Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


Yaşlı adamın qida maddələrinə olan gündəlik orta tələbatı (tarazlaşdırılmış



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə65/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   61   62   63   64   65   66   67   68   ...   92
Yaşlı adamın qida maddələrinə olan gündəlik orta tələbatı (tarazlaşdırılmış 
qidalanma formulu nəzəriyyəsinə görə) 


 
101 
 
Qida maddələri 
Gündəlik 
tələbat 
Qida maddələri 
Gündəlik 
tələbat 
Su, qramlarla 
1750-2200 
Prolin  

Zülallar, qramlarla 
80-100 
Qlikoqol  

O cümlədən, 
 
Karbohidratlar, q-la 
400-500 
Heyvanat zülalları 
50 
O cümlədən, 
 
Əvəzolunmayan 
aminturşular, q-la: 
 
Nişasta 
400-500 
Triptofan 

Şəkər 
50-100 
Leysin 
4-6 
Üzvi turşular, q-la 
 
İzoleysin 
3-4 
Sellüloza, 
pektin 
(ballas÷) maddələri  
25 
Valin 

Yağlar, q-la 
80-100 
Treonin 
2-3 
O cümlədən, 
 
Lizin 
3-5 
Bitki yağları 
20-25 
Metionin 
2-4 
Doymamış 
yağ 
turşuları, q-la 
 
3-6 
Fenilalanin  
2-4 
Xlolesterin, q-la 
0,3-0,6 
Əvəzolunan 
aminturşular: 

Fosfolipidlər, q-la   

Histidin  

Mineral 
maddələr, 
milli q-la: 
 
Arginin  

Kalsium  
800-1000 
Sistin  
2-3 
Fosfor  
1000-1500 
Tirozin  
3-4 
Natrium  
4000-6000 
Alanin  

Xloridlər  
5000-7000 


 
102 
 
Serin  

Biotin  
0,15-0,30 
Qlütamin turşusu 
16 
Xolin  
500-1000 
Asparagin turşusu 

Rutin (P) 
25 
Maqnezium  
300-500 
B vitamin 
 
Dəmir  
15 
(folasin) 
0,2-0,4 
Sink  
10-15 
D vitamini  
0,0025-0,1 
Manqan  
5-10 
(müxtəlif formalarda) 
(100-400 MV) 
Xrom  
0,20-0,25 
A vitamini  
 
Mis  

(müxtəlif formalarda) 
1,5-2,5 
Kobalt  
0,1-0,2 
Karotionidlər  
3,0-5,0 
Molibden  
0,5 
E vitamin 
10-20 
Selen  
0,5 
(müxtəlif formalarda) 
/5-30/ 
Ftoridlər  
0,5 -1,0 
K vitaminləri 
 
Yodidlər  
1,0-0,2 
(müxtəlif formalarda) 
0,2-3,0 
Vitaminlər, mq 
 
Lipoen turşusu 
0,5 
C vitamin 
50-70 
İnozit, q-la 
0,5-1,0 
B
1
 vitamini 
 
Enerji dəyəri, kkal ilə  
3000 
(tiamin) 
1,5-2,0 
Kcoul ilə 
11900 
B

vitamini 
 
 
 
(riboflavin) 
2,0-2,5 
 
 
PP vitamin (niasin) 
15-25 
 
 
B
3
 vitamini 
 
 
 
(pantoten turşusu)   
5-10 
 
 
B
6
 vitamini 
2-3 
 
 


 
103 
 
B
12
 vitamini 
0,002-0,005 
 
 
 
Cədvəldə  göstərilən  məlumatların  biokimyəvi  mahiyyəti  çox  mürəkkəbdir. 
Onlar  orqanizmdə  baş  verən  çoxtərəfli  maddələr  mübadiləsinin  vəziyyətindən  və 
orqanizmin yaşama mühitinin vəziyyətindən xeyli dərəcədə asılıdır və orta hesabla 
bu prosesləru əks etdirir. 
Antik  nəzəriyyəyə  görə  (Aristotel  və  Qalenin  fikirlərinə  görə),  orqanizmin 
qidalanması,  fasiləsiz  olaraq  qida  maddələrindən  naməlum  mürəkkəb  proseslər 
nəticəsində  (qıcqırmaya  oxşar)  əmələ  gələn  qanın  hesabına  baş  verir.  Belə  ki, 
qaraciyərdə qan tənzimlənir və o, orqan və toxumaların qidalanmasına işlədilir. 
Beləliklə,  akademik  Uqolevin  (1991)  fıkirləri  ilə  desək,  müasir  terminolo-
giyanı tətbiq etməklə qidalanmanı ilk dəfə qidalı maddələrin digər substansiyalara 
transformasiyası  prosesi  kimi  baxmışlar.  Sonuncular  isə  enerji  mənbəyi  və  tikinti 
komponentləri (orqanizm üçün) rolunu oynamışlar. 
Müasir  tarazlaşdırılmış  qidalanma  nəzəriyyəsi,  əsasən  biologiya  və  təbabətlə 
bağlı  müxtəlif elm sahələrində  müxtəlif tədqiqatçılar  tərəfindən  geniş  işıqlandırıl-
mışdır. Bu  nəzəriyyə bir sıra elm  və texnologiyaların  inkişafında böyük rol oyna-
mışdır.  Onun  yenicə  yarandığı  ilk  günlərdən  məlum  olmuşdur  ki,  qan  dövranı  və 
həzm  üçün  təklif  olunan  antik  dövrün  sxemləri  əsassızdır  və  onlar  dəyişdirilməli-
dir.  Bütün  bunlar  nəzərə  alınaraq,  XIX  əsrin  sonlarından  və  XX  əsrin  əvvəllərin-
dən etibarən klassik tarazlaşdırılmış qida nəzəriyyəsi tam mənada formalaşmışdır. 
Onun əsas postulatlarını aşağıdakı kimi xarakterizə etmək olar: 
XVI 
Qidalanma  orqanizmin  molekulyar  tərkibini  saxlamaqla,  onun  enerji  və 
plastiki xərclərini tələb olunan səviyyədə ödəyir; 
XVII 
Qidalanma üçün ideal vəziyyət o haldır ki, qəbul olunan (idaxil olan) 
qida maddələri onun sərfinə maksimum dəqiqliklə uyğun gəlir; 


 
104 
 
XVIII 
Qida maddələrinin qana daxil olması qida strukturlarının dağılması və 
qida  maddələrinin  (nutriyentlərin)  sorulması  nəticəsində  orqanizmin  energetik  və 
plastiki tələbatı zərurəti əsasında baş verir; 
XIX 
Fizioloji əhəmiyyətinə görə qida, biri digərindən fərqlənən bir sıra kom-
ponentlərdən  -  nutriyentlərdən,  ballast  maddələrindən  və  zəhərli  maddələrdən 
təşkil olunmuşdur; 
XX 
Qida  məhsulunun  əhəmiyyəti  (dəyəri)  onda  olan  aminturşuar, 
monoşəkərlər,  yağ  turşuları,  vitaminlər  və  bir  sıra  duzların  miqdarı  və  nisbəti  ılə 
təyin olunur; 
XXI 
Qidanın həzm edilib tullantılar şəklində ifraz edilməsi orqanizmin özü 
tərəfindən həyata keçirilir. 
Beləliklə,  tarazlaşdırılmış  qidalanma  nəzəriyyəsinin  əsasını  o  təşkil  edir  ki, 
qidalanma  orqanizmin  molekulyar  tərkibinin  müəyyən  fizioloji  interval  səviyyə-
sində saxlanmasına xidmət edir. 
Bu  nəzəriyyənin  əhəmiyyəti  həm  də  ondan  ibarət  olmuşdur  ki,  ideal  qidanın, 
kifayət qədər  minimum  rasionun  necə olmasını, qidanın çatışmayan  xüsusiyyətlərini 
və  bunun  nəticəsində  orqanizmin  fəaliyyət  funksiyalarının  həyatla  nə  dərəcədə 
uyğunluğunu öyrənməyə imkanlar açmışdır. Bunların da nəticəsində 10-a qədər amin 
turşuların  əvəzolunmazlığı,  bir  sıra  vitaminlərin  kəşfı  və  s.  bu  kimi  elmi  məsələlər 
dərindən öyrənilmiş və onların tətbiqi əsaslandırılımışdır. Tarazlaşdırılımış qidalanma 
nəzəriyyəsinin  müddəaları  əsas  götürülməklə  XX  əsrdə  müxtəlif  ölkələrdə 
rafınadlaşdırılmış  qida  məhsulları  yaradılmış,  kliniki  təcrübədə  parenteral  (damar 
daxili)  qidalanmanı  tətbiq  etmək  mümkün  olmuşdur  və  nəhayət,  onu  qeyd  etmək 
yerinə düşər ki, bu nəzəriyyə müasir qida texnologiyalarının yaradılması və inkişafına 
böyük təkan vermişdir, qida ehtiyatlarının qorunması və istifadəsi, qidalanma ilə bağlı 
tədbirlərin işlənib hazırlanmasmda mühüm rol oynamışdır. Başqa sözlə, o qidalanma 
sahəsində  yeni  ideya  və  proqnozların  inkişafının  da  əsasını  qoymuşdur.  Məsələn, 
kosmonavtların  qidalanması  ilə  bağlı  elmi  fıkirlərin  əsası  da  bu  nəzəriyyə  ilə  əlaqə-
dardır.  Süni  -  yeni  formalı  qida  məhsullarının  müasir  istehsalı  da  klassik  tarazlaş-
dırılmış qidalanma nəzəriyyəsinin inkişafı və tətbiqi sayəsində mümkün olmuşdur.  


 
105 
 
Bütün bunlara baxmayaraq, son 10-15 il ərzində aparılan elmi tədqiqatlar klassik 
nəzəriyyənin  də  çatışmayan  cəhətlərini  meydana  çıxarmışdır.  Bununla  belə,  klassik 
nəzəriyyə  hələlik  təcrübə  üçün  qüvvədədir  və  onun  qanunauyğunluqları  qida 
məhsulları  istehsalı  və  qidalanma  ilə  əlaqədar  bütün  sahələrdə  geniş  tətbiq 
olunmaqdadır. Beləliklə, klassik qidalanma nəzəriyyələri insan orqanizminin rasional 
qidalanmasını  onun  qəbul  etdiyi  müxtəlif  qidalarda  əsas  qida  maddələrinin  fızioloji 
tələbatlara tam uyğun gəlməsi məsələsi ilə şərtləndirir. Gündəlik qidaların tərkibində 
zülal,  yağ  və  karbohidratların,  vitamin,  su  və  mineral  elementlərin  zəruri 
miqdarlarının  olması  orqanizmin  düzgün böyümə  və  inkişafında əsas bioloji tələbatı 
hesab  olunur.  İnsan  fəaliyyəti  üçün  qidanın  energetik  əhəmiyyəti  daha  vacibdir. 
Göstərdik ki, 1 qram zülalın  tam  yanması (oksidləşməsi) zamanı 4 kkal  və  ya 17,16 
kcoul,  1  qram  yağın  oksidləşməsi  zamanı  9  kkal  və  ya  37,9  kcoul,  1  qram  şəkərin 
yanması zamanı isə təxminən 3,75-4,0 kkal (15,7-17,16 kcoul) enerji (istilik) ayrılır. 
Qeyd  edildiyi  kimi,  orqanizmin  vahid  zaman  müddətində  (dəqiqə,  saat  və  ya  sutka) 
enerji  məsrəfı  qiymətləri  kalorimetrik  və  hesablama  metodları  ilə  təyin  olunur. 
Xatırladaq  ki,  kalorimetrik  metod  orqanizmin  istənilən  enerji  məsrəfləri  zamanı 
ayırdığı  istiliyin  ölçülməsinə  əsaslanır.  Bu  məqsədlə,  sınaq  edilən  adam  kameraya 
salınır, verilmiş müddət ərzində onun bədəninin konveksiya etdiyi istiliyin təsirindən 
kameraya daxil olan və kameradan çıxan borulardakı suyun temperatura fərqi ölçülür 
və bu göstərici əsasında orqanizmin vahid zaman ərzində enerji sərfinin kkalori və ya 
k/coul ilə ifadə olunmuş qiyməti hesablanır. Orqanizmin enerji məsrəfıni təyin etmək 
üçün tətbiq edilən Duqlas Xoluen və Şaternikov - Molçanov üsulları isə qeyd edildiyi 
kimi,  orqanizm  tərəfındən  mənimsənilən  oksigenin  və  azad  edilən  karbon  qazının 
miqdarlarıınn,  yəni  qazlar  mübadiləsinin  intensivliyinin  müəyyən  edilməsinə  əsas-
lanır.  İnsanın  gündəlik  qəbul  etdiyi  qidaların  kalorilik  əmsallarının  fızioloji  norma 
hüdudlarında olması rasional qidalanmanı xarakterizə edən başlıca şərtlərdəndir.  
Rasional qidalanmanın ən başlıca şərti, qida rasionunun kaloriliyinin orqaniz-
min  sutkalıq  enerji  sərfinə  uyğun  gəlməsidir.  Bu  uyğunluğun,  müvafiqliyin  dəyiş-
məsi və ya pozulması orqanizmdə müxtəlif pozğunluqlara səbəb olur. Əgər qidanın 
kaloriliyi  mütəmadi  olaraq  azalma  ilə  xarakterizə  olunarsa,  bu  mütləq  bədən  küt-


 
106 
 
ləsinin azalması, iş qabiliyyətinin zəifləməsi, orqanizmin infeksiyalara həssaslığının 
artması  kimi  hallara  gətirib  çıxara  bilər.  Qəbul  edilən  qidanın  kaloriliyinin  mün-
təzəm şəkildə yüksək səviyyədə olması isə bədən kütləsinin artmasına, piylənmənin 
baş verməsinə, bunun nəticəsi olaraq, müəyyən xəstəliklərə tutulmasına səbəb olur. 
Fizioloqların  və  həkimlərin  çoxillik  müşahidələrinə  görə  azhərəkətlilik  (hipo-
dinamiya)  fonunda  güclü  qidalanma  orqanizmin  sağlamlığı  üçün  təhlükəlidir.  Bu 
halda, orqanizm az enerji sərf etməklə onu xaricdən qida vasitəsilə alır və maddələr 
mübadiləsinin gedişini xeyli dərəcədə mənfi istiqamətdə dəyişir. Enerji tələbatlarını 
ödədikdən sonra artıq qalan qida toplanması da piylənməyə şərait yaradır. Bütün bu 
kimi faktlardan aydın olur ki, insanın gündəlik qidasında qida tələbatlarının miqdarı, 
mütləq onun enerji tələbatlarına və ya enerji məsrəflərinə müvafıq olmalıdır. 
Rasional  qidalanmanın  kəmiyyət  göstəriciləri  qidada  zülal,  yağ  və  karbohid-
ratların miqdarı və onların tarazlaşdırılması ilə xarakterizə olunur. Qidanın optimal 
həzmi,  sorulması  və  mənimsənilməsi  üçün,  ondakı  qida  əhəmiyyətli  bütün  zəruri 
komponentlərin  müəyyən  nisbətlərdə  olması  vacibdir.  Yuxarıda  qeyd  etmişik  ki, 
qidalanmanın  fızioloji  normalarına  əsasən  qidada  zülal,  yağ  və  şəkər  arasındakı 
nisbətin  1:1,  1:4  kimi  olması  daha  optimaldır.  Onu  da  qeyd  edək  ki,  bu  nisbət 
müxtəlif  yaş  dərəcələri,  fızioloji  vəziyyətlər,  coğrafı  və  iqlim  şəraitləri,  əmək 
fəaliyyətinin növləri və hətta cins fərqləri ilə əlaqədar dəyişilə bilər. 
Dietoloqlar tərəfındən qida rasionları tərtib edilərkən,  ilk növbədə yeyinti  məh-
sullarında və xörəklərdə zülal, yağ və şəkər maddələrinin nisbəti miqdarlarına diqqət 
yetirilir.  Göstərdik  ki,  yaşlı  adamın  gündəlik  qida  rasionunda  heyvanat  mənşəli 
zülalın miqdarı ümumi zülalın 50-60%-ni təşkil etməlidir. Qidanın fızioloji dəyərliliyi 
şəkər, ümumi zülalın  miqdarı və heyvanat zülalının  miqdarca ona nisbəti ilə ölçülür. 
Qidanın  tərkibində  ən  defısit  amin  turşuların  -  triptofan,  lizin  və  metioninin  1:3:3 
nisbətlərində  olması  fızioloji  baxımdan  böyük  əhəmiyyət  kəsb  edir.  Qidada  bitki 
yağları essensial (doymamış) yağ turşularının mənbəyi kimi əhəmiyyət daşıyır, amma 
onların miqdarı qida yağlarının ümumi miqdarının 25-30%-ni təşkil etməlidir. Adətən 
tarazlaşdırılmış  qida  rasionunda  doymuş  yağ  turşularının,  o  cümlədən  olein 
turşusunun  miqdarı  faizi  10:30:60  nisbətləri  kimi  olmalıdır.  Karbohidratlara  görə 


 
107 
 
tarazlaşdırılmış  qida  rasionları  tərtib  edildikdə  nəzərə  alınmalıdır  ki,  bu  maddələr 
daha çox orqanizmin mobil enerji mübadiləsi üçün zəruridir. Yaşlı adamın qidasında 
karbohidratların  tarazlaşdırılması  qidada  və  ya  gündəlik  qəbul  edilən  yeyinti 
məhsullarında nişasta, sadə şəkər, sellüloza və pektin  maddələrinin  miqdarının faizlə 
təxminən 75:20:5 nisbətləri kimi təmsil olunması əsasən aparılır. 
Qəbul edilən qidada  mineral  maddələrin tarazlaşdırılmış  miqdar  və  nisbətləri 
orqanizmin  böyümə  və  həyat  fəaliyyəti  üçün  zəruri  şərtlərdən  biridir.  Qidada  mi-
neral  maddələrin  tarazlaşdırılmasının  fızioloji  əhəmiyyəti  yalnız  bir  neçə  makro  - 
və  mikroelement  üçün  ətraflı  öyrənilmişdir.  Əvvəldə  qeyd  etmişik  ki,  qidada 
kalsium  (Ca),  fosfor  (P)  və  maqnezium  (M)  elementlərinin  nisbətləri  adətən  1:1, 
5:0,7 kimi olduqda optimal sayılır. 
Bütün  bu  deyilənlərdən  aydın  olur  ki,  insan  üçün  rasional  qidalanma  və 
qidada orqanizm üçün zəruri olan müxtəlif maddələrin olması və onların müəyyən 
tarazlıq  nisbətlərinin  gözlənilməsi  həm  normal  fizioloji  həyat  fəaliyyəti,  həm  də 
sağlamlıq baxımından olduqca vacib məsələdir. Gündəlik qida rasionlarında zülali 
maddələrin tarazlaşdırılması üçün daha əhəmiyyətli işdir. 
2)  Ayrı-ayrı  yaşlı  əhali  qrupu  üçün  məhsulların,  məsləhət  görülən  miqdarı 
(fizioloji qida normaları) haqqında. 
Nəzərə alınmalıdır ki, yaşlı əhali üçün qidalanma normaları, o cümlədən məslə-
hət görülən məhsul normaları: a) cinsdən; b) yaşdan; v) əmək xarakterindən; q) iqlim 
şəraitindən; d) orqanizmin fizioloji vəziyyətindən asılı olaraq işlənib hazırlanmışdır. 
Bütün  bunların  əsasında  18  yaşdan  60  yaşa  qədər  əhali  əmək  intensivliyi 
qrupları  üzrə  bölüçdürülərək,  onlar  üçün  fizioloji  qidalanma  (o  cümlədən  məhsul) 
normaları işlənib hazırlanmışdır. Bunlar cədvəl 2 və 3-də  göstərilmişdir. 
Cədvəl 2. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin