İnteraktiv marketinq. Müasir dövrdə birbaşa marketinqin ən sürətlə inkişaf edən istiqamətlərindən biri elektron kommunikasiyalardan, kompüter şəbəkəsindən, internetdən istifadə etməklə həyata keçirilən interaktiv marketinqdir. Birbaşa marketinqin bü forması satıcı ilə alıcı arasında ikitərəfli qarşılıqlı əlaqəni təmin edir. Bu əlaqə olduqca sürətlə baş verir və iki istiqamətdə həyata keçirilir: operativ kommersiya xidməti və İnternet. Birinci halda alıcılar kompüter vasitəsilə xüsusi xidmət göstərən təşkilatların xidmətindən istifadə edirlər. Belə xidmətlərə kataloq üzrə mal almaq, bilet sifariş vermək, idman məlumatları əldə etmək, turizm səyahəti ilə bağlı sifarişlər vermək, müxtəlif bank əməliyyatlarını həyata keçirmək, mehmanxanalarda yer sifariş vermək, müvəqqəti istifadə üsün avtomobil sifariş etmək, müxtəlif əyləncəli proqramlarda iştirak etmək, hava haqqında məlumat əldə etmək, elektron poçt vasitəsilə informasiya mübadiləsini həyata keçirmək və s. bu kimi xidmətləri aid etmək olur. Bu cür xidmətlərdən istifadə aylıq ödənişlər edilməklə həyata keçirilir.
İqtisadiyyatda, eləcədə informasiya və kommunikasiya texnologiyalarında baş verən mütərəqqi dəyişikliklər interaktiv marketinqə öz ciddi təsirini göstərmiş, onun yeni sahələrinin yaranmasına və sürətli inkişafına səbəb olmuşdur. Son dövrdə marketinqə həsr olunmuş ədəbiyyatlarda interaktiv marketinqin yeni istiqamətləri kimi elektron marketinq, elektron biznes və elektron ticarət terminlərinə tez – tez rast gəlinir və onların kifayət qədər izahı verilmişdir.
Elektron marketinq.. Bu birbaşa marketinqin ən yeni kanallarından biridir. Bu gün internet informasiya və əyləncə mənbəyi, kommunikasiya kanalı, transaksiyaların həyata keçirildiyi kanal və hətta distribyuter kanalı kimi fəaliyyət göstərir. E–marketinqin əsas texnikası istehlakçılar tərəfindən icazə verilən marketinqdir. Bu termini təklif edən Seth Gordinin yazdığına görə, Ümumdünya şəbəkəsində tələbin stimullaşdırılması çox vaxt «zorla soxulan maarketinq» kimi xarkterizə edilir. Bu metodun effektivliyi zəifləyir, belə ki, getdikcə daha çox kompaniya daha çox diqqət cəlb etməyə çalışaraq, Şəbəkədə «reklam basırığı» yaradırlar ki, bu da daha az istifadəçini əhatə etməklə nəticələnərək tərsinə effekt yaradır.
Gordinin dediyinə görə, «Zorla soxulma reklamından» fərqli olaraq, e-poçtu vasitəsilə marketinq modeli istifadəçidən onun elektron poçtuna hər hansı məlumatın göndərilməsi üçün icazə alınmasını nəzərdə tutur. Gordin icazələr marketinqini görüş təyin etməklə müqayisə edir; əgər kompaniya özünü ədəblə aparırsa və ilk əlaqələrdən etibar qazanırsa, müştərilər növbəti əlaqələr üçün də etiraz etməyəcəklər. Nəticədə isə istehlakçıların icazəsi ilə aparılan marketinq gözlənilən olur. Kommunikasiya üçün icazəsi olan satıcı təklifinə olan reaksiyaların səviyyəsi internet-bannerlərinə olan reaksiyaların səviyyəsindən 10 dəfə çoxdur .
Elektron poçtundan istifadə üzrə həyata keçirilən marketinq kampaniyası müştərilərlə qarşılıqlı münasibətlərin gücləndirilməsinə və satışın artırılmasına kömək edir. E-poçtu üzrə xərclər birbaşa poçt göndərişlərinə çəkilən xərclərlə müqayisədə çox azdır.