Platon Akademiyasının qapısı üzərində “həndəsəçi olmayan girə bilməz”
(“həndəsədən başı çıxmayanlara giriş qadağandır”) yazılmışdı. Əslində bu
fikir Platonun akademiyaya başçılıq etməyə başladığı zamandan təqribən
yeddi əsr yarım keçdikdən sonra ortaya atılmışdır (Diogenes Laertius); bunu
tam təsdiqləmək olmur. O, ideal dövlət başçısının hesab, həndəsə və
astronomiyanı öyrənməsini zəruri sayırdı (“Dövlət”). Platon Sokratesin dili
ilə həndəsənin vacibliyindən söhbət açır, ona heç cür biganə qalmaq olmaz
deyir (həyati nəticəsi çox böyük olmasa da); “gəlin astronomiyanı,
həndəsədə
olduğu kimi, məsələ həlli vasitəsilə öyrənək, göyləri isə öz
başına rahat buraxaq”.
Platon mücərrəd təfəkkürün, nəzəriyyənin vacibliyini nümayiş etdirməklə
təbiətşünaslığı riyaziləşdirmək proqramının həyata keçirilməsində böyük rol
oynadı (ənənəyə görə Pifaqordan sonra). O, müşahidəni, sınaqları deyil,
riyazi modelləri əsas araşdırma mövzusu sayırdı.
Əsl astronomiya müşahidə
ilə deyil (görünən və müşahidə olunanlar mükəmməl deyil), müşahidə
olunanların arxasında dayanan gözəl və mükəmməl riyazi səmanın riyazi
öyrənilməsi ilə məşğul olmalıdır. Paradoksal olan budur ki, Platon özü
kainata poetik nəzərlə baxmışdır, onun kainata
tətbiq etdiyi riyazi model
əslində mif səviyyəsinə qalxır (“Dövlət”, “Timaeus”).
Platon riyaziyyatçılara ilham (və ideya?) verirdi. Beş düzgün çoxüzlülər və
ya requlyar cisimlər Platonun şərəfinə Platon cisimləri adlandırılır.
Platon yaşlı vaxtında yazdığı və Pifaqorçu baxışlar üzərində qurulan məşhur
“Timaeus”in sonuncu hissəsində- kosmoloji, fiziki, riyazi, bioloji hissədə
kainatın əsasında duran dörd təməl elementlərlə düzgün çoxbucaqlılar
arasında əlaqə yaratmağa çalışmışdır (“onun içində,
başqa əsərləri ilə
müqayisədə, əlbəttə ki, sadəcə daha çox səfeh şeylər var”. B. Russell, səh.
148). Platona görə dörd təməl elementin hər biri özünəməxsus formaya
malik hissəciklərdən təşkil olunub, biz o hissəcikləri çox kiçik olduqları
üçün görmürük. Torpaq kublardan təşkil olunub; kub beş düzgün çoxüzlülər
içində ən dayanıqlı olanıdır, ələ alanda yapışıb qalır, hər üzü kvadratdır və
Yerdə
asan oturur, rahat yan-yana düzmək/döşəmək mümkündür. Su, hava
və od hərəkətlidirlər, müqayisədə alov ən hərəkətcil, hava orta hərəkətcil, su
onlardan az hərəkətcildir. Od tetraedrlərdən, hava oktaedrlərdən, su
ikosaedrlərdən təşkil olunub. Tetraedr-od ən itibucaqlı, itiuclu (deşir,
yandırır),
oktaedr-hava orta itiuclu, ikosaedr-su az itiucludur. Od hissəcikləri
ən kiçik, havanın hissəcikləri orta böyüklükdə, su hissəcikləri ən
böyükdürlər. Platon 5-ci düzgün çoxbucaqlını-dodekaedr`i Tanrı seçimi ilə
şərəfləndirir, nümunə sayır, göyləri təşkil edən hissəciklərin mükəmməlliyə-
sferaya ən yaxın olan dodelkaedrlərdən ibarət olduğunu deyir.
Platon
burada, müəyyən mənada, öz atomçu nəzəriyyəsini irəli sürür, bu beş
düzgün çoxüzlülərin səthlərinin bəlli sayda düzbucaqlı üçbucaqlardan təşkil
olunduğunu xüsusi qeyd edir (məsələn, kubun səthi 24 düzbucaqlı
üçbucaqdan ibarətdir); yəni, Platon`un atomları əslində düzbucaqlı
üçbucaqlardır. Platon burada sanki riyaziləşmiş Homer və Hesioddur!
Platon Kainatı və bioloji/fizioloji prosesləri Platon üçbucaqların
bioloji/fizioloji xassələri ilə izah edir...Platon`un mifik xarakter daşıyan bu
və buna bənzər fikirləri birqiymətli deyil və müxtəlif cür şərh olunur.
od torpaq hava göy su
tapılır: x=b(1+√5)/2. “Ən gözəl nisbət” isə x:b, yəni (1+√5)/2 -ə bərabərdir.
Platonun “ən gözəl” (fairest) nisbəti sonralar “qızıl nisbət” və ya “qızıl orta”
adını aldı, riyaziyyatdan daha çox incəsənətdə işlənildi.
Platon cisimləri/Platonic Solids
V + F – E = 2 . V-vertex, F-face, E-edge
od torpaq hava göylər su