Kalium (K) isə hüceyrədaxili mübadilə üçün böyük əhəmiyyətə malikdir.
Turşu-qələvi tarazlığını qanda nizamlayır, toxumaların kolloid vəziyyətinə təsir
göstərir, karbohidrat mübadiləsini tənzimləyir. Kalium duzları orqanizmdəki maye-
ni və natriumu çıxarmağa imkan yaradır. Klinik təcrübədə ürək-damar və böyrək
xəstəliklərinin müalicəsində işlədilir.
100 q dənli bitki xammalında onun miqdarı 200-300 mq, kartofda 426, ağbaş
kələmdə 148, ət məhsullarında 241, balıqda 162, süddə 127, ərik qurusunda 1717
və s. təşkil edir.
Kaliumun sutkalıq tələbat norması 2-5 qramdır.
Dostları ilə paylaş: |