Qrup : 39. Kurs iŞİ Kafedra Müdiri



Yüklə 1,63 Mb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#35347
1   2   3   4   5   6   7   8   9   10
ELSUN -insaat kurs isi-1

Geoloji hissə

  1. Yatağın geologiyası haqqında ümumi məlumat

Faydalı layı təşkil edən çöküntülər, əsasən balıqqulaqlı əhəngdaşı, qum, gil, mergil, qum-daşlar və detrit əhəngdaşlarıdır. Bu layların yataq üzrə ümumi qalınlığı 22 m-ə çatır. Layın üstündə adda-budda adajıq şəklində elüvial delüvial çökün­tülərinə təsadüf etmək olur. Bunların qalınlığı 0,4-1,0 m arasında olur. Yalnız yatağın sahəsinin çökək yerlərində onların qalınlığı 3-4 m -ə yaxın olur. Orta hesabla 1,5 m qəbul edirik (şək. 1.1.).

Şəkil 1.1. Şahinbaq əhəng daşı yatağının quruluşu

Geoloji-litoloji kəsişi aşağıdıgı kimidir:


  • Boz rəngli, az çatlı, möhkəm sıxılmış, yuxarılarda azajıq qumlaşmış xırda-orta dənəli detrik əhəngdaşı, qalınlığı 6,0 m-dək

  • Açıq boz rəngli, möhkəm sıxılmış detrik əhəngdaşı, qalın­lığı 4 m-dək;

  • Boz rəngli, möhkəm sıxılmış, gil layı, qalınlığı 1,0 m-dək;

  • Açıq boz rəngli, möhkəm sıxılmış, monolit, xırda dənəli detrik əhəngdaşı, layın içində məsaməlilik qeyd edilir, məsamələr gil materialı ilə doldurulub, qalınlığı 4,6 m-dən;

  • Sarımtıl xırda dənəli detrik əhəngdaşı layı, arada məsa­mə­lilik qeyd edilir, qalınlığı 4,5 m-dək;

  • Boz rəngli, yumşaq əhəngdaşı, qumdan və gil laylan­ma­ları, qalınlığı 1,0 m-dək.

Layın ümumi yatım bujağı 18-200-dir.

Yatağın hidrogeoloci şəraiti olduqja əlverişlidir. Belə ki, nə geoloci-kəşfiyyat işləri aparılanda, nə də yatağın istismarı zamanı qrunt sularına rast gəlinməyib.

Əhəngdaşı layının yatımı və relyefin sadəliyi mədən-texniki və hidrogeoloci baxımdan daş karyerinin istismarı zamanı heç bir hidrotexniki çətinliklərə gətirib çıxarmamalıdır.



    1. Yüklə 1,63 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin