Qərib Məmmədov


II FƏSİL. AZƏRBAYCANDA TORPAQŞÜNASLIQ ELMİNİN İNKİŞAF TARİXİ



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   2   3   4   5   6   7   8   9   ...   52

II FƏSİL. AZƏRBAYCANDA TORPAQŞÜNASLIQ ELMİNİN İNKİŞAF TARİXİ
*
 
 
Azərbaycanda torpaqşünaslıq elminin inkişafını bir neçə dövrə ayırmaq mümkündür: 
1.Həsən bəy Zərdabinin fəaliyyəti ilə bağlı  mərhələ. Azərbaycanda torpaqşünaslıq elminin inkişafında 
birinci mərhələ maarifçi və  təbiətşünas alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. H.Zərdabi torpaqşünaslıq 
haqqında elmi fikirlərini “Əkinçi” qəzetində, “Torpaq, su və külək” və s. nəşrlərində çap etdirmişdir. Onun 
torpaqşünaslıqla bağlı fikirləri genetik torpaqşünaslığın baniləri V.V.Dokuçayev, N.Sibirtsev və başqalarının 
müddəaları ilə demək olar ki, üst-üstə düşür. Beləliklə, H.Zərdabi Azərbaycanın ilk torpaqşünasıdır, 
torpaqlarımız haqqında ilk elmi məlumatlar ona məxsusdur. H.Zərdabinini torpaqşünaslıq haqqında axtarışları 
X.Həsənov (1972), Ş.Həsənov (2006) tərəfindən araşdırılmışdır. 
Həsən bəy Zərdabinin torpaq haqqında fikirləri əsasən dağ süxurlarının aşınmasından, torpaqəmələgətirən 
amillərdən, torpağın münbitliyindən, münbitliyin bərpasından (torpağın qranulometrik tərkibinin dəyişdirilməsi, 
meliorasiya, eroziyaya qarşı mübarizə  və s. tədbirlərdən) ibarətdir. H.Zərdabinin torpaqşünaslıqla bağlı 
araşdırmalarında məqsəd bu elmin nəzəri məsələlərini, torpaqların genezisini işləyib hazırlamaq olmamışdır. 
Məqsəd əkinçilik mədəniyyətini yüksəltmək, torpaq sərvətlərindən səmərəli istifadə etmək idi. Bununla bərabər, 
H.Zərdabinin torpağa aid əsərlərində, elmin o zamankı inkişaf səviyyəsində  bəzi yeniliklər də öz əksini 
tapmışdır. 
2. XIX əsrin sonu – XX əsrin əvvəlləri (1875-1920). Bu dövrdə - 1889-1890-cı illərdə Kovalskinin, 1890-cı 
ildə P.S.Kossoviçin, 1898-ci ildə V.V.Dokuçayevin, 1911-1914-cü illərdə S.Zaxarovun, V.Romanovun və 
J.Kamenskinin apardıqları  tədqiqatlarda Azərbaycan torpaqları haqqında ilkin də olsa müəyyən fikirlər 
olmuşdur. 
V.V.Dokuçayev 1898-ci ildə Zaqafqaziyada və o cümlədən Azərbaycanda olmuş, torpaqlar haqqında 
ümumi məlumatlar verməklə, şaquli torpaq qurşaqlarının mövcudluğunu göstərmişdir. 
1911-1914-cü illərdə S.Zaxarov, V.Romanov və J. Kamenski Mil və Şirvan düzlərində relyef, torpaqların 
şorlaşması, qrunt suyunun səviyyəsi ilə əlaqədar torpaq müxtəliflikləri haqqında fikir irəli sürmüşlər. 
3. XX əsrin 20-45-ci illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılmasına qədərki dövr). 
Sovet İttifaqının tərkibinə daxil edildikdən sonra Azərbaycanda ilk növbədə elmi tədqiqat işləri aparan kadrlara 
ehtiyac duyulurdu. 1920-ci ildə Azərbaycan Politexnik İnstitutu nəzdində  Kənd Təsərrüfatı fakultəsi və onun 
tərkibində Torpaqşünaslıq kafedrası təşkil olunur. Azərbaycanın torpaq örtüyünü öyrənən ilk tədqiqat özəkləri 
torpaqşünaslıq kafedrasında, Muğan təcrübə stansiyasında (Cəfərxan) və respublikanın təbii sərvətlərini öyrənən 
cəmiyyətin tərkibində işə başlayır (1920-1924). Kafedranın rəhbəri professor V.Smirnov-Loginovun rəhbərliyi 
və bilavasitə iştirakı ilə Abşeron yarımadasının, Kiçik Qafqaz dağlarının cənub-şərq ətəklərinin torpaqları tədqiq 
edilərək xəritələşdirilir. 
1925-ci ildə Azərbaycanda torpaq-coğrafi tədqiqatlara başlanılır. Respublikanın rayonlaşdırılması ilə 
məşğul olan komissiyanın tapşırığı ilə professor S.Zaxarovun rəhbərliyi altında ekspedisiya işə başlayır. 1926-cı 
ildə akademik V.Vilyams Muğan və  Lənkəranın düzən hissəsini gəzərək suvarmanın və subtropik bitkilərin 
inkişafı haqqında əməli təkliflər verir. Bu zaman, 1926-1930-cu illərdə professor V.Smirnov-Loginov Qobustan 
və Xızı rayonlarının torpaqlarında böyük miqyaslı tədqiqatlar aparır. 
                                                 
*
 
Bu bölmə hazırlanarkən M.P.Babayevin (2004) materiallarından istifadə edilmişdir. 
 

 
21
1930-1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Torpaqşünaslıq kafedrası  tərəfindən 
M.Ələsgərbəyli və  Ə.Qasımovun simasında ilk azərbaycanlı torpaqşünaslar hazırlanır. Onlar torpaqlarımızın 
tədqiqi və kadr hazırlığında uzun illər xeyli səmərəli iş görürlər. Həmin dövrdə kənd təsərrüfatının güclü inkişafı 
ilə əlaqədar xüsusi kənd təsərrüfatı elmi idarələri təşkil edilir, torpaqşünas və aqrokimyaçı kadrlara ehtiyac artır. 
Bu tələbi ödəmək məqsədilə Zaqafqaziya Pambıqçılıq İnstitutunun pambıqçılıq fakultəsi nəzdində xüsusi şöbə 
açılır. 1933-1937-ci illər ərzində dörd buraxılış torpaqşünas və aqrokimyaçı hazırlanır. 
1932-ci ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq  İnstitutunda təşkil olunan aqrotorpaqşünaslıq  şöbəsi 
respublika torpaqlarını öyrənməyə başlayır. Bu işlərə kənardan dəvət edilmiş professor V.Akimsev, torpaqşünas 
alim N.Bekareviç və L.Qorodetskidən başqa AKTİ torpaqşünaslıq kafedrasının işçiləri M.Əsgərbəyli, 
Ə.Qasımov və AKTİ-nin yeni bitirmiş gənc torpaqşünaslardan M.Ağamirov, Ə.Zeynalov, M.Rəhimov, N.Məm-
mədov və başqaları cəlb edilir. 
1934-cü ildə Lenin adına UİKTEA Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun Azərbaycan filialı təşkil 
edilir. Burada da respublika torpaqlarının tədqiqi və gübrələrlə aparılan işlər davam etdirilərək, Lənkəran 
(1934), Ağdaş (1935), Qazax (1936), Quba-Xaçmaz (1937) rayonlarının orta miqyaslı torpaq xəritələri tərtib 
edilir. Bu tədqiqatlarda L.Aleksandrovski, K.Ələkbərov,  Ə.Zeynalov, B.Ağayev, M.Salayev, M.Səfiyev, 
K.Teymurov və başqaları içtirak edirlər. 
SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi geologiya bölməsi nəzdində, 1933-cü 
ildə torpaqşünaslıq seksiyasının və 1934-cü ilin iyulundan etibarən sərbəst torpaqşünaslıq bölməsinin təşkili 
torpaqşünaslıq elminin Azərbaycanda inkişafı üçün təşkilat bazası oldu. 
İlk illərdən başlayaraq, bölmə yeni torpaqların istifadəyə verilməsi problemi ilə yaxından məşğul olmağa 
başlamışdır. Bölmə Boğaz düzündə, Cənubi-Şərqi  Şirvanda ilkin torpaq tədqiqatı aparmış, Cənubi-Şərqi 
Şirvanın Küryanı zonasının (1934-35), Yevlax rayonunun (1935), Lənkəran və Muğanın torpaqlarını daha dəqiq 
xəritələşdirmişdir. 1935-ci ildə Bölmə torpaq kimyası laboratoriyası təşkil etdi ki, bu da aparılan işlərin geniş-
ləndirilməsinə imkan yaratdı. Laboratoriyada şorakətlərin kimyəvi meliorasiyası  (Ə.Qasımov və T.Tahirov), 
elektrik cərəyanlarının torpağa və süxurəmələgətirici minerallara təsiri (V.Smirnov-Loginov və A.Sidorov), su 
buxarının torpaqda kondensasiyası, torpağın  şorlaşma dərəcəsinin bitki örtüyünün xüsusiyyətinə  təsiri kimi 
məsələlər üzərində iş aparılırdı. 
Bölmənin işində  Lənkəran vilayəti torpaqlarının öyrənilməsi xüsusi yer tuturdu. Bu torpaqlara həsr 
olunmuş ümumiləşdirici  əsərdən (V.Smirnov-Loginov) başqa, vilayətin sarı torpaqlarının fiziki-kimyəvi 
xassələri də  dərindən öyrənilmişdi (B.Filosov, 1936). Alazan-Əyriçay hövzəsi torpaqlarının iri miqyaslı 
xəritələşdirilməsi və aqrokimyəvi xüsusiyyətlərinin öyrənilıməsi (R.Kovalyov 1938-1941) çay əkini üçün yeni 
yararlı torpaqları aşkara çıxarmağa həsr edilmişdi. 
1936-cı ildən başlayaraq bölmə azərbaycanlılardan yeni yüksək ixtisaslı kadrlar hazırlamaq işinə başlayır. 
Bu işdə V.Smirnov-Loginovun hazırladığı ilk aspirantlar (E.Şərifov, B.Ağayev, K.Ələkbərov,  Ə.Zeynalov) 
1940-43-cü illərdə elmlər namizədi adı almaq üçün dissertasiyalar müdafiə edirlər. 
1937-ci ildən başlayaraq bölmə quru subtropik iqlim rayonları torpaqlarını  tədqiq etmək üçün xüsusi 
ekspedisiya təşkil edir. Bu ekspedisiya Şirvan düzünün, Pirsaat hövzəsinin və Böyük Qafqazın bu hövzəyə 
yaxın  ətəklərinin torpaqlarını  tədqiq edərək, buradakı torpaqların  şorlaşmasında palçıq vulkanlarının roluna 
aydınlıq gətirir (H.Əliyev,  B.Klopotovski). Bölmə 1939-cu ildən başlayaraq Azərbaycan torpaqlarının 
şorlaşmasına aid ədəbiyyatı  və materialları yekunlaşdıraraq, torpaqların  şorlaşma dərəcələri və duz tərkibini 
göstərən ilk xəritələri tərtib edir (V.Volobuyev). 
1931-1941-ci illərdə Samur-Dəvəçi kanalı zonası torpaqlarının kimyəvi və fiziki-kimyəvi xassələri 
(M.Salayev, K.Ələkbərov) və Şimali Muğan torpaqlarının fiziki xassələrinin tədqiqi (B.Ağayev) işləri suvarılan 
sahələrin öyrənilməsinə həsr edilmişdi. Samur-Dəvəçi Suvarma Kanalının tikintisi ilə əlaqədar olaraq 1940-cı 
ildə Samur-Dəvəçi düzənliyində iri miqyaslı torpaq tədqiqatına başlanılır. Çoxsaylı çöl və laboratoriya 
materiallarına əsasən 1:10000, 1:25000 miqyaslı torpaq, şorlaşma, torpaq-meliorativ rayonlaşma xəritələri tərtib 
edilir və eroziyaya qarşı mübarizə tədbirləri təklif olunur (M.Salayev). 
1940-41-ci illərdə Bölmə Kiçik Qafqazda yerləşmiş bir sıra rayonların torpaqlarını öyrənməklə  məşğul 
olmuşdur (B.Klopotovski, M.Salayev, Ə.Zeynalov). 1940-cı il üçün Bölmənin tərkibində üç seksiya – torpaq 
eroziyası, torpaq kimyası və torpaq fizikası seksiyaları yaradılmışdı. 
4. XX əsrin 45-90-cı illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyəti dövrü). 1945-ci ildə 
Azərbaycan SSR Elmlər Akademiyasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılması ilə 
torpaqşünaslıq elminin inkişafında yeni mərhələ başlayır.  İnstitut Böyük və Kiçik Qafqazda, Kür-Araz 
ovalığında torpaqların tədqiqatı işlərini davam etdirir (H.Əliyev, K.Ələkbərov). 
Ölkədə  kənd təsərrüfatının inkişafı ilə  əlaqədar V.Kovdanın rəhbərliyi altında Kür-Araz ekspedisiyası 
Salyan, Muğan, Cənub-Şərqi  Şirvan, Gəncə-Qazax və Mil düzlərində torpaq-geomorfoloji (V.Yeqorov, 
Y.Lebedev), torpaqların su-fiziki və fiziki-kimyəvi xassələri (S.Dolqov, N.Qorbunov), torpaq-meliorativ 
rayonlaşdırılması (A.Rozanov, N.Kandorskaya) sahəsində tədqiqatlar aparılmışdır. 
Azərbaycan hökumətinin tapşırığı ilə 1952-ci ildə torpaqşünaslıq və Aqrokimya İnstitutunun metodiki 

 
22
rəhbərliyi altında bütün əkinçilik təsərrüfatlarında (5 mln.ha sahədə) irimiqyaslı torpaq tədqiqatlarına başlanır. 
Bakı  və  Gəncədə yaradılmış torpaq ekspedisiyaları bu mühüm və mürəkkəb işi yerinə yetirir. Bu və digər 
tədqiqatların nəticəsi kimi 1953-cü ildə “Azərbaycan SSR torpaqları” (rus dilində) monoqrafiyası çap olunur. 
50-ci illərin sonlarında çoxillik torpaq-coğrafi tədqiqatların vacib nəticələrindən biri də Azərbaycanda 1:200000 
miqyasında ümumiləşdirilmiş torpaq xəritəsinin tərtibidir. Tərtib olunmuş  xəritənin orijinalı SSRİ EA 
Geologiya-Coğrafiya Bölməsinin qərarı ilə çapa məsləhət görülür və 1957-ci ildə Moskvada rus dilində  nəşr 
olunur (miqyas 1:500000). Elə  həmin dövrdə, 1953-cü ildə V.Volobuyevin  “Torpağın iqlimi”(1953) monoq-
rafiyası nəşr olunur. 
XX  əsrin ikinci yarısı bütövlükdə akad. H.Əliyev, V.Volobuyev, M.Salayev kimi tanınmış torpaqşünas 
alimlərin elmi fəaliyyəti ilə  əlamətdar olmuşdur. 60-cı illərdə H.Əliyevin torpaqların genezisi, coğrafiyası, 
sistematikası, aqroekologiyası sahəsində çoxillik tədqiqatlarının nəticələrini ümumiləşdirən və orijinal nəzəri 
məsələləri həll edən “Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları” (1964), “Qəhvəyi 
meşə torpaqları” (1965), “Cinnamon Forest Soils in the Eastern Part of the Greater Caucausus” (1969) 
monoqrafiyaları çap olunur. 1969-cu ildə ilk dəfə olaraq Azərbaycan torpaqlarının sistematikası  və 
nomenklaturası hazırlanır (H.Əliyev, V.Volobuyev, K.Ələkbərov, M.Salayev). 
V.Volobuyevin “Kür-Araz ovalığı torpaqlarının şorlaşmasının genetik formaları” (1965) monoqrafiyasında 
asan həll olan duzların torpaqda toplanması, miqrasiyası, miqdarı, dərəcəsi araşdırılır, “Torpağın ekologiyası” 
(1963) kitabında torpaqla mühitin əlaqəsinin geniş təhlili verilir və ilk dəfə olaraq bu monoqrafiyada torpağın 
ekologiyası anlayışı, onun tərifi açıqlanır. 
Lənkəran vilayətinin rütubətli subtropik torpaqlarına həsr olunmuş monoqrafiyada (R.Kovalyov, 1966) 
rütubətli subtropik torpaqların genezisi şərh olunmuş torpaq tiplərinin diaqnostikası verilmiş, təsnifatı 
işlənmişdir. Bu tədqiqatlat  əsasında Lənkəran vilayətinin torpaq xəritəsi (1:100000 miqyasında) tərtib 
olunmuşdur. 
Çoxillik regional torpaq tədqiqatlarının nəticəsi olaraq M.Salayevin “Kiçik Qafqazın torpaqları” (1966) 
monoqrafiyasında yüksək dağlıq torpaqların genezisi, coğrafiyası və sistematikası şərh olunur. 
Beləliklə, bu dövrün 25 ili  (1945-1970) ərzində torpaqşünaslıq üzrə  əsaslı  tədqiqat işləri aparılmış, bu 
müddətdə torpaqşünaslıq sahəsində görkəmli alimlər kollektivi yaranmışdı; H.Əliyevin, V.Volobuyevin, 
K.Ələkbərovun, B.Ağayevin, M.Salayevin rəhbərliyi altında çalışan gənc alimlər yetşmişdir. Bütövlükdə 
Azərbaycanın torpaqşünaslıq elminin tarixində bu mühüm dövr – böyük elmi-nəzəri və təcrübi əhəmiyyəti olan 
tədqiqatlarla  əlamətdardır. Ayrı-ayrı rayonların torpaq örtüyünün öyrənilməsi və orta miqyaslı torpaq 
xəritələrinin tərtibi işlərinə  də elə bu dövrdən etibarən başlanılır (Ş.Həsənov, M.Babayev, B.Həsənov, 
Q.Məmmədov, V.Həsənov, B.Cəfərov, Ç.Cəfərova və başqaları). Keçən  əsrin 1955-1970-ci illərində  Cənub-
Qərbi Azərbaycanın Arazboyu 7 rayonunda bir milyon hektar sahədə  Ş.G.Həsənovun rəhbərliyi altında iri 
miqyaslı kompleks torpaq tədqiqatı aparılmış, seriya xəritələr (torpaq, aqroistehsalat, aqrotorpaq rayonlaşması, 
bonitirovka) tərtib edilmişdir.  
XX əsrin ikinci yarısından etibarən bütün dünyada olduğu kimi, respublikamızda da ekoloji problemlər ön 
plana çəkilir. Akad. H.Əliyevin rəhbərliyi altında meşə torpaqşünaslığı üzrə respublikada geniş  tədqiqatlar 
aparılır. Torpaqların zonal yayılma qanunauyğunluqları, nomenklaturası  və sistematikası müəyyən edilir. 
Subtropik və xüsusən üzümçülük məqsədilə ehtiyat torpaq fondu müəyyən edilir. Dövlət sahəqoruyucu meşə 
zolaqlarının salınması layihəsinin hazırlanması məqsədilə Gəncə, Ceyrançöl zolağı və Qazan göl massivi boyu 
torpaq tədqiqatı aparılır. Meşəsalmaya yararlı torpaqların meşə  və meşə-kol bitkilərinin inkişafı üçün yararlı 
ekoloji  şəraiti nəzərə alınmaqla xəritəçilik materialları  tərtib olunur. Dövlət sahəqoruyucu meşə zolaqlarının 
salınması və bu məqsədlə yamaclarda  terrasların salınması dövlət əhəmiyyətli işə çevrilir. Geniş torpaq-coğrafi 
tədqiqatların aparılması ilə əlaqədar olaraq Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda akad. 
H.Əliyevin rəhbərliyi ilə meşə torpaqları laboratoriyası yaradılır. Böyük və Kiçik Qafqazın, Talış meşə 
massivlərinin ardıcıl olaraq torpaq-ekoloji şəraiti öyrənilir. 
Bu dövrdə aparılan torpaq tədqiqat işləri Azərbaycan  ərazisinin xeyli hissəsinin müxtəlif dərəcədə  səthi 
yuyulmalara və külək eroziyasına məruz qaldığını göstərirdi. Ona görə də hələ 1945-ci ildən başlayaraq Torpaq-
şünaslıq və Aqrokimya İnstitutunda torpaq eroziyasını öyrənmək məqsədilə müntəzəm elmi tədqiqatlara 
başlanılır.  İlk mərhələdə respublikada eroziya doğuran amillərin xəritəsi tərtib edilir (K.Ələkbərov). Sonrakı 
illər tədqiqatlar genişləndirilir.  Eroziya üzrə elmi tədqiqat işləri eroziyanın respublikada coğrafi yayılması, 
tipləri, törədici amillərin xarakteri, ayrı-ayrı sahələrin eroziyaya davamlığı, eroziyaya məruz qalmış torpaq 
sahələrinin müəyyənləşdirilməsi, eroziya ilə mübarizə üçün aqrotexniki, meşə-meliorativ tədbirlər və s. bu kimi 
məsələləri  əhatə etməyə başlayır. Eroziyaya uğramış torpaqların münbitliyinin bərpası  və yaxşılaşdırılması 
məqsədilə onların gübrələnməsi və digər aqrotexniki məsələləri araşdırılır. Bir sıra çayların, xüsusən də 
eroziyaya daha həssas olan Böyük Qafqazın Cənub və  Cənub-Şərq yamacı caylarının hövzələri və inzibati 
rayonların  əraziləri tədqiq edilir. K.Ələkbərovun “Azərbaycanda torpaq eroziyası  və onunla mübarizə” 
monoqrafiyası (1961) və “Azərbaycanın torpaq-eroziya xəritəsi” (1:600000 miqyasında) torpaq eroziyasına 
qarşı mübarizədə ən dəyərli vasitələrdən hesab edilə bilər. 

 
23
Keçən  əsrin 70-ci illərində Azərbaycanda zəif tədqiq olunan sahələrdən biri də  dəmyə  və suvarılan 
torpaqların genezisi, diaqnostikası, sistematikası, təsnifatı ilə bağlı problemlər idi. İlk dəfə Azərbaycanın quru 
bozqır zonasında, bütövlükdə Kür-Araz ovalığında geniş çöl, stasionar və kameral torpaq tədqiqat işləri quru 
subtropiklərin dəmyə və suvarılan torpaqların dəqiq diaqnostikasını, sistematikasını və təsnifatını hazırlamağa 
imkan verdi (M.Babayev, Ş.Həsənov). Quru subtropik bozqır və yarımsəhra zonasının suvarılan torpaqlarında 
antropogen təsir nəticəsində gedən dəyişikliklərin istiqaməti müəyyən edildi, mədəniləşmə  dərəcəsindən asılı 
olaraq torpaq proseslərinin idarə olunması, məhsuldarlıq qabiliyyətinin yüksəldilməsi haqqında aqromeliorativ 
tədbirlər sistemi təklif olundu. Antropogen torpaqəmələgəlmə prosesinə irriqasiya gətirmələrinin və  əkinçilik 
mədəniyyətinin təsiri müəyyən edildi. 
Bu dövrdə respublikanın subasar-allüvial (V.Həsənov) və tuqay meşələri altında formalaşmış subasar-meşə 
(H.Əliyev) torpaqlarının genezisinin, sistematikasının öyrənilməsinə  də diqqət artırılmışdı. Bu tədqiqatlar 
nəticəsində subasar-allüvial torpaqların sistematikası  və diaqnostikası müəyyən edilmiş, ehtiyat torpaq fondu 
dəqiqləşdirilmiş, izafi rütubətli torpaqların kənd təsərrüfatında istifadəsi məqsədilə aqromeliorativ tədbirlər 
sistemi hazırlanmışdır. 
Respublikamızda 60-cı illərin sonu və 70-ci illərin əvvəllərində kənd təsərrüfatında regional ixtisaslaşmaya 
(üzümçülük, pambıqçılıq), torpaqlardan istifadənin intensiv üsullarına keçidlə əlaqədar olaraq torpaqların boniti-
rovkası və iqtisadi qiymətləndirilməsi məsələlərinə böyük ehtiyac yaranır. Bununla əlaqədar olaraq 1969-cu ildə 
Azərbaycan SSR Nazirlər Kabinetinin xüsusi qərarı və Azərbaycan EA Rəyasət Heyətinin sərəncamı ilə Tor-
paqşünaslıq və Aqrokimya İnstitutunda  Ş.G.Həsənovun rəhbərliyi altında torpaqların aqroekologiyası  və 
bonitirovkası laboratoriyası təşkil edilir.  
İlk günlər laboratoriya qarşısında çox mühüm problemlər dururdu. Bunlar aşağıdakılar idi: respublika 
ərazisində torpaqların münbitliyinə  və  kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir edən aqroekoloji 
amillərin tədqiq edilməsi; respublikanın torpaq fondunun tərkibi və ayrı-ayrı kənd təsərrüfatı bitkiləri altındakı 
vəziyyətinin səciyyələndirilməsi; torpaq kadastrı məqsədləri üçün kənd təsərrüfatı və meşə fondu torpaqlarının 
bonitirovkasının aparılması, bu məqsədlə bitkilərin bioloji tələblərinə uyğun olaraq qiymət meyarlarının və 
təshih əmsallarının müəyyən edilməsi; respublika torpaqlarının əsas və geniş bonitet şkalalarının tərtib edilməsi; 
kənd təsərrüfatı  və meşə torpaqlarının aqroistehsalat qruplaşdırılmasının və rayonlaşdırılmasının aparılması; 
respublikanın təbii-iqtisadi və inzibati rayonları, landşaft zonaları üzrə torpaq sahələrinin bonitet ballarının və 
müqayisəli dəyərlilik  əmsallarının müəyyən edilməsi; ayrı-ayrı  təsərrüfat, inzibati rayon və respublika üzrə 
torpaq - bonitet xəritələrinin və kartoqramlarının tərtib edilməsi və s. 
 Laboratoriya 
qarşısında qoyulmuş bu məqsəd və vəzifələrin əhatə dairəsi çox böyük, həm də elmi-nəzəri 
və praktiki baxımdan problemli idi. Lakin 70-ci illərin  əvvəllərindən başlayaraq, elmi-nəzəri  əhəmiyyətli 
dissertasiya işlərinin müdafiəsi və  təsərrüfat müqavilələrinin uğurla sona yetməsi bu elmi istiqamətin 
yüksəlişinə  səbəb oldu. Respublikamızda torpaqların bonitirovkası üzrə  tədqiqatların vahid metodika əsasında 
səmərəli təşkili üçün 1973-cü ildə müəlliflər kollektivi (V.R.Volobuyev, M.E.Salayev, Ş.G.Həsənov, 
Y.İ.Kostyuçenko) tərəfindən “Azərbaycanda torpaqların bonitirovkasının keçirilməsinə dair metodiki göstəriş” 
hazırlanıb çap olunur. Elə  həmin il Azərbaycan torpaqlarının 1:500000 miqyasında bonitet kartoqramı da 
(Ş.G.Həsənov, R.Ə.Əliyeva) tərtib edilir. 
Qeyd edək ki, 70-80-ci illərdə torpaqların bonitirovkası müxtəlif regioların torpaqlarını  və müxtəlif kənd 
təsərrüfatı bitkilərini əhatə etməklə aparılsa da, bu  tədqiqatlarda ümumi cəhət mövcud idi. Həmin işlərin ümumi 
sxemi belə idi: tədqiq edilən  ərazidə etalon torpaqların və qiymətləndirmə üçün meyarların seçilməsi; bu 
meyarlardan istifadə etməklə riyazi hesablamalar əsasında qapalı bonitet şkalasının qurulması; kənd  təsərrüfatı 
bitkilərinin məhsuldarlığlı ilə torpağın dəyişkən göstəriciləri arasındakı korelyativ əlaqədən istifadə etməklə 
təshih əmsallarının tapılması və nəhayət, təshih əmsallarının tətbiqi ilə açıq  bonitet şkalasının qurulması; torpaq 
növmüxtəlifliklərinin bal göstəriciləri  əsasında  aqroistehsalat qruplaşdırılmasının aparılması  və  tədqiq edilən 
ərazi üçün bonitet kartoqramının tərtibi. Hazırda bu sxemdə aparılan qiymətləndirmə  işləri torpaqşünaslıq 
elminə “ənənəvi bonitirovka” adı altında daxil olmuşdur. 
80-ci illərin ikinci yarısından başlayaraq, Q.Ş.Məmmədovun təşəbbüsü ilə torpaqların bonitirovkasında müasir 
metodlardan istifadəyə geniş yer verilirdi. Müəllif tərəfindən respublika və onun ayrı-ayrı regionlarının bonitet 
şkalaları qurulmuş, torpaqların aqroistehsalat və meşəistehsalat qruplaşdırılması aparılmış, 1:600000 
miqyasında bonitet və aqroistehsalat, həmçinin torpaq-kadastr və aqroekoloji rayonlaşdırılma xəritə  və 
kartoqramları  tərtib edilmiş, landşaft komplekslərinin bonitirovkası  və torpaq-iqlim və torpaq ekoloji indeks 
düsturlarından istifadə etməklə çay, pambıq, otlaq aqroekosistemlərin və  təbii ekosistemlərin torpaqlarının 
qiymətləndirilməsi konsepsiyası və Bioiqlim Potensialından (BİP) və yem vahidlərindən təbii biogeosenozların 
bonitirovkasında meyar kimi istifadə edilməsi ideyası irəli sürülmüşdür. 90-cı illərin  əvvəllərində 
Q.Ş.Məmmədovun araşdırmaları  nəticəsində torpaqların ekoloji qiymətləndirilməsi yeni elmi istiqamət kimi 
formalaşmağa başladı.  
 Q.Ş.Məmmədov artıq 80-ci illərin əvvəllərində müxtəlif miqyaslı bonitet xəritə və kartoqramlar 
tərtib edilərkən torpaq xəritələrinin yeni plastika metodu əsasında tərtibi və dəqiqləşdirilməsi, həmçinin Torpaq 

 
24
Örtüyü Strukturu (TÖS) nəzəriyyəsinin Azərbaycanda inkişaf etdirilməsini elmi zəruriyyət kimi ortaya qoyurdu. 
1:200000 miqyasında relyefin plastika xəritəsi, həmin miqyasda Torpaq örtüyü strukturu xəritəsi və  nəhayət, 
həmmüəlliflərin (V.R.Volobuyev, Q.Ş.Məmmədov) iştirakı ilə 1:600000 miqyasında Azərbaycanın torpaq 
xəritəsi tərtib edilmişdir. Sonrakı illərdə Q.Ş.Məmmədovun rəhbərliyi altında Acınohur, Lənkəran, Abşeron, 
Böyük Qafqazın  şimal-şərq yamacı  və digər zona və regionların 1:100000 və 1:50000 miqyasında relyefin 
plastika metodu əsasında torpaq örtüyü strukturu xəritələri tərtib edilmişdir.     
 Bu 
dövrün 
əhəmiyyətli cəhəti idi ki, tədqiqatçılar öz axtarışlarında  ənənəvi bonitirovkanın ümumi 
müddəaları ilə hesablaşaraq ona metodiki yeniliklər gətirməyə çalışırdılar. Belə ki, torpaqların bonitet balları 
tapılarkən torpaq-ekoloji indeks (TEİ) və digər riyazi düsturlardan istifadə olunması (M.M.Əsgərova, 1990; 
A.B.Cəfərov, 1991), torpaq örtüyü strukturunun qiymətləndirmədə qiymət və təshih əmsalları kimi götürülməsi 
(H.M.Hacıyev, 1990; Ş.İ.İsgəndərov, 1991), torpaq örtüyünü ekoloji cəhətdən qiymətləndirməklə torpaqların 
bonitirovkasının ekoloji problemlərə  cəlb edilməsi (Q.Ş.Məmmədov,1991) bu dövrün tədqiqatları üçün  
səciyyəvi idi. Keçmiş sovetlər ölkəsində, o cümlədən Azərbaycanda torpaq münbitliyinin aqroekoloji və ekoloji 
modellərinin işlənməsinə ilk dəfə 1985-ci ildə Q.Ş.Məmmədov başlamışdır.  İlk vaxtlar torpağın münbitlik 
modeli ilə bağlı  tədqiqatları konseptual səciyyə daşımış, respublikanın  əsas torpaq tiplərini və 
aqroekosistemlərini  əhatə etmişdir. Sonrakı illər ayrı-ayrı regionlarda müəllifin rəhbərliyi ilə çay 
(S.Z.Məmmədova, C.Ə.Şabanov), sitrus (L.C.Qasımov), pambıq (M.M.Əsgərova, K.Q.Nuriyeva), taxıl 
(A.B.Cəfərov, M.Ə.Yusifov), üzüm (M.M.Yusifova), zeytun (S.B.Rəcəbova), yem (A.Həsənova, 
M.Ə.Bayramov), meşə (N.A.İsmayılova), tərəvəzaltı (N.Ə.Sultanova) torpaqların regional aqroekoloji və 
ekoloji modelləri tərtib edilmişdir. 90-cı illərdə Q.Ş.Məmmədov tərəfindən torpaqların aqroekoloji (ekoloji) 
münbitlik modelinin praktikada tətbiqini asanlaşdırmaq, onun əsasında torpaqların münbitliyini qorumaq və 
onun geniş  təkrar artımını  həyata keçirmək, o cümlədən münbitliyin artırılmasına xidmət edən layihələrin 
hazırlanmasını asanlaşdırmaq məqsədilə onu vahid formada, yəni «münbitliyin ekoloji pasportu» formasında 
işlənilməsi təklif edilmiş və bu təklif praktikada öz tətbiqini tapmışdır.  
 Müəllifin araşdırmalarının nəticəsi  kimi, həmin dövrdə Azərbaycan ərazisində torpaq üzərində ekoloji 
monitorinqin təşkilinin proqramı  işlənmişdir. Bu proqram əsasında torpaq monitorinqinin əsas vəzifələri 
müəyyən edilmişdir. Torpaq üzərində ekoloji monitorinqin təşkilinin  ən  əhəmiyyətli nəzəri və praktiki 
məsələlərindən biri də müşahidələr üçün sahələrin seçilməsidir. Proqrama uyğun olaraq Q.Ş.Məmmədov 
tərəfindən respublikamızda 40 çay hövzəsi daxilində ekoloji bölgələrin – suayrıcı, tranzit və akkumulyasiya 
sahələrinin ayrılması və bu sahələr daxilində ekoloji nəzarətin – monitorinqin təşkili təklifi irəli sürülmüşdür.      
Əvvəlki onilliklərdə olduğu kimi bu dövrdə  də  şorlaşmış  və  şorakətləşmiş torpaqların tədqiqi və 
meliorasiyası torpaqşünas alimlər və melioratorlar qarşısında duran bir nömrəli problem hesab edilirdi. 
Meliorasiya sahəsində  əsas araşdırmalar respublika ərazisində yayılmış torpaqların  şorlaşma dərəcəsinin 
müəyyən edilməsinə,  şorlaşma və  şorakətləşməyə  məruz qalmış torpaqların genezisinin, diaqnostikasının 
öyrənilməsinə, meliorativ rayonlaşdırmanın  əsas prinsiplərinin işlənməsinə,  şorlaşmış torpaqların meliorasiya 
üsullarının hazırlanmasına, meliorasiya olunmuş torpaqlardan istifadə dövründə baş verən dəyişikliklərin 
öyrənilməsinə yönəldilmişdir. Bu tədqiqat işləri akademik V.Volobuyev, M.Abduyev, İ.İsgəndərov, Y.Sultanov, 
Q.Əzizov və başqa mütəxəssisilər tərəfindən aparılmışdır. 
Su-duz balansı tədqiqatları əsasında meliorasiya olunan torpaqlarda baş verən dəyişikliklər öyrənilmiş, su-
duz rejiminin proqnozlaşdırılmasına, tənzimlənməsinə  və optimallaşdırılmasına xidmət edən bir sıra riyazi 
modelləri işləməyə imkan vermişdir. Kür-Araz ovalığı torpaqlarının bütövlükdə və həmçinin ayrı-ayrı zonalar 
(Şirvan, Muğan, Mil və Qarabağ) üzrə müxtəlif miqyasda duzluluq xəritələri hazırlanmışdır. 
Keçən  əsrin 60-80-ci illərində respublikada genetik torpaqşünaslığın müstəqil qolu kimi inkişaf etdirilən 
Torpaq ekologiyası və energetikası təliminin (V.Volobuyev) əsası qoyulur. Eksperimental və ümumiləşdirilmiş 
tədqiqatlara istinad edilərək V.Volobuyev və onun şagirdləri tərəfindən torpaq-bitki-atmosfer sistemində gedən 
proseslərin qanunauyğun  əlaqəsi müəyyənləşdirilmişdir. Bu tədqiqatların nəticələri “Dünyanın torpaqları 
sistemi” və başqa monoqrafiyalarda öz əksini tapmışdır. 
Zonal torpaqlarda 80-90-cı illərdə çoxillik kompleks tədqiqatlar, o cümlədən stasionar şəraitdə mövsümi və 
çoxillik müşahidələr aparılmış və bu tədqiqatlar nəticəsində ayrı-ayrı torpaqların hidrotermik rejiminin mövsümi 
dinamikası, mikroorqanizmlərin fəaliyyəti, pH, fitokütlənin məhsuldarlığı, üzvi maddələrin toplanması, 
parçalanması  və transformasiyası, torpağın fermentativ fəallığı, humus birləşmələrinin, ilk növbədə amin 
turşularının keyfiyyət və  kəmiyyət tərkibi öyrənilmişdir. Torpaqların fermentativ fəallığının dinamikasına 
ekoloji amillərin müxtəlif nisbətlərinin təsiri müəyyən edilmişdir (B.Həsənov, X.Həsənov, Ç.Cəfərova və 
başqaları).  
İlk dəfə olaraq ərazinin relyef şəraiti - plastikası  nəzərə alınmaqla Azərbaycan respublikasının 1:600000 
miqyasında torpaq xəritəsi hazırlanmış, Azərbaycan və rus dillərində çap olunmuşdur (1991). 
Azərbaycanın iri kənd təsərrüfatı  və meliorativ obyektləri torpaqlarının fiziki xassələri, su-hava və 
temperatur rejimi R.Məmmmədov tərəfindən 60-cı illərin sonlarından başlayaraq 90-cı illərin ortalarına kimi 
intensiv şəkildə tədqiq edilmişdir. Bu tədqiqatlar nəticəsində  torpaqların fiziki konstantlarının xəritə-sxemləri 

 
25
tərtib edilmiş, əsas məhsuldar rütubətlənmə ilə təmin olunma dərəcəsi təyin edilmişdir. Müəllif tərəfindən eyni 
zamanda maqnezium və natriumlu şorakətlərin müxtəlifliyi öyrənilmiş  və onların yayılma arealları 
xəritələşdirilmişdir. Nəticədə “Azərbaycan SSR torpaqlarının aqrofiziki xassələri” monoqrafiyası çap 
olunmuşdur (1989). 
80-ci illərin sonlarında A.P.Gərayzadə  tərəfindən torpaqda su və istilik hərəkəti  əmsallarının birgə  təyini 
məsələsi irəli sürülmüş  və  həll olunmuşdur. Torpağın nəmlik, istilik, elektrik xassələri arasındakı korrelyativ 
əlaqələr araşdırılmış, torpaq-bitki-atmosfer sistemində enerjinin paylanması modeli tərtib edilmişdir. Kənd 
təsərrrüfatı sahələri enerjidən səmərəli istifadəsi  əmsallarının təyini və torpağın optik təhlil üsullarının yolları 
göstərilmişdir. Aparılan tədqiqatın nəticələri “Torpaq, bitki sistemində  və atmosferdə enerjinin dəyişilməsi” 
monoqrafiyasında öz əksini tapmışdır (1989). 
70-ci illərdən başlayaraq torpaqların mineralogiyası sahəsində  tədqiqatlar genişlənir, ilk dəfə olaraq Kür-
Araz ovalığı torpaqlarının lil fraksiyalarının mineraloji, mikromorfoloji tərkibi, xassə  və xüsusiyyətlərinə dair 
sanballı  tədqiqat işləri aparılır və ayrı-ayrı torpaqəmələgətirən süxurlar üzərində torpaqəmələgəlmənin 
istiqaməti müəyyənləşdirilir (İ.Ş.İsgəndərov). Bu tədqiqatlar  əsasında “Azərbaycanın  əsas zonal torpaq 
tiplərinin mineraloji tərkibi” adlı monoqrafiya çap olunmuşdur (1987). 
Aqrokimya sahəsində aparılan işlər  əsasən torpaq münbitliyinin öyrənilməsinə, onun bərpasına və 
yüksəldilməsinə, müxtəlif bitkilərin məhsuldarlığına mineral və üzvi gübrələrin verilmə vaxtının, normasının və 
üsullarının təsirinə, kompostların və digər növ üzvi gübrələrin hazırlanmasına, azot, fosfor, kalium maddələrinin 
torpaqda və bitkidə dəyişməsinə, hərəkətinə və onların rejiminə həsr edilmişdir (C.Hüseynov, Z.R. Mövsümov, 
P.B.Zamanov, M.İ. Cəfərov, F.İsayeva və başqaları). 
5. XX əsrin 90 – cı ilindən bu günə kimi (müstəqillik dövrü). Müstəqilliyimizin ən böyük nailiyyətlərindən 
biri olan torpaq islahatları torpaqşünaslıq sahəsində ciddi elmi axtarışların həyata keçirilməsi və elmi 
nailiyyətlərin təsərrüfatda geniş  tətbiqi üçün şərait yaratdı. Qısa vaxt ərzində torpaqşünaslığın müxtəlif 
sahələrinə  həsr olunmuş onlarla monoqrafiya, kitab, xəritə, tövsiyələr çap olundu. Bunlardan 1998-ci ildə  
Q.Ş.Məmmədov, M.P.Babayev və S.G.Həsənovun redaktəsi ilə H.Ə.Əliyev, M.E.Salayev, Q.Ş.Məmmədov, 
M.P.Babayev, S.G.Həsənov, B.Y.Həsənov və Ç.M.Cəfərova tərəfindən tərtib edilmiş    “Azərbaycan Dövlət 
Torpaq Xəritəsi” (1:100000) xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, “Azərbaycan torpaqlarının ekoloji 
qiymətləndirilməsi”, “Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər” (2002), “Azərbaycanın 
dövlət torpaq kadastrı: hüquqi, elmi və praktiki məsələləri” (2003) monoqrafiyaları  və “Azərbaycan 
torpaqlarının ekoloji qiymətləndirmə  xəritəsi” (1:600000), Azərbaycan Respublikasının torpaq təsnifatının 
WRB (torpaq ehtiyatlarının dünya məlumat bazası) sisteminin hazırlanması daha çox diqqətəlayiqdir. 
 90-cı illərin ortalarında Q.Ş.Məmmədov tərəfindən torpaq-kadastr rayonlaşdırılmasının yeni 
konsepsiyası və sistemi irəli sürülmüş və yeni sistemin müasir tələblərə tam cavab verməsi aşkar olunmuşdur. 
İlk dəfə olaraq torpaq-kadastr rayonları daxilində yarımrayonlar (Xaldan-Xınalıq, Təzəkənd-Üçtəpə, Mərəzə-
Hilmilli) ayrılaraq elmi-nəzəri və praktiki cəhətdən  əsaslandırılmışdır. Bu dövrdə M.P.Babayev tərəfindən 
Azərbaycan Respublikasının insanın çoxillik təsərrüfat fəaliyyəti nəticəsində dəyişilmiş antropogen torpaqların 
beynəlxalq standartlara və torpaq islahatlarının tələbinə uyğun təməl təsnifatı və biomorfogenetik diaqnostikası 
hazırlanmış, antropogen torpaqların 1:500000 miqyasında xəritəsi tərtib edilmişdir. 
Tədqiqatların böyük hissəsi yeni şəraitlərdən irəli gələrək ilk növbədə torpaq islahatı  nəticəsində ortaya 
çıxmış  xırda torpaq mülkiyyətçilərinin tələbinə uyğun aparılırdı.  Bu baxımdan, dəqiq kompleks torpaq 
tədqiqatları əsasında hazırlanmış “Xırda təsərrüfat torpaqlarının öyrənilməsi, istifadəsi və bonitirovkasına dair 
metodik tövsiyələr”in (2003) torpaq sahibkarları, təcrübə stansiyaları, toxumçuluq təsərrüfatları üçün torpaq 
sərvətindən səmərəli istifadə edilməsi istiqamətində böyük elmi və təcrübi əhəmiyyəti vardı. Tövsiyədə torpaq 
islahatı  şəraitində  təsərrüfatların torpaq örtüyünün öyrənilməsinin, qiymətləndirilməsi və istifadəsinin 
xüsusiyyətlərinə uyğun məsləhətlər verilmişdir. 
Torpaqşünaslığın yeni perspektiv istiqaməti olan torpaq informatikasının konseptual elmi əsaslarının 
işlənməsi də müasir tələblərdən irəli gəlirdi. Müasir elektron avadanlıqlar və proqram vasitələrindən geniş 
istifadə etməklə Azərbaycanda torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla aparılmasını təmin 
edən  İnformasiya Sistemi yaradılması torpaq tədqiqatlarının yeni inkişaf mərhələsinə qalxmasından xəbər 
verirdi.  
Artıq XXI əsrin əvvəllərində kompüter texnologiyalarından istifadə etməklə torpaq-ekoloji sistemlərin əsas 
informativ göstəricilərinə  əsaslanan məlumatların təsvir dili tərtib edilmiş  və torpaq təsnifatının informasiya 
bazası təklif olunmuşdur (A.İsmayılov). Bu texnologiyalar elektron torpaq xəritələrini tərtib etməyə də imkan 
vermişdir. Əldə olunmuş elmi nəticələr təkcə elmi-nəzəri deyil, həm də təcrübi əhəmiyyət kəsb etmişdir. Belə 
ki, bu nəticələr  vahid torpaq kadastrının tərtibində, torpaq qeydiyyatı sisteminin avtomatlaşdırılmış informasiya 
bazasının yaradılmasında, müasir proqram təminatı  əsasında kartoqrafik materialların tərtibində geniş  tətbiq 
olunmuşdur.  
XXI  əsrin  əvvəllərində  də  əvvəlki dövrlərdə olduğu kimi respublikada torpaq biologiyasının müasir 
istiqamətləri -  torpaq biokimyası, mikrobiologiyası, onurğasız heyvanların fəaliyyətinin təbii və antropogen 

 
26
torpaqəmələgəlmə prosesində rolu və biotik amillərin qiymətləndirilməsi üzrə  tədqiqatlar aparılmışdır 
(P.Səmədov, L.Bababəyova). 
XXI  əsrin  əvvəllərində  bəşəriyyət qlobal, o cümlədən ekoloji problemlərin görünməmiş miqyasda 
kəskinləşməsi ilə üzləşmişdir. Bütün dünyada olduğu kimi, respublikamız da «ekoloji böhran dövrünü» 
yaşamaqdadır. Təbiəti mühafizə tədbirlərini həyata keçirmək və ekoloji qanunları gözləməklə təbii ehtiyatlardan 
ağılla və  səmərəli  şəkildə istifadə bütün bəşəriyyət və  həmçinin respublikamız qarşısında duran ən vacib 
məsələlərdən biridir.  
Ekoloji problemlərə ekoetik yanaşma «cəmiyyət-təbiət» münasibətlərində etik əsasların pozulması 
nəticəsində yaranmışdır. Q.Ş.Məmmədov tərəfindən irəli sürülmüş «Azərbaycanın ekoetik problemləri» 
konsepsiyasında həm bu problemlər, həm də onların həlli yolları müxtəlif bloklarda qruplaşdırılmışdır.  
Birinci qrupa Azərbaycanın bilavasitə ekoloji problemləri və onların həlli yolları daxildir. Bunlar 
aşağıdakılardan ibarətdir: meşələrin mühafizəsi və onların bərpası problemləri; torpaqların eroziyası  və ona 
qarşı mübarizənin təşkili problemləri; təbii yem sahələrinin deqradasiyası  və onlardan düzgün istifadə 
problemləri; texniki pozulmuş torpaqlar və onların rekultivasiyası problemləri; torpaqların radionuklidlərlə 
çirklənməsinə qarşı mübarizə problemləri; mineral gübrələrdən və pestisidlərdən istifadənin problemləri;  
İkinci qrupa ekoloji problemlərin həllinə yardım edə biləcək təşkilati, elmi və elmi-tətbiqi xarakterli işlər 
daxildir: hövzədaxili bölgələrdə torpaq üzərində ekoloji monitorinqin təşkili; torpaqların ekoloji münbitlik 
pasportlarının tərtibi;  
Üçüncü qrupa ekoloji problemlərin həllinə və yaxud bu problemlərin həlli yollarının tapılmasına dolayısı ilə 
təsiri olan və ya köməklik göstərən ekoloji mədəniyyət, ekoloji hüquq, təhsil və digər məsələlərlə bağlı 
problemlər daxildir. Bunlar aşağıdakılardan ibarətdir: cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması; 
ekoloji hüquq və ekoloji cinayət məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı problemlər; ekoloji yardım və pensiya 
fondunun yaradılması; ekoloji informasiya bankının yaradılması; ekoloji koordinasiya mərkəzinin təsis 
edilməsi.  
Torpaqşünaslıq elminin Azərbaycanda inkişafının qısa tarixindən belə  nəticəyə  gəlmək olur ki, bütün 
dövrlərdə olduğu kimi, müasir dövrdə də bu elm dövrün tələblərinə operativ cavab vermək potensialına malik 
olub, dünya torpaqşünaslıq elminin qabaqcıl sıralarında addımlamaqdadır.        
 
 
 
 
 
 

 
27
İKİNCİ HİSSƏ 
 
TORPAQƏMƏLƏGƏLMƏ PROSESİNİN 
MAHİYYƏTİ 
 
III FƏSİL. TORPAQƏMƏLƏGƏLMƏ PROSESİNİN  
ÜMUMİ SXEMİ 
 
Torpaqəmələgəlmə prosesi haqqında ümumi nəzəri təsəvvürlərin  əsasları bir sıra görkəmli xarici və yerli 
tədqiqatçıların – V.V.Dokuçayev, P.A.Kostıçyev, N.M.Sibirtsev, V.R.Vilyams, P.S.Kossoviç, K.D.Qlinka, 
Q.İyenni, F.Dyuşofur və başqalarının elmi yaradıcılığı nəticəsində formalaşmışdır. Torpaqəmələgəlmə prosesi  
nəzəriyyəsi haqqında müasir baxışların inkişafında  İ.P.Gerasimov, V.A.Kovda, B.B.Polınov,  İ.V.Tyurin, 
A.A.Rode,  V.R.Volobuyev, H.Ə.Əliyev, M.E.Salayevin tədqiqatları böyük rol oynamışdır. 
Torpaqəmələgəlmə prosesi biofiziki-kimyəvi proseslər kateqoriyasına aid edilir. A.A.Rodenin tərifinə görə, 
torpaqəmələgəlmə prosesi torpaq təbəqəsində maddə  və enerjinin çevrilməsi və  hərəkəti ilə bağlı baş verən 
hadisələrin məcmusuna deyilir. Torpaqəmələgəlmənin törədiciləri canlı orqanizmlər və onların  həyat 
fəaliyyətinin məhsulları, havadakı oksigen və karbon qazıdır. Torpaqəmələgəlmə prosesinin  ən  əhəmiyyətli 
tərkib hissələri aşağıdakılardır: 1) torpağın  əmələ  gəldiyi dağ süxurları (sonradan torpağın özünün) 
minerallarının çevrilməsi (transformasiyası); 2) torpaqda üzvi qalıqların toplanması  və onların tədrici 
transformasiyası; 3) mineral və üzvi maddələrin qarşılıqlı  təsiri nəticəsində üzvi-mineral birləşmələrin 
mürəkkəb sisteminin yaranması; 4) torpağın üst hissəsində bir sıra biofil elementlərin, ilk növbədə qida 
elementlərinin toplanması (akkumulyasiyası); 5) torpaqəməlgəlmə məhsullarının su axınları vasitəsilə formalaş-
maqda olan torpağın profili boyu hərəkəti. 
Maddələrin bioloji dövranı, üzvi maddələrin sintezi və parçalanması  nəticəsində    torpaqəmələgətirən 
süxurlar bitki və heyvanlarla, onların həyat fəaliyyətinin məhsulları, həmçinin üzvi qalıqların parçalanmış 
məhsulları ilə fasiləsiz qarşılıqlı  təsirdə olur. Bu proseslər məcmu halda torpağın tədricən formalaşmasına 
gətirib çıxarır və torpaqəmələgəlmə prosesinin mahiyyətini təşkil edir. 
Torpaqəmələgəlmə prosesinin ümumi sxemini nəzərdən keçirməmişdən öncə, torpağın xüsusi təbii cisim 
kimi əsas xüsusiyyətlərini nəzərdən keçirək, çünki bu cür analiz torpaq əmələgəlmənin nəzəri konsepsiyasının 
qurulmasının əsasını təşkil edir.  
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin