təsiredici xassəsi vardır. Şam ağacının fitonsidləri vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağ şamın fi-
tonsidi difteriya mikroblarını qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc
ağacının fitonsidləri difteriya, göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Bir hek-
tar ardıc meşəsi sutkada 30 kiloqram fitonsidli efir yağı buraxır. Bu orta böyüklükdə olan bir şəhərdə havanın
xəstəlik törədici mikroblardan təmizlənməsi üçün kifayətdir. Müəyyən edilib ki, şəhər havasının bir
kubmetrində mikrobların sayı həmin həcmdə meşə havasından 150-200 dəfə çox olur. Ardıc, şam, sidr və palıd
meşələrində mikrob yox dərəcəsindədir.
Ağcaqayın, qovaq, tozağacı, sərv fitonsidləri 20-25, şam, ardıc və dəfnə ağacınınkı 15, qoz 18, vələs və
288
saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidləri isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir.
İynəyarpaqlı ağaclar bütün il boyu, enliyarpaqlı ağaclar isə yalnız yarpağı olan dövrdə havaya fitonsid
ayırır. Bitkilərin iyulda havaya buraxdığı fitonsidlərin miqdarı oktyabra nisbətən 60-70 faiz çox olur.
Bitkinin mikroböldürücü təsirinə aid maraqlı bir misalı çəkmək yerinə düşərdi:
1535-ci ildə Jak Kartenin Nyufaundlend adasına (Kanada) səfəri zamanı ekspedisiyanın 110 üzvündən 100
nəfəri sinqa xəstəliyinə tutulur və onlardan 26 nəfəri dərhal ölür. Qalanları isə çox pis vəziyyətə düşürlər.
Əlacsız qalan xəstələr allaha dua edib nicat diləyirlər. Nəhayət onlar şəfanı şam ağacının iynələrində tapırlar:
hindlilərin məsləhətinə əsasən xəstələr şam ağacının iynələrinin suyunu içəndən bir neçə gün sonra tamamilə
sağalırlar. Bu hadisədən sonra Jak Karte şam ağacını «həyat ağacı» adlandırmışlar.
Mütəxəssislər təyin etmişlər ki, günün ayrı-ayrı saatlarında da bitkilər havaya müxtəlif miqdarda fitonsid
ayırır. Belə ki, səhər 8-ə kimi bitkilərin havaya buraxdığı fitonsidlərin miqdarı gündüz saatlarına nisbətən 3,5
dəfə az olur. Saat 11-16 radələrində fitonsidlərin miqdarı daha da çoxalır və həmin müddət ərzində demək olar
ki, dəyişmir. Axşamçağı saat 19-dan sonra fitonsidlərin miqdarı gündüzə nisbətən 7 dəfə azdır.
Bitkilərin buraxdığı «vitaminlər»in miqdarı iqlim amillərindən asılı olaraq da dəyişir. Havanın temperaturu
20-25
0
C-yə qədər yüksəldikdə fitonsidlərin sıxlığı 1,8 dəfə çoxalır. Havada nəmlik 15%-ə qədər artdıqda isə
fitonsidlərin miqdarı 1,2 dəfə azalır.
Bundan belə nəticəyə gəlmək olar ki, meşəyə, parka yay aylarında günorta saatlarında və günəşli günlərdə
gəzişməyə çıxmaq sağlamlıq üçün daha çox faydalıdır.
Alimlərin fikrincə bitkilərin fitonsid xassələrindən yalnız təbii şəraitdə deyil, həm də bütün yaşayış
yerlərində istifadə etmək olar. Yaşayış binalarında yaşıl bitkilər ətraf mühitin mikroiqlimini saflaşdırır. Otaqlar-
da becərilən bitkilər havanı mikroorqanizmlərdən təmizləyir, oksigenlə zənginləşdirərək sağlamlaşdırır, infek-
siyaya qarşı orqanizmin möhkəmliyini artırır. Bu istiqamətdə təcrübə aparan tədqiqatçılar bir çox bitki növlərini
otaq şəraitində becərmək üçün məsləhət görür. Bunlardan beqoniya, novruzgülü, ətirli pelarqoniya, eyxaris, qip-
peastrum, fikus, filodendron, bəzi qıjı növləri, ağacşəkilli aloye, südləyən kandelyarum fitonsid təsirinə görə ən
fəal bitki növləridir. Bu təcrübələr istehsalat və digər binalarda daxili yaşıllaşdırma işlərinə geniş perspektiv
açır. Belə bitkilər becərilən otaqlarda qış fəslində də yazın, yayın ətri duyulur.
Hazırda istehsalat müəssisələrinin örtülü otaqlarında, sexlərdə, zavod və fabriklərin ərazilərində gözəl bağlar,
güllüklər yaradılır. Bu baxımdan, Bakı məişət kondisionerləri zavodunun işi diqqətəlayiqdir. Zavodun ərazisini 12
mindən artıq müxtəlif ağac növü, 18 min ədəd dekorativ kol, 20 min gül, çiçək bəzəyir. Yaşıl ağacların sahəsi 20 hektara
çatır. Bütün bunlar həm sexləri, həm də zavodun ərazisini bəzəyərək əlverişli bioiqlim yaradır, səs-küyü azaldır, hər bir
adamda xoş əhvali-ruhiyyə, sevinc, gümrahlıq oyadır, əmək məhsuldarlığının yüksəlməsinə kömək edir. Məhz buna
görə də 1980-ci ildə Tolyattidə keçirilən sənaye müəssisələrinin yaşıllaşdırılması üzrə təcrübə mübadiləsinə həsr
olunmuş ümumxalq müşavirəsində respublikamızı Bakı məişət kondisionerləri zavodu təmsil etmişdir.
Həkimlər ürək-damar xəstəliklərinə palıd və digər meşələrin faydalı təsirini çoxdan müşahidə etmişlər.
Palıd meşələri təsir göstərdikləri şəraitdə xəstələrin müalicəsində ümumi dərman preparatları daha effektli nəticə
vermişdir. Ağır xəstələr üçün isə otaqlarda xüsusi «meşə komfortu» yaradılır. Bu məqsəd üçün «Aerofit» cihazı
köməyə gəlir. Bitkilərin hissələri bu cihazda qarışdırılır, ondan alınan fitonsidlər otağa dolur. Hipertoniya
xəstəliyinin bütün mərhələlərində palıd yarpaqlarından istifadə etmək olar.
İstehsalat müəssisələrinin otaqlarında da mikrobları məhv etmək üçün «Aerofit» cihazını işlətdikdə yaxşı nəticə
alınır. Gigiyena və profilaktika məqsədilə iynəyarpaqlı ağacların iynələrindən istifadə etdikdə daha effektli olur.
Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəli maddələri deyil, onların gövdəsinin, meyvə və
giləmeyvələrinin şirələri də güclü antimikrob, yəni fitonsid xassələrinə malikdir. Odur ki, bitki şirələri də
qiymətli sağlamlıq mənbəyi sayılır. Son zamanlar aydın olmuşdur ki, tünd rəngli meyvə və giləmeyvələrin
şirələri daha çox antimikrob xassəsi daşıyır. Bu istiqamətdə aparılan təcrübələr göstərmişdir ki, qırmızı və qara
üzüm sortları ağ üzümə nisbətən qırmızı çuğundur isə ağ çuğundura nisbətən mikrobları daha tez məhv edir. Bu
cəhətdən qaragilə və qara qarağat giləmeyvələrinin şirəsi daha üstün yer tutur.
Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq üçün də fitonsidlərdən istifadə olunur. «Fi-
tonsidli» kağızlara bükülmüş alma, armud, limon, mandarin və s. meyvələr 1,5-2,5 dəfə az xəstəliyə tutulur.
Məşhur torpaqşünas V.V.Dokuçayev apardığı tədqiqatlarının nəticələrindən belə qənaətə gəlir ki, meşə
rütubətin etibarlı toplayıcısı, qoruyucusu və ədalətli paylayıcısıdır (bölüşdürücüsüdür). Yağış suları əvvəlcə
ağacların budaqlarına düşür, sonra onlardan yavaş-yavaş meşə döşənəyinin səthinə axır, oradan da tədricən
torpağa keçir və onun dərin qatları ilə çaylara daxil olur. Bu zaman meşədə səthi axım əmələ gəlmir. Hətta güclü
leysanlar zamanı meşəyə düşən yağışın ancaq 10-15%-i səthi axım yarada bilər. Açıq çəməndə isə yağışın
yarıdan çoxu səthlə axıb gedir.