Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


şükür  qılmaq,   cuş  qılmaq,  söz   sözləmək



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə58/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   51   52   53   54   55   56   57   58   59

şükür  qılmaq,   cuş  qılmaq,  söz   sözləmək 

(danışmaq),  



dinini   tutmaq,   yüz   urmaq

  (üz   vurmaq),  



ağız 

açmaq, özünü yığmaq

 (yığışdırmaq), 



fursat tapdı, göz açtı, 

gözidən   salub,     yaman   yolqa   girmiş

  (pis   yola   düşmüş



), 

tamuğ   şərbətini   içtilər

  (cəhənnəmə   getdilər),  



murad   birdi 

(murad verdi),  



at birir

  (ad verir) ifadələri göstərir ki, artıq bu 

dilin frazeoloji yatağı zəngindir. Aydın olur ki,  «Kitabi-Dədə Qor-

qud»un və «Oğuznamə»nin dilində artıq birinci minilliyin ortaların-

da səlis biçimli ədəbi ifadələrlə dolu bir frazeoloji lay mövcud ol-

muşdur. 


Oğuzun bütlərə qarşı mübarizəsi, islam dininə çağırışı XIII-XIV 

əsrlərə aid ola bilməzdi. XIII-XIV əsrlər islam dininin dərin kök saldığı 

bir dövr idi və Oğuzun dili ilə bu cür təbliğata ehtiyac olmazdı. Belə 

bir mövzuda əsər Oğuz tayfaları arasında islamın ilkin yayılma mər-

hələsinə aid ola bilərdi. İslam dini isə artıq X əsrdə türk tayfaları 

arasında   özünü   möhkəmləndirmişdi.   Odur   ki   dini   baxışı   və   dili 

göstərir ki, «Mənzum oğuznamə»   X əsrdən gec olmayaraq yaran-

mışdır.


                              

CÜMLƏ ŞƏKLİNDƏ OLAN FRAZEOLOJİ 

VAHİDLƏR

Bu   qrupa   atalar   sözləri   və   məsəllər,   hikmətli   sözlər, 

aforizmlər daxildir. 

Atalar sözləri və məsəllərin bir qisminin tarixi çox qədimdir. 

B.Şəfizadə müəyyənləşdirmişdir ki, bizim indi işlətdiyimiz bir sıra 

atalar sözlərinin, məsəllərin analoqları hələ şumer dilində vardır. 

Məsələn,  «Yaxşı geyinmişə hər yerdə xoşdur»  şumer atalar sözü 

dilimizdə     «Adamı   paltarına   görə   qarşılayıb,   başına   görə   yola 

salarlar»  şəklində işlənir.  Şumerlərdə «O hələ tülkünü tutmayıb, 

ancaq quyu hazırlayır»   - məsəli   bizdə «Molla Nəsrəddin inəyi 

almamış  mıxçanı çaxıb» kimi qalıb. Şumerlərdə  «Hər şeydən çox 

arvaddan qorx» atalar sözü bizdə «Arvaddan qorxmayan iblisdən 

qorxmaz» şəklində işlənir və s. (13, 73) 

339


Məlumdur ki, türk tayfalarının ən məşhur totemlərindən biri 

qurddur.   



Qurd üzü mübarəkdir

  – məsəli bu baxımdan çox 

qədim   olmalıdır.   Bununla     yanaşı,  

Qurddan   qorxan   qoyun 

saxlamaz

  məsəli də vardır. 

B.Şəfizadə   türklərin   məşhur   Boz   qurd   toteminin   yalan   və 

uydurma   olduğunu   göstərir.   Müəllifin   fikrincə,   əslində,   bu 

məsəllərdə  «qurd» sözü yox, tarixən  

qut 

 -  od  sözü, 

boz qurd 

yox, 


boz qut

 – boz od  işlənib. 

Boz qurd haqqında əfsanədə qurdun insana  yol göstərməsi 

mart ayına təsadüf edir.  Bu, dilimizdəki «boz ay» ifadəsinə uyğun 

gəlir. Qurdun «mavi bir şüa, işıq» şəklində endiyi göstərilir. Bu da 

qurd   yox,   sözün  

qut

  –   od   olduğunu   göstərir.  



Boz   qut

  mart 


ayında dörd ünsürün yenidən canlanması deməkdir. Müəllif yazır: 

«Qaldı   «Kitabi-Dədə   Qorqud»dakı     Qurdla   bağlı   mülahizələrə, 

bunu da «Qurd üzü mübarəkdir» kimi yox, «Qut üzü mübarəkdir» 

kimi başa düşmək  lazımdır.   Aydındır ki, od üzü mübarək olar. 

Eyni zamanda «Gözünün qurdunu öldürmək» - «gözünün  qutunu 

öldürmək, gözünün odunu almaq» ifadəsi də qutla bağlıdır… «Qa-

ra başım qurban olsun, Qurdum sana» - yox, «Qara başım qurban 

olsun, Qutum, sana»  kimi oxunmalıdır bu sözlər. Dilimizdə təhrif 

olaraq «Qurdnan qiyamətə qalmaq» ifadəsi də var. Bu da «Qutnan 

qiyamətə   qalmaq»     kimi   başa   düşülməlidir   ki,   mənası     ruhun 

qiyamətə qalması deməkdir… 

Qiyamət 

sözünün mənası da  «qi-

yam odu» deməkdir. İnsan cismən öləndə onun ruhu qiyam eləyib 

bədəndən çıxır». (13, 129)

B.Şəfizadə burada qeyd etdiyimiz fikrə «Avesta»nın tədqiqi 

prosesində   gəlmişdir.   Qurd   özü   bir   totem   kimi   çox   qədimdir. 

Əgər   həqiqətən   müəllifin   dediyi   kimi,   qurddan   yox,   qutdan 

söhbət gedirsə, onda o məsəllərin tarixi daha qədim olur. Çünki 

odun   insan məişətində rolu   insan nitqinin formalaşmasından 

çox-çox qabaqdır və bizim ərazidə Azıxdan tapılan od yerinin 700 

min illik tarixi vardır.

Bir şeyi baha qiymətə aldıqda deyirlər: «Odu qiymətinə almış-

am».   Bu məsəl, heç şübhəsiz, ən qədim mal mübadiləsi dövrünün 

yadigarıdır. Və məsəldən aydın olur ki, odun əldə edilməsinin çətin 

olduğu   dövrlərdə   qəbilələr   arasında     od   ən   qiymətli   mübadilə 

vasitəsi olmuşdur.

340


Əzablı bir işin öhdəsindən gəldikdə və ya həyatının müəyyən 

səhifələrini son dərəcə çətinliklə yaşadıqda «Kipriyimlə od götür-

müşəm» deyərlər.  Bu məsəl də ilkin mərhələdə od alveri ilə bağlı 

olmuşdur   –   odun   zərif   şəkildə   oğurlanmasına   işarədir.   Lakin 

tədricən  ümumiləşərək   əzablı   və   üzücü   həyat   mənası   almışdır. 

«Oddan kül törər» ifadəsi   bacarıqlı, qabiliyyətli atadan fərəməz 

oğul meydana çıxmasına işarədir. «Od kimi işləyir» ifadəsi insanın 

sürətli və faydalı əməyinə işarədir. «Od yanmasa, tüstü çıxmaz» 

məsəli   də   çox   qədim   müşahidənin   nəticəsidir.   Atalar   göz   açıb 

görüblər ki, «Odla oynamaq olmaz» və s.

«Oğuznamə»də  

Od

  ilə   bağlı  aşağıdakı   nümunələrə   rast 



gəlirik:

Odunsuz ocaq olur, külsüz ocaq olmaz.(63)

Od küllə saqlanur.(63)

Od imandandır.(63)

Qış gününün yemişi oddur.(154)

«Kitabi-Dədə Qorqud»un dili   atalar sözləri və məsəllərlə 

çox   zəngindir.   Dastan   Dədə   Qorqud   öyüdləri,   insana,   həyata 

münasibətini ifadə edən  hikmətli sözlərlə başlayır. Burada atalar 

sözlərindən daha çox istifadə edilmişdir.

«Dədə Qorqud»un dilində işlənmiş atalar sözlərinin, demək 

olar ki, hamısı məzmunca müasirdir. Hətta bir qismi leksik-qram-

matik formasına görə də tam müasirdir: 



Ölən adam dirilməz.

Çıxan can gerü gəlməz. 

Təkəbbürlük eyləyəni tənri sevməz. 

Yad oğlı saqlamaqla oğul olmaz, - 

böyüyəndə 

                             salur-gidər, gördüm diməz.

Kül təpəcik olmaz.

Küyəgü oğul olmaz. 

Əski panbuq bez olmaz.

Qarı düşmən dost olmaz. 

(31)


Dünya şirin, can əziz

. (81)


Gög ıraq, yer qatı

.  (106)


Könlin yuca tutan ərdə dövlət olsvz

.(31)


341

Bu misallardakı bir neçə fonetik dəyişməni nəzərə almasaq, 

atalar sözləri və məsəllər həm məzmun, həm də formaca bu gün 

də xalq dilində işlənməkdədir. 

 

Anlaşılmaz kimi görünən



 küyəgü 

sözü «kürəkən» deməkdir.

Dastanın dilində şərtli tərkiblərin  iştirakı ilə qurulan atalar 

sözləri əsasən etiqad və dinlə bağlıdır:



Allah, allah diməyincə işlər onmaz.

Qadir tənri verməyincə ər bayımaz

. (31)


Bu cür atalar sözlərində  

onmaz

  (yaxşılaşmaz),  



bayımaz 

(varlanmaz) kimi arxaik sözlər o qədər də çətin başa düşülmür.

Atalar   sözlərinin   bu   cür   strukturu   dünyəvi   hadisələrin 

ümumiləşdirilməsi üçün də gərəkli olmuşdur:



Qız anadan görməyincə ögit almaz.

Oğul atadan görməyincə süfrə çəkməz. 

Qarağuca qıymayınca yol alınmaz.

Qara polad uz qılıcı  çalmayınca qırım dönməz.

Ər, malına qıymayınca adı çıqmaz

.  (31)


Üçüncü misalda  

yol alınmaz

 –yol üzülməz, başa çatmaz, 

dördüncü   misalda  

qırım   dönməz

  –   döyüş,   qırım   dəyişməz 

mənasındadır.

«Kitab»ın   dilində   həm   dini,   həm   də   dünyəvi   hadisələrin 

aforistik ümumiləşdirilməsi     üçün  şərt   və  qarşılaşdırma   budaq 

cümləli tabeli mürəkkəb cümlələrə daha çox müraciət edilmişdir: 



Əzəldən yanılmasa, qul başına qəza  gəlməz.

Ulaşuban sular taşsa, dəniz tolmaz.

Qara eşək başına üyən ursan, qatır olmaz.

Qaravaşa ton geyürsən, qadın olmaz.

Yapa-yapa qarlar yağsa, yaza qalmaz.

Dövlətlü oğul qopsa, ocağının közidir.

Bir yigidin qara tağ yumrısınca malı olsa,

yığar-dərər, tələb eylər, nəsibindən artuğın  yeyə 

bilməz. 

(31)


Atalar   sözləri   dövrün   dünyagörüşünü   əks   etdirir, 

Qaravaşa   ton   geyürsən,   qadın   olmaz  

tipli   atalar   sözləri 

kənizdən arvad olmaz mənasını ifadə edir. 

342


Bu cür məsəllər bu və ya digər şəkldə klassik ədəbiyyatı-

mızda,   xalq   dilində   də  yaşamaqdadır.   Məsələn,  müqəddimədə 

işlənmiş    

Oğul   dəxi   neyləsün,   baba   ölüb   mal   qalmasa, 

Baba   malından   nə   faidə,   başda   dövlət   olmasa  

(31)


  - 

məsəlindən Ə.Haqverdiyev aşağıdakı şəkildə istifadə etmişdir: 



 « 

...ata malı oğul-uşaq üçün bilmərrə lazım deyil. Oğulun  

yaxşısı özü də qazanar,   ataya möhtac olmaz.   Oğulun 

pisinə həmçinin ata malı lazım deyil. Çünki atası başını 

yerə qoyan kimi hamısını aparıb bir az müddətdə xərc 

eləyib dağıdacaq»

. (28, 59)

Atalar sözlərinin bir qismində fikir birbaşa hökm şəklində 

ifadə olunmuşdur:



Yapağlu kökçə çəmən küzə qalmaz.

Oğul atanın yetiridir, iki gözinin biridir

. (31)


Tənrinin birliginə yoxdur güman

.(40)


Yayan ərin umırı olmaz.

Əvvəl-axır uzun yaşın ucı ölüm

. (115)


Əlaqibət, uzun yaşın ucı ölüm, axırı ayrılıq

(126)



Yalnuz yigit alp olmaz,

Yoşan dibi bərk olmaz. 

(108

)

Misallardakı 



yapağlu

 sözü sıx, örtülü, 



yayan 

– piyada 

deməkdir.

Dastanın   dilində   məsəllər



 

zəngin   bir   silsilə   təşkil   edir. 

Bunların   xəbəri   indiki   zamanda   olsa   da,  bütün   zamanlara   aid 

olub, real həyati münasibətlərin düzgün müşahidəsi nəticəsi kimi 

çıxış edir: 

Getdikdə yerin  otlaqların keyik bilür. 

Kənəz yerlər çəmənlərin qulan bilür.

Ayru-ayru yollar izin dəvə bilür.

Yedi dərə qoxuların dilkü bilür.

Dünlə karvan keçdigin turğay bilür.

Oğıl kimdən oldığın ana bilür.

Ərin ağzın yeynisin at bilür.

Ağır yüklər zəhmin  qatır bilür.

Ğafil başın ağrısın beyin bilür. 

343


Ər comərdin, ər nakəsin ozan bilür.

 (32)


Bu qədər hikmətli cümlələrdə cəmi iki-üç söz köhnəlmişdir: 

kənəz

 – geniş, uzaq, 



dün

 - gecə, 



yeyni

 – kəsər, çeviklik, ərdəm. 

Bu   cümlələrdə   hökm   kimi   səslənən   fikirlərin   hamısı   indi   də 

məqbuldur, lakin köçərilik dövründən fərqli olaraq, bunların çoxu 

indi   insanları   maraqlandırmır.   Bunların   arasında  

Oğıl   kimdən 

oldığın ana bilür, Ğafil başın ağrısın beyin bilür

 kimi müasir 

olanları da vardır.

İndi   dilimizdə   bu   cür   məsəllərin   xəbəri   qeyri-qəti   gələcək 

zaman formasında  olur. Müqəddimədə bu cür cümlə də vardır: 

Qolça qopız götürib eldən-elə, bəgdən-bəgə ozan gəzər

.

(32) Bu cür misallar göstərir ki, indiki və gələcək zamanı bildirən 





ır

  və  


–ar

  şəkilçilərinin müvazi işləndiyi dövrdür və bunlar  hələ 

indiki qədər fərqlənməmiş, yəni fərqli funksiyada sabitləşməmişlər.

Hökm ifadə edən məsəllərin şərt çalarlı mürəkkəb cümlə şək-

lində qurulduğu hallar da vardır. Məsələn,  

Nə yerdə sırılur varsa, 

çəkən bilür (32

) cümləsi eyni silsilədən olan fikrin başqa cür ifadə 

formasıdır.  

Sırılur

  sözü   haqqında   dastanın   1988-ci   il   nəşrində 

oxuyuruq: «36. 

Sırılur


. V, OŞ və ER-də «sızılar». HA-da «sızla»… V-

nin katibi qılınca işarə ilə  işlədilmiş  «sırılur» (yəni «sıyrılur») söz-

formasını başa düşməmiş,  «sızıltı, inilti» mənasında «sızı» sözü ilə 

(cəm   şəklində)   əvəz   etmişdir.   Halbuki   Dədə   Qorqud   dilindən 

xatırladılan hikmətli cümlələrin poetik-linqvistik sistemi 1-ci variantı 

tələb edir. Kontekstin məzmunu belədir: «Harada qınından çəkilən 

qılınc varsa, onu çəkən bilir…» (9, 226)

Paralelizm əsasında qurulmuş tabesiz mürəkkəb cümlələr 

əksəriyyət   etibarilə   həyati   müşahidələrin   nəticəsi   olan   tutarlı 

hökm-məsəllərdən ibarətdir:



İyəgülü ulalur, qapırğalu böyür

.(36)


Dərin olsa baturdır, qalabalıq qorxudır

. (57)


Qalaba qorxudar,  dərin olsa, baturar

 . (71)


Dəvəcə böyümişsən, köşəkcə əqlin yoq

. (69)


Dəpəcə böyimişsən, qarıca beynin yoq

.(71)


At işlər, ər öyünür

.(57)


344

Haqluya həqqi dəgə, həqsizə yüzi qaraluğı 

dəgə.

 (64)


  Bu   misallarda   da   indiki   zaman   forması   ümumi   zaman 

mənasına malikdir. Mürəkkəb (tabesiz) cümlə şəklində qurulmuş 

bu   cümlələr   də   hökm   ifadə   edir.   Cümlələrdə   müxtəlif   məna 

əlaqələri – zaman (İyəgülü ulalur, qapırğalu böyür), qarşılaşdırma 

(Dəvəcə böyümişsən, köşəkcə əqlin yoq), səbəb-nəticə (At işlər, 

ər öyünür)  və s. özünü göstərir. Birinci cümlə «Yiyəsi olan, sahibi 

olan uşaq tez böyüyər, qabırğalı böyüyər» (9, 229) mənasındadır. 

Son   misalda   arzu   şəklində   olan  



dəgə  

sözü   xəbər   şəklinin 

mənasını verir – 

dəgir. 


Həm də göründüyü kimi, eyni fikrin iki cür 

ifadə edildiyi hallar var: (

Dərin olsa baturdır, qalabalıq qorxudır

 - 


Qalaba   qorxudar,     dərin   olsa,   baturar.

)   Bunlar   həmin     cümlə 

formalarının hələ tam sabitləşməməsi ilə də əlaqədar ola bilər.

Tabesiz mürəkkəb cümlə şəklində qurulmuş təsviri xarakter 

daşıyan bir sıra məsəllər ümumiləşdirmə  gücü ilə diqqəti cəlb 

edir: 


Adını bən verdüm,  yaşını allah versün

. (36)


Oğulda ortacım yoq, qartaşda qədərim yoq

(52)



Ağ çıqardılar, qara (tonlar) geydilər

 .(57)


Bir qiyamət savaş oldı, meydan tolu baş oldı

(66)



Tənri verdi, tənri aldı

. (74)


Mən səni gen yerdə istərdim, tar yerdə əlümə 

girdin

. (80)


Qız görmək səndən, mal-rizq vermək bəndən

(85)



Oyarmaq

 

bəndən, savaşuban hünər göstərmək 

səndən

. (91)


Mən aşağa qulpa yapışuram, sən yuqarı qulpa 

yapışursan

. (92)


Belə   məsəllər   içərisində   qarşılaşdırma   budaq   cümləli 

olanlar da var: 



Bin söylərsən, birisini quymaz

. (33)

Bu   qədər   məsəldə  



quymaq

  və  


oyarmaq  

sözləri   arxaik 

rəng almışdır. 

Oyarmaq

 – oyalamaq, oyalayıb tapmaq, 



quymaq 

isə   qorxmaq, çəkinmək, yadda saxlamaq mənasındadır. Cüm-

345


lələrin  hamısı  az-çox   müasir   keyfiyyətə  malikdir.     Bunların   hər 

birini müvafiq müasir həyati hadisəyə tətbiq etmək olar. Xüsusilə 



Bin söylərsən, birisini quymaz. Adını bən verdüm,  yaşını 

allah   versün.   Tənri   verdi,   tənri   aldı.   Mən   aşağa   qulpa 

yapışuram, sən yuqarı qulpa yapışursan

  kimi məsəllər mü-

əyyən dəyişikliklərlə xalq arasında gündəlik işlənən məsəllərdir.

Tabesiz mürəkkəb cümlə şəklində qurulmuş məsəllərin bir 

qismində   təkrar   olunan   xəbərlərdən   birincisinin   (və   ya   xəbərin 

təkrar   olunan   hissəsinin)   ellipsisi   dastanın   dilində   qanuni 

hallardandır: 

Ayağım başmaq, yüzim yaşmaq görmədi.

  (33)

Əski tonın biti,  öksüz oğlanın dili acı olur.



  (111)

At ayağı külük, ozan dili çevik olur



. (36)

Başıma qaxınc, yüzimə toxınc olmasun.

 (85)

İlk iki cümlədə xəbərlər, sonrakı cümlələrdə isə xəbərin bir 



hissəsi (

olmaq

  sözü) ixtisar edilmişdir. Bunlar müasir dilimizin 

cümlə quruluşu tələblərinə tam müvafiqdir.

Dastanların   dilində   sadə   hikmətamiz   cümlə-məsəllərdə 

xəbərlik   şəkilçisinin   ixtisarı   halları   da   müasir   normalara 

müvafiqdir: 



Qonşı həqqi – tənri həqqi

. (34) 


Ana həqqi – tənri həqqi

. (47)


Məsəllər içərisində atalar sözünə yaxın olanları dildə daha 

çox sabitləşmişdir və «deyərlər» sözü ilə işlənə bilən məsəllərdir: 

Su həq didarın görmüşdir. (44)

Qurd yüzi mübarəkdir. (44)



Yayanın

 umıdı olmaz.  (71)

Aslan ənigi yenə aslandır. (106)

Oğlan quş yürəklü olur. (107)

Alp ərə qorqu vermək eyb olur. (108)

Oğuzun arsızı türkmanın dəlüsinə bənzər. 

(108)

At qulağı 



saq

 olur. (113)

Dəpəgən 

 köbini  



süsəgən

 yırtar. (113)

Bizə gen 



yazuyı

 tar göstərər. (113)



Yayan

 – piyada, 

saq

 – oyaq, həssas, 

dəpəgən 

– vurağan, 

süsəgən

  –  buynuzlayıb vuran, 

yazı

  –  çöl, səhra deməkdir. Bu 

346


məsəllərin hamısı lazım olduqda dirildilə bilər. Məsələn, son məsəl 

dilimizdə «Gen yerini dar elədi» şəklində işlənməkdədir. Birinci iki 

məsəl isə xalq dilində indi də qalır.  

Yalnuz yigit alp olmaz – 

məsəli


  İgid   də   yalnız   olmasın   –  

şəklində   işlənir.  

Anlar   bir 

yedigində sən iki yegil

 (47), 

Başında olan bit ayağında dərildi 



tipli 

məsəllərin də xalq arasında mənası, məzmunu qalmaqdadır.  



Yo-

şan dibi bərk olmaz

 (108)-məsəli

  

atalar sözü səviyyəli məsəldir.

XVI əsrin sonu,  XVII əsrin əvvəllərində başqa daha qədim 

bir   mənbədən   köçürüldüyü   güman   edilən   və     «Əmsali-

Məhəmmədəli»,   yaxud   «Məcməül-əmsali-Məhəmmədəli»   adı   ilə 

məşhur   olan   «Oğuznamə»də   (10)   2000-ə   qədər   atalar   sözü, 

məsəl,   qanadlı   ifadə   və   aforizm   toplanmışdır.   Kitabla   tanışlıq 

göstərir ki,  topludakı atalar sözləri, məsəllər, aforizmlər əksəriy-

yət   etibarilə   çox   qədimdir   və   yazıyaqədərki   dövrün   dil 

xüsusiyyətlərini əks etdirmək baxımından geniş maraq doğurur: 

«Şübhə yoxdur ki, «Oğuznamə»də toplanmış atalar sözü və mə-

səllərin  böyük əksəriyyətinin dili  tarixən əvvəlki dövrlərə  (IX-XI 

əsrlər) aiddir… Ədəbi-tarixi varislik  əlaqəsi baxımından  «Oğuzna-

mə»     (eləcə   də   onun   ilk   əlyazması)   Yazıçıoğlunun   əsərindən, 

hətta   «Kitabi-Dədə   Qorqud»un   əlyazma   nüsxələrindən     daha 

qədim   olmalı   idi.   Çünki   bu   mənbələrdə   rast   gəlinən   paremik 

vahidlər     bütövün   –   küllün     (burada   «Oğuznamə»nin)   cüzi 

hissələridir».(10, 6-8) Bu kitabda toplanmış, «xalqın əqli birliyinin 

təntənəsi», «xalqın tarixə, tarixin də xalqa  verdiyi ibrət dərsinin 

hamı tərəfindən qəbul və təsdiq edilən   nəticəsi» (10, 11) kimi 

çıxış edən  atalar sözləri və məsəllər  onu hasilə gətirən xalqın da 

tarixi keçmişi, dil və təfəkkürünün qədimliyi, erkən orta əsrlərdə 

mövcud olan bədii qüdrəti barədə (10, 11) məlumat verir.

«Oğuznamə»nin və «Kitabi-Dədə Qorqud»un verdiyi faktlar 

əsasında S.Əlizadə mühüm bir cəhəti müşahidə edərək yazmışdır: 

«Oğuznamə»də «Ər ləqəbilə anılur» kimi məsəlin varlığı təsdiqləyir 

ki,  oğuzlar arasında ər  (igid) sayılan adam  üçün ləqəb qazanmaq 

zəruri imiş. Ləqəb şəxsiyyətin kamilliyini müəyyənləşdirən   vacib 

titul sayılırmış – el ağsaqqalı ozan-kahinin təklifi ilə  hamının təqdir 

və   təsdiq   etdiyi   ictimai   ad   kimi   başa   düşülürmüş».(10,   15)   Bu 

cəhəti   biz   e.ə.   III-II   minilliklərin   antroponimlərini   nəzərdən 

347


keçirərkən   də   müşahidə   etmişik   və   müşahidə   nəticəsində   qeyd 

etmişik ki,  həmin dövrə aid şəxs adları əslində ad deyil, əksəriyyət 

etibarilə ləqəblərdən ibarətdir.(1, 150-408) 

S.Əlizadənin aşağıdakı fikri də onun faktlardan aldığı qənaət 

kimi, tarixi həqiqəti düzgün əks etdirir: «Oğuznamə» sübut edir ki, 

IX-XII əsrlərdə  - Azərbaycanda ərəb və fars dillərinin  zorakı yazılı 

dil hüququnu  ələ keçirdiyi bir vaxtda, hətta çox-çox əvvəllər oğuz 

dili   ədəbi-bədii   fəaliyyətdə   olmuş,   zəngin   bəşəri   mündəricəsi, 

ictimai-tarixi kəsəri, yüksək ədəbi-estetik səviyyəsi ilə  seçilən ədə-

biyyat yaratmışdır». (10, 15) Bu fikri biz həmişə demişik və digər 

həssas dilçilər də söyləmişlər. Lakin hələlik mühafizəkar konsepsiya 

özünü önə soxur. Buradakı «Oğuz dili» ifadəsi ilə müəllif, təbii ki, 

Azərbaycan   ərazisində   işlənən,   daim   «türk   dili»,   «azəri   dili» 

ifadələri ilə anılan dili nəzərdə tutmuşdur.

İndi «Oğuznamə»nin verdiyi faktlara diqqət yetirək. Ə.Dəmir-

çizadə   folklor   materiallarından   dilimizin   tarixini   öyrənmək   üçün 

necə   istifadə   edilməsi   məsələsindən   danışarkən   aşağıdakı   tipli 

misallar vermişdir: 

Aydan 


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin