi həm müstəqil formada, həm də öz kompleks metodları vasitəsilə
öyrənilə bilər.
Ayrı-ayrı torpaq horizontlarının qanunauyğun şəkildə birləşməsi və ya əlaqələnməsi torpaq profilini və ya
“torpaq” adlanan təbiətin xüsusi maddi sistemini yaradır. Nəticədə biz torpaq təşkilinin növbəti struktur
səviyyəsini əldə edirik. Şərti olaraq onu beşinci struktur səviyyə də adlandıra bilərik. Bu struktur səviyyədə
sistemin əsas aparıcı komponenti kimi torpağın özünün çıxış etməsi təbiidir. Çünki daha yüksək təbii struktur
səviyyələrlə müqayisədə torpaq bu sistemlərin (torpaq örtüyü, biosfer) komponenti kimi çıxış edir.
Torpaq - üç ölçülü təbiət cismi və ya maddi sistemdir. Bütün təbiət cisimləri kimi onun da məkanda
tutduğu yeri, həcmi və sərhədləri vardır.
Torpağın aşağı sərhədi, torpağın torpaqəmələgəlmə prosesi nəticəsində onun dağ süxurundan təbiətin
xüsusi varlığına (biokos sistemə) çevrildiyi dərinlikdə yerləşmişdir (P.S.Kossoviç). Lakin tarixi
torpaqşünaslıqda torpağın aşağı sərhədi ilə bağlı vahid fikir olmamışdır; V.V.Dokuçayev torpağın aşağı sərhədi
kimi humuslu qatların – A və B horizontlarının aşağı sərhədini, P.A.Kostıçev yalnız bitki köklərinin yayıldığı
dərinliyi (rezosferi), Q.N.Vısotskiy isə atmosfer sularının filtrasiya nəticəsində nəmləşdirdiyi torpaq qatını aşağı
sərhəd kimi götürməyi təklif etmişdir.
Müasir torpaqşünaslıqda Dokuçayev-Kossoviç prinsipinə uyğun olaraq torpağın O, A, B horizontları
torpaq, C, D, R horizontları isə torpaqaltı horizontlar kimi qəbul olunmuşdur. Torpağın yuxarı sərhədi kimi,
torpağı atmosfer qatından ayıran hissəsi, yəni yerin səthi götürülür. Torpaq bətninin yan sərhədlərinə gəldikdə
isə onu naturada ayırmaq çox çətindir. Çünki torpaqların bir-birinə keçidi tədrici olub, nəzərəçarpmaz, yəni
diffuziya şəklindədir. Lakin bu o demək deyildir ki, torpaqlar arasında sərhəd yoxdur. Hazırda torpaqşünaslıq
elmində torpaqların yan sərhədi kimi torpaq individiumları arasındakı sərhədlər götürülür. Torpaq
individiumlarının sərhədləri ilə hüdudlanmış torpaq ərazisi elementar torpaq arealı adlanır. Elementar torpaq
arealı kimi, adətən, torpağın ən aşağı taksonomik vahidi götürülür. Beləliklə də, torpağın təşkilinin beşinci
struktur səviyyəsini elementar torpaq arealı da adlandırmaq mümkündür.
Təbiətdə müxtəlif torpaq individiumları müxtəlif birləşmələr və ya komplekslər yaratmaqla, torpaq
31
örtüyünü və ya torpaq təşkilinin altıncı skruktur səviyyəsini formalaşdırır.
Yerin digər təbəqələri – litosfer,
atmosfer, hidrosfer ilə sərhəddə yerləşən və daim onlarla qarşılıqlı əlaqə və təsirdə olan torpaq örtüyü, xüsusi
geosfer – pedosfer yaratmaqla bu yer geosferlərinin mürəkkəb sistemində özünəməxsus rol oynayır. Lakin
pedosferin qalınlığı planetimizin hər yerində eyni deyildir. Qitələrin ayrı- ayrı ərazilərinin iqlim və relyefindən,
bitki örtüyü və ana süxurların xarakterindən və digər amillərdən asılı olaraq onun qalınlığı bir neçə santimetrdən
(Arktika və tundra zonasında) on-on beş metr (rütubətli ekvatorial meşələrdə) arasında dəyişir.
6. Bütün torpaqların ümumi və ən əhəmiyyətli xassəsi - münbitliyidir. Genetik torpaqşünaslıq nəzəriyyəsinə
görə, münbitlik torpağı əmələ gəldiyi dağ süxurundan ayıran ən vacib xassəsi, onun keyfiyyət göstəricisi,
atributudur (atribut - predmetin, cismin, və ya sistemin elə xassəsidir ki, bunsuz predmet nə mövcud ola bilər, nə
də fikrə gətirilə bilər). Yəni torpaqsız münbitlik mövcud olmadığı kimi, munbit olmayan torpaq da (nisbi
götürdükdə) mövcud deyildir. Çünki münbitlik torpağın atributu, yəni ona məxsus ayrılmaz xassəsidir.
Torpaqdan başqa heç bir maddi sistem bu xassəyə malik deyildir. Necə ki fotosintez xassəsi yalnız xlorofilin
atribut xassəsi hesab olunur, münbitlik də torpağın atribut xassəsidir.
Nəzəri hesablamalar göstərir ki, ərazinin təbii şəraitindən asılı olaraq 1 sm-lik münbit torpaq qatının
formalaşmasından ötrü torpaqəmələgətirən amillərin 100 ildən 300 ilə kimi “fəaliyyəti” tələb olunur. Bu o
deməkdir ki, təbiətdə münbitliyin müəyyən səviyyədə sabitləşməsi də zaman amilindən asılıdır.
Beləliklə, münbitlik torpağın bitkini qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin
etmək qabiliyyətidir. Təbii biogeosenozlar altında mövcud olan torpağın münbitliyi avtotrof bitkilərin həyat
(funksional) fəaliyyətini təmin etməyə yönəlmiş bioloji, kimyəvi və fiziki proseslərin kompleks təsiri kimi
səciyyələndirilə bilər. Lakin insanın təsərrüfat fəaliyyəti və təbii komplekslərə məqsədyönlü müdaxiləsi
nəticəsində bu proseslər ardıcıl və planlı şəkildə dəyişdirilərək, bitkinin ekoloji tələbinin daha dolğun
ödənilməsinə
yönəldilir. Bununla da ictimai istehsalın bir forması olan kənd təsərrüfatı bitkilərinin istehsalı
prosesində torpağın təbii münbitliyi dəyişdirilərək, süni münbitlik və yaxud mədəni münbitlik şəklində çıxış
edir. İnsanın təbii münbitliyə müsbət və ya mənfi təsiri, eyni zamanda mədəni və yaxud süni münbitliyin
səviyyəsi mövcud məhsuldar qüvvələrin, o cümlədən elm və kənd təsərrüfatı texnologiyalarının inkişaf
səviyyəsindən bilavasitə asılıdır. İndiki dövrdə insanın təbiətə, o cümlədən torpaq örtüyünə müdaxiləsini
azaltmaq və ya stabilləşdirmək mümkün deyildir. Əksinə, bəşəriyyətin daim artan ehtiyaclarını ödəməkdən ötrü
təbiətdən istifadənin yeni formaları tələb olunur. Bu zaman onu da nəzərə almaq lazımdır ki, insanın təbiətə
müdaxiləsi özlüyündə mütərəqqidir, lakin torpaqların formalaşma xüsusiyyətləri və xassələri nəzərə
alınmayanda bu müdaxilə böyük dağıdıcı qüvvəyə çevrilə bilər.
§ 2. Torpaqəmələgəlmənin mərhələləri və ümumi sxemi
Torpaqəmələgəlmənin ümumi sxemi torpağın formalaşmasının mürəkkəb və ardıcıl mərhələlərindən
ibarətdir. Torpaqəmələgəlmə prosesinin əsas elementləri qeyd edildiyi kimi, aşağıdakılardan ibarətdir:
torpağın
əmələ gəldiyi dağ süxurları minerallarının çevrilməsi (tranformasiyası);
üzvi qalıqların toplanması və onların
tədrici transformasiyası; mineral və üzvi maddələrin qarşılıqlı təsiri və mineral-üzvi birləşmələrin mürəkkəb
sisteminin yaranması;
torpağın üst hissəsində bir sıra biofil elementlərin, ilk növbədə qida elementlərinin
toplanması (akumulyasiyası); torpaqəmələgəlmə məhsullarının torpaq profilində və onun səthində nəm axınları
vasitəsilə hərəkəti və s.
İstənilən torpağın genezisi minimum üç ardıcıl mərhələdən ibarətdir:
1. Torpaqəmələgəlmənin başlanğıcı, bəzən ilkin torpaqəmələgəlmə prosesi adlanan mərhələ.
2. Torpağın inkişaf mərhələsi, bu mərhələdə ana süxurun tərkibi tədricən torpağın səciyyəvi əlamətlərini
əldə edir.
3. İnkişaf etmiş (yetkin) torpaq mərhələsi, bu mərhələdə tsiklik dönən proseslər üstünlük təşkil edir. Bu
mərhələdə həmçinin torpaq xassələri və uyğun biosenozların bioməhsuldarlığının səviyyəsi, torpağın mühit
amilləri ilə yaratdığı müvazinət nəticəsində, nisbətən sabit olur.
Bu mərhələlərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Torpaqəmələgəlmənin başlanğıcı (ilkin torpaqəmələgəlmə prosesi) ilkin yerüstü ekosistemlərin
(biogeosenozların) funksional fəaliyyətə başlanması ilə üst-üstə düşür. Bu proses beş torpaqəmələgəlmə amili
ilə eyni zamanda və qarşılıqlı bağlılıqda baş verir. İlkin torpaqəmələgəlmə prosesi, məsələn, dənizin reqressiyası
və dib çöküntülərinin səthə çıxması və ya buzlaqların geri çəkilməsi ilə qurunun azad olması, dağ süxurları
üzərində orqanizmlərin məskən salması nəticəsində baş verə bilər.
Ekosistemlərin funksional fəaliyyətinin başlanğıc mərhələsində bioloji dövranın və onun üçün səciyyəvi
olan biokütlənin yaradılması, üzvi qalıqların ana süxurların səth qatlarına daxil olması və parçalanması, mineral
qida elementlərinin ilkin substratdan bioloji seçiciliklə udulması və biosenozları təşkil edən avtotrof və
heteretrof canlıların iştirakı ilə baş verən başqa proseslərin hərəkətə gəlməsi səciyyəvidir.
Lakin
torpaqəmələgəlmənin həmin mərhələsində bioloji dövranın səciyyəvi cəhəti ilkin yerüstü ekosistemlərin aşağı
bioloji məhsuldarlığı və əsasən də ibtidai bitki növlərindən (göbələklər, bakteriyalar, yosunlar, şibyələr) ibarət
32
olması ilə əlaqədar onun kiçik həcmidir.
Bioloji dövran çərçivəsində baş verən proseslərlə yanaşı, torpaqəmələgəlmənin ilkin mərhələlərində qeyri-
bioloji təbiətli, fiziki, fiziki-kimyəvi, kimyəvi proseslər də baş verir. Bu proseslər əsasən, atom-ion, molekulyar
və kolloid səviyyələrində, məsələn, həllolma – çökmə, buxarlanma – kondensasiya, sorbsiya, diffuziya,
kompleksyaranma və s. formasında təzahür edir. Bu tip proseslər təkcə torpaqda deyil, istənilən təbii mühitdə
baş verə bilər. Ona görə də onları xüsusi torpaq proseslərinə aid etmək olmaz, çünki onlardan hər biri ayrılıqda
götürüldükdə, nadir hadisələri çıxmaqla, xüsusi torpaq xassələrini formalaşdırmır, halbuki bütün torpaqlarda və
torpaqəmələgəlmənin bütün mərhələlərində onlar geniş təmsil olunmuşlar. Maddələrin çevrilməsi və daşınması
ilə bağlı elementar aktların baş verdiyi bu qrup proseslər mikroproseslər (termin A.A.Rodenindir) və ya birinci
sıra elementar torpaq prosesləri (termin İ.P.Gerasimovundur) adlandırılmışdır.
Torpaqəmələgəlmənin başlanğıc mərhələlərində bu proseslər, mümkündür ki, bir-birindən təcrid olunmuş
şəkildə baş verir. Onlar biogeokimyəvi dövranı təşkil edən proseslərin vahid sistemində birləşməmişlər. Sual
olunur, torpaq əmələgəlmənin başlanğıc mərhələsində hansı proses daha çox səciyyəvidir və onun başa
çatmasının meyarı nədir? Bu suala cavab vermək çətindir, çünki torpaq proseslərinin formalaşmasının
kinetikasını və spesifik torpaq proseslərinin inkişafını təsvir edən səciyyələndirici əyrilər eksperiment yolu ilə
əldə edilməmişdir.
Ona görə də məqsədəuyğun olardı ki, substratın bərk fazasında onu torpaq hesab etməyə
imkan verən səciyyəvi əlamətlərin olmadığı şəraitdə, torpaqəmələgəlmənin başlanma mərhələlərinin səciyyəvi
cəhəti kimi torpaqlar üçün bioloji dövran çərçivəsində spesifik olan maddələrin transformasiyası və aparılması
ilə bağlı proseslər götürülsün.
Bu torpaqqabağı hazırlıq mərhələsi kimi də götürülə bilər. Həmin dövrün sonuncu
mərhələsində bioloji dövrana daxil olan proseslərlə elementar abiotik mikroproseslər arasında tədricən uzlaşma
və qarşılıqlı əlaqə həyata keçirilir.
Sistemdə torpaq üçün səciyyəvi olan maddələrin biogeokimyəvi dövranı
formalaşır.
Torpaq mikroprosesləri məkan və zaman daxilində uyğunlaşma və təşkilatlanmanın müəyyən
səviyyəsinə çatanda spesifik torpaq əlamətlərini formalaşdıran proseslərin keyfiyyətcə yeni qrupunu əmələ
gətirir. Bu əlamətlərin ortaya çıxması ilə torpağın inkişafı yeni mərhələyə keçir.
Torpağın inkişaf mərhələsi. Həmin mərhələyə keçilməsində əsas səbəb yerüstü ekosistemlərin
bioməhsuldarlığının və ali bitkilərin fəaliyyətinin miqyasının genişlənməsi nəticəsində bioloji dövranın
həcminin xeyli artmasıdır. Orqanizmlər tərəfindən maddələrin bioloji udulması və tranformasiyası nəticəsində
elementlər ilkin süxurda olmayan keyfiyyətcə başqa birləşmələr şəklində torpağa qayıdır.
Bu birləşmələrin
xassələri, ilk növbədə həllolma xassəsi onları torpaq canlıları və bitkilərin növbəti nəsli üçün daha asan
mənimsənilən edir. Bu da həmin mərhələdə bioloji dövranın həcminin genişlənməsi üçün əsas yaradır.
Torpaqəmələgəlmənin indiki mərhələsində qeyri-sabit maddələrdən ibarət müəyyən fond formalaşır. Bu
fond rezerv fondu adlanır. Həmin fondda orqanizmlər üçün əlçatan elementlərin miqdarı bu elementlərin
mübadilə fondu adlanan biotdakı (həmin zaman kəsiyində) miqdarından bir neçə dəfə çox olur. Müxtəlif
biogeosenozlarda və torpaqlarda fondlararası öz nisbəti səciyyəvidir.
Cədvəl 1
Torpaqəmələgəlmə zamanı bəzi element birləşmələrinin transformasiyasının nəticələri
(İ.S.Kauriçyev, 1989)
Element
Dağ süxurlarında, atmosfer
(C, N) və təbii sularda ilkin
birləşmələr
Birləşmələrin yeni
formaları
1 2
3
Karbon (C)
Atmosferdə CO
2
Kartbon torpağın humus
birləşmələrinin, həmçinin or-
qanizmlərin üzvi qalıqlarının
tərkibində
Azot (N)
əksər dağ süxurlarında yoxdur.
Atmosferdə molekulyar (N
2
)
azot. Təbii sularda amonyak,
nitrat və
bəzi başqa
birləşmələrin izləri
Azot torpağın humus birləş-
mələrinin tərkibində. Fərdi
təbiətli azot-tərkibli üzvi bir-
ləşmələr (amin turşuları və
s.), nitratlar. Torpaq nəminin
tərkibində həllolan azot bir-
ləşmələri
Fosfor (F)
Çətin həll olan fosforit və apatit
tipli fosfatlar, fosforun dəmir,
alüminium və bəzi başqa
elementlərlə əmələ gətirdiyi
Fosfor humus birləşmələrinin
tərkibində. Az miqdarda
fosfor qeyri-spesifik üzvi
birləşmələrin tərkibində. Həll
33
1 2
3
çətin həll olan birləşmələri olma
dərəcəsinə görə bir-
birindən fərqlənən Ca, Al, Fe,
Mg fosfatlarının amorf
birləşmələri. Torpağın bərk
fazasında udulmuş fosfatlar.
Torpaq məhlulundakı fosfatlar
Kalium (K)
Slyuda, hidroslyuda, çöl şpatı
və başqa mineralların kristal
qəfəsinin tərkibində
çətin
mənimsənilən formada.
Torpağın uducu komplek-
sində kalium ionu mübadiləli
formada, torpaq məhlulunda
həll olan kalium duzu
şəklində
Kalsium (Ca)
Əsasən çətin həll olan mineral
birləşmələr – karbonatlar, fos-
fatlar, nadir hallarda ftoridlər
(flyuorid) və başqa birləşmələr
şəklində
Torpağın uducu kom-
pleksində kalsium ionu
mübadiləli formada. Kalsiu-
mun torpağın üzvi kompo-
nentləri ilə kompleks
birləşməsi, Ca
2+
və həll olan
kompleks birləşmələr torpaq
məhlulunda
Cədvəl 1-də nümunə olaraq beş biofil elementin birləşmələrinin torpaqəmələgəlmə prosesində
transformasiyasının nəticələri verilmişdir. Torpaqda azot birləşmələrinin bioloji transformasiyasının ən iri
miqyaslı nəticəsi – azot tərkibli humus təbiətli üzvi birləşmələr fondunun formalaşmasıdır.
Bu zaman
torpaqda
ümumi azotun müəyyən hissəsini təşkil edən azotun mineral formalarının az miqdar olması da şərtdir.
Dağ süxurlarını təşkil edən fosfatların bioloji transformasiyası nəticəsində torpaq fosfatlarının ilkin
formalardan fərqli bitki tərəfindən daha asan mənimsənilən mineral və mineral-üzvi birləşmələr fondunun
formalaşmasıdır.
Torpaq minerallarının transformasiyası və müxtəlif metalların, o cümlədən azot kationunun bioloji dövrana
cəlb olunması nəticəsində tərkibində kalium, kalsium, ammonium, manqan və bitkilər üçün zəruri olan digər
mikro- və makro- elementlərin mübadilə olunan kationlarından ibarət fond formalaşır.
Bu mərhələdə baş verən proseslərin məcmusu torpağın təkcə maddi təkibini deyil, onun fiziki xassələrini də
dəyişir.
Bitkilərin kök sisteminin, torpaq faunasının, mikroorqanizmlərin torpağın təzə əmələ gəlmiş
birləşmələri ilə birgə fəaliyyəti nəticəsində torpağın bərk fazasının müəyyən aqreqatlığı, spesifik yeni törəmələr
və s. yaranır.
Beləliklə, torpağın inkişaf mərhələsində
bioloji dövranın miqyası artır. Maddələrin bioloji dövranı bu
mərhələdə maddələrin transformasiyası və daşınmasının bioloji və abiotik proseslərini özündə birləşdirən daha
mürəkkəb biogeokimyəvi dövranın ən əhəmiyyətli tərkib hissəsi kimi çıxış etməyə başlayır.
Həmin mərhələdə
torpaq mikroprosesləri, müəyyən kəmiyyət səviyyəsinə çataraq, məkan və zaman daxilində nizamlanaraq, öz
aralarında birləşərək və qarşılıqlı təsirə girərək torpağın spesifik əlamətlərini formalaşdıran keyfiyyətcə yeni
proseslər - torpaq mezoproseslərini və makroproseslərini yaradır.
Torpaq mezoprosesləri (A.A.Rodeyə görə) və ya ikinci sıra elementar torpaq prosesləri (İ.P.Gerasimova
görə) torpağın ayrı-ayrı spesifik xassələrini formalaşdırır.
Bu qrupa podzollaşma, humus akkumulyasiyası,
lessivaj, torfəmələgəlmə, aqreqatyaranma və başqa proseslər aiddir. Torpaq mezoproseslərinin təsiri nəticəsində
torpağın xüsusi maddi tərkibi və fiziki xassələri formalaşır, həmçinin aqreqat (mikroaqreqat) və horizont
səviyyəsində xassə və proseslərin məkan daxilində differensiasiyası yaranır.
Torpaq makroprosesləri (A.A.Rodeyə görə) nəticəsində ayrı-ayrı xüsusi torpaq əlamətləri və ayrı-ayrı
torpaq horizontları deyil, müəyyən torpaq tipləri və onlara məxsus genetik horizontlar sistemi yaranır, məsələn,
qara torpaqlar, podzollu torpaqlar və s.
Torpaq makroprosesləri biogeokimyəvi dövranın spesifik təzahürü
şəraitində torpaqda müəyyən mezoproseslərin birgə fəaliyyəti nəticəsində formalaşır. Torpağın maddi tərkibinin
və xassələrinin profilboyu differensiasiyası torpağın mikro- və mezoproseslərinin məkan baxımından bir-
birindən ayrılması və maddələrin akkumulyasiyası, həll olması və çökməsi, oksidləşmə-bərpa prosesləri,
humusəmələgəlmə, üzvi maddələrin minerallaşması, torpağa üzvi qalıqların daxil olması və s. səbəbdən baş
verir.
Qeyd etmək lazımdır ki, torpağın formalaşma mərhələsində ali bitkilərin iştirakı ilə baş verən bioloji dövran
torpağın başlanğıc mərhələsində ibtidai bitkilərin iştirakı ilə baş verən bioloji dövrandan fərqli olaraq torpaq
profilinin differensiasiyası üçün ilkin şərait yaradır.
Beləliklə, istənilən bitki torpağın müxtəlif horizontlarından
əsas biofil və başqa mənimsənilən elementləri torpağın üst horizontuna çəkib gətirir. Bu zaman bu yerdəyişmə
34
antiqravitasion istiqamətə malik olur.
Bu prosesin miqyası torpaqda fəal uducu köklərin və ölmüş bitki
qalıqlarının lokallaşmasının xarakterindən asılıdır. Bu yerdəyişmə meşə ekosistemlərində daha yüksək dərəcədə
özünü göstərir.
Torpaqəmələgəlmənin ümumi sxemində torpaq proseslərinin inkişaf sürəti və torpaq əlamətlərinin zaman
daxilində formalaşması ilə bağlı məsələlər əhəmiyyətli yer tutur.
Torpaqların inkişafının başlanğıc mərhələsində
bioloji dövranın həcminin və torpaq proseslərinin təzahürünün genişlənməsi nəticəsində hər hansı bir əlamətin
kəmiyyət səviyyəsi, məsələn, profilin müəyyən hissəsində humusun miqdarı, əvvəlcə əyri xətt üzrə tədricən
artacaq, sonra onun toplanmasının sürəti aşağı düşərək, daha sonra müəyyən səviyyədə, həmin əlaməti
formalaşdıran amillərin müvazinətinə uyğun olaraq sabitləşəcəkdir.
Əgər torpaq əsas əlamətlərinə (humusun
ayrı-ayrı horizontlarda miqdarına, horizontların qalınlığına və s.) görə müvazinət halına çatıbsa - tarazlaşıbsa,
həmin torpaq öz həyatında növbəti mərhələyə - yetkinlik və ya klimaks mərhələsinə çatmışdır. Lakin nəzərə
almaq lazımdır ki, torpaq profilinin müxtəlif hissələrində müxtəlif əlamətlərin müvazinət əldə etməsi müxtəlif
vaxtlarda baş verir (şəkil 3).
Məsələn, torpağın 5-10 sm-lik qatında humusun tarazlaşmış miqdarı bir neçə onillik ərzində əldə edildiyi halda, profilin
həmin hissəsində silikatların parçalanması və parçalanmış məhsulların toplanması yüz illər ərzində davam edə bilər.
Torpağın formalaşma mərhələsi yüz, min və daha çox illər ərzində baş verir.
Bu müddət ərzində
torpaqəmələgətirən amillər, məsələn, iqlim də əhəmiyyətli dərəcədə dəyişə bilər.
Belə halda ayrı-ayrı
əlamətlərinə görə klimaks halına çatmış torpaq, bu əlamətlərə görə yenidən tarazsızlıq halına keçərək, şəraitin
dəyişməsi səbəbindən yenidən inkişaf fazasına qədəm qoyacaqdır.
Bu zaman əvvəlki torpaqəmələgəlmə
şəraitindən yeni şəraitə tamamilə uyğun gəlməyən bəzi əlamətlər də qala bilər.
Buna torpağın poligenetikliyi
deyilir. Bütün əkin torpaqları poligenetikdir, belə ki, onların kənd təsərrüfatında mənimsənilməsi ilə təbii
torpaqəmləgəlmə şəraitindən tamamilə fərqli olan və torpağı əsaslı şəkildə dəyişdirən torpaqəmələgəlmənin yeni
şəraiti fəaliyyətə başlayır.
Beləliklə, torpağın uzun və mürəkkəb inkişaf mərhələsi praktiki olaraq sonsuz davam edir və yalnız Yerdə
həyatın məhv olması ilə kəsilə bilər. Lakin torpaqəmələgətirən amillərin uzun sabitliyi şəraitində torpaqlar xarici
amillərlə tarazlığa yaxın vəziyyət əldə edə bilərlər.
Bu da özünü torpağın xassə və rejimlərinin nisbi
sabitliyində göstərir. Bu halda elə hesab etmək olar ki, torpaq növbəti inkişaf fazasına – yetkinlik halında
fəaliyyət mərhələsinə qədəm qoymuşdur.
Yetkin torpaqlar (3-cü mərhələ) üçün təbii biogeosenozlarda hər tsikli özündən əvvəlki tsikli təxminən
təkrarlayan bioloji dövranın olması səciyyəvidir. Bu zaman dövrana əvvəllər bioloji dövrandan keçmiş
birləşmələr və elementlər cəlb olunur. Bu mərhələdə torpaqəmələgətirən süxurların minerallarından ayrılan
elementlər bioloji dövrana cəlb olunursa da, bu, kiçik miqyasda baş verir.
Şəkil 3. Formalaşma prosesində torpağın ayrı-ayrı əlamətləri üçün müvazinətin yaranma vaxtı: 1- a əlamət
üçün klimaks halı
1
∞
t
, 2 – a əlamət üçün klimaks halı
2
∞
t
- zamınında çatır, 3 – halı üçün klimaks halı
yaranmır.
Qeyd etmək lazımdır ki, bioloji tsikllərin tam dönərliyi, qapalılığı mövcud deyildir. Hansısa elementin bir
hissəsi bu və ya digər yollarla (məkan baxımından və ya transformasiya vasitəsilə) dövrandan çıxa bilər.
Məsələn, meşə döşənəyindən elementlərin bir hissəsi geri qaytarılmadan səth axınları vasitəsilə senozlardan
kənar olur.
Lakin bu itkilər mineralların tərkibindən defisit elementlərin bioloji dövrana cəlb edilməsi hesabına
kompensasiya olunur.
Torpaqların tarazlaşmış funksional fəaliyyəti mərhələsində bütün qruplardan olan proseslər (mikro-, mezo
1
2
3
1
∞
t
2
∞
t
Яламятин
юзц
нц
эюстя
рмя
ся
-
виййяси
35
– və makroproseslər, bioloji, abiotik və s.) realizə olunur. Əvvəlki mərhələdə olduğu kimi onlar məkan və
zaman daxilində uzlaşaraq, məcmu halda biogeokimyəvi dövranı təşkil edirlər. Bu mərhələdə biogeokimyəvi
dövran təbii ekosistemlərin və onların vacib komponenti olan torpağın xassələrinin təkrar istehsalına səbəb olur.
Bu təkrar istehsal torpaqların tarazlaşmış funksional fəaliyyəti mərhələsində onların nisbi sabitliyini təmin edir.
Torpaqlardan kənd təsərrüfatı istifadəsi şəraitində bu tarazlıq pozulur. Bu da onların dəyişkənliyinə gətirib
çıxarır.
Torpaq örtüyündən torpaqəmələgəlmənin qanunlarını və onların konkret şəraitdə təzahürünü nəzərə
almaqla səriştəli istifadə, yüksək mədəni kənd təsərrüfatı istehsalı şəraitində xüsusi torpaqyaxşılaşdırıcı
tədbirlərin görülməsi torpaq münbitliyinin geniş təkrar istehsalına gətirib çıxarır.
Dostları ilə paylaş: |