2. Təbii ekosistemlərdə fitosenozun ekoloji tərkibinin müxtəlifliyi ayrı-ayrı illərdə hava şəraitinin
tərəddüdü zamanı onun davamlığını təmin edir. Bir neçə bitki növünün məhv olması digər növlərin
məhsuldarlığının yüksəlməsinə şərait yaradır. Bunun nəticəsində ayrı-ayrı illərdə ekosistemdə fitosenoz
bütvölüklə məhsulun müəyyən səviyyədə saxlanma qabiliyyətinə malik olur.
Tarla bitkilərinin aqrosenozu isə monodominant, çox vaxt isə eyniçeşidli qruplaşma kimi təzahür olunur.
Əlverişsiz faktorların aqrosenozun bütün bitkilərinə təsiri eyni cür olur. Əsas bitkinin böyümə və inkişafının
sıxılması (zəifləməsi) digər bitkilərin sürətlə inkişafı ilə kompensasiya oluna bilməz. Bunun nəticəsində
aqrosenozun məhsuldarlığının davamlılığı təbii ekosistemlərdən aşağıdır.
3. Müxtəlif fenoloji ritmə malik olan bitkilərin növ tərkibinin müxtəlifliyinin mövcudluğu bütün
vegetasiya dövründə fitosenoza tam (bütöv) sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyata keçirməyə,
istilik, rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməyə imkan yaradır.
Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya mövsümündən qısa olur. Təbii
fitosenozlarda müxtəlif bioloji ritmlərə malik olan növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında
maksimum biokütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və inkişaf mərhələlərinin
ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır.
Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqrosenozlarda isə eyni vaxtda baş verməsi
məhsulvermə prosesi ritminin müxtəlif olmasına gətirib çıxarır.
Dostları ilə paylaş: |