Dərhalreaksiyayaradanteleviziyamarketinqi. Birbaşa marketinqin bu forması televiziyada əks əlaqə yaradılmasını təmin edən pulsuz telefon xəttinə malik olan reklamların yayılmasını nəzərdə tutur. Belə ki, televiziyada məhsul haqqında reklam verilir. Reklamda satıcının telefon nömrəsi göstərilir. Həmin nömrəyə zəng etməklə əmtəəni sifariş edirlər və ya məhsul haqqında zəruri məlumatlar əldə edirlər. Firmalar bu marketinq formasına çox tez-tez müraciət edirlər və onun populyarlığı getdikcə artır. Bəzən hər hansı bir televiziya kanalında məhsulların satışı üzrə ixtisaslaşmış televiziya proqramı fəaliyyət göstərir. Belə proqramlar telemaqazin kimi xarakterizə olunurlar və məhsul satışında çox güclü rola malikdirlər.
Son illərdə televiziya marketinqindən istifadə sürətlə inkişaf etməyə başlanmışdır. Telemarketinqdən stifadə əsasən iki formada təşkil olunur:- sənədli film prinsipi ilə hazırlanmış infoçarxlar və telemağazalar.
Bir sıra firmalar telemarketinqi sənədli film prinsipi ilə xüsusi hazırlanmış tematik, 30 və 60-dəqiqəlik infoçarxlar şəklində (siqaret çəkmə, saçların tökülməsi və ya artıq çəki problemi) uğurla həyata keçirirlər. Bu filmlər özündə hər hansı məşhur bir şəxsin tövsiyyə və göstərişlərini, əmtəəni sifariş etmək və ya əlavə məlumat almaq üçün pulsuz əlaqə telefonlarını əks etdirir. Bu forma mürəkkəb və bahalı əmtəə və xidmətlərin satışı üçün daha uyğundur. Ona görə də infoçarxlardan Philips, Humana, Healthcare, Bose və s. kimi kompaniyalar da istifadə edirlər .
Telemağazaların fəaliyyəti müstəsna olaraq əmtəə və xidmətlərin satışına istiqamətlənmiş xüsusi proqramlar və ya telekanallardır. Məsələn, sutka ərzində işləyən HomeShopping Network (HSN) telemağaza şəbəkəsinin rəhbərləri uyğun qiymətlərlə geniş çeşiddə əmtəələr təqdim edirlər:- zərgərlik məmulatları, işıqlandırıcı lampalar, kolleksiya gəlincikləri, elektroalətlər və s. Tamaşaçıya ekranda göstərilən pulsuz nömrədən zəng edib bəyəndikləri əmtəəni sifariş etmək yetərlidir və kompaniyanın nümayəndələri həmin məhsulu 48 saat ərzində ona çatdıracaqlar(5).