Karyer aerologiyası və ətraf mühitin qorunması
Şahinbax ədəd daşı karyerində havanın çirklənməsi:
tozlardan
qazlardan baş verir.
Karyerdə toz əsas etibari ilə daşkəsən maşınların daşları kəsməsi nəticəsində əmələ gəlir. Bu tozlar avtomaşınların hərəkəti, buldozer və yükləyicilərin işi zamanı karyer havasınına qaldırılır.
Bunlardan başqa küləkdə bu tozlarıhavaya qaldıraraq karyerin havasını çirkləndirir.
Avtoözüboşaldanların, buldozer və birçömçəli yükləyici daxili yanacaq mühərrikli maşınların işləməsindən karyer atmosferinə zəhərli qazlar ayrılır. Karyer atmosferində olan zəhərli zəhərli qazlar və tozlar insan orqanizmi üçün zərərlidir. Buna görə də toza və qazlara qarşı karyerdə mübarizə aparılmalıdır. Toza qarşı mübarizə aparmaq üçün su çiləyən qurğulardan istifadə edərək karyer yolları, karyer sahələri, tullantıxanalar su ilə vaxtaşırı suvarılmalıdır.
Karyer sahəsindən zəhərli qazları şıxartmaq üçün onun havası dəyişdirilməlidir.karyerlərdə əsasən təbii hava dəyişmə üsulundan istifadə edilir.belə ki, karyer sahəsinə küləyin enerjisi ilə daxil olan hava çirkli havanı sıxışdıraraq karyerin havasını təmizləyir.
Karyer atmosferində olan qazları karyer sahəsindən çıxartmaq üçün havanın miqdarı aşağıdakı düsturla təyin edilir.
Q = 0.124 V L B = 0.124 x 6 x 600 x 400 =17856 m3/san
burada,V = 6 m/san – küləyin sürətidir;
L = 600 m – küləyin istiqamətinə uyğun karyerin ölçüsü;
B = 400 m – küləyin istiqamətinə perpendikulyar karyer sahəsinin ölçüsüdür.
Elmi-texniki tərəqqinin müasir mərhələsində mədən sənayesinin sürətlə inkişaf etdiyi bir zamanda ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə cəmiyyətin çox vacib məsələlərindən biridir.
Faydalı qazıntıların açıq üsulla çıxarılması daha sürətlə inkişaf edir. Çünki açıq üsul daha qənaətcildir. Lakin açıq üsulda çoxlu torpaq sahələri yararsız hala salınır.səbr karyerində torpaq sahələri mədən qazmaları, tullantıxana sahələri, nəqliyyat yolları, bina və qurğularla tutulur. Torpaq sahələrinin pozulması 55-70% mədən qazmalarının və tullantıxana sahələrinin ,10-15% nəqliyyat yollarının payına düşür.
Aşıq mədən işlərinin təkmilləşməsi torpaq tutumuunu azalması və pozulmuş torpaq sahələrinin rekultivasiya istiqamətində olmalıdır. Səbr dənəbir daş karyerində pozulmuş torpaq sahələri bərpa edilməlidir. Sahələrin bərpası iki mərhələdə aparılır: texnoloji bərpa, bioloji bərpa. Texnoloji bərada sahələr hamarlanır, bioloji bərpada bu sahələrə yararlı torpaq tökülür. Bunun üçün tullantıxanada yerləşdirilmiş yumşaq açılış süxurlar hamarlanmış tullantıxana sahələrinə daşınır və yayılır. Bioloji bərpada birinci ili ayıdöşəyi əkilir, sonrakı illərdə onlar əkilir.
Karyer sahələri bərpa edildən sonra, onlar otlaq sahələri kimi kəndlərin heyvandarlarının istifadəsinə verilir.
Dostları ilə paylaş: |