III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1073
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
bəzi söz və ifadələrə rast gəlmək mümkündür. Moynenin əsərinin diqqətsizliklə yazıldığı haq-
qında elmi fikir mövcuddur. Moynenin əsərini William Chittickin Amerikan ingilis dilinə mü-
kəmməl və doğru tərcüməsi ilə müqayisə edəndə görünür ki, Moynenin əsəri kifayət qədər
qeyri-ciddidir.
Bildiyimiz kimi, rübai dörd misralı, birinci, ikinci və dördüncü misraları həmqafiyəli olan
nəzm formasıdır. Adətən bu formada üçüncü misra qafiyədən kənarda qalır. Rübaiyə “dübeyt”
və ya “təranə” də deyilir. Dörd misrası qafiyələnən rübailər də vardır ki, bunlara da “murassa Rü-
bai” deyilir. Mövlananın rübailərinin bir çoxu bu formada olan rübailərdir. Onun “Divani-kə-
bir” adlı əsərində iki minə yaxın rübai mövcuddur. Arberri bu rübailərin min altı yüzünün Möv-
lanaya aid olduğunu bildirir. Rübailər “Divani-kəbir”dəki bütün şeirlərin 4-5 faizini təşkil edir.
Rübailərlə bağlı fars dilində tənqidi nəşrlər vardır. 1894-cü ildə 1642 rübaidən ibarət İs-
tanbul nəşri mövcud olanların ən qədimi hesab olunur. Bu versiya Vələd Çələbi tərəfindən
nəşr edilmişdir. Digər nəşr 1941-ci il İsfahan nəşridir. 1994 rübaidən ibarət olan bir nüsxədir.
Amma elmi baxımdan ən mötəbər rübailərin əsas nüsxəsi Bədiüzzaman Firuzanfərə aiddir.
Onun əsəri 1963-cü ildə “Divani-kəbir”in səkkizinci kitabı kimi nəşr olunmuş və 1983 rübai-
dən ibarətdir. Firuzanfər bu elmi işi yazarkən İstanbuldakı Süleymaniyyə kitabxanasında olan
2693 saylı və köçürmə tarixi Mövlananın vəfatından bir rüb sonra göstərilən (köçürülmə tarixi
təxminən 1300-cü illər) nüsxəyə və 1870 rübaidən ibarət olan Londondakı Chester Beatty
nüsxəsinə istinad etmişdir. İlk dövrlərin nüsxələrinə əsaslanan Firuzanfər nüsxəsinin da bəzi
zəif cəhətləri də vardır. Bu da ondan ibarətdir ki, bəzi rübailər Mövlanadan əvvəlki dövrlərdə
yaşamış şairlərə aiddir. Son dövrdə tədqiqatçılar Firuzanfər nüsxəsində Mövlanaya aid
olmayan yetmişə yaxın rübainin olduğunu müəyyən etmişlər.
Rübailər ingilis dilinə ilk dəfə 1949-cü ildə Arberri tərəfindən tərcümə olunmuşdur . Bu
tərcümə 359 rübaidən ibarətdir. Arberri elmi işində 1941-ci il tarixli İsfahan nüsxəsinə əsas-
lanmışdır. Arberrinin tərcüməsindəki qırxa yaxın rübainin də Firuzanfər nüsxəsində mövcud
olmadığı müəyyən olunmuşdur. Şimmel “The Triumphal Sun” adlı əsərində bəhs etdiyi möv-
zuların arasında Firuzanfər nüsxəsinə əsaslanan bəzi rübailəri tərcümə etmişdir. Başqa bir rü-
bai tərcüməçisi William Chittickdir. Chittick də Firuzanfər nüsxəsinə əsaslanaraq yeddi rübai-
ni tərcümə etmişdir. Rza Saberi isə 120-yə yaxın rübaini fars və ingilis dillərində hazırladığı
antologiyasına daxil etmişdir. R.Saberinin bu elmi işində Firuzanfər nüsxəsinə əsaslandığı
qeyd edilsə də, bəzi rübailər (qırxa yaxın) Firuzanfərə aid olan nüsxədə yoxdur.
Bu elmi işin qaynağı ehtimal ki, 1941-ci ildə nəşr olunmuş İsfahan nüsxəsinə aiddir.
Franklin Lewis də səkkiz rübaini tərcümə etmişdir. Bu rübailərin bəziləri Rza Saberinin elmi
işində olduğu kimi Firuzanfər nüsxəsinə əsaslanmış, lakin bundan iki rübainin Firuzanfərə aid
olmadığı müəyyən edilmişdir Bu rübailərin də qaynağı İsfahan nüsxəsi ehtimal olunur.
HEAD MOVEMENT IN THE SYNTACTIC STRUCTURES
Röya ABDURAHMANOVA
ADU
mammadovaroya@yahoo.com
AZERBAIJAN
The phrase Syntactic movement at first is used among structuralists. It is associated
with the transformational or derivational theories of syntax. Syntactic movement means a
displacement in syntactic structures. The features of syntactic movement have been studied
widely in linguistic theory. Certain constituents have been displaced from their positions by
means of different movement operations.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1074
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
A range of syntactic structure is derived by a series of merger operations. The derivation
of the syntactic structure involves not only merger operation but also other types of movement
operations. One of these specific types of movement operations is called head movement.
They are: 1) auxiliary verb movement
2) main verb movement
Let’s analyze the following patterns:
Speaker A: Sonny, there is something I want to ask you?
Speaker B: What, mommy?
Speaker A: If you will go to school?
Speaker B: What do you say mommy?
Speaker A: Will you go to school?
If you will go to school is a clause which is introduced by the interrogative
complementiser:
CP
C TP
If PRN T
You T VP
will V NP
go
P N
to school
If this is so, it can be imagined that both If and will can be included to the C/head position
of the CP. This leads to the ungrammaticality of the sentence as: If will you go to school
It is the empirical evidence (Andrew Radford) that questions can not contain both com
plementiser and auxiliaries. It is known that auxiliaries in questions move out of their post-
subject position into pre-subject position. Thus an inverted auxiliary occupies the head C position
of the CP. So the auxiliary moves from the head T position in TP into the head C position in CP.
According to the analysis of Baker (1970) in main clauses C is filled by a null question particle Q.
Taking into consideration of possibilities Chomsky’s theory (1995) Q is affixal in nature. Thus
it attracts an overt head to attach it. According to the theory that is suggested by Chomsky in
1993 Q carries a strong tense feature. It proves the auxiliary movement operation:
CP
C TP
Will+Q PRN T
You T VP
V NP
go
P N
to school
We witnessed the T-to-C movement in English. The other type of the head movement
implies movement of a finite main verb form the head V position of VP into the T position of
TP. Thus it is called V-to-T movement. This was productive in Elizabethan English but not in
present-day English. It is easily seen in Shakespearean English, especially in negative
sentences: I care not for her. (Thurio, Two Gentlemen of Verona)
Hence, when a finite contains no auxiliary, the verb moves out of the head V of VP
position into the head T position of TP in order to fill T. Implementing Chomsky’s strong
metaphor, a finite T is strong, that is T position is not filled by an auxiliary, the verb moves
from V to T in order to fill the strong T position. The strong tense affix in T attracts the main
verb to attach to the tense affix in T.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1075
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
On the other hand, in present-day English a weak tense affix is included to T. In this
case an affix has a weak V feature. That’s why it cannot trigger a movement of a verb from V
to T and can be attached to a verbal host by a direct merger of an auxiliary verb with a null
tense affix in T. For e.g. have. It can also be attached to a verbal host by lowering of the tense
affix onto the main verb. Finite clauses without auxiliaries set a good example for us.
The morphological operations are held on a weak tense affix in T. This is called Affix
Hopping:
CP
C TP
PRN T
She T VP
Tns 3SgPr V DP
reads the text
In this thesis we analyzed Head Movement (auxiliary verb movement, main verb
movement) in syntactic structure. As for auxiliary movement, it is the main type of the
movement operation. This operation doesn’t happen spontaneously, but rather follow certain
rules. T-to-C movement, V-to-C movement operations are the basis of the movement. These
operations occur in all syntactic structures, it proves that head movement is inevitable. As a
result, constituents in clauses gain certain positions. Thus, a word order contains certain rules.
In its turn it helps us to understand certain grammar rules.
İNGİLİS DİLİ MƏTİNLƏRİNDƏ MÜRƏKKƏB
DÜŞƏN-QALXAN TONUN SEMANTİK SAHƏSİ
Xatirə QOCAYEVA
Azəzərbaycan Dillər Universiteti
khatira.gocayeva@mail.ru
AZƏRBAYCAN
Tədqiqatların əksəriyyəti “mətn” deyəndə informativ, struktiv və kommunikativ planda
məqsədyönlülük, tamlıq və bütövlük əlamətlərinə malik olan ən yüksək dinamik nitq parçası
başa düşürlər. İstənilən mətnin yaranması zamanı adresat müəllifin nə demək istədiyini başa
düşməyə can atır. Bu prosesdə ona demək istəyini mətnin düzgün ümumi təşkili kömək edir.
Məlumdur ki, anlamanın başa düşülməsi üçün resipiyentin təfəkküründə mətnin infor-
masiya aspektinin realizə olunduğu məzmumum tam, bütöv obrazı yaranmalıdır. Buna görə
də mətnin xarici formasından onun məzmununa keçmək mütləq lazımdır. Bu ona görə olmalı-
dır ki, informativliyin təmin olunması mətnin əsas daxili funksiysıdır, xüsusiyyətidir.
Burda bir məsələni də qeyd etmək lazımdır ki, mətnin informasiyasının strukturlaşdırıl-
ması informasiya olmadan mümkün deyil, çünki məhz informasiya istənilən mətni optimal
kommunikativ vahidə çevirir. İnformasiya məhz özünün yaradıcı xüsusiyyətilə mətnin təşkili-
nin struktur-məzmun xüsusiyyətini özündə əks etdirərək onun vahid bir bütöv struktur kimi
yaranmasını şərtləndirir.
İntonasiyanın mətn yaradıcısı funksiyası dedikdə intonasıya vasitələrinin həm formal
struktur səviyyədə (üzvlənmə səviyyəsində), həm də məzmun səviyyəsində (məzmun üzvlən-
məsi səviyyəsində) başa düşülür. İntonasiyanin yaradıcı funksiyanın realizə edilməsi intonasi-
yanın ötürülməsi prosesinin optimallaşdırılmasına yönəlib.
İntonasiyanın mətn yaratmada fəaliyyət dairəsi bütün mətnin əhatə dairəsidir. Məhz in-
formasiya şifahi səviyyədə mətnin çoxkomponentli təbiətinin realizə olunmasında ən mühüm
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1076
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
vasitədir. Müasir dövrdə istənilən nitqin semantik xüsusiyyətlərinin öyrənən informasiyaya
həsr olunmuş “intonologiya” çox aktual və prespektivli istiqamət hesab olunur.
Qeyd etmək lazımdır ki, mətn kimi mürəkkəb bir obyekti öyrənmək intonologiya tədqi-
qatları üçün yeni imkanlar açır, mətnin informasiyanın öyrənilməsi isə bizə imkan verir ki,
artıq məlum olan informasiya kateqoriyasının nitqdə realizasiyası xüsusiyyətlərinin öyrənək.
Nitqin melodiyasının predmeti olan səsin qalxması və düşməsi isə tonun müəyyən edil-
məsi sxematik olaraq sadələşdirilmiş formada (müəyyən olunan hadisənin təbiətinin mürək-
kəbliyinə baxmayaraq) təqdim olunur. Bu gün ton intonasiyanın ən mühüm funksiyadaşıyıcısı
vahidi kimi xarakterizə olunur. Məhz onunla linqvistik məna assosiasiya olunur. Qeyd etmək
lazımdır ki, son dövrlərdə intonoloqların tonların tədqiqat olunmasına maraqları artıb. İngilis
dilində bu həm nitqin akustik strukturu və funksiyası ilə, həm də intonasiya tonunun semanti-
kası ilə bağlı daha çox öyrənilir.
Qeyd etmək lazımdır ki, ayrılıqda götürülmüş frazanın tonla ötürülən modal-emosional
mənası çox mühümdür, eyni zamanda mətn səviyyəsində modal-emosional məna ikinci plana
keçir. Modal-emmosional məna həm də dialoji vahidlərdədə özünü biruzə verir. Məlumdur ki,
bu cür mətinlərdə adresatın kommunikativ məqsədindən, kommunikasiyada iştirak edənlərin
qarışılıqlı münasibətlərindən, onların sosial statusundan çox şey aslı olur. Məsələn;
-No seriously, Sara, I can’t bear it/ Lying on my back.
-Well /then/ try lying on your stomach for a change.
İki nəfər arasında olan by dialoqda enib-qalxan ton “həvəssiz” güzəştə getməyin məna-
sını verir. Bu mənanı “well” sözünün semantikasında da hiss etmək olar. Beləliklə intonasiya
vahidinin semantikası leksik vahidinin semantikası leksik vahidlərinin semantikası ilə uyğun-
luq təşkil edir.
Qeyd etmək lazımdır ki, nitqdə razılaşmamaq həmişə fəal əqli fəaliyyəti ortaya gətirir,
ona görə ki, intonasiya vasitəsi ilə danışanın onu əhatə edən reallığa münasibəti bildirilir. Tez-
tez razılaşmağın psixoloji vəziyyəti konfliktə assosiasiya edilir. Nəzərə almaq lazımdır ki,
düşüb-qalxan ton dialoji nitqdə yalnız razılaşmamanı ifadə etmir, eyni zamanda əqli fəaliyyəti
fəallaşdırır.
Məsələn, aşağıda verilən frazada düşən ton tələffüz edilsəydi, onda əminlik, yəqinlik
elementi meydana çıxardı. Bu da dialoqun sonrakı inkişafına mane olardı.
-My hair is auful. I can’t do angthing with it.
-It’s not that/bad.
“Bad” sözü düşən fonun fonunda qəti olaraq, əminlik bildirir. Beləliklə düşən-qalxan ton
razılaşma bildirir, bununla da resipiyenti konnitiv təcrübəyə qaytarır və eyni zamanda situasi-
yanın sonrakı inkişafını stimullaşdırır. Bunu bir yuxarıdakı dialoqun təcrübəsində daha aydın
hiss edilir.
-It is not that bad. –O qədər də pis deyil.
-It is not /bad –Bu pis deyil.
Elə bu misallardan görmək olur ki, bir dildə bir səviyyə vahidi (bizim halda intonasiya
vahidi) başqa bir səviyyənin ekvivalenti ola bilər.
Son olaraq onu qeyd edə bilərik ki, dialoji nitqdə düşən-qalxan tonun sermantik mənası-
nın əsas elementi kimi, razılaşmama ifadə edən fikrin səlisliyinin və düzxətliliyinin pozulma-
sıdır. Bu da öz nöbəsində koqnitiv təcrübəyə, eyni zamanda dialoji vahidin əlaqəliliyinə müra-
ciət etməyə gətirib çıxarır.
Fikrimizcə düşən-qalxan ton mətn semantikasının öyrənilməsi, dil sisteminin koqnitiv
quruluşumum dərin əsasları haqqında təsəvvürlərimizi aydınlaşdırmağa kömək edəcək.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1077
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“TO GO” (GETMƏK) FELİ İLƏ İŞLƏNƏN FELİ
BİRLƏŞMƏLƏR VƏ ONLARIN SEMANTİKASI
Tahirə ZAİROVA
ADU
tahira_khafa@yahoo.com
AZƏRBAYCAN
Flektiv dil hesab edilən ingilis dilində çoxsözlü fellər mövcuddur. İngilis dilində bunlara
“multi-word verbs” deyilir. Çoxsözlü fellərin quruluşu aşağıdakı kimidir: “əsas məna daşıyan
fel+sözönü və ya zərf hissəciyi “. Çoxsözlü fellərin 3 növü vardır: 1) zərf hissəcikli feli birləş-
mələr (phrasal verbs)–məsələn to come out (publish–nəşr etmək, işıq üzü görmək, çap etmək),
to put up (construct–qurmaq, tikmək), to get through (pass the exams–imtahanı müvəffəqiy-
yətlə vermək ), to turn up (arrive–gəlmək), to pick up (learn without trying– təsadüfən öyrən-
mək) və s. 2) sözönülü feli birləşmələr (prepositional verbs)–məsələn to believe in (trust
someone–inanmaq), to complain about (say bad things about something and somebody–şika-
yət etmək), to apologize for (express one’s regret–üzr istəmək), to bump into (to meet by
chance–təsadüfən rastlaşmaq), və s. 3) zərf hissəcikli-sözönülü feli birləşmələr (phrasal-pre-
positional verbs)–məsələn to look up to (admire and respect–heyran olmaq, hörmət etmək), to
grow apart from (slowly stop having a good relationship–münasibətləri sona çatdırmaq), to
come up with (suggest–təklif etmək ), to get away with (to escape punishment–cəzadan yaxa
qurtarmaq), to cut down on ( reduce–azaltmaq) və s.
1. An employee in the north of England was recently fired for turning up late.
2. With no formal training Frank Abagnale picked up the skills by reading medical
books and watching other doctor’s work.
3. It was difficult for him to study but at the end of the course he could get through his
exams.
Feli birləşmələri tədqiq edərkən bir çox maraqlı ifadələrlə qarşılaşdıq. Onların arasında
“go” feli ilə işlədilən feli birləşmələr diqqəti daha çox cəlb etdi və onların bəzilərini sizin nə-
zərinizə çatdırmaq istəyirik. Aparılan araşdırmalar zamanı məlum oldu ki, bəzi feli birləşmə-
lərin iki və daha artıq mənası var. Məsələn;
1. To go on sözönülü feli birləşmələr qrupuna aiddir.Bu birləşmənin bir neçə mənası
vardır: a) davam etmək; b)baş vermək; c) keçmək (vaxt) d) işə düşmək (elektrik) e) xərcləmək
(pul); to go on at somebody–tənqid etmək
1. He didn’t answer my question and went on reading loudly.
2. Therev are plenty of people in the street and everybody wanted to know what’s
going on.
2. To go down zərf hissəcikli feli birləşmələrdəndir. Onun da bir neçə mənası vardır: a)
azalmaq, kiçilmək, aşağı düşmək–get smaller or decrease; b) batmaq - sink (a ship); to set (the
sun, moon); c) udmaq (yeməyi)-be swallowed (food); d) sakitləşmək (külək, dəniz)-become
calm (the sea, wind); to go down with something–xəstələnmək-catch an illness; to go down
well/badly with somebody–qəbul edilmək
1. The price of laptop computers has gone down considerably over the last three years.
2. John went down with terrible flu the day before his interview.
3. To go off sözönülü feli birləşmələrdəndir. Onun mənalarına nəzər salaq: a)
işləməmək); b) xarab olmaq (yeyilməyə yararsız) c) partlamaq, səs salmaq; d) xoşlamamaq.
1. Don’t drink this milk, it has gone off.
2. Adam used to love this café but he has gone off it since the waiter changed.
4. To go at–hücum etmək, güc tətbiq eləmək (to attack).
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1078
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
5. To go back–qayıtmaq–return to; to go back on–sözünün üstündə durmamaq, sözünə
əməl etməmək
6. To go over–yoxlamaq, araşdırmaq
7. To go out–a) yığıncaqlara getmək; b) dəbdən düşmək (become unfashionable); to go
out (together) or to go out with somebody–romantik münasibətdə olmaq
8. To go in–a) daxil olmaq–enter; b) gizlənmək-disappear behind clouds; c) sığışmaq–
fit in something
9. To go about–a) dövr etmək–move from place to place; b) məşğul olmaq–deal with
something
10. To go up–a) qalxmaq; b)dağılmaq; c) artmaq (qiymət); to go up something-dırmaş-
maq-climb something
Sadalanan
ifadələrdən əlavə “go” sözü isim kimi də birləşmə yaratmaq imkanına
malikdir. Məsələn: to be on the go-məşğul olmaq (to be very busy and active); to make a go
of something– uğur qazanmaq (make a success of aomething); to have a go–cəhd etmək
(attempt to do something; the go-ahead- icazə (permission to do something); go-ahead-yeni-
likçi, novator (willing to try new methods).
Bəzi hallarda feli birləşmələri sadə bir fellə də əvəz etmək mümkündür. Məsələn:
1. We need to sort the problem out. (to solve)
2. The lecture went on till 6.30. (to continue)
Lakin feli birləşmələrdən istifadə dilin rəngarəngliyindən, onun zəngin bir dil oldu-
ğundan xəbər verir. Bir çox hallarda feli birləşmələr ayrılıqda işləndikdə onların mənasını mü-
əyyənləşdirmək çətin olur. Onları yalnız kontekst daxilində başa düşmək, tərcümə etmək olur.
Bu isə bizə müxtəlif yazıçıların yazı tərzini, üslubunu başa düşməyə imkan yaradır.
OYUNLA BAĞLI UŞAQ FOLKLORU
( İngilis folklor nümunələri əsasında )
Nigar AĞAYEVA
AZƏRBAYCAN Milli Elmlər Akademiyasi
Folklor İnstitutunun doktorantı
nagayeva@qu.edu.az
AZƏRBAYCAN
Uşaq oyunları uşaq folklorunun ayrılmaz tərkib hissəsini təşkil edir. Uşaq fantaziyası,
təxəyyülü geniş olduğu üçün uşaq oyunlarının da bir neçə növü mövcuddur. Uşaq folklorunda
fiziki və intellektual oyunlar var ki, uşaqların həm fiziki, həm də əqli inkişafını şərtləndirir.
İngilis uşaq oyunlarını bəxt və bacarıq oyunlarına, diaqram oyunlarına, toxunma, əl vurma
oyunlarına, dairə və qövs oyunlarına, yarış, evlilik oyunlarına, xidmətçi götürmə oyunlarına,
top, evcik-evcik oyunlarına, məhsul yığımı, dəfn mərasimi ilə bağlı oyunlara, heyvanlarla,
ruhlarla, asqırma ilə, uşağın küpəgirən qarı tərəfindən oğurlanması ilə bağlı oyunlara, döyüş
oyunlarına, ağacla, daşla, kəndirlə bağlı oyunlara bölmək mümkündür. 1894-cü ildə Alisa
Berta Qomme tərəfindən toplanmış “İngiltərə, Şotlandiya və İrlandiyanın ənənvi oyunları”
kitabının I cildində Böyük Britaniyanın müxtəlif hissələrinə görə müxtəlif oyun üsullarından
və musiqili oyun növlərindən geniş şəkildə bəhs edilmişdir.
Tullanma oyunları ən populyar ingilis uşaq meydan oyunudur. Tullanma oyununun “İki-
qat tullanma”, “Krendel”, “Hədərən-pədərən”, “Kankan”, “Şüşə silən” kimi növləri vardır.
“Kan-kan” oyununun qaydası belədir: 6-7 nəfər dairə şəklində düzülür, ortaya vedrə və
ya hər hansı bir qutu qoyulur, oyun başladıqda uşaqlar dairə şəklində bir-birlərinin əlindən
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1079
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
tutaraq fırlanmağa və bir-birlərini ortaya dartmağa başlayırlar. Əgər kimsə ortadakı vedrəyə
toxunsa oyundan çıxır.
“Krendel” oyununda bir əl dizin altına qoyulur, digər əllə isə ipi fırladaraq tullanılır.
“İkiqat tullanma” oyununda isə iki nəfər müəyyən məsafədə dayanır və hərəsi ipin bir
ucundan tutaraq iki ipi əks istiqamətdə fırlatmağa başlayır. Ortada isə iki nəfər tullanaraq
ipdən keçir, əgər kimsə ipə ilişsə məğlub hesab olunur və ipi o tutur.
“Qaçdı-tutdu” oyunu da və uşaq meydançalarında sevilərək oynanılan ənənəvi ingilis
oyunudur. Uşaqlar bu oyunu əsasən qış aylarında oynayır, çünki onlar qaçaraq həm də isinirlər.
Bu oyunda uşaqlardan biri digərlərinin arxasınca qaçaraq onları tutmağa çalışır. Əgər uşaqlar-
dan hər hansı birini tutursa, həmin uşaq eyni qayda ilə uşaqların dalınca qaçmağa davam edir.
“Dördünü birləşdir” oyunu səssiz ingilis uşaq oyunlarından biridir. Bu oyun əsasən iki
uşaq arasında olur. Oyunçular qarşı-qarşıya oturur, dairəvi boşluqlara hərə öz rəngli dairəsini
atır, dörd eyni rəng yan-yana olarsa həmin rəngin sahibi qalib sayılır.
“Fransız rezin bağı və ya fransız tullanması” adlanan digər oyun isə adından da görün-
düyü kimi eni 2 sm, uzunluğu 3 metr olan rezin bağı bir-birinə bağlayaraq oynanılır. İki uşaq
rezinin içərisində dayanaraq rezini topuqlarında saxlayırlar. Üçüncü oyunçu isə müvafiq qafi-
yələr sədası altında bir sıra tullanmaları həyata keçirir. Oyun irəlilədikcə rezin bağ topuqdan
dizə, ombaya və belə qədər qaldırılır və oyunçu bu tullanmaları daha hündürdə etməli olur.
Bu zaman bəzi qafiyələr də söylənilir:
Şokoladlı tortu nə zaman bişirəcən?
Neçə dəqiqəyə hazır olacaq?
Bir, iki, üç, dörd....
Bir dedikdə tullanılır, sol ayaq rezindən kənarda, sağ ayaq isə rezinin içərisində qalır.
İki dedikdə tullanılır və hər iki ayaq rezin bağın daxilində qalır. Üç dedikdə, tullanılır və hər
iki ayaq rezindən kənarda qalır. Dörd dedikdə isə tullanılır və ayaqların hərəsi rezin bağın bir
kənarında qalır, rezin bağ ayaqla burularaq kənara çıxılır. Bu oyuna aid digər qafiyələr də möv-
cuddur:
İngiltərə, İrlandiya, Şotlandiya, Uels,
Daxilə, kənara, daxilə, üstünə.
“Cənab Timsah” oyunu əsasən 4-5 uşaq oynayır. Uşaqlar bu ənənəvi ingilis oyununu oy-
namaqdan böyük zövq alır. Uşaqlardan biri Cənab Timsah olur, digərləri isə ona belə söyləyir:
Cənab Timsah,
Mən suyu keçə bilərəm?
Qızımı görmək üçün,
O fincan və nəlbəkidə yaşayır.
Cənab Timsah isə belə cavab verir:
Sadəcə mavi geyinmək şərti ilə…
Mavi rəngli geyinmiş uşaq irəli doğru hərəkət edərək Cənab Timsahın yanına gedir.
“Yabanı şabalıd” oyunu illərdir uşaqların sevimli meydança oyunu olmaqda davam edir.
Bu ənənəvi Britaniya uşaq oyunu Sentyabr və Oktyabr aylarında oynanılır. Bu oyun adından
da göründüyü kimi yabanı şabalıd toxumu ilə oynanılır. Oyunun qaydası isə belədir: şabalıdın
ortasında dəlik açılır, oraya 25 sm uzunluğunda qalın ip salınaraq ipin bir tərəfi düyünlənir. İki
uşaq qarşı-qarşı dayanır, biri öz şabalıdının ipində tutur, şabalıd toxumu aşağıda olur, digəri
isə həmin şabalıdı öz şabalıdı ilə vurmağa çalışır. Əgər üç dəfə vura bilməsə növbə digər oyun-
çuya keçir, əgər vura bilsə əlavə oyun vurmaq imkanı yaranır. Oyun şabalıdlardan biri dağılana
qədər davam edir.
“Yumru şüşə daş” oyunu da ingilis uşaqlarının müntəzəm oynadıqları oyunlardandır. Bu
oyunu oynamaq üçün 2-6 nəfər oyunçu, hamar yer, dairə çəkmək üçün bir vasitə və 13 ədəd
şüşə daş lazımdır. Dairəyə parallel bir xətt çəkilir və hər iki oyunçu öz daşını atır, xəttə yaxın
|