93
olunurlar. Natrium - xlorid və digər duzlar tərlə də dəri qatı vasitəsilə xaric olu-
nurlar.
Yuxarıda göstərdiyimiz kimi,
su orqanizm üçün əsasən mübadilə proseslərin-
də lazımdır. O, hidroliz, oksidləşmə, hidratlaşma və həmçinin hüceyrə substratla-
rının fiziki-kimyəvi xassələrini dəyişdirir. Su orqanizmin daxili mühitinin əsası
kimi hüceyrə və toxumalar arasında qanla, limfa ilə, beyin mayesi vasitəsilə əlaqə
yaradır.
Suyun qida rasionunda çatışmazlığı zamanı qanda zəhərli məhsulların toplan-
ması çoxalır. Bunlar isə orqanizmə, xüsusən maddələr mübadiləsinə, sinir sistemi
fəaliyyətinə öz zərərli təsirini göstərirlər. Suyun kimyəvi və fıziki xassələri bir sıra
üzvi və qeyri-üzvi maddələrin həll olmasını təmin edir.
Dəridə suyun buxarlanması bədənin temperaturunu sabit saxlamağa kömək
edir. Toxumalarda su birləşmiş halda olur.
İnsan susuz və qidasız 6 sutka, qidasız su ilə 1 ay yaşaya bilər.
Orqanizmin suya olan sutkalıq tələbatı ekzogen su hesabına (çay, kofe və s.)
800-1000 ml, birinci xörəklər (duru) hesabına 250-500 ml, digər məhsullar
hesabına 700 ml və endogen (toxumalarda müxtəlif maddələrin oksidləşməsi
hesabına əmələ gələn) su hesabına isə 400 ml miqdarda ödənilir.
100 q yağın oksidləşməsində 107 q su, 100 q zülalın oksidləşməsində 41 q su,
100 q nişastanın oksidləşməsində (həzmində) 55 q su alınır. Eyni zamanda, orqa-
nizm sidiklə 1500 ml, tər ilə 600 ml, tənəffüs yolu ilə 350 ml, bağırsaqlarla 150 ml
su kənar edilir. Güclü tərləmə zamanı isə sutkada orqanizm bir neçə litr tər ititrir
ki, bu da orqanizmi gücsüzləşdirir, onun iş qabiliyyətini aşağı salır. Bu səbəbdən
də isti sexdə çalışan fəhlələrə, yürüşdə əsgərlərə duzlanmış su verilməsi məsləhət
görülür.
Dostları ilə paylaş: