План: Birbaşa marketinqin mahiyyəti, kommunikasiya sistemində onun yeri və rolu


İnternetdə biznes: C2C (istehlakçı istehlakçıya)



Yüklə 285 Kb.
səhifə9/10
tarix16.01.2023
ölçüsü285 Kb.
#79322
1   2   3   4   5   6   7   8   9   10
M-vzu-62

İnternetdə biznes: C2C (istehlakçı istehlakçıya). E-Ticarəti qaydasında mal alan istehlakçılar təkcə əmtəələri istehlak etmirlər, həm də onlar haqqında İnternetə müxtəlif xarakterli informasiyalar ötürürlər. Onlar internet-şəbəkədə digər şəxslərlə informasiya mübadiləsi ilə məşğul olurlar. Şəbəkə danışıqları alışa təsir gös­tə­rən amil kimi çıxış edir. Firmalar və əmtəələr haq­qındakı yaxşı məlumat-lara nisbətən pis məlumatlar daha sürətlə yayılır. C2C biznesilə məşğul olan istehlakçılar bəzən məhsulu şəxsi istifadə üçün deyil, digər şəxsə satmaq üçün də alırlar. Müasir dövrdə əsas fəaliyyəti internet biznesi olan bəzi kompa­niya­lar mövcuddurlar ki, onlar mil­yonlarla istifadə­çinin abunə olduğu onlayn ticarət əməkdaşlığını həyata keçirirlər.
İnternetdə biznes: C2B (istehlakçı firmaya) İstehlakçıların İnternet vasitəsilə firmalarla birbaşa əlaqə saxlamaq və onlar haqqında geniş informasiya əldə etmək imkanın olması onlarda böyük maraq doğurur. Real və potensial müştərilər elektron poçtu vasitəsilə onlara suallarla, təkliflər və şi­kayətlərlə müraciət edə bilirlər. Bir sıra onlayn şirkətlərin saytları elə qurulmuşdur ki, müştərilər çox asanlıqla şirkətin nümayəndəsilə əlaqəyə girə bilir və ya saytın müvafiq bölməsinə öz təkliflərini göndərə bilir. Bəzi onlayn şirkətləri müştərilərin müraciətlərinə cavab verməyə tələsmirlər. Lakin əksər satıcılar müraciətlərə vaxt itirmədən cavab verməklə yanaşı, həm də müraciət edən şəxslərə əlavə olaraq xəbər bülletenləri, xüsusi tək­liflər haq­qında məlumatlar, xidmət şərtləri və zəmanətin yeniləşməsi barəsində xəbərdarlıqlar və xüsusi tədbirlər haqqında elanlar göndərirlər. Bu da istehlakçılarda satıcı firmaya qarşı xoş münasibətlər formalaşdırır.

İnternet-biznes fəaliyyətini həyata keçirən firmaları əsasən iki yerə bölmək olar: - web-sayt açaraq müstəsna olaraq internetdə işləyən firmalar və öz web-saytında informasiya yayılmasınl, məhsul satışını həyata keçirən istehsalçı firmalar. Bu tip firmaları onlaynənənəvi-onlayn kompaniyaları adlandırırlar. F. Kotler onların geniş izahını vermişdir:



Yüklə 285 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin