Ah(x)ura
və
Məzda
sözlərindən ibarətdir və tarixən birinci söz ikincinin
təyini kimi işlənmişdir.
Hörmüz
sözü isə «Ahura Məzda»nın
sadələşmiş şəklidir (fikir doğrudur: aHuRaMəZDa sözlərinin
samit əsası = HRMZD – HöRMüZD sözüdür). Sözün məna
açımının hələ də qənaətbəxş olmadığını qeyd edən müəllif
avestaşünaslıqda
Ahura
sözünün
Atar
sözü ilə əlaqələndirildiyini
və bu sözün odla, günəşlə bağlı olduğunu göstərir. Sanskritdə də
atar
və
aqni
şəkillərində mənası «od»dur. Qədim Misir mifologi-
yasında isə «Günəş-allah» mənasında
atum
şəklindəlir. Müəllifin
fikrincə, bu söz zərdüştiliyin təsiri ilə yaranmış kabbalistikada
«Adəm» şəklinə düşmüş və Musa peyğəmbərin kitabı vasitəsilə
Buddizm kanonuna keçmişdir, mənası ODUM deməkdir. Atər isə –
ODƏRdir.
Ahura
sözündəki
hur
fars lüğətlərində «günəş»,
«xoşbəxtlik» mənalarında verilir ki, müəllif bunlardan istifadə
edərək
huri, hürr
sözlərinin də bu kökdən olduğunu izah
etmişdir. Məhəmməd peyğəmbərin allahla danışdığı Həra dağ adı
da bu kökdən olub, «Günəşə yaxın olan hündür dağ zirvəsi» mə-
nasındadır. Səhərin açılmasını, günəşin doğmasını xəbər verən
quş –
Xoruz
adı da (
hor/xor
şəkillərində) eyni kökdəndir.
Sözün ikinci komponentini –
Məzda
sözünü müəllif həm
«allah, yaradıcı», həm də «xeyirxah ruh», «xeyir törədən
mələk» mənasında izah etmişdir. «Avesta» yalnız din əsəri
131
hesab olunmur, bəşər ictimai-fəlsəfi-kosmoqonik şüurunun
konseptual sistemi kimi şərh olunur.
Şəfizadə zərdüştilərdə Zevsə (Ahuramazdaya) uca dağların
başında qurbanlar vermək ayininin farslarda olmadığını qeyd
edərək yazır: «Aydındır ki, abidəyə və ümumiyyətlə, Midiya-türk
mədəniyyətinə sonradan sahib durmuş farslarla bu abidənin və
Midiya mədəniyyətinin taleyini bağlamaq olmaz».(2, 20)
N.S.Sokolov bu barədə daha qəti fikir söyləmişdir:
«Avesta»nın harada yaranmasına dair suala ancaq bir cavab
var: Avesta Parsda (yəni İranda –
B.Ş
.) yaranmamışdır və onun
ötürücüləri də yazıya alınana qədər farslar olmamışlar». (8, 37)
Müəllif bu münasibətlə A.O.Makovelskinin aşağıdakı sözlərini də
yerində gətirmişdir: «Midiya imperiyasının dil və mədəniyyəti –
farsların dil və mədəniyyəti müqabilində öz inkişafında daha
yüksək səviyyəyə çatmışdır. Farslar özlərinə dövlət yaradanda
və mədəniyyətlərini inkişaf etdirəndə çoxlu anlayışları və sözləri
midiyalılardan əxz eləmişdilər». (4, 46)
A.O.Makovelskinin söylədiyi fikir başqaları tərəfindən də
qəti şəkildə söylənmişdir: «Midiyalılar ermənilərin adət və
ənənələrinin və onlardan da əvvəl farsların mədəniyyətinin for-
malaşmasında başlanğıc rolunu oynamışdır… Hətta bütün hərbi
adət və ayinlər də farslara midiyalılardan keçmişdir». (9, 135)
Bunlardan iki min il əvvəl isə Strabon yazmışdır: «Midiyalılar
ermənilərin və daha əvvəl farsların adət və ənənələrinin
başlanğıcında dayanmışlar».
Şəfizadəni düşündürən çox mühüm məsələlərdən biri də,
təbii ki, dil məsələsidir – «Avesta» dilinin, onu yaradan mağların
dilinin və ətraf mühitdə işlənən dillərin mənşəyi məsələsi.
Bu məsələ ilə bağlı müəllif yazır: «R.Fray öz tədqiqatlarında
göstərmişdir ki, mannalıların dili elam dilinə çox yaxındır. Əgər
belədirsə, onda şumer-elam-manna-midiya-urartu dövlət silsilə-
sinin türk tayfalarına məxsusluğundan necə danışmaya bilərik?»
(2, 22)
Məlumdur ki, bunların hamısının dili iltisaqi dil olub. Elam-
ların dilinin şumer dili ilə qohum və yaxın olduğu barədə çox da-
nışılır, lakin elam dili az öyrənilib. Əgər öyrənilərsə, ehtimallar
tamam aradan qalxa bilər. Şumer-manna-midiya dillərinin bir
132
kökdən olduğuna şəxsən bizim şübhəmiz yoxdur və «Azərbaycan
dilinin tarixi» əsərimizdə bu barədə qəti qənaətimizi faktlarla
bildirmişik (şübhə edənlər varsa, faktları görməzliyə salırlar).
Urartu dili isə iltisaqi dil olsa da, xeyli fərqlənir və daha dərindən
öyrənilməlidir. Məsələn, İ.M.Dyakonovun yazdığı kimi, əgər
kutilər mannalılar və midiyalılarla birlikdə urartların da babası
sayılırsa, onda bu fikrə şübhə etməmək olar, çünki kutilərin dil
qalıqları kuti dilinin (bir tayfa kimi çox qədim olmalarına bax-
mayaraq) türk mənşəli olduğunu daha aydın əks etdirir.
Əsərdə erməni və fars-İran məsələlərinə xüsusi diqqət yetiril-
mişdir. Ermənilər «…mahiyyətcə «Avesta» və Orhon-Yenisey əlif-
basına bağlı olan Alban əlifbasını və bu əlifba ilə yazılan abidələri
məhv etmiş, əvəzində özlərinə bu əlifbaların əsasında əlifba yarat-
mışlar. Və bu əlifba ilə özlərinin konqlomerat dillərində «çox qə-
dim» «mədəniyyət abidələri», tarix kitabları «yaratmışlar».(2, 26)
Buradakı fikir doğru olduğu kimi, İranla bağlı məsələ də düz
qoyulmuşdur.
Fars, pars, pers
sözləri qədim Midiya
əyalətlərindən birinin adındandır.
Parsua, Persida
və
Parfiya
sözlərinin hər üçünün kökündə
peer – böyür
(yan) sözü durur.
Bunu İ.M.Dyakonov da xüsusi qeyd edib, biz də vaxtilə o nəticəyə
gəlmişik. (10, 316-317) Bunlar Midiyanın ətrafında yerləşən
vilayətlərin adlarıdır və e.ə. VIII əsrdən Midiya ətrafına gələn
tayfalar Midiyanın içərisinə girə bilməyib, ətrafında yerləşiblər.
(bax: 1, 216-334) Hələ «İran tayfaları» adlanan tayfalar o yerlərə
gəlməmiş, bu vilayətlər var idi. Odur ki neçə min il əvvəl yaranmış
«Avesta»da da
Pərəsa
adı vardır. E.ə. III minilliyə aid
assur
yazılarına əsaslanan E.Hersfeld göstərir ki, bu söz İrana qədərki
toponim kimi mövcud olub və farslar öz etnik adlarını buradan gö-
türüblər. (2, 27) Müəllif - Şəfizadə maraqlı bir tapıntıya rast gəlib:
«Əhəmən» sözü
Pərəsu
sözünün kalkası olub,
yan, böyür, tərəf
mənasındadır. Deməli, «Pəhləvi dili» ifadəsi də buradandır – Midiya
ətrafında yaşayanların dili.
Şəfizadə yeri gəldiyi üçün midiyalıları irandilli hesab edənlərin
kimlərdən ibarət olduğunu da söyləmişdir: «Buna öz daxilimizdə
olan tərəfdarlardan başqa, böyük sovet və dünya elmində bu
tərəfdarlığı yaradanlar da vardır».(2, 28) Biz Midiya məsələsindən
«Azərbaycan dilinin tarixi» əsərimizdə geniş danışmışıq, Şə-
133
fizadənin fikirlərini əsaslı hesab edərək bu məsələnin üzərində çox
dayanmırıq.
Müəllif qədim dövrlərdə Ön Asiyada yaşamış müxtəlif
xalqların dillərinin – Avesta, qədim və orta fars, skif, saq dillərinin
eyni quruluşlu olduğunu və bu dillərin hamısının bir kökdən
yarandığını söyləyir və müasir fars dili ilə Azərbaycan dili cümlə
quruluşlarının tam eyni olduğunu, bir sıra səciyyəvi leksik vahidlərlə
azacıq fərqləndiklərini qeyd edərək misallar gətirir:
İn divarəst – Bu, divardır.
İn qələməst? – Bu, qələmdir?
Əhməd gəldi – Əhməd aməd.
Yazdım, yazdın, yazdı – Neveştəm, neveşti, neveşt.
Müəllim Azərdən soruşdu – Daneşyar əz Azər porsid.
Və s.
Nəzəri cəhətdən qeyd etməsə də, yazılarından aydın olur ki,
Şəfizadə dünya dillərinin bir kökdən olduğu barədə konsepsiyanın
tərəfdarıdır. Biz bu barədə xüsusi araşdırmalar aparmışıq,
monogenez konsepsiyasının tərəfdarı kimi, müəllifin fikrini doğru
hesab edirik. Yuxarıdakı misallara gəlincə, oxşar struktur onların
eyni dil olduğunu – qohumluğunu sübut etmir, bir kökdən
olduğunu göstərir. Bir kökdən olduğu üçün qrammatik quruluş
bütün dünya dillərində eyni kateqoriyalar üzrə özünə ifadə vasitəsi
yaratmışdır. Məsələn, biz çıxışlıq hal şəkilçisi ilə
Azər-dən
deyirik,
fars dili bu fikri predloqla ifadə etməyi sabitləşdirmişdir:
əz Azər
.
Ona görə də müəllifin «…bu iki dilin (fars və Azərbaycan dillərinin –
Q.K
.) bir mənşəyə malik olduğunu görürük» (2, 31) fikri doğru
olmaz. Geniş mənada onları qohum saymaq olar, lakin dil ailələri
baxımından onların fərqli protodilləri olmuşdur.
«Nəhayət, cüzi fərqlərin qədimliyinə varsaq, protoiran dili
kimi Avestanı götürsək, məlum olur ki, fars dili adlanan dil yox, türk
dillərinin bir dialekti olan və ilki də, qədim fars, orta fars, skif, saq
və s. kimi türk mənşəli dillərə söykənən bir dil mövcuddur». (2,
31) Skiflər saqlarla yaxın qohumdur, «Avesta»nın yaradıcısı
Zərdüştün Skif olduğunu söyləyənlər də var və skiflərin böyük bir
qolunun türk olduğu məlumdur. Odur ki bu cəhətdən mübahisə
yoxdur. Amma qədim və orta farsı türk dilinin dialekti hesab
etdikdə müəllif yuxarıdakı mülahizəsindən çıxış etmiş olur. Əsas
134
məqsəd «Avesta»nın fars dilində olmadığını göstərməkdir, qədim
və orta fars isə gələcək araşdırmaların işidir.
Avestaşünaslıqda bilərəkdən «Avesta»nın tarixi azaldılır və
Əhəmənilər dövrünə aid edilir (e.ə.VI əsr). Halbuki «Avesta»nın
«Qatlar» adlanan hissəsinin tarixini qədim yunanlar X-VIII minilliklə-
rə aid etmişlər. Antik müəlliflər Zərdüştün Kserksin hakimiyyətindən
(e.ə. VI əsr) 6 min il əvvəl yaşadığını göstərmişlər. «Avesta» bişmiş
gil kərpic-lövhələr üzərinə, mixi əlifba ilə yazılmışdır. «Qatlar»ın heca
vəznində olduğu, əsərdə daha çox 8 və 11-likdən istifadə edildiyi də
göstərilmişdir (Oranski).
«Qat» sözünün türk mənşəli olduğuna heç kim şübhə
etmir. «Avesta» sözünün özü də maraqlıdır. Bu əsər üzərində
daha çox çalışmış Haşim Razinin dediklərinə görə, bu söz nə Hind-
İran dillərində, nə də əsərin özündə var. Əksər tədqiqatçılar sözün
əslinin
Upasta
şəklində olduğunu və
əsas, özül, əsas mətn
mənalarında işləndiyini göstərmişlər. (2, 32) Müəllif özü başqa
ehtimallar da irəli sürmüşdür. «Avesta»nın tərkib hissələrindən biri
«Xorde Avesta» adlanır ki, bu, bizim dilimizdədir – «Xırda Avesta»
deməkdir. Bunu eyni sözlərlə fars dilinə tərcümə etmişlər:
«Avestayi kuçik» -
Kiçik Avesta
- yenə türk sözü ilə.
Şəfizadə «Avesta»dakı 101 allah adının böyük bir qisminin
türk mənşəli olduğunu izah etmişdir. Təhriflər az olsa idi, müəllif
daha çox uyğunluqlar müəyyən edə bilərdi. Məsələn, belə
adlardan biri
Çimağ
sözüdür.
Çim
- `tamamilə, eyzən`
mənalarında dilimizdə indi də işlənir.
Çim yağ
ifadəsi işlədirik –
yağ içində olan, çox yağlı mənasında;
yağ (ağ)
– sözü isə tarixən
böyük
mənasındadır. Müəllif sözü bütövlükdə «ağappaq»
mənasında izah etmişdir ki, bu da ağlabatandır –
tam işıqlı,
parlaq
demək olub, Zərdüşt ideyalarına uyğundur. Tərkib hissələrin-
dən birinin adı –
Yasna
sözünün kökü də «yaz» sözü ilə bağlı izah
edilir.
«Avesta»nın digər tərkib hissələrindən birinin adı –
Yaşt
«Xırda Avesta»da
Yazat/Yəzət
şəkillərində işlənib. Tədqiqatçılar
bunu
yaz odu
mənasında izah edirlər.
Ağara
– allah adı ağır,
hörmətli,
Katar
– qatar,
Açamani
– mənim ucam,
Sapina
–
səpilmiş,
Anauşak
– ana işıq,
Aqumani
– mənim ağım,
Husi-pas
– his-pas,
Atar-batqar
– atar-batar,
Qar-qar
– qor-qor,
Aqara qor
135
– ağaran qor,
Hamarna
– hamar olan mənasında izah olunur və
s.
Müəllif bu məqamda
Azərbaycan, Alban, Midiya-Maday
sözlərinin etimoloji izahına diqqət yetirmiş, bunların hamısını
od
sözü ilə əlaqəli izah etmişdir. Biz «Azərbaycan dilinin tarixi»
əsərimizdə bu sözlərin etimoloji təhlilinə geniş yer verdiyimizdən
müəllifin fikirləri ilə mübahisəyə girişməyi lazım bilmədik.
Əsərdə Zərdüşt dininin bütün başqa dinlərin başında
durduğu, onların hamısının qanun və ayinlərinin yaranmasında ilkin
mənbə olduğu geniş şərh edilmiş və bizcə, müəllif düzgün nəticəyə
gəlmiş, fikrini M.Boysun aşağıdakı sözləri ilə düzgün
yekunlaşdırmışdır: «Zərdüştilik – dünyanın peyğəmbər dinlərindən
ən qədimidir ki, bəşəriyyətə birbaşa, yaxud dolayısı ilə hər hansı
bir başqa dindən daha çox təsir göstərmişdir».
Xristianlığın mühüm əlaməti olan xaç məsələsini xristianlar
yaratmamış, «Müəyyən edilmişdir ki, xaç xristian dinindən əvvəl də
odun və günəşin simvolu kimi qəbul edilmişdir». Tarixdə
«əlçatmaz, toxunulmaz, müqəddəs» şəhər sayılan Qəbələ Zərdüşti-
liyin, müəllif fikrinə görə, sonuncu paytaxtı olmuşdur.(2, 49) Hətta
dinlər içərisində çox qədim sayılan buddizmin yaradıcısı Buddanın
Zərdüştlə bir dövrdə yaşadığı barədə heç bir tarixçi məlumat ver-
məyib.
Tədqiqatçılar üzə çıxarmışlar ki, «Avesta»nın ən qədim və
Zərdüştün öz qələmindən çıxmış hissəsi sayılan «Qatlar»la Sanskrit
Vedalarının ən qədim hissəsi olan və «Familni vedalar» adlanan
kitab çox yaxın və demək olar ki, eynidir. Hətta eyniyyət o qədər
güclüdür ki, bəzən hər iki mətni «bir arxetipin variantları hesab
etmək olar».(2, 51) Müəllif fikrini həm də Riqvedaya yazılmış
qeydlərdən götürdüyü aşağıdakı sözlərlə əsaslandırır: «Onları
ancaq müxtəlif cür səs tərkibi ayırır. Və «Avesta» mətnlərinin Veda
dilinə tərcüməsi nəticəsində alınan mətnlərin orijinal Veda
mətnlərindən qətiyyən fərqlənməməsini məhz bu baxımdan izah
etmək olar. Vedaları «Avesta» mətnlərinə yazılmış şərh hesab
edənlər də vardır. Bundan başqa, bu da diqqəti cəlb edir ki,
«Riqveda»nın dili sonrakı hind abidələrindən, məsələn, epos və
sanskrit poeziyası - daha çox bütün cəhətlərinə görə «Avesta»nın
dilinə yaxındır». (2, 51)
136
Şəfizadənin qeydlərindən aydın olur ki, S.N.Sokolov və başqa
«Avesta» tədqiqatçıları, «Avesta»nın dilini ondan sonra yaranmış
fars, qədim hind, latın, yunan dilləri ilə müqayisədə öyrənməyə
çalışmış, ona görə sözlərin əslini düzgün bərpa edə bilməmişlər.
Sanki tədqiqatçılar «Avesta»nın qədimliyini aradan qalldırmaq, onu
və «Familni veda»ları cavanlaşdırmaq məqsədi güdmüş, əsərlərin
dilini təhrif etmişlər. «Avesta» əlifbasının mənşəyini orta fars əlifbası
ilə bağlamışlar. Odur ki müəllif əlifba məsələsinə əsərdə geniş yer
vermiş, kitabda əksər qədim əlifbaların cədvəlini verərək, müqayisələr
əsasında «Avesta» əlifbasının Orxon-Yenisey əlifbasının əcdadı oldu-
ğu qənaətinə gəlmişdir: «Biz artıq sübut elədik ki, «Avesta» əlifbasının
mənşəyi orta fars yox, Orhon-Yenisey əlifbasıdır. Və orta fars əlifbası
da, «Avesta» əlifbasının əsasında yaradılıb». (2, 57) «…Qədim və orta
fars əlifbasında hərflərin sayı 22-dən o yana keçmədiyi halda, «Aves-
ta» əlifbasında 60-a yaxın hərf və işarə vardır. Dilimizə məxsus sonor
«
n»
səsinin
,
« h» və «x»
səslərinin hər birinin «Avesta»da üç vari-
antı vardır. Müəllif daha irəli gedərək yazır: «Avesta» və «Riqveda»
dillərinin eyniyyəti barədə elmdə mövcud olan fikir bu dillərin
ümumiyyətlə hind-avropa dilləri olmadığını sübut edir. Əgər bütün
bunlar göz önündədirsə, müqəddəs və qədim əlifbanın ünvanı ulduz
və maq əlifbalarının üzərinə götürülməlidir. Dillərin, dinlərin və
xalqların eyni mənşədən törəməsi fikrinə gəlib çıxmağımız elmi həqi-
qətdir». (2, 65) Bu son fikri biz yalnız alqışlaya bilərik, çünki müəllifin
əsəri ilə tanış olmadan çap etdirdiyimiz dil tarixinə dair kitabda biz də
eyni nəticəyə gəlib çıxmışdıq: «müqayisəli-tarixi metod əsasında
aralarına möhkəm sərhəd qoyulmuş dil ailələri və ümumən Yer
üzərində mövcud olan bütün dillər bir mənşədəndir, bir ulu dilin tö-
rəmələri, bir gövdənin budaqları, yarpaqlarıdır – doğma Yer
kürəsinin bütün xalqları, bütün dinləri kimi, dilləri də bir kökdəndir».
(1, 49) Beləliklə, müəllif Ulduz əlifbası, Maq əlifbası və «Avesta»
əlifbasının ən qədim əlifbalar olduğunu, sonrakı bütün əlifbaların
mənbəyi sayılan finikiya əlifbasının bu əlifbalar əsasında yaran-
dığını verdiyi əlifba cədvəllərinin müqayisəsi əsasında isbat etmiş-
dir. Və müəllifin fikrincə, «…Maq və Ulduz əlifbalarının yaşı ağla
gətirilən bütün variantlardan daha qədimdir: ibtidai icma
quruluşu, erkən əkinçilik və maldarlıq dövrü ilə bağlıdır ki, bu da
e.ə. XI – IX minilliklərə təsadüf edir».(2, 66)
137
Ulduz və ya Göy əlifbası adlanan əlifbanı müəllif bəşəriyyətin
tanıdığı ən qədim əlifba hesab edir. Müəllifin fikrincə, bu əlifbanın 22
hərfi 12 bürcü və 10 planeti əhatə edir, hərflərin quruluşu həmin
planet və bürclərin quruluşuna və ulduz tərkibinə uyğundur və əlifba
hərflərinin müqəddəsliyi buradan başlamışdır. Maq əlifbası bu
əlifbanın bir qədər təkmilləşmiş formasıdır. «Avesta»nı isə mağlar
yaratmışlar. Vaxtilə rəqəmlərin də hərflərlə göstərilməsi ənənəsi
olmuş, bu, sonralar başqa əlifbalara (məsələn, ərəb əlifbasına)
keçmişdir. Nəticə etibarilə müəllif bu qənaətə gəlir ki, maq mədə-
niyyəti «Misir və Mesopotamiya sivilizasiyasından daha qədimdir».
(2, 69) Dinin, mədəniyyətin, elmin, xüsusən fəlsəfənin başlanğıcını
«Avesta»da görən F.M.Volter yazmışdır: «…yunanlar onlarla
müqayisədə uşaqdırlar». Volter yenə yazmışdır: «Mən ancaq onu
görürəm ki, onun (Zərdüştün –
Q.K
.) əxlaq qanunları bu günə
qədər saxlanmışdır. Onlar maqların qədim dillərindən, kəbrlərin xalq
danışığından - sadəlövh alleqoriya ilə gəlib çatan danışığından
tərcümə olunmuşdur. İndi gülüş doğuran qaydalar və fantastik
əsərlər Zərdüştün dininin ən dərin bir qədimlikdə yarandığını xəbər
verir». (5, 364) Odur ki Şəfizadə belə bir nəticəyə gəlir ki: «…qədim
yunanlar nəinki fəlsəfənin və mədəniyyətin başlanğıcı, əksinə, tarixi
saxtalaşdırmanın və plagiatçılığın başlanğıcı kimi təqdim edil-
məlidir». (2, 76)
Şəfizadə «Avesta»nın dili və əlifbası haqqında fikrini ümu-
miləşdirərək yazır: «Əgər bizə gəlib çıxan, «Avesta» kanonuna
daxil olan kitabların adlarının, allahlar panteonunun, mif kons-
truksiyalarının, hətta dini kitabların epiqrafikasının, nəhayət,
məşhur «allahın yüz bir adı»nın arxaik türk dilində olduğunu
nəzərə alsaq, heç «Avesta»nın mətnini görməmiş də bu
abidənin hansı qədim xalqa məxsus olduğunu deyə bilərik». (2,
57) Beləliklə, müəllif 16 saitli «Avesta» dilinin türk dili,
əlifbasının Orxon-Yenisey əlibasının əcdadı olduğu qənaətinə gəl-
mişdir.
Bu deyilənlər «Avesta»nın ən qədim tərkib hissəsi olan
«Qatlar»a aiddir. Müəllifin fikrincə, qalan «Avesta» mətnlərini hər
hansı bir konkret dilin abidəsi saymaq olmaz. Çünki «Avesta»nın
digər hissələrinin mətni sonralar müxtəlif zamanlarda və kalka
edilmiş müxtəlif dillərdə bərpa edilmişdir. Bununla belə, «Avesta»
138
mətnlərinin başlanğıcı üçün heç bir İran və Hind-Avropa dilindən da-
nışmaq olmaz. (2, 59)
Bu məqamda müəllif «Hindavropa» və o cümlədən «İran
dilləri» deyilən dillərin də tədricən türk dillərindən yarandığını
iddia edir. Əslində isə, əsas dil ailələri ulu dildə şivə kimi
formalaşmış və eradan əvvəl 12-ci minillikdə ulu dil
parçalanarkən həmin şivələr yaranacaq dil ailələrinin protodilləri
səviyyəsində tədrici inkişaf yolu keçərək e.ə. XII – VI minilliklər
arası daxili parçalanma əsasında dil ailələrini doğurmuşlar.
Həmin dil ailələrinin daxili parçalanmaları sonralar da davam
etmiş və məsələn, tədqiqatçıların fikrincə, hind və İran dilləri
e.ə. birinci minilliyin sonlarında təcrid olunmuşlar.
Birinci fəslin sonrakı hissələrində Zərdüşt təliminin, «Aves-
ta»nın Nizami, Füzuli, Nəsimi yaradıcılığına təsiri, onların öz
haqq babalarından necə faydalandığı izah edilmiş, həm də çox
gözəl izah edilmişdir. Firdovsi maqlardan danışarkən «onlar
türkcə danışırdılar» dediyi kimi, Nizami də onların haqqında
«İqbalnamə»də «Əsli-nəsəbi qırmızı mənşəli türk idi» -
Torki əz
əsle rumiyan nəsəbəş
– demişdir.(2, 85-87)
Cənnət, cəhənnəm, qıl körpü, namaz və bu kimi bir çox
ayin və kultların islam dininə zərdüştilikdən keçdiyi müəyyən
edilmişdir. (2, 89)
Yasna – yasin, nask – nasix, sur
kimi
«Quran»la paralellər də bunu göstərir. «Avesta»da firiştədən,
huridən, divdən, islamda isə mələkdən, şeytandan, cindən bəhs
olunur. (2, 107) Müəyyən olur ki, Nuh və onun oğlu Sam
haqqında əfsanənin də kökü «Avesta»dan gəlir və deməli, onlar
yəhudi deyil, türkdürlər.
«Avesta» lüğətindən 52 sözün türk mənşəli olduğu
inandırıcı şəkildə üzə çıxarılmışdır.
«Avesta»nın dünya fəlsəfi sistemində bir mühüm rolu da
ondan ibarətdir ki, dialektikanın qanunlarının müəyyən-
ləşməsində onun xeyir və şər qüvvələr, işıq və qaranlıq anlayış-
larının təsiri olub – Hegel dialektikanın qanunlarını Zərdüşt
fəlsəfəsi əsasında müəyyənləşdirib. Ruhun ölməzliyi haqqında
təlim də idealist fəlsəfəyə «Avesta»dan süzülüb.
139
Şəfizadə sözarası bir sıra tarixi yanlışlıqlara da münasibət
bildirmişdir. O, Musa peyğəmbərin yəhudi kimi qələmə
verilməsinə şübhə ilə baxır. Məlumdur ki, Musanın arvadı
midiyalı olmuşdur. Bu fikrin Quranda da öz əksini tapdığı gös-
tərilir. İsanın da mənşəyi şübhəlidir. Bunu müəllif onun bir sıra
cümlələrinə istinadən söyləyir. «Əhdi-ətiq»dəki «
Dostları ilə paylaş: |