Qərib Məmmədov


§ 9. İqlim torpaqəmələgətirən amil kimi



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   2   3   4   5   6   7   8   9   10   ...   52
§ 9. İqlim torpaqəmələgətirən amil kimi 
 
Torpaq proseslərinin dərk edilməsində temperatur şəraitini və nəmliyi səciyyələndirən iqlim göstəricilərinin 
də  əhəmiyyəti böyükdür.
 
Belə ki,  torpağın su-temperatur rejimi və bioloji proseslər bu göstəricilərlə  sıx 
bağlıdır.
 
İqlim göstəricilərinə ilk növbədə torpaqda proseslərin daha fəal getdiyi vegetasiya dövrünün aqroiqlim
 
göstəriciləri aid edilməlidir.
 
Vegetasiya dövründən sonra da torpaqda proseslər tam  kəsilmədiyi üçün orta illik 
iqlim göstəriciləri və vegetasiya dövrləri arası (payız, qış) göstəricilər də müəyyən əhəmiyyətə malikdir. 
Bioloji və torpaq prosesləri üçün əsas enerji mənbəyi günəş radiasiyası, əsas nəmlik mənbəyi isə atmosfer 
yağıntılarıdır.
 
Günəş radiasiyası yerin səthi tərəfindən udulur, sonra isə tədricən şüalanaraq atmosferi qızdırır. 
Su torpağa daxil olaraq bitkilər tərəfindən məniumsənilir və atmosferə transpirasiya və fiziki buxarlanma 
vasitəsilə qayıdır. Beləliklə, torpaqla atmosfer arasında daimi istilik və  nəmlik mübadiləsi təşəkkül tapır. Bu 
mübadilə prosesində torpağın çox əhəmiyyətli xassəsi olan  hidrotermik rejimi formalaşır. Ona görə də iqlimin 
temperatur şəraitinə və nəmliyinə görə səciyyəsinin böyük əhəmiyyəti vardır. 
İqlimin termik qruplarının ayrılmasının  əsasını vegetasiya dövründə 10
0
C –dən yuxarı orta sutkalıq 
temperaturların cəmi təşkil edir (cədvəl 3). 
 
Cədvəl 3 
İstilklə təminolunma 
 
İqlim qrupları 
10
0
C-dən yuxarı temperaturların 
cəmi 
Soyuq  (qütb) 
< 600 
Soyuq-mülayim (boreal) 
600-2000 
İsti-mülayim (subboreal ) 
2000-3800 
İsti (subtropik) 
3800-8000 
Çox isti (tropik) 
> 8000 
 
Adı  çəkilən termik qrupların iqlimi Yer kürəsini  əhatə edən enlik qurşaqları  şəklində yerləşmişdir. Bu 
qurşaqlar təkcə orta sutkalıq temperaturların cəmi ilə deyil, rütubətlənmədən asılı olaraq geniş hüdudlarda 
dəyişən müəyyən bitki və torpaq tipləri ilə  də  səciyyələnirlər. Onlar torpaq –bioiqlim  və ya torpaq-biotermik 
qurşaqlar adlanır. 
Torpağın istilik  rejimi, kimyəvi və bioloji proseslərin sürəti, optimal rütubətlənmə  şəraitində bioloji 
məhsuldarlıq  iqlimin termik qrupları ilə sıx əlaqədardır. 
Rütubətlənmə şəraitinə görə iqlimin əsas 6 qrupunu ayırırlar (cədvəl 4). 

 
46
 
Cədvəl 4 
Rütubətlə təminolunma 
 
İqlim qrupları Rütubətlənmə əmsalı (RƏ) 
Çox rütubətli (ekstrahumid) 
> 1,33 
Rütubətli (humid) 
1,33 – 1,00 
Yarımrütubətli (semihumid) 
1,00 – 0,55 
Yarımquraq (semiarid) 
0,55- 0,33 
Quraq (arid) 
0,33 – 0,12 
Çox quraq (ekstraarid) 
< 0,12 

 
47
 Rütubətlənmə  əmsalı yağıntıların miqdarının buxarlanmaya nisbəti ilə ölçülür. Bu əmsal ilk dəfə 
Q.N.Vısotskiy tərəfindən təyin edilmiş və sonralar N.N.İvanov tərəfindən Yer kürəsinin iqlim təsnifatına tətbiq 
edilmişdir. D.İ.Şaşko,
 
A.N.Kostyakov,  İ.İ.Karmanov,  Ə.Ə.Əyyubov tərəfindən də  ərazilərin rütubətlənmə 
şəraitini səciyyələndirən göstəricilər işlənmişdir. 
Ə.Ə.Əyyubov (1975)Azərbaycan ərazisini istilik və rütubətlə təmin olunma göstəricilərinə görə aqroiqlim 
zonalarına və zonalar daxilində qurşaqlara bölmüşdür (cədvəl 5). 
Cədvəl 5 
 
Azərbaycanın aqroiqlim zonalarının istilik və rütubətlə təmin olunması (Ə.Əyyubov, 1975) 
 
Zonalar 
İstilik – və rütubətlə 
təminolunma göstəricisi 
∑T > 10
0
C RƏ 
Kifayət qədər rütubətli 
Soyuq qurşaq 
Soyuq yüksək dağlıq alp və sublap 
 
 
< 800 
 
 
> 0,45 
Mülayim qurşaq 
İstiliklə ortadan aşağı  təminatlı yüksək dağlıq-
meşə 
İstiliklə orta təminatlı orta dağlıq-meşə 
İstiliklə ortadan yüksək təminatlı yüksək dağlıq-
meşə 
 
800-2000 
2000-2600 
2600-3800 
 
> 0,45 
> 0,45 
> 0,45 
İsti qurşaq 
İsti düzən-meşə 
 
> 3800 
 
> 0,45 
Kifayət qədər rütubətli olmayan 
Mülayim qurşaq 
İstiliklə ortadan aşağı  təminatlı yarımrütubətli 
orta dağlıq – meşə-bozqır 
İstiliklə orta və ortadan yüksək təminatlı 
yarımquraq orta dağlıq-bozqır 
İstiliklə ortadan yüksək təminatlı quraq 
dağətəyi-düzən-bozqır 
 
İsti qurşaq 
İsti yarımrütubətli dağətəyi düzən yarımbozqır 
10. İsti yarımquraq dağətəyi düzən bozqır 
11. İsti quraq dağətəyi düzən bozqır 
 
 
1400-2000 
(800-1400) 
2000-3200 
(2000-2600) 
3200-3800 
(2600-3800) 
 
 
> 3800 
> 3800 
> 3800 
 
 
0,45-0,35 
 
0,35-0,25 
 
0,25-0,15 
 
 
 
0,45-0,35 
0,35-0,25 
0,25-0,15 
Az rütubətli 
İsti qurşaq 
İsti yarımquru dağətəyi düzən yarımsəhra 
İsti quru düzən yarımsəhra və səhra 
 
 
> 3800 
> 4500 
 
 
< 0,15 
< 0,10 
Torpağın su rejimi, torpaqların oksidləşmə-reduksiya reaksiyası, müxtəlif termik rejimlər şəraitində aşınma 
dərəcəsi və profilin yuyulması atmosfer yağıntılarından asılıdır. 
Qışın sərtliyinə görə iqlimin qradasiyasının da əhəmiyyəti böyükdür. Bu özünü kontinentallıq dərəcəsində 
göstərir. Kontinentallığına görə müxtəliflik  qütb, boreal və subboreal iqlim qruplarında özünü daha qabarıq 
şəkildə göstərir.  
Kontinentallıq qar örtüyünün qalınlığından və torpaqların donma dərinliyindən  asılı olaraq torpaqların 
aşağı horizontlarının termik rejimini şərtləndirir və torpaqların təsnifatında fatsial yarımtiplərin təsnifatında öz 
əksini tapır. 
Torpaqların formalaşmasında ilin fəsilləri üzrə yağıntıların paylanması, yağıntıların düşmə intensivliyi, 
havanın nisbi nəmliyi və həmçinin fəsillər üzrə küləyin sürəti əhəmiyyətli rol oynayır. Bütün bu təzahürlər bir 
sıra bioloji və torpaq proseslərinin xüsusiyyətlərinə  təsir göstərərək,  torpaqda su və külək eroziyasının 
inkişafını şərtləndirir. İqlim torpaqəmələgəlmə prosesinə bilavasitə və dolayısı ilə təsir göstərir. Bilavasitə təsir 
özünü iqlim elementlərinin ( torpağın yağıntılar vasitəsilə islanması, qızma və soyuma və s.) bilavasitə təsirində, 
dolayısı ilə təsir iqlimin bitki və heyvanat aləminə təsirində özünü göstərir. 
Torpaqəmələgətirən amil kimi iqlimin çox cəhətli təsiri aşağıdakılardan ibarətdir: 
Birincisi, iqlim – bioloji və biokimyəvi proseslərin  əhəmiyyətli amilidir.
 
Temperatur  şəraiti və  nəmliyin 
müəyyən ahəngi bitkiliyin tipini, üzvi maddələrin yaranma və parçalanma  tempini, torpaq mikroflora və 
faunasının fəaliyyətinin tərkibini və intensivliyini şərtləndirir. 

 
48
İkincisi, atmosfer iqlimi torpağın xassə və tərkibləri vasitəsilə torpağın su-hava, temperatur və oksidləşmə-
bərpa rejimlərinə təsir göstərir. 
Üçüncüsü, torpaqda mineral birləşmələrin çevrilməsi prosesi də (aşınmanın istiqaməti və tempi, 
torpaqəmələgəlmə məhsullarının akkumlyasiyası və s.) iqlim şəraiti ilə sıx bağlıdır. 
Dördüncüsü, iqlim torpağın su və külək eroziyasına da böyük təsir göstərir. 
 
§ 10. Orqanizmlər və onların torpaqəmələgəlmədə və torpaq münbitliyinin formalaşmasında rolu 
 
Torpaqəmələgəlmədə üç qrup canlılar iştirak edir: yaşıl bitkilər, mikroorqanizmlər və heyvanlar. Bu 
orqanizmlər quru səthində mürəkkəb biosenozlar yaradır. Həyat fəaliyyətləri prosesində orqanizmlərin birgə 
təsiri, həmçinin həyat fəaliyyətinin məhsulları hesabına torpaqəmələgəlmənin çox əhəmiyyətli həlqəsi – üzvi 
maddələrin sintezi və parçalanması, bioloji əhəmiyyət kəsb edən elementlərin konsentrasiyası, mineralların 
parçalanması  və yenilərinin yaranması, maddələrin miqrasiyası  və akkumlyasiyası  və torpaqəmələgəlmə 
prosesinin mahiyyətini təşkil edən və torpağın əsas xassəsi olan münbitliyin formalşmasını müəyyən edən digər 
hadisələr həyata keçirilir. 
Bununla belə bu qrupların hər birinin torpaqəmələgəlmədə funksiyası müxtəlifdir. 
Yaşıl bitkilər.  Quru səthində  hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO
2
  mənimsəməklə, günəş 
enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 5·3·10
10
 t biokütlə sintez edilir. 
Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır.
 
 
Yaşıl bitkilər, beləliklə, torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir.
 
Onların torpaqəmələgətirici 
kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi 
kütlənin sintezi və  həyat tsikli başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın 
nəticəsi kimi –  torpağın üst qatlarında potensial enerjinin və  bitkilərin qida elementlərinin akkumulyasiyası 
torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
  
Yaşıl bitkilər torpaqdakı mineralların transformasiyasında – bəzilərinin parçalanmasında və yenilərinin 
sintezində, profilin kökyayılan hissəsinin strukturunun formalaşmasında, həmçinin su-hava və istilik rejiminin 
formalaşmasında iştirak edir. Yaşıl bitkilərin torpaqəmələgəlmədə  iştirakının xüsusiyyəti bitkinin tipindən və 
bioloji dövranın intensivliyindən asılı olaraq müxtəlifdir. 
Torpaqşünaslıq nöqteyi-nəzərindən bitki formasiyaları haqqında təlimin  əsasları V.R.Vilyams tərəfindən 
işlənmişdir.
 
Bitki formasiyalarının bölünməsinin  əsas meyarları kimi V.R.Vilyams tərəfindən bitki 
qruplaşmasının tərkibi, torpağa daxil olan üzvi qalıqların xüsusiyyətləri və onun  mikroorqanizmlərin təsiri 
altında  parçalanmasının xarakteri və aerob və anaerob proseslərin müxtəlif nisbəti götürülmüşdür. O, bu 
prosesləri mülayim qurşağın ağac və ot  formasiyalarının timsalında ətraflı şəkildə təsvir etmişdir. 
Hazırda bitki senozlarının torpaqəmələgəlmədə rolunu tədqiq edərkən maddələrin bioloji dövranının 
xarakteri və intensiliyi, həmçinin bioloji rejimi, yəni üzvi maddələrin illik tsikldə torpağa daxil olmasının 
müddəti və tempi də nəzərə alınır. 
Torpaq tədqiqatlarında və ümumiləşdirmələrdə aşağıdakı bitki senozları fərqləndirilir: 
Ağac formasiyaları qrupuna daxildir: tayqa meşələri, enliyarpaq meşələr, rütubətli subtropik meşələr və 
rütubətli tropik meşələr; 
Keçid ağac-ot formasiyaları qrupuna daxildir: kserofit meşələr, savannalar. 
Ot formasiyaları qrupuna daxildir: quru dərə  və bataqlaşmış  çəmənlər, prerilər, mülayim qurşağın 
bozqırları, subtropik kolluqlu bozqırlar. 
Bundan başqa səhra (subborel - vegetasiyanın yay tsikli ilə, subtropik vegetasiyanın qış tsikli ilə və tropik) 
və şibyə-mamır (tundra, bataqlıqlar) formasiyaları xüsusi olaraq ayrılır. 
Adı çəkilən bitki formasiyalarından hər biri öz üzvi maddələrinin tərkibinə, onun torpağa daxil olmasına, 
üzvi maddələrin parçalanmasına və torpağın mineral kütləsi ilə qarşılıqlı əlaqəsinə görə bir-birindən fərqlənir. 
Torpaqəmələgəlmədə senozların rolunu öyrənərkən, tərkibinin, bəzən də formasiyanın yaşının səciyyəsi ilə 
yanaşı, maddələrin bioloji dövranının aşağıdakı göstəriciləri detal şəklində  nəzərə alınır: müşahidə anında 
yerüstü və kök (rizokütlə) hissəyə ayırmaqla bitkilər tərəfindən yaradılan ümumi fitokütlə; fitokütlənin illik 
artımı; illik töküntü; küli tərkib və azotun miqdarı; bioloji dövranın həcmi – fitokütlənin tərkibində kül 
elementlərin və azotun ümumi miqdarı  və onun intensivliyi – fitokütlə artımının tərkibindəki kimyəvi 
elementlərin miqdarı; bioloji dövranın sürəti – küli elementlərin və azotun fitokütlədəki ümumi miqdarının  
onların töküntüdəki miqdarına nisbəti. 
Yer səthində meşə bitkiliyi öz biokütləsinə (10
11
 – 10
12
 t) görə üstünlük təşkil edir. O, tərkibi ağac, kol, ot və 
mamır-şibyə formasiyalarından ibarət çoxkomponentli mürəkkəb biosenoz əmələ gətirir. 
Meşə bitkiliyinin, onun torpaqəmələgəlmədə spesifik rolunu açan əsas xüsusiyyətləri aşağıdakılardır: 
çoxillik həyat tsikli, hər il biokütlənin yalnız bir hissəsinin, meşə döşənəyi (yarpaq, budaq, meyvə, qabıq) 
şəklində əsas hissədən kənarlaşması, güclü şəbəkələnmiş kök sistemi. Zəngin bitki tərkibinə malik  Azərbaycan 
meşələrinin bioloji parametrləri tip xüsusiyyətlərindən (X.H.Muradov, 1970; B.B.Mirzəyev, 1969 ) asılı olaraq 

 
49
böyük ölçülərdə dəyişir (cədvəl 6). 
Meşədə bioloji dövran üçün səciyyəvi cəhət ondan azot və küli elementlərin ağac və kol bitkilərinin 
tərkibində toplanmış biokütlə vasitəsilə uzun müddətə  kənarlaşdırılması, meşə töküntülərinin torpaq səthində 
transformasiyası  nəticəsində meşə döşənəyinin və  tərkibinə görə müxtəlif suda həll olan üzvi və mineral 
məhsulların yaranmasıdır.  
Sonuncuların atmosfer yağıntıları vasitəsilə yuyulması onların torpağın (süxurun) mineral hissəsi ilə  fəal 
qarşılıqlı  əlaqəsindən ötrü əlverişli  şərait yaradır. Suda həll olan məhsulların tərkib və xassələri meşə 
senozunun, torpaq faunası və mikroflorasının tərkibindən, həmçinin atmosfer iqliminin  və torpağın hidrotermik 
rejimindən, torpaqəmələgətirən süxurların tərkibindən asılıdır. Ona görə də müxtəlif şəraitlərdə müxtəlif meşə 
tipləri altında müxtəlif torpaqlar formalaşır. 
 
Cədvəl 6 
 
Azərbaycanın müxtəlif tip meşələrində meşə töküntülərinin və döşənəyinin ehtiyatı 
(X.H.Muradov, 1970; B.B.Mirzəyev, 1969) 
 
Meşənin 
tipi 
Torpaqlar 
Meşənin 
orta yaşı
Oduncaq 
ehtiyatı, 
m
3
/ha 
Meşə 
döşənə-
yinin 
ehtiyatı, 
s/ha 
Meşə 
tökün-
tülərinin 
ehtiyatı, 
s/ha 
Vələs  
Tünd qonur dağ-
meşə 
10 380 198  67 
Vələs  
Dağ meşə çimli-
karbonatlı 
60 - 144 47 
Fıstıq  
Çəmən-meşə 90 
450 43 30 
Fıstıq  
Qonur dağ-meşə 
qalıq karbonatlı 
60 -  88 44 
Palıd  
Yuyulmuş 
qəhvəyi 
70 328  74  38 
Palıd  
Tipik qəhvəyi 70 -  120 48 
 
Ot bitkiliyi biokütləsinə görə (10
10
 – 10
11
) meşə formasiyasında bir qədər geri qalır. Onun fərqli cəhəti  - 
qısaldılmış həyat tsikili (1-3 il), hər il töküntülərlə bir yerdə biokütlənin azot və küli maddələrlə zəngin 40-60%, 
bəzən isə 100% hissəsinin kənarlaşması; töküntülərdə kök sisteminin yüksək çəkiyə (25- 90%) malik olması və 
töküntülərin böyük hissəsinin torpağın mineral hissəsi ilə sıx kontaktda  transformasiyası. Töküntülərin bu cür 
çevrilməsinin əhəmiyyətli cəhəti –  formalaşmaqda olan profilin yuxarı hissəsində  humusun toplanması və azot 
və küli elementlərlə  zəngin strukturlaşmış humuslu horizontların yaranmasıdır. Bu proseslərin intensivliyi ot 
bitkilərinin tərkibindən və onun məhsuldarlığından, bitki qalıqlarının transformasiyasının təbii  şəraitindən 
(iqlim, süxur, relyef) asılıdır.  
Azərbaycan ərazisində yayılmış tipik ot bitki birliklərinin yerüstü və kök kütləsinin ehtiyatı (M.R.Abduyev, 
1966; M.R.Əfəndiyev, 1969) aşağıdakı cədvəldə verilmişdir (cədvəl 7). 
Cədvəl 7 
 
Azərbaycanda ot bitki birliklərinin yerüstü və kök kütləsinin ehtiyatı 
(M.R.Abduyev, 1966; M.R.Əfəndiyev, 1969) 
 
Bitki birlikləri 
Torpaq-
lar 
Bioküt-
lə, s/ha 
Yerüstü 
kütlə 
Kök kütləsi 
s/ha 
biokütlə-
dən %-lə 
s/ha 
biokütlə-
dən %-lə 
 

2 3 4 5 6 7 
Taxıllı-qarışıqotlu 
sıx çimli alp 
çəmənlikləri 
Torflu 
dağ-
çəmən 
149 13  9  136 
91 
Taxıllı alp çəmən-
likləri 
“-----” 294  42  14  252 
86 
Ağbığlı-qırtıclı alp  “-----” 
192 
17 

175 
91 

 
50

2 3 4 5 6 7 
çəmənlikləri 
Xırdaot-müxtəlif-
otlu alp çəmən-
likləri 
“-----” 77  14  18  63 
82 
Taxıllı-müxtəlif-
otlu subalp çə-
mənlikləri 
Çimli 
dağ-
çəmən 
327 36  11  291  89 
Bozqırlaşmış 
topallı subalp 
çəmənlikləri 
“-----” 71  8  11  63  89 
Müxtəlifotlu- 
ağbığlı subalp 
çəmənlikləri 
“-----” 285  22 
8  263  92 
Taxıllı subalp 
çəmənlikləri 
“-----” 348  58  17  290  83 
Taxıllı-müxtəlifotlu 
meşədən sonrakı 
çəmənliklər 
Dağ 
çəmən
meşə 
330 38  11  292  89 
Taxıllı-müxtəlif-
otlu bozqırlar 
Dağ 
qara 
torpaq 
159 39  25  120  75 
Daşdayanlı 
və 
dovşan-topallı-
müxtəlifotlu boz-
qırlar. 
“-----” 
79 29 36 50 64 
Dovşantopallı-
şiyavlı daşdayanlı 
bozqırlar 
Şabalıdı 
44 12 27 32 73 
Yovşanlı-ayrıqatlı 
bozqırlar 
“-----” 
46 25 54 21 46 
Yovşanlı 
yarımsəhralar 
“-----” 
54 20 37 34 63 
Yovşanlı-efemerli 
yarımsəhralar 
Boz və 
boz-
qonur 
103 
25 26 78 74 
Efemerli 
yarımsəhralar 
“-----” 
63 13 20 50 80 
Yovşanlı-sarı-başlı 
səhralar 
Boz-qonur 
şorakət-
vari 
25 5  22  18  78 
Yovşanlı-qarağanlı 
yarımsəhralar 
“-----” 
33 10 33 23 67 
Yovşanlı-şorangəli 
yarımsəhralar 
“-----” 
95 17 18 78 72 
Yovşanlı-efemerli 
şorangəli 
yarımsəhralar 
“-----” 
81 27 33 54 67 
Qarağanlı-erikalı 
yarımsəhralar 
“-----” 
54 35 64 21 36 
Sarıbaşlı-sarsa-
zanlı səhralar 
“-----” 33  3 
9  30  91 
Şorangəli səhralar 
Şorakət
şoran 
14 3  21  11  79 
Cilli-taxıllı  
çəmənlər 
Boz-
çəmən 
120 
32 26 88 74 
Çala çəmənlikləri “-----” 238  7 
3  231  97 
 

 
51
Bu proseslərin intensivliyi ot bitkilərinin tərkibindən və onun məhsuldarlığından, bitki qalıqlarının 
transformasiyasının təbii şəraitindən (iqlim, süxur, relyef) asılıdır.  
Mikroorqanizmlər. Torpaqda müxtəlif qrup mikroorqanizmlər (bakteriyalar, göbələklər, aktinomisetlər) və 
yosunlar inkişaf edir. Onların miqdarı böyük ölçülərdə, 1q torpaqda milyondan milyarda qədər dəyişir.  
Mikroorqanizmlərin ən çox miqdarı rütubətli ekvatorial meşələrin qırmızı-sarı torpaqlarında, ən az miqdarı 
isə tundra torpaqlarındadır. 
Bakteriyalar  – mikroorqanizmlərin torpaqda ən çox yayılmış qrupudur. Onların 1 q torpaqda miqdarı 
torpağın xassələrindən və hidrotermik şəraitdən asılı olaraq on milyondan bir-neçə milyarda kimi dəyişir. 
Qidalanma xüsusiyyətindən asılı olaraq bakteriyalar heterotrof və avtotrof qruplara bölünür.
 
Sərbəst oksigendən 
istifadəsinə görə bakteriyalar iki qrupa bölünür - aerob, yəni sərbərst oksigendən istifadə edən və anaerob, yəni 
sərbəst oksigendən istifadə etməyən. Anaerob bakteriyalar da öz növbəsində iki qrupa bölünür: birinci qrup 
bakteriyalar üçün sərbəst oksigen toksik təsir göstərir, onların məhv olmasına gətirib çıxarır.  İkinci qrup – 
fakultativ-anaerob bakteriyalar sərbəst oksigenə  həssas deyillər. Bakteriyalar torpaqda mineral və üzvi 
birləşmələrin müxtəlif çevrilmə proseslərini həyata keçirir. 
Aktinomisetləri (Actinomycetes) bəzən şüalı göbələklər də adlandırırlar. Bu canlılar karbon mənbəyi kimi 
müxtəlif üzvi birləşmələrdən istifadə edirlər. Onlar sellülozu, liqnin və torpağın çürüntü maddəsini parçalamaq 
imkanına malikdir. Aktinomisetlər neytral və  zəif qələvi reaksiyaya malik, üzvi maddələrlə  zəngin və yaxşı 
becərilən torpaqlarda daha yaxşı inkişaf edir. Aktinomisetlərə proaktinomisetlər, mikobakteriyalar, 
mikromonosporlar və mikokokilər aiddir. 
Göbələklər  – torpaqda, xüsusən də onun ölü bitki qalıqları (meşə döşənəyi, töküntülər və s.) ilə  zəngin 
horizontlarında (1 q torpaqda 1 milyona qədər) məskunlaşmış sapaoxşar heterotrof saprofit 
mikroorqanizmlərdir. Göbələklər üzvi
 
birləşmələrin minerallaşmasında və humuslaşmasında fəal iştirak edir. Bu 
zaman parçalanma prosesində bir qrup göbələkləri ardıcıl olaraq başqa qrup göbələklər əvəz edə bilər. 
Göbələklər müxtəlif turşu birləşmələri (limon, oksalat, sirkə və başqa turşuları) sintez edir. Onların ardıcıl 
fəaliyyəti fulvo turşulu humusun yaranmasına gətirib çıxarır. Göbələklərin bu qabiliyyəti onların mineralları fəal 
parçalmaq qabiliyyətində də  özünü göstərir. Torpaq göbələkləri arasında kənd təsərrüfatı bitkiləri üçün ziyanlı 
olan və    bir  sıra xəstəlikləri törədən növlər də geniş yayılmışdır. Düzgün əkin dövriyyəsi mədəni bitkilərdə 
göbələk xəstəliklərinin inkişafına əngəl törədir. 
Göbələklərin bir çox növləri ali bitkilərlə simbioz yaradaraq bitkiləri qida maddələri ilə təmin edir. 
Azərbaycan torpaqlarında mikroorqanizmələrin miqdarı, tərkibi və yayılması torpaqların zonal 
xüsusiyyətlərindən, onların qranulometrik tərkibindən, humusluluq və  mədənilik dərəcəsindən asılıdır. Bunu 
A.Q.Pakusin, Q.S.Qasımova, M.A.Hacıyev və başqalarının tədqiqat materialları əsasında hazırlanmış aşağıdakı 
cədvəldən də görmək mümkündür (cədvəl 8). 
 
 
Cədvəl 8 
Azərbaycanın əsas torpaqlarında ayrı-ayrı mikroorqanizm 
qruplarının miqdarı 
(A.Q.Pakusin, Q.S.Qasımova, M.A.Hacıyev) 
 
Torpaqlar 
Mikroorqanizmlər,  torpaqda min./q -la 
Mikroor-
qanizmlə-
rin 
ümumi 
miqdarı 
Bakteri-
yaların 
ümumi 
miqdarı 
Spor-
törədən 
bakteri-
yalar 
Akti-
nomi-
setlər 
Göbə-
ləklər 
 
1 2 




Dağ-çəmən                
xam 
becərilən 
 
2722 
3356 
 
2227 
2803 
 
360 
470 
 
460 
530 
 
35 
23 
Qonur dağ-meşə  
xam 
becərilən 
 
2066 
3842 
 
1603 
3280 
 
407 
527 
 
445 
564 
 
18 

Dağ qaratorpaq  
xam 
becərilən 
 
3507 
3821 
 
2507 
2553 
 
407 
529 
 
990 
1260 
 
10 

Qəhvəyi dağ-meşə  
xam 
 
3510 
 
2592 
 
278 
 
889 
 
29 

 
52
1 2 




becərilən 
5382 3784  712 1579 19 
Boz-qəhvəyi              
xam 
becərilən 
 
1601 
2901 
 
826 
1724 
 
147 
192 
 
744 
1154 
 
31 
23 
Qədimdən 
suvarılan boz 
xam 
becərilən 
 
 
2453 
5521 
 
 
1135 
3916 
 
 
198 
491 
 
 
1287 
1567 
 
 
31 
38 
Boz-qonur 
xam 
becərilən 
 
2872 
3357 
 
1906 
2129 
 
388 
589 
 
965 
1228 
 

0,5 
Çəmən-boz                
xam 
becərilən 
 
2500 
3620 
 
1650 
2850 
 
360 
370 
 
800 
710 
 
50 
60 
Çəmən                       
xam 
becərilən 
 
4801 
9196 
 
3530 
6716 
 
344 
780 
 
1246 
2440 
 
25 
40 
Sarı dağ-meşə 
xam 
becərilən 
 
2208 
3574 
 
1182 
1717 
 
174 
300 
 
969 
1818 
 
57 
39 
Podzollaşmış sarı 
xam 
becərilən 
 
2518 
3095 
 
1786 
2295 
 
211 
324 
 
681 
757 
 
51 
43 
Bataqlıq                    
xam 
becərilən 
 
3479 
4053 
 
2248 
2312 
 
314 
307 
 
1173 
1705 
 
58 
36 
 
 
Yosunlar. Yosunlar əksər torpaqlarda, əsasən də üst horizontlarda geniş yayılmışdır. Bataqlıq 
torpaqlarda və düyü tarlalarında yosunlar aerasiyanı yaxşılaşdırır, həll olmuş CO
2
 mənimsəyir və suyu oksigenlə 
zənginləşdirir. 
Yosunlar süxurların aşınmasında və ilkin torpaqəmələgəlmə proseslərində fəal  iştirak edir. 
Şibyələr göbələk və yosunların simbiozundan ibarətdir. Göbələk yosunu su və onda həll olmuş mineral 
maddələrlə, yosun isə göbələyi karbohidratlarla təmin edir.  
Şibyələr göbələk qılcıqları vasitəsilə dağ süxurlarına daxil olduqları üçün onları ekoloji baxımdan litofitlərə 
aid edirlər. Dağ süxurları üzərində  şibyələrin məskən salması ilə intensiv bioloji aşınma və ilkin 
torpaqəmələgəlmə prosesi başlayır. 
Mikrobioloji senozların formalaşması və mikroorqanizmlərin fəaliyyətinin intensivliyi torpağın hidrotermik 
rejimindən, onun reaksiyasından, torpaqdakı üzvi maddələrin kəmiyyət və keyfiyyətindən, aerasiya şəraitindən 
və mineral qidalanmadan asılıdır.  Əksər mikroorqanizmlər üçün hidrotermik şəraitin torpaqda optimumu 
aşağıdakı kimi səciyyələnir: temperatur – 25-35
0
, nəmlik  - təqribən  torpağın tam tarla sututumunun 60%-ni 
təşkil edir. 
Bütün qrupdan olan mikroorqanizmlər mühit reaksiyası neytrala yaxın olduğu zaman daha fəal olur. Əksər 
bakteriyalar, xüsusən də torpağın münbitliyi üçün böyük əhəmiyyət kəsb edən nitrifikasiya bakteriyaları, azot 
fiksatorlar və kök yumrusu bakteriyaları turş reaksiyada məhv olur. Mühitin turş reaksiyasına göbələklər daha 
dözümlüdür. Aerasiyanın pisləşməsi və reduksiya proseslərinin inkişafı aerob mikroorqanizmlərin fəaliyyətini 
söndürür. Bu da üzvi qalıqların konservasiyasına və anaerob proseslərin nəticəsi kimi bitki üçün toksiki olan 
maddələrin (dəmir və manqanın iki valentli birləşmələri, H
2
O) yaranmasına gətirib çıxarır. Mikroorqanizmlərin 
inkişafı üçün torpaqdakı üzvi qalıqların xüsusi əhəmiyyəti vardır, çünki mikroorqanizmlərin böyük əksəriyyəti 
heteretrofdur. Onlar üçün üzvi maddə enerji, azot, karbon və başqa əhəmiyyətli elementlərin mənbəyidir. Üzvi 
maddələrin mikroorqanizmlərin sayına və onların torpaqdakı  fəallığına təsiri bu maddələrin miqdarından və 
tərkibindən asılıdır. Zəngin zülal və  həll olan karbohidrat tərkibli bitki qalıqları mikroorqanizmlər üçün daha 
əlverişli hesab olunur. Torpaq profilində mikroorqanizmlərin paylanması humusun miqdarından və  təzə üzvi 
qalıqların torpağa daxil olmasından asılıdır. Ona görə  də mikroorqanizmlərin maksimal miqdarı üst 
horizontlarda, xüsusən də üzvi birləşmələrlə zəngin kökətrafı sahədə (rizosferdə) müşahidə olunur. 
Mikroorqanizmlər və torpaqəmələgəlmə. Mikroorqanizmlər torpaqəmələgəlmə prosesində maddə  və 
enerjinin çevrilməsi ilə bağlı çox mühüm və çoxcəhətli funksiyalar həyata keçirir. Onlar aşağıdakılardır:  üzvi 
qalıqların transformasiyasında, torpağın üzvi və mineral birləşmələrinin komponentlərindən müxtəlif adi 
duzların yaradılmasında, torpaq minerallarının parçalanmasında və yenilərinin yaradılmasında, həmçinin 

 
53
torpaqəmələgəlmə məhsullarının akkumulyasiyasında iştirak etmək. Mikroorqanizmlərin fəaliyyəti – maddələrin 
bioloji dövranında zəruri halqadır. Bəzi mikroorqanizmlər atmosfer azotunu mənimsəmə qabiliyyətinə malikdir. 
Mikroorqanizmlər tərəfindən maddələrin çevrilməsi prosesi müxtəlif qrup fermentlərin iştirakı ilə  həyata 
keçirilir. Belə ki, hidrolaz qrupundan olan fermentlər zülalların, karbohidratların, lipidlərin, qətranın, aşı 
maddələrinin nisbətən sadə üzvi birləşmələrə kimi hidroloji parçalanmasını  həyata keçirir. Oksidləşmə - 
reduksiya fermentləri (oksidoreduktazalar) üzvi birləşmələrin oksidləşmə və reduksiya proseslərini sürətləndirir. 
Torpağın biokimyəvi, qida, oksidləşmə-reduksiya, hava rejimlərinin formalaşması  və dinamikası da 
bilavasitə mikroorqanizmlərin fəaliyyəti ilə  əlaqədardır. Bütün bunlar torpaqəmələgəlmə proseslərində    və 
torpaq münbitliyinin formalaşmasında mikroorqanizmlərin xüsusi rol oynadığını sübut edir. 
Üzvi maddələrin çevrilməsi mikroorqanizmlərin iştirakı ilə üzvi qalıqların parçalanması, tam 
minerallaşmamış bitki qalıqları komponentlərinin humuslaşması və konservləşməsi proseslərindən ibarətdir. Bu 
proseslərin inkişafı üzvi qalıqların tərkibindən və onların çevrilməsi şəraitlərindən (hidrotermik və oksidləşmə-
reduksiya rejimlərindən, mühit reaksiyasından) asılıdır. 
Üzvi qalıqların bəsit mineral birləşmələrə kimi parçalanması heteretrof orqanizmlər tərəfindən həyata 
keçirilir. Bu əhəmiyyətli proses torpaqda həm aerob, həm də anaerob şəraitdə baş verə bilər. 
Aerob mikroorqanizmlər bitki və mikroorqanizmlərin tərkibinə daxil olan zülalların, yağların, karbohidrat 
və başqa mürəkkəb üzvi birləşmələrin ammonyak, su və karbon qazı səviyyəsinə kimi  oksidləşməsini həyata 
keçirir. Torpaqda sporəmələgətirən (Bac.mycoides, Bac.subtilis və s.) və sporəmələgətirməyən (Pseudomonas 
fluorescens, Pseudomonas pyacyanea və s.) bakteriyalar geniş yayılmışdır. Üzvi qalıqların çevrilməsində 
əhəmiyyətli rol həmçinin göbələklərə  və aktinomisetlərə  məxsusdur. Minerallaşmaya təkcə bitki və heyvan 
mənşəli üzvi qalıqlar məruz qalmır, bu proses torpağın xüsusi üzvi maddəsi olan humusu da əhatə edir. 
Anaerob bakteriyaların həyat fəaliyyəti bitki və mikrob mənşəli hüceyrə komponentlərinin çürüdülməsinə, 
həmçinin bəsit, lakin oksidləşməmiş üzvi, sonra isə mineral birləşmələrin yaradılmasına yönəlmişdir. 
Bitkinin azot qidalanması üçün əlverişli  şəraitin yaradılmasında  ammofikasiyanın – zülal birləşmələrinin 
ammonyaka qədər parçalanmasının əhəmiyyəti olduqca böyükdür. Bu proses aşağıdakı ardıcıllıqla baş verir: 
 
Zülal  →  amin turşuları  →  NH
3
 + azotsuz üzvi birləşmələr 
 
 
Bu proses həm aerob, həm də anaerob heterotroflar tərəfindən həyata keçirilir.  
   Karbohidratların müxtəlif tip qıcqırması, həmçinin torpağın münbitliyinin formalaşmasında olduqca 
əlverişsiz hesab edilən denitrifikasiya və desulfofikasiya prosesləri də anaerob bakteriyaların fəaliyyəti ilə 
bağlıdır. 
 
Mikroorqanizmlərin humuslaşma (humus maddəsinin əmələ gəlməsi) prosesində iştirakı üzvi qalıqların 
parçalanması zamanı humus maddəsinin sintezi üçün komponentlərin yaradılmasında və onların 
transformasiyasında ( biokimyəvi oksidləşmə), bu komponentlərin daha bəsit birləşmələrdən resintezində özünü 
göstərir. 
Yarıparçalanmış üzvi qalıqların konservasiyası torfəmələgəlmə prosesinin inkişafı ilə  əlaqədardır. Bu 
proses aerob və anaerob mikroorqanizmlərin təsiri altında, zəif aerasiya və izafi nəmlik şəraitində baş verir. 
Mikroorqanizmlərin mineralların parçalanmasında və yeni mineralların  əmələgəlməsində  iştirakı
Mikroorqanizmlər torpaq minerallarının parçalanmasında və yeni mineralların yaranmasında fəal iştirak edir. Bu 
zaman torpağı  təşkil edən mineralların parçalanma mexanizmi müxtəlifdir. Mikroorqanizmlərin oksidləşmə-
reduksiya fermentlərinin, həmçinin onların həyat fəaliyyətlərinin selikli və turş  məhsullarının təsiri altında 
parçalanması baş verir. Mikrobların fəaliyyəti nəticəsində yaranmış karbonun təsiri altında karbonatların 
parçalanması da bu səpkidən götürülə bilər. Göründüyü kimi mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulu 
olan mineral və üzvi mənşəli turşuların təsiri altında mineralların parçalanması baş verir. 
İzafi nəmlik və anaerobioz şəraitdə  dəyişkən valentli elementlərin (Fe, Mn və s.)  reduksiyasına gətirib 
çıxaran biokimyəvi bərpa prosesi yaranır. Bu proseslər humid vilayətlərin (tundra, tayqa-meşə zonası, rütubətli 
tropik və subtropiklər) torpaqlarında yayılmış qleyəmələgəlmə prosesinin əsasında durur. Qleyəmələgəlmə 
nəticəsində mineralların parçalanması və ya  başqa minerallara çevrilməsi baş verir.  
Torpaqəmələgəlmənin mineral məhsullarının miqrasiyası  və akkumulyasiyası hadisəsi də fermentativ 
oksidləşmə-reduksiya prosesinin inkişafı ilə  bilavasitə bağlıdır. 
Mikroorqanizmlərin ifraz etdiyi bir sıra üzvi birləşmələr minerallara helatedici təsir ( mineral kationlarını 
birləşmələrin həll olan komplekslərinə birləşdirirlər) göstərirlər. Bu da onların miqrasiyasını təmin edir. Dəmir, 
alüminium və manqanın miqrasiya prosesləri məhz bu cür kompleksəmələgəlmə ilə bağlıdır. 
Tədqiqatlar göstərir ki, yeni törəmiş mineral formalarının  əmələ  gəlməsi, müxtəlif elementlərin 
akkumulyasiyası, kalsitin yaranması, biotitin vermikulitə çevrilməsi, sodaəmələgəlmə  və s. mikrobioloji 
proseslərlə bağlıdır. 
Atmosferin molekulyar azotunun bioloji fiksasiyası iki qrup bakteriyalar tərəfindən həyata keçirilir: 
sərbəst yaşayan aerob və anaerob və paxlalı bitkilərlə simbiozda yaşayan kök bakteriyaları. Birinci qrupa daxil 

 
54
olan aerob bakteriyalardan Azotobacter, anaerob bakteriyalardan isə  Clostridiumu göstərə bilərik. Kök 
bakteriyalarının ardıcıl fəaliyyəti üçün zəif turş  və neytral
 
reaksiyaya malik yaxşı aerasiya olunmuş torpaqlar 
əlverişli hesab olunur. Azot fiksator bakteriyalarının fəaliyyəti kənd təsərrüfatında istifadə olunan torpaqların 
ümumi azot balansında böyük əhəmiyyətə malikdir. Ona görə  də kök bakteriyalarının fəaliyyətini 
yaxşılaşdırmaq məqsədilə torpaqların mədəniləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Kök bakteriyalarının 
sayını artırmaqdan ötrü torpağa bakterial preparat – nitragin verilir. 
Adı çəkilən bakteriyalarla yanaşı torpaqda yaşayan başqa bakteriyalar, həmçinin  bəzi göbələk növləri və 
aktinomisetlər də atmosferin molekulyar azotunu mənimsəmək qabiliyyətinə malikdir. 
Torpaqda yaşayan mikroorqanizmlərin qarşılıqlı münasibəti. Torpaqda yaşayan bütün 
mikroorqanizmlər arasında, həmçinin mikroorqanizmlərlə bitkilər arasında münasibətlərin dörd əsas tipi 
mövcuddur: simbioz, metabioz, antaqonizm, parazitizm. 
Simbioza tipik nümunə olaraq göbələk və yosunun birgə yaşayışını göstərə bilərik. Bu yaşayış nəticəsində 
daha mürəkkəb və təbii şəraitə daha çox uyğunlaşmış bitki orqanizmləri – şibyələr yaranır. Simbioza daha bir 
əyani nümunə göbələklə ali bitkinin birgə yaşayışı ola bilər. Bu zaman göbələk bitkinin kökündə mikoriz əmələ 
gətirir. Simbioz əlaqəni kök bakteriyaları ilə paxlalı bitkilərin birgə yaşayışında da görmək mümkündür. 
Mikroorqanizmlər arasında torpaqda daha geniş yayılmış qarşılıqlı münasibət tipi metabiozdur. Metabioza 
tipik nümunə - azot bakteriyası ilə sellüloza parçalayan bakteriyalar arasındakı qarşılıqlı münasibəti göstərə 
bilərik. Bu zaman orqanizmlərin həyat fəaliyyəti nəticəsində qarşılıqlı inkişaf üçün əlverişli şərait yaranır. 
Torpaqda üzvi maddələrin sürətli minerallaşması müxtəlif qrupdan olan mikroorqanizmlərin birgə  həyat 
fəaliyyəti nəticəsində  həyata keçir. Ammonyakı azot turşusuna oksidləşdirən birinci faza nitrifikasiya 
bakteriyaları olmadan ikinci faza nitrifikasiya bakteriyalarının torpaqda inkişafı mümkün deyildir. 
Mikroorqanizmlər arasında antoqonist  münasibətlər onunla səciyyələnir ki, bir qrup mikroorqanizmlər 
mühitə başqa qrup mikroorqanizmlərin inkişafına mane olan və ya onu ləngidən maddələr ifraz edir. Məsələn, 
aktinomisetlərin ayrı-ayrı növləri bəzi bakteriyaların inkişafının qarşısını alan maddələr (antibiotiklər, toksinlər 
və s.) buraxır. Mikroorqanizmlər aləmində  parazitizm hadisəsi geniş yayılmışdır. Tədqiqatçılar tərəfindən 
bakteriyaların hüceyrələrinə daxil olan və onu məhv edən parazit – bakteriyanın (Bdellovibrio) təsviri 
verilmişdir.  
Torpaqda mikrobioloji proseslərin intensivliyinə aqrotexnikanın təsiri. Mikrofloranın miqdarı  və 
tərkibi, həmçinin mikrobioloji proseslərin intensivliyi torpağın təbii vəziyyətindən və insanın torpağa istehsal 
təsirindən asılıdır. 
Torpağın becərilməsi, xüsusən də  şumlanması onun su, hava və istilik rejiminə  təsir göstərir. Torpaqda 
əlverişli şəraitin yaradılması mikroorqanizmlərin inkişafını gücləndirir.   
Torpaqda mikrobioloji fəallığı müəyyən edən  əhəmiyyətli amil üzvi və mineral gübrələrin verilməsidir. 
Üzvi gübrələr torpaqda mikroorqanizmlərin inkişafına və onların bioloji fəallığına həmişə müsbət təsir göstərir. 
Peyinin sistematik verilməsi torpaqdakı mikroorqanizmlərin ümumi miqdarını  əhəmiyyətli dərəcədə artırır. 
Mineral gübrələr mikroorqanizmlərin inkişafını stimullaşdırır və bu da torpağın üzvi maddəsinin parçalanmasını 
sürətləndirir. Qeyd etmək lazımdır ki, torpaqda üzvi birləşmələrin və humusun az olduğu  şəraitdə mineral 
gübrələrin uzun müddət verilməsi mikroorqanizmlərin tədricən azalmasına gətirib çıxarır. Lakin mineral 
gübrələrin üzvi gübrələrlə birgə uzun müddət verilməsi torpağın yüksək bioloji fəallığını təmin edir. 
Torpaqda mikrofloranın tərkibini, sayını və həmçinin mikrobioloji proseslərin xarakterini müəyyən edən ən 
əhəmiyyətli amil torpaq mühitinin reaksiyasıdır. Belə ki, həm turş, həm də izafi qələvi torpaqlar mikroflora və 
ali bitkilər üçün əlverişsiz hesab edilir. Turş torpaqların əhəngləşdirilməsi torpaqdakı bakteriyaların miqdarını 
kəskin surətdə artırır. Torpağın qələviliyini azaltmaqdan ötrü isə ona gips verilir. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin