Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Ənənəvi təhsildə təlim prosesi fəaliyyət kimi müstəqilliyin və yaxud



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   2   3   4   5   6   7   8   9   ...   69
Pedaqogika imtahan cavabları

Ənənəvi təhsildə təlim prosesi fəaliyyət kimi müstəqilliyin və yaxud 
məktəblinin tədris əməyinin zəif motivasiyası ilə xarakterizə olunur. Şagirdin 
təlim fəaliyyətinin tərkibində aşağıdakılar mövcuddur: 
-Müstəqil məqsədə yönəlmə məhduddur, təlimin əsas məqsədini müəllim 
müəyyən edir;
-Fəaliyyətin planlaşdırılması kənardan aparılır, şagirdin arzusunun əksinə olaraq 
bu və ya digər bilik, bacarıq ona məcburən yeridilir; 
-Uşaq fəaliyyətinin nəticəsi və qiymətləndirilməsi onlar tərəfindən yox, müəllim, 
yaxud digər yaşlılar tərəfindən aparılır. 


3. Müasir təlim texnologiyalarını dəyərləndirin. 
Müasir pedaqogika peşə kompetensiyalarının və özünütəhsil bacarıqlarının 
formalaşmasına güclü təsir göstərən şəxsiyyətyönümlü innovativ pedaqoji 
texnologiyalardan istifadəni zamanın tələbi kimi qeyd edir. Bu texnologiyaların 
əsas hissəsi fəal təlim metodlarıdır. Hazırda “avtoritar”, müəllimyönümlü 
yanaşmadan daha çox, yaradıcı təfəkkürünün inkişafına yönələn “subyekt-
subyekt” münasibətləri üzərində qurulan “şagirdyönümlü”, dialoji təlimə 
üstünlük verilir. Müasir təlim texnologiyaları hafizəyə əsaslanan ənənəvi 
təlimdən fərqli olaraq birbaşa təfəkkürə köklənir. Məhz bu texnologiyalar 
şagirdlərin artıq orta məktəbdən real peşə problemlərinin həllinə qadir
rəqabətədözümlü şəxsiyyət kimi formalaşmasına şərait yaradır. Fəal təlim 
metodları bir sıra təlim məqsədlərinə nail olmaq üçün güclü vasitədir. Didaktik 
nöqteyi-nəzərdən idrak fəaliyyətinin, dünyagörüşünün genişlənməsi, bilik və 
bacarıqların təcrübədə tətbiq edilməsi, yaradıcı müstəqillik və peşəkarlıq kimi 
keyfiyyətlərin yaranması fəal təlimin əsas üstünlüyüdür. Fəal təlimin digər 
təqdirəlayiq xüsusiyyətlərindən biri də şagirdlərin cəmiyyətə hazırlığı, ünsiyyət 
qurması, 
fikirlərini 
ifadə 
etməsi, 
dinləmə, 
inandırma, 
sübutetmə, 
özünüidarəetmə, empatiya, tolerantlıq kimi keyfiyyətlərə yiyələnməsidir. Müasir 
təlim texnologiyaları təkcə təlimdə deyil, eləcə də tərbiyə sahəsində 
müstəqilliyin, fəallığın, kollektivdə işləmək, əməkdaşlıq etmək, ünsiyyət qurmaq 
və s. kimi bacarıqların formalaşmasına zəmin yaradır. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin