Realogiyanin əsaslari. Dos. Zeynalova f



Yüklə 1,01 Mb.
səhifə11/19
tarix06.10.2019
ölçüsü1,01 Mb.
#29294
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
Prezentatsiya-Microsoft-Office-PowerPoint

Ubbelode viskozimetri həm nisbi həmdə mütləq cihaz kimi istifadə edilə bilir. Birinci halda onun etalon mayeyə görə dərəcələyirlər, ikinci halda isə Puazeyl düsturuna uyğun olaraq sabitləri müəyyən edirlər. Onları kompleks şəkildə əvvəlcədən dərəcələmə və həndəsi ölçmələrin nəticələri nəzərə alınmadan müəyyən etmək olar. Özlülüyün ölçülməsi üçün aşağıdakı düsturdan istifadə olunur:


Burada «в» indeksi cihazın suya görə dərəcələnməsi zamanı alınan qiymətlərə aiddir.

Təzyiqi dəyişməklə dərəcələnmə reoqramları qurmaq olar. Onlar işçi qiymətlər üçün sabitləri hesablamağa imkan verir. рt = f(р) qrafikləri xüsusi əhəmiyyət kəsb edir, onlar Puazeyl qanununun təsir sahəsində hər temperatur üçün üfüqi xətlər verir. Burulma başlayan zaman Puazeyl qanunu hadisəni əks etdirə bilmir, xətlər yuxarıya doğru əyilir. Əgər mayenin özlülüyü normal deyilsə onda xətlər qismən əyilə bilər, koordinat başlanğıcından çıxmaz, absis oxunu kəsər.

Sonda kapilyar viskozimetrlərdə lazımi dəqiqliyi əldə etmək üçün vacib olan şərtləri qeyd edək:

a) axının laminar rejimini təyin etmək;

b) son effektlərin təsirini yox etmək, məsələn, müxtəlif uzunluqlu iki kapilyardan istifadə edərək;

c) divar sürüşməsinin olmaması, məsələn, axın əyrilərinin diametri müxtəlif olan kapilyarlar üçün qatılıq sabitləri ilə eyniliyi;

d) sərfin çəki üsulu ilə ölçülməsi zamanı yadda saxlamaq lazımdır ki, bir çox qida materialları təzyiq altında sıxılma xassələrinə malikdir. Bu məsələ materialların hərtərəfli sıxılması zamanı xüsusi tədqiqatların aparılmasını tələb edir.

Kapilyar viskozimetriya olduqca məhdud şəkildə tətbiq olunur və çox nadir hallarda sənaye sahələrində istifadə olunur.


MÖVZU 7 Kürəcikli viskozimetrlər.   Plan:   1.Kürəcikli viskozimetrlərin təyinatı.  2. Kürəcikli viskozimetrlərin işləmə prisipi.  3. Kürəcikli viskozimetrlərin çatıçmayan cəhətləri.  4.Konusşəkilli plastomertrlərin tətbiq olma sahələri.  5.Konusşəkilli plastometrlərin quruluşu.  6.Konusşəkilli plastometrlərin iş prinsipi.  7.Lövhələri səthə paralel yerləşən cihazlar.  

Kürəcikli vizkozimetrlər müxtəlif cinsli tədqiqat metodlarına aiddir və bircins nyuton mayeləri və ya zəif strukturlu qeyri-nyuton mayeləri ilə işlədikdə geniş istifadə olunur. Burada özlülük ölçmə hissəsinin müəyyən uzunluğundan kürəcik keçən zaman müəyyən edilir. Chazlar iki əsas sxem üzrə düzəldilir (şək.2.7). a) şaquli silindrdə sərbəst düşən şar; b) maili silindrdə yuvarlanan top. (a) sxeminin çatışmayan cəhəti ondan ibarətdir ki, şarın düşməsi zamanı qeyri-nyuton mayelərində onun düzxətli hərəkətində sapmalar ola bilər, necə deyərlər, kürəciyin “uçması” baş verir. Bu isə ölçmənin nəticələrinin yanlış olmasına gətirib çıxaracaqdır. Buna görə də diyirlənən kürəciyi olan viskozimetrlərdən daha geniş istifadə olunur. Buna misal olaraq Heppler viskozimetrini göstərmək olar (şək.2.8) 2 kürəciyi maili boruda hərəkət edərək onun divarı ilə ensiz oraqşəkilli yarıq əmələ gətirir. Yarıqdan keçərkən nyuton mayesinin struktur quruluşu dağılır. Buna görə də iki ardıcıl ölçmələr zamanı nəticələrin dəqiq alınması baş verməyə bilər. Cihaz nyuton mayelərinin özlülüyünün 3·10–4 - 60 Pа∙s diapazonunda ölçülməsi üçün nəzərdə tutulmuşdur. Nyuton mayelərinin ölçülməsi zamanı laboratoriya modelləri üçün 0.5%-dən çox deyildir. Cihaz deformasiyanın gərginlik həddinə malik olan sistemlər üçün tətbiq olunmur. Özlülüyün hesablanması üçün Stoks qanunu əsasında alınmış düsturdan istifadə edirlər: η = К(ρk – ρ)t, burada: К – cihazın sabiti, m2/s2; ρk – kürənin materialının sıxlığı, kq/m3;    


l

а)

l

b)

α = 10о

Şək. 2.7. Kapilyar viskozimetrlərin sxemi

ρ – ölçülmə anındakı temperaturda mayenin sıxlığı, kq/m3; th sahəsində kürənin yerləşdirilmə müddəti, s. Strukturlu mayelərin reoloji tədqiqi zamanı kürəcikli viskozimetrlərdən istifadənin çətinliyi ondan ibarətdir ki, axın əyrisinin alınması üçün müxtəlif diametrli kürələrdən istifadə etməklə bir sıra ölçmələr aparmaq lazımdır. Tiksotrop mayelərin tədqiqi zamanı isə kürənin ölçü sahəsində bərabərsürətli olmayan hərəkəti nəticəsində böyük xətalar mümkündür. Belə çətinliklərdən biri də ondan ibarətdir ki, hərəkət edən kürəciyin məhsula təsiri zamanı sonuncunun reoloji xassələri dəyişir, bunun nəticəsində hər bir sonrakı müşahidələrin nəticəsi əvvəlkindən fərqlənir. DÖST-ün tələblərinə ciddi riayət etməklə 1 saniyə ərzindəki ardıcıl müşahidənin nəticələri arasındakı fərqlərə görə mühakimə yürüdürlər. Məsələn, quru süd məhsulu üçün bu nəticə 10-15 müşahidədən sonra əldə edilir. Kürəcikli viskozimetrlər göstərilən çatıçmazlıqlar üzündən qida sənayesində geniş tətbiq olunmur.      

    2.3.4 Konusşəkilli plastometrlər Penitrasiya (nüfuzetmə) yarımbərk və bərk məhsulların-struktur mexaniki xassələrinin onların müqavimətinin müəyyən edilməsi yolu ilə ölçülməsi üsuludur. Bu zaman məhsula müəyyən vaxt ərzində dəqiq ölçüyə, çəkiyə və materiala malik olan konus, kürə, iynə, silindr daxil edilir. Tədqiqatları aşağıdakı kimi aparmaq olar: a) daimi F nüfuzetmə qüvvəsi ilə (bu zaman nüfuzetmənin dərinliyi h müəyyən olunur); b) daimi batırılma dərinliyi h (F qüvvəsi ölçülür); c) daimi batırılma sürəti ilə (batırılma dərinliyindən asılı olaraq qüvvənin qiyməti qeyd edilir). Bunun əsasında konsistensiya ilə bağlı müxtəlif parametrlər hesablanır. Deformasiyanın gərginlik həddi θ0 materialın struktur möhkəmliyinin qiymətləndirilməsi üçün vacib reoloji xassələrindən biri olub, konusşəkilli plastometrin köməyi ilə tapılır. Konusun batırılması metodu özlü-plastik cisimlərin struktur-mexaniki xassələrinin öyrənilməsi məqsədilə P.A.Rebinder və N.A.Semenenko tərəfindən irəli sürülmüşdür. Konusşəkilli plastometrlər ideyası ondan ibarətdir ki, şaquli qüvvələrin təsiri altında materiala konusun batırılma dərinliyinin ölçüsünə görə materialın deformasiyasının gərginlik həddini müəyyən etmək olar


F

h



Şəkil 2.9. Konus yeridilməsi sxemi



Deformasiyasının gərginlik həddini müəyyən etmək üçün P.A.Rebinderin təklif etdiyi düstur aşağıdakı kimidir:

burada: Кα – konus üçün həndəsi sabitdir, α təpə bucağından asılıdır;

F – şaquli təsir qüvvəsinin qiyməti;

h – konusun batırılma dərinliyi, m.

Konus sabiti P.A.Rebindər tərəfindən verilmiş daha bir düsturla hesablanır:

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin