Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə32/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

qafa - kəl, uyuzun qafası: irik.
- qafa qalınlığı: qabalıq. qalınlıq. həmaqət.
- qafa tutmaq: özün dartmaq. darqınlıqla özün çəkmək.
- qalın qafa: mallıq. sığırlıq. axmaqlıq. əbləh. səfehlik.
- qalın qafa: məngəfə. dana baş.
- qalın qafalı: qabaş. qəbəş.

qaftar kafdar (kavtar: 1. < kavmaq: qazmaq. qazıb çıxaran. 2. < kaptar. koptar: qabarıq. gobut olan) beli, kürəyi quzli, qoğzaq, yallı olub, yırtıcı, quylanmış ləş, ölüləri gordan çıxarıb yeyən qurd kimi bir heyvan. sırtlan (< sırtıq. sırtlı. sırtı qabarıq olan). yalsızına anduq dərlər.

qağız - kağız biti: kağızları yeyib dələn gögə, cüvə.

qah - gah gah: ara ara. ara sıra. arada sırada. vax vax.
- gah
gah. köpəyi çağırmaq üçün kullanılan söz.

qahı - qıvırcıq kahı.

qaq tabat. qudrət. güc.

qaqa - durna qaqası: çiçək çeşiti.
- qaqaları, dimdikləri ilə, bitləşmək: tumuşmq. birbirinin bitlərin ayıqlamaq. - toyuqlar tumuşub dururlardı.
- qaqası qaşığa oxşar ördək: qaşıqçin.

qaqa dimdik. quş burnu.

qaqac kəl, camış ətindən döğmə qaba basdırma.
- qaqac (bastırma: quru ət) yapılmaq: qurutulmaq. qatrılmaq.

qaqaç qaçaç. qab qacaq. qab.

qaqa 1. pislik. nəcis. - uşağın qaqası var. - qaqasını edəcək. 2. kötü. pis. (# cici: yaxcı).

qaqalamaq gəgələmək. dimdikləmək. - xoruzlar gəgələmiş: qaqalamış.

qaqalayan qağalayan. qağan. dimdikləyən. - ağac qağan: ağac dələn. ağacların qabuğun dimdikləyən, qarğada kiçik bir quş.

qaqalşmaq kötüləşmək. pisəlmək.

qaqan qağan. 1. qadir. ötən. ötər. bacaran. 2. tanrı adlarından. 3. qağalayan. dimdikləyən. - ağac qağan: ağac dələn. ağacların qabuğun dimdikləyən, qarğada kiçik bir quş. 4. vuran. çalan. - ağac qaqan: ağac dələn: qaqası ilə ağac qabığına çalan quş.

qaqğı qayğı. qaqıl. sıxıntı. dincsizlik. rahatsızlıq.

qaqıq - qaqıq qazıq: yerə bağlanmış kimi durmaq.

qaqil kakil. sarquc.

qaqıl qaqğı. qayğı. sıxıntı. dincsizlik. rahatsızlıq.

qaqım qayım. doğru. düz.

qaqımaq incitmək. azarlamaq. paylamaq.

qaqın qağın. (qaqqın. qaqyana). quru, arıq kimsə. (> qaqanafars)

qaqınc qaxınc. çıqışma. azar. sərzəniş

qaqınclamaq qaxınclamaq. çıqışmaq. azarlamaq. sərzəniş edmək.

qaqınmış zora uğrayan (qaqılmışlar: səfillər).

qaqır - qaqır qaqır edib gəvrək olan: qaqırdaq.

qaqırca dağ sıçanının böyük çeşiti.

qaqırdaq 1. qaqır qaqır edib gəvrək olan. 2. əridilən içyağının əriməyib qalan, quru qalıntısı ki yeyilir. - qıqırdaq: qaqırdaq böyrəyi.

qaqırdatmaq quru nərsələri birbirinə dəğdirib sürtüb çıxaran səs. - cəvizləri qaqırdatma.

qaqır quru nərsələrin birbirinə dəğib sürtülməsindən çıxan səs. - qaqır qaqır: çox quru. - dəri gündə qalıb, qaqır qaqır olmuş.

qaqış qağış. (< qaqşamaq). 1. yıxılan nərsənin çıxardığı sərt, quru gurultu səsi yansıtır. 2. cübbə, qalxan kimi dəmir yaraq.

qaqışmaq çəkiş bəkişmək. dürtüb itərək xırpalaşmaq.

qaqıştı qağıştı: qığşıştı.

qaq quru olub qaqırdayan nərsə.

qaqmaq - qazıq qaqmaq: yerləşib qalmaq.

qaqma 1. nərsədə, arxada təpərək, qalxıq, qabarıq şişik cizgiləri, naxışları olan. 2. tel, mıxla bəzənmiş nərsə. - altın qaqma təpsi.- gümüş qaqma yaraq. - qaqma qondara.

qaqmaq ( q <> t ) taqmaq. 1. soxmaq. - bu toprağa qazıq qaqılmaz. 2. döğüb qabartmaq. - qablama hara dəğib böylə qaqılmış. 3. nərsə üzərinə tel, pul, topuz çivi vurmaq, işləmək. - altın gümüş qaqılı nərsə. 4. vurmaq. çalmaq. 5. vurub soxmaq. daxil edmək. - çivi qaqmaq. 6. dər dəmir qabların arxasından təpib döğərək üzərləində qabarıq biçiklər oluşturmaq.
- başa qaqmaq:
minnət qoymaq.
- qaqıq qazıq:
yerə bağlanmış kimi durmaq.

qaqnı qağnı.
-
qağnının bir parça dəngəli: əsən.

qaqrış qarqış. ilənc. ilgənc. lə'nət.

qaqşamaq qağşamaq. (< qaq: sərt səs). 1. sərt quru gurultu ilə yıxılmaq. 2. kavşamaq. gəvşəmək. xərab olmaq. əprimək. yıpramaq. çox əsgimək. 3. çox yaşlanıb qocalmaq. çox qarımaq.

qaqşar qağşar. kəvşər. çökmüş. yoxar. yoxluğa, məhvə doğru gedən.

qaqut Qovut. Qavut.

qaqz - kömürçi kağaz: qara xalları olan kağaz.

qal kal (< qal. qalmış). 1. yetişməmiş yemiş. kalah. 2. qalac. avara. iş bilməz. gic. 3. bərk. 4. çatmaz. qanmaz. 5. xal. tüq. tük. dük. tokuq. amac. nişan. - oxu dükə çaldı.
-
qal !: geri qal !. uyu !. yat !. qafil ol !. yuban !.

qala 1. dayaq. muqavimət. 2. or. qorğan. burkam. hisar. gürşad. quşaq. qurşaq. istehkam.- qala olmaq: bir tabur, bir bölük əsgərin arxa arxa verib, dörd sıralı bucaq durmağı. 3. intizar. - qala qoymaq: gözətlətmək. 4. kala. ağız. süt başı. 5. qalaq. baqıt. bəkit. ərk. 6. qalaq. boğazkəsən. 7. şəhir. kənt. kənd. kəndü. kənüt. 8. talvırka. tam duvar. dam.
- qala duvarına vurulan, taxılan böyük çəngəl: qapcaq.
- qala topu: yerə top. topun yerisi.

qalabalıq alay. yığın. izdiham. yığın. yığınlıq. şuluqluq. sarmaşlıq. tirqəş. tirkəş. yığındı. toplanmış. izdiham. - bu yığıntı nədir.
- bir yığınlıq gördüm.
- çox qalabalıq yer: arı qoğanı.

qalac qalqaç (< qal. qalmış). avara. iş bilməz. gic. kal. 1. kəllaş. qallaş. dikəbaş. dikəş.

qalağ hava. - gəlin qalağ: gəlin havası: bərk durğun, rakit hava.

qalağan > qələyan < 1. qaynayan. qaynaqda. təpişin. təpişdə olan. 2. sevinc. qanıt.

qalağayi kalağayi. kələkə. yəmşək. başa örtülüb oyluqa dək enən yəmşək.

qalağı kalağı. otağa. başa, təpiyə vurulan quş yələyi.

qalah kalah. 1. kal, yetişməmiş yemiş. 1. kələk. qavın kimi yemişlərin gənəl adı.

qalaq qala. 1. aşyanfars. aşıqan. aşılanmış yer. yerləşmiş yer. otraq. yuva. 2. baqıt. bəkit. ərk. qorqan. gürşad. quşaq. qurşaq. istehkam. 3. yam. ev. duraq. durqa. mənzil. 4. sağlam. qürşad. gürşad. quşaq. qurşaq.

qala 1. bahalı. qiymətli. 2. qalmış. qabaq. əksik olaraq. - bayrama iki qala gəlin. - beşə beş qala geddi. (# geçə).

qalaqçı qalqaçı. yamçı. evçi. duraqçı. durqaçı. mənzilçi. yamçı. evçi. duraqçı. durqaçı. mənzilçi.

qalaq (heyvan) burun dəliyi.

qalaqlamaq qorqanlamaq. gürşadlamaq. quşaqlamaq. istehkam yapmaq.

qalamış (< qamış). (qələmlığ). qamışlıq. sazlıq.

qalan qalıntı. bəqiyyə. artıq qalan. qalma. artan. - gecə yeməyindən qalma heç bir nə yoxdur. - artıq qalan: sarqan. baqi. mütəbaqi.

qalayçı üzdək. süsüc. bəzgək. üzdə göstərən. üzdək, səthi, təməlsiz köksüz iş yapan kimsə. saxtakar.

qalayçılıq üzdəklik. süsüclük. bəzgəklik. təməlsizlik köksüzlük. saxtakarlıq.

qalay 1. şişik. kova. qaval. səthi. yalançı, üzdək (səthi) süs, bəzək. - bildiyin bu qədər, qalayın nərədən. - atalıq qalayı kişiyə yaramaz: atasının ad sanına güvənmək (sevinən) kişiyə yaraşmaz. 2. danlaq. yerik. əzmə. tə'ziz. tobix. təpik. sərzəniş. məzzəmət. - qalay atmaq, basmaq: paylamaq. 3. qaraq. saxlayan. qoruq.

qalaylamaq 1. danlamaq. paylamaq. yermək. əzmək. tə'ziz edmək. tobixləmək. təpikləmək. sərzəniş edmək. məzzəmət edmək. 2. üzdən, yalandan səthən, süsəmək, bəzəmək.

qalaylanmaq şişinmək.

qalaylı 1. hay küylü. 2. süslü bəzəkli. 3. saxta.

qalaysız özdək. içdən. doğal. doğru. doğurdan. yalansız.

qalbod kalbodfars< qablut. 1. qablıq. qalıb. hey'ət. şəkil. çəkil. 2. gövdə. qəfəs. qəpəs.

qalça qalçaq. göt. yancıq. budun yuxarı bölümü. bacağın yuxarsı, üstdən oynaq yeri. - qalçam ağrır. - qalçavı qoy bir yerə. - qalça gəmiyi: yancıq sümüyü.
- qalçaya dək, budun üstünə dək çatan corab: qalçın.

qalçın qalçaya dək, budun üstünə dək çatan corab. çəkmənin altına bağlanıb, buda dək uzanan tozluq, patava, corab. qıça geyilən tozluq.

qaldı - az qaldı. həmən. - həmən düşmüşdüm.

qaldırılmaq yox olmaq. sivişmək məhv olmaq.

qaldırım 1. yer qatını yüksəltərək, yapılmış uca yer. səggi. - qapı qaldırımı: qapının önündə olan yüksəklik. - qazanı qaldırıma qoy. 2. eşikdə, küçədə arxdan, su yolundan ayrılıb, yüksəkcə yapılan daş döşəmə. - yaya qaldırımı. - bütün gün qaldırımlarda gəzir. - qaldırımda qalmaq: küçdə qalmaq. - qaldırım qızı: küçə qızı. - qaldırım süpürgəsi: qaldırım qarğas: sürtük qarı. 3. qayrılmış, düzəlmiş durum. 4. yubanış. mə'təlçilik.
- xiyavanlarda qaldırımın (yaya yolun) yamaclarına, yanlarına düzülən daşlar: yamac. amac.
- qaldırım daşı: yayaq yola döşənən daş.

qaldırma çıxarma. həzf edmə. ləğv edmə. pozma. ilğa. - görəvləri pozma, qaldırma. - o adlardan bunu çıxarma olmaz.

qaldırmaq 1. yerdən götürmək. daşımaq. - bu dövlət daşınmalıdır. 2. çəkmək. dözmək. götürmək. saxlamaq. təhəmmül edmək. - bu sözü o qaldıramaz. - bu acını o qaldıramaz. 3. rəf', rədd edmək. atmaq. - bu düşüncəni qaldır. 4. iddia edmək. 5. dikmək. dikəmək. saxlamaq. əkləmək. durdurmaq. oturtmaq. sarmaq. toplamaq. çəkmək. çırmamaq. tapalamaq. təpələmək. barsatmaq. barastılamaq > pərəstiş edmək. - dabanı qaldırmaq: qaçmaq. - saçıvı topla. - ətəyivi topla. - iki qədəh dikəduq. 6. yerdən götürmək. daşımaq. - bu dövlət daşınmalıdır.
- yelkəni qaldırmaq: açıb gedmək.
- ürək qaldırmaq: könül bulandırmaq.
- daban qaldırmaq: tələsmək.
- əl qaldırmaq: vurmaq.
- əllərin qaldırmaq: alqışlamaq. dua edmək.

qalğıyan - qalğıyan otu: qulğan. bir çeşit çatallı bitgi.

qalxan sipər. turaka. savağ. savınma ayqıtı.

qalxar - qalxar enər: öksürüklü tıksırıklı. ağar düşər. mərizül hal.

qalxıq uru. dik.- quyruğu uru: uru quyruğ. əğərəb.

qalxınmaq atılmaq. satlanmaq. cəsarət göstərmək. cürət edmək. şaxlamaq. atlanmaq. satlanmaq. cəsarət göstərmək. cürət edmək. atılmaq.

qalxmaq sivrilmək. sivrimək. osusmaq. tərəqqi edmək. toğrulmaq. doğrulmaq. qiyam edmək. - çevrişə doğruldular. - ayaq üzrə doğruldu. - ayağa qalxmaq: ayağa sıçramaq: tavranmaq. davranmaq. tovranmaq. diklənmək. durmaq.

qalı < qalın. qalın olan toxunma.

qalıb < > qabıl. (< qab). < qablıq. qablut > kalbod. hey'ət. şəkil < çəkil. 1. qabı kimi. bir nəyin qablığı. 2. hər nəyin dış görnüşü. 3. qapıl. qapılı. gizli. 4. tamğa. basqı. bası. çap. taxma. 5. taslaq. çərçivə. qəfəs. kökə. kök.
- qalıbına qoymaq: biçiminə gətirmək. uydurmaq.

qalib yenər. yeyin. üstən.
- qalib gəlmək: yıxmaq. altamaq. alt edmək. üstələmək. yenmək.

qalıbçı taslaqçı.

qalıblamaq qalıbın içinə qoyaraq (tökərək. yerləştirərək), yaxud qalıbı içinə qoyaraq, nərsənin biçimin dəğişmk, düzəltmək, daraltmaq, genişlətmək.

qalıblı basılı. basılmış. damqalı. çaplı. - basılı parça.

qalıbsatmaq çalışıb bir qalıba soxmaq. uysatmaq. - əsgi fikirlərin çərçivəsin yenisinə qalıbsatmaq istəyirdir.

qalıbsınmaq çalışb bir qalıba girmək. uysunmaq. bir duruma enilmək, tabe' olmaq. - qalıbsınan birinə oxşamır.

qalıq iz. nişan. əsər. - yaranın əki. - əksiz cərrahlıq. - əkli yanaq: nərsədən qalmış iz. - ək bəlli yama. - əki bəlirsiz.

qalı altı düz, alçaq, yelkənli, kürəklə sürülən gəmi.

qalıq qalıqut. 1. əksik. naqis. natəmam. - tümlənin (cümlə) orası qalıq görünür. 2. əksiklik. naqislik. - buların qalıqları çoxdur. - qalıqlar düzəltməli: qaldırmalı.

qalıqut qalıq. 1. əksik. naqis. natəmam. - tümlənin (cümlə) orası qalıq görünür. 2. əksiklik. naqislik. - buların qalıqları çoxdur. - qalıqlar düzəltməli: qaldırmalı.

qalın 1. cehiz. səpin. 2. yadigar. - keçmiş qalın. 1. muqavim. 2. gobut. gobult. qalın. tox. qaba. kəsif. zəxim. qəliz. koloftfars. 3. qoyuq. quyuq. sulu olmayan. qəvamlı. - qalın yoğurt. - qalın pəkməz: qəliz doşab. 4. ədəbsiz. tərbiyəsz. 5. axmaq. səfeh. budala. 6. Batman. patmanaq. bat. bət. ağır. güclü. dayaqlı. iti. samballı. 7. gəbə. qaba. gobut. şişik. yoğan. yoğun. 8. kötük. 9. qatıl. quyuq. kifir. kəsif. aşıq. bıkıt. pıkıt. 10. qəliz. yoğun. quyu. qoyu. kəsif. 11. > qalı. qalın olan toxunma. fərş.
- qalın bağırsaq: dib bağırsaq. - qalın ip: urqan. örkən.
- qalın dəgəng, dəğənək: sopa.
- qalın qafa: mallıq. sığırlıq. axmaqlıq. əbləhlik. səfehlik.
- qalın qafa: məngəfə. dana baş.
- çizmənin ağır, qalın çeşiti: tomaq.
- üzərində daşınan qalın bir çomaq: tomaq. ağac kərəz.
- qıssa, qalın olaraq biçimsiz: topaç. - topaç kişi. - topaç qıra, xiyar. - topaç yapı. - qısa boylu, tıqnaz, topaç olan: top topuz.
- qalın qeyim: kirdarlı.
- qalın qaltaq belləməsi: təpəngü. təpəngi. ənli yəhər qolanı.
- qalın dalaşa: küngə. incə yonqa.
- qalın qafalı: qabaş. qəbəş.

qalınlanmaq yuğrulmaq. yoğrulmaq. yoğunlanmaq. quyuqlanmaq. quyulanmaq. qoyulanmaq. qəlizlənmək. təxmir edilmək.

qalınlatmaq qəlizlətmək. yuğurtmaq. yoğurtmaq. yoğunlaştırmaq. quyuqlatmaq. quyulatmaq. qoyulatmaq. təxmir etdirmək.

qalınlıq 1. dolqunluq. toyuqluq. toxluq. sıxlıq. qatılıq. quyuqluq. quyuluq. kifirlik. kəsafət. aşıqlıq. bıkıtlıq. pıkıtlıq. pıxtılıq. yoğunluq. qilzət. quyuluq. qoyuluq. kəsafət. - qumaşın toxluğu. 2. kəsafət. zəxamət. qilzət. 3. qabalıq. həmaqət. qafa qalınlığı. 4. qəbahət.

qalınmaq ordulamaq. otraqlamaq. oturmaq. qalmaq. - burda neçə gün qalınacaqsız.

qalıntı 1. sovğa. miras. 2. iz. yadgar. əsər. nişan. əlamət. 3. qalan. bəqiyyə. artıq qalan. 4. artıqmac. bəqiyyə.

qalış qalmaq işi. qalma. durma.

qal arıt. təsfiyə.

qalqa qalaq. yam. ev. duraq. durqa. mənzil.

qalqaçı qalaqçı. yamçı. evçi. duraqçı. durqaçı. mənzilçi.

qalqııyan qulğan. - qalqıyan otu: tikən çeşiti.

qalqıq dik. dikə. qaim. (# yatıq). - qalxıq yaxa.

qalqımaq sıçramq. fırlamaq. xoplamaq. şaxa qalxmaq. - at qalxdı. - balıq qalxdı.

qalqınmaq dirsəlmək. yüksəlmək. qutlanmaq. iyilənmək. -

qalqışmaq qalxışmaq. ayaqlanmaq. qurqaşmaq. savunmaq. iddaada bulunmaq. müddəi olmaq.

qalqıtmaq sıçratmq. fırlatmaq. xoplatmaq. şaxa qaldırmaq. - atın səkrətib qalxıtdı. - çoban qalqıtan: bitgi çeşiti. - batmış tacir qalxındı.

qalqma qalxma. təprik. qaqma. qabaq (qabarıq). bərcəsdə.

qalqmaq qalxmaq. 1. arılmaq. arımaq. düzəlmək. iyiləşmək. şəfa tapmaq. dirçəlmək. 2. oyanmaq. çıxmaq. zihur edmək.
- qalxıb dikəlmək: ürpərmək. örpərmək. urparmaq. bezgənmək. dəri iğnə iğnə olmaq.

qalqunmaq qalxunmaq. qoçlanmaq. qoçaqlanmaq. tuqşanmaq. igitlənmək. ürəklənmək. dikə davranmaq. azmaq. qızmaq.

qallamaq arıtmaq. arıtlamaq. təsfiyə edmək.

qallanmaq arıtınmaq. təsfiyələnmək.

qallaş kəllaş. qalac. dikəbaş. dikəş. bataqçı. kələkçi.

qalma qalış. durma.

qalma 1. tərəkə. - onların qalmaları. 2. yatma. - geciydi, orda qalmalıydım. 3. qalan. artan. baqi. fazla. - gecə yeməyindən qalma heç bir nə yoxdur.

qalmaqı pullu, düğməli cübbə. bir çeşit çuqal, bəkitvan, qalxan, zireh.

qalmaq 1. durmaq. 2. gerilmək. yubanmaq. - o yarı yolda qaldı. 3. təprənməmək. hərəkət etməmək. 4. ayid olmaq. race' olmaq. - bunu yapmaq sizəmi qaldı. 5. artmaq. artıq qalmaq. - ondanadan, birdana qalmadı. 6. getməyib durmaq. - o gecə orda qaldıq. 7. axmamaq. yağmamaq. rakid olmaq. - fırtına qaldı. - yel qaldı. 8. sürmək. dəvam edmək. - on il öylə qaldı. 9. buraxılmaq. tərk olunmaq. - iş qaldı. 10. bir duruma girmək. - cocuqkən öksüz qaldı. 11. çatamamaq. məhrum qalmaq. - yazıdan qaldıq. - yoldan qaldıq. 12. bulunmaq. turmaq. durmaq. sürmək. dəvam edmək. qalınmaq. ordulamaq. otraqlamaq. oturmaq. qonıqmaq. əlsizləmək. acizləmək.
- siz orda durursuzmu. - aşçız genə sizdə durur. - kitabların məndə durur. - dünya durduqca. - at durdu. - sözünd durmaq.
- bir gün qalmaq, durmaq: güni keçirmək: günləmək.
- qıvrıla qalmaq: gəbərmək.
- burda neçə gün qalınacaqsız.
- arada qalmaq: görəli, məsul olmaq. öhdəsinə düşmək.
- yanına qalmaq: etdiyi yolsuzluğun cəzasını görməmək. cəzasız qalmaq.
- quruda qalmaq: gəminin qarıya oturması.
- dəqiş qalmaq: az qalmaq. - onun gəlməyinə dəgiş qaldı.
- mənə qalsa: məncə. mənə görə.
- bildiyindən qalmamaq: əlindən gələni edmək.
- qas qatı qalmaq: gəbərmək. ölmək.
- göz qalmaq: qiptə edmək. ciciklənmək.
- yanına qalmaq: qınaqsız (cəzasız) qurtulmaq.
- qaldı ki: gəlincə. gələlim.
- qala qala: tükənə tükənə. gedə gedə. bala bala. - o böyük eldən qala qala, bir kiçik cocuq qaldı.

qalmaz əbədi. yatab. durmaz. savan. keçən. dəvamsız. müvəqqət. bibəqa. fani. uçar. boş. gedər. sırğal. sayyal.

qalmış qala (# geçə). qabaq. əksik olaraq. - bayrama iki qala gəlin. - beşə beş qala geddi.

qalpa qalpat (lp <> pl) qaplat. qapla. ləhim.

qalpaq (< qab. qablaq). 1. bir çeşit papaq. 3. maşın təkərlinin dış örtüyü. 4. dəridən sarıqsız, düz börk, baş geyimi.

qalpamaq qalpatmaq (lp <> pl) qaplamaq. qaplatmaq. 1. ləhimləmək. 2. gəmi, qayıq taxdalarının ortasın kənəfli yapışqan, yəlimlə qapamaq işi. 3. bəzəmək. süsləmək. düzənləmək. - evi qalpatladıq. - bu qoca qarı özün nə qalpatıb durur.

qalpat qalpa (lp <> pl) qaplat. qapla. ləhim.

qalpatmaq qalpamaq (lp <> pl) qaplamaq. qaplatmaq. 1. ləhimləmək. 2. gəmi, qayıq taxdalarının ortasın kənəfli yapışqan, yəlimlə qapamaq işi. 3. bəzəmək. süsləmək. düzənləmək. - evi qalpatladıq. - bu qoca qarı özün nə qalpatıb durur.

qalpatmaq qalpamaq. (lp <> pl) qaplamaq. qaplatmaq. ləhimləmək.

qaltaban 1. qurumsaq. arsız. pezəvəng. namussuz. kərsələ. pezəvəng. dəyyus. namussuz. şərəfsiz. qurumsaq. dəyyus. pezəvəng.2. şarlatan. şaqılban. arsız. yalançı. namussuz.

qaltabanlıq 1. pezəvənglik. qurumsaqlıq. 2. şarlatanlıq. şaqılbanlıq. arsızlıq. yalançılıq. namussuzluq. 3. kərətəlik. dəyyusluq. pezəvənglik. namussuzluq.

qaltaq 1. qəhbə. altda yatan. 2. yəhər. zin. - tatar qaltağı. 3. yəhərin taxtası, qurşanmamışı, qaplanmamışı, lütü.
- qaltaq qaşı: yəhərin öndə arxasında olan yüksək yeri. 4. təpəngi ağacı.
- qalın qaltaq belləməsi: təpəngü. təpəngi. ənli yəhər qolanı.

qaluraçı köhnəçi. simsar. əsgiçi.

qalura yamalı, əsgi üsgü, köhnə nərsələr.

qaluş qaruş. qapuş. çamurdan qorunması üçün ayaqqabın üstündən geyilən çəkmə.

qalyot altı, başı, divi düz gəmi çeşiti.

qama qəmə. 1. böyük çivi, mıx. 2. taquz. nərsəni yarmaq, açmaq üçün, ucu sivri, arxası qalın, çoğun üç bucaqlı odun, dəmir. 3. iki yanı kəsgin, sivri uclu, ənli pıçaq. - qəmə çəkmək. - qəmə qəməyə gəlmək: qəmə ilə vuruşmaq. 4. bir para oyunlarda yenilənin üzünə qoyulan im, iz, xət. nişan. - qəmə basmaq: üstələmək. qələbə çalmaq. yenmək. 5. taquz. taxuz. kipəz. cif. ciftə. - doğranan nərsəni sıxışdırmaq üçün işlənir. - ağır yüklü nərsəni dəhləmək üçün altına qoyulur. - ağır nərsənin altında olan gədiyi tıxamaq üçün işlənir. - neçə təxdəni birbirinə bağlayan qıssa tikələr. 6. xamafars. qamış. qələm.- qəməli: izli. nişanlı.
- top qəməsi: topun quyruğunda qapaq işini görən ayqıt.
- balta qəməsi: baltanın tirəli üzü.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin