План: Birbaşa marketinqin mahiyyəti, kommunikasiya sistemində onun yeri və rolu



Yüklə 285 Kb.
səhifə7/10
tarix16.01.2023
ölçüsü285 Kb.
#79322
1   2   3   4   5   6   7   8   9   10
M-vzu-62

Elektron biznes. E-biznes firmaların biznes fəaliyyətinin elektron vasitələrdən və texnologiyalardan, xüsusəndə internetdən istifadə etməklə aparılmasını nəzərdə tutur. İnternet firmalara biznes fəaliyyətini tez bir zamanda, daha dəqiq və az məsrəf­lərlə həyata keçirməyə imkan verir. Firmalar bu məqsədlə özlərinin web-saytlarını yaradırlar və onların vasitəsilə informasiyaların yayılmasını, əmtəə və xidmətlə­rin irəlilədilməsini həyata keşirirlər. İntra­net­­dən istifadə malgöndə­rənlərlə, vasitəçilərlə və istehlakçılarla daha səmərəli əlaqələr qurmağa imkan verir, firmadaxili kommunikasiyaları, sifarişlərin işlənməsini və ödənişlərin həyata keçirilməsini asanlaşdırır. Bu gün firmaların əksəriyyəti firmadaxili və firmadan kənar əməliyyatlarda kağızdan demək olar ki, çox az istifadə edirlər. Əksər əməliyyatlar elektron vasitələrdən və internetdən istifadə etməklə həyata keçirilir.
Elektron ticarət. İnternetdən istifadə edilməklə məhsul satışının və ya xidmət göstərilməsinin həyata keçirilməsi elektron tica­rəti adlandırılır. Bu zaman satıcılar ticarət zalında müxtəlif elektron-texnologiyadan istifadə etməklə öz məhsullarını və xidmətlərini təklif edirlər. Alıcılar isə onlara lazım olan in­formasiyanı əldə edirlər, əmtəəni və ya xidməti seçirlər, elektron ödəniş katrlarından istifadə etməklə öz sifarişlərini verirlər. İnternetə daxil olan alı­cılar mal alışını həyata keçi­rərkən özlərinə məxsus spesi­fik xüsusiyyətlərə malik olur­lar və bu işə müxtəlif cür yanaşırlar. Ümumiyyətlə interak­tiv marketinqdən isti­fadə edərkən alıcılar daha çox üstünlüyə malik olurlar. Alıcılara vaxt itirmək, harasa ma­şın sürmək lazım gəlmir. Onlar evdən çıxmadan sadəcə in­ternet xidmətindən isti­fadə etməklə özlərinə lazım olan malı seçirlər və onu al­maq imkanına malik olurlar. İnternet alı­cılara firma və onun məhsulları haqqında, həmçinin fir­manın rəqibləri haqqında geniş və hərtərəfli məlumat əldə etməyə imkan verir. Firmalar internetdə özlərinin web-saytlarını yerləşdirməklə siyasətləri, məhsulları və xidmıtləri haqqında geniş informasiya yaymaq, onlayn rejimdə məhsul və xidmətləri satmaq, transaksiyaları həyata keçirmək imkanı qazanırlar və bunun sayəsində e - ticarətini genişləndirməyə, onun səmırıliliyini yüksəltməyə çalışırlar.
F. Kotlerin qeyd etdiyi kimi, E-biznes və e-ticarət dörd əsas istiqamət üzrə həyata keçirilir: B2C (firma isteh­lakçıya), B2B (firma firmaya), C2C (istehlakçı istehlakçıya), C2B (isteh­lak­çı firmaya). Bundan başqa, e-biznes təmiz onlayn və ya qarışıq ənənəvi-onlayn fəaliyyət formasını da ala bilər.

Yüklə 285 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin