BİBÖ cədvəli: Müəllim dərsə “beyin həmləsi” strategiyası ilə başlayır. Şagirdləri cütlərə ayırdıqdan sonra sinfə sual verilir.
Delfinlər haqqında nə bilirsiniz?
Cütlər bu sual ətrafında işləyirlər. Bildiklərini kağıza qeyd edirlər. Həmin vaxt ərzində müəllim aşağıda verilmiş cədvəli yazı taxtasında çəkir. Cütlər verilən sualla əlaqədar müəllimlə öz fikirlərini bölüşürlər. Ümumi razılığa gələrək fikirlər yazı taxtasındakı cədvələ “ Biz nəyi bilirik?” sualı altında yazılır. Sonra müəllim yeni sualla şagirdlərə müraciət edir. Delfinlər haqqında daha nələri bilmək istərdiniz?
Şagirdlər yenə də öz aralarında fikir mübadiləsi edir və hər qrup öz fikrini söyləyərək yazı lövhəsindəki cədvələ qeyd edirlər.
Müəllim mətni şagirdlərə paylayır. Mətni oxuduqca şagirdlər. Öyrəndiklərimiz suallına cavab axtarırlar və öz cədvəllərində qeyd edirlər.
Mətni oxuduqdan sonra qruplar yeni öyrəndiklərini yazı taxtasındakı cədvələ qeyd edirlər.
Bilirik İstəyirik bilək Öyrəndik
Venn diaqramı. Kəsişən çevrələr üzərində bir və ya bir neçə obyekti müqayisə etməyə imkan verir Çevrələrin kəsişən hissəsində obyektlərin oxşar cəhətləri, kənar hisssələrdə isə fərqli cəhətləri qeyd olunur..
30. Dərs təlimin əsas təşkili forması kimi Məktəblər yaranandan bəri təlimin təşkilinin müxtəlif formalarından istifadə olunmuşdur. Orta əsrlərdə fərdi təlim, XVIII əsrdə İngiltərədə Bell-Lankasterin qarşılıqlı təlim sistemi mövcud olmuşdur.Daha sonralar ABŞ-da Dalton plan sistemi, Rusiyada layihələr üsulu kimi formalardan istifadə olunmuşdur. Bu sistemə görə yaxşı oxuyan böyük yaşlı şagirdlər müəllimin köməkçisi olaraq onun göstərişinə uyğun şəkildə kiçik yaşlı şagirdləri öyrətmişlər .
Müasir dövrdə Avropada müxtəlif təlim sistemləri tətbiq olunur. Məsələn: Almaniyada Manheym sistemi (şagirdləri qabiliyyətinə görə qruplaşdırmaq), Amerikada Trampa plan sistemi tətbiq olunmuşdur. Trampa plan sisteminə görə şagirdlər təlim vaxtının 40 faizini 100-150 nəfərlik böyük qruplarda, 20 faizini 10-15 nəfərlik kiçik qruplarda keçirməli, 40 faizini isə müstəqil işlərə həsr etməli idilər.
Təlimin əsas təşkili forması dərsdir. XVII əsrdə meydana gələn və bu günə qədər davam edən sinif dərs sisteminin banisi Y.A.Komenski hesab olunur. İlk dəfə olaraq Komenski “Böyük didaktika” adlı əsərində sinif-dərs sisteminin nəzəri və praktik əsaslarını işləyib hazırlamışdır. Dərsin bir sıra əlamətləri var:
-Dərs təxminən eyni yaş və hazırlıq səviyyəsinə malik sabit tərkibli şagirdləri əhatə edir;
-Dərs cədvəl üzrə təşkil edilir;
-Hər bir dərs yalnız bir fənnə həsr olunur;
-Dərs müəllimin rəhbərliyi altında həyata keçirilir; -Dərsdə şagirdlərin idrak fəallığı təmin olunur;
-Dərsdə tədris proqramının müəyyən bir mövzusu və ya mövzunun bir hissəsi öyrədilir;
-Dərsdə vaxta ciddi əməl edilir (45 dəqiqə)
Deməli eyni yaşlı şagirdlərlə, sabit cədvəl üzrə , müəllimin rəhbərliyi altında , müəyyən vaxt ərzində proqramı uyğun təşkil edilən məşğələyə dərs deyilir.
Dərsin aşağıdakı tipləri vardır:
Yəni bilik, bacarıq və vərdişləri mənimsədən dərs. Belə dərslərdə yeni fakt və hadisələr, qaydalar, qanunauyğunluqlar, teoremlər öyrədilir. Bununla yanaşı ev tapşırıqları da yoxlanılır, təkrarlama müsahibəsi də aparılır;