III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
959
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
öhdəsindən gəlməli, bu sınaqların yekunu kimi ad qazanmalı və ya evlənməlidir. Evlənmə
ritualı daha çox "Qanlı Qoca oğlu Qanturalı boyu" və "Baybörə oğlu Bamsı Beyrək " boyların-
da əks olunur. "Uşun qoca oğlu Səyrək boyu"nda isə evlənmə göstərilən sınaqlardan əvvəl baş
verir. Sözügedən boy isə evlənmə ilə yekunlaşmır. Səbəb qəhrəmanın öz igidliyini tam şəkil-
də göstərə bilməməsi və dustaq olmasıdır. Bu igidliyin sübutu və kişilik statusuna keçid "Salur
Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy"da əksini tapır. Səfər motivi qəh-
rəman obraz yaratmaqda xüsusi rol oynayır və sözü gedən boyda Uruz bəyin səfərə çıxması
bu qəhrəmanlığa gedən yolda atılan ilk addımlardır.
AZƏRBAYCAN FOLKLORUNDA MİF VƏ NAĞIL MÜNASİBƏTLƏRİ
Günеl VƏKİLOVA
AMЕA Fоlklоr İnstitutunun
gunel_novruzova@mail.ru
AZƏRBAYCAN
Folklorun geniş yayılmış janrlarından biri olan nağıllar zəngin forma və məzmuna, gen-
iş əhatə dairəsinə malikdir. Qədim dövrlərdən əcdadlarımızın mifik görüşləri və onların düşün-
cə tərzi yaratdıqları nağıllarda öz əksini tapmışdır. Belə ki, nağıl mətnlərinin əsasında mif,
mifoloji düşüncə, inanclar, kultlar, mifoloji düşüncənin gərçəkləşdirdiyi əsatir mətnləri durur.
Xüsusi vurğulamaq lazımdır ki, mənşəyindən danışarkən nağılların miflə (əsatirlə)
əlaqəsini nəzərdən qaçırmaq olmaz. Təsadüfi deyil ki, folklorşünaslıq elmi mifin nağılla
bağlılığı məsələsinin tədqiqi əsasında meydana gəlmişdir. Oxşar nağıl sujetlərini bir-biri ilə
müqayisə edib araşdıran Qrim qardaşları keçən əsrin 40-cı illərində “Mifoloji məktəb” adlı
nəzəriyyə irəli sürmüşlər. Bu nəzəriyyənin əsasında mifin nağıla təsiri dururdu. (2, 128)
Ümumiyyətlə, nağılla mifin əlaqəsi məsələsi üzərində bir çox alimlər tədqiqatlar
aparmışdır. Azərbaycan alimləri Y.V.Çəmənzəminli, M.Seyidov, M.Təhmasib, P.Əfəndiyev,
V.Vəliyev, A.Nəbiyev, O.Əliyev, R.Əliyev, R.Qafarlı və başqalarının monoqrafiya, dərslik və
məqalələrində bu problemin həlli yollarına toxunulur. Mif və nağıl əlaqəsində onları bir-
birindən ayıran cəhətlər də var. Belə ki, mif təbiət qarşısında aciz qalan insanların kortəbii
inancından doğan obrazlar sistemidir. Nağıl isə xalq epik ənənəsinin özünəməxsus forma və
məzmununa malik bitgin formasıdır.
Nağıllardan fərqli olaraq miflər nəyinsə izahına və aydınlaşdırılmasına yönəlir, onlar
əvvəl qeyri-şüuri şəkildə yaradılır, sonradan hansısa məqsədə yönəldilir.Nağıl isə ağlın, baca-
rığın, sağlam düşüncənin vasitəsi ilə həyatın rəngarəng şəkildə təsvir edərək marqlı sujet qur-
mağa xidmət edir. Bütün bunlarla yanaşı mif öz inanış formasından çıxaraq, bədiilik və obraz-
lılıq qazanaraq bəzən açıq şəkildə, bəzən də simvollaşmış halda nağıl sujetinə daxil olur.
Görkəmli filosof, alim Ağayar Şükürov “Mifologiya” adlı əsərində yazır: “Bəzi tədqi-
qatçıların fikrincə, antik mifi nağılda adlandırmaq olar. Çünki nağıl xalq yardıcılığının məhsu-
ludur. Onlar şüurlu şəkildə uydurulur, özü də əvvəlcədən məqsəd və ideya məludur. Eyni
zamanda həm nəql edən, həm də dinləyən danışılanların uydurma olduğunu başa düşür və ona
şərti olaraq inanır”. (3, 6)
Müxtəlif forma və məzmuna malik mifoloji mətnlər sadə və mürəkkəb qurluşlu olur.
Nağıl sujeti-nin əsasında duran sadə qurluşlu mifoloji mətnlər daha yığcam, kiçik həcimli mi-
foloji mətnlərdir. Sadə qurluşlu mifoloji mətnlərdən fərqli olaraq, mürəkkəb qurluşlu mifoloji
mətnlər nağıl sujetinin böyük hissəsini, bəzən də bütün sujet xəttini əhatə edə bilir.
R.Əliyev mifoloji mətnləri aşağıdakı kimi təhlil etmişdir: “Nağıl sujetinin əsasında
duran mifoloji mətnlər irihəcmli olub, kiçik məzmun da daşıya bilir. Bu cəhətdən nağıllardakı
mifoloji mətnləri iki yerə ayırmaq mümkündür: sadə qurluşlu mifoloji mətnlər, mürəkəb qur-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
960
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
luşlu mifoloji mətnlər. Sadə qurluşlu mətnlər nağılın tərkibində yaşayan kiçik mifoloji mətn-
lərdir. Mürəkkəb qurluşa malik mifoloji mətnlər demək olar ki, bütün sujet xəttini təşkil edir
və hətta bu sujet xəttinin içərisində kiçik mətnlərdə daxil ola bilər. Nağılın bütün sujet xətti
mifoloji mətndir. Ancaq bu sujet xəttinin içərisində kiçik mifoloji mətnlər də vardır. ” (1, 145)
Ətrafdakı hadisələri dərk etməkdə çətinlik çəkən insanlar bu qorxu və acizliyin təsiri ilə
müxtəlif hadisələrə inanmış, heyvan və əşyaları ilahiləşdirərək onlara sitayiş etmişlər. Bu
şəkildə öz inanclarını formalaşdırmağa, aciz qaldıqları hadisələrə müəyyən don geyindirməyə
çalışmışlar. Nəticədə müxtəlif miflər, inanclar, kultlar, ayinlər və s. formalaşmışdır. Lakin
şüur inkişaf etdikcə bu təsəvvürlərə inam azalmış, bu inanc və ayinlərin bir çoxu əhəmiyyətini
itirərək unudulmuşdur. Bir qismi isə dildən-dilə keçərək müəyyən dəyişikliyə uğramış, bədiilik,
obrazlılıq qazanaraq müxtəlif nağıl sujetlərinin tərkibində günümüzə qədər gəlib çatmışdır.
Bu da onu göstərir ki, bu günün adət-ənənələri, toy və yas mərasimləri ilə nağıllarımız arasın-
da birbaşa genetik əlaqə var.
Y.M.Meletinski mifin nağılla əlaqəsi haqqında yazır: “mərasim sona yetir, onun ilkin
dini mahiyyəti, mifoloji hadisələrin həqiqiliyinə inam zəifləyir, bu zaman ayin və ritual da öz
əhəmiyyətini itirir, unudulur, ilahi mənşəli mifoloji qəhrəmanlar adi nağıl qəhrəmanları ilə
əvəz olunur, mifoloji zaman bilinməyən bir zaman tipinə çevrilir, əski dəyərlər yox olur,
kollektivçilik itir, əvəzində şəxsiyyətin rolu önə çəkilir”. (4, 142)
Mifoloji obrazlara bir çox Azərbaycan nağıllarında rast gəlmək olar. Məsələn: “Naşükür
qız” na-ğılında qızın qoyun dərisi ilə libas dəyiş-məsi, “Göyçək Fatma” nağılında Fatmanının
qardaşının sehirli bulaqdan su içərək inəyə çevrilməsi, meşəni təmsil edən və Fatmaya kömək
edən qarı obrazı, “Məlikməmməd və Məlik Əhməd” nağılında su və alma mifoloji motiv və
obrazlara misaldır. Göstərilən bu vasitələrin nağıllardakı vəziyyətləri də mifoloji aspektdən
izah olunur.
Beləliklə, Azərbaycanın qədim xalq yardıcılığı örnəklərindən biri olan nağıllar mifoloji
motivlərlə zəngindir. Bu isə tədqiqatçılarımıza xalqımızın ilkin təsəvvürləri, adət-ənənələri,
inamları haqqında bir çox məsələləri araşdırmağa imkan verir.
NƏRİMAN ƏBDÜLRƏHMANLININ “YOLSUZ”
ROMANI HAQQINDA DÜŞÜNCƏLƏRİM
Yeqzar CƏFƏRLİ
Qafqaz Universiteti
yeqzar_91@mail.ru
AZƏRBAYCAN
Qaldırılan problemlərin oxşarlığı cəhətdən “Yolsuz”u özündən əvvəl yazılmış əsərlərin
davamı hesab etmək olar. İlk hekayələr, povest və romanlarında olduğu kimi burda da nakam
insanlardan, tale qisməti, alın yazısından söhbət açılır. Daha əvvəlki əsərlərinin təhlili zamanı
qeyd etdiyim kimi onun qismət konsepsiyasında bir ziddiyyət vardır. N.Əbdülrəhmanlının
qəhrəmanları gah taleyi ilə barışaraq bütün bunları Allahın qisməti sayır, gah da üsyan edib
elə bu qismətə qarşı çıxırlar. “Əslində bu vaxtacən bir dəfə də olsun qismətimdən narazılığımı
dilimə gətirməmişdim, ümidsiz günlərimdə belə, hardansa qapı açılacağına altıncı duyğumla
duyurdum...”
“Yolsuz”da müəllifin cəmiyyətə, ailəyə, qadına münasibət maraq doğurur. “Bu xanım
aktrisadı, incəsənət adamıdı, hamının tayı ola bilməz, hamı onunla yanaşı dura bilməz,
sənətkar gərək kütlədən fərqlənsin”. Fikir verin, psixoloq bu düşüncələri ilə özü onun doğru
yoldan azmasına şərait yaradır. Arvadının oynaşı olmasını bilə-bilə ona güzəştə gedir. Bu
sözlər həqiqətən də bir Azərbaycan kişisinə aiddirmi?
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
961
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
N.Əbdülrəhmanlının fikrincə Yaradanın yer üzündə və yer altında insanlara bəxş etdiyi
sərvətlər haçansa tükənə bilər. Ona görə də bu sərvətlərə ümid edib arxayınlaşmaq lazım
deyildir. Ən böyük sərvət insandır, özü də mənəviyyatlı insanlardır. “...Xalqın ən böyük
sərvəti torpağın altında-üstündə olanlar deyil; dedi, insanların mənəvi keyfiyyətləri daha
vacibdi; dedi, nə qədər ki, bu həqiqəti anlamamışıq, inkişafımız həmişə yarımçıq qalacaq...”
N.Əbdülrəhmanlı cəmiyyət üzərinə yağdırdığı saysız “niyə”lərlə bir növ özü hakim
rolunda cəmiyyəti ittiham edir. Bu cəmiyyəti dəyişdirmək üçünsə heç bir təşəbbüsdə
bulunmur. Daha sadə desək, öz haqqını tələb etmək üçün təşəbbüs göstərmir. M.F.Axundzadə
demiş “zalımın atasını yandırmır, sadəcə yüngülvari giley-güzarla kifayətlənir”.
“Yolsuz”un qəhrəmanı layiq olmadığından daha çox iddialıdır. Müəllif bunu
qəhrəmanın dilindən etiraf edir: “Qorxurdum deyə səkkiz il qadının olmuş kimsənin ruhuna
bələd olmağı, qəlbinə girməyi, ehtiyac duyduğunu başqalarında axtarmasına yol verməməyi
bacarmamısansa bundan sonra nəyə iddia edə bilərsən, yollar basa-basa arayıb-axtarmağınım
bir anlamı varmı?”.
Bir gənc olaraq təbii ki, sovet dövrünü yaşamamışam. Amma bu dövrün mənfi və
müsbət cəhətləri haqqında bəzi bilgilər əldə etmişəm. Bu dövrə məxsus rüşvətxorluq,
süründürməçilikdən dəhşətə gəlməmək mümkün deyildir. “Yolsuz”da təsvir olunan hadisələr
sovet cəmiyyətində baş verdiyindən burada qəhrəmana müəyyən qədər haqq qazandırmaq
mümkündür. Amma bütövlükdə götürüləndə əsər zəifdir. “...Şairin cəmi üç kitabı çıxmışdı;
biri bəxt qapısını hərdənbir arxasızların üzünə də aralayan sovet quruluşunda işıq üzü
görmüşdü, üstəlik bir az qonorar da alıb xeyli xoşbəxt olmuşdu, ikincisini düz qırx yaşında bir
xeyirxah Allah bəndəsinin hesabına buraxdırmışdı, daha doğrusu təsadüfən qəzetdə bir şeirini
oxuyan o Allah bəndəsi şairi axtarıb tapmış, yaradıcılığı, maddi vəziyyəti ilə maraqlanmışdı;
sonra da kitabını çıxartdırmağa boyun olub dediyini kişi kimi yerinə yetirmişdi”.
Bu gün cəmiyyətimizdə bahalı maşınlarda gəzən, dəbdəbəli villalar tikdirən və bununla
fəxr edən insanlar cəmiyyətimizdə yetərincədir. Özlərini hamıdan ağıllı sayan, amma bəsirət
gözləri kor olan belə insanlar həyatda mövcud olan hər şeyin, hətta özlərinin də yalnız Allaha
məxsus olduqlarını, bu nemətlərin sadəcə daşıyıcıları olduqlarını dərk etmək istəmirlər.
Müəllif yazır:
“...bu ev-eşik, bu var-dövlət, vəzifə, aradakı çəkişmələr anlamağın ağrılarını ört-basdır
eləməkdən ötrüdür, sən də bunları yadımıza salan bir Allah bəndəsisən; qanmaz adamlara
fikir vermə, dərviş, dedi, onlar elə anadan ruhsuz doğulurlar, ruh adamları səni sevirlər, bilir-
lər ki, sən Allaha bizdən daha yaxınsan, Allah da həmişə sevdiyi bəndələrini sınağa çəkir, bə-
zən də onu ruhundan ayrı salır; bir vaxt söylədiyin söz yadımdan çıxmır. Dərviş, dedi, dedin
insan cisminin dərdini çəkdikcə ruhunu itirir, bilmirəm, o “sağlam bədəndə sağlam ruh olar”
sözlərini kim deyib, bordaq cöngə kimi sağlam, amma ruhsuz adamları azmı görmüşük, dedi...”.
Ruhi xəstə sayılan dərviş əslində xəstə deyil, əsil xəstə olan cəmiyyətin özüdür. Dərviş
də bu xəstə cəmiyyətin sağlam üzvüdür. Kefli İsgəndər də yaşadığı cəmiyyətdə dəli
adlandırılırdı. Amma başdan-başa dəlilərdən ibarət olan o cəmiyyətdə Kefli İsgəndər yeganə
ağıllı adam idi. Bu mənada kefli İsgəndərlə Dərviş arasında bir oxşarlıq var. Fərq onda idi ki,
İsgəndər xalqın arasında yaşayır, Dərviş isə öz istedanını təsdiq edə bilmədiyinə görə tərki-
dünyalığı seçib insanlardan kənar gəzirdi. Və o bu cəmiyyətdə heç də tək deyil.
N.Əbdülrəhmanlının fikrincə cəmiyyətdə layiqincə tanınmaq üçün çoxlu əsərlər yazmaq
mütləq deyil, bircə kitabla də tarixdə qalmaq mümkündür”. Elələri var, Allahın diqtə etdiyi
bir-iki əsər yaradandan sonra çəkilib ömürlərini sükut içində başa vururlar, yazdıqlarının da
söz sərraflarının yanında qiyməti böyükdü; bir də ki, dərviş haqlıdı, hər kəs gərək öz sözünü
söyləsin, onda sözünün də, səsinin də çəkisi, rəngi, dəyəri daha aydın görünür, söz yiyəsinin
mahiyyəti də ortaya çıxır, saxta dəyərlər çıl-çılpaq qalır”. Bu sözlər bütün mənası ilə
N.Əbdülrəhmanlıya da aiddir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
962
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
N.Əbdülrəhmanlının özəlliklərindən biri də odur ki, o, yazdığı bir çox əsərində növbəti
əsərin anonsunu verir, süjetini qurur. “Yolsuz”da bir kor səyyah haqqında düşüncələrini ifadə
edərək yazır: Gözlərim yetmiş il yolda gördüklərimdən doyub kor oldu, indi xəyalımdakı
yolları əriş-arğac eləməkdən başqa əlacım yoxdu, Allah-təalanın verdiyi möhlət bitib, bunda
sonra nə yaşasam qənimətdi; deyirdi, məmləkətdən çıxan illər ərzində başımım tükü sanı
yollar gördüm, amma qəfildən anladım ki, ALLAHIN YOLUndan başqa YOL yoxdu, bütün
yollar O-na aparır, o Yoldan sapanlar yolsuzdan başqa bir şey deyillər...”.
Adətən belə insanlar haqqında öldü, rəhmətə getdi yox, dünyasını dəyişdi deyirlər.
Sağkən canlı ölülər, heç kimin işinə yaramayan canlı ölülər, paxıllar cəmiyyətimizdə yetərin-
cədir. Bu gənc yaşımda dəfələrlə belə halların şahidi olmuşam.
QEYD: “Yolsuz” hələlik mətbuatda müzakirə olunmadığından biz əsərin təhlili zamanı
digər mənbələrə istinad edə bilmədik.
ÇAĞDAŞ AZƏRBAYCAN ROMANINDA TARİXİ GERÇƏKLİK
VƏ BƏDİİ HƏQIQƏT(ÇİNGİZ HÜSEYNOVUN
“FƏTƏLI FƏTHİ” ROMANI FONUNDA)
Arzu MÜRSƏLLİ
BDU
arzu.mursalova@gmail.com
AZƏRBAYCAN
Tarixi mövzulara, hadisə və şəxsiyyətlərə qarşı maraq müasir dövrdə ən çox müraciət
olunan janrlardan biri kimi tarixi romanın aktuallığını qoruyub saxlamaqdadır. Ə.Nicat, N.Hə-
sənzadə, Ə.Cəfərzadə, Ç.Hüseynov kimi müəlliflərin yaradıcılığında tarixi romançılıq ənə-
nələrinin uğurlu davamının, çağdaş nəsrdə tarixi gerçəkliyin və bədii həqiqətlərin müasir
problemlərlə qarşılıqlı vəhdətdə təsvirinin şahidi oluruq.
Tarixi romanın inkişafının müasir mərhələsində müəlliflər tarixi həqiqətlərin mövcud-
luğunu, baş vermiş real hadisələri şübhə altına almır, oxucuya qeyri-müəyyən suallar vermək-
lə onda keçmişə maraq yaradır, müasir insanı tarixin kitablarda yazılmayan, hər kəsə məlum
olmayan tərəfləri haqqında düşünməyə və nəticə çıxarmağa vadar edir.
Görkəmli roman ustası, ədəbiyyatşünas, tənqidçi Çingiz Hüseynov özünün “Məhəm-
məd, Məmməd, Məmiş” , “Doktor N” , “Ailə gizlinləri” , “Fətəli fəthi” romanlarında müasir
cəmiyyət üçün aktual olan bir sıra məsələlərə aydınlıq gətirmiş, bir xalqın, şəxsiyyətin taleyi
fonunda ümumilikdə bəşəriyyəti narahat edən suallara cavab tapmağa nail olmuşdur. Yazıçı-
nın “sənədli fantaziya” adlandırdığı, baş qəhrəmanı Mirzə Fətəli Axundov olan “Fətəli fəthi”
romanı tarixi-bioqrafik romanın janr xüsusiyyətləri ilə hüdudlanmayıb, özünəməxsus dil və
üslub formasına görə çağdaş nəsrimizdə yeni tipli roman kimi qiymətləndirilir. Müəllif əsərdə
xalqın taleyini, ona qarşı əsrlər boyu davam edən müstəmləkəçilik siyasətini, ölkənin bütöv-
lüyü məsələsini təsvir edərkən geniş zaman kəsiyində baş vermiş hadisələri işıqlandırır, həm
tarixi sənədlər, həm də yazıçı təxəyyülü vasitəsilə səbəblərə aydınlıq gətirir.
Tarixi dəqiqliyə sədaqətlə sənətkar təxəyyülünün düzgün nisbəti tarixi romanın mühüm
estetik şərtlərindən biridir. Yazıçı tarixi faktları onların təfsirlərindən çox incə və də-qiq
şəkildə ayırmalıdır. Çingiz Hüseynovun özünün də qeyd etdiyi kimi, “Fətəli fəthi” əsəri də
sənədlər üzərində qurulan, lakin tarixi sənədlərin müasir gözlə oxunduğu bir romandır. Roman-
da Fətəli-Şamil, Fətəli-Nikolay və s. kimi görüş səhnələrini təsvir edən müəllif, bu hadisələrin
həqiqətən olduğunu iddia etmir, sadəcə olaraq “ola bilərdi və tarixə zidd deyil” qənaətindədir.
Ənənəvi tarixi-bioqrafik romanlardan fərqli olaraq əsərdə Mirzə Fətəli Axundov şəxsiyyəti
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
963
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ideallaşdırılmır, onun mübarizəsi bütövlükdə Azərbaycan xalqının mübarizəsi kimi təsvir olu-
nur, tariximizin ən önəmli dönüş nöqtələrindən olan XIX əsr mühiti dövrün ziyalısının gözü
ilə müşahidə olunur. Rus, gürcü, dağıstan və digər xalqların nümayəndələri ilə qəhrəmanını
görüşdürən müəllif, imperiya dövründə bütövlükdə Qafqaz mühitinin real mənzərəsi, müba-
rizəsi haqqında canlı təsəvvür yaradır, dövrün ruhunu dolğun şəkildə əks etdirir. Mövzu ge-
nişliyi, ideya forma müasirliyi əsərin geniş auditoriya tərəfindən maraqla qarşılanması və bir
sıra dillərə tərcümə olunmasına şərait yaradır.
Tarixi gerçəkliklərə böyük ustalıq və məxsusi incəliklə yanaşan yazıçı, bədii həqiqətlə-
rin ifadəsi üçün də olduqca orijinal və mürəkkəb struktur seçmişdir. Əsərdə hadisələr bəlli
xətt üzrə inkişaf etmir, müəllif qəhrəmanını gah uzaq keçmişə, gah da gələcəyə aparır, onun
yuxularına, xəyallarına müdaxilə edərək, tarixi gerçəkliklərə toxunmadan uydurmaları real
planda təsvir etməyi bacarır. Tarixi faktları təhrif etmədən bədii uydurmadan istifadə etmək
yüksək sənətkarlıq tələb edir. Mirzə Fətəli Axundovun üzərinə ağır yük- xalqın taleyi və
gələcəyi haqqında düşünmək və bu yolda əlindən gələni əsirgəməmək missiyasını qoyan
Çingiz Hüseynov, şərti-metaforik elementlərdən istifadə edərək, onun yuxularına, xəyallarına
müdaxilə edir, əlçatmaz qəhrəmanı ilə əlaqə yaratmağa, çətin vəziyyətlərdə ona yardım
etməyə, fikirlərini cilalamağa çalışır. Hadisələri kənardan müşahidə edən müəllif bəzən özü
də xəyalən əsərin qəhrəmanına çevrilir, fikir və mülahizələrini səssiz nitqlə ifadə edir.
Müasir tarixi romanda yalnız kim?, nə?, harada? sualına cavab axtarmaq qənaətbəxş
hesab olunmur. Əsərdə qoyulması vacib olan, yazıçını düşündürən əsas sual nə məqsədlə? ol-
malıdır. Cavab axtaran müəllifin isə tarixə çoxistiqamətli, hərtərəfli yanaşmaq üçün kifayət
qədər imkanı var. Belə bir şəraitdə həqiqətdən daha dəqiq, faktdan daha real roman yaratmaq
yazıçının təxəyyül sərhədlərinin genişliyi, sənətkarlıq qüdrəti kimi qiymətləndirilməlidir,
Çingiz Hüseynovun yaradıcılığına nəzər salsaq, müəllifin bu çətin tapşırığın öhdəsindən
layiqincə gəldiyini əminliklə söyləyə bilərik.
M.ARAZIN “AYAĞA DUR, AZƏRBAYCAN!” ŞEİRİNDƏ
VƏTƏNDAŞLIQ QAYƏSİ
Səadət MƏHƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mehemmedova91@mail.ru
AZƏRBAYCAN
İlk növbədə tezisimizin adındakı “vətəndaşlıq” sözünün mənasına aydınlıq gətirək.
Ədəbi prosesdə son illərdə daha çox səslənən vətənpərvərlik və vətəndaşlıq poeziyası ifadələri
doxsanıncı illərdə özünün gerçək mənasını tapmaqdadır. Bəs vətənpərvərlik və vətəndaşlıq
poeziyası nə deməkdir.?. Tənqidçi Vaqif Yusifli “Yollar hayana aparır” adlı məqalələr toplu-
sunda bu məsələyə aydınlıq gətirərək yazır: Belə bir ifadə var: “Vətəndaşlıq poeziyası”. Bu
ifadəni əksər hallarda şairlərin şeirlərindəki pafosa görə müəyyənləşdirirlər. Əgər şair Vətənin
başının üstünü alan təhlükədən, onun faciələrindən yazırsa, özü də yazdığı şeirlərin bədii
dəyərindən asılı olmayaraü yenə həmin ifadə köməyə gəlir. Beləliklə, bir qrup tənqid-çilərin
fikrincə, poeziya istər - istəməz “vətəndaşlıq” və “qeyri- vətəndaşlıq” kimi iki qütbə ayrılır.
Vətənin tərənnümü, vətəndaşlıq poeziyası bir çox şairlərin yaradıcılığında öz bədii
əksini tapmışdır. Belə yazıçılardan biri də Azərbaycanın müstəqillik illərində ilk xalq şairi
adını almış, tanınmış və hamının rəğbətini qazanmış şair Məmməd Arazdır. Vətən-daşlıq
amalı onun şeirlərində geniş tərənnüm olunmuşdur. Onun “Ayağa dur, Azərbaycan!” şeiri 90-
cı illərdə yaranmış vətənpərvərlik və vətəndaşlıq poeziyasının ən kamil nümunə-lərindən biri
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
964
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
kimi diqqəti çəkməkdədir. Dərin poetik ehtirasla yazılmış bu şeirdə şair bir vətəndaş kimi
azadlığına yenicə qovuşmuş Azərbaycanın başı üstünü alan bəlalara diqqəti yönəldərək vətən
oğullarını ayağa durmağa, ölüm-dirim mübarizəsinə qalxmağa səsləyir: “Ayağa dur, Azər-
baycan! Səninləyəm”.“ Səndən qeyri biz hər şeyi bölə billik, Səndən qeyri biz hamımız ölə
billik” -deyən şairin fəryadı öz üsyankarlığının, ehtirazının qabarıqlığı ilə diqqəti cəlb edir.
Vətən oğullarına müaciətlə yazılmış bu şeirdə diqqəti Azərbaycan xalqının şərəfli
tarixinə, qəhrəmanlıqlarla dolu tarixinə yönəldir. O, xalqı, xalqın vətənəpərvər oğulllarını
taixdən ibrət dərsi almağa, doğma Vətəni göz bəbəyi kimi qorumağa çalışır.
“Ayağa dur, Azərbaycan!” şeirində Məmməd Araz xalqın, millətin qeyrət damarını hərəkətə
gətirmək, onu ayağa qaldırmaq üçün vətəndaşlıq namusunu oyatmağa çalışır. Şair Azər-
baycanı “qoca vulkana” bənzədir və bu vulkanı oyatmaq üçün Tanrıya, Yaradana üz tutur:
Oyat bizi, ey Yaradan, səninləyəm!
Ya bilmərrə yatır bizi,
Ya yenidən
oyat,bizi!
Ey Yaradan, səninləyəm!
Səninləyəm, yatmış
vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!..
Filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov “Ayağa dur. Azərbaycan!” şeiri-
ni səciyyələndirərək yazır ki, burada “vətən sevgisi, torpaq qeyrəti və məhəbbəti müstəsna yer
tutur. Vətənə müraciətlə deyilən: “Səndən qeyri biz hər şeyi bölə billik, “Səndən qeyri biz ha-
mımız ölə billik, “Gözünü sil, Vətən oğlu ayağa qalx!” kimi alovlu misralar oxucu qəlbini
təlatümə gətirir və onu silkələyib ayağa qaldırır, nəzərlərini sabah yönəldir, səfərbər olmağa
hazırlayır.
Bildiyimiz kimi, Qarabağ mövzusu, erməni cəlladlarının qaniçənliyi, millətimizin qarşı-
laşdığı haqsızlıq və ədalətsizliklər xalq şairi Məmməd Arazı daim düşündürmüş, yeni yara-
dıcılıq axtarışlarına sövq etmişdir. Filologiya elmləri doktoru, professor Yavuz Axundlunun
“İstiqlal şairləri” monoqrafiyasında qeyd etdiyi kimi: “Doxsanıncı illər M. Araz yaradıcılığı-
nın yeni bir mərhələsi kimi diqqəti cəlb edir. Bir çox şairlər qələmi yerə qoyduğu bir vaxtda
M. Araz yeni bir şövqlə qələmdən yapışdı. Azərbaycanda baş verən hadisələr onda bir poetik
təpər oyatdı. M. Araz bu yeni şeirləri ilə sübut etdi ki, məmləkətin belə bir çağında susmaq
olmaz, xalqı mübarizəyə səsləmək, ondakı yatmış duyğuları oyatmaq lazımdır. Məmməd
Arazın tarixi torpaqlarımızın düşmən əlinə keçdiyi ilk dönəmlərdə qələmə aldığı “Ayağa dur,
Azərbaycan!” şeiri xalqı birliyə, səfərbərliyə çağırış motivləri ilə zəngin, dəyərli bir sənət
nümunəsidir. Şeir yüksək vətəndaşlıq qayəsi, yurd sevgisi,dərin mübarizlik əhvali – ruhiyyəsi
ilə seçilir. Şeirdə şairi düşündürən əsas məsələ milllətin vətənin dərdlərinə, agrılarına
biganələyidir. Qarabağ kimi qədim və möhtəşəm tarixə malik Azərbaycan torpaqlarının
düşmən əlinə keçməsi şairi bir vətəndaş kimi daha sərt şəkildə danışmağa məcbur etmişdir.
Şair xalqı mübarizəyə, işğal olunmuş düşmən əsarətindən azad olunmasına səsləyir. O,
millətin döyüş və mübarizlik ruhunu qaldırmaq üçün tarixə, mübarizələrlə dolu keçmişlərə
müraciət edir. Şair bir zaman Azərbaycanı işğalçı ordulardan qoruyan, bu yolda şəhid olan
Vətən oğulllarının bu gün Qarabağ itkisi ilə barışmasına dözə bilmir. “Şairin 1992-ci ilin
yazında, torpaqlarımıza təcavüzün genişləndiyi bir vaxtda yazdığı “Ayağa dur, Azərbaycan!”
adlı şeiri elə ilk misralardan dərin məna çaları, yüksək daxili pafos və obrazlı ifadə tərzi ilə
oxucunu ələ alır. Şair vətənin ikiyə bölünməsni xatırlamaqla xalqımızın yenidən belə bir
təhlükə ilə qarşılaşdığını bəyan edir. Vətən övladının vətəndaşlıq qürurunu, vətəndaşlıq
heysiyyətini önə çəkməklə onu “Vətənin taleyi bu gün səndən asılıdır”, “Vətən bölünməz”
kimi tarixi hökmlərinə
tabe
etdirir.
|