Qafqaz Universiteti Materiallar



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə31/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   27   28   29   30   31   32   33   34   ...   124

 

 

ŞƏYYAD HƏMZƏNİN “YUSİF VƏ ZÜLEYXA”                      

MƏSNƏVİSİNİN FONETİK XÜSUSİYYƏTLƏRİ 

 

Nuranə NƏSİRLİ 

Qafqaz Universiteti 



nurana.nasirli@gmail.com 

AZƏRBAYCAN 



 

Hz.Yusif hekayəsi Qur`anda 111 ayədənibarət olan “Yusif surəsi”ndə verilir. Bu möv-

zunu İslam ədəbiyyatında məsnəvi şəklində ilk dəfə fars şairi Firdovsi qələmə almışdır. Türk 

dilində ilk dəfə “QisseyiYusif” adı ilə Qul Əli yazmışdır. Anadoluda isə “Yusif və Züleyxa” 

məsnəvisini ŞəyyadHəmzə qələmə almışdır. Əruzun failatün failatün failat bəhrində yazılmış 

olan 1529 beytlik bu didaktik-romantik poemanın tam adı “Destan-ı Yusuf aleyhi`s-selam ve 

haza ahsenü`l-kasasi`l-mübarek”dir. Əsər XIII-XIV əsrlərə aid olduğu üçün təbii olaraq əsərin 

əlyazması türk dilində ərəb əlifbası ilə yazılmışdır. 1946 –cı ildə Dəhri Dilşin tərəfindən tədqiq 

olunmuş  tədqiqatın sonunda verilmiş fotokopyaya əsasən məsnəvinin fonetik xüsusiyyətləri 

haqqında aşağıdakıları deyə bilərik. 

A saitinin yazılışı 

Söz əvvəlində a saitinin yazılışında, əsasən, mədli əlifdən( ﺁ ) istifadə edilmişdir. Amma 

bunun əksi də - mədsiz əlifdən istifadə halları da  müşahidə olunur. 

Söz ortasında  da /a/ saitinin yazılışında daha çox əlif(  ا )  istifadə edilmişdir. Bəzi 

sözlərdə /a/ saiti yazılmayib. 

Söz sonundakı /a/ saitinin yazılışında daha çox hə (ﻩ) və əlif (ا), bəzən də yə (ى) qrafik 

işarəsindən istifadə edilmişdir . 

E,ə/Saitinin yazılışı 

Söz əvvəlində /ə, e/ Saitinin yazılışı əlif (ا) və  kəsralı əlifdən (ٲ) istifadə edilmişdir: Söz 

ortasında /ə/ saiti ümumiyyətlə yazılmayıb.  

Söz sonundaki /e, ə / saitinin yazılışında ümumiyyətlə hə (ﻩ), bəzən da əlif (ا) istifadə 

edilmişdir: 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

948



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Söz  əvvəlində  /ı, i/ saitlərinin yazılışında ümumiyyətlə  əlif yə  (ىا) istifadə edilmişdir. 

Bu saitlər qismən yazılmamış, qismən də kəsra (  ) ilə göstərilmişdir. Saitlər üçün bəzən kəs-

ra(  ) + yə (ئ) istifadə edilmişdir: 

Söz sonundakı /ı, i/ saitlərinin yazılışı üçün yə (ى) istifadə edilmişdir: 

Söz  əvvəlində /o, u; ö, ü/ saitlərinin yaılışında ümumiyyətlə  əlif-vav (وا) istifadə edil-

mişdir. 

Söz ortasında və  söz sonunda /o, u; ö, ü/ saitləri, əsasən, vav (و) ilə ifadə edilmişdir 

/b, p/ Samitlərinin Yazılışı  

/b, p/  bə( ب),  (  

پ )hərfləri ilə  işarə edilmişdir. Pe hərfinin qrafik işarəsi əlifbaya sonra-

dan farslar tərəfindən  əlavə edilmişdir. Mətndə b

olunur.

 -

 



ﭗﻟا -ayıdıb,

  

بﺪىا -alıp. Bu misallardakı –ıb şəkilçisi feili bağlama şəkilçisi olsa da, hər 



söz də fərqli hərflə ifadə olunmuşdur.  

/c, ç/ Samitlərinin yazılışı 

/c, ç/ samitlərinin yazılışında, cim (ج) işarəsindən istifadə olunub.Bəzi sözlər də  ç kimi 

oxunmuş. Alınma sözlərdə isə əslinə uyğun olaraq c kimi oxunmuşdur. نﻮﺟ– uc, جوا- çün. 

q, k samitlərinin ifadəsi üçün  qaf (ق  )hərfindən istifadə edilmişdir. Qaf hərfi bəzən  xe 

(  


خ ) hərfinin ekvivalenti kimi də işlənmişdir: Baq, çoq, yaqın və s. 

Sağır nun səsi(ڬﮕﮐ ) kök və şəkilçi morfemlərdə istifadə edilmişdir. Ərəb və fars dillərin-

də mövcud olmayan, lakin türk dillərinin qədim samitlərindən sayılan bu səs  özünəməxsus 

orfoqrafik xüsusiyyətlərə malikdir. Sağır nun səsi II şəxs mənsubiyyət və  şəxs, yiyəlik hal 

şəkilçilərinin tərkibində və türk mənşəli sözlərin kökündə işlənmişdir.Bu səs türk dilləri üçün 

müştərək olduğö halda  onun ayrı-ayrı türkdilli yazılardakı qrafik işarəsi fərqli olmuşdur:  

 ﮎ , 

ڬ,  ﻚﻧ  kimi qrqfik işarələr müxtəlif vaxtlarda və müxtəlif dillərdə sağır nun səsini ifadə 



etmişdir. Tofiq hacıyevin Orta əsrlərdə Azərbaycan yazı dili əsərində sağır nun səsinin XV 

əsrə qədər ﮎ hərfi ilə işarə edildiyini bildirir.Bu məsnəvinin dilində sağır nun kəf hərfi ilə ﮎ 

ifadə edilib.  

Söz kökündə: Tañrı, añuban, və s. 

Şəkilçi morfem daxilində: anıñladır, suçuñuz və s. 

 

 

İŞ FEİLLƏRİ ƏSASINDA YARANAN FRAZEOLOJİ                 

VAHİDLƏRDƏ VARİANTLILIQ 

 

Əminə RZAYEVA 

BDU 


reminem17@mail.ru 

AZƏRBAYCAN 

 

Frazeoloji birləşmələrin yaranmasında, məcaziləşmə yolu ilə dilin lüğət tərkibinin zən-



ginləşməsində feillər xüsusi rol oynayır. Çünki məcaziləşən sözlərin böyük çoxluğunu feillər 

təşkil edir. Felin lüğəvi məna növləri arasında daha çox işlək olanı iş feilləri olduğundan bu 

feillər vasitəsilə formalaşan birləşmələr dil sistemində çox mühüm yer tutaraq dilin lüğət tər-

kibini zənginləşdirir. İş feilləri əşyanın bu və ya digər hal-vəziyyətə salınmasını və ya təsirə, 

dəyişikliyə uğramasını, insanların məşğuliyyətini, sənətlə bağlı işləri bildirir. 

Son zamanlar frazeologiyada sinonimlik məsələsi ilə bağlı yeni bir problem-frazeoloji 



variantlılıq problemi meydana çıxır. Bu  məsələ ilə bağlı Azərbaycan dilçiliyində H.Bayramov, 

N.Rəhimzadə, M.Mirzəliyeva, H.Həsənov, A.Qurbanov, N.Seyidəliyev və başqaları tədqiqat 

aparmışlar. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

949



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Dilimizin frazeoloji sistemi feli frazeoloji variantlarla çox zəngindir. Dildə eyni mənanı 

ifadə etmək üçün frazeoloji vahidin leksik, leksik-qrammatik, qrammatik cəhətdən dəyişikliyə 

uğraması əsasında yaranan sabit birləşmələrə frazeoloji variantlar deyilir. Belə frazeologizm-

lərin leksik tərkibində və komponentlərində aparılan dəyişikliklər mənasına təsir etmir. Dilimizin 

frazeoloji variantlarının müəyyənləşdirilməsində aşağıdakı cəhətləri nəzərə almaq lazımdır: 

1) Bunlar bir sıra frazeoloji vahidin leksik, leksik-qrammatik cəhətdən deformasiyası ilə 

təşəkkül tapmışdır; 2) frazeoloji variantlar üçün ortaqlı komponentin və ya komponentlərin ol-

ması zəruridir; 3) frazeoloji variantlar eyni mənaya malik olmalıdır; ³) dilin bütün üslubların-

da bir-birini əvəz edə bilməlidir; 5) bu əvəzlənmə mətnin məzmununa heç bir xələl gətirmə-

məlidir; 6) obrazlı frazeoloji vahidin əsasında eyni obraz durmalıdır. 

Frazeoloji birləşmələrdə ortaq komponentin olması  heç də onların həmişə variant təşkil 

etməsi anlamına gəlmir. Birinci komponent eyni, ikinci komponent isə müxtəlif leksik 

vahidlərdən ibarət frazeologizmlər var ki, onlar arasında variantlılığın olmasından danışmaq 

çətindir. Məs,əl çəkmək, əl gəzdirmək, əl  tutmaq və s. 

Frazeoloji sistemdə variantlılıq xüsusi struktur dubletlərin əmələ gəlməsidir. Buna görə 

də onlar müxtəlif mətnlərdə paralel işlənmə imkanı qazanırlar.  Müşahidələr göstərir ki, fraze-

oloji variantlar dilimizdə tədricən artmaqla zənginləşmə prosesi keçirmişdir. 

Fərqləndirici əlamətinə görə Azərbaycan dilində iş feilləri  əsasında yaranan frazeoloji 

variantları üç qrupa ayırmaq olar. 1) Leksik variantlar 2) Leksik-qrammatik variantlar 

3)Qrammatik variantlar 

1)  Leksik variantlar:  Leksik variantlar frazeoloji variantların elə növüdür ki, burada 

sözlərin biri və ya hər ikisi fərqli səciyyə daşıyır, qalan komponentləri isə ortaqlı olur.Məs, 

diqqət yetirmək-göz yetirmək, ağız büzmək-dodaq büzmək, yaxasını qurtarmaq- canını qur-

tarmaq, özünü oda suya atmaq- özünü oda közə atmaq, gül açmaq- çiçək açmaq, hoqqa çıxart-

maq-oyun çıxartmaqAbrını tökmək(və ya vermək)-abrını ətəyinə bükmək ,boynuna qoymaq- 

boynuna minnət qoymaq və s.    

Fel komponenti əsasında formalaşmış leksik variantları iki qrupa ayırmaq olar:  

1)Fel komponentləri öz leksik mənalarına görə sinonim səciyyə daşıyanlar: fikri 

başından çıxart - fikri başından qov, qanına əlini bulamaq- əlini qana batırmaq, ürəyində dəfn 

eləmək - ürəyində basdırmaq, gözünü qan tutmaq- gözünü qan örtmək və s.  

2) Fel komponentləri müxtəlif leksik mənaya malik olanlar. Məs, göz gəzdirmək - göz 

yetirmək, ürəyini açmaq- ürəyini boşaltmaq, başına oyun açmaq- başına oyun gətirmək və s. . 

Elə frazeoloji vahidlər var ki, onları təşkil edən komponentlərdən biri sinonimdir, ancaq 

onlar leksik variant deyildir. Məs, candan salmaq, zibilə salmaq və s. 



Leksik-qrammatik variantlar:Azərbaycan dilində  mənaca eyni olan feli frazeoloji 

vahidlərə təsadüf edilir. Leksik variantlardan fərqli olaraq, burada feil komponenti frazeoloji 

vahidin isim komponentini ismin iki halında idarə edir. Mənaca eyni olub, komponentləri həm 

leksik, həm də qrammatik cəhətdən fərqlənən belə variantları leksik-qrammatik variantlar 

adlandırmaq olar. Müşahidələr göstərir ki, Azərbaycan dilində leksik-qrammatik variantlar  

olduqca məhduddur.Məs,abırdan salmaq- abrını  ətəyinə bükmək, abrını vermək- abrını 

ətəyinə bükmək, baş sındırmaq- başını çatlatmaq qaş- göz eləmək - qaş -gözü oynamaq və s. 

Qrammatik  variantlar: Eyni leksik vahidlərdən düzələn, eyni mənaya malik olan, lakin 

isim komponentinin qrammatik forması ilə fərqlənən variantlara qrammatik  variantlar deyilir. 

Bunların komponentləri qrammatik cəhətdən dəyişir:  əlini qana batırmaq-qanına  əlini 

bulamaq, ürək açmaq-ürəyini açmaq, göz ağartmaq - gözünü ağartmaq və s. 

İş feilləri vasitəsilə formalaşan frazeoloji variantlar danışıq dilini zənginləşdirir,  ən 

başlıcası, təkrara yol vermir, bədii əsər dilini rəngarəng və keyfiyyətli edir.  

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

950



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ÇAĞDAŞTÜRKCƏLƏRDƏ SİNTAQMLAR                                               

VƏ ONLARIN BAŞLICA ÖZƏLLİKLƏRİ 

 

Mustafa TURMUŞ 

Qafqaz Universiteti 



simseksaid57@hotmail.com 

AZƏRBAYCAN 

 

Sintaqm nitqin minimal vahididir. Onlar ən çox sintaktik faktorlarla əlaqəli olduğundan 



tərkib etibarı ilə də müxtəlifdir. 

«Sintaqm» termini təyin edən və təyin olunan tərkibli ikiüzvlü struktur anlamındadır. 

Sintaqm binar struktura malikdir, ikiüzvlüdür. Onun atributiv, daxili, koordinativ, 

predikativ, relyativ, örtülü və s. növləri dildə fəaliyyət göstərir. 

 Türkcələrdə sintaqmlar fonetik, sintaktik və semantik səviyyələrdə təzahür edir. 

 Nitq öncə, nisbətən bitmiş fikir bildirən cümlələrə ayrılır. Cümlələr də öz növbəsində 

müəyyən ibarə vurğusu ilə birləşən söz qruplarına yaxud sözə parçalanır. Beləliklə də, danışıq 

zamanı nitqin təbii sintaqmatik parçalanması gedir, yəni sintaqmlar formalaşır. 

 Cümlələr sintaqmlara bölünür ki, bu bölünmənin də özünəməxsus prinsip, mexanizm 

və qanunauyğunluqları mövcuddur. 

 Cümlələrin sintaqm tərkibinin müəyyənləşdirilməsi kriteriyaları hər bir dilin öz təbiə-

tindən irəli gəlir, bu zaman cümlələrin sintaqm tərkibinin müxtəlifliyi meydana çıxır. 

 Cümlələrin sintamatik tərkibi müxtəlif olur. Cmlələrin sintaqmatik üzvlənməsinin-canlı 

danışıq aktında informasiyanın ötürülməsi və düzgün formada dərk olunmasında önəmi bö-

yükdür. 

 Araşdırma göstərir ki, türk və Azərbaycan dillərində sintaqmın ümumi və diferensial 

özəllikləri vardır. 

 Sintaqmın məzmunu (mahiyyəti) cümlədə yürüdülən fikirlə bağlıdır. Məsələn:  Uşaq 



topu atdı. Nə baş verdi? Uşaq topu atdı (1). Kim\topu atdı. Uşaq\topu atdı (2) topun atılması. 

Topun uşaq tərəfindən atılması. Yeni informasiya: uşaq. Sual: Uşaq atdı\nəyi? Uşaq atdı\topu. 

Uşaq atdı (subyekt və hərəkət). Obyekt aydın deyil. Top sintaqmı yeni informasiyanı təmin 

edir. Struktur variant bütöv formada olduğu kimi, yarımçıq formada da ola bilir: Uşaq nə 

etdi?-cümlənin sintaqmatik strukturu-ikikomponentlidir; Uşaq topu atdı (bütöv variant); Uşaq 

nə etdi? Atdı (yarımçıq variant); Uşaq nə etdi?-Topu atdı. Müxtəlif məna, müxtəlif intonasiya. 

Hər bir variantda sintaqmatik vurğu, yeni fraqmaetlər əmələ gəlir. Uşaq (sintaqm)- topu atdı 

(sintaqm). Hər bir sintaqm nitin funksiysını yerinə yetirir. 

 Mətnlərin də sintaqm əsasları mövcuddur: Səhər açılır. Nərgiz yuxudan ayılır. O, pən-

cərədən baxır. Uzaqdan dağlar, meşələr görünür. Nərgiz bu yerləri birinci dəfə idi ki görür-

dü.  Bu sadə cümlələr 11 sintaqm əsasında qurulmuşdur. Həmin cümlələrdə qrammatik əsas 

açar sözlərdir. Həmin açar sözlər sintaqmlararası əlaqə yaradır. Açar sözlərin özü sintaqmdır. 

Onlar cümlədə fikir əlaqəsini formalaşdırır. 

 Sintaqmın statusubütün nitq vahidlərinin struktur-mənaca təşkilinə  və adi danışıqda 

cümlənin sintaqmatik bölünməsində sintaktik faktorlpra əsaslanır. Hər bir mürəkkəb cümlə 

komponenti (tabesiz mürəkkəb cümlədə cümlə  tərkiblər, tabeli mürəkkəb cümlədə baş  və 

budaq cümlələr), feli tərkiblər, əlavə və xüsusiləşmələr, qrammatik cəhətdən cümlə üzvləri ilə 

əlaqədar olmayan sözlər (xitablar, ara sözlər və ara cümlələr), həmcins üzvlər, zaman və yer 

zərflikləri adətən müəyyən sintaqmlar təşkil edir Lakin xüsusi nitq şəraitində cümlənin belə 

sintaqmatik üzvlənməsi olmaya da bilər; əksinə sintaktik amillərə əsaslanmayan semantik üzv-

ləmə də gedə bilər. 

 Məs.: Siqareti atmaq lazımdır. Lazımdır\ siqareti atmaq. Pauza ikinci variantda (lazım-

dır) yüksək dərəcədədir. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

951



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Çağdaş türkcələrdə cümlənin sintaqmatik əsası sintaqmatik münasibətlərlə bağlıdır. Sin-

taqmatik münasibətlər həmişə in praesentia fəal ardıcıllıqla bərabər dərəcədə iştirak edən iki 

yaxud çox sayda münasibət üzvlərinə əsaslanır. Əksinə, assosiativ münasibət həmin münasi-

bətin üzvlərini virtual, mnemon cərgədə birləşdirir; onun üzvləri həmişə in absentiadır. 

Nitqin sintaqmatik əsası. Sintaqm nəzəriyyəsi nitqin praqmatik tərəfi ilə  sıx bağlıdır. 

Bütün istiqamətdlərdə nitqin sintaqmatik əsası öyrənilir. Bu zaman ümumi dil kompetensiyası 

da müəyyənləşə bilir. 

Sintaqmlar intonasiya ilə  qırılmaz tellərlə bağlıdır. Onlar bir tərəfdən intonasiyanın 

məhsulu, başqa bir tərəfdən isə onun tənzimediciləridir. 

Müəyyən şəraitdə türkcələrin cümlələri sintaqmın tipik təzahürü kimi çıxış edir. Ferdi-

nand de Sössür sintaqmatik münasibətlərdən bəhs edərkən göstərir ki, sintaqmın ayrı-ayrı 

hissələrini öz aralarında birləşdirən münasibətləri (məsələn, «hamıya qarşı» sintaqmında «qar-

şı» və «hamıya», yaxud «baş işçi, usta» sintaqmını nəzərdən keçirmək hələ kifayət deyil; bü-

tövü onun hissələri ilə bağlayan münasibətləri də nəzərə almaq lazımdır. Burada etiraz etmək 

olar: sintaqmın tipik təzahürü cümlədir, o da dilə yox, nitqə aiddir, buradan da belə çıxmırmı 

ki, sintaqm nitq sahəsinə aiddir? Biz güman edirik ki, belə deyil. Nitqin səciyyəvi xüsusiyyəti 

elementlərin kominiasiya azadlığıdır (müstəqilliyidir). Deməli, sual belə qoyulmalıdır: bütün 

sintaqmlar eyni dərəcədə  sərbəstdirmi? Lakin məsələ bununla bitmir. Müəyyən qayda ilə 

qurulan sintaqmların bütün tiplərini nitqə deyil, dilə aid etmək lazımdır. Əslində, dildə mücər-

rəd heç bir şey olmadığından, həmin tiplər ancaq o halda mövcud ola bilər ki, nümunələri 

dildə kifayət qədər qeydə alınmış olsun. Lakin etiraf etmək lazımdır ki, sintaqm sahəsində 

kollektiv  ənənə ilə möhkəmlənən dil faktı  və  fərdi azadlıqdan asılı olan nitq faktı arasında 

kəskin sərhəd yoxdur. Çox halda vahidlərin verilmiş kombinasiyasını buna, yaxud o birinə aid 

etmək çətinlik törədir, ona görə ki, həmin kombinasiyanın yaranmasında hər iki fakt, həm də 

elə bir nisbətdə iştirak edir ki, müəyyənləşdirmək mümkün olmur. 

Beləliklə, türkcələrdə sintaqmlar iki biçimdə özünü göstərir: bitmiş (tam) sintaqmlar, 

bitməmiş (yarımçıq, natamam) sintaqmlar. Sintaqmlar həmin dillərdə minimal (tərkibi: təyin-

siz, genişləndirilməmiş zərflik qrupu; beli sifət və feli bağlama tərkibləri; qoşmalı birləşmələr; 

həmcins üzvlər) və əsas sintaqmlar (tərkibi: mürəkkəb cümlənin tərkib hissələri) olaraq iki cür 

izah olunur. 

 

 



ORTAQ DEYİM MƏSƏLƏSİ VƏ BU SAHƏDƏ LÜĞƏTLƏRİN 

YARADILMASI PROBLEMLƏRİ (TÜRK VƏ AZƏRBAYCAN 

TÜRKCƏLƏRİNİN MATERİALLARI ƏSASINDA) 

 

Mesut KURNAZ 

Qafqaz Üniversiteti 

ssimsek@qu.edu.az 

AZƏRBAYCAN 

 

Deyimlərin  əmələ  gəlməsi, bir qayda olaraq, hər bir dilin milli-mədəni spesifikası ilə 



əlaqədardır. Türklər tarixən dil faktları və hadisələri üzərində müşahidə apararaq, əldə edilmiş 

təcrübəni ümumiləşdirmiş və deyim lüğətləri də yaratmışlar. 

 Deyim sözlüklərinin lüğət məqalələrində bütöv ifadə və ibarələr təhlil olunur. Obyekt 

burada deyimlərdir- frazeoloji vahidlərdir. Qeyd etdiyimiz kimi lüğət məqalələrində deyimlə-

rin mənası, formalaşma yolları, üslubi çalarları və s.göstərilir. 

İzahlı xarakter daşıyan deyimlər lüğətində məqsəd bir dilə aid olan deyimləri üzə çıxar-

maq və onların anlamını verməkdir. Belə lüğətlərdə deyim tərkibindəki komponentlərin miq-

darı qədər lüğətdə təkraretmə üsulu nəzərə alınır. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

952



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Şübhəsiz, hər bir türk dilinin özünəməxsus deyimlər lüğəti yaradılmışdır. Buraya atalar 

sözləri və ümumi deyimlərə (idiomlar) aid olan birləşmələr aid edilir. Mövcud lüğətlərə aşağı-

dakıları örnək olaraq göstərə bilərik: «Türk ata sözleri». Narodna Prosveta, 1965. 1976-cı ildə 

Ömer Asım Aksoyun «Atasözleri ve Deyimler Sözlüğü», 2, Deyimler Sözlüğü, Türk Dil Ku-

rumu Yayınları, (968 s.), 2007-ci ildə Mehmet Hengirmenin «Atasözleri ve Deyimler Sözlüğü» 

(Ankara, 606 s.) lüğətləri çapdan çıxmış və yayılmışdır. 1983-cü ildə Gözler H.Fethinin «Ör-

nekleriyle Türkçemizin Açıklamalı Büyük Deyimler Sözlüğü, II, Deyimler Sözlüğü. Genişlen-

miş 7, Baskı, İnkilap Kitabevi, İstanbul (475 s.) 

Azərbaycanda 1976-cı ildə Ə.Orucov «Azərbaycanca-rusca frazeoloji lüğət»ini (İzd-vo 

«Glm», Baku, 1976, 247 s.. Lüğət 5500 deyimi əhatə edir. 

Türkiyədə 1990-cı illərdə N.Yüzbaşıoğlu və M.Yüzbaşıoğlunun «Deyimlər sözlüğü» 

(İstanbul, 1990, 346 s.), M.Yurtbaşının «Örnekleriyle Deyimler Sözlüğü». Türkçenin zengin-

liğini ve yaratıcılığını kanıtlayan 25.000 deyim, 30.000 örnek cümle, binlerce resim, İstanbul, 

1996, 521 s.; S.Yörük və Y.Yörük «Açıklamalı Deyimler Sözlüğü», İstanbul, 1997, 221 s. 

Son illərdə Azərbaycanda nəşr olunan deyim lüğətləri: Nəriman Seyidəliyevin «Frazeo-

logiya lüğəti». Bakı, «Çıraq» nəşriyyatı, 2004, 272 s. Lüğətdə 4 mindən artıq deyim verilmiş-

dir. Bu frazeoloji vahidlərin hər biri Azərbaycan dastan və nağıllarından götürülmüş örnəklər-

də öz əksini tapa bilmişdir. 

Həsən Baxşıyevin «Azərbaycan dilinin müxtəsər frazeologiya lüğəti. Bakı, «Bakı Uni-

versiteti» nəşriyyatı, 2004, 185 s. 

Nigar Vəliyevanın «Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət. 2 cilddə, Azərbaycan 

Dövlət Nəşriyyatı, Bakı, 2010. 

F.H.Hüseynov və B.B.Əhmədovun «Məktəblinin frazeoloji lüğəti. Bakı, «Elm və 

təhsil», 2011, 296 s. 

Qohum dillərin deyimlərini qarşılaşdırmaq, müqayisə etmək, ümumi və fərqli biçimləri, 

anlamları ortaya çıxarmaq bugün müqayisəli türkologiyanın qarşısında duran problemlərdəndir. 

İlk təşəbbüs kimi M.Musayevin «Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi» Bakı, 

2011, s.373-397) və  həmin müəllifin «Türkoloji dilçilik» kitabında (Bakı, 2012, s.361-413) 

yer alan kiçik deyimlər sözlüyünü dəyərləndirmək olar. Bu lüğətlərdə Azərbaycan dilinə məx-

sus deyimlər Türkiyə türkcəsinin deyimləri ilə qarşılaşdırılır, müqayisə edilir, bəzən mənaları-

na da toxunulur. 

M.Musayevin tərtib etdiyi lüğət «Azərbaycan türkcəsi-Türkiyə türkcəsi atalar sözləri 

lüğəti» adlanır. Sözügedən bölüm müəllifin 1975-ci ildə Türkiyədə yayımlanan «Türkce Açık-

lamalı Azerbaycan Atasözleri» (1995: 11-42) kitabında qismən yer almışdır. Kitab sonradan 

təkmilləşdirilərək yenidən hazırlanmış  və kitaba yeni atalar sözləri  əlavə edilmişdir. Bunlar 

yalnız «A» hərfi ilə başlanan atalar sözləridir. 

M.Musayev «Azərbaycan türkcəsi-Türkiyə türkcəsi frazeoloji lüğəti»ni də tərtib etmiş-

dir. Bunlar yalnız «A» hərfi ilə başlanan deyimlərdir. Məs.: Abi-neysan (abi-leysan) kimi göz 

yaşı axıtmaq (tökmək) (Nisan yağmuru gibi gözyaşı dökmek); Acığını...üstünə tökmək (Öfke-

sini almak\çıkarmak); 

Bu qısa lüğətdə deyimlərin bəziləri geniş izah olunur: Adı çıxmaq; adı çıkmak. Bu deyim, 

Azerbaycan Türkcesinde çoğunlukla «iyi ad sahibi olmak, ün kazanmak» anlamında kullanıl-

maktadır. Bunun yanı  sıra, Azerbaycan Türkcesinde söz komusu deyimin olumsuz anlamda 

kullanımı da gözlenmektedir. Sözgelimi: Kənd uşaqları arasında adı çıxmışdı. «Göy çocukları 

arasında kötü ad çıkarmıştı». Türkiye türkcesinde ise, söz konusu deyim sadece olumsuz 

anlamıyla kullanılmaktadır. Sözgelimi: Bir kere adı çıkmış artık ne yaparsa boşuna: İnsanın 

adı çıkacağına canı çıksın daha iyi. «Bir dəfə adı çıxmışdır, artıq nə etsə bir faydası yoxdur. 

İnsanın adı  çıxınca canı  çıxsa yaxşıdır». Böylece «Adı  çıxmaq: adı  çıkmak» deyimi, 

açıklamalı-aktarmalı bağlamda eşsesli dil birimi olarak seçilmektedir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

953



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Digər bir örnek: ağız açmak: ağız eğmek. Söz konusu deyim, Türkiye Türkcesinde eş-

sesli «ağız açmak» deyimselleşme biçimiyle ve aşağıdakı belirtilen anlamıyla bir deyimbilim-

sel uyuşma olarak da kullanılmaktadır: Söz söylemek, konuşmak; kavgaya başlamak, hiddet 

göstermek, taşmak. Bunun yanı sıra Azerbaycan ve Türkiye türkceleri söz varlığında söz ko-

nusu eşsesli deyimin, birleşenleri sözdizimsel paralellerle gerçekleşen «Ağzını açıb gözünü 

yummaq» ve «Açtı ağzını yumdu gözünü» deyimbilimsel kavuşma varyantları da bulunmak-

tadır. 


Bu örnəklər göstərir ki, ortaq deyim türk dünyası üçün gərəklidir. Ortaq deyim birliyi də 

yaradılmalıdır. 

Ortaq türk ədəbi dilinə keçmə prinsipləri deyimlər  əsasında da müəyyən olunmalıdır. 

Müəyyən prinsiplər əsasında türklüyü birləşdirən, Türk-İslam dünyasının ümumi ortaq lüğət 

tərkibinə və milli soy kökünə uyğun gələn deyimlərə dayanaraq ortaq türk ədəbi dilinin for-

malaşması gerçəkləşməlidir. 

Gərək daşıdığı bilgi dünyası, gərəksə dünyada sahib olduğu prestijə görə Türkiyə türk-

cəsinin bu ortaqlığa ən böyük hissə ilə qatılacağı görünməkdədir. 

Qədim Türk-İslam mədəniyyətinə əsasən ortaq deyim əsasında da ortaq dil xüsusiyyəti-

ni inkişaf etdirmək zərurəti ortaya çıxır. (Mahmud Kaşğari «Divan»ındakı deyimlərə də müra-

ciət etmək yerinə düşərdi) . 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin